ĠƏMĠstan nəZĠRLĠ


ġahzadə-general RZAQULU QACAR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

ġahzadə-general RZAQULU QACAR 
 
1860-cı  il  fevralın  4-də  general-mayor  ġahzadə  Rzaqulu  Mirzə  Qacar  ilk 
zabit  rütbəsi  alıb.  O,  məĢhur  tarixçi,  ġahzadə  Bəhmən  Mirzə  Qacarın  ikinci 
oğludur.  1837-ci  ildə  Cənubi  Azərbaycanda  anadan  olan  ġahzadə  Rzaqulu  Mirzə 
atası  ilə  1848-ci  ildə  Tiflisə  gələrək  zadəgan  balalarına  məxsus  kadet  korpusu 
məktəbində təhsil alıb. 
Uzun  müddət  Qafqaz  Əlahiddə  Ordusunda  xidmət  edən  ġahzadə  Rzaqulu 
Mirzə  Qacar  əlahəzrət  imperatorun  adını  daĢıyan  leybqvardiya  xas  alayında 
eskadron  komandiri  olub.  O,  1862  və  1864-cü  illərdə  üsyan  etmiĢ  dağlılara  qarĢı 
hərbi yürüĢlərdə iĢtirak edib. 1877-78-ci illərdə rus-türk  müharibəsində polkovnik 
kimi  döyüĢən  ġahzadə  Rzaqulu  Mirzə  Qacar  1883-cü  il  mayın  15-də  general-
mayor rütbəsi alıb. 
ġahzadə Rzaqulu Mirzə hərbçi olmasına baxmayaraq ədəbi yaradıcılıqla da 
məĢğul  olub.  O,  ĢərqĢünas  Adolf  Berje,  böyük  dramaturq  Mirzə  Fətəli  Axundov, 
dövlət  müĢaviri  ĢərqĢünas  Aleksandr  ġerbin,  Müsyö  V.Qrimm,  Mariya  Polan  və 
baĢqa  görkəmli  Ģəxslərlə  məktublaĢaraq  qohumu  M.F.Axundovun  əlifba  və 
“Kəmalüddövlə  məktubları”  əsərinin  çapı  uğrunda  çalıĢmıĢdır.  ġair  təbiətli 
ġahzadə dərin məzmunlu məktublarını “ġahzadə Rzaqulu Mirzə Ġrəvani” təxəllüsü 
ilə imzalayıb. 
Mülki  müĢavir  A.Q.ġerbinin  Mirzə  Fətəli  Axundova  14  may  1877-ci  il 
tarixli  məktubundan:  “Bir  az  bundan  əvvəl  cənab  V.Qrimdən  öyrəndiyim  sevinc 
dolu  xəbərlə  Sizi  təbrik  etməyi  özümə  borc  bilirəm.  Çox  şad  oldum  ki,  Şahzadə 
Rzaqulu Mirzə iki süvari alayına briqada komandiri
17
 təyin olunub.” 
Şahzadə  Rzaqulu  Mirzə  Qacarın  peterburqlu  Mariya  Pollana  28  yanvar 
1876-cı  il  tarixli  məktubundan:  “Mənim  Qafqaz  ordusunda  göndərilməyim  yəqin 
ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan İrəvana yola düşdüm. Əlahəzrət böyük 
knyaz  Qafqaz  canişininin  13  əmrilə  mən  oraya  təyin  edilmişəm...  Mənim  Tiflisdə 
bir  nəfər  qohumum  vardır.  O,  mənim  sevimli  qardaşım  poruçik  Xanbaba  xanın 
qaynatası,  polkovnik  Mirzə  Fətəli  Axundovdur.  Mən  onu  gözəl  sifətlərinə  görə 
səmimi qəlbdən sevirəm və sizin xanım həzrətlərinizə onu təqdim edirəm...” 
Qırx  ildən  çox  nizami  orduda  Ģərəflə  xidmət  edən  ġahzadə  general-mayor 
Rzaqulu Mirzə Qacar imperiyanın  kavaler ordenlərilə təltif  olub. Onun xidmətləri 
Brilyant  qaĢlı  ordenə  (1861),  müqəddəs  Stanislav  ordeninin  birinci,  ikinci  və 
üçüncü dərəcəsinə (qılınc və bantla birgə - 1862, 1868, 1892-ci illərdə), Müqəddəs 
Anna  ordeninin  ikinci  və  üçüncü  dərəcəsinə  (qılıncla  birgə  -  1865,  1877-ci  illər), 
müqəddəs  Vladimir  ordeninin  üçüncü  və  dördüncü  dərəcəsinə  -  1875  və  1888-ci 
illər, layiq görülüb. 
                                                           
17
 Çar ordusunda polkovniklə general arasında olan yüksək hərbi rütbə idi – ġ. N. 
 

133 
 
General  Rzaqulu  Mirzə  Qacar  iki  xarici  ölkənin  -  1873-cü  ildə  Prusiyanın 
“Tac ordeni” və 1891-ci ildə  maarifçilik sahəsindəki xidmətlərinə  görə Fransanın 
zabitlərə məxsus “Xaç ordeni” ilə təltif olunub. 
 
GENERAL-MAYOR AĞASI BƏY AVġAROV 
 
1902-ci  il  fevralın  3-də  general-mayor  Ağası  bəy  AvĢarovu  Peterburq 
Süvari Məktəbinin rəisi  vəzifəsindən azad edib BaĢ Qərargahda süvari ordusunun 
BaĢ  MüfəttiĢi  təyin  etdilər.  MəĢhur  rus  sərkərdəsi  Aleksey  Brusilov  həmin 
məktəbdə  həmyerlimizin  müavini  iĢləmiĢdir.  Tam  süvari  generalı  A.Brusilov 
“Mənim xatirələrim” hərbi memuarında iftixarla yazır: 
“1897-ci  ildə  general-mayor  Ağası  bəy  Avşarov  Peterburq  Süvari 
məktəbinin rəisi təyin olundu. O, Azərbaycanın zadəgan nəslinin nümayəndəsi idi. 
Azərbaycan  Rusiyanın  tərkibinə  daxil  olduqdan  sonra  onun  ulu  babaları  bütün 
yerli nəcabətli kübar ailələri  kimi - İslam dinini saxlamaq  şərtilə rus  zadəganları 
ilə  eyni  hüquqa  malik  idilər.  Azərbaycanlıların  əksəriyyəti  orduda,  xüsusilə  də 
süvari və draqun alaylarında şərəflə qulluq edirdilər. General Avşarov geniş ürəyə 
malik,  hərbi  işi  yaxşı  bilən  bir  sərkərdə  idi.  Amma  onda  asiyalılara  məxsus 
hiyləgərlik və bir az da tənbəllik vardı”. 
1883-cü  il  iyulun  on  dördündə  general-mayor  rütbəsi  alan  Ağası  bəy 
AvĢarov Qafqaz Əlahiddə Ordusunda altıncı süvari briqadasının rəisi kimi yüksək 
vəzifədə  xidmət  etmiĢdir.  Türk  zabit  rütbəsilə  1853-cü  il  iyunun  on  ikisində 
xidmətə  baĢlayan  Ağası  bəy  nizami  orduda  Ģərəflə  qulluq  etmiĢdir.  O,  ikinci 
dərəcəli  Müqəddəs  Anna  (1878-ci  il),  dördüncü  dərəcəli  müqəddəs  Vladimir 
(1883-cü il)  və birinci dərəcəli  müqəddəs Stanislav (1886-cı il) ordenləri ilə  təltif 
olunmuĢdur. 
General-mayor  Ağası  bəy  AvĢarovun  harada  anadan  olmasını  hələlik 
dəqiqləĢdirmək  mümkün  olmayıb.  ġəxsi  hərbi  xidmət  kitabçası  tapılmayan  Ağası 
bəyin  pərakəndə  sənədlərə  görə  Ġrəvan  Ģəhərində  anadan  olmasını  güman  etmək 
olar. Onun təvəllüd ili Gürcüstan Dövlət Arxivindən əldə etdiyimiz rəsmi sənədlərə 
təxminən 1830-cu il göstərilir. Vəfatı isə məlum deyil. Yenə rəsmi sənədlərə görə 
1902-ci  ildə  BaĢ  Qərargahda  süvari  ordusunun  BaĢ  MüfəttiĢi  vəzifəsində 
iĢləmiĢdir. 
1886-cı  ildə  “Qafqazda  xidmətdə  olan  generalların  siyahısı”  illik 
məcmuəsində  general  Ağası  bəy  AvĢarovun  adı  və  soyadı  yanında,  mötərizədə 
onun Rusiyada “Aleksandr Aleksandroviç” kimi məĢhur olması qeyd olunur. 
General-mayor  Ağası  bəy  AvĢarov  Yaxın  ġərqdə  döyüĢkənliyi  ilə  ad-san 
qazanmıĢ  əfĢarlar  tayfasındandır.  Bu  nəsil  qızılbaĢlarla  birgə  Səfəvilər  dövlətinin 
yaranmasında fəal iĢtirak edib. MəĢhur sərkərdə və dövlət xadimi Nadir Ģah ƏfĢar 
da bu nəsildəndir. 
 

134 
 
GENERAL-MAYOR HƏSƏN AĞA BAKIXANOV 
 
General-mayor  Həsən  ağa  Cəfərqulu  ağa  oğlu  Bakıxanov  1898-ci  il 
noyabrın 28-də vəfat edib. O, Abbasqulu ağa Bakıxanovun qardaĢı oğlu, general-
leytenant Cəfərqulu ağa Bakıxanovun böyük oğlu idi. 
Cəfərqulu  ağanın  ölümündən  sonra  üç  övladı  qalmıĢdı:  Həsən  ağa  (1833-
1898), Əhməd ağa (1837-1882) və qızı Nurcahan xanım (1831-1912). 
Oğlanlarının  hər  ikisi  atasının  yolu  ilə  gedib.  Böyük  oğlu  Həsən  ağa 
general-mayor,  kiçiyi  Əhməd  ağa  isə  qvardiya  polkovniki  rütbəsinə  qədər 
yüksəlmiĢdi.  Polkovnik  Əhməd  ağa  qırx  beĢ  yaĢında  -  1882-ci  il  aprelin  13-də 
nökəri Ocaqqulu ilə birgə Gəncədə öldürülüb. 
General  Həsən  ağa  Bakıxanov  1833-cü  ildə  Qubada  anadan  olmuĢdur.  On 
dörd yaĢında Tiflis kadet məktəbini bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün 
Peterburqdakı Paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən 
sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi 
yürüĢlərdə iĢtirak etdiyinə görə orden və medallarla təltif olunub. 
1894-cü  ildə  tərtib  olunmuĢ  bir  arxiv  sənədində  general-mayor  Həsən  ağa 
Bakıxanovun təltif olunduğu orden və medallar qeydə alınıb. 
O,  Üçüncü  dərəcəli  “Müqəddəs  Vladimir,  üzərində  “igidliyə  görə”  yazısı 
olan dördüncü dərəcəli “Müqəddəs Stanislav, bundan baĢqa yüz altı nömrəli ikinci 
dərəcəli  hərbi  fərqlənmə  ordeni,  Georgi  lenti  (üzərində  qızıl  medal),  müqəddəs 
hərbi Georgi ordeninin yüz illiyi Ģərəfinə buraxılmıĢ bürünc medalla, 1877-1878-ci 
il müharibəsi xatirəsinə buraxılmıĢ tunc bürünc medal və Qafqazdakı əla xidmətinə 
görə xaç ordenilə təltif olunub. 
Bir müddət Ġrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə general-mayor 
Həsən  ağa  Bakıxanov  həmin  ölkənin  ali  ordeni  olan  “ġire-XorĢid”  ordeninin 
üçüncü dərəcəsinə layiq görülüb. 
Çar  ordusunda  belə  yüksək  ordenlərlə  təltif  olunan  zabit  və  generallara 
kavaler  kimi  fəxri  titul  da  verilirdi.  Ona  görə  də  arxiv  sənədlərinin  hamısında, 
təltifat  qrafasında  general  Həsən  ağa  Bakıxanovun  adının  yanında  kavaler  sözü 
iftixarla qeyd olunmuĢdur. 
1855-ci ildə Həsən ağa əmisi Abbasqulu ağa Bakıxanovun böyük qızı Ziba 
Nisə  bəyimlə  (1831-1894)  ailə  qurmuĢdur.  1879-cu  ildə  general-mayor  rütbəsilə 
təltif  olunan  Həsən  ağa  Bakıxanov  bir  il  sonra  istefaya  çıxıb  Quba  qəzasındakı 
dədə-baba torpaqlarını idarə etməklə məĢğul olmuĢdur. 
Ömrünün son üç ilini Bakıda yaĢamıĢdır. 
1898-ci  il  noyabrın  28-də  vəfat  edən  general  Həsən  ağa  Bakıxanovu  öz 
vəsiyyətinə  görə  Bibi-Heybət  məqrəbəsində  atası  Cəfərqulu  ağanın  yanında  dəfn 
etmiĢlər. Onun təntənəli və Ģərəfli dəfni münasibətilə nekroloq dərc edən “Kaspi” 
qəzeti dekabrın 1-də yazırdı: 

135 
 
“Noyabrın  28-də  axşam  saat  doqquzda  uzun  sürən  ağır  xəstəlikdən  sonra 
Bakı  şəhərində  general-mayor  Həsən  ağa  Bakıxanov  altmış  beş  yaşında  vəfat 
etmişdir. Mərhum, Bakının keçmiş hakimi məşhur Mirzə Məhəmməd xanın nəvəsi 
idi.  Onun  mərhum  atası  general-leytenant  Cəfərqulu  ağa  Bakıxanov  Mirzə 
Məhəmməd  xanın  ikinci  oğlu  olmuşdur.  Cəfərqulu  ağa  Qafqaz  ordusunda  yerli 
əhalidən ibarət süvari alayına komandirlik etmişdir. Mərhum Həsən ağa iyirmi il 
bundan  əvvəl  vəfat  etmiş  qardaşı  polkovnik  Əhməd  ağa  ilə  birgə  süvari 
qvardiyasında  xidmət  etmiş,  şərəfli  döyüş  xidmətlərinə  görə  Rusiyanın  və  xarici 
ölkələrin  kavaler  ordenlərilə  təltif  olunmuşdur.  O,  üçüncü  dərəcəli  “Müqəddəs 
Vladimir”,  ikinci  dərəcəli  “Müqəddəs  Stanislav”  və  başqa  ali  ordenlərə  layiq 
görülmüş nizami ordu zabiti idi. 
1879-cu ildə general rütbəsində istefaya çıxan Həsən ağa ömrünün çoxunu 
Qubadakı şəxsi malikanəsində keçirmişdir. Son üç ili isə Bakıda yaşamışdır. Həsən 
ağa  Bakıxanovun  ölümü  ilə  keçmiş  Bakı  xanlığının  kişi  nümayəndəsi  kəsildi. 
General  Həsən  ağadan  sonra  bacısı  Nurcahan  xanım  və  qızı  Reyhan  xanım 
qalmışdır. 
Dünən,  noyabrın  30-da  dəfn  mərasimi  xüsusi  təntənə  ilə  keçmişdir.  Səhər 
tezdən  mərhumun  həyətinə  toplaşan  çoxsaylı  camaat  axırıncı  Bakı  xanını  son 
mənzilə  yola  salmağa  gəlmişdilər.  Saat  onda  Bakının  ali  və  aşağı  rütbəli 
ruhaniləri, həmçinin şəhərin adlı-sanlı bəyləri, tacirləri mərhumun yas mərasiminə 
toplaşmışdılar. Həmin anlarda da mərhum xanın evi qarşısında Salyan alayının bir 
batalyonu musiqi sədaları altında nizamla dayanmışdı. 
Zəngin və bahalı parçaya bükülmüş tabut saat on birdə yaxın qohumlarının 
çiynində  Şamaxı  küçəsindən  Təzəpir  məscidinə  tərəf  istiqamət  götürdü.  Arxada 
sonu  görünməyən  Bakı  əhalisi  gedirdi.  Qabaqda  Salyan  alayının  qvardiyaçı 
zabitləri ipək döşəkçələrdə mərhumun orden-medallarını, bir zabit isə cilovundan 
yapışdığı atın üstündə tabutun qapağını aparırdı. Onların dalınca Quba qəzasının 
sakinləri  yarım  idarə  şəklində  müqəddəs  Qurandan  kədərli  ayələri  xorla  oxuya-
oxuya gedirdilər.  Quba  dərvişləri  azacıq  fasilə  verəndə  ali  ruhanilərin  Qurandan 
oxuduqları surə  daha gur və  əzəmətlə  səslənirdi.  Tabutun arxasınca gedən insan 
kütləsinin  arasında  çoxlu  zabit,  idarə  işçiləri,  məmur  və  ali  rütbəli  şəxslər  vardı. 
Şəhərin bələdiyyə  başçısı Fonder-Nonne də  onların arasında idi.  Salyan alayının 
musiqili  xoru  mərasimə  qoşuldu.  Ruhanilərin  Təzəpir  məscidində  ibadətindən 
sonra mərasim eyni ahənglə Persidski və Nikolayev küçələrindən keçib Sahil boyu 
irəlilədi.  Bayıla  çatan  mərasim  ordan  Şıx  kəndinə  istiqamət  götürdü.  Bibi-Heybət 
məscidi  yanında  alınmış  ayrıca  Bakıxanovlar  soyadının  sərdabəsində  Həsən  ağa 
Bakıxanov torpağa tapşırıldı. 
Mərasimi  müşayət  edən  batalyon  general-mayor  Həsən  ağa  Bakıxanova 
axırıncı  hörmət  əlaməti  olaraq  tüfənglərdən  üç  dəfə  yaylım  atəşi  açıb  son 
borclarını verdilər”. 
 

136 
 
GENERAL ƏSƏD BƏY TALIġXANOV 
 
General-mayor Əsəd bəy TalıĢxanov 1857-ci il noyabrın 16-da anadan olub. 
TalıĢxanovlar  nəsli  Azərbaycan  hərb  tarixinə  Mir  Mustafa  xan,  Qara  xan, 
Miribrahim xan və Mirkazım xan kimi generallar bəxĢ edib. 
Əsəd  bəy  TalıĢxanov  atası  Ağaəli  bəyin  Lənkəranda  açdığı  müsəlman 
məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtını ən yaxĢı tədris ocaqlarından 
biri olan Bakı ədadiyyə məktəbində oxuyub. 
Peterburqdakı  Mixaylovsk  artilleriya  məktəbini  bitirəndə  gənc  zabit  Əsəd 
bəyin  artıq  iyirmi  yaĢı  vardı.  Nizami  ordu  üçün  püxtələĢmiĢ,  yetkin  bir  zabit  idi. 
1878-ci  il  aprelin  16-da  Qafqaz  Əlahiddə  ordusuna  göndərilən  Əsəd  bəy 
TalıĢxanov praporĢik rütbəsilə  əlli  ikinci briqadada  xidmətə  baĢlayıb. Xidmətinin 
üçüncü  ilində  əlaçı  zabit  olduğuna  görə  iyirmi  birinci  artilleriya  briqadasında 
birinci batareyanın komandiri təyin edilib. 
Hərbin çətin yolları, müharibələrin əzab-əziyyəti onu nəinki bezdirib, hətta 
ürəkdən sevdiyi hərb sənətinə daha da möhkəm bağlayıb. 
Çar  Rusiyası  ötən  əsrin  otuzuncu  illərindən  baĢlayaraq  Orta  Asiyada 
iĢğalçılıq siyasəti aparırdı.  Qafqazda  Krım  müharibəsi (1853-56) sona  yetən kimi 
ġərqə  tərəf  yürüĢ  baĢlandı.  Ən  böyük  əraziyə  malik  olan  Kokand  və  Buxara 
xanlıqları iĢğal olundu. Çimkənd, DaĢkənd, Səmərqənd Ģəhərləri bir-birinin dalınca 
alındı.  1880-cı  ildə  Türkmənistanı  fəth  etmək  üçün  ruslar  oraya  on  bir  minlik 
nizami  qoĢun  yeritdi.  Torpağın  hər  qarıĢı  uğrunda  inadla  döyüĢən  mərd  Axal-
Təkinlilər  general  Lazerevin  ordusunu  məğlubiyyətə  uğradırdılar.  ġərqə  yürüĢdə 
qələbə  əldə  etmək  istəyən  çar,  Göytəpəni,  Axal-Təkini  ələ  keçirmək  üçün  ġipka 
qəhrəmanı  general  Skobolevi  də  göndərdi.  Skobelevin  qoĢunu  Qafqaz  Hərbi 
Dairəsinin  döyüĢçüləri  ilə  birləĢib  Göytəpə  Ģəhərini  dağıtdı,  onu  müdafiə  edən 
iyirmi  beĢ  min  döyüĢçünü  qılıncdan  keçirtdi.  Axal-Təkini  və  Mərv  Ģəhərini 
özlərinə tabe etdilər. 
Əsəd  bəy  TalıĢxanov  da  öz  batareyası  ilə  Axal-Təkini  iĢğal  edən  hərbi 
yürüĢün tərkibində iki il (1880-1881) iĢtirak edib. ĠĢğalçı çarın əmrilə vəzifə borcu 
kimi din qardaĢlarına silah qaldırıb. 
Bu döyüĢlərdəki igidliyinə görə üçüncü dərəcəli “Müqəddəs Anna (qılınc və 
bantla birgə), “Müqəddəs Stanislav ordenləri ilə təltif olunub. 
On altı il keçəndən sonra  həmin ordenlərin ikinci dərəcəsi ilə təltif olunan 
kapitan  Əsəd  bəy  TalıĢxanov  yeni  əsri  podpolkovnik  rütbəsində  qarĢılayıb.  O, 
1904-05-ci illərdə Port-Artur döyüĢlərinin də iĢtirakçısı olub. 
Hərbi  xidmətinin  iyirmi  beĢ  illiyi  münasibətilə  Əsəd  bəy  1902-ci  ildə 
“Müqəddəs  Vladimir  (bantla  birgə)  ordenilə  təltif  olunub,  1910-cu  il  iyulun 
doqquzunda isə polkovnik rütbəsi qazanıb. Bu illər ərzində o, əlli ikinci artilleriya 
briqadasının birinci diviziyonunun komandiri vəzifəsinə qədər yüksələ bilib. 

137 
 
Əsəd  bəy  TalıĢxanov  ordudakı  nümunəvi  xidmətlərinə  görə  1916-cı  il 
aprelin iyirmi ikisində general-mayor rütbəsilə təltif olunub. O, həmin il iyulun 25-
də  Qafqaz  Əlahiddə  Ordusunun  əlli  ikinci  artilleriya  briqadasının  komandiri  kimi 
yüksək  vəzifəyə  təyin  olunub.  Bu  ordunun  uzun  illər  tərkibində  qüsursuz 
xidmətlərinə görə birinci dərəcəli “Müqəddəs Anna, “Müqəddəs Stanislav, üçüncü 
dərəcəli “Müqəddəs Vladimir və dördüncü dərəcəli “Müqəddəs Georgi ordenlərilə 
təltif olunub. 
General-mayor  Əsəd  bəy  TalıĢxanov  1919-cu  ildə  Dağıstanın  Teymurxan-
ġura (indiki Buynaksk) Ģəhərində vəfat edib və orada da dəfn olunub. 
 
General-leytenant FƏRƏC BƏY AĞAYEV 
 
General-leytenant  Fərəc  bəy  Ağayev  1891-ci  il  noyabrın  26-da  səksən 
yaĢında  Tiflisdə  vəfat  etmiĢdir.  Ötən  il  Gürcüstan  Dövlət  Arxivində  xalqımızın 
hərbçi  oğulları  haqqında  araĢdırmalar  aparanda  indiyədək  bizə  məlum  olmayan 
çoxlu  sayda  fotoĢəkil  və  rəsmi  sənədlər  əldə  edə  bildim.  1850-55-ci  illərdə 
Yermakov soyadlı bir Ģəkilçəkən Qafqazın müxtəlif bölgələrini gəzmiĢ, ötən əsrin 
görkəmli  adamlarının  -  bəylərin,  xan  və  ağaların  foto  Ģəklini  çəkmiĢdir.  Onların 
arasında hərbçilər də az deyil. Yermakovun öz əlilə tərtib etdiyi on beĢdən çox iri 
həcmli foto albomda bir Ģəkil diqqətimi cəlb etdi. Təxminən 40-45 yaĢında cavan 
zabitdir.  Qalın  bığlı,  iri  alınlı,  mavi  gözlü  zabitin  qurĢağında  naxıĢlı  bir  xəncər 
bağlanıb.  Onun  ağayana  oturuĢunda  bəy  vüqarı  var.  ġəkil  sanki  dilə  gəlib  deyir: 
“Mən azərbaycanlıyam!” Ümumi siyahıda göstərilirdi ki, fondda onun iki fotoĢəkli 
saxlanılır. Hər ikisini sifariĢ verdim. Hər ikisinin də altında “Tatarskiy bek” sözləri 
yazılıb.  Daha  heç  nə.  ġəkildə  kimin  təsvir  olunduğunu  isə  fondda  saxlanan  ad 
göstəricisi  dəftərindən  öyrənə  bildim.  Orada  yazılıb:  “2899  və  8215  saylı  foto 
Ģəkillərdə  general-leytenant  Fərəc  bəy  Ağayev  təsvir  olunub”.  Bir  ay  üç  günlük 
yaradıcılıq ezamiyyətimdə bu anlardakı qədər sevinməmiĢdim. Nə yaxĢı ki, zəndim 
məni  aldatmamıĢdı.  Bir  də  ki,  necə  sevinməyəydim.  Yüz  səksən  səkkiz  il  əvvəl 
anadan  olmuĢ,  yüz  on  bir  il  əvvəl  isə  vəfat  etmiĢ  generalın  fotoĢəklini  indiyədək 
Azərbaycanda görən olmamıĢdı. Hələ iyirmi il əvvəl Sankt-Peterburqda oxuduğum 
bir  sənəddən  mənə  məlum  idi  ki,  general-leytenant  Fərəc  bəy  Ağayev  məĢhur 
maarifçimiz Həsən bəy Zərdabinin atası Səlim bəyin doğmaca dayısı olub. 1858-ci 
ildə  balaca  Həsən  bəyin  birinci  dərəcəli  Tiflis  gimnaziyasına  qəbul  olunmasına  o 
kömək edib. 
Bəs,  general-leytenant  Fərəc  bəy  Ağayev  kimdir?  Həsən  bəy  Zərdabi  kimi 
görkəmli  maarifpərvəri  bizə  bəxĢ  edən  bu  xeyirxah  adamın  ömür  yolu  həyatın 
hansı sınaqlarından çıxıb? 
General-leytenant  Fərəc  bəy  Ağayevin  haqqında  biz  ilkin  məlumata 
“Kafkaz”  qəzetinin  səkkiz  dekabr  min  səkkiz  yüz  doxsan  birinci  il  tarixli 
nömrəsində  və  “Kavkazski  kalendar”  illik  məcmuəsinin  1873-1874-cü  illərdəki 

138 
 
nömrələrində rast gəldik. Birinci  mənbədə haqqında geniĢ  məlumatla “Fərəc bəy” 
kimi  təqdim  olunan  eloğlumuz,  ikincidə  Qafqaz  Əlahiddə  Ordusunun  generalları 
sırasında  “Nikolay  Nikolayeviç  Ağayev”  adlandırılır.  Ona  görə  ki,  bu  yaraĢıqlı, 
igid qafqazlı zabitini 1844-cü ildə imperator birinci Nikolay və onun arvadı Mariya 
Aleksandrovna xaç suyuna çəkib oğulluğa qəbul etmiĢdilər. 
Uzun  müddət  Peterburqda  xidmət  edən  padĢahın  sevimlisi  Fərəc  bəy 
Ağayevə  Qafqaza  qayıtdıqdan  sonra  yaxın  qohumları  belə  yaxĢı  münasibət 
bəsləməmiĢlər. Hətta  Həsən bəy  Zərdabi  məktublarından birində  yazır  ki, atam el 
arasında  xəcalət  çəkirdi  ki,  dayısı  rus  adını  qəbul  edib.  Ona  görə  də  ondan  üz 
döndərib  küsmüĢdü.  Get-gəlimiz  belə  yox  idi.  Ömrünün  sonlarında  Tiflisdə 
yaĢayan generala hamı “rus Ağayev” deyərmiĢ. ġübhəsiz ki, sonralar səhvini baĢa 
düĢən general vəsiyyət edib ki, nekroloqunda ad-familiyası Fərəc bəy Ağayev kimi 
göstərilsin. Onun bu vəsiyyətinə əməl olunmayıb. 
General-leytenant Fərəc bəy Ağayev 1811-ci ildə füsunkar Qarabağın ġuĢa 
Ģəhərində  adlı-sanlı  bəy  ailəsində  dünyaya  gəlib.  Ġlk  hərbi  təhsilini  Tiflis  kadet 
korpusunda  aldıqdan  sonra  1837-ci  ildə  Qafqaz  Əlahiddə  ordusunda  müsəlman 
süvari  polkunda  xidmətə  baĢlayıb.  Xidmətinin  yeddinci  ilində  ən  yaxĢı  qvardiya 
rotmistri  Fərəc  bəy  eskadron  komandiri  kimi  Peterburqda  göndərilir.  Peterburqda 
o,  birinci  Nikolayın  xüsusi  qvardiya  kazak  polkunda  leybqvardiya  komandiri 
vəzifəsinə  təyin  olunur.  Elə  burada  da  o,  imperatorun  və  onun  arvadı  Mariya 
Aleksandrovnanın sevimlisi olunmayıb. 
Fərəc bəy Ağayev 1811-ci ildə özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi 
sayəsində  xidmətinin on ili  ərzində polkovnik rütbəsinə  kimi  yüksəlir. 1850-ci ilə 
qədər Peterburqa, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik 
F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir. 
1853-cü  ildə  Krım  müharibəsi  baĢlananda  polkovnik  Fərəc  bəy  Ağayev 
Qarabağın  azərbaycanlı  igidlərindən  ibarət  süvari  alayı  təĢkil  edir,  özü  də  onun 
komandiri  olur.  Müxtəlif  arxiv  sənədləri,  komandanlığa  göndərilən  raport  və 
məktublar  göstərir  ki,  Fərəc  bəyin  ĢuĢalılardan  ibarət  süvari  polku  Kürəkdərə 
uğrunda  -  gedən  döyüĢlərdə  altmıĢ  minlik  korpusa  qarĢı  dönməz  bir  iradə  ilə 
vuruĢmuĢdur. 1854-cü ildə osetinlərdən təĢkil olunmuĢ milis alayı da Fərəc bəyin 
alayına  təhkim  edilir.  Süvari  qoĢun  dəstəsinin  komandiri  kimi  yüksək  vəzifə 
daĢıyan eloğlumuz hərbi xidmətinə və qoĢun baĢçısı kimi göstərdiyi qəhrəmanlığa 
görə  üstündə  “Cəsurluğa  görə”  sözləri  yazılmıĢ  qızıl  xəncərlə,  çoxlu  hərbi 
ordenlərlə,  həmçinin  imperator  tacı  ilə  bəzədilmiĢ  birinci  dərəcəli  “Müqəddəs 
Anna “ (qılıncla birgə) ordenləri ilə təltif olunur. 
1853-56-cı  illərdəki  sərkərdəlik  fəaliyyətinə  görə  Fərəc  bəy  Ağayev 
general-mayor rütbəsinə layiq görülür. 
Müharibə  yenicə  baĢlayanda  Fərəc  bəy  Ağayevin  baĢçılığı  ilə  Qarabağ 
Azərbaycan  süvari  dəstəsinin  təĢkili  haqqında  Peterburqa  məlumat  göndərən  qraf 
Vorontsov  qeyd  edirdi  ki,  polkovnik  Fərəc  bəyin  sayəsində  könüllü  dəstələr  

139 
 
tezliklə  yığıldı.  DöyüĢçülər  yürüĢə  məĢhur  Qarabağ  kəhərlərində  və  layiqincə 
silahlanmıĢ halda baĢladılar. 
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə 
general-leytenant  rütbəsində  istefaya  çıxmıĢ,  ömrünün  sonuna  kimi  Tiflis 
Müsəlman Xeyriyyə Cəmiyyətində çalıĢmıĢdır. 
 
GENERAL-MAYOR TƏRLAN BƏY ƏLĠYARBƏYOV 
 
1944-ci  il  fevralın  9-da  polkovnik  Tərlan  bəy  Əliyarbəyov  döyüĢ 
xidmətlərinə  görə  general-mayor  rütbəsi  ilə  təltif  edilib.  KeçmiĢ  zamanlarda  belə 
hesab  edirmiĢlər  ki,  zabit  ömrü  cəmi  iki  müharibə  əzablarından  keçə  bilər.  Biri 
onun  gəncliyinə,  o  biri  isə  yaĢlı  vaxtına  təsadüf  edər.  Lakin  general  Tərlan  bəy 
Əliyarbəyov  altmıĢ  dörd  illik  ömür  yolunda  üç  müharibənin  iĢtirakçısı  olub.  O, 
Birinci  Dünya  müharibəsində,  1918-1920-ci  illərdə  Azərbaycan  Milli  Ordusunda 
və Böyük Vətən müharibəsində vuruĢub. 1911-ci ildə üçüncü Qafqaz alayının əlaçı 
əsgəri  Tərlan  bəy  Əliyarbəyovu  Tiflisdəki  piyada  hərbi  məktəbə  oxumağa 
göndərdilər.  Dörd  il  kursdan-kursa  müvəffəqiyyətlə  keçən  Tərlan  bəy  hərbi 
məktəbi birinci dərəcəli diplomla bitirib. Podporuçik Əliyarbəyov ġamaxıdakı 205-
ci piyada alayında xidmətə baĢlayıb. 
1914-cü ilin yayında birinci dünya müharibəsi baĢlandı. Kayzer Almaniyası 
Rusiyaya müharibə elan etmiĢdi. Əliyarbəyovun xidmət etdiyi 205-ci alay da Qərb 
cəbhəsinə  göndərilib.  Od-alov  yağan  səngərlərdə  gənc  zabitin  çətin  sınaq  günləri 
baĢlanıb.  Komandirin  verdiyi  tapĢırıqları  yerinə  yetirən,  hər  döyüĢdən  qələbə  ilə 
çıxan  Tərlan  bəy  əsgərlərin  də  sevimlisi  olub.  Ona  görə  də  rota  komandiri  təyin 
edilib. 
Öz  batalyonunu  qələbədən-qələbəyə  aparan  Ģtabs-kapitan  Əliyarbəyovun 
igidliyi bütün qərb cəbhəsinə yayılmıĢdı. 
Bir  dəfə  Verden  ətrafında  gedən  vuruĢmaların  qızğın  çağında  ona  10-cu 
ordunun komandanı general Əliağa ġıxlinski ilə görüĢmək nəsib olub. 
General  hərbçi  qaydası  ilə  onu  baĢdan-ayağa  süzüb:  “Səsini-sorağını 
eĢitmiĢəm, eloğlu, əsl igid kimi vuruĢursan”, - deyib. Əlini onun çiyninə qoyub – 
“Böyük  Ģair  PuĢkin  vaxtilə  ġamaxı  gözəlini  vəsf  eləyib,  indi  yeni  bir  PuĢkin 
lazımdır ki, sənin - ġamaxı Tərlanının qəhrəmanlığını qələmə alsın”. 
Sonra maraq dolu baxıĢlarını Tərlana zilləyib: 
- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul? 
- Tiflisdəki hərbi gimnaziyanı...  
General ġıxlinski sevinclə: 
- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmıĢıq. Çox Ģadam. Bu qürbət 
diyarda sevindirdin məni, oğul. Onsuz da bir neçə gündür ki, sevincimdən ürəyim 
köksümə  sığıĢmır.  Xəbərin  varmı,  bu  günlərdə  bir  eloğlumuz  qeyri-adi  igidlik 
göstərdiyinə görə Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub. 

140 
 
-  Xeyr,  eĢitməmiĢəm.  Düzü,  cəbhəyə  gələndən  heç  bir  azərbaycanlıya  rast 
gəlməmiĢəm, cənab general. Ġcazənizlə soruĢum, kimdi belə yüksək təltifata layiq 
görülən? 
-  Nijeqorod  draqun  alayının  rotmistri  Teymur  bəy  Novruzovun  igidliyi 
haqqında qəzetlər bar-bar bağırır. Sən isə burdan-buraya eĢitməmisən. Eloğlumuz 
Teymur  bəy  özünün  eskadronu  ilə  bir  ay  əvvəl  düĢmənin  süvarilərinə  hücum 
edərək  onların  hamısını  qılıncdan  keçirib.  Hələ  üstəlik  də  iki  gün  sonra  üç  ağır 
topunu  qənimət  götürüb.  Cəmisi  iki  ay  yarımlıq  döyüĢdən  sonra  həmyerlimiz 
Teymur  bəy  Novruzov  Georgi  ordeninin  dörd  dərəcəsi  ilə  təltif  olunub.  Bu  çox 
böyük fəxrdir. O, artıq kavalerdir. 
Tərlan  bəy  bu  Ģöhrətli  generalla  görüĢünü  uzun  müddət  unuda  bilməyib. 
Onlar bir də on səkkizinci ildə Bakıda görüĢdülər. 
1916-cı  ilin  yayında  general  A.A.Brusilovun  ordusu  Pripyat  çayından 
Rumıniya  sərhədinə  kimi  uzanan  400  kilometrlik  cəbhə  boyunca  hücuma  keçib 
düĢmənin  müdafiə  xəttini  yardı.  Ağır  Ģəraitdə  vuruĢan  qoĢunlar  güclü  düĢməni 
xeyli  geriyə  qovdu.  Tərlan  bəy  Əliyarbəyov  bu  döyüĢlərdə  sinəsindən  ağır 
yaralandı. Bu, müharibə baĢlanandan Tərlan bəyin aldığı dördüncü yara idi. ġtabs-
kapitan bir müddət Brest Ģəhərindəki qospitalda müalicə olunduqdan sonra Bakıya 
göndərildi. 
1918-ci  ilin  avqustunda  müsavat  ordusuna  Tərlan  bəy  Əliyarbəyov  ikinci 
alayın komandir köməkçisi təyin edildi. Rusiyada qızıl Ordu tərəfindən dağıdılmıĢ 
Denikin  ordusu  pərən-pərən  düĢüb  ölkənin  hər  yerinə  dağılmıĢdı.  Dərbəndi  tutan 
ağqvardiyaçılar  Azərbaycana  soxulmaq  istəyirdilər.  Qusarda  yerləĢən  ikinci 
Azərbaycan alayı gecə-gündüz vuruĢaraq düĢməni Azərbaycana buraxmadı. 
Ġyirminci  ilin  baharında  Tərlan  bəy  Əliyarbəyov  Bakı  hərbi  idarə  rəisinin  
müavini idi. O, heç vaxt əvvəllər Bakını belə qaynar, belə təlatümlü görməmiĢdi. 
Komandanlıq  Tərlan  bəy  Əliyarbəyovu  hansı  sahəyə  göndərirdisə,  o, 
namuslu  bir  zabit  kimi  çalıĢır,  verilən  tapĢırığı  ləyaqətlə  yerinə  yetirirdi.  1927-ci 
ildə  M.V.Frunze  adına  Hərbi  Akademiyada  Ali  komanda  heyəti  kursunu 
bitirdikdən sonra Bakıya qayıdan Əliyarbəyov hərbi istedadını milli hərbi kadrların 
yetiĢdirilməsinə  sərf  edib.  O,  ikinci  dəfə  (1941-ci  il)  bu  Ali  hərbi  Akademiyanı 
bitirəndə Böyük vətən müharibəsi baĢlandı. 
Cəbhəyə 
səfərbər 
olunan 
polkovnik 
Tərlan 
bəy 
Əliyarbəyov 
azərbaycanlılardan  ibarət  416-cı  diviziyanın  komandir  müavini,  üç  ay  sonra  isə 
komandiri təyin edilib. 
Diviziya 1942-ci il noyabrın 30-da səhər Terek çayı sahilində düĢmənlə ilk 
dəfə döyüĢə girib. Ġki günlük döyüĢdən sonra ĠĢĢorsk rayonunda faĢistlərin müdafiə 
xətti yarılıb, Novo-Lednev və Kapustino yaĢayıĢ məntəqələri azad edilib. 
Xalqımızın  igid  oğullarından  ibarət  olan  bu  diviziya  dekabrın  altısında 
inamla vuruĢaraq düĢmənin möhkəmləndirilmiĢ daha bir atəĢ nöqtəsini məhv edib. 

141 
 
Hücumu müvəffəqiyyətlə geniĢləndirən polkovnik Tərlan bəy Əliyarbəyov həmiĢə 
ön cəbhədə olub, döyüĢçülərdə qələbəyə sarsılmaz inam yaradıb. 
Qırx  dördüncü  ordunun  tərkibində  olan  bu  diviziya  1942-ci  ilin  qıĢında 
ġimali  Qafqazda  350  kilometrlik  döyüĢ  yolu  keçərək,  onlarla  Ģəhər  və  kəndi 
düĢməndən azad edib. Dəfələrlə ordu komandanlığının təĢəkkürünə layiq görülüb. 
Sonralar 79-cu, 88-ci alaylara, 402-ci atıcı diviziyaya baĢçılıq edən və 58-ci 
korpusun  komandir  müavini  kimi  məsul  vəzifələrdə  çalıĢan  Tərlan  bəy 
Əliyarbəyov  özünün  komandirlik  bacarığını  parlaq  Ģəkildə  nümayiĢ  etdirib.  O, 
xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub. 
Müharibə  illərində  Tərlan  bəy  Əliyarbəyovun  döyüĢ  xidmətlərini  yüksək 
qiymətləndirən  komandanlıq  1944-cü  il  fevralın  doqquzunda  ona  general-mayor  
rütbəsini vermiĢdir. 
PeĢəkar  hərbçi,  igid  general  Tərlan  bəy  Əliyarbəyov  1892-ci  il  noyabrın 
iyirmi  səkkizində  qədim  ġamaxıda  anadan  olmuĢdur.  Əsl  mənada  eli,  obası  və 
doğma  xalqı  üçün  əvəzsiz  xidmətlər  göstərən  Tərlan  bəy  Əliyarbəyovun 
yetiĢdirdiyi milli hərbi kadrlar respublikada böyük nüfuza malikdirlər. 
Müharibənin  ağır  sınaqlarında  həqiqi  sərkərdə  Ģöhrəti  qazanan  general 
Tərlan  bəy  Əliyarbəyovun  sinəsini  Lenin  ordeni,  Qırmızı  Bayraq,  Qırmızı  Ulduz 
ordenləri və çoxlu medallar bəzəyirdi. 
1956-cı  il  fevralın  on  beĢində  vəfat  edən  general-mayor  Tərlan  bəy 
Əliyarbəyovun adına dünyaya gəldiyi ġamaxıda və Bakıda abad küçələr qoyulub. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin