Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə1/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
  1   2   3   4   5   6   7   8   9   ...   339


 
 
ISSN  2223-1617 
 
 
 
 
 
AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI  
BOTANĠKA ĠNSTĠTUTUNUN ELMĠ ƏSƏRLƏRĠ 
 
XXXV CĠLD 
 
 
 
 
 
ТРУДЫ ИНСТИТУТА БОТАНИКИ  
НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА 
 
ТОМ XXXV 
 
 
 
 
 
 
TRANSACTIONS OF INSTITUTE OF BOTANY  
AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES 
 
VOLUME XXXV 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2015 


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 

 
 
 
 
BAġ REDAKTOR 
 
 
 
Akademik Cəlal Əliyev   
 
 
 
REDAKSĠYA HEYƏTĠ  
 
 
İradə Hüseynova 
Validə Əli-zadə (Baş redaktor müavini) 
Eldar Novruzov 
Vahid Fərzəliyev 
Dilzarə Ağayeva (məsul katib) 
Xuraman Xəlilova 
Siracəddin Sərkərov 
 
Səyyarə İbadullayeva 
 
 
 
Vüqar Kərimov 
Pərvanə Qaraxani 
Naibə Mehdiyeva 
Esmira Əlirzayeva 
Tamilla Şirvani 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Publisher‘s Address: Badamdar shosse 40, Baku AZ1004
EDITOR-IN-CHIEF 
 
Academician Calal Aliyev  
 
EDITORIAL BOARD 
Irada Huseynova 
Valida Ali-zade (Deputy editor-in-chief) 
Eldar Novruzov 
Vahid Farzaliyev 
Dilzara Aghayeva (Editorial assistant) 
Khuraman Khalilova 
Sirajeddin Serkerov 
Sayyara Ibadullayeva 
Vugar Karimov 
Parvana Garakhani 
Naiba Mehdiyeva 
Esmira Alirzayeva 
Tamilla Shirvani
 


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 

 
AZƏRBAYCANDA BĠOMÜXTƏLĠFLĠK, EKOSĠSTEM VƏ EKOSĠSTEM 
XĠDMƏTLƏRĠNĠN ĠNKĠġAFI VƏ PERSPEKTĠVLƏRĠ 
 
V.M.Əli-zadə,  R.A.Səlimov 
AMEA Botanika İnstitutu 
 
 
Biomüxtəlifliyinin qaynar nöqtələrindən olan Qafqaz regionunda Azərbaycan prioritet növ və 
populyasiyaları  ilə  xüsusi  çəkiyə  malikdir.  Zəngin  ekosistemləri  qoruyub  saxlamaq  üçün  maraqlı 
tərəfləri  təbiətin  mühafizəsinə  ciddi  şəkildə  cəlb  etmək  müasir  dövrün  ümdə  məsələlərindəndir. 
Məqalədə  biomüxtəliflik  və  ekosistem  xidmətlərinin  qarşılıqlı  əlaqələrə  əsaslanan  vahid  sistem  kimi 
funksionallığı,  biomüxtəlifliyin  nəzəri  əhəmiyyəti,  eləcə  də  bu  sahədə  Avropa  Birliyi  ölkələrindəki 
vəziyyət və son illərdə bu istiqamətdə respublikamızda atılan ilk addımlar şərh olunur. 
 
Açar sözlər: biomüxtəliflik, ekosistem, ekosistem xidmətləri, təbiətin mühafizəsi 
 
Biomüxtəliflik və təbii ekosistemlər insanları təmiz hava, qida, su, mədəni irs və s. ilə təmin 
etməklə böyük  əhəmiyyət  kəsb  edir. Ekosistemlərin artan sürətlə  dəyişdiyi və  qismən deqradasiyaya 
uğradığı  bir  dövürdə  onların  cəmiyyət  üçün  əhəmiyyəti  də  dəyişir.  Eyni  zamanda  "ekosistem 
xidmətləri"  kimi  tanınan  bu  faydalar  antropogen  amillərin  təsirinin  artması  səbəb  ilə  də  ciddi 
təhlükəyə  məruz  qalır.  Odur  ki,  biomüxtəlifliyə  dair  qərar  qəbul  edən  rəsmilər  (dövlət  məmurları) 
ekosistemlərin tutumu, ekosistem xidmətlərinə tələbat, onların təşkili barədə kifayət qədər məlumatlı  
olmalı, bu xidmətlərin əsasını təşkil edən amillər və bu amillərin düzgün fəaliyyətinə mane ola biləcək 
şəraitlər barədə öncədən proqnoz verən elm tutumlu proqramlar üzrə fəaliyyət göstərməlidirlər.  
Yaşayış  məskənlərinin  (habitat)  deqradasiyası,  təbii  sərvətlərdən  həddindən  ziyadə  istifadə, 
invaziv  və  yad  növlərin  artması,  çirklənmə  və  iqlim  dəyişiklikliyi  dünyanın  bütün  ekosistemlərinə 
təsir edir. Dünya ekosistemlərinin statusunun 60%-nin getdikcə pisləşdiyi və ya yolverilməz dərəcədə 
istismar olunduğu qeyd olunur. Belə ki, hər il 13 milyon hektar tropik meşələri məhv olur (BMT FAO 
2011, MA 2005).  
Antropogen amillərin (meşələrin qırılması, ərazilərin kənd təsərrüfatı və  otlaq kimi istifadəsi, 
turizim  sektorunun  intensiv  inkişafı),  iqlim  dəyişmələrinin  (quraqlıq,  kəskin  şaxta  və  s.)  və  təbii 
hadisələrin  (sel  və  çay  daşqınları,  eroziya,  torpaq  sürüşmələri  və  s.)  təsiri  yerli  flora  və  fauna  üçün 
xarakterik növlərin sayının azalmasına və nəslinin kəsilməsinə səbəb olur. Bu isə respublikamız üçün 
ciddi  və  nəzərə  alınması  vacib  olan  bir  problemdir.  Çünki  mövcud  tendensiyalar  çərçivəsində  və 
biomüxtəlifliyin  itirilməsi  meyllərinin  bu  dərcədə  davam  etməsi  gələcəkdə  kütləvi  yox  olma 
hadisələrinə  səbəb  ola  bilər.  Biomüxtəlifliyin  tənəzzülü  nəinki  planetə  geri  dönüşü  olmayan  zərər 
verir, həm də bəşəriyyətin həyat təminatı sistemləri (qida, hava və s.) üçün də təhlükə törödir. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin