Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


Dövlət qulluğunda etika.Peşəkarlıq və fərdi məsuliyyətin artırılması



Yüklə 112,74 Kb.
səhifə17/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
Peşə etikasının mühazirələri-1

12. Dövlət qulluğunda etika.Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

Etik məsələlər müasir dövrümüzdə universal xarakter daşıyır.Etik mədəniyyət şüur və bilik, mövcud olanlar haqqında təsəvvürlərdir.Etik normalar nəsillərindini və dünyəvi tərübəsini əks etdirir.Etik mədəniyyət insanların irsi keyfiyyət və tərbiyələrindən asılıdır.Etik nəzəriyyənin əsas yanaşması 2 əsas yanaşmadan ibarətdir.Dövlətlər və xalqlar müxtəlif məsələlərə dair fərqli mövqelərdə olsalar belə, etik məsələlərə dair çox vaxt eyni yanaşma göstərirlər. Etik prinsip və dəyərlər dövlət qulluqçularının xidməti fəaliyyəti ilə bağlı nəyin yaxşı və doğru olduğunu göstərən bələdçi bir çərçivədir. Dövlət qulluqçuları qərar verərkən və xidməti vəzifələrini icra edərkən bəzən müəyyən dilemma ilə qarşılaşa bilər və hər hansı bir qərarın qəbul edilməsində müəyyən çətinliklərlə üzləşə bilərlər. Bu cür hallarda adətən belə bir sual yaranır: xidməti vəzifələri vicdanlı, ədalətli və qərəzsiz şəkildə necə həyata keçirmək olar? Dövlət qulluqçusunun xidməti vəzifələrini həyata keçirərkən etik qaydalara riayət etməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qulluqçusunun əsas vəzifəsi kimi müəyyən edilmişdir. Dövlət qulluğunda etik prinsiplər və davranış qaydaları “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunda dövlət qulluqçuları üçün vahid etik davranış standartları və prinsipləri müəyyən edilmişdir. Qanunun qəbul edilməsində əsas məqsəd dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılmasıdır. Bu gün dövlət qulluğunda etik məsələlər xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də daim öz çıxışlarında xidməti vəzifələrinin icrası zamanı dövlət qulluqçularından gözlənilən və tələb edilən davranış qaydalarını qeyd edir. Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərin xidməti davranışı həmin standartlara və prinsiplərə əsaslanmalıdır. Bu kitabın hazırlanmasında məqsəd dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı nümunələrlə tanış edilməsi, həmin nümunələr əsasında dövlət qulluqçularının etik qaydaların tətbiqi üzrə praktiki biliklərə yiyələnməsinə köməklik edilməsi və onlara qərar verərkən qarşılaşdıqları dilemmaların həlli ilə bağlı köməklik göstərilməsidir. Dövlət qulluqçusu olaraq aşağıda göstərilən etik tələblərə əməl edin: - hər zaman etik davranış qaydalarına riayət edin, ictimai və xidməti maraqları şəxsi maraqlardan üstün tutun və xalqın dövlətə və dövlət qulluqçularına olan inamının yüksəldilməsinə çalışın; - vəzifənizi yerinə yetirərkən, dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə, səmərəli və vəzifələrinizin icrası məqsədilə istifadə edin; - kənar şəxslərdən maddi və qeyri-maddi nemətlər qəbul edərkən etik qaydaların tələblərini gözləyin; - həmkarlarınıza və dövlət xidmətindən istifadə edən şəxslərə hörmətlə yanaşın, mədəni davranış göstərin, qərəzsiz və ədalətli olun; - həmkarlarınızın və xidmətdən istifadə edən şəxslərin fikirlərini nəzərə alın və qərar qəbul edərkən həmkarlarınızın iştirakını təmin edin; - həmkarlarınızın etdikləri yaxşı işləri təqdir edin; - vəzifədən və vəzifədən irəli gələn statusunuzdan şəxsi maraqlarınızı təmin etmək məqsədilə istifadə etməyin, qohumlarınızın, dostlarınızın və tanıdığınız insanların dövlət xidmətlərindən imtiyazlı olaraq yararlanmasına şərait yaratmayın, hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməyin; - baş verməsi real və ehtimal olunan maraqların toqquşması hallarında diqqətli olun, özünüzün və yaxınlarınızın şəxsi maraqlarının təmin edilməsi hallarından çəkinin; - hərəkət və qəbul etdiyiniz qərarlara uyğun olaraq yaranan nəticələrə görə məsuliyyətdən boyun qaçırmayın; - maliyyə xarakterli məlumatları əks etdirən bəyənnamələri tam və doğru doldurun; dövlət qulluqçusuna qadağan olunmuş digər ödənişli fəaliyyətlə məşğul olmayın; - çalışdığınız qurumla əməkdaşlıq edən fiziki və hüquqi şəxslərlə şəxsi iş əlaqəsinə girməyin; - çalışdığınız qurumla iş əlaqəsi olan, həmin qurumun göstərdiyi xidmətlərdən istifadə edən və ya əməkdaşlıqda maraqlı olan şəxslərdən hədiyyə almayın, sizə təklif edilən səyahət və hotellə təmin olunma kimi təkliflərdən uzaq durun; - şəxsi işlərinizi iş saatları müddətində etməkdən çəkinin; - etik qaydaların tələblərinə uyğun hərəkət edin; - hərəkətləri etik davranış qaydalarının tələblərinə uyğun olmayan digər dövlət qulluqçularını xəbərdar edin, nəticə əldə edə bilmədikdə aidiyyəti vəzifəli şəxslərə, dövlət orqanına bu barədə məlumat verin; - maraqlar toqquşması və ya qeyri-etik davranışla qarşılaşdığınız halda, daha yüksək vəzifə tutan və etibar edilə bilinən vəzifəli şəxsə və yaxud etik müvəkkilə müraciət edin.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin