ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   16   17   18   19   20   21   22   23   24

 
 
 
 
 
 
 

213 
 
ƏLĠAĞA ġIXLĠNSKĠNĠN “MƏNĠM 
XATĠRƏLƏRĠM” KĠTABI HAQQINDA RƏY 
 
Ədəbiyyatın spesifik sahəsini özündə  təmsil edən  hərbi  memuarlar, Silahlı 
Qüvvələrin  əsgərlərinin  xüsusilə,  böyüməkdə  olan  gənc  nəslin,  keçmiĢdə  baĢ 
vermiĢ hadisələri daha dərin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. 
Keçilən  çətin  yollar,  çox  ağır  sınaqlar  haqqında  danıĢarkən,  keçmiĢ  tarixi 
hadisələrin, xüsusilə müharibə kimi hadisələrin məzmununu və mənasını Ģərh edən 
memuarların  müəllifləri  keçmiĢin  həqiqi  mənzərəsini  yaratmağa  kömək  edir, 
keçmiĢ  ilə  bu  günkü  gün  arasına  körpü  yaradır,  gənclərdə  öz  Vətənləri  uğrunda 
iftixar hissini inkiĢaf etdirir, onları yeni qəhrəmanlıq iĢlərinə çağırır. 
Hərbi  memuarlar  kütlələrin  siyasi  tərbiyəsi  və  tarixi  maariflənməsi 
sahəsində  mühüm  əhəmiyyət  kəsb  edir.  Böyük  elmi  dərketmə  və  tərbiyəvi 
əhəmiyyətə malik olmaqla, memuarlar faĢizmin və imperializmin müdafiəçiləri ilə, 
hərb tarixinin burjua saxtakarları ilə mübarizədə mühüm ideya silahıdır. 
Ölkəmizdə nəĢr edilən və oxucu kütləsinə çatdırılan hərbi memuarların sayı 
daim artır. Lakin, bir qayda olaraq, son illərdə nəĢr edilən memuarların əksəriyyəti 
Böyük  Vətən  müharibəsi  haqqındadır.  VətəndaĢ  müharibəsi  tarixi  ilə,  inqilaba 
qədər baĢ vermiĢ hərbi hadisələr ilə bağlı xatirələr çox az hallarda nəĢr edilir. Bu o 
qədər də təəccüblü hal deyildir. Ġllər keçir və keçmiĢ tarixi hadisələrin Ģahidlərinin 
sayı  günü-gündən  azalır.  Ona  görə  də  bu  cür  memuarlar  nadir  tapılan  kitablara 
çevrilirlər. 
Bizim  Vətənimizin  daha  uzaq  keçmiĢinə  həsr  edilmiĢ  bu  cür  əsərlərin  az 
tapılması  ilə  əlaqədar  olaraq  nəĢriyyatlar,  o  cümlədən  hərbi  nəĢriyyat  özünün 
tarixi-idraki  qiymətini  saxlamıĢ,  kitabxana  rəflərində  və  kitab  mağazalarında  çox 
çətin  tapılan,  keçmiĢdə  nəĢr  olunmuĢ  hərbi  memuarları  təkrarən  nəĢr  etməyə 
məcburdurlar. 
Oxucular və tədqiqatçılar üçün böyük marağa səbəb olan bu cür əsərlərdən 
biri  də  general  Əliağa  ġıxlinskinin  1943-cü  ildə  yazdığı,  1944-cü  ildə  Bakı 
Ģəhərində nəĢr olunmuĢ və həmin nəĢriyyat AzərnəĢr tərəfindən 1984-cü ildə, cəmi 
30 min nüsxə tirajı ilə yenidən çap edilmiĢ “Mənim xatirələrim” kitabıdır. 
Əliağa  ġıxlinski  öz  xatirələrini  Böyük  Vətən  müharibəsi  günlərində 
yaratmıĢdır.  Əsəri  tamamlayarkən  o,  yazır:  “Mən  Azərbaycan  xalqının  qardaĢ 
xalqlar  ilə  çiyin-çiyinə  öz  vətənini  qoruduğunu  və  bizim  ölkəni  əsarət  altına 
almağa çalıĢan faĢist dəstələrinə məhvedici zərbələr vurduğunu düĢündükcə qürur 
hissi  keçirirəm.  Mən  tamamilə  əminəm  ki,  Qələbə  bizim  olacaqdır.  Əgər  gənc 
nəsil,  o  cümlədən  də  zabitlər,  mənim  xatirələrimdə  düĢmən  ilə  əzəmətli  döyüĢdə 
onlara  kömək  edə  bilən  bəzi  məlumatlar  əldə  edə  bilsələr,  mən  özümü  xoĢbəxt 
sayaram” (səh. 187). 
Bu  sözlərdə  Vətənin  qorunmasını  özünün  müqəddəs  borcu  hesab  edən,  öz 
ölkəsinin əsl vətənpərvərlərinin surəti dəqiq təsvir edilir. 

214 
 
Bu  sözlər  rus-yapon  və  Birinci  Dünya  müharibəsində  həqiqi  qəhrəmanlıq 
göstərmiĢ,  rus  ordusunun  general-leytenant  rütbəsini  qazanmıĢ  və  ədalətli  inqilab 
mübarizəsinə qalxmıĢ öz xalqının tərəfini saxlamıĢ Ģəxs tərəfindən yazılmıĢdır.  
Qeyri-adi topçu Əliağa Hacı Ġsmayıl bəy oğlu ġıxlinskinin adı həm keçmiĢ 
rus  ordusunda,  həm  də  Rusiyanın  xaricində  məĢhur  idi.  Bu  haqda,  SSRĠ  Dövlət 
mükafatı laureatı, hərbi elmləri doktoru, professor Y.Z.Barsukovun, rus ordusunun 
artilleriyasında  birgə  xidmətdən  Ģəxsən  tanıdığı  ġıxlinskinin  kitabına  yazdığı 
müqəddimə tam doğruluqla məlumat verilmiĢdir. 
Barsukov yazır: “Bu maraqla kitabın müəllifinin adı daima böyük nüfuza və 
rəğbətə  malik  olmuĢdur,  o,  təkcə  rus  topçularına  deyil,  rus  ordusunun  keçmiĢ 
dairələrində çox yaxĢı tanınmıĢdı və son dərəcə məĢhurlaĢmıĢdı. Onu 1904-1905-ci 
illər  rus-yapon  müharibəsi,  1914-1918-ci  illər  dünya  müharibəsi  iĢtirakçıları, 
xüsusilə Ə.A.ġıxlinskinin qəhrəmanlıq göstərdiyi  məĢhur Port-Artur epopeyasının 
iĢtirakçıları  yaxĢı  tanıyırdılar”  (səh.3).  Topçu  ġıxlinskinin  nüfuzunun  beynəlxalq 
aləmdə də tanınması, onun 1912-cı ildə Fransa hökumətinin Fəxri “Legion ordeni” 
və “Legion xaçı” ilə təltif olunması bir daha təsdiq edilir. 
Azərbaycan xalqının Ģanlı oğlu general Əliağa ġıxlinskinin xatirələri – onun 
özünün, məktəb skamyasından baĢlayaraq, ordu komandanı vəzifəsi ilə baĢa çatan, 
müxtəlif  hadisələr  ilə  zəngin,  peĢəkar  hərbçi  həyatını  təsvir  edən  sadə,  baĢa 
düĢülən maraqlı üslubda yazılmıĢ avtobioqrafiyasıdır. 
General  Əliağa  ġıxlinskinin  ömür  yolunda  onun  qeyri-adi  Ģəxsiyyət 
olduğunu  təsdiq  edən  çoxlu  dəlillər  var.  Onlardan  bir  neçəsini  misal  gətirək.  O, 
gimnaziyada  oxumağa  baĢlayarkən  iki  illik  kursu  yeddi  ay  ərzində  baĢa 
çatdırmıĢdır. Tiflis hərbi gimnaziyanın tamamlayarkən bütün fənnlərdən əla qiymət 
almıĢdır. O, 1886-cı ildə Mixaylov adına topçuluq məktəbini qurtaran ən yaxĢı üç 
tələbədən  biri  olmuĢ  və  hətta  məktəbdə  oxuyarkən  əldə  etdiyi  müvəffəqiyyətlərə 
görə  pul  mükafatı  və  qızıl  saat  da  almıĢdır.  Məktəbdə  oxumaq  ilə  yanaĢı,  o, 
müstəqil  olaraq  məktəb  proqramına  daxil  olmayan,  ehtimal  nəzəriyyəsini  də 
öyrənmiĢdir. O, Mühəndislər Akademiyasında oxunan məruzələri, BaĢ Qərargahın 
Akademiyasında general M.Ġ.Draqomirovun məruzələrini dinləyirdi. 
Məktəbi  qurtardıqdan  sonra  podporuçik  Əliağa  ġıxlinski  39-cu  topçu 
briqadasında xidmət edir və əla xidmətinə görə ona iki orden verilir. 1904-1905-ci 
illərdə onun Rus-Yapon müharibəsindəki iĢtirakı, birinci minomyot yaradanlardan 
biri,  məĢhur  rus  topçusu,  kapitan  Qobyato  ilə  birlikdə  fəaliyyət  göstərdiyi  Port-
Arturun uzaq girəcək yollarındakı döyüĢlərdən baĢlamıĢdı. 
General  Əliağa  ġıxlinski  mühasirəyə  alınmıĢ  Port-Artur  döyüĢlərində 
fərqləndi.  O,  bu  döyüĢlərdə  o  zaman  üçün  yenilik  sayılan,  artilleriya  toplarından 
Ģrapnellə “kombinasiya edilmiĢ atəĢ” üsulunu iĢləyib hazırladı və geniĢ tətbiq etdi. 
Elə orada da yaralanmıĢdı. Port-Artur təslim edildikdən sonra  ġıxlinski  yaponlara 
qarĢı gələcək döyüĢlərdə iĢtirak etməmək haqqında yazılı iltizamnamə vermədi və 
Rusiyaya  gəldikdən  sonra  o,  yenidən  Mancuriyaya  cəbhəyə  getmək  xahiĢi  ilə 

215 
 
müraciət etdi. Rus-Yapon döyüĢlərində iĢtirakına görə o, 6 mükafat və polkovnik-
leytenant rütbəsi aldı. 
Rus-Yapon və Birinci Dünya  müharibəsi arasında olan  müddətdə ġıxlinski 
Artilleriya  Zabitləri  məktəbində iĢləyərək, general-mayor rütbəsini aldı. O  vaxt o, 
polkovnik  rütbəsindən  general  rütbəsinə  qədər  cəmi  4  il  xidmət  etmiĢdi,  halbuki, 
adətən  bu  müddət  10  il,  xüsusi  fərqlənənlər  üçün  isə  8  il  davam  edir.  Əliağa 
ġıxlinski  müharibə  getməyən  ölkədə  çox  qısa  müddətdə  general-mayor  rütbəsini 
qeyri-adi hərbi biliyinə və bacarığına görə almıĢdır. Bu zaman Əliağa ġıxlinski öz 
qoĢunlarının  baĢı  üstündən  atıĢ  və  təyyarələrə  atəĢaçma  üsulu  daxil  edilməklə, 
artilleriyanın  atıĢı  və  döyüĢdə  tətbiq  məsələləri  ilə  bağlı  bir  sıra  kitabçalar, 
təlimatlar,  konspektlər  yazdı.  MəĢhur  “ġıxlinski  üçbucağı”ndan  Fransa,  Avstriya, 
Norveç  və  digər  ölkələrin  topçuları  tərəfindən  istifadə  edilirdi.  Əliağa  ġıxlinski 
döyüĢdə artilleriyanın piyadanı müĢayiət etməsi məsələsini də qaldırdı ki, bu ideya 
da alay və tabor artilleriyasının yaranmasına səbəb oldu. 
Birinci Dünya müharibəsi illərində general Əliağa ġıxlinski fəaliyyətdə olan 
rus  ordusunda  Peterburqun  (Petroqradın)  müdafiə  artilleriyasının  rəisi,  5-ci 
ordunun,  ġərq-Sibir  cəbhəsinin  artilleriya  inspektoru  (indiki-komandan),  10-cu 
ordunun komandanı kimi yüksək vəzifələri daĢımıĢdı. O, dəfələrlə mükafata layiq 
görülmüĢ, general-leytenant rütbəsini almıĢdı. 
Çar  hökuməti  devrildikdən  sonra  və  hakimiyyətə  müvəqqəti  hökumət 
gəldikdən sonra ġıxlinski orduda xidmət etməyi davam etdirir. O, Minski milisinin 
birinci  rəisi  M.V.Mixaylovun
29
  (Frunzenin)  üzv  olduğu  Minski  soveti  ilə  sıx 
əlaqədə  iĢləməli  oldu.  M.V.Mixaylov  (Frunze)  ilə  onun  arasında  çox  səmimi 
münasibət yaranmıĢdı. 
Qeyd etmək lazımdır ki, ġıxlinski öz xatirələrində, o zamankı məĢhur siyasi 
və hərb xadimləri ilə görüĢləri haqqında yazır və onların haqqında, bəzən çox qısa, 
lakin  dəqiq  xarakteristika  verir.  1917-ci  ilin  noyabrında  ġıxlinski  səhhətinə  görə 
ordudan azad olunmağa və Bakıya qayıtmağa məcbur oldu. 1920-ci ildə Qafqazda 
bir  sıra  əksinqilabi  çıxıĢlar  baĢ  verdiyi  zaman  Bakı  inqilab  komitəsinin  sədri 
general  ġıxlinskini  və  general  Mehmandarovu,  onlardan  mərkəzi  hərbi  aparatda, 
dəyərli  hərbi  mütəxəssis  kimi  istifadə  etmək  üçün,  Moskvaya,  Leninin  yanına 
göndərmək qərarına gəldi. Əliağa ġıxlinski Ali Artilleriya məktəbində müəllim və 
Artilleriya Nizamnamə Komissiyasının tərkibində iĢləyirdi. 
1921-ci  ildə  o,  Bakıya  qayıtdı  və  Bakı  qarnizonunun  hərbi-elmi 
cəmiyyətində  sədr  müavini  vəzifəsini  tutdu.  1921-1929-cu  illər  o,  artilleriyanın 
döyüĢdə  tətbiqi  məsələləri  haqqında  çoxlu çıxıĢlar etmiĢ, qarnizonun topçularının 
praktiki  hazırlıqları  ilə  məĢğul  olmuĢdu.  General  Əliağa  ġrxlinski  Azərbaycanda, 
onun  fəaliyyətini  yüksək  qiymətləndirən  Frunze  ilə  iki  dəfə  görüĢmüĢdü.  Bu 
                                                           
29
 Görkəmli sərkərdə və dövlət xadimi M.F.Frunzenin (1885-1925) inqlabından əvvəlki gizli imzasıdır.- 
ġ.N. 
 

216 
 
görüĢlərdə ġıxlinski yenidən, bu dəfə artıq M.V.Frunzenin qarĢısında Qızıl Orduda 
alay və tabor artilleriyasının yaradılması məsələsini qaldırmıĢdı. 
1929-cu ildən sonra ġıxlinskinin səhhəti birdən-birə pisləĢdi, onun görmə və 
eĢitmə  qabiliyyəti  zəiflədi.  O,  1943-cü  ildə  vəfat  etdi.  Ölümündən  qabaq  diktə 
etdiyi  “Mənim  xatirələrim”  kitabı  bütün  həyatı  boyu  qulluq  etdiyi  rus  ordusunun 
artilleriya tarixinə general Əliağa ġıxlinskinin son əmanəti oldu. 
Kitab sadə, asan, anlaĢılan dildə yazılmıĢ və rahat oxunur. Ayrı-ayrı stilistik 
nöqsanlar kitabdan alınan ümumi təsəvvürü korlamır, elə bil ki, onlar təsvir edilən 
hadisələrin zamanı ilə bu günkü gün arasında olan fərqi göstərir. 
Oxucu üçün əhəmiyyətə malik olmayan bəzi Ģəkilləri kitabdan xaric etmək 
olar.  Bizim  fikrimizə  görə  Əliağa  ġıxlinskinin  həyat  yoldaĢının  Ģəkillərindən 
birinin  generallardan  S.S.Mehmandarovun,  N.Q.Stoletovun,  A.A.Brusilovun 
portretlərinin bu kitabdan çıxarılması yaxĢı olardı. 
NƏTĠCƏ: Məzmununa, tarixi əhəmiyyətinə, faktiki materialların bolluğuna, 
rus ordusunun, xüsusilə onun artilleriyasının döyüĢ fəaliyyətinin və həyatının geniĢ 
iĢıqlandırılmasına  görə  general  Əliağa  ġıxlinskinin  “Mənim  xatirələrim”  kitabı 
yenidən nəĢr edilməyə layiqdir. 
 
GENERAL ƏLĠAĞA ġIXLĠNSKĠ 
 
Əliağa  ġıxlinski  Tiflisdə  gimnaziyaya  girdiyi  ilk  gündən  elmləri 
mənimsəməkdə böyük səy göstərmiĢ, iki illik kursu yeddi ay ərzində baĢa çatdıran 
yeganə Ģagird olmuĢdur. Hətta o, 1876-cı ildə daxil olduğu kadet korpusunu 1883-
cü  ildə  qurtarıncaya  qədər  birinciliyi  əldən  verməmiĢdir.  Peterburqda  Mixaylov 
topçuluq  məktəbində  Əliağa  dərslərdə  müvəffəqiyyətinə  görə  ilk  üç  əlaçı 
kursantdan biri olaraq diqqəti cəlb etmiĢdir. 
Yevgeni BARSUKOV, 
Hərb Elmləri doktoru, 
Professor, general-mayor, 
Dövlət Mükafatı laureatı. 
 
Tam  artilleriya  generalı  Əliağa  ġıxlinski  təkcə  hərbçi  olaraq  qalmamıĢdır. 
O,  hərbi-elmi  publisistik  məqalələrin,  artilleriyaya  aid  dərsliklərin  də  müəllifi 
olmuĢdur.  Onun  “Divizion  miqyasında  topçu  manevralar”  təĢkili  üçün  təlimat”, 
“Dağ  və  səhra  artilleriyası  üçün  məsələ  və  misallar  məcmuəsi”  (1913-cü  ildən 
1916-cı  ilədək  üç  dəfə  nəĢr  olunub),  1910-cu  ildə  “Səhra  toplarının  cəbhədə 
iĢlədilməsi”  və  “Topçu  zabitləri  məktəbində  polkovnik  ġıxlinski  tərəfindən 
oxunmuĢ  mühazirələrin  xülasəsi”  kimi  samballı  kitabları  Peterburq  və  Luqa 
Ģəhərində  çap  olundu.  Həmin  əsərlərin  surətini  1983-cü  ildə  Sankt-Peterburqdakı 
Saltıkov-ġedrin  adına  kütləvi  kitabxananın  nadir  fondundan  çıxarıb  gətirmiĢəm. 
Əsərlər tərcümə olunub Ģəxsi arxivimdədir. 

217 
 
1906-cı ildən 1914-cü ilə kimi Əliağa ġıxlinski Çarskoe Selodakı Artilleriya 
Zabitləri  məktəbində  rəis  müavini  iĢləyib.  1912-ci  ildə  generalın  təĢəbbüsü  ilə 
“Artilleriya Zabitləri məktəbinin jurnalı” nəĢr olunmuĢdur. 
1913-cü  ilin  payızında  Artilleriya  Zabitləri  məktəbinin  rəisi,  artilleriya 
generalı  A.N.Sinitsin  qocalığına  görə  istefaya  çıxır.  Jurnal  bu  münasibətlə 
Sinitsinin  portretini  və  ikinci  səhifədə  haqqında  böyük  bir  yazı  verib.  Əliağa 
ġıxlinskinin iki bəndlik vida Ģerini də dərc edib. 
Həmin ilin payızından 1914-cü ilin oktyabr ayına kimi Artilleriya Zabitləri 
Məktəbinin rəisi vəzifəsini general-mayor Əliağa ġıxlinski aparmıĢdır. 
General  ġıxlinski  bədii  yaradıcılıqla  da  məĢğul  olmuĢdur.  Çoxlu  Ģerlər, 
tərcümələr və bədii parçalar müəllifi olan bu təvazökar insan heç vaxt onları dərc 
etdirməmiĢdir.  Azərbaycan  Tarix  Muzeyindəki  Ģəxsi  qovluğunda  və  Respublika 
Mərkəzi Dövlət Ədəbiyyat və Ġncəsənət Arxivində, akademik Heydər Hüseynovun 
Ģəxsi fondunda general Əliağa ġıxlinskiyə məxsus çoxlu sənəd və materiallar var. 
BeĢ  yüz  on  dörd  nömrəli  fondda  generala  məxsus  bir  dəftər  də  saxlanılır. 
Muzeydə  və  arxivdə  saxlanan  ġıxlinskinin  “Zabitin  yaddaĢı”  dəftərində  Ģerlərə, 
bədii parçalara, tərcümə və qeydlərə rast gəldik. 
1900-cü  il  oktyabrın  21-də  tərtib  olunmuĢ  “Zabitin  yaddaĢı”  dəftərindəki 
qeydlərdən  aydın  olur  ki,  görkəmli  dramaturqumuz  Cəfər  Cabbarlının 
yaradıcılığına  generalın  xüsusi  məhəbbəti  olub,  Cabbarlının  vaxtsız  ölümü  onu 
hədsiz  dərəcədə  kədərləndirib.  General  ədəbiyyatımızın  görkəmli  nümayəndələri 
Səməd Vurğunun “Böyük ədib” və Osman Sarıvəllinin “YaĢar” Ģerlərini məharətlə 
rus dilinə tərcümə edib. 
General Əliağa ġıxlinskinin Ģəxsi fondunda Ģair Osman Sanvəlliyə yazdığı  
məktubların Ģurəti və poçt qəbzi saxlanılır. O, Ģair Osman Sarıvəlliyə yazır ki, mən 
cəsarət  edib  böyük  dramaturq  Cəfər  Cabbarlıya  yazdığınız  “YaĢar”  və  “Ölüm” 
Ģerlərini  türkcədən  ruscaya  tərcümə  etdim.  XahiĢ  edirəm,  tərcümə  ilə  tanıĢ  olun, 
xoĢunuza gəlsə dərc etdirmək üçün rüsxət verin. 
Generalın Ģəxsi fondundakı məktublar arasında Ģairin heç bir cavabına rast 
gəlmədim.  ġairlə  görüĢümdə  məlum  oldu  ki,  sən  demə,  Ģair  bu  tərcümələri 
bəyənibmiĢ,  sadəcə  otuzuncu  illərin  repressiyası  qorxusundan  generala  heç  bir 
cavab yaza bilməmiĢ, onun məktublarını isə cırıb atmıĢdır. 
Generalın  “Zabitin  yaddaĢı”  dəftərində  onun  həyat  və  məslək  yoldaĢı,  ilk 
azərbaycanlı hərbi Ģəfqət bacısı Nigar xanım Mirzə Hüseyn Əfəndi qızına yazdığı 
“Ey  sevdiyim,  ey  dilruba”,  “Ana  və  onun  əziz  Nigarına”,  “Adi  povest”,  “Vitse 
admiral Makarovun xatirəsinə”, VII əsr yapon Ģairi ġ.Munetodan “Sən mənə vəhĢi 
dedin” Ģerlərinin rus dilinə tərcüməsi və baĢqa parçalar saxlanılır. 
1948-ci  ilin  noyabrın  28-də  gecə  saat  ikidə  dünyadan  köçən  dahi 
bəstəkarımız Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiĢ bir not qalıb. 
Üzeyir  bəy  general  Əliağa  ġıxlinskinin  həyat  yoldaĢına  1912-ci  ildə  yazdığı  altı 

218 
 
bəndlik  “Ey  sevdiyim,  ey  dilruba”  Ģerinin  yalnız  iki  bəndində  romans  yaza 
bilmiĢdir. Ömür ancaq buna vəfa edib... 
Klassik  Ģairlərimiz  Molla  Vəli  Vidadinin  (1707-1808),  Mustafa  ağa  Arif 
(1781-1842)  və  Kazım  ağa  Salik  ġıxlinskilərin  (1781-1842)  nəvəsi  olan  tam 
artilleriya  generalı  Əliağa  Hacı  Ġsmayıl  ağa  oğlu  ġıxlinski  iki  dildə  rus  və 
Azərbaycan dillərində Ģer yazmaq, tərcümə etmək qabiliyyətinə malik olub. 

219 
 
MÜƏLLĠFDƏN 
 
 “General  Ġbrahim  ağa  Vəkilov”  kitabında  sevgili  oxucularım  onun  hərbçi 
müasirləri  və  nüfuzlu  nəslinin  yetirdiyi  görkəmli  oğulları  haqqında  maraqlı 
faktlarla qarĢılacaqlar. 
Kitabda  unudulmuĢ,  tamam  yaddan  çıxmıĢ  ölməz  adamların  tərcümeyi-
halını,  fəaliyyətini qısa da olsa vermiĢəm. O adamlar ki, öz dövründə tanınmıĢ və 
məĢhur  olmuĢlar.  Lakin  əsr  və  illər  keçib  onların  kimisini  quruluĢ,  kimisini  dövr, 
kimisini  də  tədqiqatsızlıq  unutdurmuĢdur.  Bir  sözlə  baxtı  gətirməmiĢ  nəsillər  və 
adamlar olub ki, onların taleyi ancaq Tiflis, Sankt-Peterburq, Moskva və Bakı arxiv 
sənədlərində  pərakəndə  halda  “yaĢayır”.  Hələ  Sovet  dövründə  bu  Ģəhərlərin 
arxivlərində  iĢləyəndə  harda  Azərbaycanlı  soyadına  rast  gəlirdimsə  qeyd 
dəftərçəmə  köçürürdüm.  Bunların  arasında  sözün  əsil  mənasında  qısa,  lakin 
əfsanəvi  ömür  yaĢamıĢ  general-mayor  Həbib  bəy  Səlimov,  21  yaĢlı  kapitan 
Bahadır  bəy  Vəkilov,  polkovnik  Gəray  bəy  Vəkilov,  Bəhram  bəy  Nəbibəyov  da 
var.  Ayrı-seçkilik  olmasın,  bunların  sırasında  39  yaĢında,  1920-ci  ildə  bolĢevik-
daĢnakların  güllələdiyi  mərd  general  Həbib  bəy  Səlimovun  taleyi  məni  daha  çox 
yandırıb-yaxdı. 
Müxtəlif  taleli  hərbçilərin  ömür  yolunu  yazmaqda  mənim  bircə  məqsədim 
və amalım olub. Vaxtilə silaha sarılıb anamız Azərbaycanın azadlığı, istiqlaliyyəti 
uğrunda  ölümə  gedənlərin  xatirəsini  yaĢatmaq  və  heç  kəsin  ürəyinə  və  qəlbinə 
fleytanın  həzin  səsilə  hüzn  gətirməmək,  əksinə  vətənpərvərlik  ehtiraslarını 
qızıĢdırıb ulularımızdan qalan qəhrəmanlıq ənənəsilə xoĢbəxt yaĢamaq. 
Kitabdakı  qəhrəmanların  hər  biri  ömrün  əzablı  nəĢəsini  dadmıĢ 
Ģəxsiyyətlərdir.  Bəxt,  tale  onların  əksəriyyətinin  üzünə  gülməyib.  Çoxusu 
sürgündə,  türmələrdə,  mühacirətdə  Azərbaycan,  Vətən  -  deyə-deyə  dünyasını 
dəyiĢdilər.  ġübhəsiz  ki,  mərd  babalarımızın  taleyinə  qismət  olmuĢ  əzabların  xoĢ 
nəĢəsini bu gün müstəqil yaĢadığımız vətəndə biz dadırıq. 
Mənim  sərkərdə  qəhrəmanlarım  böyük  filosof  Siseronun  amalı  ilə 
Azərbaycan  uğrunda  vuruĢmuĢlar:  “Mən  ya  Vətənin  rifahı  üçün  yaĢamalı,  yaxud 
da  onunla  birlikdə  məhv  olmalıyam.”  1918-1920-ci  illərdə  Qarabağ  döyüĢlərində 
yenilməz  bir  igid  kimi  vuruĢaraq  daĢnak  generalı  Dəli  Qazarı  süvarisi  ilə  birgə 
məhv  edən  polkovnik  Bəhram  bəy  Nəbibəyov  1930-cü  il  aprelin  13-də  totalitar 
Sovet rejiminə qarĢı “Zaqatala-ġəki üsyanı”na məhz bu amalla rəhbərlik etdi. 
Azərbaycan  adlı  füsunkar  torpaqda  yaĢamağa  o  oğlun  haqqı  var  ki,  onu 
mərd babalarımız  kimi qorumağa layiq olsun. Hər hansı bir xalqın  mənəvi varlığı 
onun  hərbi  gücündə  və  yetiĢdirdiyi  sərkərdə  oğullarındadır.  Biz  keçmiĢimizdən 
ibrət götürməsək, onu öyrənməsək bu gün və gələcəkdə yetiĢdirdiyimiz sərkərdələr 
vətənin üstünü təhlükə alanda döyüĢdə qələbə çala bilməz. 
“Millətin  süqutu  o  zaman  baĢlayır  ki,  o,  öz  tarixini  unudur...  öz  tarixini 
unudan millət də millət sayıla bilməz. 

220 
 
Tarix millətin keçmiĢinin, indisinin, gələcəyinin dastançısıdır. Tarix millətin 
bütün  varlığını,  onun  öz  ömrü  və  davamlılığı  üçün  topladığı  qüvvə  və  ehtiyatı 
güzgü kimi əks etdirir” (Ġlya Çavçavadze). 
“General Ġbrahim ağa Vəkilov” kitabı da tarixi sənədlər əsasında bu ruhda 
yazılıb. 
 
Şəmistan Nəzirli 
 
Azərbaycan hərb tarixinin və Səməd Vurğun ömrünün araşdırıcısıdır. Hər 
iki  sahədə  silsilə  əsərlər  müəllifidir.  “Vurğun  keçib  bu  yerlərdən”,  “Ellər 
Vurğunu”,  “Yaddaşlarda  yaşayan  Vurğun”,  “Qəribə  talelər”,  “Qoridən  gələn 
qatar”,  “Azərbaycan  generalları”,  “Daş  Salahlı  Məmməd  koxa”,  “Cümhuriyyət 
generalları”, “Qacarlar”, “Vurğun ömrü məktublarda”, “Tam artilleriya generalı 
S.Mehmandarov”, “Arxivlərin sirri açılır”,“Nəzirli ocağının üç şairi”, “Qarxunlu 
Əşrəfbəy” və başqa tarixi əsərləri ilə tanınır. 
Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  birliyinin  üzvüdür.  “Səməd  Vurğun 
fəxri  diplomu”na  (1996),  “Qacarlar”  əsərinə  görə  İran  Dostluq  Cəmiyyətinin 
birinci  dərəcəli  mükafatına  (1995),  “General  Həzi  Aslanov”,  “General  Əliağa 
Şıxlinski”  (1995)  və  “Elm”  fondunun  “İlin  ən  yaxşı  kitabı”  mükafatına  (1999) 
layiq görülüb. 
 
 

221 
 
Kapitan Ġbrahim ağa Vəkilov 
 
 
 

222 
 
Topoqraf-general Ġbrahim ağa Vəkilov, 1919-cu il. 
 
 
 

223 
 
Podpolkovnik Ġbrahim ağa Vəkilov, 1910-cu il. 
 
Mayor Ġbrahim ağa Vəkilov – 30 avqust, 1901-ci il, 
Qars Ģəhəri yaxınlığında topoqrafiya çəkiliĢində. 
 
 
 

224 
 
Ġbrahim ağa Vəkilov və oğlanları: Faris vəy, Qalib bəylə. 
Konstantinopol Ģəhəri, 20  may, 1894-cü il. 
 
General Ġbrahim ağa Vəkilov və ailə üzvləri: Arvadı Yelena xanım, oğlanları Qalib 
bəy, Faris bəy, qızı Reyhan xanım, arxada gəlini Lidiya xanım, Tiflis. 1912-ci il.  
 
 
 

225 
 
Ġbrahim Vəkilovun “Molla Nəsrəddin” jurnalında dostluq Ģarjı. 1909-c il, 22 mart, № 12. 
 
 
 

226 
 
Sağdan birinci Xalq Torpaq Komissarlığı və Topoqrafiya-Geodeziya Ġdarəsinin rəisi  
Ġ.Vəkilov əməkdaĢları ilə birgə. 1928-ci il.  
 
General Ġ.Vəkilov (1853-1934). 
 
 
 

227 
 
Ġ.Vəkilov. 1930-cu il. 
 
Faris bəy Vəkilov. 
1923-cü il, Fransada. 
 
Qalib bəy Vəkilov. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin