Elmi ƏSƏRLƏr fiZİka-riyaziyyat və texniKA


Mövzu: Harmonik  rəqsi  hərəkətin  enerjisi.  Məqsəd



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix07.04.2017
ölçüsü2,31 Mb.
#13619
1   ...   8   9   10   11   12   13   14   15   16

Mövzu: Harmonik  rəqsi  hərəkətin  enerjisi. 

Məqsəd:  Şagirdlərə  harmonik  rəqsi  hərəkətin  enerjisi  anlayışını  vermək,  riyazi  və  yaylı 

rəqqasda  enerji  çevrilmələrinin  necə  baş  verdiyini  aydınlaşdırmaq,  onlara  qrupda  qarşılıqlı 

əməkdaşlıq 

prinsipi 

əsasında 

işləmək 


bacarığı 

aşılamaq, 

yaradıcılıq 

keyfiyyətlərinin 

formalaşdırılması  işinə  yardım  etmək. 

Üsul: Fəal  təlim  metodu  olan  “sıralama”. 

Təchizat:  Fizikadan  elektron  dərsliyi  I  hissə  (6),  terminal  və  ya  adi  kompüter  şəbəkəsi, 

mediaproyektor. 



Dərsin quruluşu. 

1.  Şagirdlərin  kompüterlərində  uyğun  paraqraf  açılır,  onlara  “Harmonik  rəqsi  hərəkətin 

enerjisi”  mövzusunu  diqqətlə  oxumaq,  yaylı  və  riyazi  rəqqaslarda  enerji  çevrilmələrinin  müqayisəli 

izahı 


dərslikdən 

5.1 


cədvəlindəki 

(4, 


səh.89) 

ardıcıllıqla 



-

 

74 - 



 

tan


ış 

olmaları  tapşırılır  (bax:  şəkil  1). 

 

2. Şagirdlərə  tapşırıq  verilir  ki, harmonik  rəqsi  hərəkət  zamanı  baş verən  enerji   



çevrilmələrini  məntiqə  uyğun  olaraq  müəyyən  etsinlər.Qrup  daxili  müzakirəyə  start  verilir. 

Qruplara  paylanılan  tədris  materialı  hissələrə  bölünür  və qarışdırılır  (bax: 

 

 

T



t

2

1





anında 

rəqqas tarazlıq  vəziyyətinə 

nəzərən sol kənar 

nöqtədədir  (x=-A), sürət 

sıfıra  bərabərdir. 

Sistemin  potensial 

enerjisi  maksimum,  kinetik 

enerjisi  isə sıfır olur.  Tam 

enerji  potensial enerjiyə 

bərabərdir. 

 

Şəkil  1. 



-

 

75 - 



 

 

 



Sistem sola tarazlıq 

vəziyyətinə doğru  hərəkətə 

gətirilir. 

T

t

4

1





 

anında  rəqqas tarazlıq 

vəziyyətindən  keçdiyindən, 

x=0, sürət isə maksimum 

olur. 

Sistemin  potensial 

enerjisi  sıfır, kinetik enerjisi 

maksimum  olur.  Tam  enerji 

kinetik enerjiyə bərabərdir. 

 

 



 

 

 



 

 

 



Şəkil  2. 

3.  Müəllim  gah  bu,  gah  da  digər  qrupa  yaxınlaşmaqla  tapşırığın  necə  yerinə  yetirildiyini 

yoxlayır.  Lazım  gəldikcə  düzgün  istiqamət  verir. 

4.  Qrup  liderləri  təmsil  etdikləri  qrupun  məsələyə  yanaşmalarını  sinif  şagirdlərinə  təqdim 

edirlər.  Bu  prosesi  daha  “canlı”  etmək  üçün  mediapleyerdən  istifadə  etmək  olar.  Bunun  üçün 

şagirdlərin  kompüterlərində  olan  cavabları  müəllim  şəbəkə  vasitəsilə  öz  kompüterinə  yazıb, 

proyektor  vasitəsilə  təqdim  edə bilər. 

5. Qruplar  bir-birilərinə  suallar  hazırlayır.  Aşağıda  həmin  suallara  dair  nümunə  verilir: 

♦ Sürtünmə  olmadıqda  sistemdə  hansı  enerji  çevrilmələri  baş verir? 

♦ Qapalı  rəqs sisteminin  tam  mexaniki  enerjisi  nəyə  bərabərdir? 

♦ Qapalı  rəqs sistemində  potensial  və kinetik  enerjilər  hansı  qanunla  dəyişir? 

♦ Rəqs sistemində  sürtünmə  olduqda  mexaniki  enerji  necə dəyişir? 

♦ Nə üçün  sərbəst rəqslərin  amplitudu  zaman  keçdikcə  kiçilir? 

♦ Hansı  rəqslər  aperiodik  rəqslər  adlanır? 

6.  Qruplar  bu  sualları  ya  kompüter  vasitəsilə  cavablandırır,  ya  da  vərəqə  yazaraq  qutuya 

atırlar.  Müəllim  sualları  və  onlara  verilən  cavabları,  habelə,  qrupların  sıralama  fəaliyyətini  qruplarla 

müzakirə  edir. 

 

ƏDƏBİYYAT 

1.

 



 Abdurazaqov  R.R.  Fizika.  Metodik  vəsait.  Yeni  multimedia  dərsliyi.  Mexanika.  Molekulyar 

fizika.  Bakı,  2007, 64 s. 

2.

 

Abdurazaqov  R.R.,  Məsimov  N.M.,  Padarov  X.I.  Elektron  dərsliklər  əsasında  fəal  tədrisin 



təşkili  məsələləri.  Azərbaycan  müəllimi,  2008. №5, səh.62-68. 

3.

 



Abdurazaqov  R.R.,  Cəlilova  S.X.  Fizikadan  elektron  dərsliklər  əsasında  fəal  tədrisin  təşkili. 

Təhsildə  qloballaşma  və  İKT  mövzusunda  Beynəlxalq  Elmi-Praktik  Konfrans  Materialları.  ı 



-

 

76 - 



 

TİKA, 2008. səh.115-125. 

4.

 

Murquzov  M.,  Abdullayev  S.,  Abdurazaqov  R.,  Əliyev  N.,  Hüseynli  M.,  Həsənov  C., 



Səmədov  C., Süleymanov  A. Fizika  10. Dərslik.  Bakı.  Bakı  nəşr,  2009. 224 s. 

5.

 



Mark Wendel,  Intraktive  training  or theaching.  Baku,  BP-BRITISH  COUNCIL, 2008. 

6.

 



Murquzov  M.İ.,  Abdurazaqov  R.R.,  Fizika.  Yeni  multimediya  dərsliyi.  Mexanika.  I  disk. 

Bakı,  Bakı  nəşr,  2007. 



ABSTRACT 

                                                                          Bektashi M.H.  

                                                                       Jafarov  S.A. 

On the basis of electron manual  in physics the methodology  of teaching  of theme “energy of 

harmonic  vibrational  action”  according  to the row  method. 

The  essence  of  active  training  explained  in  the  article,  in  its  organization  the  duties  of 

teachers  and  pupils  are  remarked,  the  ame  of  the  “row”  method  is  the  following.  After  wards  subject 

of  the  method  and  technique  “Energy  of  harmonic  vibrational  action”  according  to  the  “row” 

method  is  given,  in  physics  based on the  electron  manual. 

 

РЕЗЮМЕ 

                                                                 Бекташи М.Г. 

                                                                                       Джафаров С.А. 

Методика преподавания темы «энергия гармонического колебательного движения» с 

методом «порядка» на основе электронного учебника по физике 

 

В  статье  объясняется  суть  активного  обучения  в  процессе  его  организации, 

отмечается  задачи  и  обязанности  между  учителем  и  учащимися,  указывается  цель  метода 

«порядка».  После  этого  на  основе  электронного  учебника  по  физики  дается  техника  и 

методика  преподавания  на  тему  «Энергия  гармонического  колебательного  движения»  на 

основе метода «порядка». 

 

 

NDU-nun  Elmi  Şurasının  30  may  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 



olunmuşdur  (protokol  № 10) 

         Məqaləni  çapa  təqdim  etdi:  Riyaziyyat  üzrə  fəlsəfə  doktoru,  dosent 

T.Nəcəfov 

 

 

 



 

 

 



 

 

                                              



 

 

 

 

 

 

 

 

 

 

 

-

 

77 - 



 

NAXÇIVAN DÖVLƏT  UNİVERSİT ET İ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 9 (65) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  SC IENTIFIC  WO RKS,  2015,  № 9 (65) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 9 (65) 



 

ORXAN CƏFƏROV  

Naxçıvan Dövlət Universiteti 

orxan-1970@mail.ru 

 

TƏK XƏTKEŞLƏ  QURMA MƏSƏLƏLƏRİNİN  

HƏLLİ  TƏCRÜBƏSİ 

UOT  51: 37.016 

 

Açar 

sözlər:  Qurma məsələləri, tək xətkeş, ikitərəfli xətkeş, çertyoj üçbucağı (günyə), parça, 

bucaq, məsələ həlli. 

Keywords: Construction problems, one ruler, two-sided ruler, drawing triangle, interval, angle, 

problem solution.

 

 



Ключевые слова:Задачи построение, одна линейка, двухсторонняя линейка, чертежный 

трехугольник, отрезок, угол, решение задач. 

 

 



Məlumdur  ki,  şagirdin  hər  hansı  fiqur  haqqında  tam  məlumatı  varsa,  lakin  verilən  elementlərə 

görə  onu  qurmağı  bacarmırsa,  deməli  həmin  fiqur  haqqında  onun  biliyini  tam  hesab  etmək  olmaz. 

Şagirdlərdə  belə  bacarıqları  formalaşdırmaq  üçün  proqramda  qurma  məsələlərinə  geniş  yer  verilməlidir. 

Belə  məsələləri  həll  etmək  üçün  pərgar,  çertyoj  üçbucağı  (90

0

-lik  bucağı  olan),  xətkeş  və  ikitərəfli 



xətkeşdən  istifadə  olunur. 

 

Tək  xətkeşlə  həll  edilə  bilən  məsələlər  axırıncı  üç  alətlə  həll  oluna  bilən  məsələlərdir. 



Konstruktiv  həndəsə üçün  bu alətlərin  tam təsviri  aşağıdakı  kimi  verilir. 

 

1.Xə tkeş aksiomu.Xətkeşlə aşağıdakı  qurmalar  yerinə  yetirilə  bilər: 

 a)  verilmiş  iki  nöqtədən  keçən  düz  xətt;  b)verilmiş  iki  nöqtəni  birləşdirən  parça;  c)  başlanğıcı    və  bir 

nöqtəsi  verilən  şüa; d) verilmiş  iki  düz  xəttin  kəsişmə  nöqtəsi. 

 

2. İkitərəfli xətkeş aksiomu.İkitərəfli xətkeşlə  aşağıdakı  əməliyyatlar  yerinə  yetrilə  bilər: 

a) xətkeş aksiomunda  göstərilən  bütün  qurmalar;  b) verilmiş  düz  xətlə  təyin 

olunmuşiki  yarımmüstəvi  üzərində  bir  düz  xəttin  müxtəlif  tərəflərində  və ondan 

müəyyən  h  məsafədə  (h-  xətkeşin  eninə  bərabər  məsafədir)  olan,  həmin  düz  xəttə  paralel  olan  düz 

xətləri  qurmaq;  c)  verilmiş  A  və  B  nöqtələri  üçün  [AB]  paçasının  xətkeşinenindən  böyük  olub-

olmadığını  müəyyən  etmək;  parça  xətkeşin  enindən  böyük  olduqda,uyğun  olaraq  A  və  B  nöqtələrindən 

keçib,  bir-birindən  h məsafədə olan  iki  cüt paraleldüz  xətt qurmaq. 

 

3.Çertyoj  üçbucağı  (günyə)  aksiomu.  Çertyoj  üçbucağı  ilə  aşağıdakı  əməliyyat  yerinə  yetrilə 

bilər: 

a)  Birtərəfli  xətkeş  vasitəsilə  yerinə  yetrilən  bütün  qurmalar;  b)  verilən  nöqtədən  verilmiş  düz  xəttə 



perpendikulyar  düz  xətt qurmaq  (iki  hal). 

Məsələləri  tək  xətkeşlə  həll  edərkən  həndəsi  fiqurların  müxtəlif  xassələrinə  istinad  olunur.  Məsələn, 

aşağıdakı  məsələlərin  həlli  zamanı  rombun  xassələrinə  əsaslanmaq  lazım  gəlir: 

1. Verilmiş  parçanı  yariya  bölün  (xətkeşlə); 

2. Verilmiş  bucağı  yarıya  bolün  (xətkeşlə); 

3. Verilmiş  bucağı  2, 3, 4,  ..., n dəfə böyüdün  (xətkeşlə); 

4.Düz  xəttin  ixtiyari  nöqtəsindən  ona perpendikulyar  qaldırın  (xətkeşlə). 

Nümunə  üçün  3  nömrəli  məsələnin  həllini  verək.  Sadəlik  üçün  bucağın  iki  dəfə  böyüdülməsi  şərtini 

götürək.  Çünki  başqa halları  almaq  üçün  göstərilən  prosesi  davam  etdirmək  kifayətdir. 

Xətkeşin  tərəflərindən  birini  bucağın  [BA]  tərəfi  üzərindəyerləşdirib  (şəkil 

1),  xətkeşin  digər  tərəfini  bucağın  [BC]  tərəfini  daxili  nöqtədə

  kəsən,  a  düz 

xəttini  çəkirik.  Bu  zaman  a∩[BC]=E  alarıq.  Sonra  xətkeşin  tərəflərindən 

birini  B,  digərini  isə  E  nöqtəsinə  yaxınlaşdırıb  b  düz  xəttini  çəkirik.  Bu 

iki  vəziyyətdə  kəsişmə  romb  əmələ  gətirdiyindən[BC)  şüası  ABD 


-

 

78 - 



 

bucağının  tənböləni  olacaqdır.  Deməli,  ABD  tələb  olunan  üçbucaqdır. 

Aşağıdakı  məsələlərin  həlli  zamanı  çevrənin  diqqətəlayiq  xassələrindən  istifadə 

olunur. 


 

1.Çevrənin  xaricindəki  nöqtədən  onun  diametrinə  perpendikulyar  düz  xətt  çəkin  (xətkeşlə). 

2. Yalnızçertyoj  üçküncündən  istifadə  etməklə  cevrənin  naməlum  mərkəzini 

 tapın. 


3.Çertyoj  üçküncü  vasitəsi  ilə  diametri  verilmiş  çevrənin  5 nöqtəsini  tapın. 

4. Çevrə daxilindəki  nöqtədən  onun  diametrinə  perpendikulyar  düz  xətt  çəkin  (xətkeşlə). 

Sonuncu  məsələnin  həllini  verək. 

Tutaq  ki,  nöqtə  diametr  üzərində  deyil.  A  nöqtəsi  ilə  B  və  C  nöqtələrini 

birləşdirib  çevrə  ilə  kəsişənə  qədər  uzadaq.  Kəsişmə  nöqtələri  M  və  N  olsun 

(şəkil  2).  B  ilə  N-dən,  C  ilə  M-dən  keçən  a  və  b  duz  xətlərini  çəkək (a∩b =K). 

K nöqtəsi  ilə  A nöqtəsini  birləşdirsək, 

C

N

ˆ

=90


0

 olduğundan  [KL]

[BC]. 


İndi  fərz  edək  ki,  A  nöqtəsi  diametr  üzərindədir.  Onda  A  nöqtəsindən  sağda  və 

solda  [AC]

[AK]  ayırıb  [CK]-nın  yarıya  bölunməsi  qaydasından  istıfadə  edib 



[BC] diametrinəperpendikulyar  düz  xətt  çəkə bilərik. 

Aşağıda  verilən  xarakterli  məsələləri  üçbucağın  və  trapesiyanın  orta  xəttinin 

xassəsindən  istifadə  əsasında  həll  etmək  mümkündür. 

Məsələ.  Düz  xəttin  xaricindəki  nöqtədən  həmin  düz  xəttə  paralel  düz  xətt  çəkin 

(xətkeşlə). 



Həlli:    A  nöqtəsi  və  a  düz  xəttinin  ixtiyari  M  nöqtəsindən    (şəkil  3)  keçən 

ixtiyarildüz  xətti  üzərində  parçanın  ikiqat  ayırma  üsulu  ilə  |MA|=|AB|  ayıraq. 

Sonra  B  nöqtəsini  adüz  xəttinin  istənilən  N  (N≠M)  nöqtəsi  ilə  birləşdirib  alınan 

[BN]  parçasının  C  orta  nöqtəsini  parçanın  yarıya  bölünmə  qaydası  ilə  tapaq.  A 

və  C  nöqtələrini  düz  xətt  vasitəsilə  birləşdirsək  [AC],  MBN  üçbucağının  orta 

xətti  olduğundan  bu  parçanı  öz  üzərində  saxlayan  b  düz  xətti  axtarılan  düz  xətt 

olacaqdır. 

Aşağıdakı  məsələlər  paralel  köçürmənin  tətbiqi  ilə  həll  olunur. 

1.  adüz  xətti  xaricindəki  nöqtədən  ona  paralel  düz  xətt  çəkin  (çertyoj  üçküncü 

ilə) 


2. adüz  xətti  xaricindəki  nöqtədən  ona perpendikulyar  endirin  (ikitərəfli  xətkeşlə) 

3.  Düz  xəttin  üzərindəki  nöqtədən  (yaxud  parçanın  uc  nöqtəsindən)    ona  perpendikulyar  qaldırin 

(ikitərəfli  xətkeşlə). 

4. Verilən  parçanı  2, 3, 4, ..., n dəfə  böyüdün  (ikitərəfli  xətkeşlə) 

Axırıncı  məsələnin  həllini  verək. 

[AB]  verilmiş  parça  olsun.  A  və  B  nöqtələrindən  keçən  hər  hansı  n  düz 

xəttini  çəkək  (şəkil  4).  Xətkeşin  tərəflərindən  birini  A-ya,  digərini  isə  B 

nöqtəsinə  yaxınlaşdırıb  a  düz  xəttini  çəkək.  Sonra  xətkeşin  tərəflərinin  

birini  a  düz  xətti  üzərinə  salıb  b  düz  xəttini  çəkək.  b∩n  =C  olsun.  Bu 

zaman  |AB|=|BC|  olar.  Prosesi  bu  qaydailə  davam  etdirməklə  parçanı  3,  4, 

..., n dəfə  böyütmək  mümkündür. 

Bəzi  məsələlərin  həlli  zamanı  mərkəzi  verilən  ixtiyari  radiuslu  çevrədən 

istifadə  edilir.  Bunlara  köməkçi  çevrələr  deyilir.  Aşağıda  nümunələri 

verilmiş  məsələlər  köməkçi  çevrələrin  xassələrinə  istinad  etməklə  həll  oluna  bilir. 

1.Köməkşi  çevrə verilmişdir.  Təklif  olunan  bucağı  iki  dəfə  artırın  (yaxud  kiçildin) 

2. Məlum  fiqurlara  aid  olmayan  nöqtəni  qurun. 

3. Köməkşi  çevrə verilmişdir.  Təklif  olunan  ABC bucağının  tənbölənini  qurun. 

4. Verilmiş  çevrə  daxilinə  kvadrat  çəkin. 

5.  Köməkçi  çevrə  və  α  bucağı  verilmişdir.  Təpəsi  verilmiş  a  düz  xətti  üzərindəki  M  nöqtəsində  və 

bir  tərəfi  adüz  xətti  olmaq  şərti  ilə  α bucağına  bərabər bucaq qurun. 

6. Verilmiş  üçbucağın  daxilinə  düzgün  üçbucaq  və altıbucaqlı  çəkin. 


-

 

79 - 



 

7. Verilmiş  üçbucağın  daxilinə  (xaricinə)  çevrə çəkin. 

8. Verilmiş  A nöqtəsindən  a düz  xəttinə  perpendikulyar  düz  xətt  çəkin. 

Bu  məsələlərin  hamısı  xətkeşlə  həll  olunur. 

Sonuncu  məsələnin  həllini  verək. 

Köməkçi  çevrənin  verilmiş  a  düz  xəttinə  paralel  olan  (şəkil  5)  BC 

diametrini  çəkək.  A  nöqtəsini  B  və  C  nöqtələri  ilə  birləşdirək  və  bu  düz 

xətlərin  çevrə  ilə  ikinci    kəsişmə  nöqtələrini  D  və  E  ilə,  (DC)  və  (BE)  düz 

xətlərinin  kəsişmə  nöqtəsini  F ilə  işarə   

edək  və  (AF)  düz  xəttini  çəkək.[AB]

[FD],  [AE]



[BF]  olduğundan, 

[BN]



[AF]  olar.  Onda (AF)





a olar. 

 

Aşağıdakı  məsələni  paraleloqramın  xassələrinə  əsasən  həll  edək. 



 

Məsələ.  a  düz  xəttinin  xaricindəki  M  nöqtəsindən  ona  paralel  düz  xətt  çəkin  (ikitərəfli 

xətkeşlə). 

 

Həlli:  Xətkeşin  tərəflərindən  birini  M  nöqtəsinə  yaxınlaşdırıb  (xətkeşin 

tərəfi  a  düz  xəttini  kəsməklə)    b  və  c  düz  xətlərini  çəkək  (şəkil  6).  Sonra  xətkeşin 

tərəflərindən  birini  c  düz  xətti  üzərinə  salıb  d  düz  xəttini  çəkək.  a∩b  =N  vəa∩d 

=K  nöqtələrini  birləşdirək.    [MK]∩c=P  nöqtəsi  ilə  N  nöqtəsindən  keçən  düz  xətt 

ilə  d  düz  xəttinin  kəsişmə  nöqtəsi  L  olsun.  L  ilə  M  nöqtəsindən  keçən  l    düz  xətti 

tələb  olunan  düz  xətdir. 

 

ABSTRACT 

O. J. Jafarov 

On the solving experience of construction  problems  with  one ruler 

This  article  deals  with  construction  problems  solved  with  one  ruler  and  with  examples  of 

solutions  of some  of them. 

 

РЕЗЮМЕ 

О. Д. Джафаров 

Опыт решения структурных задач одной линейкой 

В работе рассмотрены  задачи  на  геометрические  построения, решаемых  одной линейкой и 

показаны некоторые образцы их решения. 

 

 

 



 

 

NDU-nun  Elmi  Şurasının  30  may  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 



olunmuşdur  (protokol  № 10) 

         Məqaləni  çapa təqdim  etdi:   Riyaziyyat  üzrə fəlsəfə doktoru, dosent   

M. Namazov 

 

 

 



 

                            

 

 

 

 

 

 

 

-

 

80 - 



 

NAXÇIVAN DÖVLƏT  UNİVERSİT ET İ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 9 (65) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  SC IENTIFIC  WO RKS,  2015,  № 9 (65) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 9 (65) 



 

FATMA  HACIYEVA   

Naxçıvan  Dövlət Universiteti  

UOT:  371.69 

RİYAZİYYAT  TƏLİMİNİN MƏQSƏDLƏRİ HAQQINDA 

 

   



Açar  sözlər:  təlim,  təlimin  məqsədi,  riyaziyyat təlimi metodları, təlim məqsədlərinin təsnifı, 

dərs və onun məqsədi. 

   

Keywords:  teaching,  learning  objective,  methods  of  teaching  mathematics,  the 

classification of learning objectives, lesson and purpose 

   

Ключевые  слова:  обучение,  цель  обучения,  методы  обучения  математике, 

классификация  цели обучения, урок и цель урока 

 

   



Məktəbdə  riyaziyyat  təliminin  məqsəd  və  vəzifələri  -  onun  reallaşdırılması  yollarını  da 

nəzərdə  tutur. 

Bir  elm  kimi  riyaziyyatın  tədrisi  metodikası  üç problemi  həll  etməyə  çalışır: 

Şagirdlərə  riyaziyyatı  nə üçün  öyrətmək  lazımdır? 

Şagirdlərə  riyaziyyatdan  nəyi  öyrətmək  lazımdır? 

Şagirdlərə  riyaziyyatı  necə  öyrətmək  lazımdır? 

Birinci  problem  - riyaziyyat  təliminin  məqsədini  müəyyən  edir. 

İkinci  problem  - riyaziyyat  təliminin  məzmununu  müəyyən  edir. 

Üçüncü  problem  - təlimin  metodları,  təşkili  formaları  və vasitələrini  müəyyən  edir. 

Hər üç problemin  həlli  - bütövlükdə  riyaziyyat  təliminin  reallaşdırılmasını  təmin  edir. 

   

Riyaziyyat  mücərrəd  bir  elm  olmaqla,  təfəkkür  qanunları  əsasında  öyrənilir.  Məktəbdə 



riyaziyyat  təlimi  prosesi  bilavasitə  şagirdin  təfəkkürü  ilə  əlaqədar  olur.  Siniflər  üzrə  riyaziyyat 

təliminin  məqsədləri  müəyyən  edilərkən  şagirdlərin  yaş,  bilik  və  əqli  inkişaf  səviyyələri  nəzərə 

alınır.  Məlumdur  ki,  ibtidai  siniflərdə  riyaziyyat  təliminin  məqsədləri  metodik  ədəbiyyatda 

aşağıdakı  kimi  təsnif  olunur:   

1. Oyrədici  məqsədlər  (proqnostik). 

2.  Dünyagörüşünün  formalaşdırılması  məqsədləri  (riyazi  mədəniyyətin  tərbiyəsi  və  inkişaf 

etdirilməsi). 

3.  Şəxsiyyətyönümlü  məqsədlər  (dar  mənada  tərbiyəedici).  İndi  bu  məqsədlərə  verilən  tələbləri 

nəzərdən  keçirək: 

1.  Öyrədici  məqsədlər  -  konkret,  konstruktiv  olmaqla,  təlim  prosesində  şagirdlərin  iştirakı  ilə 

yoxlanıla  bilməlidir. 

2.  Dünyagörüşünün  formalaşdırılması  məqsədləri  -  tədris  prosesinin  bütün  mərhələlərinə  aid 

olmaqla,  şagirdlərin  mühakiməsində  əsaslandırma  və  dəqiq  məntiqiliyə,  analiz  və  sintezə  istinad 

etməlidir. 

3.  Şəxsiyyətyönümlü  məqsədlər  -  fənnin  məzmunu  və  vasitələri  əsasında  şagird  şəxsiyyətinin 

formalaşmasına  xidmət  etməlidir. 

Riyaziyyat  təlimi  məqsədlərinin  reallaşdırılması  aşağıdakı  mərhələlər  üzrə  aparıla  bilər: 

I mərhələdə  - müəllim  motivasiya  situasiyası  yaradır. 

II mərhələdə-  qoyulmuş  problemin  məzmunu  aşkar edilir,  nəticələr  çıxarılır. 

III mərhələdə  - aşkar edilən  qayda-qanun  çalışmalarda  tətbiq  olunur. 

IV  mərhələdə  -  qazanılan  bilikləri  standart  olmayan  məsələlərdə  və  ya  yeni  situasiyalarda  şagirdlər 

müstəqil  tətbiq  etməyə  çalışırlar. 

Bu  metodiki  yanaşma  ənənəvi  metodikada  Qalperin  Talızina  fəaliyyətinin  formalaşmasına  və 

inkişafına  xidmət  edir. 



-

 

81 - 



 

   


Riyaziyyat  təlimi  məqsədləri  -  ümumdidaktik  xarakter  daşımaqla,  tədris  olunan  fənnin 

spesifık  xüsusiyyətlərini  nəzərə  alır.  Ona  görə  də  təlim  məqsədlərinin  müəyyən  edilməsi, 

qruplaşdırılması  və  təsnif  edilməsi  elmi-metodiki  hazırlıq  tələb  edir.  Deməli,  didaktika  və  fənlərin 

tədrisinin  xüsusi  metodikası  bir-biri  ilə  əlaqəlidir. 

   

Müasir  inkişafetdirici  təlim  şəraitində  riyaziyyat  təliminin  məqsədləri: 



1.Təhsil  məqsədləri  - buraya  nəzəri  və praktik  məsələlər  aiddir. 

2. Tərbiyəvi  məqsədlər. 

3. İnkişafetdirici  məqsədlər  kimi  təsnif  olunur. 

   


Riyaziyyat  təliminin  məqsəd  və  vəzifələri,  məzmunu,  metodları,  fəaliyyət  xətləri,  təlim 

nəticələrinin  qiymətləndirilməsi  məsələləri  təhsil  proqramında  (kurikulumda)  öz əksini  tapmışdır. 

Şagirdlərin  riyazi  hazırlığına  verilən  tələblər  I-IV  siniflərin  riyaziyyat  kursunun  məzmun  xətlərinə 

uyğun  olaraq  müəyyən  edilir.  Riyazi  təhsilin  məqsədləri  və  ona  verilən  tələblər  kurikulumda 

konkret  şəkildə  verilir  və təlimin  məzmununda  reallaşdırılır. 

Mövcud  təhsil  proqramında  ibtidai  təhsil  pilləsində  “Ədədlər  və  əməllər”  məzmun  xətti  üzrə  təlim 

nəticələri  aşağıdakı  kimi  qeyd olunur: 

“Şagird 


   

Milyon  dairəsində  əşyaları  bir-bir  və  ya  qruplarla  saymağı,  onluq  say  sistemində  mərtəbə 

vahidlərinin  qiymətini  müəyyən  etməyi,  ədədləri  oxumağı  və  yazmağı,  mərtəbə  toplananlarının 

cəmi  şəklində  göstərməyi,  ədədin  hissəsini  tapmağı  bacarır"  [s.64]. 

Əslində  “ədədin  hissəsini  tapmağı”  ifadəsi  sonrakı  bölmədə  -  “kəsr  haqqında  ilkin  məlumat  əldə 

edir”  kimi  verilməli  idi.  Birinci  bölmədə  “natural  ədədin  bir  neçə  vuruğun  hasili  şəklində 

göstərməyi  bacarır”  –  ifadəsi  də  olmalıdır.  Çünki  vurma  və  bölmə  cədvəllərinə  dair  biliklər  buna 

imkan  verir. 

   

“Həndəsə”  məzmun  xəttinə  aid  təlim  nəticələri  bir  qədər  geniş  və  dəqiq  verilə  bilərdi  [s.65]. 



Burada  işlədilən  “sadə  həndəsi  fıqurlara”  dairə,  kub  və  s.  aid  edilir.  Əslində  həndəsədə  “ilk 

anlayışlar”  və  onlara  uyğun  fiqurlar  var.  Məsələn,  nöqtə,  düz  xətt.  Sadə  həndəsi  fiqurlara  şüanı,  düz 

xətt  parçasını,  bucağı  aid  etmək  olar.  Qurma  ilə  əlaqədar  müəyyən  xassələri  olan  fiqurlara  “sadə"” 

deməyə  ehtiyac  yoxdur.  Məlumdur  ki,  riyaziyyat  elmi  kəmiyyətlər  və  onların  ölçülməsi  ilə 

bilavasitə  bağlıdır,  ədədlər  üzərində  əməllər  kəmiyyətlərin  qiymətləri  üzərində  əməllər  kimi 

xarakterizə  olunur. 

   

Ona  görə  də  “Ölçmələr”  məzmun  xəttinin  “Kəmiyyətlər  və  onların  ölçülməsi”  kimi 



adlandırılması  daha məqsədəuyğun  olardı. 

   


Təlimin  məqsədi  bilavasitə  onun  məzmunun  mahiyyətini  açmağa  istiqamətlənir.  Bu 

cəhətdən  hər  bir  dərsə  hazırlanan  müəllim  ilk  növbədə  məqsədi  məüyyən  etməyə  çalışır.  Lakin 

təcrübəsiz  müəllimlər  çox  vaxt  dərsin  məqsədini  düzgün  və  konkret  ifadə  etməkdə  çətinlik  çəkirlər. 

Xüsusən  təhsil  məqsədi  –  dərsin  adının  (mövzusunun)  təkrarına  çevrilir.  Məsələn,  “Düzbucaqlı  və 

kvadrat”  adlı  dərsin  məqsədi  “Düzbucaqlı  və  kvadratın  öyrədilməsi”  –  kimi  deyil.  Düzbucaqlı  və 

kvadratın  oxşar  və  fərqli  xassələrinin  öyrədilməsi  kimi  ifadə  olunmalıdır.  Şagirdin  tanış  olacağı  əsas 

anlayış  və ya  elementlər  məqsəddə  qeyd olunmalıdır. 

   


Təcrübəsiz  müəllimlər  çox  vaxt  dərsin  torbiyəedici  və  inkişafetdirici  məqsədlərini  müəyyən 

etməkdə  çətinlik  çəkirlər. 

   

Dərsin  məqsədində  nəzəri  bilik  və  va  praktik  bacarıq  və  vərdişlər  də  öz  əksini  tapmalıdır. 



Məsələn,  “cədvəldənkənar  bölmə”  mövzusunu  öyrədən  dərsin  məqsədində  ədədin  əlverişli 

toplananların  cəmi  şəklində  və  ya  əlverişli  vuruqların  hasili  şəklində  göstərilməsinə  dair  nəzəri 

biliklər  qeyd  olunmalıdır.  Şagirdlərin  müəyyən  tipli  məsələlər  həlli  ilə  tanış  edən  dərsin  məqsədində 

məsələnin  tipi  haqqında  məlumat  olmalıdır. 

   

Deməli,  təcrübəsiz  müəllim  və  ya  tələbə  dərsə  hazırlaşarkən  təlim  məqsədlərini  təhsil, 



tərbiyə  və  inkişafetmə  amillərinə  görə  təsnif  (ayrıd)  etməyi  bacarmalıdır.  Bundan  sonra  dərsin 

məqsədini  və va məqsədlərini  konkret  şəkildə  ifadə  etmək  olar. 

Dərsin  tərbiyəvi  məqsədini  müəyyən  edərkən,  ilk  növbədə  dərsin  məzmunu  ilə  bağlı  olub,   

- dünyagörüşünun  formalaşması; 

- ətraf  aləmə  münasibət; 


-

 

82 - 



 

-  əməyə,  tədris  əməyinə  müsbət  və  şüurlu  münasibət,  ictimai  və  idraki  fəallıq,  politexniki  hazırlığa 

münasibət,  gələcək  peşəyə münasibət  və s. təşkil  edə bilər. 

   


Dərsin  inkişafetdirici  məqsədi  də  onun  mövzusu  və  məzmunu  ilə  bağlı  olmalıdır.  Məsələn, 

riyaziyyat  dərsində  məsələ  həlli  vasitəsilə  təlimi  həyatla  əlaqələndirmək  olar.  Məsələnin  məzmunu 

müəyvən  həyati  obyekti,  situasiyasını,  hadisəni  təsvir  edə  bilər.  Şagird  məsələnin  riyazi  həllini  icra 

etməklə  yanaşı,  yeni  biliklə,  yeni  anlayışla,  müəyyən  tarixi  hadisə  ilə  və  s.  tanış  olur.  Yəni,  əlavə 

bilik  qazanır.  Məsələn,  Kür  çayı  ilə  bağlı  məsələdə  çayın  ümumu  uzunluğu,  hansı  hissəsinin 

Türkiyədə,  hansı  hissəsisnin  Gürcüstanda  və  hansı  hissəsinin  Azərbaycanda  yerləşməsi,  hansı 

rayonunun  ərazisində  Xəzər  dənizinə  tökülməsi  -  bütöv  coğrafi  biliklər  sistemidir.  Məhz  belə 

məsələlər  inkişafetdirici  məsələlər  hesab olunur. 

 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin