ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   10   ...   24

“FENĠKS” ZAVODU 
(1916-1917-ci illər) 
 
“Feniks”  zavodu  Petroqradın  əks  tərəfinə  diametral  olaraq,  Polyustrov 
sahilində Finlandiya vağzalı rayonunda yerləĢmiĢdir. 
Yeni Ģəraitdə ilk vaxtlar mən baĢ mühəndis “cənablarının” öhdəsində idim. 
Sonra  isə  sexlərdən  birinin  rəisi  oldum.  “Feniks”  zavodunda  mən  özümün 
mühəndis  bacarığımı  göstərə  bilmədim,  çünki:  əvvəla,  təsərrüfat  əvvəlcədən 
iĢlənilmiĢ texniki proseslər və hərbi sifariĢ çərçivəsi ilə ciddi məhdudlaĢdırılmıĢdı. 
Onlara  dəqiq  əməl  edilməsinə,  detalların  hazırlanmasının  keyfiyyətinə  və 
miqdarına nəzarət etmək lazım idi. Ġkincisi isə o zamankı düĢüncələr adi fəaliyyət 

58 
 
çərçivəsindən  kənar  idi.  Bu,  1916-cı  ilin  ikinci  yarısı,  1917-ci  ilin  ərəfəsi  idi. 
Zavodun rəhbərliyi sanki, qarĢıdakı hadisələrin nəhəngliyini, xarakterini görmür və 
zavodun gələcək inkiĢafı haqqında perspektivlər hazırlayırdı. 
Bizim  zavodun  direktoru  gənc  mühəndis  Mixail  Ġsayeviç  Barski  idi.  Mən 
yaxĢı iĢçilər sırasında idim və Amerikaya ezam ediləcək mühəndislərin siyahısına 
daxil  edilmiĢdim.  Rusiyada  baĢ  verən  hadisələr  ilə  əlaqədar  olaraq,  Amerika 
məsələsi  baĢ  tutmadı.  Mən  texniki  personal  və  qulluqçular  tərəfindən  yeni  təĢkil 
edilmiĢ  zavod  komitəsinə  nümayəndə  seçildim.  O  vaxtlar  bizim  zavodda  iĢləyən 
tokarlardan biri,  yoldaĢ Kadatski  mənim  yaxĢı  yadımdadır,  yüksək zehni inkiĢafa 
və  erudisiyaya  malik  olduğu  üçün  sonralar  o,  partiya  iĢçisi  və  Lensovetin  sədri 
olmuĢdu.  1917-ci  ilin  oktyabr  ayında  səhmdar  cəmiyyət  fəaliyyətini  dayandırdı. 
Zavod  bağlandı,  fəhlə  və  qulluqçular  haqq-hesablarını  aldılar.  1917-ci  il,  dekabr 
ayının  axırlarında  mən  Petroqraddan  Tiflisə  getdim,  orada  mənim  qohumlarım 
yaĢayırdı.  O  zaman  Zaqafqaziyada  federativ  respublika  yaratmaq  cəhdi  boĢa 
çıxdıqdan  sonra,  müstəqil  Gürcüstan,  Azərbaycan  və  Ermənistan  respublikaları 
əmələ  gəlmiĢdi.  Bir  neçə  vaxt  mən  siyasi-ictimai  iĢlə  məĢğul  oldum
8
.  Ġxtisasım 
üzrə  iĢləməməyin  qeyri-mümkün  olduğunu  görərək  öz  ixtisas  dərəcəmi  artırmaq 
üçün oradan Fransaya getməyi qərara aldım. 
 
Paris, Reno zavodu 
(1923-1926-ci illər) 
 
Paris  Ģəhərinə  gəldim.  Fransız  dilini  az-çox  bildiyimə  görə,  bir  müddət 
sonra RENO  maĢınqayırma zavodunun konstruktor Ģöbəsinə iĢə düzəldim. RENO 
zavodu daxiliyanma  mühərriklərinin böyük çeĢidini buraxan  nəhəng  müəssisə idi. 
Müxtəlif növ yük və minik avtomobillərindən baĢqa, zavod traktor, tank, stansional 
mühərrikləri  də  istehsal  edirdi.  Zavod  ən  yeni  texnika  ilə  təmin  edilmiĢdi, 
öyrənməli  çox  Ģey  var  idi.  Zavodun  konstruktor  Ģöbəsində  iĢlədiyim  4  il  ərzində, 
mən özümün texniki biliyimi  xeyli artırdım. Paris Ģəhərində  müvəqqəti qaldığıma 
əmin  idim,  tez-tez  Azərbaycanda  qalmıĢ  atam  ilə  əlaqə  saxlayırdım.  1925-ci  ildə 
atam  xəbər  verdi  ki,  məni  Peterburqdan  Ģəxsən  tanıyan  Azərbaycan  Kommunist 
Partiyasının  Mərkəzi  Komitəsinin  birinci  katibi  Əliheydər  Qarayev  təklif  edir  ki, 
vətənə  qayıdım  və  hadisələr  zamanı  dağıdılmıĢ  təsərrüfatların  bərpa  edilməsində 
iĢtirak  edim.  Mən  bu  təklifdən  çox  məmnun  oldum.  Sovet  konsulluğundan  lazım 
olan  sənədləri  aldım  və  1926-cı  ilin  fevral  ayında  öz  həyat  yoldaĢım  ilə  birlikdə 
Bakıya qayıtdım. 
 
 
                                                           
8
 Həmin vaxtlar Faris bəy Vəkilov Gürcüstan hökuməti yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi 
olmuĢdur. - ġ.N. 
 

59 
 
AZƏRBAYCAN DÖVLƏT METAL SƏNAYESĠ 
(1926-1932-ci illər) 
 
Qarayev məni səmimi qarĢıladı, ev almaqda kömək etdi və Leytenant ġmidt 
adına zavoda iĢə göndərdi. Mən orada vətəndaĢ Pavel Georgieviç Qolikov ilə tanıĢ 
oldum.  Onun  zavodda  hansı  vəzifə  daĢıdığını  mən  öyrənə  bilmədim,  ancaq  o, 
partiya  və  zavod  komitələrində  aparılan  müxtəlif  mövzuda  olan  söhbətlərdə  fəal 
iĢtirak edirdi. Onun ötkəmliyi və nüfuzlu olması böyük təsir göstərirdi, elə bil ki, 
ona  hamı  qulaq  asırdı.  YaĢına  görə  məndən  böyük  mühəndis  olduğunu  zənn 
edərək,  onun  hansı  institutu  bitirdiyi  ilə  maraqlandım.  Qolikov  cavab  verdi: 
“Peterburq Texnoloji Ġnstitutunu”, yəni mənim oxuduğum institutu. Ġnstitut yoldaĢı 
ilə  görüĢdüyümə  sevinərək,  onunla  institut,  professor  və  müəllimlər  haqqında 
xatirələri yada salmağa çalıĢdım. Bu zaman eĢitdiyim cavab məni sarsıtdı. Qolikov 
dedi  ki,  vətəndaĢ  müharibəsi  iĢtirakçısıdır,  vuruĢmalardan  birində  o,  baĢından 
kontuziya  almıĢdır  və  bunun  nəticəsində  yaddaĢını  tam  itirmiĢdir,  ona  görə  də  o, 
keçmiĢi,  o  cümlədən  də  institut  haqqında  heç  bir  Ģey  xatırlamır.  Bu  hal  qəribə 
görünsə  də,  Qolikovun  səsində  olan  qətiyyətlik  onun  dediklərinə  Ģübhə  etməyə 
imkan  vermirdi.  ġmidt  zavodunda  mən  cəmi  3-4  ay  iĢləməli  oldum.  Bu  zaman 
ümumittifaq  xalq  təsərrüfatı  sistemində  xalq  təsərrüfatının  ehtiyaclarını  ödəmək 
üçün metal emal edən müəssisələr kompleksi yaradıldı. Kompleks beĢ müəsissədən 
-  iki  mexaniki  zavod,  iki  çuquntökmə  zavodu,  bir  poladtökmə  zavodu  -  ibarət 
olmalı idi.  Kompleksə  partiya üzvü olan  yoldaĢ Slavnitski  direktor-administrator, 
Qolikov baĢ mühəndis təyin edilmiĢdi. 
Qolikov  mənə  texniki  Ģöbəyə  rəhbərlik  vəzifəsini  təklif  etdi.  Kompleksə 
daxil olmuĢ müəssisələr çox acınacaqlı vəziyyətdə idi. Onlar vaxtı ilə hər hansı bir 
Ģəxsə  mənsub  olmuĢ  mümkün  dərəcədə  istifadə  edilmiĢ  kiçik  emalatxanalardan 
ibarət  idi.  KöhnəlmiĢ  dəzgahlardan  ibarət  olan  avadanlıq,  dağılmıĢ  binalarda 
yerləĢirdi.  Aparıcı  orqan  olan  texniki  Ģöbə  dar  bir  dəhlizdə  yerləĢdirilmiĢdi.  Hər 
hansı bir texniki ədəbiyyatdan danıĢmağın belə mənası yox idi. Tale Paris zavodu 
RENO-dan  sonra  məni  belə  bir  Ģəraitə  atınıĢdı.  Direktorun  zavod  iĢi  haqqında 
təsəvvürü belə yox idi. O, yalnız yanğın söndürdüyü zaman göstərdiyi Ģücaətlərdən 
danıĢmağı bacarırdı. Kompleksə direktor təyin olunmazdan qabaq uzun illər boyu 
o,  yanğınsöndürmə  komandasında  iĢləmiĢdi.  Aldığı  kontuziyadan  yaddaĢını, 
institutda  qazandığı  “yüksək  biliyi”  itirmiĢ  baĢ  mühəndis  öz  “imkanlarından” 
istifadə  edə  bilmirdi.  (Ġnstitut  haqqında  təsəvvürü  o,  onu  Peterburqda  gəzdirən 
faytonlardan əldə etmiĢdi). Mən yeni iĢ yerində bu cür rəhbərlərin baĢçılığı altında 
iĢləməli idim. 
Bu cür Ģəraitdə iĢləməyin əsəb gərginliyinə necə səbəb olmasını, yalnız bu 
cür Ģəraitə düĢənlər baĢa düĢə bilər. Bu çətinliklərə əlavə olaraq mən adımın “Faris 
bəy”  ağırlığını  da  daĢımalı  idim.  O  zaman  bəylərə  münasibət  də  kəskinləĢmiĢdi. 
Ġndi,  illər  keçdikdən  sonra  mən  səmimi  qəlbdən  deyə  bilərəm  ki,  mənim  çiyin-

60 
 
çiyinə  iĢlədiyim  fəhlə  kollektivinin  qarĢılıqlı  yoldaĢ  etibarlığı  sayəsində  mənim 
mənəvi  gücüm  möhkəmlənirdi.  AĢağıdakı  adlar  həmiĢəlik  mənim  yadımda 
qalmıĢdır; model ustası Makarov, əla qazan niĢanvuranı Ajotkin, frezerçi Obnosov, 
niĢanlayıcılar - Lunin və Qalimov. Oz biliyimi onlarla bölüĢdürməklə yanaĢı, mən 
özüm  də  onlardan  çox  Ģey  öyrənirdim.  Elə  vaxt  olurdu  ki,  mən  onlar  ilə  birlikdə 
saatlarla  bir  çertyojun  üzərində  iĢləyir,  bu  ağır  Ģəraitdə  detalları  necə  əldə  etmək 
haqqında fikirləĢirdik. 
Bütün  çətinliklərə  baxmayaraq,  bizim  zavodun  istehsal  etdiyi  ilk  iĢlərdən 
biri Bakı ticarət limanının tikilməsində monolitlərin döĢəməsi üçün düzəldilmiĢ 73 
tonluq üzən kranın təchiz edilməsi idi. O zaman, 1927-ci ildə limanın rəisi yoldaĢ 
Baqlay idi. O, limanın tikilməsi üçün bizim zavoddan ciddi iĢ, kömək gözləyirdi. 
Bizim  direktor  və  baĢ  mühəndis  iĢdən  xəbərdar  olan  kimi,  iĢin  texniki  Ģöbəyə 
tapĢırıldığını  Baqlaya  çatdıraraq,  onu  mənə  caladılar.  Mən  monolitləri  qaldırmaq 
üçün Ģtamp ilə sürgü qolunun konstruksiyası və hesabatı ilə məĢğul olmalı oldum. 
Biz iĢi vaxında baĢa çatdırdıq və  sifariĢçini tam razı saldıq. Bizim hazırladığımız 
sürgü  qolunu  sınaqdan  keçirdiyimiz  zaman  nə  direktor,  nə  də  ki  baĢ  mühəndis 
orada yox idilər. Əgər ki, biz müvəffəqiyyətsizliyə uğrasaydıq, onlar bu hərəkətləri 
ilə  özlərini  təmizə  çıxarmıĢ  olacaqdılar.  75  tonluq  bir  nəhəngin  bizim 
düzəltdiyimiz  bir  qoldan  asılı  vəziyyətdə  sallanmalı  olduğu  15  dəqiqəlik  sınaq 
müddətini  mən  böyük  həyəcanla  keçirdim.  Sınaq  müvəffəqiyyətlə  keçdi.  Zavoda 
göndərdiyi xüsusi məktubda yoldaĢ Bəqlay mənə təĢəkkürünü bildirdi. 
Bizim qüvvəmizin xeyli gərginliyini tələb edən ikinci böyük iĢimiz, Muğan 
çölünün  pambıq  tarlalarının  suvarılması  üçün  5  nəhəng  mərkəzdənqaçma 
nasosunun düzəldilməsi oldu. Bu, Mərkəzi Komitənin xüsusi tapĢırığı idi. Cəmi 12 
nasos - 7-sini ġmidt zavodu - 5-ni bizim zavodumuz - hazırlamalı idi. Bu tapĢırığın 
yerinə yetirilməsi üçün bizdə olan imkanları ġmidt zavodu ilə müqayisə belə etmək 
olmazdı.  Ən  böyük  çətinlik  onda  idi  ki,  belə  iri  nasosların  çertyojları  yox  idi. 
Bunun  üçün  bu  tip  dağılmıĢ  nasosların  hissələrindən  istifadə  etmək,  korpus  və 
təkərlərin tökmələri modellərinin çertyojunu çəkmək lazım gəlirdi. O zaman model 
ustası  yoldaĢ  ġiryayevin  mənə  etdiyi köməyi qeyd etməyə  bilmərəm. Biz  ümumi 
gücümüzü birləĢdirərək tapĢırığı yerinə yetirə bildik. Nasoslar hazır idi. Bu məsul 
iĢdə  bir  direktor,  bir  də  baĢ  mühəndis  iĢtirak  etmirdi.  Bizim  nasoslardan  üçü 
Muğanın  Zərdab  kəndinə  göndərildi.  Onların  montajı  və  iĢə  salınması  üçün 
təcrübəli çilingər Stepan Borodin ezam edildi. 
Nasosların  hər  biri  daxiliyanma  gücü  75-80  MN  olan  motorlarla  hərəkətə 
gətirilməli  idilər.  Motorlar  vaqon  təmiri  zavodundan  verilməli  idi.  Bu  nəhəng 
nasosların zavod Ģəraitində sınaqdan keçirilməsi mümkün deyildi, bu da çox ciddi 
və  təhlükəli  hal  idi.  Biz  onları  sınaqdan  keçirməmiĢ  yollamalı  olduq.  Nasosları 
quraĢdırılacaqları  yerə  göndərdikdən  bir  müddət  keçdikdən  sonra  Borodindən 
zavoda  teleqram  gəldi:  “Nasoslar  su  vurmur,  yəqin  ki,  çertyojlarda  səhvləriniz 
olub. Mühəndis göndərin. “Müvəffəqiyyətsizliyimizdən xəbərdar olan birinci katib 

61 
 
Bağırov  -  hidravlika  üzrə  mütəxəssis-professor  Arxangelskinin  nasosların 
qurulacağı yerə getmələri haqqında əmr verir. Tiflisdən Zaqafqaziya su təsərrüfatı 
baĢ  mühəndisi  Kondratyev  və  əlbəttə  ki,  nasosun  hazırlandığını  zavodun 
nümayəndəsi  də  ora  getməli  idi.  Bizim  zavodun  direktoru  da,  baĢ  mühəndisi  də 
üzlərini turĢutmuĢdular. Əlbəttə ki, onlar heç bir iĢdə təqsirkar deyildilər, günahkar 
təkcə Vəkilov idi. Təsəvvür edin  ki,  mən  yola  nə  vəziyyətdə  hazırlaĢırdım... Mən 
böyük  təhlükə  qarĢısında  idim.  Nasosların  hansı  Ģəraitdə,  hansı  çətinliklər  ilə 
hazırlandığı  heç  kəsi  maraqlandırmırdı.  Muğana  su  gəlməyəcək,  pambıq 
olmayacaq,  bütün  bunların  günahkarı  Vəkilov  idi.  Bu  hallarda  Mir  Cəfər 
Bağırovun iĢə nə cür münasibət bəslədiyini yaxĢı bildiyim üçün, gələcək aqibətimi 
təsəvvür  edirdim.  Çertyoj  və  indikatoru  özümlə  götürərək  mən  Ucar  stansiyasına 
yollandım. Ucar ilə Zərdab kəndinin arasında 20 kilometrlik məsafə var idi. Ucar 
stansiyasında  Zərdaba  getmək  üçün  fayton  gözlədiyim  zaman  Bakıya  gedən  bir 
qrup  yerli  sakinlə  rastlaĢdım.  Mən  onların  Zərdabda  nə  hadisə  baĢ  verdiyini, 
nasosların  həqiqətən  də  su  vermədikləri  haqqında  məlumat  almaq  istədim.  Onlar 
mənə  dərhal  cavab  verdilər  ki,  düzdür  nasoslar  su  vermir,  lakin  buna  nasoslar 
deyil, onları hərəkətə gətirən motorlar səbəbdir. Mən elə bil ki, bu xəbərdən özümə 
gəldim və yenidən onlardan sual-cavab etməyə baĢladım. Onlar məni əmin etdilər 
ki,  doğrudan  da  nasosların  iĢləməməsinin  səbəbi  motorların  yararsız  olmasıdır. 
Mən  Zərdaba  gəldikdə,  mühəndis  Kondratyev  artıq  orada  idi.  Professorlar  gəlib 
çıxmırdılar.  Kondratyev  ilə  birlikdə  biz  qurğunu  sınaqdan  keçirdik.  Motor  iĢə 
düĢdükdə nasos bütün gücü ilə suyu atırdı, lakin həmin an gücdən düĢmüĢ motorlar 
sönürdü.  Məsələ  aydın  idi.  Hər  ehtimala  qarĢı  mən  motorlardan  birinin  indikator 
diaqrammasını  çəkdim.  Diaqramma  göstərdi  ki,  porĢenin  halqaları  köhnəlib 
yararsız  hala  düĢmüĢdür,  buna  görə  də  slindrlərdə  lazım  olan  təzyiq  alınmır. 
Motorların  yararsız  olduğu  sübut  edildi.  Mən  nasosun  suyu  necə  qovduğunu 
müĢahidə  etdikcə,  böyük  məmnunluq  hissi  keçirirdim.  Kondratyev  və  kolxoz 
sədrinin  imzası  ilə  akt  tərtib  edib,  mən  Bakıya  qayıtdım.  Özümü  yeni  dünyaya 
gəlmiĢ  kimi  hiss  edirdim.  Zavodun  rəhbərliyi  aktı  götürərək  yuxarıya  getdilər  və 
qürurla  məlumat  verdilər  ki,  zavod  ondan  tələb  edildiyindən  də  böyük  iĢ 
görmüĢdür. Lakin, məni özləri ilə aparmağı lazım bilmədilər. 
Bu  hadisədən  bir  qədər  sonra  zavodda  gözlənilməz,  bir  az  da  qeyri-adi  bir 
hal  baĢ  verdi.  Qolikovun  ona  məxsus  olan  xüsusiyyətlərindən  biri  də,  nöqsanları 
tez görmək və bunu o, adamın üzünə demək idi ki, bu da müxalifətçilik vəziyyəti 
yaradırdı.  Belə  bir  hal  onunla  Çingiz  Ġldırım  arasında  yaranmıĢdı.  Çingiz  Ġldırım 
Ümumittifaq  Xalq  Təsərrüfatı  (ÜĠXT)  sədri  Ağababovun  müavini  vəzifəsində 
iĢləyirdi. Çingiz onun özünə qarĢı çıxanları sevmirdi. Günlərin bir günü o, zavoda 
gəldi,  tələbə  yoldaĢı  kimi  məndən  texnoloji  institutda  oxuyarkən  Qolikovla  tanıĢ 
olub-olmadığımı  soruĢdu.  Mən  cavab  verdim  ki,  tanımırdım,  lakin  yaĢı  məndən 
böyük  olduğu  üçün  ola  bilər  ki,  o,  institutu  tez  bitirib.  Onda  Çingiz  Ġldırım  bu 
haqda  teleqram  ilə  instituta  müraciət  etdi,  cavabında  məlum  oldu  ki,  Qolikov  heç 

62 
 
vaxt  institutun  tələbəsi  olmayıb.  Qolikovun  yalanı  açıldı.  Qolikov  hiss  etdi  ki, 
bundan  sonra  o,  zavodda  qala  bilməz.  Bundan  bir  neçə  gün  sonra  Qolikov  iĢə 
gecikməyə  baĢladı.  Evinə  nümayəndə  göndərildi.  Məlum  oldu  ki,  ev  boĢdur, 
Qolikov yoxa çıxmıĢdır. Hara - məlum deyil. 
Bizim zavodda iĢləyən Yenox Lvoviç Avajanskiy baĢ mühəndis vəzifəsinə 
təyin  edildi.  O  özündə  olan  çertyojlara  əsasən,  ancaq  tara  kimi  istifadə  edilən 
boçkaların  istehsal  edilməsi  üçün  bondar  dəzgahlarının  hazırlanması  ilə  məĢgul 
olurdu. BaĢ mühəndis vəzifəsinin icrasına baĢlayan kimi, Alajanski mənə bildirdi 
ki,  o  ondar  dəzgahlarının  hazırlanmasından  baĢqa,  texniki  Ģöbənin  iĢinə, 
ümumiyyətlə  heç  bir  iĢinə  qarıĢmayacaq.  Bu  bildiriĢ  ilə  o, zavodda  baĢ  verən  hər 
bir hadisə üçün məsuliyyət daĢımayacağını məlum etdi. BaĢ mühəndis vəzifəsinin 
böyük  hissəsi  mənim  üzərimə  düĢürdü.  Bu  zaman  zavodun  fəaliyyət  sahəsi  xeyli 
geniĢlənmiĢdi.  SifariĢçilər  çoxalır,  onların  tələbləri  də  artırdı.  Azərdövlətmetal 
sənayesinə  baĢ  zavodda  hazırlanmıĢ  ikinci  marten  peçi  verilmiĢdi.  Bu  Ģəraitdə 
kompressor  təsərrüfatının  zəifliyi  aydın  görünürdü.  Marten  peçi  üçün,  hava 
çəkicləri  polad  təbəqələrin  kəsilməsi  üçün  hava  tələb  olunurdu.  Ġki  az  güclü 
kompressor azlıq edirdi. Havanın çatmaması bu və digər sahədə iĢin dayanmasına 
səbəb  olurdu.  Kompressorların  gücünü  artırmaq  vacib  idi.  Təzə  kompressorlar 
almaq  qeyri-mümkün  idi.  Yerli  sənaye  çox  az  kompressor  buraxırdı.  Çətin 
vəziyyətdən  çıxmaq  lazım  idi.  Köhnədən  qalmıĢ  sınıq-salxaq  maĢınların  içində 
mənə  tanıĢ  olmayan  iki  maĢın  korpusu  aĢkar  etdim.  Bunlar  ya  buxar 
mühəriklərinin,  ya  da  kompressorun  korpusları  idilər.  Korpuslar  yaxĢı  qalmıĢdı. 
Məncə,  onlar  heç  iĢlənməmiĢdi,  lakin  detalların  çoxu  çatıĢmırdı.  Üstlərindəki 
yazılardan  məlum  olurdu  ki,  onlar  Ġngiltərədə  hazırlanmıĢdılar.  Onların  üzərində 
firmanın adı və ünvanı olan etiketlər də var idi. Mən bizim Ġngiltərədə olan daimi 
nümayəndəliyimizə  məktub  yazıb  xahiĢ  etdim  ki,  onlar  həmin  firmaya  müraciət 
etsinlər  və  maĢınların  pasportlarını  bizə  göndərsinlər.  Lakin,  mən  hiss  edirdim 
cavab  çox  gec  gələcək,  ona  görə  də  risk  edərək  o  maĢınlardan  kompressor  kimi 
istifadə  etməyi  qərara  aldım.  Bu  iĢdə  mənə  texniki  Ģöbədə  iĢləyən  yaxĢı  texnik 
LatıĢ  Siroqe  kömək  edirdi.  Biz  özümüz  bildiyimiz  kimi,  çatıĢmayan  detalların 
çertyojunu  çəkdik  və  zavodda  hazırladıq.  MaĢını  yığdırdıqdan  və  onun  altında 
müvəqqəti  bünövrə  qurduqdan  sonra,  yaxın  bazar  günlərindən  birində,  zavod 
iĢləməyən bir gün sınaq iĢi aparmağı qərara  aldım.  Sınaq  haqqında  Aljanskini  və 
direktoru  xəbərdar  etdim.  Onlardan  heç  biri  gəlmədi.  Mən  yığdırılmıĢ  maĢını 
kompressor  üzrə  növbətçinin  və  elektromontyorun  köməkliyilə  iĢə  saldım.  Bizim 
xoĢbəxtliyimizdən  əla  nəticə  alındı.  Təzə  kompressorun  gücü  köhnə  iki 
kompressorun  gücünün  cəminə  bərabər  idi.  Müvəffəqiyyətdən  ruhlanaraq,  ikinci 
kompressoru  da  bu  cür  sazladım.  Bünövrə  üstündə  qurulmuĢ  bu  iki  maĢın 
zavodumuzun  kompressor  gücünü  üç  dəfə  artırdı.  Bu,  çox  böyük  nailiyyət  idi. 
Zavoda,  demək  olar  ki,  bir  qəpiksiz  baĢa  gəlmiĢ  bu  iĢ  üçün,  bu  müvəffəqiyyətdə 
heç bir iĢ görməyən Ģəxslər təĢəkkür qazandılar. Zavodda baĢ vermiĢ bu hadisədən 

63 
 
yuxarı  təĢkilatlar  da  xəbərdar  oldu.  Yuxarı  təĢkilatda  iĢləyən  bir  nəfər  söhbət 
əsnasında  mənə  bildirdi:  “bu  nədir,  Vəkilov,  zəif  iĢləyirsiniz...  Zavodda 
kompressor  olduğu  halda,  siz  zavod  üçün  kompressor  tələb  edirsiniz.  YaxĢı  ki, 
Avajanskiy gəldi və kompressorlar aĢkar olundu”. 
Beləliklə,  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  bütün  məsul  hallarda  baĢ 
mühəndis  və  direktor  kənarda  qalmağı  üstün  tuturdular,  hər  Ģey  müvəffəqiyyətlə 
bitdikdə isə yuxarı təbəqələrdə onlar olurdular. Bakı limanı üçün yetmiĢ beĢ tonluq 
kranı,  Muğan  üçün  çətin  nasosların  və  zavodun  kompressor  gücünün  artırılması 
iĢində də belə olmuĢdu. 
1932-ci  ildə  Azərdövlətmetal  sənayesi  yenidən  təĢkil  edildi.  Onun  ġmidt 
zavodunun  yaxınlığında  yerləĢən  baĢ  zavodu  əraziyə  görə  həmin  zavod  ilə 
birləĢdirildi.  ġmidt  zavodunun  direktoru  vətəndaĢ  müharibəsi  qəhrəmanı,  ordenli 
Qolubev  idi.  O,  mənimlə  görüĢdükdə  bildirdi  ki,  məni  birləĢdirilmiĢ  ġmidt 
zavoduna  baĢ  mühəndis  təyin  edirlər.  Bu,  məni  təəcübləndirdi  və  mən  bu  hissi 
Qolubevdən  gizlətmədim.  Əgər  bu  vəzifəyə  bizim  zavoddan  namizəd  verilirdisə, 
onda  bu  Ģəxs  AlĢanskiy  olmalı  idi,  çünki  zavodun  baĢ  mühəndisi  o  idi.  Qolubev 
cavabında bildirdi: “Elə bilməyin ki, bu məsələyə baxılmayıb, yəqin ki, buna səbəb 
vardır.  Bizə  məlumdur  ki,  zavoda  baĢqa  bir  Ģəxs  deyil,  yalnız  sizin  ağlınızla 
rəhbərlik edilib”. 
Beləliklə, mənim Azərdövlətmetalsənayesindəki iĢim baĢa çatdı. Burada nə 
iki baĢ mühəndis, nə də direktor zərrə qədər belə mənə kömək etmirdilər. Beləliklə, 
mən  birləĢmiĢ  ġmidt  zavodunun  baĢ  mühəndisi  oldum.  Neft  sənayesinin  nəhəng 
təsərrüfatına  xidmət  etmək  üçün,  kollektivi  4000  nəfər  olan  bir  zavodun  texniki 
rəhbəri olmaq çox fərəhli idi. Ona görə də mən vəzifəni ləyaqətlə yerinə yetirməyi 
qərara aldım. Çox təəssüf ki, mən buna nail ola bilmədim. 
Azərdövlətmetalsənayesində  iĢlədiyim  vaxtı  xatırlayarkən  bir  gülməli 
hadisə yadıma düĢdü. Bizim poladtökmə sexində QriĢin adlı bir krançı iĢləyirdi. O 
özü Ryazan Ģəhərindən, azsavadlı olsa da, təbiətən çox ağıllı və hiyləgər oğlan idi. 
O öz iĢini yaxĢı öyrənmiĢ, kranı əla idarə edə bilirdi. Demək lazımdır ki, əridilmiĢ 
poladın  tökülmə  prosesində  kran  çox  böyük  iĢ  görürdü.  Sex  iki  növbədə  iĢlədiyi 
üçün, o biri növbədə QriĢini əvəz edən var idi. Əvəz edən iĢi pis bilirdi, ona görə 
də  o,  əridilmiĢ  poladın  tökmə  prosesində  iĢləmirdi.  Günlərin  bir  günü  Qolikov 
mənim  “kabinet”  adlanan  iĢ  küncümə  gəldi,  onun  əlində  kranın  əyilmiĢ  bir  detalı 
var idi. O, bildirdi ki, kran xarab olub, xahiĢ etdi ki, mən sərəncam verim, zavodda 
bu  detalı  hazırlasınlar.  Bu  zaman  o,  o  biri  növbə  zamanı  baĢ  vermiĢ  qəza  ilə 
əlaqədar olaraq, öz təəccübünü də bildirdi. Detalı tez hazırladılar, QriĢin razılıqla 
çıxıb  getdi.  Kran  iĢləməyə  baĢladı.  ƏrdilmiĢ  poladı  tökərkən  qarmaqdan  asılmıĢ 
təknəni  yuxarı qaldırmaq lazım  gəlmir. Ertəsi gün səhər kranda  yenə QriĢini əvəz 
edən  Ģəxs  iĢləyirdi.  Saat  12-ə  yaxın  yenə  QriĢin  yanıma  gəldi  və  məlum  etdi  ki, 
həmin detal yenidən sınmıĢdır. Mən onun nəzərinə çatdırdım ki, o, onu əvəz edənin 
iĢi  ilə  lazımi  qədər  maraqlanmalıdır.  Yeni  detal  hazırlanırdı,  QriĢin  iĢini  davam 

64 
 
etdirdi. Mən QriĢinə tapĢırdım ki, səhər də iĢə çıxsın və kranın iĢini özü müĢahidə 
etsin. Mən əmin idim ki, QriĢin qəzanın səbəbini özü ayırd edəcəkdir, ancaq ertəsi 
gün səhər mən “kabinetə” daxil olduqdan bir az sonra o, yenidən əyilmiĢ detal ilə 
mənim  yanıma  gəldi.  O,  elə  bil  ki,  baĢını  itirmiĢdi,  əvvəlki  sayıqlığından  əsər-
əlamət belə yox idi. O, and içirdi ki, kranı özü idarə edirmiĢ, nə baĢ verdiyini ayırd 
edə bilmirdi. Əlbəttə, çox təəccüblü hal idi, üç gün dalbadal eyni qəza baĢ verirdi. 
O,  mənə tərəf əyilərək,  tam cəldliklə pıçıldadı:  “Mənə inanın,  yoldaĢ Vəkilov, bu 
Ģeytan  əməlidir.  Nə  edək?”  ƏsəbiləĢsəm  də,  bu  sözdən  məni  gülmək  tutdu.  Mən 
ona cavab verdim: “Mən sənə göstərərəm Ģeytan əməlini, get burdan, get partkoma, 
orada  de  ki,  sənin  sexində  Ģeytan  əmələ  gəlmiĢdir,  yoldaĢ  Vəkilov  da  deyir  ki, 
Ģeytan onun sözünə baxmır. Partkomdan qayıdarkən yenə mənim yanıma gəl”. Tək 
qaldıqdan sonra mən kranın kinemarik sxemini araĢdırmağa baĢladım.  Bu hadisə 
yalnız  kranın  həddən  artıq  yüklənməsi  zamanı  baĢ  verə  bilərdi.  Bu  yükü  tapmaq 
lazım  idi.  Yadıma  düĢdü  ki,  kranın  özünün  məhdudlaĢdırıcısı  vardır.  Deməli, 
QriĢini  əvəz  edən  Ģəxs  təcrübəsizliyin  nəticəsi  olaraq,  məhdudlaĢdırıcını 
çıxarmıĢdır,  elə  qəzaya  da  səbəb  bu  olur.  Partkomda  QriĢinə  nə  demiĢdilərsə,  o, 
mənim yanıma gözü yaĢlı qayıtdı. Mən gülməyimi güclə saxlayaraq ona dedim ki, 
“Ģeytanı”  tapmıĢam.  QriĢin  mütəəssir  halda  gözlərimin  içinə  baxaraq  soruĢdu: 
“Düz deyirsiniz, yoldaĢ Vəkilov, Ģeytan hanı?”. Mən qətiyyətlə dedim: “ġeytan ya 
sənsən, ya da səni kranda əvəz edən Ģəxs”. QriĢin elə bildi ki, mən onu ələ salıram: 
“Nə  baxırsan?  Yəqin  ki,  məhdudlaĢdrıcını  çıxarmısınız”.  MəhdudlaĢdırıcı  sözünü 
eĢidən QriĢin güllə kimi götürüldü. 
“ġeytan”ı  iĢdən  qovdular.  Çoxları  zavodda  QriĢinə  “Ģeytan”  deyirdi. 
Sonralar biz QriĢin ilə birlikdə bu hadisəni tez-tez xatırlayırdıq. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin