ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   16   17   18   19   20   21   22   23   24

CƏMĠL  BƏY  RƏFĠBƏYOV  -  1894-cü  ildə  Gəncənin  Balabağmanlar 
kəndində  bəy  ailəsində  anadan  olub.  1908-ci  ildən  1916-cı  ilədək  Gəncə  Ģəhər 
səkkiz illik Ģəhər məktəbində təhsil alıb. 
Uryadnik  HƏSƏN  BƏY  FƏTƏLĠBƏYOV  -  Birinci  Tatar-Azərbaycan 
süvari  alayının  kollej  registratoru  olub,  qoĢunu  ərzaqla  təchiz  edib  və  onu 
mənzillərə yerləĢdirib. Dövlət müĢaviri, birinci dərəcəli könüllü əsgər
25
 olub. Rus-
yapon  müharibəsinin,  Romanovlar  sülaləsinin  300  illik  xatirə  medalı  ilə  və 
məiĢətdə  göstərdiyi  fəaliyyətinə  görə  ordeni  ilə  1914-cü  ildə  Qori  Ģəhər  pristavı  
vəzifəsində  iĢləyəndə  həmin  il  iyunun  birində  “Müqəddəs  Vladimir”  ordeninin 
dördüncü dərəcəsilə təltif olunmuĢdur. 
1886-cı  il  dekabrın  on  səkkizində  ġuĢanın  Ətyeməzli  kəndində  zadəgan 
ailəsində  anadan  olub.  Qori  seminariyasının  Tatar-Azərbaycan  Ģöbəsini  1916-cı  il 
martın  beĢində,  271  saylı  Ģəhadətnamə  ilə  bitirib.  1917-ci  il  oktyabrın  iyirmi 
doqquzunda  Tatar-Azərbaycan  süvari  alayının  ehtiyat  bölməsinə  könüllü  qəbul 
olunub.  Həmin  il  noyabrın  iyirmi  üçündə  və  dekabrın  beĢində  Müsəlman 
Korpusuna  əsgər  yığmaq üçün Borçalı qəzasına ezam olunub. 1918-ci il  yanvarın 
dördündə uryadnik rütbəsi verilib. Həmin il, həmin tarixdə Müsəlman korpusunun 
komandiri,  general-leytenant  Əliağa  ġıxlinskinin  əmrilə  oboz  komandiri  (hərbi 
araba karvanının) təyin olunub. 1919-cu il yanvarın dördündə ailə vəziyyətinə görə 
hərbi xidmətdən tərxis olunub. 
Həsən bəy Fətəlibəyovun Ģəxsi iĢində ailə tərkibi də qeydə alınmıĢdır. 1896-
cı  il  aprelin  on  ikisində  anadan  olan  arvadı  Ədilə  xanım,  1913-cü  il  dekabrın 
dördündə  anadan  olan  qızı  Leyla  xanım,  1915-ci  il  martın  ikisində  anadan  olan 
oğlu Ənvər bəydir. 
Kapitan  AĞACƏFƏR  ABUTALIB  OĞLU  SEYĠDOV  –  Bakıda 
Aleksandrovsk  məktəbini  və  ikinci  Tiflis  kiĢi  gimnaziyasını  bitirib.  1915-ci  ildən 
orduda  xidmət  edir.  1919-cu  ildə  praporĢiklər  məktəbini  bitirib.  Birinci  Dünya 
                                                           
25
  Bu  vəzifənin  ruscası  belədir:  “BıvĢiy  volonoopredelyayuĢaya  perveqo  razryada”  Tərcüməsi: 
Müharibə vaxtı könüllü əsgəri xidmət keçirən, ali təhsilli imtiyazlı Ģəxs - (ġ.N.) 
 

190 
 
Müharibəsində  fəal  iĢtirakına  görə  orden  və  medallarla  təltif  olunub.  1894-cü  il 
mayın səkkizində ġamaxıda meĢĢan ailəsində anadan olub. 
ġtabs-kapitan  AĞA XANKĠġĠ OĞLU  SARAVANSKĠ  -  ġamaxıda  realnı 
məktəbi  və  1915-ci  ildə  Mixaylov  hərbi  məktəbini  bitirib.  1897-ci  il  yanvarın  
iyirmi dördündə ġamaxıda meĢĢan ailəsində anadan olub. 
ġtabs-kapitan DANĠYAL BƏY MƏHƏD BƏY OĞLU ġƏRĠFOV - 1915-
ci  ildə  Birinci  Tiflis  praporĢiklər  məktəbini  bitirib.  1891-ci  il  iyunun  onunda 
Qazaxda  anadan  olub.  Ağalıq  nəslindəndir.  Müsavat  ordusunun  Bakı  alayında 
(Salyan  qazarmasında  yerləĢirdi)  Ģtabs-kapitan  rütbəsində  xidmət  edirdi.  1923-cü 
ildə bolĢeviklər həbs edib. Son taleyi məlum deyil. Topoqraf-podpolkovnik Məhəd 
bəy ġərifovun oğludur. 
 
*   *   * 
 
Poruçik ƏLĠ ġƏMSĠ OĞLU ƏSƏDULLAYEV - fevral inqilabından sonra 
Bakıda  “vəhĢi  diviziya”nın  əsgər  və  zabitlərindən  döyüĢən  alay  təĢkil  edib. 
Qərargahı  “Ġsmailiyyə”  binasında  yerləĢirdi.  1918-ci  ilin  mart  qırğını  vaxtı 
ĠçəriĢəhər  ətrafında,  Çəmbərəkənddə,  ġamaxı  yolunda  və  baĢqa  yerlərdə  daĢnak-
bolĢevik qoĢunları ilə Ģiddətli döyüĢlər aparıb. 
Martın iyirmi doqquzunda poruçik Əli Əsədullayevin komandanlığı altında 
Lənkəran  müsavatçılarına  silah  yardımı  apararkən,  “Evelina”  gəmisində 
bolĢeviklərlə  silahlı  toqquĢma  olub.  Martın  30-da  Bakı  əhalisi  “Dikaya  diviziya” 
alayının  tərksilah  olunmasına  qarĢı  etiraz  mitinqləri  keçirmiĢdir.  Təcili  çağırılan 
müĢavirədə  M.Ə.Rəsulzadənin  iĢtirakı  ilə  silahlar  Bakı  Soveti  Ġcraiyyə 
Komitəsindən  geri  alınmıĢdır.  Həmin  günü  “Dikaya  diviziya”  alayı  ġamaxı 
yolundakı  və  Tatarski  küçəsindəki  sovet  qoĢun  hissələrinə  hücum  edib, 
Suraxanıdakı  qırmızı  qvardiya  dəstəsini  tərksilah  etmiĢlər.  DüĢmənə  xeyli  tələfat 
verməklə yanaĢı çoxlu əsgər və zabiti əsir almıĢlar. 
Poruçik  Əli  Əsədullayev  1921-ci  ilin  dekabr  ayında  Gürcüstanda  həbs 
olunub. 
“Beriyanın  imzaladığı  15  dekabr  1921-ci  il  tarixli  məktuba  əsasən,  Əli 
Əsədullayevi  Azərbaycan  Fövqaladə  Komissarlığı  tələb  edib.  Əli  Əsədullayev 
Beriyanın  imzaladığı  30  dekabr  1921-ci  il  tarixli  orderlə  həbsdən  azad  edilərək 
Bağırovun sərəncamına göndərilib. ĠĢ üzrə heç bir təhqiqat iĢi aparılmayıb.” 
Sonralar  Əli  Əsədullayev  Bakıda  cıdır  meydanında  iĢləyirmiĢ,  daha  sonra 
arvadı ilə birlikdə Ġrana qaçıb. 
Müttəhim  Mircəfər  Bağırov  bu  barədə  istintaq  zamanı  bildirdi  ki,  Əli 
Əsədullayevin  nə  üçün  istintaqa  cəlb  olunmamasını  və  həbs  edilməməsindən 
xəbəri yoxdur. 
ġahidlər  Qasımov  Əyyub  Mikayıl  oğlu,  Mehdiyev  Əliqulu  Kur  oğlu 
göstərdilər ki, Mircəfər Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiĢ, 

191 
 
(“M.C.Bağırovun məhkəməsi” kitabı səh. 39-40-da, Bakı “Yazıçı” nəĢriy., 1993-cü 
il). 
Züleyxa  xanım  Əsədullayeva  -  Veber:  -  Dayını  Əli  Əsədullayevi  ġura 
hökumətinin  adamları  buraxmaq  üçün  külli  miqdarda  rüĢvət  istədilər. 
Ümumiyyətlə,  bu  illərdə  özbaĢınalıq,  talançılıq,  rüĢvətxorluq  baĢ  alıb  gedirdi. 
“Qızıl  əsgər”  hara  ayağını  qoyurdusa,  oranı  bərbad  edirdi.  Xalqa  divan  tutur, 
günahlı,  günahsız  adamları  həbs  edir,  güllələyirdilər.  Onların  arasında  dayım  Əli 
də vardı. H.Z.Tağıyev çoxlu qızıl, briliyant verərək onu həbsxanadan azad etdirdi. 
Xüsusi sənəd hazırladaraq, ailə üzvləri ilə birlikdə, Azərbaycandan çıxmasına nail 
oldu. 
Poruçik  Əli  Əsədullayev  milyoner  ġəmsi  Əsədullayevin  oğlu,  Hacı 
Zeynalabdin  Tağıyevin  isə  kürəkəni  olmuĢdur.  O,  Hacının  qızı  Leyla  xanımın 
həyat yoldaĢı idi. 
Poruçik ĠSRAFĠL BƏY AĞA OĞLU ġIXLĠNSKĠ - 1918-ci ildə Gəncədə 
hərbi məktəbi bitirib. Məktəbdə ikinci rotanın praporĢiki vəzifəsində iĢləyib. 1897-
ci  il  sentyabrın  10-da  Qazaxda  Zadəgan  ailəsində  anadan  olub.  Qori  Ģəhərindəki 
seminariyanın Azərbaycan Ģöbəsini bitirib. Ġyirminci ildə bolĢeviklər gələndə AÇK 
yanında  qısa  müddət  xüsusi  təyinatlı  dəstənin  komandiri  olub.  Müsavatın  qatı 
tərəfdarı  və  Sovet  hökumətinin  qatı  düĢməni  olduğu  üçün  ittiham  edilib.  1926-cı 
ildə Solovetsk həbs düĢərgəsinə sürgün olunub. 
Poruçik  ADĠL  BƏY  HƏYATOV  -  Ġkinci  Bakı  süvari  alayında  ikinci 
batalyonunun komandiri, Birinci  Dünya Müharibəsi illərində eyni adlı batalyonun 
komandiri  olmuĢdur.  1918-ci  il  avqustun  iyirmisində  ġuĢanın  Malıbəyli  kəndini 
ermənilərdən  qəhrəmanlıqla  müdafiə  etdiyinə  görə  1918-ci  ildə  Türkiyənin 
“Məcidiyyə” ordenilə təltif olunmuĢdur. 
Xankəndində  yerləĢən  Birinci  süvari  diviziyasının  komandanı  polkovnik 
Əfəndiyev  və  polkovnik  Məmmədov  1919-cu  il  aprelin  yeddisində  poruçik  Adil 
bəy Həyatova belə bir xasiyyətnamə vermiĢlər. “Alayın təĢkil olunmasında özünü 
layiqincə göstərən, tərbiyənin və intizamın nümunəvi təĢkilində xüsusi səylərini və 
böyük enerjisini nəzərə alaraq podporuçik Adil bəy Həyatova layiq olduğu poruçik 
rütbəsi verilməsi barədə vəsadət qaldırıram.” 
PraporĢik  PAġA BƏY  RÜSTƏMOV  -  1914-cü il iyulun iyirmi dördündə 
Azərbaycan süvari alayına qəbul edilib. 1916-cı il dekabrın beĢində kiçik uryadnik, 
1917-ci  il  sentyabrın  on  beĢində  baĢ  uryadnik,  həmin  il  oktyabrın  birində 
podpraporĢik  rütbəsilə  təltif  olunub.  1916-cı  il  mayın  otuz  birində  göstərdiyi 
igidliyə görə “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunub. 
1918-ci  ilin  oktyabrından  Milli  Azərbaycan  ordusunda  hərbi  xidmətə 
baĢlayıb.  Qarayazıda  yerləĢən  Azərbaycan  süvari  alayının  komandiri,  polkovnik 
(sənəddə adını oxumaq mümkün olmadı - ġ.N.) Azərbaycan Əlahiddə korpusunun 
komandirinə  yazır  ki,  xalqımıza  sidq-ürəklə  xidmət  edən  podpraporĢik  PaĢa  bəy 
Rüstəmovun praporĢik rütbəsilə təltif olunmasını tamamilə qanuni hesab edirəm. 

192 
 
Arxivdə saxlanan bir sənəddə 1918-ci il oktyabrın on dördündə PaĢa bəyin 
bolĢeviklərə  qarĢı  döyüĢdə  göstərdiyi  igidliyi  təsvir  olunmuĢdur:  “Zığ  yüksəkliyi 
yaxınlığındakı döyüĢdə zabitlərin sayının çatıĢmazlığı üzündən kiçik gizir PaĢa bəy 
Rüstəmov  yarımbölüyə  komandirliyi  qəbul  etdi.  Onda  Hövsan  tərəfindən 
yüksəkliyə hücumu süvari ilə bizim piyada aparırdı. 
Kiçik gizir PaĢa bəy Rüstəmov Suraxanı tərəfdən rəqibin cinahına çıxaraq, 
öz  sürətli  hücumu  ilə  daĢnak  və  bolĢevikləri  tutduqları  səngərlərdən  qovmağa 
kömək etdi. 
Ümumiyyətlə, arxa cəbhədə olduğu kimi ön cəbhədə də kiçik gizir PaĢa bəy 
Rüstəmov tapĢırılmıĢ zabit vəzifələrinin hamısını layiqincə yerinə yetirirdi.” 
PaĢa  bəy  1895-ci  il  mayın  on  ikisində  Gəncə  qəzasının  Yuxarı  Ayıblı 
kəndində  anadan  olub.  Subaydır.  Müharibədən  əvvəl  təsərrüfatda  iĢləyib. 
Savadlıdır. 
Artilleriya  podpolkovniki  TEYMUR  XAN  CAHANGĠR  XAN  OĞLU 
XOYSKĠ  -  1920-ci  ilin  iyul  ayında  həbs  edilib.  Ailəsi  ilə  birlikdə  sürgün 
edilmiĢdir.  1891-ci  il  noyabrın  iyirmi  yeddisində  Gəncədə  zadəgan  ailəsində 
anadan  olmuĢdur.  Gəncə  klassik  kiĢi  gimnaziyasını  və  1914-cü  ildə  Tiflis  hərbi 
kadet  məktəbini  bitirib.  Müsavat  ordusunda  isə  ikinci  Bakı  süvari  alayında 
komandir müavini olub. 
Respublika  Mərkəzi  Dövlət  Arxivində  polkovnik  ġirin  bəy  Kəsəmənlinin 
1919-cu il yeddi may tarixli raportu saxlanılır. Birinci süvari diviziyasının rəisinə, 
surəti  isə  BaĢ  Qərargah  rəisinə  ünvanlanan  raportunda  polkovnik  ġirin  bəy 
Kəsəmənli yazır: 
“Mənə  etibar  olunmuĢ  alayın  kapitanı  Teymur  xan  Xoyski  haqqında  qısa 
məlumat  və  ober-zabitin  təltifat  vərəqini  sizə  təqdim  edirəm.  Məlum  edirəm  ki, 
onu  hələ  praporĢiklər  məktəbində  xidmət  etdiyi  vaxtdan  intizamlı  zabit  kimi 
tanıyıram.  O,  mənim  tabeliyimdə  xidmət  edərkən  özünü  məktəb  heyətinin 
görkəmli rəhbəri kimi tanıtmıĢ, mənim təqdimatımla köməkçim təyin olunmuĢdur. 
Günbəgün öz əməyini və enerjisini heç bir Ģəxsi mənafe güdmədən hərbi xidmətə 
sərf edir. Zabit Teymur xan yaxĢı baĢa düĢür ki, Vətənin və millətin naminə xidmət 
edir. Alaya xidmətə gəldiyi ilk gündən o, sanki on iki hissəyə bölünmüĢdür. Onun 
iĢinə nəzər yetirdikdə alay komandirinin müavini əvəzinə on iki rota komandirinin 
vəzifəsini də yerinə yetirdiyininin Ģahidi olursan. 
Yuxarıda  qeyd  etdiklərimi  nəzərə  alaraq  çox  xahiĢ  edirəm,  Sizin 
təqdimatınızla  kapitan  Teymur  xan  Xoyskiyə  podpolkovnik  rütbəsi  verilsin. 
Üstəlik də hazırda tutduğu vəzifə ona podpolkovnik rütbəsini almağa imkan verir.” 
Polkovnik ġĠRĠN BƏY KƏSƏMƏNLĠ. 
Alayın  yavəri,  praporĢik  Ġlyas  bəy  ġahtaxtinski-Birinci  Dünya 
Müharibəsində  iĢtirak  edən  kapitan  Teymur  xan  Cahangir  xan  oğlu  Xoyski 
cəbhələrdə nüfuzlu nəslinin adına layiq döyüĢ yolu keçmiĢdir. Bütün bunları əyani 
göstərən  onun  hansı  möcüzədənsə  salamat  qalıb,  arxivdə  “təmamilə  məxfidir” 

193 
 
qrifilə saxlanan təltifat vərəqidir. Teymur xan 1915-ci ildən 1917-ci ilə kimi iĢtirak 
etdiyi  döyüĢlərdə  dördüncü  dərəcəli  “Müqəddəs  Anna”  (üzərində  “Ġgidliyə  görə” 
yazısı ilə), üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), üçüncü 
dərəcəli  “Müqəddəs  Anna”  (qılınc  və  bantla  birgə),  ikinci  dərəcəli  “Müqəddəs 
Stanislav” (qılıncla birgə), ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə), knyaz 
Vladimirin Ģərəfinə  təsis edilmiĢ dördüncü dərəcəli orden (qılınc  və  bantla birgə) 
və 1917-ci ilin fevral ayında Georgi silahı ilə təltif olunmuĢdur. 
Kapitan  AĞAHÜSEYN  MĠRZƏHADI  OĞLU  AĞASIYEV  -  Ġçəri 
Ģəhərdə  tacir  ailəsində  anadan  olmuĢdur.  1919-cu  ildə  “Hərbiyyə  məktəbi”ni 
bitirən  ilk  məzunlardan  biri  idi.  1920-ci  ilin  əvvəllərində  Milli  ordunun  “Yardım 
alayı”nda rota komandiri olmuĢdur. 
1921-ci  il  avqustun  dördündə  Nəriman  Nərimanovun  təĢəbbüsü  ilə  iyirmi 
səkkiz 
nəfərdən 
ibarət 
Türkiyəyə 
gedəcək 
Azərbaycanın 
səlahiyyətli 
nümayəndəliyi  təĢkil  olunur.  Onların  arasındakı  altı  nəfər  hərbçidən  biri  də 
Ağahüseyn  Ağasiyevdi.  Diplomatik  nümayəndəliyin baĢçısı Ġbrahim Əbilov təyin 
olunmuĢdu.  Kapitan  Ağasıyev  əvvəlcə  Ankarada  səfirliyin  hərbi  attaĢesinin 
əməkdaĢı,  sonra  isə  səfir  Ġbrahim  Əbilovun  müavini  kimi  məsul  vəzifələrdə 
çalıĢmıĢdır. Qazi Mustafa Kamal Atatürklə görüĢmüĢdür. 
l924-cü  ildə  Tiflisə  çağırılan  kapitan  Ağahüseyn  Ağasıyev  Surami 
Ģəhərindəki  hərbi  hissəyə  komandir  təyin  edilir.  Bir  axĢam  Surami  qalası 
ətrafındakı gözətçi məntəqələrini yoxlayarkən daĢnaklar arxadan xəncərlə vuraraq 
öldürüblər. 
Poruçik  ƏLĠAĞA  ƏBDÜLSƏMƏD  OĞLU  MUSTAFAYEV  -  1919-
1920-ci  illərdə  müsavat  ordusunda  poruçik  rütbəsində  qulluq  edib.  Ġyirmi  səkkiz 
aprel  çevriliĢində  istilaçı-daĢnaklara  və  XI  Orduya  qarĢı  döyüĢlərdə  fəal  iĢtirak 
edərək  yaralanıb.  Otuz  yeddinci  ilə  kimi  Salyan  və  Laçında  hərbi  komissarlıqda 
iĢləyib. Həmin il Salyan NKVD-nin rəisi Artunyan tərəfindən həbs edilib. Təqsiri 
sübut  olunmadığına  görə  azad  edilib.  1945-ci  ilə  qədər  Salyan  Xalq  Maarif 
Ģöbəsində və rayon ictimai-təminat Ģöbəsində mühasib iĢləyib. Həmin ili Müsavat 
ordusunun  zabiti  olduğu  bəhanə  edilərək  yenidən  on  il  müddətinə  həbs  edilib. 
1950-ci  ildə  həbsxanada  vəfat  edib.  1898-ci  ildə  Salyanda  anadan  olub.  Salyan 
Ģəhər dörd illik ibtidai məktəbini bitirib. 
 
*   *   * 
 
PraporĢik  HÜSEYN  HEYDƏR  OĞLU  EYVAZOV  -  Salyan  Ali-ibtidai 
məktəbini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1895-ci  ildə 
Salyanda kəndli ailəsində anadan olub. 
PraporĢik  AĞABALA  ƏLĠ  OĞLU  YUSĠFOV  -  Gimnaziya  təhsili  alıb. 
1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1898-ci  ilin  yanvar  ayında 
Bakıda fəhlə ailəsində anadan olub. 

194 
 
PraporĢik  MÜRSƏL  HACI  MƏMMƏDƏLĠ  OĞLU  ĠBRAHĠMOV  
ġamaxı Ģəhər məktəbini və 1918-ci ildə Gəncədə podpraporĢiklər məktəbini bitirib. 
Fars  və  erməni  dillərini  mükəmməl  bilir.  1899-cu  il  yanvarın  beĢində  ġamaxıda 
anadan olub. 
PraporĢik  MƏHƏRRƏM  HÜSEYNQULU  OĞLU  ĠSGƏNDƏROV  
Birinci  Bakı  kiĢi  gimnaziyasının  dörd  sinfini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər 
məktəbini  bitirib.  1918-ci  ildə  ağqvardiyaçı  Denikin  və  daĢnaklarla  döyüĢlərdə 
iĢtirak edib. 1895-ci ildə Bakıda anadan olub. 
PraporĢik  KAZIM  GÜLMƏMMƏD  OĞLU  KƏRĠMOV  -  1918-ci  ildə 
Gəncə praporĢiklər məktəbini bitirib. 1897-ci ildə Bakıda meĢĢan ailəsində anadan 
olub. 
PraporĢik  ĠSA  QAFAR  OĞLU  MANAFOV  -  Bakıda  üçüncü  Ali-ibtidai 
və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1898-ci  il  yanvarın  beĢində 
Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik  BĠLAL  SƏFƏRƏLĠ  OĞLU  SƏFĠYEV  –  Zaqafqaziya 
Müəllimlər  Seminariyasının  Azərbaycan  Ģöbəsini  və  1919-cu  ildə  Gəncə 
praporĢiklər  məktəbini  bitirib.  1894-cü  ildə  Naxçıvanın  BaĢ  NoraĢen  kəndində 
anadan olub. 
PraporĢik  LƏTĠF  ZEYNAL  OĞLU  SADIQOV  -  Dörd  sinifli  məktəb 
təhsili  var.  1919-cu  ildə  Gəncə  PraporĢiklər  məktəbini  bitirib.  Milli  orduda  rota 
komandir iĢləyib. 1899-cu ildə Salyanda anadan olub. 
PraporĢik  NEMƏTULLA  TALIB  OĞLU  TALIBOV  -  Bakıda  ticarət 
məktəbini  və  1918-ci  ildə  Gəncədə  hərbiyyə  məktəbini  bitirib.  1895-ci  ildə 
MaĢtağa kəndində anadan olub. 
PraporĢik FƏRRUX ġABAN OĞLU ġABANOV - Gimnaziya təhsili alıb. 
1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1900-cu  ildə  Tiflisdə  anadan 
olub. 
PraporĢik  MƏMMƏD  CƏFƏRQULU  OĞLU  RƏHĠMOV  -  Bakıda 
üçüncü  Ali-ibtidai  məktəbdə  və  mühasibatlar  kursunda  oxuyub.  Fars  dilini  bilir. 
1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1895-ci  il  aprelin  ikisində 
Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik  SALMAN  QURBAN  OĞLU  SƏLĠMOV  -  Bakıda  rus-tatar 
məktəbini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1894-cü  ildə 
Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik  ABDULLA  BAQĠ  OĞLU  SÜLEYMANOV  -  Göyçayda  iki 
sinifli məktəbdə oxuyub. 1919-cu ildə Gəncə praporĢiklər məktəbini bitirib. 1895-
ci ildə Göyçayda kəndli ailəsində anadan olub. 
PraporĢik  ABDULLA  ġƏFĠ  OĞLU  ġƏFĠYEV  -  BeĢ  sinifli  Bakı 
gimnaziyasını  və  1918-ci  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1896-cı  ildə 
Bakıda  meĢĢan  ailəsində  anadan  olub.  1922-ci  ildən  “Azərbaycan  müstəqilliyi 

195 
 
uğrunda!”  gizli  hərbi  təĢkilatın  üzvü  olub.  1923-cü  ilin  iyul  ayında  Zaqafqaziya 
“ÇK”-sı həbs edib. 
PraporĢik  HƏMĠD  MƏġƏDĠ  AĞA  OĞLU  RÜSTƏMBƏYLĠ  
Gimnaziya təhsili alıb. 1919-cu ildə Gəncə praporĢiklər məktəbini bitirib. 1900-cü 
il oktyabrın on altısında Gəncədə meĢĢan ailəsində anadan olub. 
PraporĢik  MĠRMEHDĠ  MĠRYUSĠF  OĞLU  SƏMƏNDƏROV  –  Ali-
ibtidai  təhsili  var.  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1899-cu  il 
mayın iyirmi beĢində Ordubadda kəndli ailəsində anadan olub. Müsavat ordusunda 
rota komandiridir. 
PraporĢik  AĞASƏLĠM  SƏFTAR  OĞLU  ġƏRĠFOV  -  Realni  məktəb 
bitirib.  Müsavat  ordusunun  nəzdində  yaranmıĢ  tədris  komandasında  hərbi  təhsil 
alıb. 1896-cı il yanvarın onunda Bakıda anadan olub. 
PraporĢik  NƏSĠR  AĞA  CAVADƏLĠ  OĞLU  NUHBAZOV  -  Salyanda 
beĢ  sinifli  kənd  məktəbini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib. 
1897-ci il mayın on beĢində Salyanda anadan olub. 
PraporĢik  YUSĠF  HƏMĠD  OĞLU  NƏCƏFOV  -  Bakıda  üç  sinifli  Ali-
ibtidai  təhsil alıb. 1919-cu ildə Gəncədə praporĢiklər məktəbini bitirib. 1901-ci il 
dekabrın iyirmi beĢində Bakının Saray kəndində anadan olub. 
PraporĢik NEMƏTULLA HƏNĠFƏ BƏY OĞLU RZABƏYOV – üçüncü 
Bakı Ali-ibtidai  məktəbinin dörd sinfini bitirib. 1918-ci ildə Milli orduya könüllü 
gəlib.  1900-cu  il  martın  birində  Bakıda  meĢĢan  ailəsində  anadan  olub.  Sovetlər 
vaxtı  Ali-pedaqoji  kursun  tələbəsi  olub.  1920-ci  ildən  müsavatçı  kimi  gizli 
fəaliyyət  göstərib.  1923-cü  ilin  iyul  ayında  Zaqafqaziya  “ÇK”-sı  gizir  qardaĢı 
Nəsrulla ilə birgə həbs edib. 
PraporĢik  ĠSGƏNDƏR  BƏZĠRGAN  OĞLU  RÜSTƏMOV  -  Bakıda  rus-
tatar  məktəbini və 1919-cu ildə Gəncə praporĢiklər  məktəbini bitirib. 1895-ci ildə 
Bakıda anadan olub. 
PraporĢik TAHĠR NAĠB OĞLU QULĠYEV - Qusarda Ali-ibtidai məktəbi 
və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1901-ci  il  mayın  iyirmi 
yeddisində Sabunçu kəndində anadan olub. 
PraporĢik  FƏRƏCULLA  ĠSMAYIL  OĞLU  MAHMUDOV  -  Milli 
orduda rota komandiri olub. Bakıda beĢsinifli gimnaziyanı və 1919-cu ildə Gəncə 
praporĢiklər məktəbini bitirib. 1899-cu ildə Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik  XOSROV  YUSĠF  OĞLU  MƏLĠKġAHNƏZƏROV  -  ġuĢa 
realni  məktəbini  və  1918-ci  il  noyabrın  iyirmisində  Gəncə  podpraporĢiklər 
məktəbini bitirib. Ġkinci Müsəlman Artilleriya briqadasında və 1919-cu il yanvarın 
altısından  üçüncü Gəncə  Süvari alayında  xidmət edib. 1900-ci  il iyunun altısında 
ġuĢada zadəgan ailəsində anadan olub. 
PraporĢik  BALA  BƏY  MEHDĠ  BƏY  OĞLU  MÜRSƏLBƏYOV  
Bakıdakı  beĢsinifli  realnı  məktəbi  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini 
bitirib. 1896-cı il yanvarın on altısında Bakıda MeĢĢan ailəsində anadan olub. 

196 
 
PraporĢik  MƏMMƏD  ĠBRAHĠM OĞLU  BABAġOV  -  Bakıda  üç  sinifli 
gimnaziyanı  və  1919-cu  il  mayın  beĢində  Gəncə  praporĢiklər  məktəbini  bitirib. 
Müsavat  ordusunda  vzvod  komandiri  olub.  1896-cı  il  martın  on  beĢində  Bakının 
PirĢağı kəndində anadan olub. 
PraporĢik  SULTAN  ƏBDÜL  OĞLU  DADAġOV  -  Bakıda  AĠK  ibtidai 
məktəbi və 1919-cu ildə praporĢiklər məktəbini bitirib. 1892-ci il yanvarın ikisində 
Bakının Fatmayi kəndində anadan olub. 
PraporĢik  RAMAZAN  ABUZƏR  OĞLU  ZEYNALOV  –  Dörd  sinifli 
gimnaziyanı və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini 
bitirib. 1897-ci ildə Bakıda anadan olub. 
PraporĢik MÖVSÜM ABBAS OĞLU ĠBRAHĠMOV - Müsavat ordusunda 
qərargah vzvodunun komandiri olub. Ġki sinifli kənd məktəbini bitirib. 1895-ci ildə 
Qazax qəzasının Azaflı kəndində (indiki Tovuz rayonundadır - ġ.N) anadan olub. 
PraporĢik ABDULLA QAFUR OĞLU AXUNDOV - 1918-ci il oktyabrın 
üçündə Gəncədəki praporĢiklər məktəbinə daxil olub, 1919-cu ildə həmin məktəbi 
bitirib.  ġimal  sərhəddimizdə  ağqvardiyaçı  general  Denikinin  ordusuna  qarĢı 
döyüĢlərdə  iĢtirak  edib.  Milli  Ordunun  yaranmasından  əvvəl,  1918-ci  ilədək 
“Qafqaz  və  Merkuri”  Ģirkətində  matros  kimi  xidmət  edib.  Bakıdakı  Ali-ibtidai 
məktəbin üç sinfini bitirib. 1896-cı ildə Bakıda, Ġçəri Ģəhərdə Soborni küçəsindəki 
on yeddi saylı evdə meĢĢan ailəsində anadan olub. 
PraporĢik AĞALAR BƏY ABDI OĞLU BƏDĠRBƏYOV - Altı sinifli kiĢi 
gimnaziyasını bitirib. 1916-cı ildə Tiflis praporĢiklər məktəbində oxuyub. 1895-ci 
ildə ġamxorun Morul kəndində anadan olub. 1977-ci ildə Bakıda vəfat edib. Xalq 
artisti Leyla xanım Bədirbəylinin atasıdır. 
PraporĢik  ABBAS  ƏLĠ  OĞLU  AĞAYEV  -  Bakının  AĢağı 
Çəmbərəkəndindəki on bir saylı mənzildə kəndli ailəsində anadan olub. Ali-ibtidai 
təhsil alıb. 1918-ci ildə Gəncə praporĢiklər məktəbinə daxil olub. 
PraporĢik  HƏBĠBULLA  ƏHMƏD  OĞLU  ABAKAROV  -  Milliyyətcə 
ləzgidir.  1896-cı  ildə  kəndli  ailəsində  anadan  olub.  Telavi  Ģəhərindəki  kiĢi 
gimnaziyasının  dörd  sinfini  və  1918-ci  ildə  Gəncədəki  üç  aylıq  praporĢiklər 
məktəbini bitirib. Milli orduda praporĢik kimi xidmət edib. 
PraporĢik ƏLĠABBAS ƏLƏKBƏR OĞLU ƏLĠYEV - 1919-cu ildə Gəncə 
praporĢiklər məktəbini bitirib. 1900-cu il martın on birində Bakıda anadan olub. 
PraporĢik  HÜSEYN  KƏRĠM  OĞLU  ƏLĠYEV  -  1919-cu  ildə  Gəncədə 
Azərbaycan  praporĢiklər  məktəbini  bitirib.  Bundan  əvvəl  birinci  Tiflis  kiĢi 
gimnaziyasında təhsil alıb. 1897-ci ildə CavanĢir qəzasında kürd ailəsində anadan 
olub. 
PraporĢik  ƏBDÜLXƏLĠL  ƏLĠBALA  OĞLU  ƏLƏSGƏROV  -  MeĢĢan 
ailəsində  1894-cü  ildə  Bakıda  anadan  olub.  Ev  təhsili  alıb.  1919-cu  ildə  Gəncə 
praporĢiklər məktəbini bitirib. 

197 
 
PraporĢik ƏLĠABBAS BABAYEV - Bakıda iki sinifli realni məktəbini və 
1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1895-ci  ildə  Bakıda  meĢĢan 
ailəsində anadan olub. 
PraporĢik ĠSMAYIL MƏMMƏD OĞLU BABAYEV - Gəncədə altı sinifli 
gimnaziyanı  və  1918-ci  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1900-cü  il 
sentyabrın iyirmi üçündə Gəncədə kəndli ailəsində anadan olub. 
PraporĢik  ƏLHÜSEYN  AĞAHÜSEYN  OĞLU  DADAġOV  -  Bakıda 
ticarət  məktəbini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  Həmin  il 
iyunun  iyirmi  dördündə  Tiflis  aviasiya  məktəbinə  qəbul  olunub.  1920-ci  ildə 
bolĢeviklərin  istilası  ilə  əlaqədar  təhsilini  davam  etdirə  bilməyib.  Müsavat 
ordusunda  rota  komandiri  olub.  1899-cu  il  avqustun  üçündə  Bakıda  meĢĢan 
ailəsində anadan olub. 
PraporĢik  MUSA  ƏMĠRHƏMZƏ  OĞLU  ƏMĠRASLANOV  -  Bakıdakı 
üçüncü Ali-ibtidai məktəbini bitirib. 1918-ci il noyabrın on səkkizindən 1919-cu il 
sentyabrın  birinədək  Gəncədəki  praporĢiklər  məktəbində  oxuyub.  1898-ci  il 
dekabrın  otuz  birində  Bakıda  meĢĢan  ailəsində  anadan  olub.  Sovetlər  vaxtı 
Azdiviziyada  dördüncü  polkda  rota  komandiri  olub.  1930-cu  ildə  keçmiĢ 
müsavatçı kimi həbs edilib. 
PraporĢik AĞAKĠġĠ MƏMMƏDQASIM OĞLU HAġIMOV - Gəncədəki 
praporĢiklər  məktəbini  1919-cu  ildə  bitirib.  1890-cı  il,  mayın  birində  Bakının 
Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. 
PraporĢik  HƏSƏN  CƏFƏRQULU  OĞLU  ƏSGƏROV  -  Müsavat 
ordusunda  rota  komandiri.  1918-ci  il  noyabrın  on  səkkizində  Gəncə  praporĢiklər 
məktəbinə daxil olub. 1919-cu il mayın iyirmi birində həmin məktəbi bitirib. 1895-
ci il yanvarın yeddisində Bakıda  meĢĢan ailəsində anadan olub. Hərbi məktəbdən 
əvvəl Bakıda Ali-ibtidai təhsil də almıĢdı. 
PraporĢik  MƏMMƏDƏLĠ  HACIBABA  OĞLU  AĞABABAYEV  
Bakıdakı  «Səadət» müsəlman məktəbinin dörd sinfini bitirib. 1919-cu ildə Gəncə 
praporĢiklər  məktəbində  oxuyub.  PraporĢik  kimi  orduda  xidmət  edib.  1900-cü  il 
sentyabrın  birində  Bazarnı  küçəsindəki  yüz  on  bir  saylı  evdə  meĢĢan  ailəsində 
anadan olub. 
PraporĢik  ƏHMƏD  ƏLĠMƏMMƏD  OĞLU  ƏSGƏROV  -  1919-cu  ildə 
Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1895-ci  ildə  Bakıda  fəhlə  ailəsində  anadan 
olub. Rus-tatar məktəbini bitirib. Milli orduda praporĢik kimi xidmət edib. 1918-ci 
ildə Bakı uğrunda döyüĢlərdə bolĢeviklərə qarĢı vuruĢub. 
PraporĢik ƏLĠ MƏġƏDĠ ZEYNAL OĞLU ATAKĠġĠYEV - Ġlkin təhsilini 
iki sinifli rus-tatar məktəbində alıb. 1919-cu ildə isə Gəncə praporĢiklər məktəbini 
bitirib. 1890-cı il yanvarın onunda Gəncədə kəndli ailəsində anadan olub. 
 
*  *  * 
 

198 
 
Podporuçik  ƏLĠ  HACI  MƏMMƏDLĠ  OĞLU  MƏLĠKOV  -  Gəncədə  üç 
sinifli məktəbi və 1919-cu ildə Gəncə praporĢiklər məktəbini bitirib. Milli orduda 
rota komandiri olub. 1896-cı ildə Salyanda anadan olub. 
Podporuçik  FĠRĠDUN  ƏBDÜLRZA  OĞLU  NAĞIYEV - üçüncü Bakı 
Ali-ibtidai  məktəbində  təhsil  alıb.  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan 
Hərbiyyə məktəbini bitirib. 1897-ci ildə Bakının PirĢağı kəndində kəndli ailəsində 
anadan olub. 
Sovetlər  vaxtı  orduda  təlim  rotasının  komandiri  olub.  1922-ci  ildən 
«Azərbaycanın  müstəqilliyi  uğrunda!»  gizli  təĢkilatın  üzvü,  1923-cü  ilin  iyul 
ayında Zaqafqaziya «ÇK»-sı həbs edib, sürgünə göndərib. 
Podporuçik    HÜSEYN  KAZIM  AĞA  OĞLU  PAġAYEV  -  Qori 
Ģəhərindəki  Zaqafqaziya  Müəllimlər  seminariyasının  Azərbaycan  Ģöbəsini  bitirib. 
1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirib. 1897-ci 
il  iyunun  birində  Qazaxda  ziyalı  ailəsində  anadan  olub.  1920-ci  ildən  1923-cü 
ilədək AzdimiĢ müsavat zabiti olduğuna görə Zaqafqaziya «ÇK»-sı tərəfindən həbs 
edilib. SSRĠ-nin ġimal sərhədlərinə sürgün edilib. 
Podporuçik MĠKAYIL CƏBRAYIL OĞLU RƏHĠMOV - Bakıda texniki 
təhsil  alıb.  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini 
bitirib. 1901-ci il martın beĢində Bakıda anadan olub. 
Podporuçik  CAVAD MĠRZƏ MEHDĠ OĞLU AXUNDOV  - Bakıda rus-
tatar və üçüncü Ali-ibtidai məktəbini bitirib. 1918-19-cu illərdə Gəncə praporĢiklər 
məktəbində  oxuyub.  Milli  orduda  pulemyot  komandasının  rəisi  olub.  1896-cı  il 
iyunun  iyirmisində  Bakının  Tverskoy  küçəsindəki  səksən  doqquz  saylı  mənzildə 
meĢĢan ailəsində anadan olub. Sovetlər vaxtı Bakı Ģəhər sığorta kassasında iĢləyib. 
1921-ci  ildən  “Azərbaycanın  müstəqilliyi  uğrunda!”  gizli  hərbi  təĢkilatın  üzvü 
olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, ġimal sərhədlərinə 
sürgünə göndərib. 
Podporuçik  HƏSƏNBALA  AġIR  OĞLU  ƏBDÜSALAMOV  –  Bakıda 
dörd  sinifli  Ali-ibtidai  məktəbi  bitirib.  1920-ci  il  aprelin  iyirmi  dördündə  Gəncə 
praporĢiklər  məktəbini  bitirib.  1894-cü  ilin  oktyabrında  Bakıda  meĢĢan  ailəsində 
anadan olub. 1923-cü ildə XI ordunun xüsusi Ģöbəsi tərəfindən həbs edilib. 
Podporuçik  ƏLĠAĞA  MƏMMƏDHÜSEYN  OĞLU  ABDULLAYEV  
Lənkəranda  dörd  sinifli  ibtidai  məktəbdə  təhsil  alıb.  1920-ci  il  aprelin  iyirmi 
dördündə  Gəncədəki  Azərbaycan  hərbiyyə  məktəbini  bitirib.  Milli  Orduda  rota 
komandiri idi. 1923-cü ildə XI ordunun xüsusi Ģöbəsi tərəfindən həbs edilən əlli iki 
müsavat  zabiti  ilə  birlikdə  Nargin  adasına  sürgün  olunub.  1895-ci  il  fevralın 
birində Lənkəranda fəhlə ailəsində anadan olub. 
Podporuçik FƏRRUX ĠBRAHĠM OĞLU ƏLĠYEV  - Tiflisdəki dördüncü 
kiĢi gimnaziyasını və 1918-ci ildə Azərbaycan hərbiyyə məktəbini bitirib. Müsavat 
ordusunda  rota  komandiri  olub.  1896-cı  il  mayın  on  yeddisində  Bakının  Ramana 
kəndində kəndli ailəsində dünyaya gəlib. 

199 
 
Podporuçik XƏLĠL PAġA OĞLU ƏLĠYEV - Bakıdakı üçüncü Ali-ibtidai 
məktəbini  bitirib.  1896-cı  il  fevralın  iyirmi  üçündə  Bakının  Nardaran  kəndində 
anadan  olub.  1919-cu  il  mayın  beĢində  Gəncədə  praporĢiklər  məktəbini  bitirib. 
1920-ci il aprelin iyirmi yeddisində bolĢeviklər həbs edib. 
Podporuçik  ƏJDƏR  MEHDĠ  OĞLU  HACIBƏYLĠNSKĠ  -  1920-ci  il 
aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  1897-ci  ildə 
Ġrəvan Ģəhərində anadan olub. Altı sinifli Ġrəvan kiĢi gimnaziyasını bitirib. 
Podporuçik  ĠBRAHĠM  MƏġƏDĠ  ĠSMAYIL  OĞLU  AXUNDZADƏ  
1918-ci ildə Azərbaycan podpraporĢiklər məktəbini bitirib ondan əvvəl Gəncədəki 
Müəllimlər  seminariyasını  bitirib,  Gəncə  Ģəhər  kitabxanasının  müdiri  iĢləyib. 
Müsavat  ordusuna  könüllü  xidmətə  gəlib.  1899-cu  il  oktyabrın  iyirmisində 
Gəncədə  ruhani  ailəsində  anadan  olub.  Sovetlər  vaxtı  Azsvod  hərbi  məktəbində 
tədris hissə müdiri iĢləyib. 1921-ci ildən “Azərbaycanın müstəqilliyi uğrunda” gizli 
hərbi təĢkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, 
SSRĠ-nin ġimal sərhədlərinə sürgün olunub. 
Podporuçik  MƏMMƏDHÜSEYN  HACI  FƏRRUX  OĞLU  ƏLĠYEV  
Bakıda  üç  sinifli  ticarət  məktəbini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini 
bitirib.  1895-ci  ildə  Bakıda  Böyük  Kreposnoy  küçəsindəki  beĢ  saylı  evdə  anadan 
olub. 
Podporuçik  ƏJDƏR  QƏNĠ  OĞLU  BABAYEV  -  Bakıda  beĢ  sinifli 
gimnaziyanı və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini 
bitirib. 1900-cü il dekabrın iyirmi altısında Bakıda iranlı təbəənin ailəsində anadan 
olub. Sovetlər vaxtı Novoçerkassk Kənd Təsərrüfatı Ġnstitutunda təhsil alıb. 1922-
ci ildən “Müsavat gizli hərbi təĢkilatı”-nın üzvü olub. 1923-cü ilin iyul ayında həbs 
edilib.  Az.SSR  CM-nin  57,  58,  65,  66-cı  maddələrilə  ittiham  olunaraq  sürgünə 
göndərilib. 
Podporuçik  MÖVSÜM  MƏZAHĠR  OĞLU  BƏYDƏMĠROV  –  Sabunçu 
qəsəbəsindəki  dörd  sinifli  Ali-ibtidai  məktəbi  və  1919-cu  ildə  Gəncə  praporĢiklər 
məktəbini bitirib. 1899-cu ildə Bülbülədə kəndli ailəsində anadan olub. 
Podporuçik  SADIQ  ƏSGƏR  OĞLU  VƏKĠLOV  -  Müsavat  ordusunda 
üçüncü  Gəncə  piyada  alayında  və  üçüncü  ġəki  süvari  alayında  kiçik  zabit  kimi 
xidmət edib. 1895-ci ildə Qazax qəzasının Salahlı kəndində ziyalı ailəsində anadan 
olub.  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasını  və  1918-ci  il  noyabrın  on 
səkkizində Gəncədəki podpraporĢiklər məktəbini bitirib. 
Podporuçik  ABBAS  ƏLĠ  OĞLU  ZEYNALOV  -  BeĢ  sinifli  gimnaziyanı 
və  Gəncədəki  hərbiyyə  məktəbini  bitirib.  1895-ci  il  mayın  iyirmi  beĢində 
Poltaratsk Ģəhərində meĢĢan ailəsində anadan olub. 
Podporuçik  SADIQ  HƏSƏN  OĞLU  ĠMANOV  -  Bakı  rus-tatar  və  ticarət 
məktəblərini,  1918-ci  ildə  isə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1898-ci  ildə 
Bakıda  ziyalı ailəsində  anadan olub. 1920-ci  ilin aprel  ayında  bolĢeviklər Bakıya 
hücum  edəndə  həbs  edilib  “filtrasiya”  adı  ilə  Nargin  adasına  sürgün  olunub. 

200 
 
Sovetlər  vaxtı  Azərbaycan  ticarət  idarəsində  iĢləyib.  1922-ci  ildən  “Azərbaycanın 
müstəqilliyi  uğrunda!”  gizli  hərbi  təĢkilatın  üzvü  olub.  1923-cü  ilin  iyul  ayında 
Zaqafqaziya  “ÇK”-sı  tərəfindən  həbs  edilərək  ġimal  sərhədlərinə  sürgünə 
göndərilib. 
Podporuçik  AĞƏLĠ  HACIƏLĠ  OĞLU  ĠSMAYILOV  -  Bakı  kiĢi 
gimnaziyasının  üç  sinfini  və  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  Rus  və  türk 
dillərini mükəmməl bilib. 1895-ci ildə Bakıda meĢĢan ailəsində anadan olub.  
Podporuçik RƏHĠM HADI OĞLU ĠMANOV - Bakıda rus-tatar məktəbini 
və  1918-ci  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  Qusar  alayında  rota 
komandiri olub. 1902-ci il martın üçündə Bakıda doğulub. 
Podporuçik  AĞARƏHĠM  BƏHMƏN  MĠRZƏ  OĞLU  QULUBƏYOV  
Bakıda  beĢ  sinifli  gimnaziyanı  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini 
bitirib.  1896-cı  ildə  Bakıda  meĢĢan  ailəsində  anadan  olub.  Milli  orduya  könüllü 
gəlib. 
Podporuçik ĠDRĠS ĠSMAYIL OĞLU QULĠYEV  - ġuĢada realnı məktəbi 
və  1920-ci  il  aprelin  iyirmi  altısında  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib. 
Fransız,  alman  və  erməni  dillərini  kamil  bilirmiĢ.  1899-cu  il  mayın  iyirmisində 
ġuĢada kəndli ailəsində anadan olub. 
Podporuçik  ƏMĠRCAN  MƏMMƏDƏLĠ  OĞLU  ƏKBƏROV  –  Ġlk 
təhsilini Nuxa Ģəhər dörd sinifli məktəbdə alıb. 1915-ci ildə poçtda çinovnik olub. 
1917-ci ildə Tiflisdə praporĢiklər məktəbini bitirib. Milli Orduda podporuçik kimi 
xidmət edib. 1894-cü ildə Nuxa Ģəhərində anadan olub. 
Podporuçik  ƏLĠ  SƏMƏD  OĞLU  ALLAHVERDĠYEV  -  1919-cu  ildə 
Gəncə  praporĢiklər  məktəbini  bitirib.  Milli  Ordunun  altıncı  alayında  podporuçik 
kimi  xidmət edib. 1891-ci il  mayın on ikisində Gəncədə  meĢĢan ailəsində anadan 
olub. 
Podporuçik  ƏLĠ  ĠSRAFĠL  OĞLU  AXUNDOV  -  Bakıda  orta  politexnik 
məktəbini  bitirib.  1919-cu  il  sentyabrın  onunda  Milli  Orduya  hərbi  qulluğa 
çağırılıb.  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini 
bitirib. 1895-ci ildə ġamaxıda meĢĢan ailəsində anadan olub. 
Podporuçik  MALĠK  HEYDƏR  OĞLU  ƏLĠYEV  -  Bakıda  Ali-ibtidai 
məktəbin  dörd  sinfini  bitirib.  1918-ci  il  noyabrın  on  altısında  Gəncə  hərbi 
məktəbinə  daxil  olaraq  oranı  1919-cu  ildə  bitirib.  1898-ci  ildə  Bakıda  meĢĢan 
ailəsində anadan olub. 
Podporuçik  AĞA  DADAġ  OĞLU  MƏLĠKOV  -  Salyanda  iki  sinifli 
məktəbi  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1897-ci  ildə 
Salyanda kəndli ailəsində anadan olub. 
Podporuçik ABBAS ZEYNALABDĠN OĞLU RƏSULOV - Üçüncü Bakı 
rus-tatar  məktəbində  təhsil  alıb.  1919-cu  ildə  Gəncədə  praporĢiklər  məktəbini 
bitirib. 1895-ci ildə Bakıda anadan olub. 

201 
 
Podporuçik  CƏLAL  ƏLƏSGƏR  OĞLU  SEYĠDBƏYLĠ  -  Gəncədə  dörd 
sinifli məktəb bitirib. 1901-ci ildə Goranboyun Sarov kəndində anadan olub. 1919-
cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  Müsavat  ordusunda  rota  komandiri 
olub. 
Podporuçik  DƏRAB  CABBAR  OĞLU  SULTANOV  -  Birinci  Tiflis  kiĢi 
gimnaziyasını  və  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə 
məktəbini bitirib. 1902-ci ildə Zəngəzurda kəndli ailəsində anadan olub. 
Podporuçik  ƏBÜLFƏZ  VAHAB  OĞLU  SƏLĠMBƏYOV  -  Bakıda  Ali-
ibtidai  məktəbi  və  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə 
məktəbini bitirib. 1897-ci ildə Bakıda meĢĢan ailəsində anadan olub. 
Podporuçik  ZAHĠD  CÜMġÜD  OĞLU  ġIXƏLĠBƏYOV  -  Ali-ibtidai 
təhsil  alıb.  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini 
bitirib.  Müsavat  zabiti  olduğuna  görə  Ģübhəli  Ģəxs  kimi  1930-cu  ildə  Salyan 
qazarmasında  xidmət  edərkən  həbs  edilib.  Sürgündə  vəfat  edib.  1897-ci  il 
oktyabrın altısında kəndli ailəsində anadan olub. 
Podporuçik  MƏMMƏD  BƏY  ƏLĠ  OĞLU  ġEYDAYEV  –  BeĢ  sinifli 
ticarət  məktəbini  bitirib.  Ġran  tələbəsidir.  1919-cu  ildə  praporĢiklər  məktəbini 
bitirib. 1902-ci il sentyabrın on səkkizində Tiflisdə fəhlə ailəsində anadan olub. 
 
*   *   * 
 
Feldfebel  CƏLĠL  CAVAD  OĞLU  ƏHMƏDOV  -  Müsavat  ordusuna 
könüllü xidmət edib. 1895-ci ildə Cəbrayılda kəndli ailəsində anadan olub. 
Feldfebel DAVUD HƏġĠM OĞLU ABDULLAYEV  – Müsavat ordusuna 
könüllü  xidmət  edib.  Ailədə  təhsil  alıb.  l895-ci  ildə  Zaqatalada  azərbaycanlı 
türkünün ailəsində anadan olub. 
Feldfebel  TAHĠR  YUSĠF  OĞLU  RAMAZANOV  -  Zaqatala  sənət 
məktəbini  bitirib.  Milliyyətcə  ləzgidir.  1900-cü  il  fevralın  altısında  Qaxın  Ġlisu 
kəndində anadan olub. 
*   *   * 
 
Yunker  PAġA  AĞABALA  OĞLU  BABAYEV  -  Altı  sinifli  Bakı  realnı 
məktəbini bitirib. Müsavat ordusuna könüllü gəlib. Bakıdakı Azərbaycan Hərbiyyə 
məktəbində  təhsil  alıb.  1902-ci  il  aprelin  iyirmisində  Bakıda  kəndli  ailəsində 
anadan olub. 
Yunker MUXTAR ABUZƏR OĞLU ZÜLFÜQAROV – Quba qəzasında 
ruhani  seminariyasını  və  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  BeĢ  dil  bilib: 
ərəb,  türk,  fars,  alman  və  tat.  1902-ci  il  mayın  iyirmi  beĢində  Qubanın  Çiçi 
kəndində anadan olub. 
Yunker  SULTAN  MƏMMƏD  OĞLU  ġAYLIKOV  -  Ġki  sinifli  kənd 
məktəbini  və  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini 

202 
 
bitirib.  Hərbiyyə  məktəbinə  1919-cu  ilin  noyabrında  qəbul  olunub.  1898-ci  il 
aprelin iyirmi beĢində ġuĢanın Alxaslı kəndində anadan olub. 
 
*   *   * 
 
Kvartimeyster  ĠBRAHĠM  AĞAKĠġĠ  OĞLU  ATAKĠġĠYEV  –  Bakıda 
yeddinci rus-tatar və Ali-ibtidai məktəbini bitirib. 1919-1920-ci illərdə Azərbaycan 
Hərbiyyə məktəbini bitirib. 1897-ci ildə Bakıda meĢĢan ailəsində anadan olub. 
Bu siyahını tamamlamaq çox çətindir. Ona görə ki, iyirminci ilin aprelindən 
sonra  bolĢevik-daĢnak  qırmızı  orduları  tərəfindən  qətlə  yetirilən,  sürgün  olunan 
zabit oğullarımız haqqında məlumat çox azdır. Arxiv sənədlərində və yaddaĢlarda 
onların bəzilərinin ad-familiyası, bəzilərinin də adı, ya da ancaq soyadı qalıb. Ona 
görə də onları sizə olduğu kimi təqdim edirik: Polkovnik Hüseyn xan Naxçıvanlı, 
podpolkovnik  Yaqub  bəy  Əhmədzadə,  podpolkovnik  Nağı  bəy  Əlizadə,  mayor 
Ġlyas bəy TalıĢxanlı, Ģtab-rotmistri Murad xan Naxçıvanlı, sıravi hərbi qulluqçular: 
Ġbrahim  bəy  Fəttahov,  Cəfər  bəy  Axundzadə,  Fərhad  bəy  Ağalarov,  Hüseyn  bəy 
Mirizadə və Mehdizadə. 
Kapitan YAQUB BƏY  SADIQ BƏY OĞLU AXMETYEV  - Milliyyətcə 
tatardır.  1894-cü  ildə  Tiflisdə  anadan  olub.  1914-cü  ilin  sentyabrında  Tiflisdəki 
kadet  korpusunu  bitirmiĢdir.  1917-ci  ilə  kimi  Türkiyənin  Ərzincan  Ģəhərində 
yerləĢən  39-cu  diviziyanın  Quba  alayında  xidmət  etmiĢdir.  1918-ci  ildə 
Azərbaycan  Milli  Ordusuna  könüllü  daxil  olmuĢdur.  Bir  il  sonra  Zaqatalaya 
komendant  təyin  edilmiĢdir.  1920-ci  il  iyulun  9-da  ġəki  və  Zaqatalada 
bolĢeviklərlə qarĢı baĢlanan üsyanın baĢçılarından biri idi.  Zaqatala qalasını tutan 
üsyançılar kapitan Yaqub bəyin baĢçılığı ilə on beĢ gün bolĢeviklərə qarĢı vuruĢur. 
Ġyunun 20-də komendant - kapitan Yaqub bəy Axmetyev yaralanıb ələ keçmiĢ və 
bolĢeviklər  tərəfindən  edama  məhkum  edilmiĢdir.  Az  müddət  Zaqatala  qalasında 
saxlanan mərd kapitan Yaqub bəy ağır yaralı halda kameranın divarına yazmıĢdır: 
“Mən  kapitan  Axmetyev  ölüm  hökmü  altında  yatıram.  Heç  bir  cinayət 
eləməmiĢəm.  Vətənim  Azərbaycanın  azadlığı  uğrunda  bolĢeviklərə  qarĢı 
vuruĢdum. Müsavat zabiti olduğuma görə güllələnməyə məhkum olmuĢam”. Həyat 
yoldaĢı Vəsilə xanımın Musabəyova Bakı rus-müsəlman qız məktəbində müəllimə 
idi.  BolĢeviklər  Yaqub  bəyə  edam  olunması  haqqında  qərar  oxuyanda,  “Qorxma, 
mətin  ol,  nahaq  axıdılan  qanın  intiqamını  unutmarıq.”  -  deyə  hayqırdığı  üçün 
Vəsilə  xanımı  Cənub  cəbhəsi  tribunalının  sədri  cəllad  Georgi  Atarbekov 
(Atarbekyan) özü  güllələmiĢdir. Qadına əl qaldıran  nadan  Atarbekyan sonralar da 
“fəxrlə”  deyirmiĢ  ki,  Vəsilə  xanım  Musabəyovanı  və  əri  Yaqub  bəy  Axmetyevi 
özüm güllələdim. 
Ordu  quruculuğumuz  haqqında  bir  məsələni  də  xüsusilə  vurğulamaq 
istərdim.  Otuzuncu  illərdən  sonra  Rusiya  və  Azərbaycanın  bədnam  tarixçiləri 
tərəfindən  çarizmə  və  cümhuriyyətə  qarĢı  eyni  topdan  güllə  atmaq, 

203 
 
azərbaycanlıların 
ordu  sıralarına  çağırılmaması  iddiasını  əsaslandırmaq, 
ümumiyyətlə  Azərbaycan  Respublikasının  ordu  quruculuğu  üzərinə  kölgə  salmaq 
məqsədilə  bu  ifadə  iĢlənməyə  baĢlamıĢdır.  Halbuki,  nə  “Dikaya  diviziya” 
vəhĢilərdən ibarət deyildi,  nə  də qırx  minə  yaxın ordu təĢkil etmiĢ respublika boĢ 
yerdə  hərbi  quruculuq  yaratmamıĢdı.  Üstəlik,  onu  də  deyək  ki,  bu  orduya  Əliağa 
ġıxlinski,  Səməd  bəy  Mehmandarov  kimi  dünya  Ģöhrətli  sərkərdələr  baĢçılıq 
etmiĢdi. 
Tarixi saxtalaĢdırmaq  -  xalqın ömür  yolunu çaĢdırmaq,  keçmiĢini qaranlıq 
içərisində itirmək, gələcəyini dumanlığa qərq etməkdir. 
Qəribə  burasıdır  ki,  gec  də  olsa  rus  hərb  tarixçisi,  polkovnik  V.V.Popov 
1997-ci  ildə  “Voenno  istoriçeskiy  junal”nın  ikinci  sayında  “Dikaya  diviziya”nın 
Birinci  Dünya  Müharibəsində  və  Port-Artur  döyüĢlərində  qəhrəmanlığını  etiraf 
etmiĢdir. O, yazır: “1917-ci ilin oktyabr inqilabına və ondan sonra keçirilən tərxisə 
qədər  qafqazlılar  hərbi  xidməti  rus  ordusunun  seçmə  hissələrində,  o  cümlədən 
imperatorun mühafizəsində keçirdilər. Rus-yapon və Birinci Dünya Müharibəsində 
Qafqaz müsəlmanlarından təĢkil edilmiĢ birləĢmələr (məsələn, “VəhĢi diviziya” və 
ya  “Tuzemnaya”)  və  süvarilər  öz  igidliyi  və  cəldliyilə,  cəbhənin  ən  qorxulu 
sahələrindəki vuruĢmalarda cəsarət və qorxubilməzliyilə fərqlənirdilər.” 
 
*   *   * 
 
Bəzi  müsavat  əsgər  və  zabitinin  bioqrafiyasında  keçmiĢ  imperiya 
ordusundan qalma istilah və rütbə adlarına rast gəlirik. 1918-1920-ci illərdə iĢlənən 
bu sözlərin  və rütbələrin oxunuĢunda  müasir oxucunun çətinlik çəkəcəyini  nəzərə 
alıb onlardan bəzisinin izahını da veririk. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin