Elmi ƏSƏRLƏr fiZİka-riyaziyyat və texniKA



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix07.04.2017
ölçüsü2,31 Mb.
#13619
1   ...   8   9   10   11   12   13   14   15   16

ƏDƏBİYYAT 

1.

 



Umumtəhisl  məktəblərinin  I-III  sinifləri  üçün  fənn  kurikulumları.  Bakı,  “Təhsil”, 

2008. 


2.

 

Həmidov  S.S. I-IV siniflərdə  riyaziyyatının  tədrisi  metodikası.  Bakı,  ADPU, 2012. 



3.

 

Paşayev  Ə.X., Rüstəmov  F.A. Pedaqogika.  Bakı,  ADPU, 2012. 



 

ABSTRACT 

Hajiyeva Fatma 

The goal of teaching  mathematics 

By  article  describes  the  following  topics: 

Problems  methodology  of teaching  mathematics; 

The  purpose  of teaching  mathematics  and demands  placed  upon  them; 

Classification  of learning  objectives  in  math; 

Criteria  for  determining  the purpose  of the  lesson  of mathematics; 

Education,  educational  and developmental  goals  of teaching  mathematics 

 

РЕЗЮМЕ 



Гаджиева Фатма 

О цели обучения математике 

В статье изложены следующие  вопросы: 

задачи методики обучения математике; 

цели обучения математике и требования предъявляемые к ним; 

классификация  цели обучения математике; 

критерии определения цели урока математики; 

образовательные, воспитательные и развивающие цели обучения математике. 

 

 



 

NDU-nun  Elmi  Şurasının  30  may  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  № 10) 

         Məqaləni  çapa  təqdim  etdi:  Riyaziyyat  üzrə  fəlsəfə  doktoru,  dosent 

T.Nəcəfov 

 

 

                      

 

 

 



 

 

 



-

 

83 - 



 

NAXÇIVAN DÖVLƏT  UNİVERSİT ET İ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 9 (65) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  SC IENTIFIC  WO RKS,  2015,  № 9 (65) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 9 (65) 



 

FUADA   ALLAHVERDİYEVA 

Naxçıvan Dövlət Universiteti 

UOT:371.64 

 

KOMPÜTER  ASILILIĞIN  YENİYETMƏ  VƏ GƏNCLƏRİN PSİXİKASINA  TƏSİRİ 

 

Açar  sözlər: kompüter, şəbəkə, kompüter-addiksiya, addiktiv davranış, psixoloji problemlər.  

Keywords:  computer,  network,  computer-addiction,  addictive  behavior  and  psychological 

problems

Ключевые  слова:  компьютер,  сеть,  компьютер-аддикция,  аддиктивное  поведение, 

психологические проблемы.

 

 

Kompüter  texnologiyalarının  sürətlə  inkişaf  etdiyi  bir  şəraitdə  yeniyetmə  və  gənclərin 

kompüter  asılılığı  probleminin  tədqiqi  xüsusi  aktuallıq  kəsb  edir.  Son  zamanlar  kompüter 

oyunlarına 

aludəçilik 

uşaq 

və 


yeniyetmələrin, 

cümlədən 



gənclərin 

şəxsiyyət 

kimi 

formalaşmasında 



dərin 

izlər 


buraxmaqdadır. 

Yeni 


informasiyaların 

bolluğu, 

kompüter 

texnologiyalarından  aşırı  istifadə,  yəni  kompüter  oyunlarının  geniş  yayılması  müasir  yeniyetmə  və 

gənclərin  tərbiyə  məkanına  güclü  təsir  göstərir.Hal-hazırda  müxtəlif  kompüter  proqramları  ilə  işlə-

məyi,  o  cümlədən  kompüter  oyunları  oynamağı  bacaran  yeniyetmə  və  gənclərin  sayı  artmaqdadır. 

Kompüterləşmənin  şübhəsiz  müsbət  əhəmiyyəti  ilə  yanaşı,  bu  prosesin  neqativ  cəhətlərini  xüsusi 

qeyd  etmək  lazımdır.  Neqativ  cəhət  dedikdə,  mövcud  təmayülün  bütövlükdə  insanların  sosial-

psixoloji  sağlamlığda  yarana  biləcək  təhlükə  başa  düşülür.  Son  zamanlar  kompüterə  ifrat 

aludəçiliklə  bağlı  yeni  termin  –kompüter  asılılığı  (və  yaxud  kompüter-addiksiya)  termini 

yaranmışdır.  Belə  zərərli  vərdişi  psixoloqlar  texniki  vasitələrdən  törəyən  emosional  “narko-

maniyanın”  bir növü  kimi  izahedirlər. 

Kompüter  asılılığı  –insanın  kompüterlə  işləməyə  və  yaxud  kompüter  arxasında  daha  çox  vaxt 

keçirməyə  pataloji  canatmadır.  Xarici  ölkə  psixoloqlarından  M.Şotton,  Ş.Tekl,  K.Yanq,  T.Bolbot  və 

b.  kompüter  asılılığı  fenomenini  tədqiq  etmişlər.  Bu  müəlliflərin  tədqiqatları  göstərir  ki,  kompüter 

asılılığın  formalaşmasına  təkcə  gerçəklikdən  uzaqlaşmağa  istək  və  kəskin  zərurət,  özünü  kompüter 

oyunlarının  personajları  ilə  eyniləşdirməyə  kəskin  tələbat  yox,  həm  də  insanın  fərdi  xüsusiyyətləri 

təsir  göstərir.  Belə  xüsusiyyətlərə  insanın  dayanıqlı  davranışını  müəyyənləşdirən  xarakter  aid 

edilir.Ən  müxtəlif  tədqiqatların  nəticələrinə  görə  kompüter  asılılığında  olanlar  bütün  dünya  üzrə 

istifadəçilərin  10%-ni  təşkil  edir.   

Bu  sahədə  aparılmış  tədqiqatların  və  kompüter  asılılığı  üzrə  proflaktika  sahəsində  mövcud 

olan  praktiki  təcrübənin  təhlili  müəyyən  ziddiyyətləri  üzə  çıxarır.  Bu  ziddiyyətlər  özünü  yeniyetmə 

və  gənclərin  öz  fəaliyyətlərində  kompüter  texnologiyalarının  tətbiq  imkanları  ilə  kompüter 

asılılığına  qarşı  tədbirlər  nəzəriyyəsinin  qeyri-kafi  hazırlanması  arasında  göstərir.   

Bu  ziddiyyətin  həll  olunması  ilk  növbədə  “kompüter  asılılığı”  anlayışının  məzmununun  tam 

aşkarlanmasını  tələb  edir.   

Kompüter  texnologiyaları  müasir  insanın  həyatına  çox  sürətlə  tətbiq  olunur.  Bu  gün  insanın 

hər  yerdə  və  hər  zaman  –  işdə,  evdə,  hətta  maşında  kompüterlə  ünsiyyət  qurması  heç  kimi 

təcübləndirmir.  Kompüter  təkcə  böyük  yaşlı  insanların  deyil,  hətta  kiçik  yaşlıların  belə  həyatının 

ayrılmaz  hissəsinə  çevrilmişdir.  Hətta  övladının  evdən  kənarda  hansı  əməllə  məşğul  olacağı  tam 

bəlli  olmadığını    düşünən  valideyn,  onun  evdə,    gözləri  qarşısında  saatlarla  kompüter  arxasında  

vaxt  keçirməsinə  məmuniyyətlə  razı  olur.   

“Kompüter  asılılığı”    anlayışı  ötən  əsrin  90-cı  illərində  yaranıb.  Bu  anlayış  gündəlik  qayğı  və 

problemlərdən  uzaqlaşmaq  məqsədi  ilə  virtual  gerçəkliyə  inadkar  canatma,    bununla    da  öz 



-

 

84 - 



 

emosional  əhval-ruhiyyəsini  yüksəltmək  istəyi  ilə  səciyyələnir.  Məhz  bununla  da  kompüter  oyunları  

bütün  yaş  qrupuna  daxil  olan  insanlar  üçün  əyləncəli  məşğələyə  çevrilmişdir.   

Kompüter  oyunlarına  hüdudsuz  marağın  əsasında  həzz  almağa  tələbat  yaranır.  Hal-hazırda 

kompüter  oyunlarından  asılılığın  əmələ  gəlməsinin  iki  pisixoıoji  mexanizmini  fərqləndirirlər:  a) 

gerçəklikdən  uzaqlaşmağa;  b)  başqasının  rolunu  oynamağa  tələbat.  Hər  iki  psixoloji  mexanizm  eyni 

zamanda  işləkdir.  Lakin,  onlardan  biri  kompüter  asılılığının  formalaşmasına  təsirgücünə  görə 

digərini  üstələyə  bilər. 

Bu  sahədə  aparılmış  tədqiqatların  nəticələrinə  görə  kompüter  asılılığının  yaranma  səbəblərini 

aşağıdakı  kimi  göstərmək  olar: 

-  Özünə  nəzarət  vərdişlərinin  yoxluğu.  Potensial  addikt  (yəni,    kompüter  asılılığı  olan  konkret 

fərd)  öz emosiyalarına  müstəqil  nəzarət  edə bilmir  və özünün  müəyyən  istəklərini  cilovlaya  bilmir; 

- İstirahətin  müstəqil   təşkilini  bacarmamaq; 

- Ünsiyyət  defisiti; 

- Kompüterlə  qarşılıqlı  təsirdə  psixogigiena  qaydalarını  bilməmək;   

- Yaxıninsanlarla  ünsiyyətin  kompüterlə  əvəzləmə  cəhdi;   

-  Real    dünyanın  çətinliklərindən  qaçaraq  virtual  aləmə  (“kompüter  dünyasına”)  keçmək 

istəyi;   

-  Aşağı  səviyyəli  özünüdəyərləndirmə  və  öz  gücünə  inamsızlıq,  ətrafdakıların  rəyindən 

asılılıq; 

- Yamsılama,   sadəcə olaraq  yaxın  insanlar  kimi  hərəkət  edib, virtual   aləmə  keçmə.(1,  36) 

Kompüterdən  pisixoloji  asılılıq  simptomlarını  psixoloqlar  aşağıdakı  kimi  göstərirlər:   

-Kompüter  arxasında  yaxşı  əhval-ruhiyyə  və ya eyforiya; 

-Kompüter  arxasında  işləməkdən  və  ya oyundan  uzaqlaşmaq  arzusunun  olmaması;   

-Kompüterdən  məcburi  kənarlaşdırıldıqda  əsəbləşmək;   

-Kompüter  arxasında  işləmək  və  ya  oyun  oynamaq  üçün  konkret  vaxt  müəyyən  edə 

bilməmək;   

- Kompüter  proqram  təminatı  üçün  böyük  pullar  xərcləmək;   

-Kompüter  arxasında  işləyərkən      və  ya  oyunlar  oynayarkən  ev  işlərini,  xidməti  vəzifələri, 

təhsil  problemlərini,  elmi  araşdırmaları  unutmaq;   

-Kompüter  arasında  vaxt  keçirmək  üçün  öz  sağlamlığına,  gigiyenasına  və  yuxusuna  biganə 

qalmaq;   

- Monitor  qarşısında  nahar  etmək; 

-  Kompüter  mövzusunda  hər  bir  şəxslə,  hətta  bu  sahədən  o  qədər  də  məlumatı  olmayan 

insanlarla  həvəslə  söhbətə  can atmaq;  (2, 128) 

Kompüter  arxasında  vaxt  keçirməyə  həddən  artıq  vaxt  ayırmaq  həm  fiziki,  həm  də  pisixoloji 

sağlamlığa  ciddi  neqativ  təsir  göstərir.  Kompüter  asılılığından  əziyyət  çəkən  insanlarda  yaranan 

fiziki  problemlər  aşağıdakılardır: 

-görmədə  problem; 

-immunitet  çatışmamazlığı;   

-baş ağrıları; 

-kəskin  yorğunluq; 

-yuxusuzluq;   

-bel ağrıları  və s.(3, 52) 

“Kompüter  asılılığı”  termini  insanın  kompüterlə  işləməyə  və  yaxud  kompüter  arxasında  vaxt 

keçirməyə  pataloji  həvəsini  müəyyənləşdirir.  Bu  haqda  ilk  dəfə  ötən  əsrin  80-  ci  illərində  amerikalı 

alimlər  söhbət  açmışlar.  Hal-hazırda  bu  termin  bir  çox  psixoloqlar  tərəfindən  qəbul  edilməsədə, 

insan  və kompüter  arasında  pataloji  əlaqənin  mövcudluğuna  heç kim  şübhə  etmir.   

Yeniyetmələrdə  kompüter  asılılığının  formalaşmasının  əsas  səbəblərindən  biri,  onların 

kompüter  oyunlarından  aldıqları  macəraya  tələbatıdır.  Digər  bir  səbəb  isə  onların  nəzarətsiz 

qalmasıdır.  Yəni  valideynlər  öz  işləri  ilə  kifayət  qədər  məşğul  olur,  lakin  uşaqlara  vaxt  ayıra 

bilmirlər.  Belə  valideynlər  uşağın  təhsildə  uğurları,    hiss  və  həyəcanları  ilə  maraqlanmır,  uşağın  nə 



-

 

85 - 



 

ilə  yaşadığını,  nə  istədiyini  bilmirlər.  Bir  çox  hallarda  valideynlər  uşaqlarına  kompüter  almaqla 

işlərini  bitirmiş  hesab  edirlər.   

Beləliklə  uşaq  tam  fəaliyyət  azadlığı  əldə  edirlər.  Başqa  bir  səbəb  isə  valideynlər  arasında  baş 

verən  daimi  ixtilaflardır.  Belə  ailələrdə  həmişəgərgin  emosional-psixoloji  mühit  hökm  sürür. 

Valideynlərin  boşanması  da  uşağın,  belə  halların  baş  vermədiyi  başqa  reallığa  keçməsinə  səbəb 

olur.  Valideynlərlə,  yaşıdlarla,  məktəb  yoldaşları  ilə  və  ümumiyyətlə  əhəmiyyətli  bir  insanla 

ünsiyyət  defisiti  də  mühüm  səbəblərdən  biridir.  Bu  səbəblərdən  yaranan  gərginliyi    aradan 

qaldırmaq  üçün  uşaqlar  (həmçinin,  yeniyetmə  və gənclər)  virtual  reallığı  “gedirlər”. 

Müəyyən  həddə  kompüterlə  işləmək,  İnternetdən  istifadə  etmək  və  ya  bəzi  növdə  kompüter 

oyunları  oynamaq  insan  üçün  faydalı  da  ola  bilər.  Bu  zaman  kompüter  məntiqi  təfəkkürün 

inkişafına,  diqqətin  artırılmasına  yardımçı  olacaq  vasitəyə  çevrilir.   

Bir  çox  kompüter  oyunları  idrakı  mahiyyət  daşıya  bilər.  İnternet  isə  heç  şübhəsiz  zəngin  və 

maraqlı  informasiya  mənbəyi  kimi  çıxış  edə  bilər.  Problem  o  zaman  meydana  çıxır  ki,  kompüter 

arxasında  keçirilən  vaxt  yuxarıda  dediyimiz  həddi  aşır  və  kompüter  arxasında  daha  çox  vaxt 

keçirməyə  patoloji  istək  və  zərurət  yaranır.  Əksər  hallarda  İnternet  və  ya  oyun  asılılığı  fərdin  ətraf 

gerçəklikdən  gizli  və  ya  aşkar  narazılıqdan  və  başa  düşülməmək  qorxusundan  irəli  gələn 

özünüifadənin  mümkünsüzlüyündən  törəyir.   

Öz  iradəsi  ilə  kompüterə  bağlı  olan  insanda  gerçəkliklə  bağlı  problemlər  yaranmağa  başlayır. 

Sosial  adaptasiya  pozulur,  digər  insanlarla  ümumi  mövzu  və  ümumi  dil  tapmaq  çətinləşir.  Bir  sıra 

sosial  əhəmiyyətli  məsələlər,  məsələn  karyera,  iş,  ailə  kompüter  asılılığı  olan  insanı  daha  narahat 

etmir.  Fəaliyyətin  məişət,  təhsil,  sosial,  iş, ailə  sferasına  neqativ  təsir  baş verir.(4,  243) 

Kompüter  asılılığın  insanın  dost  sevərlik,  açıqlıq,  ünsiyyət  arzusu,  şəfqət  hissi  kimi  sosial 

keyfiyyətlərinə  daha  aşkar  təsir  göstərir.  Kəskin  kompüter  asılılığı  zamanı  şəxsiyyətin  sosial 

əlaqələrinin  sərt  deqradasiyası  və  yaxud  sosial  dezadaptasiyası  müşahidə  olunur.  Sosial 

dezadaptasiyanın  sürətli  inkişafı,  xüsusilə  kompüter  arxasında  kifayət  qədər  çox  vaxt  keçirən  uşaq 

və  yeniyetmələrdə  müşahidə  olunur.  Bu  halda  sosial  əlaqələrin  deqradasiyası  obyektiv  reallığın 

kompüterin  köməyi  ilə  yaradılmış  virtual  reallıq  tərəfindən  sıxışdırılması  nəticəsində  inkişaf  edir. 

Sosial  dezadaptasiya  və  virtual  reallıq  dünyasına  ifrat  aludəçilik  fonunda  izafi  aqressivlik  və 

antisosial  davranışın  müxtəlif  növləri  meydana  gələ  bilir.  Kompüter  asılılığından  əziyyət  çəkən 

yeniyetmə  və  gənclər  bir  qayda  olaraq  təhsilə  və  bir  sıra  sosial  funksiyalarının  gerçəkləşdirilməsinə 

az diqqət  yetirirlər. 

Kompüter  asılılığının  təsiri  altında  yeniyetmələrdə  addiktiv  davranış  formalaşa  bilər.  Addiktiv 

davranışın  əsas  səciyyəsi  fərdin  öz  psixi  halını  dəyişdirməsi  vasitəsilə  gerçəklikdən  uzaqlaşmasıdır. 

Oxşar  prosesin  baş  verməsi  nəticəsində  yeniyetmə,  təkcə  öz  şəxsi  problemlərinə  biganə  münasibət 

göstərmir,  həm  də  öz  şəxsi  inkişafında  tam  durğunluq  yaradır.  Kompüterə  tam  aludə  olan  fərd 

özünün  gerçək  həyatda  mövcud  olan  problemlərinə  əhəmiyyət  vermir  və  virtual  aləmə  qayıtmağa 

can atır. 

Burada    qeyd  edək  ki,  kompüter  asılılığı  gender  səciyyəsinə  də  malikdir.  Belə  ki,  oğlanlar 

qızlara  nisbətən  daha  çox  asılılığa  meylli  olurlar.  Bu  sahədə  tam  dəqiq  araşdırmalar  hələ  ki,  olmasa 

da,  bu  bəzi  səbəblərlə  izah  oluna  bilər.  Əsas  səbəb  kimi  oğlanların  öz  təbiətlərinə  görə  daha  çox 

rəqabətə, yarışma  həvəsinə,  birinci  olmağa  meylliliyini  göstərmək  olar. 

Aparılmış  tədqiqatlar  göstərir  ki,  kompüter  asılılığı  üçün  müəyyən  risk  qruplarını 

müəyyənləşdirmək  olar.  Kompüter  asılılığının  inkişaf  etməsi  üçün  əsas  risk  qrupu  10  -18  yaşında 

olan  yeniyetmələrdir.   

Burada  təbii  sual  yaranır:  məhz  bu  yaşda  olan  yeniyetmələr  üçün  kompüter  nə  ilə 

cəlbedicidir?  Rus  tədqiqatçı-psixoloqu  Q.S.Abramova  bu amilləri  aşağıdakı  kimi  qruplaşdırır: 

-  heç  kim  üçün  əlyetərli  olmayan,  yalnız  hər  şeyə  görə  özünün  məsuliyyət  daşıyacağı  məxsusi 

dünyanın  mövcudluğu; 

-yeniyetmənin  özü  haqqında  internetdə  yerləşdirdiyi  informasiyanın  başqası  tərəfindən 

təftişinin  mümkünsüzlüyü; 

-gerçək,  arzulanan  və  bütövlükdə  uydurma  insani  keyfiyyətlərin  virtual  surətdə  qovuşdurmaq 

imkanları; 


-

 

86 - 



 

-proseslərin  tam  reallığı  və ətraf  dünyadan  tam  mücərrədləşmə  (fikri  kənarlaşma)  imkanları; 

-virtual  aləmdə  buraxılmış  səhvlərin  asanlıqla  təkrarlamaqla  aradan   qaldırılma  imkanları; 

-oyun 


prosesində  nəticəsindən  asılı  olmayaraq  istənilən  qərarların  qəbul  edilməsinin 

mümkünlüyü.(5,  119) 

Kompüter  asılılığı  sırf  psixoloji  problem  olmaqla  yanaşı  yeniyetmə  və  gənclərin 

sosiallaşmasına,  onların  tam  qiymətli  şəxsiyyət  kimi  formalaşmasına  da  ciddi  neqativ  təsir  göstərir. 

Xatırladaq  ki,  bir  sıra  pozitiv  insani  fəzilətlər,  o  cümlədən  xeyir  və  şər  anlayışı,  mərhəmət  və 

qəddarlıq,  dostluq  və  xəyanət,  məhəbbət  və  nifrət  haqqında  baxışlar  məhz  yeniyetməlik  çağlarında 

formalaşır.  Belə  ki,  kompüter  asılılığının  təsiri  altında  olan  yeniyetmələrdə  emosional  soyuqluq, 

özünəqapanma,  ətrafdakıların  hiss  və  həyacanlarına  biganəlik,  psixoloji  infantilizm  –yəni  öz  üzərinə 

məsuliyyət  götürə  bilməmək,  hərəkətlərinə  nəzarəti  ələ  almaq  bacarığının  olmaması  –meydana 

gəlir.  Tam  qiymətli,  cəmiyyət  və  ətrafdakılar  üçün  faydalı  olacaq  şəxsiyyət  yalnız  insanlarla  canlı 

ünsiyyətdə  formalaşır.  Kompüter  oyunlarının  təsiri  altında  olan  yeniyetmə  tədricən  reallıq  hissini 

itirir  və  kompüterdəki  oyunun  süjet  və hərəkətlərini  gerçək həyata  translyasiya  etməyə  başlayır. 

Yeniyetmə  və  gənclərdə  kompüter  asılılığının  aradan  qaldırılması  kifayət  qədər  çətin 

prosesdir.  Bunun  üçün  ilk  növbədə  onlarda  kompüter  asılılığının  olmasını  və  olduğu  halda,  hansı 

səviyyədə  olduğunu  müəyyənləşdirmək  zəruridir.  Bunun  üçün  ən  optimal  vasitələrdən  biri  müəyyən 

testlərin  hazırlanması  və  müvafiq  risk  qrupları  arasında  sorğuların  keçirilməsidir.  Bu  zaman  bəzi 

səciyyəvi  xüsusiyyətlər  mütləq  nəzərə  alınmalıdır.  Belə  ki,  ilk  növbədə  sorğu  üçün  yalnız  hər  an 

İnternetə  və  kompüterə  əlyetərliyi  olanlar  seçilməlidir.  Çünki,  sorğuya  cəlb  olunanlar  içərisində 

yalnız  təhsil  aldığı  məktəb  və  ya  institutda  kompüterlə  ünsiyyət  quranların  olması  bütövlükdə 

sorğunun  nəticələrinin  qeyri-dəqiqliyinə,  ehtimali  səciyyəsinin  artmasına  səbəb olardı.   

Bu  sahədə  aparılmış  tədqiqatlara,  tərtib  olunmuş  testlərə  əsaslanmaqla  qısa  bir  testin 

aparılmasını  məqbul  hesab  edirik.  Burada  əsas  məqsəd  kompüterlə  intensiv  davranışın 

yeniyetmələrdə  psixi  pozğunluqların  baş  verməsini,  şəxsiyyətin  özgələşməsi  və  ətraf  aləmlə 

ünsiyyətinin  pozulmasını  müəyyənləşdirməkdir.  Nəhayət,  yeniyetmə  və  gənclər  arasında  kompüter 

asılılığının  ilkin  mərhələdə  hansı  səviyyədə  olmasını  müəyyənləşdirmək  üçün  10  sualdan  ibarət 

olan  kiçik  sorğu  suallarını  tövsiyyə  edirik.  Suallar  aşağıdakılardır: 

1.

 

Siz    hiss  edirsinizmi  ki,  kompüter  arxasında  nəzərdə  tutduğunuzdan  daha    çox  vaxt 



keçirmisiniz? 

2.

 



Gün  ərzində  kompüter  arxasında  nə qədər vaxt  keçirirsiniz? 

3.

 



Kompüter  arxasında  nə qədər vaxt  keçirdikdə  dərslərinizdə  geriləmə  hiss  edirsiniz? 

4.

 



Kompüter  arxasında  vaxt  keçirdiyiniz  zaman,  kimsə  sizi  bundan  ayırırsa  tez-tez 

əsəbləşirsinizmi? 

5.

 

Real  həyatda  insanlarla  görüşmək  əvəzinə  kompüter  arxasında  və  şəbəkədə  vaxt 



keçirməyənə  qədər tez-tez  üstünlük  verirsiniz? 

6.

 



Şəbəkədə  olmadıqda  əhval-ruhiyyənin  pozulduğunu,  əsəbiliyi  və  şəbəkəyə  qoşulan  kimi 

bu halların  aradan  qaldırıldığını  nə qədər tez-tez  hiss  edirsiniz? 

7.

 

Şəbəkə  və  kompüter  arxasında  çox  vaxt  keçirdiyiniz  hallarda  sizdə  yuxu  pozğunluğunə 



qədər tez-tez  baş verir? 

8.

 



Sizdən  şəbəkədə nə etdiyinizi  soruşduqda  əsəbləşirsinizmi? 

9.

 



Həyatda  üzləşdiyiniz  çətinliklər  haqqında  fikirləri  başınızdan  çıxarmaq  üçün  nə  qədər  tez-

tez  şəbəkəyə müraciət  edirsiniz? 

10.

 

 Kompüter 



arxasında  və  şəbəkədə  keçirdiyiniz  vaxtı  ətrafdakılardan  gizlətməyə 

çalışırsınızmı? 

Hesab  edirik  ki,  sorğunun  keçirilməsi  və  əldə  olunan  nəticələrin  təhlili  yeniyetmələrin  hansı 

dərəcədə  kompüter  asılılığında  olmasını  müəyyənləşdirməyə  kömək  edəcək.  Bu  isə  öz  növbəsində 

onlarla  profilaktik  tədbirlərin  keçirilməsinə,  tam  olmasa  da,  onların  qismən  kompüter  asılılığından 

qurtulmasına  təsirini  göstərmiş  olar. 

 

 

 



-

 

87 - 



 

ƏDƏBİYYAT 

 

 

1.

 



Шапкин  С.А.  Компьютерная  игра:  новая  область  психологических  исследований  // 

Психологический  журнал, 1999, том 20, №1 

2.

 

Эльконин Д.Б. Психология игры. М., 1978. 



3.

 

Антон Платов. Дети, Сеть и родители. Мир компьютеров. - № 3. - 2004. 



4.

 

Фресс А., Пиаже Ж. Экспериментальная психология., М. - 1986. 



5.

 

Абрамова Г.С. Практическая  психология. -М.: Академический Проект,  2001. 



 

ABSTRACT 

 

The impact  of the computer  dependence to adolescentand  young people psychology 

It  was  investigated  psychological  problems  of  the  computer  dependence  of  adolescent  and 

young  people  in  situation  of  the  rapid  development  of  computer  psychology.  Here,  it  is  explained 

psychological  essence  of  the  computer  dependence,  listed  its  causes,  analyzed  impact  of  this 

dependence  on  the  psyche  of  the  young  people  and  indicated  physical  problems  who  suffer  from 

addiction  from  the  computer  dependence.    It  has  been  recommended  a  small  questionnaire 

consisting  of  10  questions  for  determination  of  level  of  computer  addiction  among  teenagers  at  the 

end of the  article. 

 

РЕЗЮМЕ 

 

Воздействие компьютерной зависимости на психику  

подростков и молодежи 

В  статье  были  исследованы  психологические  проблемы  компьютерной  зависимости  у 

подростков  и  молодежи  в  условиях  стремительного  развития  компьютерной  психологии. 

Была  раскрыта  психологическая  сущность компьютерной зависимости, названы причины ее 

возникновения,  проанализировано  воздействие  ее  на  психику  молодежи,  установлены 

физические  проблемы  у  лиц  страдающих  от  компьютерной  зависимости.  В  конце  статьи 

были  приведены  10  вопросов  относительно  того,  как  определить  степень  компьютерной 

зависимости у подростков и были даны по этому поводу соответствующие рекомендации. 



 

 

 



NDU-nun  Elmi  Şurasının  30  may  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  № 10) 

         Məqaləni  çapa  təqdim  etdi:  Riyaziyyat  üzrə  fəlsəfə  doktoru,  dosent 

T.Nəcəfov 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

NAXÇIVAN DÖVLƏT  UNİVERSİT ET İ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 9 (65) 



-

 

88 - 



 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin