Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi



Yüklə 112,74 Kb.
səhifə4/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   33
Peşə etikasının mühazirələri-1

Vəzifə borcu dedikdə - insan təkcə öz davranışlarına görə deyil, həm də başqa insanlar qarşısında da məsuliyyət daşıyır. İnsanın cəmiyyət və ya başqaları qarşısındakı mənəvi öhdəçiliyi borc kateqoriya müəyyən edir.Şərəf, ləyaqət insanı öz xidməti, vətəndaş və peşə vəzifələrini məsuliyyətli şəkildə yerinə yetirməyə, düzgün olmağa və özünə hörməti ifadə edir;

Ləyaqət -insana öz maraqlarına görə alçalmağa və başqaları tərəfindən təhqir olunmasına, dözməyə imkan vermir; İnsanın və onun hərəkətlərinin sinif, millət, xalq, kollektiv, cəmiyyət tərəfindən bəyənilməsi və qiymətləndirilməsi və şəxsi ləyaqətini dərk etməsi şərəf adlanır. . İnsanın öz ləyaqətini başa düşməsi, özünüdərketməsi və özünənəzarəti insanın özünə qarşı tələbkarlığı ifadə edir. Cəmiyyətin insana və insanın özünə qarşı münasibətlərini aydınlaşdıraraq əxlaqi qiymətləndirmə ləyaqət adlanır. İnsanın ictimai həyatdakı rolu, əxlaqi xidmətləri ilə əlaqədar şəxsiyyət və cəmiyyət arasındakı münasibətləri şərəf kateqoriya tənzim edir. İnsanın əxlaqi dəyərlərini onun konkret ictimai vəziyyəti, fəaliyyət növünü və münasibətləri şərəf mənəvi-əxlaqi dəyəri nizamlayır.

Alicənablıq – bu insanın öz maraqlarını başqalarının ma-raqlarına qurban vermək qabiliyyətidir. Bu mənəvi davranışın ən yüksək keyfiyyətidir. Şəxsin mənəvi keyfiyyətləri: vicdan, borc, şərəf, ləyaqət, xeyirxahlıqdır. Ünsiyyətlə bağlı mənəvi tələblər: nəzakətlilik, dəqiqlik, düzgünlük, təvəzökarlıq bunlar etiketə aid edilir;

Nəzakətlilik - bu insanlara onların ləyaqətinə hörmətli mü-nasibət deməkdir. Nəzakətliliyin mahiyyəti xoş niyyətdir. Nə-zakət özünü müxtəlif formada göstərə bilər. Nəzakətin bir çox səmimiyyət çalarları var. Düzgünlük, incəlik, hörmət və s.

Düzgünlük- bir qədər vurğulanmış, rəsmi, quru, kübarlıq, bacarıq, hər hansı bir vəziyyətdə o cümlədən münaqişələrin həllində özünü aparmaq. Ünsiyyət zamanı həm özünün həm də tərəfdaşının ləyaqətini qorumaq;

Hörmət- adətən böyüklərə nəzakət, hörmət, valideynlərə hörmət hər hansı bir yazılı və yazılmamış qaydaya daxil olmuş-dur. Xalqın ənənələri yaşdılara hörmət etmək, valideynləri sev-mək, qadına hörmət etmək deməkdir;

Dəqiqlik- əxlaq normasıdır. Onun ictimai həyatda, biznes-də pozulması müqavilələrin yerinə yetirilməməsinə, mühüm vəzifələrin pozulmasına gətirib çıxarır. İş dünyasında gecikən birinə güvənməmək lazımdır. Vaxtınızı dəyərləndirin. Dəqiqlik padşahların xeyirxahlığı və bütün yaxşı insanların vəzifəsidir. Bunu ilk dəfəFransız kralı 18-ci Lyudovik demişdir;

Təvəzökarlıq - yüksək etik mədəniyyətin təzahürüdür. Özünü qiymətləndirmələrdə məhdudiyyət, digər insanların zövqlərinə hörmətlə yanaşmaq və s. Təvəzökar adam heç vaxt özünü düşün-mür, özünü görkəmli şəxsiyyət, başqalarından daha ağıllı, özü üçün heç bir güzəşt tələb etmir. Deyl Karnegi deyirdi ki, ”Yalnız özü haqqında danışan bir şəxs özü haqqında düşünür, və insan əgər özü haqqında düşünürsə demək o etibarsız və mədəniyyət-sizdir. O necə təhsilli olursa olsun mədəniyyətsizdir”;


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin