ĠƏMĠstan nəZĠRLĠ


Polkovnik Əbülfət ağa ġaxtaxtinski



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

Polkovnik Əbülfət ağa ġaxtaxtinski 
 
1896-cı  fevralın  26-da  77-ci  Tengin  süvari  alayında  xidmət  edən  Əbülfət 
ağa  Nəcəf  oğlu  ġaxtaxtinski  podpolkovnik  rütbəsi  alıb.  Əbülfət  ağa  1858-ci  ilin 
oktyabr  ayında  ġərur-Dərələyəz  qəzasının  ġahtaxtı  kəndində  zadəgan  ailəsində 
anadan  olmuĢdur.  Onun  nüfuzlu  nəsli  Azərbaycan  tarixinə  Məhəmməd  ağa, 
Behbud  ağa,  Ġsasultan  ağa,  Həmid  ağa  ġaxtaxtinski  kimi  görkəmli  Ģəxsiyyətlər 
bəxĢ edib. 
Ġlk təhsilini Tiflis realnı məktəbində alan Əbülfət ağa ġaxtaxtinski 1877-ci 
ildə Peterburq Texnologiya Universitetinə daxil olub. Tələbə  yoldaĢı, ilk  marksist 
Q.V.Plexanovla birgə tələbələri qadağan olunmuĢ yığıncaqlara təhrik etdiyinə görə 
bir il sonra - dekabr ayında universitetdən xaric edilib. Mənzilində aparılan axtarıĢ 
zamanı  məlum  olub  ki,  Əbülfət  ağa  həm  də  Moskva  və  Peterburqda  təhsil  alan 
qafqazlı tələbələrin “Ġmdadiyyə” adlı gizli təĢkilatın üzvüdür. O, Moskvada təhsil 
alan həmyerlisi Nəcəf bəy Vəzirova məktubunda yazırdı ki, qaranlıq və cəhalətdən 
qurtarmaq  üçün  laxlamıĢ  imperiya  zülmünü  kökündən  kəsmək,  məhv  etmək 
lazımdır. “Ġmdadiyə”nin nizamnaməsini aldım. YaxınlaĢan yay “Ġmdadiyə”nin əsas 
müddəalarının  müzakirəsini  təxirəsalınmaz  vəzifəmizə çevirir. Müzakirə ona  görə 
lazımdır ki, biz ölkənin müxtəlif yerlərinə yollanarkən bir məqsəd uğrunda hərəkət 

142 
 
edə  bilək.  Biz  öz  məqsədimizə  nail  olmaq  üçün  bütün  vasitələri  nəzərdən 
keçirməliyik.  Həmin 
məqsəd  kifayət  qədər  aydın  və  dəqiq  Ģəkildə 
müəyyənləĢdirilməlidir.  Məqsədimiz  sakitliyimizi  pozan  vicdan  əzabının  burjua 
rahatlığı naminə dəf edilməsi deyil. Məqsədimiz pisliyin kökünü yerli-dibli kəsmək 
üçün  mümkün  qədər  çox  iĢlək  əl  hazırlamaqdır.  Biz  vasitə  və  vəsait  axtarırıq, 
deməli  onda  iĢçi  əllər,  ağırlığı  öz  üzərinə  götürən  qüvvələr  tərbiyə  etməliyik.  Biz 
tərəqqipərvər  adamlar  kimi  nəzərlərimizi  yalnız  cəmiyyətin  aĢağı  təbəqələrinə 
yönəltməliyik.” Ələ  keçən  məktubdan sonra  Əbülfət ağa ġahtaxtinskinin  üzərində 
gizli  polis  nəzarəti  qoyulmuĢdu.  Ekstren  yolla  Lazarev  adına  ġərq  dilləri 
institutuna  daxil  olmuĢ  Əbülfət  ağa  oranı  bitirdikdən  sonra  Rusiyada  ona  nə 
diplom,  nə  iĢ  verilməmiĢdi.  O,  Almaniyaya  getmiĢ,  Heydelberq  Universitetində 
diplom iĢi müdafiə edərək bakalavr dərəcəsi almıĢdı. 
Demokratik  baxıĢlarına  və  monarxiyaya  qarĢı  çıxıĢlarına  görə  Rusiyaya 
qayıdan Əbülfət ağa ġaxtaxtinskini heç bir qulluğa götürməmiĢdilər. 
1880-ci ildə iyirmi iki yaĢlı Əbülfət ağa ġaxtaxtinski Peterburqdakı yunker 
məktəbinə daxil olub, qısa müddətdə oranı fərqlənmə diplomu ilə bitirib. 
Bir  il  sonra,  avqust  ayının  səkkizində  zabit  rütbəsində  yetmiĢ  yeddinci 
Tengin süvari alayında xidmətə baĢlayan Əbülfət ağa ġaxtaxtinski qısa  müddətdə 
divizion komandiri təyin olunub. 
Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə 
məxsus  Ģəxsi  hərbi  kitabçasında  göstərilir  ki,  əla  xidmətinə  görə  o,  1892-ci  ildə 
Müqqədəs Stanislav ordeninin üçüncü dərəcəsilə, 1900-ci ildə isə Müqəddəs Anna 
ordeninin üçüncü dərəcəsilə təltif olunmuĢdur. 
Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa ġahtaxtinski bir sıra 
Ģərq  dillərilə  yanaĢı,  alman,  fransız  və  ingilis  dilini  də  mükəmməl  bilirmiĢ.  Ona 
görə  də  Ġsveçrə  ordusunun  manevrlərinə  müĢahidəçi  kimi  ezam  olunmuĢdur. 
Həmin  ili  nizami  ordudakı  xidmətlərinə  görə  Əbülfət  ağaya  polkovnik  rütbəsi 
verilib. 
Polkovnik  Əbülfət  ağa  ġaxtaxtinskinin  Ģəxsi  iĢinin  təltifat  “qrafasında” 
aldığı  xarici  ölkə  orden-medallarının  da  sayı  göstərilir.  O,  Ġranın  “ġire-XorĢid” 
ordeninin  dördüncü  dərəcəsilə  (1889-cu  il),  Buxara  Omirtinin  ikinci  dərəcəli 
“Ucalan  ulduz”  qızıl  medalı  ilə  (1899-cu  il),  yenə  Ġranın  üçüncü  dərəcəli  “ġire-
XorĢid”  ordenilə  (1900-ci  il)  və  “Fransa-Sudan  xilasetmə  cəmiyyəti”nin  Yuxarı 
Reyn Ģəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub. 
1904-05-ci  illərdə  rus-yapon  müharibəsində  iĢtirak  edən  Əbülfət  ağa 
ġaxtaxtinski  batalyon  komandiri  kimi  məsul  vəzifədə  xidməti  borcunu  ləyaqətlə 
yerinə yetirib. 
Əsilzadə  nəslindən  olan  polkovnik  Əbülfət  ağa  istər  ədəbi,  istərsə  də 
maarifçilik  sahəsində  xalqımız  üçün  təmənnasız  xidmətlər  göstərib.  O,  Volfanq 
Hötenin “Gənc Verterin iztirabları” əsərini almancadan Azərbaycan dilinə tərcümə 
edib. 

143 
 
Port-Artur  döyüĢlərindən  sonra  polkovnik  Əbülfət  ağa  ġaxtaxtinskinin 
komandir  olduğu  202-ci  Qori  süvari  alayı  Qori  Ģəhərində  yerləĢirdi.  1911-ci  ilin 
yayında  vətəninə  növbəti  məzuniyyətə  gələn  polkovnik  Əbülfət  ağa  iki 
azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli 
Səbri “Mühitim... təhsil illərim” xatirə qeydlərində yazır: 
“Bir  təsadüf  mənim  taleyimi  əbədi  həll  etdi.  O  zaman  polkovnik  Əbülfət 
ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa 
Naxçıvana  məzuniyyətə  gəlmişdi.  Məzuniyyət  müddəti  bitdikdən  sonra  o  öz 
qohumu,  mənimsə  məktəb  yoldaşım  Xəlil  ağa  Hacılarovu  özü  ilə  Qoriyə  - 
Zaqafqaziya  müəllimlər  seminariyasına  aparmışdı.  Mən  məramımı  heç  kəsə 
bildirmədən  qohum-qardaşdan  pul  yığmağa  başladım.  Xəlil  ağa  Qoriyə  gedən 
günün  səhərisi  mən  də  onun  ardınca  yollandım.  Sənədlərimi  də  özümlə 
götürmüşdüm.  Böyük  bir  çətinliklə  Qoriyə  gəlib  çatdım.  Seminariyanın  həyətinə 
gələndə  Xəlili  və  polkovnik  Əbülfət  ağanı  orada  gördüm.  Əbülfət  ağanın 
təəccübdən  nitqi  qurudu,  bir  az  fikrə  gedib  sənədlərimi  aldı.  Birlikdə  seminariya 
direktorunun yanına getdik. 
Sabahı  günü  lövhədə  -  imtahan  verəcək  cavanların  adları  siyahısında  öz 
adımı görüb sevindim. 
İmtahanlar  başlandı.  Əynimdə  zolaqlı  paltar  içəri  girdim.  Birinci 
imtahandan sonra direktor polkovnik Əbülfət ağaya dedi: 
Etot  polosatıy  malçişka  budet  prinyat...  (Əli  Səbri  “Ömürdən  yarpaq 
düşür” kitabı, 1983-cü il, səh. 129, 130-da). 
Xalqımızın görkəmli ziyalısı, polkovnik Əbülfət ağa ġahtaxtinski 1913-cü il 
martın 13-də Kutaisi Ģəhərində vəfat edib. Doğma kəndi ġahtaxtıda dəfn edilib. O, 
XIX  əsrin  görkəmli  jurnalisti  Ġsasultan  ġaxtaxtinskinin  (1851-1894)  kiçik  qardaĢı 
idi. 
 
*  *  * 
 
1918-ci ildə fevralın 22-də Zaqatala dairəsinin camaatı adından Həmzət bəy 
Xəlilov  Zaqafqaziya  komissarlığında  çıxıĢ  edib.  Natiq  bildirib  ki,  onun  yenicə 
yaratdığı  Ləzgi  süvari alayı  Gürcüstan ordusuna  yox,  general  Əliağa  ġıxlinskinin 
Müsəlman  korpusu  heyətinin  sıralarına  daxil  olacaqdır.  Lakin  nə  gürcülər,  nə  də 
ermənilər  Həmzət  bəyin  yaratdığı  süvari  alayını  Tiflisdən  çıxarılmasına  razılıq 
vermək istəmədilər. Ona görə ki, Tiflisdə yaĢayan ermənilər Ģaiyə  yaymıĢdılar ki, 
yeni  yaranan  Ləzgi  süvari alayı Müsəlman  korpusu  ilə birləĢib  Laqodexi-Balakən 
ərazisində  yaĢayan  gürcüləri  qıracaqlar.  Ermənilərin  fitvası  ilə  Snoris-Sxali 
stansiyasında bir qrup gürcü ziyalısı və səkkizinci gürcü alayı Ləzgi süvari alayının 
qabağını  kəsib.  Həmzət  bəy  Xəlilov  yazır  ki,  mənim  Ģəxsi  nüfuzumun  hesabına 
gürcü  ziyalıları  qarĢıdurmaya  yol  vermədilər.  Alayı  sağ-salamat  Laqodexi  çölünə 
gətirib, orada yerləĢdirdik. 

144 
 
Alaya  Ģahzadə  polkovnik  Xosrov  Mirzə  Qacar  komandir  təyin  olundu. 
Sonralar  Zaqatala  alayı  adını  daĢıyan  bu  hərbi  birləĢmə  Azərbaycan  ordusunun 
sıralarında  Qarabağda  daĢnaklara,  Bakıda  və  baĢqa  ərazilərimizdə  bolĢeviklərə 
qarĢı döyüĢlərdə qəhrəmanlıqla vuruĢdu. 
Həmzət bəy Xəlilov (1860-1930) tanınmıĢ mədəniyyət xadimi, 30 ilə yaxın 
Üzeyir  bəy  Hacıbəyovun  ev  muzeyinin  direktoru,  professor  mərhum  Ramazan 
Xəlilovun (1901-1999) atası idi. 
 
Podpolkovnik Xasay xan Usmiyev 
 
Podpolkovnik Xasay xan Usmiyev Mehdiqulu xan Xasay xan oğlu Usmiyev 
1895-ci  il  fevralın  26-da  podpolkovnik  rütbəsi  alıb.  O,  məĢhur  Ģairə  XurĢudbanu 
Natəvanın  böyük  oğludur.  1855-ci  ildə  ġuĢada  anadan  olub.  1874-cü  ildə 
Peterburqdakı  zadəgan  balalarına  məxsus  Paj  hərbi  korpusunda  təhsil  alıb.  Rus-
türk müharibəsi - (1877-78) illərində Dunay ordusunun sıralarında süvari alayının 
komandiri  olmuĢdur.  Onun  ötən  il  Gürcüstan  Dövlət  Mərkəzi  arxivindən  əldə 
etdiyimiz  fotoĢəklinin  altında  da  “1877-ci  il,  Dunay”  yazılıb.  Ġki  il  cəbhələrdə 
böyük igidlik və Ģücaət göstərdiyinə görə knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə 
ordenlə təltif olunub. O, Müqəddəs Anna ordeninin dördüncü dərəcəsinə (igidliyə 
görə), üçüncü dərəcəli müqəddəs Stanislav (qılınc və bantla birgə), üçüncü dərəcəli 
Müqəddəs Anna (qılınc və bantla birgə) və müqəddəs Vladimir ordeninin dördüncü 
dərəcəsinə  layiq  görülüb.  Əlbəttə,  qısa  müddətdə  belə  yüksək  kavaler  ordenlərinə 
qeyri-adi  igidlik  göstərmiĢ  zabitlər  təltif  olunurdu.  ġübhəsiz  ki,  knyaz  Mehdiqulu 
xana bu igidlik irsən keçmədi. Axı, onun atası general-mayor Xasay xan Usmiyev 
(1808-1866) idi! Ötən əsrin məĢhur tədqiqatçıları Firudin bəy Köçərli, Mir Möhsün 
Nəvvab,  Məhəmmədağa  Müctəhidzadə  və  baĢqaları  iftixarla  yazırlar  ki,  cənab 
knyaz  Mehdiqulu  xan  alicah  knyaz  Xasay  oğludur.  O,  əlahəzrət  qüdrətli  Çingiz 
xanın nəslindəndir. 
Qafqaz  Əlahiddə  ordusunun  süvari  qoĢunlarında  xidmət  edən  knyaz-
podpolkovnik Mehdiqulu xan Usmiyev ordudakı əla qulluğuna görə sonrakı illərdə 
də təltif olunub. O, 1887-ci ildə müqəddəs Stanislav ordeninin ikinci, 1891-ci ildə 
Müqəddəs  Anna  ordeninin  ikinci  dərəcəsini  və  1881-ci  ildə  Ġranın  “ġire-XorĢid” 
ordeninin üçüncü dərəcəsini ala bilib. 
Klassik  üslubda  Vəfa  təxəllüsü  ilə  Azərbaycan  və  fars  dillərində  Ģerlər 
yazan  knyaz-podpolkovnik  Mehdiqulu  xan  Usmiyev  1900-ci  il  sentyabrın  5-də 
Tiflisdə  Mixaylovski  küçəsindəki  yüz  qırx  səkkiz  saylı  mülkündə  vəfat  edib.  Öz 
vəsiyyətinə görə Ağdamdakı Ġmarətdə ata-babalarının yanında dəfn olunub. 
Haqqında  nekroloq  verən  “Kaspi”  qəzeti  (1900-ci  il,  №  200)  yazırdı: 
“Nadir şərq kitablarını yığmaq və oxumaq onun ən sevimli məşğuliyyəti olmuşdu. 
Bu  kitabları  toplamaq  xatirinə  knyaz  Mehdiqulu  xan  heç  bir  vəsait  əsirgəməzdi. 
Onun şəxsi kitabxanasındakı ədəbiyyat az-az yerlərdə tapılardı”. 

145 
 
Bəzi müasir yazarlarımız Mehdiqulu xan Usmiyevin general rütbəsi aldığını 
qeyd  edirlər.  Lakin  nə  Tiflis,  nə  də  Bakı  arxivlərində  Mehdiqulu  xanın  general 
olması  haqqında  sənədə  rast  gəlmədik.  Bütün  sənədlərə  onun  son  rütbəsi 
podpolkovnik  göstərilir. ġübhəsiz  ki, tədqiqatçılar onu atası general-mayor Xasay 
xan Usmiyevlə səhv salırlar. 
Nizami  Gəncəvi  adına  Azərbaycan  Ədəbiyyatı  muzeyinin  elmi  fondunda 
Mehdiqulu  xan  Usmiyevin  1877-ci  ildə  Dunay  cəbhəsindən  ailəsinə  yazdığı 
məktubları saxlanılır. Onların imlasına toxunmadan təqdim edirik: 
Birinci məktub: 
Bu gün ki, ibarət olsun aprelin 12-si padiĢah cəmi qoĢunu bir yerə cəm edib 
davanı elan etdi və bu gün axĢamadək hər tərəfdən qoĢun hərəkət edir. Amma biz, 
yəni  Nikolay  Nikolayıçin  hüzurunda  onlar  hənuz  padĢah  Peterburqa  gedənədək 
KiĢinyovda olarıq, ondan sonra biz həm hərəkət edirik. Amma hansı tərəfə hərəkət 
olmağın  yazmağa  məzun  degiləm.  ĠnĢallah,  mümkün  olduqca  hər  məkandan  təbl 
irsal olar. Xatircəm olun mənim üçün çəndən düĢvar əmir yoxdur. Ağabikədən və 
Bilqeyisdən soruĢ ki, mənim Ģəklimi tanıyırlarmı! 
Mehdiquluxan, 
q. Kişinyov, 
12 aprel 1877q. 
*  *  * 
Ġkinci məktub: 
Keçib BulayeĢt Ģəhərinə ki, Ruminiyanın Ģəhərlərindəndir varid olduq. Kim 
bilərdi  ki,  mənim  bu  səfərim  bu  növ  bəndülhəd  olar.  Bu  gün  beĢ  gün  izafədir  ki, 
qələdən
18
 çıxıb müsafirət əzmin etmiĢəm. Bu əmr, o növ asan dəgilmiĢ ki, təsəvvür 
olurdu.  Əlxüsus  davanın  ittifaqı  məni  çox  müqəyyəd  etdi.  Xülasə  qeydi 
nəkərdəyəm  ki,  moyəssər  Ģəvəd...  Ağbikə  və  Bilqeyis  mənim  Ģəklimi  görəndə 
yəqin  bir  Ģeyi  zehinlərinə  gəlmir  ki  çünki  ki  əslin  bəndül-həd  qeybəti  surəti 
zehindən  zayil  edir.  Əlhəmdülillah  hər  növ  salamatlıq  və  asudə  xatırlıq  vüsuldur. 
Nigranlıq  həmin  sizlər  tərəfindəndir.  Kağız  yazmaqda  kütahlıq  olmasın,  mənə 
gələn  kağızları  zakaznoy  edin  və  əgər  firəng  dilini  bilən  olsa  ünvanı  firəngcə 
yazdırın. 
Mehdiquluxan, 
12 may. 
*  *  * 
Üçüncü məktub: 
Bu  haladək  səndən  kağız  vüsul  olmayıb,  əgərçi  til  rəf`e  nigaranlıq  etdi. 
Amma təfsilən bilmirəm ki, necəsən və uĢaqlar necədirlər. Velikiy Knyaz Xaç suya 
düĢən zamanda inĢallah məni məzun edər və mən qələyə azim olaram. Hər vəqt və 
                                                           
18
 ġuĢa Ģəhəri nəzərdə tutulur. – ġ. N. 
 

146 
 
hər  poçt  ilə  kağuz  yazıb  əhvalatdan  müxəbbir  et.  Zəhranı  və  Ağabikəni,  Rüstəm 
bəyi əhval pürsan ol. Bu kağız vüsal olan kimi cəvab yaz. Çünki çox nigaranam. 
Vəssalam. 
Mehdiquluxan. 
 
*  *  * 
Dördüncü məktub: 
Bu Ģəhərdə varid ola... 
Ona-bəna  bunca  gəlməyə  ektifa  edüb  əhval-pürsan  pəriĢanlıq  cəndan 
yoxdur.  Bir  müddət  Odessada  olarıq,  sonra  sərhədə  əzm  olar  onlar  sonra  nə  olar 
bilmirəm.  Oraya  kağız  təxir  ilə  çatır.  Ancaq  salamatlıq  olsa  kafidir.  Ağabikəni, 
Bilqeyisi, Əzizəni didə busə ol. 
Bu kağıza cavab göndər. Vəssalam. Əmanə xanım kağızı burada bənə vüsul 
oldu. 
Mehdiquluxan, 
17 fevral. 
*  *  * 
 
ġahnəzərov oraya varid olub, sənə irsal olan Ģeyləri yetirməkdən xəbər yaz 
və Əkbərə corab anamın və bacımın xoĢuna gəlsə yazın irsal olsun. 
Mehdiquluxan. 
 
*  *  * 
BeĢinci məktub: 
Ruhum  bu  gün  sübh  vaxtı  Ağstafaya  varid  oldum.  Yollar  nəhayət 
xarabdırlar.  Amma  bir  vaqiə  ariz  olmayıb  hər  cəhətdə  salamatlıq  hasildir. 
UĢaqlardan çox nigaranəm. Bu səfər uĢaqları, ələlxüsus Ağabikəni müfariqəti çox 
müəssirdir. 
Xasayı,  Ədil  xanı,  Əzizəni  didə  bus  ol.  Amma  Ağabikənin  sənə  dəxli 
yoxdur. Vəssalam. 
Mehdiquluxan. 
*  *  * 
 
Qubernator ilə Ərzi rahda mülaqat oldu. MüĢarəleyh Gəncəyə azimdir. 
Mehdiquluxan. 
 
*  *  * 
 
Qvardiya polkovniki Ģahzadə Xanbaba xan Qacar 1899-cu il fevralın 26-da 
podpolkovnik rütbəsi alıb. 1877-78-ci illərdə rus-türk müharibəsinin fəal iĢtirakçısı 
Ģahzadə  Xanbaba  xan  Qacar  qırx  beĢinci  ġimal-draqun  alayının  komandiri  kimi 

147 
 
döyüĢ qabiliyyətinə  görə  müqəddəs Stanislav ordeninin ikinci və  üçüncü dərəcəsi 
ilə  (qılınc  və  bantla  birgə),  Müqəddəs  anna  ordeninin  üçüncü  dərəcəsilə  və 
müqəddəs Vladimir ordeninin dördüncü dərəcəsi ilə təltif olub. O, 1907-ci ilin may 
ayında polkovnik rütbəsi alıb. 
Ġmperatorun  yüksək  dərəcəli  əmrinə  əsasən  polkovnik  Xanbaba  xan  və 
böyük  qardaĢı  general-mayor  Rzaqulu  Mirzə  Qacar  Əlahəzrət  titulunu  daĢıyır, 
üstəlik də Ģahzadə nəslindən olduğuna görə ildə altı yüz manat təminat alırdılar. 
1866-cı  ildə  mayor  Xanbaba  xan  Qacar  atasının  dostu  Mirzə  Fətəli 
Axundovun böyük qızı Seyrəbəyimlə ailə qurur. Bu saf, ülvi izdivacdan iki övlad - 
Mələksima adlı qız və Mənsur Mirzə adlı oğul dünyaya gəlir. Altı il sonra - 1872-
ci  ildə  Seyrəbəyim  vəfat  edir.  Ġki  uĢağın  anasız  qalması  Mirzə  Fətəliyə  çox  ağır 
təsir edir. Onların yad qapazı altına düĢməməsi və sevimli kürəkəni Xanbaba xanın 
“xoĢəxlaq, savadlı, təmiz cavanlardan biri” olması xatirinə Mirzə Fətəli Axundov 
ikinci qızı Nisə xanımı da bir il sonra ona ərə verir. 
M.F.Axundov 1876-cı il mayın 18-də dostu Manekçi Sahibə yazırdı: 
“Bir  oğlumdan  başqa  bir  də  Nisə  xanım  adlı  qızım  vardır  ki,  şahzadə 
Bəhmən  Mirzənin  oğlu  Xanbaba  xana  ərə  vermişəm.  Qızımın  əri  bizim 
imperatorun ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. 
Günah  işlərin  və  bəd  əməllərin  yanından  belə  keçməz.  Mənim  kimi  o  da  şərab 
içmir,  həmişə  Tiflisdə  yaşayır.  Öz  evimdə  ona  bir  neçə  otaqdan  ibarət  mənzil 
ayırmışam. Qızımdan və haman Xanbaba xandan iki nəvəm vardır”. 
Böyük  dramaturqun  Ģəxsi  arxivində  saxlanan  məktubların  əksəriyyətində 
polkovnik Xanbaba xan Qacar belə səmimiyyətlə yad edilir. 
Tiflisdə  dərc  olunan  “Zarya  Vostoka”  qəzeti  1926-cı  ildə  iki  gün  (11,  12 
noyabrda) onun ölümü haqqında birinci səhifədə nekroloq vermiĢdir: 
“Uzun  sürən  ağır  xəstəlikdən  sonra  ġahzadə  Bəhmən  Mirzənin  oğlu, 
mərhum  Mirzə  Fətəli  Axundovun  kürəkəni  polkovnik  Xanbaba  xan  Qacar 
noyabrın  doqquzunda  vəfat  etdi.  Cənazə  Krılov  küçəsindəki  üç  nömrəli  evdən 
götürüləcək. Dəfn mərasimi bir nömrəli müsəlman qəbristanlığında olacaq”. 
Polkovnik  ġahzadə  Xanbaba  xan  Bəhmən  Mirzə  oğlu  Qacar  1849-cu  ildə 
Tiflisdə anadan olmuĢdur. 
 
*  *  *  
 
Podpolkovnik  Ġbrahim  bəy  Davatdarov  1851-ci  ildə  Bərdənin  Ərəblər 
kəndində  anadan  olub.  187l-ci  ildə  ilk  zabit  rütbəsi  alıb,  yüz  əlli  beĢinci  Quba 
süvari alayı xidmət edib. 1893-cü il fevralın 6-da podpolkovnik rütbəsi alıb. 1877-
78-ci  ildə  rus-türk  müharibəsində  iĢtirak  edib.  Həmin  müharibədə  göstərdiyi 
Ģücaətə  görə  1877-ci  ildə  dördüncü dərəcəli  müqəddəs Vladimir (qılınc  və  bantla 
birgə),  ikinci  dərəcəli  müqəddəs  Stanislav  (qılıncla  birgə),  1879-cu  ildə  ikinci 

148 
 
dərəcəli  Müqəddəs  Anna  (qılıncla  birgə)  ordenlərilə  təltif  olunub.  1884-cü  ildə 
əlahəzrət imperatorun təĢəkkürünü alıb. 
1902-ci  ildə  qəflətən  vəfat  edən  podpolkovnik  Ġbrahim  bəy  Davatdarovun 
həyat yoldaĢı məĢhur Qarabağ ziyalısı Əhməd bəy CavanĢirin qızı Həmidə xanım 
idi.  Onların iki övladı  -  qızı Mina  xanım (1890  -  1928) və  oğlu Müzəffər (1900-
1959) Davatdarovlar olub. 1907-ci il iyunun 15-də Həmidə xanım CavanĢir məĢhur 
dramaturqumuz Cəlil Məmmədquluzadəyə ərə gedib. 
 
*  *  * 
 
1918-ci  il  noyabrın  18-də  podpraporĢik  Xosrov  bəy  Heydərbəy  oğlu 
ġirinbəyov Gəncədəki praporĢiklər məktəbini birinci dərəcə ilə bitirib. O, 1896-cı 
il  mayın  16-da  ġuĢa  qəzasının  Xankəndində  zadəgan  ailəsində  anadan  olub.  Ġlk 
təhsilini  Qori  müəllimlər  seminariyasında  alıb.  1918-ci  il  iyunun  30-da  Gəncə 
praporĢiklər  məktəbinə  yunker  qəbul  olunan  Xosrov  bəy  ġirinbəyov  üç  ay  sonra 
piyada qoĢunları yunkeri kursunu bitirib. Əla oxuduğuna və nizam-intizamlı zabit 
olduğuna  görə  hərbi  məktəbdə  saxlanılıb.  1919-cu  il  yanvarın  üçündə  Əlahiddə 
Qazax batalyonuna hərbi xidmətə göndərilib. 
PodpraporĢik  Xosrov  bəy  ġirinbəyov  Azərbaycanda  aprel  çevriliĢi 
ərəfəsində Ağstafa stansiyasında hərbi komendant vəzifəsində çalıĢıb. BolĢeviklər 
gələndən  sonra  etibarsız  müsavat  zabiti  kimi  komendant  köməkçisi  təyin  edilib. 
1936-cı  ildə  Azərbaycan  Sənaye  Ġnstitutunu  bitirən  Xosrov  bəy  ġirinbəyov 
ömrünün  axırınadək  neftayırma  mühəndisi  iĢləyib.  O,  1948-ci  ildə  Bakıda  vəfat 
edib. 
*  *  * 
 
1915-ci  il  noyabrın  28-də  Qafqaz  cəbhəsində  igidliklə  döyüĢən  Sultan  bəy 
Hüseynzadəyə Ģtabs-kapitan rütbəsi verilib. 
1914-cü  ildə  Birinci  Cahan  savaĢında  mərdliklə  döyüĢən  igid  zabit  Sultan 
bəy  Hüseynzadə  göstərdiyi  qəhrəmanlığa  görə  imperiyanın  yüksək  ordenləri  ilə 
təltif  olunub.  Onun  döyüĢ  xidmətləri  dördüncü  dərəcəli  müqəddəs  Anna,  üçüncü 
dərəcəli  müqəddəs  Stanislav  (qılınc  və  bantla  birgə),  üçüncü  dərəcəli  müqəddəs 
Anna  (qılınc  və  bantla  birgə),  ikinci  dərəcəli  müqəddəs  Stanislav  (qılıncla  birgə), 
dördüncü  dərəcəli  müqəddəs  Vladimir  (qılınc  və  bantla  birgə)  ordenlərinə  layiq 
görülüb. 
1918-ci  ildə  Azərbaycan  Milli  Ordusu  yarananda  onun  sıralarında  könüllü 
xidmətə  baĢlayan  Ģtabs-kapitan  Sultan  bəy  Hüseynzadə  həmin  il  sentyabrın 
səkkizindən  Əlahiddə  Azərbaycan  korpusunun  qərargahında  xüsusi  tapĢırıqlar 
zabiti kimi xidmət edib. 
1918-ci  ilin  iyun-sentyabr  aylarında  ġamaxı,  Kürdəmir  döyüĢlərində 
bolĢevik-daĢnaklara  qarĢı  mərdliklə  vuruĢan  Sultan  bəy  Çoban-Dədə  kəndi 

149 
 
uğrunda  gedən  döyüĢlərdə  kontuziya  alıb.  1920-ci  ildə  birinci  CavanĢir  süvari 
polkunda  ikinci  rotanın  komandiri  olub.  Aprel  çevriliĢindən  sonra  taleyi  məlum 
deyil. 
 
PORT-ARTURUN AZƏRBAYCANLl QƏHRƏMANLARI 
 
1904-1905-ci  illərdə  Uzaq  Şərqdə  Port-Artur  qalası  uğrunda  döyüşlərin 
iştirakçısı iki sərkərdənin - Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun olduğu 
oxuculara məlumdur. Təəssüf ki, onların da həmin illərdəki döyüş yolları indiyədək 
xalqımıza  çatdırılmamışdır.  Hərb  tariximizin  bu  açılmamış  səhifələrində  arxiv 
sənədləri  əsasında  tədqiqat  aparanda  məlum  oldu  ki,  indiyədək  adı  və  xidməti 
unudulmuş general Hüseyn xan Naxçıvanski, şahzadə - general Əmir Kazım Mirzə 
Qacar,  Əsədbəy  Talışxanov,  şahzadə  -  podpolkovnik  Əliqulu  Mirzə  Qacar, 
polkovnik  İlyas  bəy  Ağalarov,  Gəray  bəy  Vəkilov,  poruçik  Ağababa  Sadıqov, 
Zülfüqar Bağırbəyov da Port-Artur müharibəsində mərdliklə vuruşmuşlar. 
“Niva”  jurnalı  1905-ci  il  dördüncü  nömrəsinin  yetmiĢinci  səhifəsində 
Əliağa  ġıxlinskinin  altı  nəfər  döyüĢçü-zabit  və  iki  qadınla  birgə  çəkilmiĢ  Ģəklini 
dərc edib. ġəkilaltı yazıda oxuyuruq: 
“Port-Artur  müdafiənin  igid  artilleriya  komandiri  Əliağa  ġıxlinski  SuiĢin 
kəndinin  yaxınlığındakı  Drakonovıy  Xrebet  dağına  atəĢ  açaraq  yaponların 
hücumunu  dəf  etmiĢdir.  Podpolkovnik  ġıxlinski  göstərdiyi  rəĢadətə  görə 
“Müqəddəs  Georgi”  ordeninin  dördüncü  dərəcəsinə  təqdim  edilmiĢdir.  ġəkildə 
ortada  artilleriya  komandiri  Əliağa  ġıxlinski,  zabit  Mixaylov,  ġiĢkin,  KaramıĢev, 
Qyünter, ġuleykin və baĢqaları”. 
Üçüncü  istehkamda  olan  bu  hadisəni  illər  keçəndən  sonra  Əliağa  ġıxlinski 
belə xatırlamıĢdır: 
“Tamamilə  açıqda  duran  toplarının  atəĢi,  hücum  edən  yapon  piyada 
qoĢununu  geriyə  oturtdu.  AtıĢma  səsini  eĢidən  polkovnik  Mehmandarov  general 
Nadeinin  yeraltı  qazmasından  çıxaraq  yanıma  gəldi.  FikirləĢdim  ki, 
ehtiyatsızlığıma görə hirslənəcəkdir. Vəziyyətlə tanıĢ olduqdan sonra dedi: 
-YaxĢı  eləmisiniz.  Birinci  batareyanın  bir  vzvodunu  da  sizə  köməyə 
göndərirəm. 
Mehmandarov tədbir və sərəncamları bəyəndiyini söyləyib, öz məntəqəsinə 
qayıtdı.  Bu  əməliyyata  görə  mən,  köhnə  orduda  qəhrəmanlıq  ordeni  olan  Georgi 
Pobedonessov ordeninə təqdim edildim”. 
Jurnalın  həmin  səhifəsində  həmyerlimiz  Səməd  bəy  Mehmandarovun  da 
Ģəkli verilib. Haqqında isə belə bir məlumat yazılıb: 
“Yeddinci  ġərqi-Sibir  artilleriya  briqadasının  general-mayoru  Səməd  bəy 
Sadıq  bəy  oğlu  Mehmandarov  Port-Artur  müdafiəsindəki  qəhrəmanlığına  görə 
dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub”. 

150 
 
“Niva”nın  yetmiĢ  birinci  səhifəsində  gözəl,  zərif  naxıĢlarla  iĢlənmiĢ  bir 
buynuz  Ģəkli  də  verilib.  Port-Artur  döyüĢlərinin  komandanı  general  Anatoli 
Mixayloviç  Stesselə  Zaqatala  Ģəhər  cəmiyyəti  tərəfindən  hədiyyə  olunan  bu 
buynuz  gümüĢlə  iĢlənib.  ġəklin  altında  oxuyuruq:  “Zaqatala  Ģəhər  sakinlərindən 
general-adyutant A.M.Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik”. 
“Niva” jurnalı təkcə birillik nömrələrində Azərbaycan xalqının müharibəyə 
könüllü ianə toplaması haqqında və Qafqaz süvari briqadasının tərkibində vuruĢan 
oğullarımızın qəhrəmanlığı barədə az da olsa məlumatlar verir. Onu da xatırladaq 
ki, Port-Arturda Ə.ġıxlinski və S.Mehmandarovdan baĢqa da yapon samuraylarına 
qarĢı  döyüĢən  həmyerlilərimiz  olmuĢdur.  General-mayor  Əsəd  bəy  TalıĢxanov, 
Hüseyn  xan  Naxçıvanski,  Ġbrahim  ağa  Usubov,  qvardiya  polkovniki  Kərim  bəy 
Novruzov, polkovnik Davud bəy Yadigarov, Gəray bəy Vəkilov, poruçik Ağababa 
Sadıqov və hələ adını bilmədiyimiz onlarca baĢqaları. 
Dövrdən, quruluĢdan asılı olmayaraq oğullar həmiĢə Vətənin əsgərləridirlər. 
Vətən nə vaxt təhlükə qarĢısında olarsa, igidlər bir səslə silaha sarılmağa hazırdılar. 
Ġyirminci əsr tarixə “nəfəsindən” barıt püskürəndə eloğullarımız da bir səslə ayağa 
qalxıb Vətənin müdafiəsinə gediblər. 
Ötən on doqquzuncu əsrin ortalarında Qarabağ igidlərinin, ġirvan alayının, 
Kəngərli  döyüĢçülərinin,  Qazax  süvari  dəstələrinin  yadellilərə  qarĢı  qeyri-adi 
qəhrəmanlıqlarının  Ģahidi  olan  xalqımızın  böyük  mütəfəkkir  oğlu  M.F.Axundov 
fəxrlə deyirdi: “doğmamıĢ Qafqazda analar qorxaq”. 
Hələ  bir  xeyli  əvvəl  (1828-ci  ildə)  məĢhur  rus  tarixçisi,  general  Platon 
Zubov “Gürcüstan və Qafqaz haqqında altı məktub” əsərində yazırdı:  
“Müsəlman  süvari  alayları  haqqında  mühakimə  yürütmək  üçün  onları 
döyüĢdə  görmək  lazımdır:  bunlar  ĢimĢəyi  xatırladır,  bunlar  qəzəblənmiĢ  allahın 
birdən-birə  düĢmənlər  içərisində  düĢərək  ölüm  və  dəhĢət  saçan  oduna  bənzəyirdi. 
Müsəlman  alaylarının  gözlərim  önündə  törətdikləri  igidlik  xariqələrini  hələ  də 
heyrətlə  yad  edirəm...  Onlar  silahdan  çox  böyük  bir  məharətlə  istifadə  edərək, 
qorxmaz və cəsur süvari kimi döyüĢürdülər”. 
Əgər  oxucu  Aleksandr  Stepanovun  “Port-Artur”,  ya  da  Trofim  Borisovun 
“Port-arturçular” romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on 
altısında  komandan  A.Stessel  qalanı  yaponlara  danıĢıqsız  təslim  etmək  istəyəndə 
polkovnik  S.Mehmandarov  və  onun  zabit  heyeti  qəti  etiraz  edərək  necə 
əsəbiləĢmiĢdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki, 
qalanı  son  nəfəsə  qədər  müdafiə  etmək  lazımdır.  Heç  kəs  biabırçı  vəziyyətdə 
Rusiyaya qayıtmaq istəmirdi. 
-  Kapitan,  sizin  kimi  zabitlərə  orduda  qulluq  etmək  yaramaz,  - 
Mehmandarov  onun  üstünə  qıĢqırdı.  -  Siz  bizim  adımızı  korlayırsınız,  -  deyib 
yumruğunu havada oynatdı. 
-  Əlahəzrət,  xahiĢ  edirəm,  məni  təhqirlərdən  qoruyasınız,  -  kapitan 
Vamezon hirsindən pörtmüĢ halda Stesselə müraciət etdi. 

151 
 
-  Hər  Ģeydən  qabaq  sakit  olmaq  lazımdır,  cənablar!  Polkovnik 
Mehmandarov, sizi qayda-qanuna riayət etməyə dəvət edirəm. 
Qızğın  mübahisələr  baĢlandı,  zabitlər  iki  hissəyə  bölündülər:  bir  neçəsi 
kapitan  Vamenzonu,  qalanları  isə  polkovnik  Mehmandarovu  müdafiə  edirdilər” 
(A.Stepanov, “Port-Artur”. səh. 777-778). 
 
*   *   * 
 
1904-cü  il  yanvarın  26-da  Rus-yapon  müharibəsi  baĢlananda  polkovnik 
Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlılardan təĢkil olunmuĢ ikinci Dağıstan 
süvari  alayına  komandanlıq  edirdi.  Hüseyn  xanın  alayı  1905-ci  il  yanvarın  14-də 
Lan-Lun-Qou  kəndi  uğrunda  ağır  döyüĢlər  aparmıĢdır.  Bir  neçə  gün  kəndi  ala 
bilməyən  döyüĢçülər  mahir  komandirin  hərbi  fəndi  ilə  dan  üzü  hücuma  keçərək 
sürətli  zərbə  ilə  yaponları  kənddən  vurub  çıxartmıĢlar.  Bu  güclü  döyüĢ  səhnəsi 
məĢhur  rəssam  Mazurovskinin  yağlı  boya  ilə  iĢlədiyi  rəsmdə  əbədiləĢmiĢdir. 
Əsərdə  alay  döyüĢçülərinin  qızğın  həmləsi  və  süvari  polkovniki  Hüseyn  xan 
Naxçıvanskinin obrazı ustalıqla iĢlənmiĢdir. 
MəĢhur  rus  jurnalist  A.Kvitka  Port-Arturda  müharibə  baĢlananda  könüllü 
cəbhəyə getmiĢ və döyüĢlərdə jurnalist-zabit kimi iĢtirak etmiĢdir. Müharibə gedə-
gedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmıĢdır. 1908-
ci  ildə  Sankt-Peterburqda  nəĢr  etdirdiyi  həmin  kitabda  igid  eloğlumuz  polkovnik 
Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var. 
Səhifə  181-də:  “AxĢam  üstü  Bensixuda  süvari  -  qvardiyaçı  Hüseyn  xan  
Naxçıvanskinin təĢkil etdiyi ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan və 
süvari qvardiyasında xidmət edən seçmə zabitlərdən təĢkil olunmuĢdu. 
...Avanqard  tağımının  ardınca  yüzlərlə  adam  polk  komandiri,  onların  da 
ardınca  uca  bir  ağacın  zirvəsində  polkovnik  Xan  Naxçıvanskiyə  məxsus  qızılı 
aypara niĢanlı dalğalanan dəstə göründü. Alay cərgələnmiĢ tağımlarla kalon boyu 
uzanırdı. Biz isə Xanın zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axĢam saat onda 
Hüseyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım. 
Səhifə  245-də:  “Dağıstanlıların  komandiri  Hüseyn  xan  Naxçıvanski, 
podpolkovnik Byuntiq və knyaz Tumakov heyətimə daxil olanda səhər saat on bir 
olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Hüseyn xanın əsgər və komandirləri 
döyüĢlərdə  hamıdan  seçilirdi.  Onları  bir  Ģeydə  qınamaq  olardı,  o  da  həddindən 
artıq cəsur olmalarında.,.” 
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının 
cəsurları üç yapon nəqliyyatını məhv etmiĢlər...” 
Ġgid  həmyerlimiz,  polkovnik  Hüseyn  xan  Naxçıvanski  yaponlara  qarĢı 
apardığı döyüĢ məharətinə görə “Müqəddəs Georgi” və dördüncü dərəcəli, bantlı, 
üstü  yazılı qızıl silahla  “Müqəddəs Vladimir”  və  “Ġgidliyə  görə”  ordenlərilə  təltif 
olunmuĢdur. 

152 
 
Rus-yapon  müharibəsindəki  sərkərdəlik  fəaliyyətinə  görə  Hüseyn  xan 
Kəlbalı  xan  oğlu  Naxçıvanskiyə  1907-ci  il  martın  otuz  birində  general-mayor 
rütbəsi verilmiĢdir. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin