Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə7/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   2   3   4   5   6   7   8   9   10   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 

həyata  keçirilmişdir.  Lakin  2010-cu  ildə  biomüxtəliflik  sahəsində  yenilənmiş  Strateji  Plan,  o, 
cümlədən  2011-2020-ci  illərə  aid  biomüxtəliflik  üzrə  Aiçi  Hədəfləri  qəbul  edilməsi  BMSFP-nin 
yenisinin hazırlanmasını zəruri etmişdir [4].  
Strateji  plan  həmçinin  BMSFP-yə  daxil  edilməli  aşağıdakı  bir  sıra  məsələləri,  o  cümlədən 
ölkələrə təlimatı da əhatə edir:  
a)  biomüxtəliflik  və  ekosistem  xidmətlərinin  dəyərini  tam  dərk  edilməsi  və  bu  dəyərlərin 
inkişaf edilməsi və yoxsulluğun azaldılması strategiyalarına daxil edilməsi (Hədəflər 1 və 2);  
b) xüsusi mühafizə olunan  təbiət ərazilərinin sahəsini  quruda 12%-dən 17%-dək və dənizdə 
6%-dən 10%-dək artırılması (Hədəf 11);  
c)  su,  səhiyyə  və  yaşayış  üçün  əsas  ekosistem  xidmətlərini  bərpa  edilməsi  və  qorunması 
(Hədəf 14); və  
d)  ekosistemin  iqlim  dəyişməsinə  olan  müqavimətini  gücləndirilməsi  və  iqlim  dəyişməsinə 
uyğunlaşma və onun təsirinin yumşaldılması üzrə ekosistem əsaslı yanaşmaları təbliğ edilməsi (Hədəf 
15). 
Azərbaycanında  bitki  biomüxtəlifliyinin  qorunması,  davamlı  istifadəsi  və  inkişafı 
istiqamətində  müxtəlif  beynəlxalq  elmi  təşkilatlarla  imzalanmış  memorandumlar,  müqavilələr  və 
razılaşmalar  çərçivəsində  Botanika  İnstitunda  son  5  il  müddətində  həyata  keçirilən  tədbirlər  bu 
baxımdan çox əhəmiyyətlidir [5]. BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planı çərçivəsində 2011-
2020-ci  illərə  aid  biomüxtəliflik  üzrə  yerinə  yetirilməsi  üzrə  dəstək  məqsədi  daşıyan  müxtəlif 
beynəlxalq tədbirlərə AMEA Botanika İnstitutu fəal iştirak etmişdir.  Bunları nəzərə alaraq, AMEA-
nın  müxbir  üzvü  Validə  Əli-zadə  IPBES  işçi  proqramının  həyata  keçirilməsini  dəstəkləmək  üçün 
Avropa və Mərkəzi Asiya üzrə Multidisiplinar Ekspert Qrupu tərəfindən aparıcı  ekspert seçilmiş, bu 
regionlar  üçün  biomüxtəliflik  və  ekosistem  xidmətlərinin  qiymətləndirilməsi  üzrə  3  il  müddətində 
(2015-2017) fəaliyyət göstərəcək. 
AMEA-nın müxbir üzvü V. Əli-zadə 31 avqust - 4 sentyabr 2015-ci ildə İsveçrənin Engelberg 
şəhərində keçirilmiş Avropa və Mərkəzi Asiya üzrə Ekspert Qrupunun I Regional Qiymətləndirilmə 
iclasında iştirak etmişdir. Tədbirin əsas məqsədi regional və subregional səviyyələrdə biomüxtəliflik, 
ekosistem  funksiyaları  və  ekosistem  xidmətləri  sahəsində  elm-siyasət  qarşılıqlı  əlaqəsini 
gücləndirməkdən ibarət olub. Qiymətləndirilmələr, potensial kritik nöqtələr, əks-əlaqə və uzlaşmanın 
vurğulanması yolu daxil olmaqla, insan və təbiət arasında qarşılıqlı münasibətə dair keçmiş, indiki və 
gələcək bilik vəziyyəti təhlil etməyə imkan verəcəkdir.  
14-17 dekabr 2015-ci ildə isə Belçikanın Brüssel şəhərində Avropa Komissiyası və Ekosistem 
və  Xidmətlərinin  Xəritələndirilməsi  və Qiymətləndirilməsi  (MAES) beynalxalq  təşəbbüsü  tərəfindən 
təşkil  olunmuş  tədbirə  azərbaycanlı  ekspertlərdən,  IPBES-in  aparıcı  eksperti,  AMEA  Botanika 
İnstitunun  direktoru  AMEA-nın  müxbir  üzvü  Validə  Əli-zadə  və  b.ü.f.d.  Rəşad  Səlimov  dəvət 
olunmuşdur. Tədbir zamanı aşağıdakı 3 əsas istiqamət üzrə plenar iclaslar təşkil olunmuşdur. 
1.  Ekosistem  vəziyyətinin  xəritələndirilməsi  və  qiymətləndirilməsi,  ekosistem  və  ekosistem 
xidmətlərinin əlaqələndirilməsi 
2.  Ekosistem xdimətlərinin dəyərinin qiymətləndirilməsi, Aİ və milli səviyyədə Təbii Kapital 
Hesabının hazırlanması 
3. Yerli səviyyədə ekosistem xidmətləri üzrə layihələrin təsirinin qiymətləndirilməsi (məsələn, 
LIFE layihələr və pilot hallarda)  
Görüşdə biomüxtəliflik, ekosistem və ekosistem xidmətlərinin, bu xidmətlərin biomüxtəlifliyə 
və insan rifahına təsiri, ekosistem və ekosistem xidmətlərinin xətiələndirilməsi və qiymətləndirilməsi 
ilə əlaqədar yaranan yeni problemlər və digər məsələlər geniş müzakirə edilmişdir. Həmçinin, ekoloji 
və  bioloji  baxımdan  əhəmiyyətli  qlobal,  regional  və  milli  indikatorların  müəyyən  edilməsi  işinin 
vacibliyi  ilə  yanaşı  cəmiyyətin  təlabatından  irəli  gələn  dəyişikliklərin  drayverləri  (hərəkətverici 
qüvvələri) də qeyd edilmişdir. 
Bioloji müxtəlifliyin qorunması və dayanıqlı istifadəsi baxımından ekosistem və xidmətlərinin 
dəyərinin qiymətləndirilməsinə dair hesabatların təqdim edilməsi yolları araşdırılmışdır.  



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin