ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   24

AĠLƏNĠN BƏXT ULDUZU 
 
Arxiv  sənədlərində  general  Ġbrahim  ağa  Vəkilovun  hərbi  topoqrafiya 
sahəsində qeyrət və vicdanla çalıĢmasına aid maraqlı sənədlər, rəylər vardır.  
Bir  Ģəhadətnamə  də  diqqətimi  cəlb  edir.  O,  1928-ci  il  iyulun  30-da 
Azərbaycan  SSR  Xalq  Ġctimai  Təminat  komissarı  Muxtar  Hacıyev  tərəfindən 
verilib:  
“Bununla  təsdiq  edirəm  ki,  hərbi  topoqraf  İbrahim  ağa  Vəkilov,  mən 
Azərbaycan  MİK-nin  sədri  olarkən,  bir  neçə  dəfə  müxtəlif  komissiyalara  üzv 
seçilib,  eləcə  də  Azərbaycan  və  Ermənistan  respublikalarının  sərhəddi  təyin 
ediləndə  və  ümumiyyətlə,  Azərbaycan  MİK  yanında  müxtəlif  işlərdə  iştirak 
etmişdir.  Yoldaş  Vəkilov  ixtisasını  qəlbən  sevir,  üzərinə  düşən  vəzifəni  vicdanla, 
ləyaqətlə və səliqəli yerinə yetirirdi”. 
ġair Mənsur Vəkilovun yaddaĢından: 
1952-ci  ildə  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirinin  müavini 
iĢləyən atam Fəxri Məmmədrza ağa oğlu Vəkilovla bağlı maraqlı bir hadisəni indi 
də  unuda  bilmirəm.  Gecə  yarısı  qəfildən  qəbuluna  çağıran  Mircəfər  Bağırov  elə 
qapının  astanasında  sərt  səslə  atamdan  soruĢmuĢdur:  “General  Vəkilov  sənin 
qohumundur?”  Bu  qəfil  çağırıĢdan  yaxĢı  heç  nə  gözləməyən  rəngi  saralmıĢ  atam 
“Bəli”  cavabını  verir.  Bir  az  mülayimləĢən  Bağırov  səsinin  ahəngini  yumĢaldıb 
demiĢdir:  “Niyə  həyəcan  keçirirsən?  Belə  qohumla  ancaq  fəxr  etmək  olar.  Bu 
yaxınlarda  bizim  sərhədlərimiz  haqqında  mən  ermənilərlə  mübahisə  edirdim. 
Vəkilovun  xəritəsini  tapıb  əyani  olaraq  onlara  sübut  etdim  ki,  sizin  mübahisə 
etdiyiniz torpaqlar bizimdir.” 
Bu  əlbəttə  o  dövrün  dəhĢətli  möcüzəsi  idi:  bunları  o  adam  deyirdi  ki, 
general  Ġbrahim  ağa  Vəkilovun  iki  oğlundan  birini-polkovnik  Qalib  bəyi 
güllələtmiĢdi, mühəndis Faris bəyi isə on səkkiz illik sürgünə göndərmiĢdi. 
1933-cü  il  noyabrın  29-da  qocaman  generala  Azərbaycan  SSR  Xalq 
Komissarlığı fərdi təqaüd kəsmiĢdir. 

11 
 
Ömrünün  çoxunu  Tiflisdə  yaĢayan  və  iĢləyən  Ġ.Vəkilov  1884-cü  ildə  rus 
qızı Yelena Yefimovna Yermolayeva ilə ailə həyatı qurmuĢdur. Bir-birini sevərək 
xoĢbəxt  ailə  quran  gəncləri  imperator  Üçüncü  Aleksandrın  ədalətsiz  qanunu 
çıxılmaz  vəziyyətdə  qoymuĢdu.  Çarın  qanununda  deyilirdi  ki,  müsəlmanın  rus 
qızına  evlənməyi  qəti  qadağan  olunur.  Əks  təqdirdə  müsəlman  oğlanı  rus  qızına 
evlənərsə, o, mütləq öz islam dinindən çıxıb, xristianlığı qəbul etmirsə, valideynlik 
hüququndan məhrum olunur. Vəziyyətdən çıxıĢ yolu axtaran Ġbrahim ağa Vəkilov 
imperator  III  Aleksandrın  müqqəddəs  sinoduna,  yəni  ruhanilər  məclisinin 
oberkuryerinə  -  məĢhur  Pobedonosevə  müraciət  etməli  olur.  O,  xahiĢ  edir  ki, 
xristian  dinini  qəbul  etməyi  ona  məcbur  etməsinlər  və  kəbini  qanuniləĢdirsinlər. 
Çarın  sadiq  nökəri  Pobedonosev  qəti  etirazını  bildirir,  hətta  onun  üzərinə  hücum 
edib təqsirləndirərək deyir ki, siz rus qızı ilə kəbin kəsdirməyi heç xəyalınıza belə 
gətirməyin. Biz sizdən uĢaqları belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz 
yoxdur. 
Nəhayət,  1891-ci  ildə  bu  gənc  ailənin  bəxt  ulduzu  doğdu.  Tale  sanki  özü 
onların  xoĢbəxtliyini  himayəçiliyinə  götürdü.  Həmin  ili  kapitan  Ġbrahim  ağa 
Vəkilov  çarın  xüsusi  əmri  ilə  ən  yaxĢı  topoqrafiya  mütəxəssisi  kimi  Türkiyəyə 
ezam olundu. 
Ġki  il  sonra  1893-cü  ildə  Ġbrahim  ağa  ilə  Yelenaya  Bolqarıstanlı  keĢiĢ 
Georgi  Misarov  qanuni  kəbin  kəsdi.  Bu  vaxt  ər  otuz  doqquz,  arvad  isə  otuz  iki 
yaĢında idi. Artıq onun ailəsi də böyümüĢdü: ailənin böyük oğlu Faris bəyin yeddi, 
kiçik oğlu Qalib bəyin isə altı yaĢı vardı. 
General  Ġbrahim  ağa  Vəkilov  böyük  Ģairimiz  Səməd  Vurğunun  əmisi 
oğludur.  ġairin  qardaĢı  Mehdixan  Vəkilov  “Mənim  qardaĢım”  xatirə  povestində 
yazır: 
“Səməd  Vurğunun  general  İbrahim  ağa  ilə  axırıncı  söhbəti  (general 
İ.Vəkilov  1934-cu  il  iyunun  2-də  vəfat  edib  -  Ş.N.)  onun    arvadı  Yelena 
Yefimovnanın  öz  oğlanlarının  islam  dinini  qəbul  etmələrinin  mümkünlüyü 
barədə  L.N.Tolstoydan məsləhət istəməsi haqqında göndərdiyi məktub və aldığı 
cavab ətrafında olmuşdur”. 
 
LEV TOLSTOYA MƏKTUB 
 
Aradan  altı  il  keçdi.  Ancaq  nə  Ġbrabim  ağanın  ata  ürəyi  sakit  olur,  nə  də 
Yelena  Yefimovnanın  ana  qəlbinin  narahat  döyüntüləri  kəsilirdi.  Onların 
intizarının  əsas  səbəbi  oğlanlarının  hansı  dinə  qulluq  etmələri  idi.  Tale  onlara 
üçüncü övlad da bəxĢ etmiĢdi. Reyhanın artıq on üç yaĢı vardı. Hara gedib, kimdən 
ağıllı  bir  məsləhət  almalı?  Rəsmi  dövlət  idarələri  və  din  xadimləri  çıxılmaz 
vəziyyətdə qalan ailəyə bu barədə kömək edə bilmirdilər. 
Generalın Peterburq Texnologiya Ġnstitutunda təhsil alan böyük oğlu Borisi, 
Moskvadakı Alekseyev hərbi məktəbində oxuyan Qlebi də bir sual düĢündürürdü: 

12 
 
Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz sual qarĢısında qalan hər iki 
qardaĢ tez-tez ana-ataya müraciət edirdilər. 
Faris bəy Vəkilovun söhbətindən: 
-  Mənim  on  doqquz  yaĢım  tamam  oldu.  Dərs  məĢğələləri  ilə  bərabər 
Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi. 1904-05-ci illərdəki Ģərait 
bu  niyyətimin  həyata  keçməsinə  kömək  etməli  idi.  Bəd  niyyətli  rus-yapon 
müharibəsi,  xalq  kütlələri  arasındakı  inqilabi  əhvali-ruhiyyə  çar  hökumətini  bəzi 
liberal qərarlar verməyə məcbur etdi. 
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəĢr olundu. Orada hər hansı 
bir  səbəbdən  ata-baba  dinindən  dönmüĢlərə  yenidən  o  dinə  qayıtmalarına  icazə 
verilirdi.  Adama  elə  gəlirdi  ki,  müvafiq  ərizə  vermək  kifayətdir  ki,  bununla  da 
məsələ  həll  olunsun.  Təcrübəli  adamlar,  o  cümlədən  mənim  valideynlərim 
Peterburqa  gəliĢimin  birinci  ilində  pravoslav  dininin  müdafiəçilərinin  bilavasitə 
yaxınlığında  bu  məsələni  qaldırmağı  məsləhət  görmədilər.  Anamın  Lev  Tolstoya 
məktubunda  da  ehtiyat  öz  əksini  tapmıĢdı.  XoĢagəlməz  hadisələrdən  yaxa 
qurtarmaq  məqsədilə  mənim  niyyətimin  həyata  keçirilməsini  bir  qədər  ləngitməli 
olduq. 
Ata - Ġbrahim ağa Vəkilov və ana  - Yelena Yefimovna belə qərara gəldilər 
ki,  müdrik  yazıçı  Lev  Tolstoydan  baĢqa  heç  kəs  bu  ciddi  ailə  məsələsinə  ağıllı 
cavab verə bilməz. Ona görə də 1909-cu il martın 2-də Tiflisdən Yelena Vəkilova 
yazırdı: 
 
“Bizim dərin istəkli müəllimimiz Lev Nikolayeviç! 
 
Öz məktubumla Sizi narahat etdiyimə görə, Sizin qarĢınızda üzrxahlıq üçün 
söz  tapa  bilmirəm.  Bilirəm  ki,  mənim  kimi  Sizdən  məsləhət  almaq  istəyənlər 
çoxdur,  bütün  bunlara  baxmayaraq  mən  də  sizə  müraciət  edirəm.  Çünki  həyat 
mənim qarĢımda gücüm çatmaz bir məsələ qoymuĢdur. 
Mən  çalıĢacam  ki,  istədiyimi  qısaca  izah  edim.  Mənim  əlli  yaĢım  var,  üç 
uĢaq  anasıyam,  ərim  müsəlmandır,  ancaq  kəbinimiz  qanunidir.  UĢaqlarımız 
Pravoslav (xristian) dininə etiqad edirlər. Qızım on üç  yaĢındadır. Oğlanlarımdan 
birinin  iyirmi  üç  yaĢı  var.  O,  Peterburq  Texnologiya  Ġnstitutunun  tələbəsidir.  O 
birinin  iyirmi  iki  yaĢı  var.  Moskvadakı  Alekseyev  Hərbi  Məktəbinin  yunkeridir. 
Bax,  bu  oğullarım  atalarının  dini  etiqadına,  daha  doğrusu,  müsəlmanlığa  keçmək 
üçün  məndən  icazə  istəyirlər.  Mən  nə  etməliyəm?  Mən  bilirəm  ki,  indi  bu, 
mümkündür  və  həmçinin  bizdə  yaĢayan  yadellilərə  pis  münasibəti  də  bilirəm. 
Onlarda  bu  fikrin  oyanmasına  səbəb  xırda  həyati  məsələlər  deyil:  nə  maddi 
təminat,  nə  də  mənsəbpərəstlik  onları  bu  iĢə  təhrik  edir.  Ancaq  qaranlıqda  qalan 
tatar  (Azərbaycan  -  ġ.N.)  xalqına  kömək  etmək  məqsədini  güdürlər.  Xalqla 
qovuĢmağa, xalqa  yanaĢmağa din onlara  mane olur. Amma  mən qorxuram ki, bu 
dar  düĢüncəli  məsləhətimlə  onları  pis  məqsədə  təhrik  edəm.  Mən  öz  dərdlərimlə 

13 
 
tənhayam.  Ah,  əgər  mən  əzablarımı  və  mübarizəmi  yaza  bilsəydim...  Mən  öz 
övladlarını  dəlicəsinə  sevən  bir  ananın  göz  yaĢları  ilə  yazıram.  Budur,  əzabdan 
ağlını  itirmiĢ  halda  sizdən  məsləhət  almaq  qərarına  gəldim.  Siz,  yalnız  Siz  öz 
ağlınızla  həyatımızın  hazırkı  Ģəraitində  bunun  nə  ilə  nəticələnəcəyini  duya 
bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər. Ancaq bu, mənə dəhĢətli 
əzablar verir. 
Lev  Nikolayeviç,  Siz  bizə,  biz  balaca  adamlara  heç  vaxt  ürəkdən  gələn 
dəyərli məsləhətlərinizi əsirgəməmisiniz. Bunu bildiyim üçün cəsarət edib Sizi öz 
xahiĢimlə narahat etdim. Məni təsəlli oduna atın. 
Çox-çox üzr istəyirəm ki, Sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa 
məni məcbur edən dəlicisinə analıq sevgisidir. 
Bütün qəlblə Sizə sadiq olan 
Yelena Yefimovna Vəkilova. 
Tiflis şəhəri,  
Uçebnıy Pereulok 1, ev 8. 
 
*   *   * 
 
1909-cu  il  martın  on  beĢində  Yasnaya  Polyanadan  göndərdiyi  cavab 
məktubunda dahi sənətkar yazırdı: 
 
Yelena Yefimovna (Vəkilova) 
 
Sizin  oğullarınızın  tatar  xalqının  maariflənməsinə  kömək  etmək  arzusunu 
təqdir etməyə bilmərəm. Belə olduğu halda Məhəmmədin dinini qəbul etməyin nə 
dərəcədə  lazım  olduğunu  da  deyə  bilmərəm.  Ümumiyyətlə,  Sizə  deməliyəm  ki, 
hökuməti  etiraf  etmədən,  adamın  hansı  dinə  mənsub  olması  barədə  kimə  olursa-
olsun, məlumat verməsini artıq hesab edirəm. Elə buna görə də Sizin oğullarınızın 
dinini  pravoslavdan  üstün  tutaraq  qəbul  etmələri,  yəni  bir  dindən  baĢqa  dinə 
keçmələri  barədə  kiməsə  məlumat  vermələri  gərək  deyildir.  Bəlkə  bu,  zəruridir, 
lakin mən bu haqda bir Ģey deyə bilmərəm, ona görə də Sizin övladlarınız bu haqda 
lazımi  hökumət  orqanlarına  xəbər  verib-verməmələri  barədə  özləri  qərar  qəbul 
etməlidirlər. 
Müsəlmançılığın  pravoslavlıq  qarĢısındakı  üstünlüyünə  və  xüsusilə 
Sizin  övladlarınızın  xidmət  etdikləri  məqsədin  alicənablığına  gəlincə,  bu 
hərəkətə bütün qəlbimlə rəğbət bəsləyirəm. 
Xristian idealı və təlimini onun həqiqi mənasında hər Ģeydən üstün tutan bir 
adam üçün bunu demək nə qədər qəribə olsa da deməliyəm ki, müsəlmançılığın öz 
xarici  formasına  görə  kilsə  pravoslavlığından  müqayisəolunmaz  dərəcədə 
yüksəkdə  durması  məndə  heç  bir  Ģübhə  doğurmur.  Belə  ki,  əgər  bir  kəsin 
qarĢısında  kilsə  pravoslavlığına,  yoxsa  ki,  islam  dininə  sitayiĢ  etmək  yollarından 

14 
 
hansını  seçmək  məsələsi  qoyularsa,  onda  hər  bir  ağıllı  adam,  mürəkkəb  və 
anlaĢılmaz  ilahiyyatın  -  üçsifətli  allahın,  günahın  bağıĢlanması  mərasiminin,  dini 
ayinlərin,  Ġsanın  anasına  yalvarıĢının,  müqəddəslər  və  onların  Ģəkillərinə  saysız-
hesabsız  ibadətlərin əvəzinə  bir ehkamı  vahid Allahı və  peyğəmbəri olan islam 
dinini,  Ģühbəsiz  ki,  üstün  tutar.  Bu,  baĢqa  cür  ola  da  bilməz,  çünki  xristian 
təliminin  mahiyyətini  qaranlıqlaĢdıran  və  kilsəyə  daxil  olan  bir  çox  mövhumi 
mərasimlərin  olmaması  baxımından  və  xristianlıqdan  600  il  sonra  meydana 
çıxması  baxımından  müsəlmançılıq  xristianlıqdan  üstün  durmaya  bilməz. 
Ayrı-ayrı  fərdlərin,  bütün  insanlığın  və  bütün  insanların  həyatının  əsasını  təĢkil 
edən  dini  Ģüurun  təkmilləĢdiyi  kimi,  həyatda  hər  Ģey  inkiĢaf  edir  və  təkmilləĢir. 
Dinin  təkmilləĢməsi  isə  onun  sadələĢməsindən,  aydınlaĢmasından  və  onu 
müəmmalı edən hər Ģeydən azad olmasından ibarətdir. Dini həqiqətin onu əmmalı 
edən hər vasitədən azad edilməsi ən qədim zamanlardan bəri, bütün böyük dinlərin 
əsasını qoyan bəĢər  mütəfəkkirləri tərəfindən  həyata  keçirilmiĢdir. Beləliklə, bizə 
məlum olan bütün dinlərin hamısından əvvəl belə yüksək, uca din anlayıĢı Vedının 
(Hindistanda)  kitablarında  sonralar  Moiseyin,  Buddanın,  Konfutsyanın,  Lao-
Tsenin,  Xristianın  və  Məhəmmədin  təlimlərində  verilmiĢdir.  Dini  onun  köhnə, 
kobud  mənasından  azad  edib,  daha  dərin:  sadə  və  ağıllı  həqiqətlərlə  əvəz  edən 
bütün  bu  təzə  din  xadimləri  böyük  adamlar  olublar,  lakin  məhz  böyük  adam 
olduqlarındandır  ki,  həqiqəti  olduğu  kimi,  bütün  aydınlığı,  dərinliyi  və  saflığı  ilə 
keçmiĢ yanlıĢ fikirlərindən azad Ģəkildə ifadə edə bilməyiblər. Bu adamların səhv 
edə  bilməyəcəkləri,  onların  bütün  dediklərinin  təkzibolunmaz  əsl  həqiqət  olduğu 
güman  edilsə  də,  onların  özlərindən  çox-çox  aĢağıda  duran  Ģagirdləri  həqiqəti 
bütün  dərinliyi  ilə  dərk  etmədən,  təbiidir  ki,  onu  daha  dəbdəbəli  və  hamı  üçün 
mütləq etmək arzusu ilə ona çoxlu lazımsız əlavələr, ələlxüsus əcaib ünsürlər daxil 
etdiklərindən,  əksəriyyət  üçün  həqiqəti  vacibliyi  ilə  görmək  çətin  olur.  Həqiqətin 
din tərəfindən belə təhrifi nə qədər çox etiraf edilmiĢdirsə, bu təhriflər o qədər də 
çox  artmıĢ,  nəticədə  din  xadimləri  tərəfindən  kəĢf  olunmuĢ  əsl  həqiqət 
qaranlıqlaĢmıĢdır. Elə buna görə də ən qədim dinlərdə həqiqəti gizləyən möcüzə və 
mövhumatlar  hər  Ģeydən  çoxdur:  bu,  ən  çox,  ən  qədim  dində,  oramin  dinində, 
ondan az yəhudi dinində, ondan da az budda, konfuksiya, taosist dinlərində, daha 
az  xristian  dinində,  nəhayət,  lap  az  və  axırıncı  böyük  din  olan  islam  dinindədir. 
Odur ki, müsəlmanlıq bu baxımdan ən əlveriĢli Ģəraitdədir. 
Ġslam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və öz bünövrəsinə 
Məhəmmədin  dini  -  mənəvi  təliminin  əsaslarını  qoysa,  təbiidir  ki,  bütün  böyük 
dinlərin  əsasları,  ələlxüsus,  həqiqəti  etiraf  edən  xristian  təliminin  əsasları  ilə 
birləĢir.  Sizə  belə  uzun-uzadı  ona  görə  yazıram  ki,  siz  mənim  fikirlərimi 
oğullarınıza  çatdıracaqsınız  və  bu  fikirlər  onların  gözəl  məramlarının  həyata 
keçməsinə  yaraya  bilərlər.  Dinin  mahiyyətini  təĢkil  edən  həqiqətlərin  böyük  onu 
qaranlıqlaĢdıran hər Ģeydən təmizlənməsinə təsir etmək insan fəaliyyətinin ən yaxĢı 

15 
 
növlərindən  biridir.  Əgər  Sizin  övladlarınız  bu  fəaliyyəti  həyat  məqsədləri  hesab 
etsələr, onda onların həyatı dolu və tam olacaq. 
Bilmirəm, müsəlmançılıqda mənə məlum olan, ali əsas həqiqətləri gizlədən 
yanlıĢ fikirlərdən və mövhumatından azad edilməsinə xidmət edən iki təlim Sizə və 
Sizin övladlarınıza məlumdur, ya yox. Buna görə, hər iki təlim təqibə məruz qalıb, 
indi də məruz qalır. Bu təlimlərdən biri Ġranda yaranmıĢ, sonra Türkiyəyə keçmiĢ 
və orada təqibə məruz qalan babistlər təlimi indiki Akkedə yaĢayan Baqo-Ullanın 
oğlunda səfərbər olub. 
Ancaq bütün insanlıq üçün vahid olan məhəbbət dinini qəbul edən bu təlim, 
ibadətin heç bir xarici formasını qəbul etmir. 
Ġkinci təlim Kazanda  meydana çıxıb. Onun tərəfdarları özlərini banilərinin 
adıyla,  Allah  alayı  və  yaxud  da  Vaisovçular  adlandırırlar.  Bu  adamlar  da  inamın 
mahiyyətini  məhəbbətdə  görürlər  və  məhəbbətə  zidd  gedən  bütün  tədbirlərdən 
kənarda qalırlar. Bu sekta da təqib olunur və bu günlərdə  onun rəhbərləri tutulub 
həbsxanaya salınıblar. 
Əgər mənim məsləhətlərim heç olmasa bir Ģeyə yarasalar, Siz və yaxud da 
Sizin  oğullarınız  özlərinin  sonrakı  fəaliyyətləri  haqqında  qərarlarını  mənə 
bildirsələr, çox Ģad olaram. 
Lev Tolstoy
2
 
Görünür, böyük Tolstoyu ananın məktubu bərk həyəcanlandırıb. Bunu dörd 
səhifəlik  və  demək olar  ki,  təcili  yazılan cavab  məktubundan da  hiss etmək olur. 
Tolstoyun:  “müsəlmançılığın  öz  xarici  formasına  görə  kilsə  pravoslavçılığından 
müqayisə  olunmaz  dərəcədə  yüksəkdə  durması  məndə  heç  bir  Ģübhə  doğurmur” 
cümləsi onların ailə intizarına son qoydu. Məktub ailədə hökm kimi oxunub, qanun 
kimi qəbul olundu. 
Lev  Tolstoyun  məktubundan  sonra  Tiflisdəki  Zaqafqaziya  Ruhani  Ġdarəsi 
general-mayor Ġbrahim ağa Vəkilovun övladlarını müsəlmanlığa qəbul etmiĢ və bu 
barədə Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadənin imzası ilə rəsmi sənəd vermiĢdir. 
UĢaqların  adını  da  dəyiĢdirmiĢlər:  Boris  Faris  olmuĢ,  Qleb  isə  Qalib  kimi 
rəsmiləĢmiĢdir. 
Lev Tolstoyun Yelena Yefimovna Vəkilovaya yazdığı məktubun əslini oğlu 
Faris 1978-ci ildə Moskvadakı Lev Tolstoy adına Muzeyə vermiĢdir. Surəti isə bu 
sətirlərin müəllifindədir. 
Dahi  Tolstoy  müsəlman  dininə  etiqadını  təkcə  bu  məktubla  izhar 
etməmiĢdir.  Onun  çoxminli  qələm  və  qəlb  dostları  Tolstoyun  Ġslam  dininə, 
Məhəmməd peyğəmbərin Ģəxsiyyətinə ülvi məhəbbəti barədə yazır, söhbət açırlar. 
Tolstoyun özünün birbaĢa etirafı isə ilk dəfə möhtərəm oxuculara təqdim etdiyimiz 
aĢağıdakı söhbətində aydın görünür. 
                                                           
2
  Lev  Tolstoyun  məktubu  makinada  yazılıb.  Müəllif  cümlənin  altından  xətt  çəkib  və  sonda  “Lev 
Tolstoy” sözlərini öz dəsti-xəttilə yazıb - ġ. N. 
 

16 
 
Milliyyətcə  slovak  olan  D.P.Makovitski  altı  il  Lev  Tolstoyun  Ģəxsi  həkimi 
olmuĢ və çoxsaylı qonaqların Tolstoyu ziyarət etməsi barədə “1904-1910-cu illərdə 
Tolstoyun yanında” adlı monumental bir əsər yazmıĢdır. 
1979-cu ildə həmin dörd cildlik “Yasnopolyana qeydləri” adı ilə Moskvada 
ilk  dəfə  nəĢr  olundu.  Kitabın  üçüncü  cildinin  üç  yüz  əlli  altıncı  səhifəsində 
Tolstoyun ailəvi söhbəti  verilib. Oxucu orada  dahi  yazıçının  general Ġbrahim ağa 
Vəkilovun  həyat  yoldaĢından  qayğısının  və  Ġslam  dinini  qəlbən  sevməsinin  bir 
daha Ģahidi olur. 
DuĢan Petroviç Makovitski yazır: 
“1909-cu il martın 13-də Lev Nikolayeviç söhbət zamanı dedi: bir anadan 
məktub almışam, yazır ki, uşaqlarımın atası müsəlmandır, özüm isə xristianam. İki 
oğlum var: biri tələbədir, o biri zabit. Hər ikisi də müsəlman dininə keçmək istəyir. 
Sofya  Andreyevna:  -  Yəqin  ki,  oğlanları  müsəlman  dininə  çoxarvadlı 
olmaq xatirinə keçmək istəyir. 
Lev Nikolayeviç: - Nə olar ki... Məgər bizdə çoxarvadlılar azdır? 
Sonra  Lev  Nikolayeviç  dedi  ki,  bu  məktub  haqqında  fikirləĢərkən  mənim 
üçün çox Ģey aydınlaĢdı. Məhəmməd həmiĢə Yevangelini üstələyir. O, Ġsanı Allah 
hesab  etmir  və  özünü  də  Allaha  bərabər  tutmur.  Müsəlmanların  allahdan 
baĢqa  allahı  yoxdur  və  Məhəmməd  onun  peyğəmbəridir.  Burada  heç  bir 
müəmma və sirr yoxdur. Hansı yaxĢıdır: xristianlıq yoxsa müsəlmançılıq? Mənim 
üçün aydındır  ki,  müsəlman dini daha yaxĢıdır,  daha üstündür.  Qısa  müddət 
susduqdan sonra Lev Nikolayeviç təkrar etdi: - Müsəlmançılıq müqayisəolunmaz 
dərəcədə xristianlıqdan üstündür. Müsəlmançılıq mənə çox kömək etmiĢdir. 
Mixail  Vasilyeviç:  -  Zaporojyeli  nekrasovçular
3
  müsəlman  dininə 
keçmiĢlər. 
Lev  Nikolayeviç:  -  Ġnsan  inkiĢaf  etdikdə  dinin  əsasları  da:  taosizm, 
buddizm,  xristianlıq  da  inkiĢaf  edir.  Bunların  da  hamısının  dini  əsasları  birdir. 
Zaman keçdikcə bu da birliyə və sadəliyə gətirib çıxardır. 
 
GECĠKMĠġ CAVAB 
 
Düz  səksən  iki  il  keçəndən  sonra  “Literaturnaya  qazeta”  yeddi  nömrəli 
dosyesində  (1991-ci  il)  general  Ġbrahim  ağa  Vəkilovun  ailə  məktubu  haqqında 
məlumat  verdi.  Dosye  islam  dininin  bütün  doğmalarını  özündə  birləĢdirən  dahi 
kitab - Qurani-Kərimə həsr olunmuĢdu. Bu təĢəbbüs Ġslam  dininin əsasları barədə 
çoxminli  rus  oxucularına  açıq,  mübaliğəsiz  məlumat  vermək  üçün  gözəl  bir 
baĢlanğıc idi. 
                                                           
3
  1708-ci  ildə  Bulavin  üsyanı  yatırıldıqdan  sonra  ataman  Ġqnat  Nekrasovun  rəhbərliyi  ilə  Türkiyəyə 
köçən Don kazakları - ġ. N. 
 

17 
 
Yazıçı Lev Tolstoyun Yelena Vəkilovaya  yazdığı məktubdan hissələr dərc 
edən  qəzet  həm  də  sorğu  vermiĢdi  ki,  çox  təəssüf  edirik,  Vəkilovanın  Ģəxsiyyəti 
haqqında heç bir məlumatımız yoxdur. 
Azərbaycanda bu sorğuya cavab verən bircə adam tapıldı - generalın yeganə 
nəvəsi,  professor  Leyla  Qalib  qızı  Vəkilova.  Cavabında  bu  məsələni  dəqiq 
açıqlayan Leyla xanım yazır: 
“Əhvalat  belə  olmuĢdu:  Qızlıq  famili  Yermolayeva  olan  Yelena 
Yefimovna 
hərbçi-zadəgan 
ailəsində 
doğulmuĢdur. 
Tiflisdə 
zabit 
toplanıĢlarının  birində  o,  gənc  zabit  Ġbrahim  ağa  PaĢa  ağa  oğlu  Vəkilovla 
görüĢüb tanıĢ olur. 
Bizim Vəkilovlar nəsli Azərbaycanın qəza Ģəhəri Qazaxdandırlar. Zadəgan 
silkinə məxsus olan nəslimiz rəsmi olaraq üç yüz əlli ildən çoxdur ki, davam edir. 
Bizim nəsil öz xalqına, vətəninə bir çox görkəmli hərbçi, alim, yazıçı və sairə bəxĢ 
etmiĢdir ki, onların arasında müasir Azərbaycan ədəbiyyatının korifeyi Ģair Səməd 
Vurğunun adını çəkməmək olmaz. 
Ġki  gənc  -  Yelena  Yefimovna  və  Ġbrahim  ağa  PaĢa  ağa  oğlu  bir-birini 
sevirlər.  Lakin  onların  birgə  səadətlərinə  din  ayrılığı  mane  olurdu.  Azərbaycanlı 
Ġ.Vəkilov  islam,  Y.Yermolayevna  isə  pravoslav  dininə  məxsus  idi.  Rusiya 
imperiyasının  o  vaxtı  qanunlarına  görə  kəbin  kəsdirmək  üçün  ikisindən  biri  öz 
dinindən  imtina  etməli  idi.  Ancaq  onların  heç  biri  tərbiyə  olunduqları  dini 
ehkamlara qarĢı çıxa bilmir. Belə olduğu halda mənim babam Ġbrahim ağa Vəkilov 
imperatora  müraciət  edir.  Əla-Həzrətdən  xahiĢ  edir  ki,  onların  dinlərini 
dəyiĢdirmədən  kəbin  kəsdirmələrinə  icazə  versin.  Uzun  çəkiĢmələrdən  sonra  bu 
icazə  verildi.  Lakin  Rusiya  imperiyasının  qanunlarına  görə  belə  kəbindən  sonra 
dünyaya gələn uĢaqlar pravoslav dinində tərbiyə almalı idilər. 
Beləliklə, Yelena Yefimovna hər üç uĢağını - qızı Reyhanı, oğlanları Boris 
və Qlebi xaç suyuna salır. Lakin atalarının, dost və qohumlarının təsiri ilə uĢaqlar 
islam dininə daha çox meyl və rəğbət göstərirlər. Analarını çox sevən hər üç uĢaq 
böyüyəndə  ondan  xahiĢ  edirlər  ki,  onların  müsəlman  dininə  keçmələrinə  razılıq 
versin. 
Məhz  bu  səbəbə  görə  də  mənim  nənəm  onu  üzən  “nə  etməli?”  sualı  ilə 
“xristian  dininin  vicdanı”  sayılan  yazıçı  Lev  Tolstoya  müraciət  etməyə  məcbur 
olur. 
Lev  Tolstoy  dörd  səhifəlik,  geniĢ  məktubla  nənəmə  cavab  yazır.  Həmin 
məktubdan  bəzi  parçaları  Siz  qəzetimizin  yeddinci  nömrəsində  -  dosyedə  dərc 
etmisiniz. 
Tolstoyun  məktubundan  sonra  Yelena  Yefimovnanın  və  Ġbrahim  ağa  PaĢa 
ağa oğlunun uĢaqlarının üçü də müsəlman dinini qəbul edir. Oğlanları adlarını belə 
dəyiĢirlər - Boris Faris, Qleb isə Qalib olur. 
Yelena  Yefimovna  bütün  həyatını  sadiq  ərinə  və  sevimli  uĢaqlarına  sərf 
etmiĢdir.  Hərbi  vəzifəsinə  görə  ərinin  hara  göndərilməsindən  asılı  olmayaraq 

18 
 
(babam  qərargah  generalı  rütbəsinə  qədər  yüksəlmiĢdir)  nənəm  həmiĢə  onu 
müĢayiət  etmiĢdir.  O,  çox  savadlı  qadın  olmuĢ,  bir  neçə  dil  bilmiĢ,  ədəbi-bədii 
tərcümələrlə  məĢğul  olmuĢ,  maraqlı  xatirələr  yazmıĢdır.  Nənəm  1923-cü  ildə 
Tiflisdə vəfat etmiĢdir. 
Mənim babam və onun hər iki oğlu öz xalqına, Vətəni Azərbaycana böyük 
inam  və  sadiqliklə  qulluq  etmiĢlər.  Xüsusilə,  1918-20-ci  illərdə  Azərbaycan 
Demokratik Respublikasının qurulmasında onların əvəzsiz xidmətləri olmuĢdur. 
Babam Ġbrahim ağa hərbi topoqraf idi. O, Ġran, Türkiyə və Zaqafqaziyanın 
xəritəsini  yaratmıĢdı.  Azərbaycanın  ictimai  həyatında  görkəmli  yer  tuturdu. 
Azərbaycanda  Demokratik  Respublika  olduğu  zaman  o,  Gəncənin  general-
qubernatoru idi. Türk, Ġran və rus ordenləri ilə təltif olunmuĢdu. 
Atam  Qalib  bəy  Ġbrahim  ağa  oğlu  Vəkilovun  hərbi-texniki  təhsili  vardı. 
Birinci dünya savaĢında iĢtirak etmiĢdi. Hərbi xidmətlərinə görə bir sıra ordenlərlə, 
o cümlədən müqəddəs Georgi xaçı ilə təltif olunmuĢdu. 
Əmim  Faris  bəy  Ġbrahim  ağa  oğlu  isə  ixtiralarına  görə  bir  sıra  patent 
qazanmıĢ  istedadlı  mühəndis  idi.  Təəssüf  ki,  bizim  ailəmiz  də  siyasi  təzyiq 
tədbirlərindən kənarda qalmadı. 
1931-ci  ildə  atam  birinci  dəfə  həbs  olundu,  sonra  səhhətinə  görə  həbsdən 
azad  edildi.  1937-ci  ildə  onu  ikinci  dəfə  həbs  etdilər  və  günahsız  olmasına 
baxmayaraq, keçmiĢ çar və müsavat zabiti kimi güllələdilər... 
Əmim  isə  on  səkkiz  il  Karaqanda,  Maqadan  və  Sibir  sürgünü  çəkmiĢdi. 
Atamdan  xatirə  olaraq  məndə  yalnız  onun  (ölümündən  sonra)  bəraət  alması 
həqqında olan arayıĢlar qalmıĢdır. 
Sizin  dosyenin  səhifəsində  adını  çəkdiyiniz  Y.Y.Vəkilovanın  ailəsi 
haqqında mənim demək istədiyim bunlar idi. 
“Hə, bir neçə kəlmə də özüm haqqında demək istəyirəm. Mən-Leyla Qalib 
qızı Vəkilova - pedaqoji elmlər doktoru, M.F.Axundov adına Pedaqoji rus dili və 
ədəbiyyatı  Ġnstitutunun  professoru,  Azərbaycanın  ali  və  orta  məktəbləri  üçün  rus 
dili  üzrə  bir  sıra  dərsliklərin  müəllifiyəm.  Bütün  Ģüurlu  həyatımı  gənclərin 
tərbiyəsinə və təhsilinə sərf etmiĢəm.” 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin