ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə18/24
tarix05.03.2017
ölçüsü2.8 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

General Mehmandarov Port-Artur döyüĢlərində 
 
1904-cü ildə rus-yapon müharibəsi baĢlananda Səməd bəy Mehmandarovun 
qırx  səkkiz  yaĢı  vardı.  Yelizaveta  Nikolayevna  ilə  evlənmələrinin  bir  ili  tamam 
olmamıĢdı.  Yelizaveta  Kiyev  qadın  gimnaziyasını  bitirmiĢdi.  Port-Artur  hərbi 
səhra  xəstəxanasında  Ģəfqət  bacısı  iĢləyirdi.  Səməd  bəy  kimi  o  da  zadəgan 
nəslindən idi. Ġyirmi bir yaĢlı Yelizavetaya həyat, elə bil anadan olandan səbr dərsi 
keçmiĢdi. O, nə ağır hərb iĢinə, nə də yaralı əsgərlərə qarĢı laqeyd deyildi. 
Bir  dəfə  Səməd  bəy  ona  deyir:  -  Komandanlıqdan  sənin  Peterburqa 
qayıtmağına icazə almıĢam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam. 
Ərinin üzünə Ģax baxan Yelizaveta: 
Səməd  bəy,  demiĢdi,  ölkədə  müharibə  gedirsə,  səncə  əsgərin  yeri  harada 
olmalıdır? 
- Əlbəttə cəbhədə!  
Bax,  mən  də  cəbhədəyəm,  yoxsa  məni  qadın  görüb  əsgər  olmağıma  Ģübhə 
edirsən?  
- Axı, sən ana olmağa... 
Bir  də  bu  söhbətə  qayıtmayaq.  Söz  verirsən...  Bu  mövzudan  vaz  keçək, 
əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil. 
Bu, ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.  
Yanvarın  iyirmi  altısında  gecə  yaponlar  rusların  Port-Artur  limanında 
dayanan  eskadrasına  hücum  edib  “Retvizan”,  “Sesareviç”  zirehli  gəmilərini  və 
“Pallada”  kreyserini  yandırdılar.  Müharibə  baĢlandı.  Səhərisi  Səməd  bəy 
Mehmandarovu  yeddinci  Sibir  atıcı  topçu  divizionunun  komandiri  təyin  etdilər. 
Bu,  quru  qoĢunlarının  komandanı,  general-mayor  Roman  Kondratenkonun  əmri 
idi.  Roman  Ġsidoroviç  Mehmandarovun  döyüĢdə  dəyanətinə,  komandirlik 
bacarığına  yaxĢı  bələd  idi.    Məhz  ona  görə  də  Səməd  bəyi  ġərq  cəbhəsinin  rəisi 
təyin  etdi.  Bura  Port-Artur  müdafiəsində  ən  mühüm  cəbhə  hesab  olunurdu. 
Yaponlar ən güclü qüvvəni də buraya yeritmiĢdilər. Onlar Ģiddətli həmlələr edir və 
arası  kəsilmədən  bombalar  yağdırırdılar.  Polkovnik  Səməd  bəy  Mehmandarov 
komandan  Kondratenkonun  ən  yaxın  köməkçilərindən  biri  idi.  Topçuların 
əməliyyatına  bacarıqla  rəhbərlik  edən  Mehmandarov  qala  mühasirədə  olanda 
həmiĢə  ön  mövqelərdə  və  çox  təhlükəli  yerlərdə  sərrast  atəĢlə  samurayların 
hücumunu dəf edirdi. 
 
*  *  * 
 

153 
 
Port-Artur  müharibəsinin  baĢlanmasından  doxsan  yeddi  il  keçir.  Bu 
müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik əsərlər nəĢr olunub. 
Xüsusilə,  1905-1910-cu  illərdə  bu  mövzuda  çoxlu  gündəliklər  və  xatirələr 
yazılmıĢdır. 1906-cı ildə P.Larenkonun “Port-Arturun əzablı günləri” kitabı da bu 
qəbildəndir.  Burda  sərkərdə  eloğlumuz  Səməd  bəy  Mehmandarovun  təkcə  döyüĢ 
qabiliyyəti  deyil,  həm  də  onun  Ģəxsiyyət  kimi  dönməzliyi,  böyüklüyü  Ģahidlərin 
dili  ilə  verilib.  Ġlk  dəfə  Azərbaycan  oxucularına  təqdim  etdiyimiz  gündəlikdən 
parçaları oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən. 
Həmin  kitabın  “Noyabr  hücumları”  fəslində,  səhifə  494-də:  “Hələ  avqust 
bombardmanı zamanı yaponlar hiss etdilər ki, hardansa, arxadakı fortlar xəttindən 
onları  dəqiq  atəĢə  tutublar.  Polkovnik  Mehmandarovun  komandası  altında  olan 
yeddinci  ġərqi-Sibir  artilleriya  divizionu  (yəni  səhra  artilleriyası)  həmləyə  məruz 
qalmıĢ  istehkam  xəttinin  sağ  cinahının  arxasında  örtülü  mövqeləri  tutaraq 
müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk 
günlərində  çox  zərər  çəkmiĢdi.  Polkovnik  Səməd  bəy  Mehmandarovun  səhra 
artilleriyası  ən  fədakar  həmlələri  belə  dəf  edərək  yaxınlıqda  olan  yapon 
batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruĢurdu”. 
Səhifə 597-də: 
“S.  daxil  oldu.  O,  söhbət  edirdi  ki,  ön  həmlənin  topçularından  polkovnik 
Mehmandarov  (sağ  cinahın  bütün  artilleriya  üzrə  komandiri)  və  podpolkovnik 
Stolnikov  öz  Ģəxsi  təhlükələrinə  qəribə  nifrətlə  yanaĢırlar;  bombardman  vaxtı 
batareyalarda elə gəzirdilər ki, elə bil partlayan mərmiləri görmürlər. Belə ki, onlar 
bu  hərəkətləri  ilə  yerdə  qalanları  da  ruhlandırırdılar.  Onların  birincisi  qafqazlılara 
məxsus  cəngavər  kimi,  ikincisi  isə  taleyinə  sədaqətlə  itaət  edən  dindar  adamlar 
kimi davranırdılar. 
Burda  - səhra artilleriyasının  öhdəsinə baĢlıca olaraq həmləni  və Ģrapnellə, 
karteclə  düĢmən  kolonlarını  məhv  etmək  məsələsi  düĢür.  Qala  topları  çox  ziyan 
çəkdiklərindən, səhra artilleriyası isə tez-tez yerini dəyiĢdiyindən onlarla mübarizə 
aparmaq yaponlar üçün çətin idi. O isə zərbələri elə hey endirirdi”. 
Səhifə 606-da (11-24 dekabr): 
“Yaralı  zabitlərlə  apardığım  söhbətlərdən  polkovnik  Mehmandarov 
haqqında  bəzi  Ģeyləri  öyrəndim.  O,  cəsur,  özünü  çox  sevən,  tabeliyində  olanlara 
tam ciddiyyətilə yanaĢan bir adam idi. Onları məcbur edirdi ki, Ģəxsi mərdlikləri ilə 
hamıya  nümunə  olmağı  bacarsınlar.  Təbiətən  coĢqun,  hərarətli  olan  bu  adam 
sözünü  çox  kəskin  deyirdi.  Polkovnik  Mehmandarov  deyirdi  ki,  yalnız  Ģücaət 
göstərməyi  bacaran,  ağlıllı,  özünü  sevən  adamları  qiymətləndirir;  karyeraçı 
zabitlərinsə  ən  böyük  arzusu  -  həyatlarını  qoruyub  saxlamaq  və  heç  bir  xidmət 
göstərmədən ordenlər almaqdır”. 
Səhifə 630-da (17-30 dekabr): 
“Üçüncü  fortun  məğlubiyyəti  bizim  artilleriyanın  vəziyyətinə  pis  təsir 
göstərdimi?  -  sualına  polkovnik  Mehmandarov  belə  cavab  verdi  ki,  o,  vəziyyətdə 

154 
 
heç bir ağırlaĢma görmür. Artilleriya Ģəraitinin pisləĢməsinə üçüncü fortun heç bir 
mənfi təsiri yoxdur. Yalnız general Fok özünü birbaĢa cavabdan qaçıraraq, ümumi 
nəticəsi olmayan bir yığın söz dedi”. 
Səhifə 643-də (18-31dekabr): 
“Kimsə döyüĢ meydanından belə bir xəbər gətirdi ki, bu gün general Fokla 
polkovnik  Mehmandarovun  arasında  ciddi  mübahisə  olub.  Fok  sübut  etməyə 
çalıĢırdı  ki,  qala  artıq  dözməyəcək;  Mehmandarov  isə  sübut  edirdi  ki,  ayrı-ayrı 
istehkamların  məhvi  hələ  qalanın  sonu  çatdığına  sübut  deyil,  çünki  müdafiənin 
ikinci xəttindən də müqavimət göstərmək olar. 
DöyüĢ  meydanında  isə  tək-tək  atırdılar.  Qaranlıqdır.  Üçüncü  fort 
istiqamətində,  bəzən  də  qayalıqdan  qırmızı  fənərlər  görünürdü.  Deyirlər  ki,  bu 
fənərlər bizim sanitarlara sarğı məntəqəsini niĢan verir. 
Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam”. 
Səhifə 690-da (23 dekabr-5 yanvar): 
“S.  mənə  xəbər  verdi  ki,  dünən  yapon  artilleriyasının  rəisi  qərargahı  ilə 
birgə  qalaya  gəlmiĢdi  və  qalanın  sağ  cinahının  artilleriya  rəisini,  polkovnik 
Mehmandarovu  (mühasirə  zamanı  general-mayor  olmuĢdu)
19
”  axtarırdı.  Səməd 
bəy  Mehmandarov  faktiki  olaraq  avqust  ayının  ortalarında  bütün  artilleriyaya 
rəhbərlik edirdi. 
GörüĢ zamanı o belə bir söz iĢlətdi: “Hörmətli qonaqlar yəqin səhv salıblar. 
Onlar  çox  güman  ki,  qala  artilleriyasının  rəisi,  general  Belını  görmək  istəyirlər. 
Lakin  qonaqlar  cavab  verdilər  ki,  məhz  mübarizə  aparmaqda  böyük  əziyyət 
çəkdikləri özlərinə möhtərəm rəqib sandıqları adamla Mehmandarovla tanıĢ olmaq 
onlar  üçün  çox  maraqlıdır.  Onlar  general  Mehmandarovun  Ģəninə  çoxlu  tərifli 
sözlər,  komplimentlər  dedilər;  etiraf  etdilər  ki,  Port-Artur  yaxınlığında  yapon 
artilleriyasının verdiyi itki olduqca çoxdur. Ġyirmi beĢ minə kimi adam tələf olub, 
çoxlu yapon silahı məhv edilib, həmçinin Port-Arturda mərmilərin çatıĢmamazlığı 
onların məsələsini yüngülləĢdirib. 
General  Mehmandarov  əsirliyə  yola  düĢdü...O,  vicdanına  and  içib  “evə” 
gedənlərin ən qəddar düĢməni olacağını bildirdi. 
Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-söhbət - 
qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi”. 
Səhifə 752-də (3-16 yanvar): 
“Hakimiyyətin  ələ  keçirilməsi”  haqqında  müxtəlif  fikirlər  söylənirdi. 
Məsələn:  həmiĢə  döyüĢ  mövqelərinin  sağ  cinahında  olan  F.  və  ġ.  qeyd  etdilər  ki, 
guya  mövqelərdə  necə  olubsa,  onların  yanında  polkovnik  (indi  general) 
Mehmandarov  da  söhbət  əsnasında  bu  mövzu  haqda  öz  fikrini  bildirmiĢdi:  - 
“Hakimiyyəti  ələ  keçirmək”  nə  deməkdir? Mən bunu baĢa düĢmürəm! Əgər  mən 
komendant  olsaydım  və  vəzifəmin  öhdəsindən  az  da  olsa  gələ  bilsəydim,  mənim 
                                                           
19
 Port-Artur döyüĢlərində xidmətlərinə görə Səməd bəy Mehmandarova 1904-cü oktyabrın 22-də 
general-mayor rütbəsi verilmiĢdir. – ġ. N. 

155 
 
qanuni hakimiyyətimi görüm əlimdən kim ala bilərdi?!... Əgər elə adam tapılsaydı 
mən  deyərdim:  Əlahəzrət,  nə  qədər  ki,  kimin  əsil  komendant  olduğunu  ayırd 
etməmiĢik,  bu  yerdən  heç  yana  tərpənən  deyilik...  Bu  ilin  sonu  nə  qədər  axmaq 
nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir Ģey döndərə bilməzdi”. 
HəmiĢə  ön  cəbhədə  olan  Səməd  bəy  Mehmandarovun  Port-Artur 
döyüĢlərində  xüsusi xidmətləri olmuĢdur. YaxĢı ki, onun müasiri olan jurnalistlər 
Səməd bəyin döyüĢ fəaliyyətini qələmə almıĢlar. 
Jurnalist  E.  K.  Nojin  Port-Arturda  çıxan  “Novıy  kray”  qəzetinin  xüsusi 
müxbiri olmuĢdur. Odlu cəbhələri gəzən jurnalist  maraqlı gündəliklər  müəllifidir. 
Qeydlərindən  aydın  olur  ki,  o,  general  eloğlumuz  Səməd  bəy  Mehmandarovla 
həmiĢə ön xətdə görüĢərmiĢ. Rus jurnalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz 
üçün darıxmasının da Ģahidi olub: 
“...Blindaja girdim. General Nadein həmiĢəki kimi sakitdir. Onun qərargah 
rəisi  Stepanov  yorğundur.  Burda  bir  neçə  zabit  var.  Polkovnik  Mehmandarov  da 
burdadır.  Biz  həmiĢəki  kimi  çox  səmimi  görüĢdük.  Mehmandarov  heyranlıqla 
vətəni Qafqazı yad edirdi: 
- Qafqaz çox  yaxĢıdır, çox  gözəldir! deyirdi. Təbiət hər Ģeyin  keyfiyyətinə 
zəmanət verərək ona öz möhrünü vurmuĢdur. Amma bədbəxtlik ondadır ki, bəzən 
daĢ  lazım  olan  yerdə  bir  dənə  də  daĢ  tapmazsan,  lazım  olmayan  yerdə  isə  sayı-
hesabı yoxdur. Su lazım olan yerdə bir damla da su olmur, ehtiyac olmayan yerdə 
dərya qədərdir. - Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi: Bəs islam? 
YaxĢı  nə  varsa  onu  sonrakı  həyatın  verəcəyini  vəd  edir.  Hər  Ģey  çox  yaxĢıdır,  
amma bizə cənnətdə yeddi mələk boyun olublar, yeddisinin də gözü girdə, Sizcə bu 
nə  olan  iĢdir?  PeĢimançılıq  deyilmi?  Bilirsinizmi,  mən  indi  heç  nə  istəmirəm  nə 
cənnəti, nə də mələkləri. Mən yalnız bir azca istirahət istəyirəm. 
Ətrafda  hər  yanda  mərmilər  partlayırdı.  Onların  ikisi  blindajnı  tavanına 
düĢdü.  Zabitlər  qorxu  hissi  ilə  ayağa  durdular.  Ġgid  polkovnik  Mehmandarov  isə 
heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi”. 
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüĢdə belə özünü itirmədiyinin 
Ģahidi  olan  Əliağa  ġıxlinski  yazır  ki,  oktyabrın  on  dördündə  qala  topa  tutulan 
zaman  Səməd  bəy  Mehmandarov  mənim  mövqeyimə  gəldi.  Həmin  mövqe 
yaponlar  tərəfindən  on  bir  düyməli  topdan,  otuz  yeddi  millimetrlik  xırda  dəniz 
topuna  qədər  müxtəlif  toplarla  atəĢə  tutulmuĢdur.  Həm  də,  bu  mövqe  yaponların 
tüfəng  və  pulemyot  atəĢi  altında  idi. Bu  zaman  Mehmandarovun  yaxınlığında  altı 
düyməlik  mərmi partladı və  yerdən qalxan qara palçıq onun üstünü buladı, amma 
yaralanmadı. 
Mehmandarov  buna  əsla  əhəmiyyət  verməyərək,  böyük  bir  soyuqqanlıqla 
cibindən  ağ  dəsmalını  çıxarıb,  gözəl  təzə  paltosunun  üzərinə  sıçrayan  palçığı 
silməyə baĢladı. 
 
*  *  * 

156 
 
 
Dekabrın  ilk  günlərində  yaponlar  qalaya  iki  ağır  zərbə  vurdular.  Rusların 
inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. 
Ġkinci  ağır  zərbə  isə  dekabrın  ikisində  oldu.  Komandan  general  Roman 
Kondratenko  qəhrəmanlıqla  həlak  oldu.  Əvəzində  iradəcə  zəif  olan  general  Fok 
komandan  təyin  edildi.  On  altı  gün  sonra  yaponlar  qalanın  taleyini  həll  edən 
Drakonovıy  Xrebet  dağını  ələ  keçirdilər.  Port-Arturun  qorxaq  və  istedadsız 
komendantı general Stessel qalanı dərhal düĢmənə təslim etmək üçün hərbi Ģuranın 
iclasını  çağırdı.  ġurada  iĢtirak  edən  bəzi  komandirlər  Stesselin  təklifinə  Ģərik 
oldular. Lakin  general-mayor  Səməd bəy Mehmandarov, polkovnik Semyonov  və 
bir  qrup  mərd  zabitlər  təslim  olmağa  qəti  etiraz  etdilər.  DöyüĢkən  zabitlər  inad 
edirdilər  ki,  güclü  yapon  ordusunu  geri  oturtmağa  hələ  qüvvələri  çatar.  General 
Mehmandarov  baĢda  olmaqla  onlar  deyirdilər  ki,  qala  hələ  özünü  saxlamağa 
qadirdir. Nə qədər ki, mərmi var, toplardan atəĢ yağdıracağıq. Nə qədər ki, patron 
var,  tüfənglərdən  atəĢ  açacağıq.  Mərmi  və  patron  qurtardıqda  isə  süngü  ilə 
döyüĢəcəyik. 
Lakin cəsarətsiz general Stessel mərd zabitləri eĢitmədi, silahı yerə qoymağı 
qarnizona  əmr  etdi.  Sonralar  Rusiyaya  qayıdanda  general  Stessel  qala 
müdafiəçilərinin  tələbi  ilə  Port-Arturu  təslim  etdiyinə  görə  hərbi  məhkəməyə 
verildi.
20
 
General-mayor Mehmandarov və onun zabit dostları qala təslim edildikdən 
sonra da hərbi anda sadiq qalaraq baĢqa əsgər və zabitlər üçün nümunə göstərdilər. 
Yaponların Ģərtlərinə  görə  əsgərlər hərbi  əsir almır, zabitlər isə  Yaponiyaya  qarĢı 
bir  daha  müharibədə  iĢtirak  etməyəcəkləri  barədə  yazılı  iltizam  verəndən  sonra 
Rusiyaya  qayıda  bilərdilər.  Stesselin  ətrafındakı  mürtəce  fikirli  bir  qrup  zabit 
dillərindən  belə  bir  iltizam  verdilər.  Lakin  xalqımızın  igid  oğlu  Səməd  bəy 
Mehmandarov zabit Ģərəfini təhqir edən belə bir alçaq  vəddən boyun qaçırdı. Bir 
daha Yaponiyaya qarĢı müharibədə iĢtirak etməyəcəyi barədə iltizam vermədiyinə 
görə  general-mayor  Səməd  bəy  Mehmandarov  əsir  alınıb  Yaponiyanın  Naqoya 
Ģəhərinə  göndərildi.  O,  1905-ci  il  avqustun  23-də  Portsmut  sülh  müqaviləsi 
bağlanandan sonra Rusiyaya qayıda bildi. 
Üç  yüz  otuz  iki  günlük  məĢhur  Port-Artur  qalasının  müdafiəsi  general 
Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu. 
 
*  *  * 
                                                           
20
 1906-cı il noyabrın 27-də Petrburqda baĢlayan hərbi məhkəmədə general Səməd bəy Mehmandarov 
Ģahid kimi iĢtirak etmiĢdir. O, Port-Arturu düĢmənə vaxtından əvvəl təslim edən general Stesseli, Foku 
və  Simirnovu  əsaslı  faktlarla  günahlandırmıĢdır.  Məhkəmə  iki  il  davam  etmiĢdir.  Nəticədə  general-
leytenant  A.  Stesselə  əvvəlcə  güllənmə,  sonra  Petropavlovsk  qalasında  saxlamaqla  on  il  həbs  cəzası 
kəsilmiĢ, 1909-cu il mayın 6-da isə Ģar II Nikolay onu əfv etmiĢ və xaricə getməsinə Ģərait yaratmıĢdır. - 
ġ. N. 
 

157 
 
 
Aleksandr  Stepanovun  “Port-Artur”,  P.Lorenkonun  “Port-Arturun  əzablı 
günləri”  və  Trofim  Borisovun  “Port-arturçular”  romanlarında  bir  azərbaycanlı 
soyadında da rast gəldik - poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı 
döyüĢ yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Lorenkonun 1906-cı ildə 
Peterburqda nəĢr olunmuĢ “Port-Arturun əzablı günləri” sənədli əsərində (II cilddə) 
yaralanmıĢ  poruçik  Sadıqovun  hospitalda  müalicə  olunduğu  vaxtda  iki  dəfə  
fotoĢəkli  də  dərc  olunub.  DöyüĢlərdə  mətanət  və  mərdliklə  vuruĢan  poruçik 
Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir? 
Bu  barədə  “Kommunist”  qəzetinin  doqquz  sentyabr  1984-cü  il  tarixli 
sayında dərc edilən yazısından sonra respublikamızın ayrı-ayrı bölgələrindən çoxlu 
məktub  aldım.  Xeyli  adam  poruçik  Sadıqovun  onun  qohumu  olduğunu  yazırdı. 
Lakin  Sabirabad  Böyükağa  Sadıqovun  gətirdiyi  faktlar,  sənədlər  və  fotoĢəkillər 
sübut  elədi  ki,  poruçik  Ağababa  Hacıbaba  oğlu  Sadıqov  onun  əmisidir.  Poruçik 
Ağababa  Sadıqov  1875-ci  ildə  ġamaxının  Ərdəbilli  məhəlləsində  ziyalı  ailəsində 
anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmıĢ. 1903-
cü ildə oğlu Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci 
ilin  əvvəllərində  igid  poruçik  Ağababa  Sadıqovun  həlak  olması  haqqında  qara 
kağız da alınıb. 
Port-Artur  döyüĢçüləri  haqqında  aprel  inqilabına  qədər  onlarca  əsərlər 
yazılıb. Kabardan və çeçen igidlərinin Port-Arturdakı döyüĢ fəaliyyətləri haqqında 
Əhmədxan  Naloyevin  “Dan  üzünün  atlıları”  tarixi  romanı,  Vikenti  Veresayevin 
“Yapon müharibəsi haqqında hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəlik və 
yol  qeydləri,  Sergey  Senskinin  “Susima”,  N.A.Levitskinin  “1904-1905-ci  illərdə 
rus-yapon  müharibəsi”  maraqla  oxunan  əsərlərdəndir.  Bunların  hamısında 
eloğlularımızın qəhrəmanlığı haqqında az-çox məlumat verilir. 
“Niva”  jurnalının  1905-ci  il  iyirmi  beĢinci  sayının  496-cı  səhifəsində  bir 
həmyerlimizin də adına və fotoĢəklinə rast gəldim. Onun haqqında ancaq bu sözlər 
yazılmıĢdı:  “Otuz  üçüncü  ġərqi-Sibir  atıcı  alayının  poruçiki  Zülfüqar  Mirzə 
Ələkbər oğlu Bağırbəyov fevral döyüĢlərində igidliklə vuruĢub kontuziya oldu”. 
Adından,  atasının  adından  və  soyadından  poruçik  Zülfüqar  Bağırbəyovun 
azərbaycanlı  olması  Ģübhəsizdir.  DüĢünürdüm.  Görəsən,  Uzaq  ġərq  sərhədləri 
uğrunda igidliklə vuruĢan poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaĢından sağ 
qalanı  varmı?  Doxsan  ildən  çoxdu  bu  tərlan  baxıĢlı  igid  həmyerlimizin  fotoĢəkli 
“Niva” jurnalının səhifələrində saralıb solur. 
Taleyin qismətinə min Ģükür ki, axtarıĢlarım bəhrə verdi. Sevindim ki, uzun 
illərdən sonra igid həmyerlimizin unudulmuĢ adı, xidməti xalqımıza bəlli oldu. 
1987-ci ildə Ġçəri Ģəhərdə yaĢayan səksən iki yaĢlı bir ağsaqqalla görüĢdüm. 
Məmməd  Cavad  oğlu  Bağırov  bildirdi  ki,  “Niva”  jurnalından”  Ģəklini 
götürdüyünüz  poruçik  Zülfüqar  Mirzə  Ələkbər  oğlu  Bağırbəyov  mənim  doğma 
əmimdir.  Əmim  Zülfüqar  1874-cü  ildə  ġuĢada  anadan  olub.  Port-Artur 

158 
 
döyüĢlərindən  sağ-salamat  qayıdan  əmim  Novobəyazid  süvari  alayında  Ģtabs-
kapitan  rütbəsində  xidmət  edib.  1912-ci  ildən  1914-cü  ilə  qədər  Bakı  Ģəhərində 
hərbi  komendant  iĢləyib,  rütbəsi  mayor  idi.  Birinci  dünya  müharibəsi  illərində 
Avstriya və Rumıniya cəbhələrində döyüĢlərdə iĢtirak edib. 
Zülfüqar  bəyin  müasiri,  Azərbaycan  Cümhuriyyətinin  liderlərindən  biri 
Nağı  bəy  ġeyxzamanlı  Türkiyədə  çap  etdirdiyi  “Xatirələrim”  kitabında  yazır  ki, 
Zülfüqar  bəy  Bağırbəylinin  Birinci  Dünya  müharibəsində,  1915-ci  ildə  Qafqaz 
cəbhəsində  ucqar  Olti  qəzasında  məchul  bir  güllə  ilə  vurulduğunu  ailəsinə  xəbər 
verdilər.  Sonradan  məlum  oldu  ki,  Zülfüqar  bəy  bir  erməni  tərəfindən 
vurulmuĢdur.  Ancaq  rus  komandanlığı  tərəfindən  qatil  axtarılmamıĢ  və  cinayət 
“məchul güllə ilə törədilmiĢ” deyə ört-basdır edilmiĢdir. 
 
*  *  * 
 
Böyük  türk  dünyasının  nüfuzlu  orqanı  “Tərcüman”  qəzeti  Port-Artur 
müharibəsinin  gediĢatını  müntəzəm  izləmiĢ  və  öz  səhifələrində  orduda 
qəhrəmanlıqla  döyüĢən,  dini  müsəlman  olan  əsgər  və  zabitlərin  fəaliyyətindən 
xəbərlər dərc etmiĢdir. 
Qəzet  11  iyun  1904-cü  ildə  “Müxtəlif  xəbərlər”  rubrikasında  yazırdı: 
“Ġstehkamçı  kapitan  Ġlyas  bəy  Ağalarov  yeni  podpolkovnik  rütbəsi  alaraq  Uzaq 
ġərq döyüĢlərinə yola düĢür. MəĢhur bəy nəslinin nümayəndəsi Ġlyas bəy Ağalarov 
əla hərbi təhsil almaqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuĢdur. 
Onun  orduda  keçən  hərbi  xidməti,  həyatı  və  rütbəsi  Rusiyada  yaĢayan  hər  bir 
müsəlman əhlində iftixar hissi doğurur”. 
Gürcüstan  Mərkəzi  Dövlət  Arxivində  Ġlyas  bəy  Ağalarova  məxsus  azsaylı 
sənədlərdən  məlum  olur  ki,  o,  Port-Artur  döyüĢlərindən  sağ-salamat  qayıtmıĢdır. 
Sonralar  Ġkinci  Qafqaz  istehkamçı  batalyonunun  komandiri  olan  polkovnik  Ġlyas 
bəy Ağalarov 1860-cı ildə Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib. 1913-cü 
ildə  martın  on  səkkizində  qəfil  mərmi  partlayıĢından  həlak  olub.  Bu  sərkərdə 
eloğlumuzun  məzarı  hazırda  Gəncədəki  Ġmamzadə  məscidinin  həyətindədir. 
Məzarın  mərmər  baĢdaĢında  solmaqda  olan  “Qvardiya  polkovniki  Ġlyas  bəy 
Ağalarov”  sözlərini  oxuyanda  unudulmuĢ  igidin  xatirəsi  qəlbimi  göynətdi.  Ġllərin 
tufanı  mərmər  qəbir  daĢından  onun  sonuncu  izini  də  silib  aparır...  sərkərdəlik 
fəaliyyəti  lazımınca  öyrənilməmiĢ  və  hərb  tariximizin  heç  bir  səhifəsində 
indiyədək adı çəkilməyən belə igidlərimizi düĢünəndə: “Hər bir insanın içərisində 
onunla  birgə  doğulan  və  ölən  kainat  var.  Hər  bir  baĢdaĢı  altında  bütöv  bir  dünya 
tarixi yatır.” deyimini xatırlamaya bilmirsən. 
“Tərcüman” qəzeti 5 noyabr 1904-cü ildə “Müsəlmanlar Port-Arturda” adlı 
xəbərində  yazırdı:  “Mancuriya  ordusunun  sıralarında  və  həmçinin  Port-Artur 
döyüĢlərinin  qəhrəman  müdafiəçiləri  arasında  azsaylı  müsəlmanlar  da  Ģərəflə 
vuruĢurdular.  Redaksiyanın  aldığı  məktubdan  aydın  olur  ki,  yeddinci  ġərqi-Sibir 

159 
 
artilleriya  divizionunun  rəisi,  general-mayor  Səməd  bəy  Sadıq  bəy  oğlu 
Mehmandarov  Qarabağ  bəylərindəndir.  Qala  artilleriyasının  xəzinədarı  isə  Litva 
müsəlmanlarından olan Ədhəm bəy Muxarskidir. ġimali Qafqazdan olan artilleriya 
podporuçiki E.Ġ.Dudarov isə  avqust  hücumlarının birində  mərd zabit  kimi  Ģərəflə 
həlak olmuĢdur. Allah ona rəhmət eləsin. Amin!”. 
“Tərcüman”  qəzeti  iftixarla  onu  da  bildirir  kı,  Port-Arturda  altmıĢ  mindən 
çox müsəlman əsgər və zabiti döyüĢür. 
 
General Əliağa ġıxlinski Port-Artur döyüĢlərində 
 
Port-Artur  döyüĢlərində  qala  müdafiə  zamanı  düĢmən  həmlələrinin  dönə-
dönə  dəf  edilməsində  top  artilleriyasının  mahir  ustası  Əliağa  ġıxlinskinin  döyüĢ 
xidmətləri  misilsizdir.  Onun  1904-1905-ci  illərdəki  hərbi  rəĢadəti  bütün  Rusiyaya 
yayılmıĢdı.  Qəhramanlığı  altı  ordenə  layiq  görülən,  rütbəsi  kapitandan 
podpolkovnikə yüksələn ġıxlinski haqlı olaraq “Xatirələrim”də yazır ki, Port-Artur 
epopeyasının iĢtirakçısı olduğumu həmiĢə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-
də “Tərcüman” qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq: 
“Dördüncü ġərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əliağa ġıxlinski 
oktyabrın  yeddisindən  noyabrın  on  doqquzunadək  Port-Arturda  yaponların 
basqınını  dəf  etməkdə  fərqləndiyi  üçün  Ali  ehtiramla  “Ġgidliyə  görə”  medalı  və 
üstü yazılı Qızıl qılıncla təltif olunub”. 
Həmin döyüĢlərin iĢtirakçısı 1906-cı ildə “Port-Arturun əzablı günləri” adlı 
ikicildlik  monumental  əsərin  müəllifi  P.Larenko  yazır  ki,  Laperov  dağında 
batareya  komandiri  kapitan  Əliağa  Ġsmayıl  ağa  oğlu  ġıxlinski  ağır  yaralanmıĢdır. 
Bütün qafqazlılar kimi cəsur olan bu komandir Kinjo döyüĢlərində, “Zelyonnı” və 
“Volçye”  dağları  vuruĢmalarında  əsl  qəhrəman  kimi  iĢtirak  etdi.  Avqustun 
əvvəllərində  öz  batareyası  ilə  “Vısokaya  qora”da,  avqustun  onundan  isə  daima 
Laperovda olmuĢdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəĢə tutub 
həmlə  kolonnalarını  dəf  edərək  düĢmənin  səhra  artilleriyası  ilə  inamlı  döyüĢlər 
aparırdı. 
Port-Artur  qalası  təslim  olandan  sonra  müharibədə  iĢtirak  etməmək  Ģərtilə 
yaponlar  podpolkovnik  Əliağa  ġıxlinskinin  ağır  yaralı  kimi  vətənə  göndərdilər. 
Vətəndə  yaraları  gözlənildiyindən  də  tez  sağaldığından  o  yenidən  Mancuriya 
ordusuna göndərilməyi xahiĢ etdi. Lakin onu buraxmadılar. 
Müharibədən  sonra  Rusiyaya  qayıtmağını  və  yenidən  cəbhəyə  getmək 
istədiyini Əliağa ġıxlinski “Xatirələrim” hərbi memuarında daha dəqiq təsvir edir. 
O,  yazır:  “Mayın  ikinci  yarısında  mən  Peterburqa  gedib  böyük  knyaza  təqdim 
olundum  və  Mancuriya  ordusuna  qayıtmaq  istədiyimi  ona  söylədim.  O,  məndən 
soruĢdu: 
- Siz oraya necə gedə bilərsiniz? 

160 
 
Onda  mən  hospitalımızdan  aldığım  Ģəhadətnaməni  ona  göstərdim. 
ġəhadətnamədə yazılmıĢdı ki, yapon tibb komissiyası məni hərbi qulluğa yararsız 
hesab  edərək  dilimdən  iltizam  almadan  vətənimə  qayıtmağa  icazə  vermiĢdir. 
Beləliklə, - dedim - hazırkı müharibədə iĢtirak etməyə tam ixtiyarım var. Rusiyaya 
qayıtmağımın səbəbi ancaq budur, yoxsa müdafiədə iĢtirak etmiĢ o biri əsgərlərin 
taleyinə Ģərik olardım. 
Bu  sözləri  deyərkən  ağlıma  gəldi  ki,  mənim  bu  fikrim  yaponlarla 
vuruĢmamaq üçün dillərindən kağız verərək vətənlərinə qayıdan zabitlərə qarĢı bir 
ittiham kimi düĢünülə bilər, odur ki, dərhal əlavə edib dedim: 
- Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki, bizim böyük 
təcrübəmiz var, buna görə də vətənə gedib orada Mancuriya ordusuna göndərilmək 
üçün  yeni  qüvvələr  hazırlamaqla  fayda  verə  bilərik.  O  biri  hissə  isə  (o  cümlədən 
mən) baĢqa cür düĢünürdük. Bu zabitlərin fikrincə ordu ancaq qismən səfərbərliyə 
alınmıĢdır,  vətəndə  zabitimiz  çoxdur,  odur  ki,  orada  bizim  köməyimizə  heç  bir 
ehtiyac  yoxdur.  Buna  görə  də  əsgərlərin  taleyinə  Ģərik  olmaq  lazımdır.  Mənim 
bəxtim orada gətirdi ki, məni hərbi qulluğa yararsız hesab etdilər. Belə ki, dilimdən 
yaponlara  heç  bir  iltizam  vermədən  evimə  qayıtdım.  Ġndi  Sizdən  xahiĢ  edirəm  ki, 
məni müharibəyə göndərəsiniz. 
Sergey Mixayloviç əlilə iĢarə edərək dedi: 
- Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram”. 
1905-ci  il  aprelin  5-də  yapon  tibb  komissiyasının  verdiyi  arayıĢ  generalın 
arxivində indi də saxlanılır. Onun mətni belədir: 
“ArayıĢ doqquz saylı ehtiyat səhra hospitalından dördüncü ġərqi-Sibir atıcı 
artilleriya briqadasının kapitanı ġıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb 
komissiyası  tərəfindən  hərbi  xidmətə  yararlı  olmadığı  (Əliağa  ġıxlinski  sol 
qıçından  yaralandığına  görə  yapon  həkimi  arayıĢı  belə  yazmıĢdı  -  ġ.N.) 
müəyyənləĢdirilib. O, Rusiyaya buraxılır”. 
Yapon  tibb  komissiyasının  onun  hərbi  qulluğa  yararsız  hesab  etməsinə 
baxmayaraq, dılindən yazılı iltizam verməyən Əliağa ġıxlinski Vətənə qayıdandan 
sonra  yenidən  yaponlarla döyüĢmək üçün Mancuriya  müharibəsində iĢtirak etmək 
arzusunda  olduğunu  bildirir.  Lakin  topçu  general-müfəttiĢi  knyaz  Sergey 
Mixayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” - deyir və onun yenidən 
cəbhəyə qayıtmasına qıymır. 
Onun  Port-Arturdakı  nümunəvi  döyüĢ  xidmətləri  “Ġgidliyə  görə”  sözlərlə 
yazılmıĢ qılıncla, dördüncü dərəcəli “Müqəddəs Anna” ordeninə əlavə olaraq qızıl 
qılınc niĢanı, qılınc və bantlı “Müqəddəs Vladimir” ordeni üzərində “Ġgidliyə görə” 
sözləri  yazılmıĢ  qızıl  silah  və  məĢhur  “Müqəddəs  Georgi”  ordeninin  dördüncü 
dərəcəsinə layiq görülmüĢdü. 
Azərbaycan  Tarixi  muzeyində  generalın  Ģəxsi  əĢyaları  arasında  1908-ci  il 
martın 5-də imperator tərəfindən təsdiq olunmuĢ “Port-Artur qalasının müdafiəçisi 
döĢ  niĢanı”  saxlanılır.  Onu  Əliağa  ġıxlınskinin  ünvanına  keçmiĢ  Kvantun 

161 
 
vilayətinin  və  Port-Artur  Ģəhər  sovetinin  sədri  podpolkovnik  Ġ.A.VerĢinin 
göndərib. 
Port-Artur  döyüĢlərinin  Ģahidi,  yazıçı  Aleksandr  Stepanovun  “Port-Artur” 
və “Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi ədəbiyyatın qızıl fonduna daxil 
olmuĢdur. Ġndiyədək on doqquz dəfə nəĢr olunan romanın tirajı milyonu keçmiĢdir. 
Ġngilis, fransız, macar, yapon və baĢqa dillərə də tərcümə  olunan belə bir məĢhur 
əsərin səhifələrində (271, 350, 353 və s.). Kapitan Əliağa ġıxlinskinin qəhrəmanlıq 
fəaliyyəti öz əksini tapmıĢdır. 
“...Ġrman  ədəb-ərkanla  təzim  edib  çevrildi  və  otağı  tərk  etdi.  Diviziya 
rəisinin yanından çıxandan sonra Ġrman cəld xəstəlik haqqında raport və komandan 
Kondratenkoya  müfəssəl  məktub  yazdı.  Sonra  isə  məktubu  Əliağa  ġıxlinskiyə 
verdi  və  dərhal  generalın  yanına  getməsini  əmr  etdi.  Ġrman  kapitana  xeyir-dua 
verib dedi: 
- Sizdən çox Ģey asılıdır, Əliağa. 
-  Narahat  olmayın,  Vladimir  Aleksandroviç.  Əliağa  hələ  indiyə  kimi  heç 
kəsin  etimadını  yerə  salmayıb,  ömründə  satqınlıq  eləməyib.  Əgər  general  Fok 
yeddinci  diviziyanı  yaponların  zərbəsi  altına  salmaq  istəyirsə  o,  buna  nail  ola 
bilməyəcək. Onun kələyini kəsmək və general Kondratenkoya kömək etmək üçün 
bütün qüvvəmi əsirgəməyəcəyəm. 
Bunu  deyib,  ġıxlinski  sıçrayıb  ata  mindi  və  dördnala  çaparaq  ordan 
uzaqlaĢdı...”. 
KeçmiĢ SSRĠ xalqlarının bir neçə dilinə tərcümə olunan bu qiymətli roman 
təəssüf  ki,  hələ  də  Azərbaycan  mütərcimini  gözləyir.  Romanda  təkcə  kapitan 
Əliağa  ġıxlinskinin  yox,  həm  də  general  Səməd  bəy  Mehmandarovun,  poruçik 
Ağababa Sadıqovun fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən. 
“...PraporĢik çadırdan çıxıb öz komandasının qərar tutduğu yerə tərəf getdi. 
Yolda  Əliağa  ġıxlinski  də  ona  qoĢuldu.  Ġrmanın  tapĢırığı  ilə  o,  batareyaya  baĢ 
çəkməli və indiki mövqelərindən getmək üçün onları xəbərdar etməli idi. 
Necə, artilleriya da bu sahəni tərk edir? - deyə Zvonaryov təəccübləndi. 
Fok  əmr  verib  ki,  bütün  topları  yığıĢdırmalı,  mühəndislər  isə  səngərdəki 
sipərləri söküb, materiallardan mövqeyimizin baĢqa sahələrində istifadə etməlidir. 
Qısası,  Kondratenkoya  boĢ  yer  verilir  ki,  orada  hər  Ģeydən  əvvəl  yeni 
istehkam düzəltsin. 
-  Ehtimal  ki,  yaponlar  istehkamları  sökdüyümüzü  görüb  bizdən  qabaq 
hücuma keçsinlər. 
Bu  barədə  generalı  təcili  xəbərdar  etmək  lazımdır,  Zvonaryev  qərara  gəldi 
və  geri  Semyonovun  qərargahına  qayıtmaq  istədi,  lakin  kapitan  Əliağa  ġıxlinski 
təklif etdi ki, ora Ģəxsən özü getsin. 
Çox  da  narahat  olmayın.  Mənim  briqada  komandirim  polkovnik  Ġrman 
qərara  gəlib  ki,  sağ  cinahdakı  batareyaları  Fokun  əmrinin  əksinə  olaraq  hələlik 
yerində saxlamaq lazımdır. Mən Ģəxsən polkovnik Mehmandarovla görüĢəcəm. Biz 

162 
 
onunla  köhnə  dostlarıq,  bir-birimizi  yek  kəlmədən  baĢa  düĢərik,  Fok  necə  əmr 
verirsə  versin,  mənim  zabiti  olduğum  podpolkovnik  Laperovun  batareyası 
Kondratenkonun  diviziyasının  polkunu  köməksiz  qoyub  getməyəcək,  deyə 
ġıxlinski  coĢmuĢ  halda  dilləndi.  Romanovskinin  sağdakı  batareyasından  iyirmi 
altıncı  polkun  qərargahınadək  cəmi  üç-dörd  verstdir,  mən  yarım  saata  ora  çatıb 
lazım olan hər Ģeyi deyərəm. Siz isə birbaĢa Yenceyevskinin yanına gedin”. 
Əliağa  ġıxliniskinin  döyüĢ  məharətini  gözləri  ilə  görən  ikinci  rus  yazıçısı 
Trofim  Borisov  olmuĢdur.  Uzaq  ġərq  həyatından  maraqlı,  elmi  və  bədii  əsərlər 
yazan T.Borisov sonu faciə ilə bitən rus-yapon  müharibəsi  haqqında 1959-cu ildə 
Vladivostokda  “Port-arturçular”  adlı  sanballı  bir  roman  nəĢr  etdirmiĢdi.  Müəllif 
sıravi əsgərlərin və zabitlərin döyüĢ yolunu özünəməxsus ustalıqla ön plana çəkir. 
Böyük  hərarətlə,  məhəbbətlə  xalqımızın  mərd  oğulları  Əliağa  ġıxlinski  və  Səməd 
bəy  Mehmandarov  haqqında  söhbət  açır.  Ġlk  gündən  ġıxliniskinin  batareyasında 
döyüĢən podporuçik Trofim Borisov onun qəhrəmanlığını, xarakter və xasiyyətini 
daha dəqiq iĢıqlandırmıĢdır. 
“Səhər saat onda batareyanın baĢ zabiti kapitan Əliağa ġıxliniski qazarmaya 
gəldi.  Onun  iri  uzunsov  sifətinə  bir  qədər  sivri  burnu  daha  ciddi  görkəm  verirdi. 
Sıx bığları qalın idi, baĢının tükləri qabaqdan azca seyrəlmiĢdi. Çatma qaĢları bir 
qədər yuxarı dartılmıĢdı. Qonur gözlərində sevinc iĢığı vardı. Balaca ağ əllərinin ağ 
barmaqlarını  arxasında  tutmuĢdu.  Əliağa  ġıxlinski  hamı  ilə  görüĢəndən  sonra 
orduya təzəcə çağırılmıĢların adlarını oxudu: 
- Antonov Valentin Pavloviç. 
- Mən, - deyə o, cavab verdi. 
- Sən az savadlısan? 
Əsgər dolaĢıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı. 
- Sənin də savadın yoxdur. Bu necə olur? Böyük Ģəhərdən gəlibsən, amma 
heç bir təhsilin yoxdur. Siz niyə oxumayıbsınız? 
Morozovun sifətinə yüngül qızartı çökdü. 
Kapitan Əliağa ġıxlinski sıranın önündən keçib, əlində yeni çağırılmıĢların 
siyahısı  olsa  da,  gülümsəyə-gülümsəyə,  bir-bir  onların  soyadını,  adını,  atasının 
adını çəkdi. 
-  Ancaq  biz  gözləyir  və  fikirləĢirdik  ki,  sibirlilər  bizim  inamımızı 
doğruldacaqlar... Pribaltika quberniyalarındakı və Mərkəzi Rusiyadakı savadsızlıq 
orada  da  hökm  sürür.  YaxĢı  deyil,  artilleriyaçı  yaxĢı  biliyə  malik  olmalıdır.  - 
Kapitan  ġıxlinskinin  sifətinə  bir  ciddilik  çökdü.  Gicgahı  tarıma  çəkildi,  ancaq 
gözlərində  bayaqkı  təbəssüm  iĢartısı  qalırdı.  Təzə  çağırılanlarla  söhbət  edə-edə 
onlara göstəriĢ verirdi: - BaĢını düz tut, sağ çiynini əymə, deyə kapitan Pudovkinə 
müraciət  etdi.  Sən  məhkəmə  palatasında  çoxmu  iĢləyibsən?  Ġki  il?  Bəs  ona  kimi 
harada iĢləyibsən? 
- Prikazçik iĢləmiĢəm. Ancaq mənim əsas iĢim balıqçılıqdır. 
- Sənin xəttin yaxĢıdırmı? 

163 
 
- Mirzəliyi istəmirəm, zati-aliləri... 
Baxarıq.  Bəs  mirzəliyə  kimi  təyin  edək?  Özün  görürsən,  yazılarımızı 
yazmağa mirzə də lazımdır... Abramoviç Moisey Ġosifoviç! Sən usta-çilingərsən?... 
YaddaĢa bax, yaddaĢ belə olar. Siyahını bir dəfə oxuyan kimi hamının ad və 
soyadını, atasının adını necə də dəqiq yadında saxladı - deyə Pudovkin fikrə getdi”. 
Port-Arturdakı  oktyabr  döyüĢlərində  podpolkovnik  Əliağa  ġıxlinskinin 
qəhrəmanlığını  əyani  əks  etdirən  tarixi  sənədlər  də  az  deyil.  1905-ci  ildə  çap 
olunmuĢ  “Yaponlarla  müharibənin  salnaməsi”  almanaxının  səksən  birinci 
nömrəsinin min beĢ yüz yetmiĢ yeddinci səhifəsində bu barədə oxuyuruq: 
“Müqəddəs  Georgi  ordenli  süvari  dumasının  təqdimatına  əsasən  Əlahəzrət 
imperator  3/IX-1905-ci  il  tarixdə  böyük  mərhəmət  göstərərək,  Port-Arturun 
müdafiəsində  Ģücaəti  ilə  fərqlənmiĢ,  1904-cü  il  oktyabrın  13-dən  17-dək  üç  saylı 
istehkamı  və  istehkamın  digər  qurğularını  artilleriya  ilə  bacarıqla  müdafiə  etmiĢ 
dördüncü ġərqi-Sibir atıcı artilleriya briqadasının podpolkovniki Əliağa ġıxlinskini 
dördüncü  dərəcəli  Ģəhid  və  müzəffər  Georgi  ordeni  ilə  təltif  etmiĢdir. 
Podpolkovnik  Əliağa  ġıxlinski  bu  döyüĢdə  böyük  Ģücaət  göstərmiĢ,  ixtiyarında 
olan  yarımbatareyanın  niĢançıları  həlak  olduğundan  çox  vaxt  topları  Ģəxsən  özü 
tuĢlayaraq  düĢmən  artileriyasını  dəfələrlə  susmağa  məcbur  etmiĢ  və  adı  çəkilən 
istehkamlara  yaxınlaĢmağa  can  atan  yapon  piyadalarını  qeyri-adi  cəsarətlə  geri 
oturtmuĢdur...” 
*  *  * 
 
ġahzadə  Bəhmən  Mirzə  Qacarın  1905-ci  ildə  Port-Artur  döyüĢlərində 
igidliklə  həlak  olmuĢ  podpolkovnik  oğlu  Əliqulu  Mirzə  hərbdə  və  fotoqrafiya 
sənəti  sahəsində  qeyri-adi  istedada  malik  idi.  O,  Tiflisdəki  Kadet  korpusunu 
bitirdikdən  sonra  əvvəlcə  Vladiqafqazda  və  Oryol  Ģəhərində  yerləĢən  əlli  birinci 
Çerniqov  draqun  alayında  xidmət  etmiĢ,  1903-cü  ildə  Yeletsdəki  əlli  ikinci 
Nejinski alayına dəyiĢdirilmiĢdir. Port-Artur döyüĢlərində həlak olan podpolkovnik 
Əliqulu  Mirzə  Qacar  döyüĢ  xidmətlərinə  görə  “Müqəddəs  Stanislav”  ordeni  ilə 
təltif olunmuĢdur. Bu barədə “Tərcüman” qəzeti 18 fevral 1905-ci il tarixli sayında 
yazırdı: 
“Qızıl  Xaç  Cəmiyyətinin  əlahəzrət  himayəçisi  Məlakə  Ġmperator  Mariya 
Fyodorovna  Qızıl  Xaç  hesabına  mərhum  podpolkovnik,  Ģahzadə  Əliqulu  Mirzə 
Qacarın  cənazəsini  Qafqaza,  Yevlax  stansiyasına  qədər  aparılmasına  lazım 
bilmiĢdir”. 
Uzaq Port-Arturda gedən ağır döyüĢlərdə minlərlə əsgər və zabit həlak oldu. 
Onların  hamısına  öz  doğma  torpağında  uyumaq  qismət  olmadı.  Vətənində, 
Bərdənin  Ġmamzadə  qəbristanlığındakı  məqrəbədə  dəfn  olunmaq  Ģərəfi 
podpolkovnik Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, o, Ģahzadə nəslindən 
idi. Səksən ildən çox sovetlərin tənqid atəĢinə tutduğu imperator II Nikolay nüfuzlu 
nəsillərə belə ehtiram göstərirdi. 

164 
 
ġahzadə-podpolkovnik  Əliqulu  Mirzə  Qacar  1854-cü  ildə  Qarabağın  ġuĢa 
Ģəhərində anadan olmuĢdur. 
Ġllər keçir, eloğullarımızın Rus-yapon müharibəsindəki hünərini əks etdirən 
sənədlər  müxtəlif  arxivlərdə  tədqiq  olunmamıĢ  qalır.  Açılmayan  qovluqlar  öz 
yazıçısını, tədqiqatçısını gözləyir. 
Unutmaq  lazım  deyil  ki,  hərb  tarixində  misilsiz  xidmətlərinə  görə 
“artilleriyanın allahı” sayılan alim-general Əliağa ġıxlinski fəxrlə yazırdı ki, Port-
Artur epopeyasının iĢtirakçısı olduğunu həmiĢə iftixarla yad edirəm. 
 
1   ...   14   15   16   17   18   19   20   21   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə