Elmi ƏSƏRLƏr fiZİka-riyaziyyat və texniKA


 Riyaziyyatın  tədrisi  metodikasının  metodoloji  əsasları



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix07.04.2017
ölçüsü2,31 Mb.
#13619
1   ...   8   9   10   11   12   13   14   15   16

5.  Riyaziyyatın  tədrisi  metodikasının  metodoloji  əsasları.   

 

Hər  bir  elmin  mahiyyətini,  onun  başlıca  xüsusiyyətini,  onun  əsas  və  fərqləndirici  olan 



əlamətlərini  həmin  elmin  predmeti  və  öyrənmə,  araşdırma  metodları  müəyyənləşdirir.  Buradan 

aydın  olur  ki,  elmlər  biri-birindən  məhz  özünəməxsus  olan  predmetləri  və metodları  ilə  fərqlənirlər.   

 

Riyaziyyatın  tədrisi  metodikası  riyaziyyat  elminin  bu  və  ya  digər  anlayışlarını,  qanun    və 



qanunauyğunluqlarını  və  s.  şagirdlərə  öyrədir.  Elmi  riyaziyyat  da  obyektiv  aləmin  gerçəkliklərini 

öyrənir,  tədqiq  edir  və  s..  Yəni,  riyaziyyatın  metodları  elə  fəlsəfənin  metodlarıdır.  Və  tam  olaraq 

söyləmək  olar  ki,  fəlsəfə  riyaziyyatın,  o  cümlədən  də  riyaziyyatın  tədrisi  metodikasının  metodoloji 

əsasını  təşkil  edir.  Həmçinin  elmi  riyaziyyatın  ayrı-ayrı  sahələri,  pedaqogika,  psixologiya  da  

riyaziyyatın  tədrisi  metodikasının  metodoloji  əsasını  təşkil  edirlər.   

 

Riyaziyyatın  tədrisi  metodikası  bir  çox  elmi  sahələrlə  əlaqədardır  ki,  onlardan  aşağıdakıları 



qeyd etmək  olar:    

dilçiliklə,  fizika  ilə,  biologiya  ilə  və s.. 

 

Metodologiya    --    metodlar  haqqında  təlim  deməkdir.  Buradan  da  aydın  olur  ki,  riyaziyyatın 



tədrisi  prosesində  hansı  elmi  sahələrlə  bağlı  olan  metodlardan  istifadə  olunursa,  deməli  həmin  elmin 

metodları  da (təbiidir  ki, məhz  özlri)  elə riyaziyyatın   

tədrisi  metodikasının  da metodlarıdır.  Başqa sözlə,  həmin  sahələr  elə  riyaziyyatın   

tədrisi  metodikasının  da metodoloji  əsasını  rəşkil  edir.   

 

Aydındır  ki,  metodoloji  əsaslarla  bərabər  RTM  -  in  obyekti  və  subyektindən  də  bəhs  etmək 



lazımdır. 

 

RTM  - in obyekti  olaraq:    ---  məktəb , təlim  prosesi,  proqram  və dərsliklər  və  



s. nəzərdə  tutulur. 

 

RTM  -  in  subyekti  qlaraq:    ---    konkret  olaraq  götürülənlər,  yəni  şagird,  müəllim  və  s. 



nəzərdə  tutulur.   

 

6.  Riyaziyyatın  tədrisi  metodikasının  məqsədi.    

 

Konkret  olaraq  riyazi  təlimin  məqsədi  dedikdə  bunlar  aşağıdakılar  olaraq  nəzərdə  tutulur  ki, 



onların  özləri  də riyazi  təlimin  ümumu  məqsədlərindən  çıxır:   

 

1.  Məktəb  riyaziyyatı  kursunun  əsas  məqsədini  müəyyən  etmək  və  məktəb  riyaziyyatı 



kursunun   məzmununu  aşkar etmək. 

 

2.  Daha  geniş  və  əhatəli  rasional  üsulların  işlənib  hazırlanması,  təlimin  qarşıya  qoyulmuş 



məqsədinə  müvafiq  olan  təlimin  təşkilat  formalarının  əhatəliliyinin    artırılmasına,  genişlənməsinə 

nail  olmaq. 

 

Təlim 


qarşısında  qoyulmuş  ümumi  məqsədə  müvafiq  olaraq  riyaziyyatın  tədrisi 

metodikasının  qarşısında  duran  məqsədlərə  əsas məqsəd  olaraq  aşağıdakılar  daxildir: 

 

1)  Riyazi  təlimin  ümumtəhsil  məqsədi. 



 

2)  Riyazi  təlimin  tərbiyəedici  məqsədi. 

 

3)  Riyazi  təlimin  praktiki  məqsədi. 



 

1)  Riyazi  təlimin  ümumtəhsil  məqsədi.   

 

a)  Şagirdlərə  müəyyən  riyazi   bilik,  bacarıq  və vərdişlər  vermək. 



 

b)    Obyektiv  gerçəkliləri  dərk  etmələri  məqsədi  ilə  çagirdlərə  riyazi  metodlara 

yiyələnmələrində  müəyyən  işlər  görmək,  köməkliklər  göstərmək. 

 

c)  Şagirdlərin  riyaziyyatın  yazılı  və şifahi  dilinə  yiyələnmələrinə  nail  olmaq. 



 

d)    Fəal  təlim  prosesində  tətbiq  etmələri  məqsədi  ilə  şagirdlərin  minimum  riyazi 

keyfiyyətlərə  malik  olmalarına  nail  olmaq. 

 

2)  Riyazi  təlimin  tərbiyəedici  məqsədi.  

 

a)  Şagirdlərdə  fəlsəfi-dialektik  dünyagörüş  tərbiyə  etmək.  Məsələn,  canlı    



seyrdən  mücərrəd  təfəkkürə  və  buradan  da  praktikaya,  obyektiv  reallıqları  dərk  etməyin  dialektik 

yolu  belədir.  Və  yaxud  astranomiya  ilə  bağlı  olan  fərziyyələr  yürüdə  bilmək  və  s.  kimi  qabiliyyət  və 

bacarıqlara  yiyələnmə  xüsusiyyətləri  formalaşdırmaq,  tərbiyə  etmək.    

 

b)   Milli  tərbiyə. 



 

c)   Mənəvi  və estetik  tərbiyə. 



-

 

69 - 



 

 

d)  Təfəkkürün  inkişafınin  tərbiyəsi. 



 

e)    Riyazi  mədəniyyətin  (məsələn,  mükəmməllik,  qrafiklərlə  işləmə  mədəniyyəti  və  bü  kimi 

xüsusiyyətlər)   tərbiyəsi. 

 

3)  Riyazi  təlimin  praktiki  məqsədi.   

 

a)    Qazanılmış    bilikləri  həyati  fəaliyyətdə  fəaliyyət  prosesinə  tətbiq  etmək  və  ya  elmi 



fəaliyyəti  davam  etdirmə  prosesində  tətbiq  etmə  məqsədi. 

 

b) Riyazi  vasitələrlə,  riyazi  aparatura  ilə  işləmə  qabiliyyətləri  formalaşdırmaq  məqsədi. 



 

c)  Müstəqil  olaraq  biliklərə  yiyələnmə  qabiliyyətləri  formalaşdırma  məqsədi. 

 

7.   Riyaziyyatın  tədrisi  metodikasının  predmeti.   

 

Məktəb riyaziyyatı  kursunun  predmetini  əsasən  aşağıdakılar  təşkil  edir: 



 

1.  Məktəb riyaziyyat  təliminin  əsaslandırılmış  məqsədi. 

 

2.  Riyazi  təlimin  məzmununun  elmi  şıkildə  işlənib  hazırlanması. 



 

3. Riyazi  təlim  üsullarının  (metodlarının)  elmi  əsaslara  uyğun  şəkildə  işlənilib  hazırlanması. 

 

4.  Təlim  vasitələrinin  elmi  əsaslara  uyğun  şəkildə  işlənilməsi. 



 

5.  Riyazi  təlimin  elmi  əsaslara  uyğun  təşkili. 

 

Təbiidir  ki,  bu  yuxarıdakılara  uyğun  olaraq,  qeyd  edə  bilərik  ki,  məqsəd,  vasitələr,  təlim 



formaları,  təlimin  məzmunu  və s. bu kimilər  metodiki  sistemin  əsas kompanentlərini  təşkil  edir. 

 

8.  Riyaziyyatın  tədrisi  metodikasının  məzmunu.   

 

M

əktəb  riyaziyyatı  kursunun  məzmunu  təhsilin  məqsədinin  denişlənməsi  ilə  bağlı  olaraq 



zaman-zaman  d

əyişmişdir  ki,  bu  da  yeni-yeni  akrual  və  perspektivli  məsələlərin  riyazi  kursa  daxil 

olunmas

ı  ilə  bağlı olan  məsələdir.  Və  



b

əhs olunan  məsələ  təhsil  standartlarının  dəyişməsi  ilə  xarakterizə  olunur.   

 

Riyaziyyatın  tədrisi  metodikasının  məzmununu  ilə  bağlı  olaraq  söylənilmiş  belə  bir 



müddəanı  qeyd  etmək  yerinə  düşərdi  ki,  "Riyaziyyat  kəmiyyətlər  və  çoxluqlar  üzərində  qurulmuş 

elm  sahəsidir". 

 

Müəyyən  ümumuləşmələr  apardıqdan  sonra belə  bir  ümumiləşmə  aparmaq  olar   



ki, riyaziyyatın  tədrisi  metodikasının   məsmununu  aşağıdakılar  təşkil  edir: 

 

1.  Kəmiyyətlər. 



 

2.  Ədədi sistemlər. 

 

3.  Tənlikər  və bərabərsizliklər. 



 

4.  Eynilik  çevirmələri. 

 

5.  Koordinat   sistemləri.  Fəza təsəvvürləri. 



 

6.  Uyğunluq  və funksiya. 

 

7. Həndəsi  fiqurlar  və  onların  xassələri.  Həndəsi  çevirmələr,  ölçü  və s.. 



 

8.  Vektorlar. 

 

9.  Analizin  başlanğıcı  ilə  bağlı  anlayışlar. 



 

10.  Çoxluqlar  nəzəriyyəsi  və müddəalar  məntiqi  elementləri. 

 

11.    Elektron  hesablama  maşınları,  informasiya  və  kommunikasiya  texnologiyaları  ilə  bağlı 



informasiyalar. 

 

Riyaziyyatın  tədrisi  metodikası  ilə  bağlı  olaraq  bir  daha  qeyd  edək  ki,  ilkin  riyazi  təlimlərlə 



bağlı  məsələlərə  sadə  hesab  əməllərinin  kiçik  yaşlı  uşaqlara  öyrədilməsi  kimi  formada  tarixən    şərq 

ölkələrində  başlanılmışdır.  Hələ  b.e.ə.  V  əsrdə  Qədim  Yunanstanda  dənizçiliyin,  ticarətin  və  eləcə 

də  sənətkarlığın  inkişafı  ilə  bağlı  məsələlər  riyazi  mədəniyyətin  təşkili  və  inkişafına  da  bğyük  təsir 

göstərmişdir.  Elə  bu  baxımdan  da  hələ  kiçik  yaşlardan  başlayaraq  uşaqlara  hesablamalar  (hesab 

əməlləri)  və praktiki  həndəsə  elementlər  öyrədilirdi. 

 

Riyaziyyatın  tədrisi  metodikası  elmi  riyaziyyatdan  fərqli  olaraq,  öyrənilən  məsələlərin 



tətbiqiliyi  ilə  özünəməxsus  xüsusiyyətə  malikdir. 

 

Riyaziyyatın  tədrisi  metodikası   -- pedaqogikanın  bölməsi,  sahəsi  olub,  ayrı- 



ayrı  yaş dövrlərində  riyazi  təlimin  qanun  və qanunauyğunluqlarından  bəhs  edir.  

 

Riyaziyyatın  tədrisi  metodikası  bir  elmi  sahə  kimi  aşağıdakı   məsələlərin   



tadqiqatı  ilə  məşğul  olur: 

 

1. Riyazi  təhsilin  problemləri; 



-

 

70 - 



 

 

2. Riyazi  tələmin  öyrədilməsi  problemləri; 



 

3.Riyazi  mahiyyətə  malik  olan  tərbiyəvi  məsələlərin  formalaşdırılması  problemləri.   

 

Riyaziyyatın  tədrisi  metodikası  öz  xüsusi  mürəkkəbliyi  ilə  fərqlənir.  Riyaziyyatın  tədrisi 



metodikasının  predmetini  riyazi  təlimin  məqsəd  və  məzmunundan,  təlim  metodları,  təlimin  üsul  və 

vasitələri,  formasından  ibarət  olan  riyazi  təlim  təşkil  edir.  Bu  fonda  riyazi  təlimin  üsulları  ilə  bağlı 

olaraq  müəyyən  məsələlərin  verilməsi  ümumiyyətlə,  faənnin  özünün  öyrənilməsinə  güclü  təsir  etmə 

xüsusiyyətinə  malikdir  ki,  bu xüsusda  bəzi  qeydləri  verməyi  məqsədəuyğun  hesab etmək  olar. 

 

Təlim  metodları  müxtəlif  əsaslara görə təsnif oluna  bilər:   

 

Dərketmə fəaliyyətinin  xarakterinə  görə (M.N.Skatkin,  M.İ.Maxmutov,  İ.Y.Larner): 

 

1. izahlı  -təsviri  formada  (nəqletmə,  mühazirə,  söhbət,  nümayişetdirmə  və s.); 



 

2. repreduktiv  formada  (məsələ  həlli,  biliklərin  təkrarlanması  formasında); 

 

3. problemli  formada  ( problemli  məsələlər,  idrakı  məsələlər  və s.); 



 

4. qismən  araşdırıcı--  evristik; 

 

5. tədqiqat  xarakterli.                                                                                                         



 

Fəaliyyət kompanentlərinə  görə (Y.К. Babanski): 

 

1. təşkilati-fəaliyyət   --- təşkil  forması  və təlim-dərketmə  fəaliyyətinin  tətbiqi; 



 

2.  situmullaşdırıcı  ---  situmullaşdırma  metodu  və  təlimin  səmərəliliyinin  özünü  yoxlama 

forması; 

 

3.  yoxlama  forması. 



 

Didaktik  məqsədlərə görə  

 

Yeni  biliklərin  öyrənilməsi  metodları,  biliklərin  möhkəmləndirilməsi  metodu,  yoxlama 



metodu. 

 

Təlim  materialının  şərhi, verilməsi  formalarına  görə: 

 

1. monoloq-informasiya-məlumatlandırıcı  ( nəqletmə,  mühazirə,  izahetmə); 



 

2. dialoq  şəklində  (problemli  şərh,  söhbət, disput). 

 

Təlimin  təşkilat formasınına  görə. 

 

Şagirdlərin  müstəqil  fəallığının  səviyyəsinə görə. 

  

Mənbələrə əsasən biliklərin verimə səviyyəsinə görə  (А.А,Vaqin,  P.V.  

           Qora): 

 

1. sözlü  izahlı:    nəqletmə,  mühazirə,  söhbət,  təlimatlandırma,  diskusiya  və s.; 



 

2. əyani:  demonstrasiya,  illüstrasiya,  sxem,  qrafik,  təlim  materialının  nümayişi; 

 

3. praktiki:   tapşırıqlar,  labarator  işləri,  misallar  və s.. 



 

Şəxsiyyətin nəzərə alınmasına  görə ( şüurlu  yanaşma,  özünüaparma,  hissetmə):   

 

1. Şüurlu  yanaşma,  dərketmə  (nəqletmə,  söhbət,  məlumatı  çatdıra  bilmə,  təsviretmə  və s.); 



 

2. Özünüaparma  (tapşırıqlar,  məşq  və s.); 

 

3. Hissetmə   - situmullaşdırma  (yoxlama,  rəğbətləndirmə,  tərifləmə  və s.). 



 

Qeyd  edək  ki,  təhsilin  yeniləşən  məzmunu  riyaziyyatda  da  yeni-yeni  metodların    ortaya 

çıxmasına  səbəb olur.  Məsələn:  çeviklik,  dinamiklik  və s.. 

 

 Təlim  metodları    --dedikdə  bura  vasitə  və  üsullar,  məlumatın  verilmə  xüsusiyyətləri,  şagird 



fəaliyyətinin  idarə  edilməsi  və yoxlanılması  kimi  masələlər  aiddir. 

 

Öyrənmə  metodları  --  təlim  materialının  mənimsənilmə  formaları,  öyrənmədə  produktiv  və 

reproduktiv  üsullar.   

 

Riyazi  tədqiqatın  (araşdırmaların)  əsas  metodları  :  müşahidə  və  təcrübə,  müqayisə, 

oxşarlıq  və  analogiya,  analiz  və  sintez,  ümumiləşdirmə  və  konkretləşdirmə,    mücərrədləşdirmə, 

xüsusiləşdirmə  və digər  üsullar  nəzərdə  tutulur. 

 

Təlimin 

müasir  üsulları:    ənənəvi  təlim  üsulları  və  əlavə  olaraq  problemli, 

proqramlaşdırılmış,  elektron  hesablama  maşınlarının  tətbiqi  ilə  aparılan  üsullar,  xüsusi  təlim 

üsulları  (riyazi  modellər  və aksiomatik)  kimi  üsullar  nəzərdə  tutulur. 

 

Məlumatlandırıcı-inkişafetdirici  metodlar   iki  sinfə  ayrılır: 

 

1.  Məlumatların  hazır  formada  verilmısi  (mühazirə,  təlim  xarakterli  video  filmlərin 



göstərilməsi,  audio  materialların  dinlənilməsi  vasitəsi  ilə). 

 

2.  Müstəqil  olaraq  biliklərə  yiyələnmə. 



-

 

71 - 



 

 

Repreduktiv  metodlar:  şagirdin  dərsi  danışması,  nümunə  əsasında  tapşırıqların  yerinə 

yetirilməsi,  təlimata  uyğun  olaraq  tapşırıqların  aparılması. 

 

Yaradıcı-repreduktiv  metodlar:    variantlar  üzrə  iş  və s..  

 

Xüsusi təlim  üsulları:   modelləşdirmə  və aksiomatik  üsul.   

 

Təlim-tərbiyə  prosesində  əsas diqqət  şəxsiyyətin  hərtərəfli  və harmonik  inkişafı   



məsələsinə  yönəlmişdir  ki, riyaziyyatın  tədrisi  metodikası  da bu məsələni  əldə  rəhbər tutur. 

 

 



ƏDƏBİYYAT 

 

  1.  Акперов М.С. Философские проблемы математики. Баку.  Элм,1992, 201 с. 

  2.  Александров  А.Д.    Проблемы  науки  и  позиции  учёного.  Учебное  пособие  –

М.:Мысыль,1988,384  с. 

  3.  Алексеев  П.В.,  Панин  А.В.  Теория  познания  и  диалектика:  Учеб.  пособие    для  вузов. — 

М.; Высш.   

       шк.,  1991. --- 383 ст. 

  4. 


Бурбаки  Н.  Алгебра.  Алгебрические  структуры,  линейная  и  полилинейная 

алгебра.М.,1962,с.60. 

  5. Бакирова А.Ю. Методика преподавания математики. Учебное пособие. – Т., 2007. 

  6. Рузавин Г.И.  Концепсия современного естествознания. М., Гарда-рики, 2005, 240 с. 

  7. Кудрявцев Л.Д. Мысли о современной математике и ее изучении.  М., Наука, 1977. 

  8. Современные основы школьного курса  математики:  Пособие для студ. Пед. ин -тов./  

      Н.Я.Виленкин, К.И.Дуничев, Л.А.Калужнин, А.А.Столяр.---  М.; Просвещение, 1980.  240 

ст. 


  9. Философия:  учебник / под. ред. А.Ф.Зотова, В.В.Миронова, А.В.Разина.  – 4-е изд. – М.;          

      Академический  Проект ; Трикста,  2007. – 688 ст. 

  10.    Философия  :  учебник  /  под.  общей  ред.  Л.Н.  Москвичева.  – М.; Изд-во. РАГС, 2003. – 

688 ст. 


 

ABSTRACT 

                                                                                                               M.Hajiyev



   

It  is/are  proved,  that  mathematical  scientific  methods  not  only  is  capable  he  (she,it) 

penetrates  to  your  inside  a  problem{task}  of  other  sciences,  but  also  she{it}  is  capable  he  (she,it) 

speaks (takes part)  the  same  as creative  the factor  of  new problems{tasks}  in  areas understanding. 

 

 

РЕЗЮМЕ 



                                                                                                         М. Гаджиев 

 

Oписывается  характеристические  черты  научного  понимание  через  математики. 



Подтверждается,  что  математические  научные  методы  не  только  способна  вмешивается 

внутреннюю  задачу  других  наук,  но  и  она  способна  вступать  так же, как творящего фактора 

новых задач в областей понимании. 

 

 



NDU-nun  Elmi  Şurasının  30  may  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  № 10) 

         Məqaləni  çapa  təqdim  etdi:  Riyaziyyat  üzrə  fəlsəfə  doktoru,  dosent 

T.Nəcəfov 



 

 

NAXÇIVAN DÖVLƏT  UNİVERSİT ET İ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 9 (65) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  SC IENTIFIC  WO RKS,  2015,  № 9 (65) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 9 (65) 



-

 

72 - 



 

 

                                                                                            BEKTAŞİ  M.H.                                                                                                  

                                                                                           CƏFƏROV  S.A. 

UOT:  371.64    

                                                                                            

FİZİKADAN  ELEKTRON  DƏRSLİK ƏSASINDA “HARMONİK RƏQSİ HƏRƏKƏTDƏ 

ENERJİ ÇEVRİLMƏSİ” MÖVZUSUNUN “SIRALAMA” METODU İLƏ TƏDRİSİ  

METODİKASI 

 

 

Keywords:  Physics, methodology of teaching 

 

Ключевые слова: Физика, методологие обучения 

 

 

Fəal  təlim  metodlarından  biri  olan  “sıralama”  metodunun  təşkili  zamanı  aşağıdakılara  diqqət 

yetirmək  məqsədə  uyğundur  (3, 5): 

-

 



sinifdəki  şagirdlər  təsadüfi  seçim  əsasında  (kublaşdırma,  zər  atma,  rəqəmli  və  ya  problem 

mövzusuna  uyğun  şəkil  sxem  kartlarının  çıxarılışı  və s.) hər  birində  4-5 nəfər  olmaqla  qruplaşdırılır; 

-

 

şagirdlər  arasında  qarşılıqlı  əməkdaşlığa  şəraitin  yaradılması,  qrupdaxili  müzakirələrin 



təşkili  (şagirdlərin  diqqətinə  çatdırılır  ki,  veriləcək  tapşırıqlar  qruplarda  birgə  müzakirə  edilərək 

yerinə  yetirilməli,  lazım  gəldikdə  bir-birinə  yardım  göstərməli  və  ümumi  yekdil  qərar 

çıxarılmalıdır); 

-

 



elektron  dərslik  vasitəsilə  mənimsəmənin  təşkili  (elektron  dərslikdən  müəllimin  tapşırdığı 

tədris  materialı  oxunur,  dinlənilir  və  ya nümayiş  təcrübəsinin  animasiyası  müşahidə  edilir); 

-

 

sinifdə  şagirdlər  üçün  öyrənmə  prosesində  məsuliyyət  daşımalarına  inandıran  şəraitin 



yaradılması; 

-

 



tədris  prosesində  müəllimin  təşkilatçı,  idarəedici  və  istiqamətləndirici  funksiyalar 

daşıması; 

-

 

tədris  probleminin  həllində  əsas  ideya  və  fəaliyyətlərin  yalnız  şagirdlərə  məxsus 



olmasının  vurğulanması; 

-

 



tədris  probleminin  həllində  şagird  fəaliyyəti,  bacarıq  və nailiyyətlərin  dəyərləndirilməsi; 

-

 



şagirdlərə  özünü  tərbiyələndirmə  keyfiyyətinin  aşılanmasının  təşkili; 

-

 



şagirdlərə  bilik  və  ideya  daşıyıcıları  kimi  baxılması  və buna  onların  inandırılması; 

-

 



tədris  prosesində  şagirdlərin  fəal  iştirakının  təşkili; 

-

 



tədris  prosesində  müxtəlif  interaktiv  dərs üsullarından  istifadə  edilməsi; 

Beləliklə,  elektron  dərs  vəsaitlərindən  istifadə  etməklə  innovativ  təlim  yalnız  müəyyən 

şərtləri  yerinə  yetirdikdə  baş verir.  Bu  şərtlər  aşağıdakılardır: 

Müəllim fəal təlimə aşağıdakı fəaliyyət nəticəsində nail ola bilər: 

-

 



şagird  qrupları  elektron  dərsliyi  və  şəbəkə  kompüter  sistemi  (fərdi  kompüter  də  ola  bilər) 

ilə  təchiz  edildikdə; 

-

 

şagirdləri 



öyrənmə 

məsuliyyətinin 

öz 

üzərilərinə 



götürmələrinə 

həvəsləndirdikdə 

(məqsədli  və məntiqli  sorğulama  üsulu  ilə); 

-

 



şagirdləri  aktiv  düşünməyə  cəlb  etdikdə; 

-

 



müxtəlif  öyrənmə  imkanları,  metod  və strategiyalar  təklif  etdikdə; 

-

 



şagirdlərin  ideya  və  fərziyyələrini  dəyərləndirdikdə,  rəğbətləndirdikdə  və  obyektiv 

qiymətləndirdikdə; 

-

 

şagirdlərə  digər  qrupların  fəaliyyətini  dəyərləndirmək  və  obyektiv  qiymətləndirmək  üçün 



şərait  yaratdıqda  (5). 

Şagirdlər fəal təlim nəticəsində lazımi  nəticəyə nail ola bilər: 

-

 



şagird  qrupları  elektron  dərsliyi  və  şəbəkə  kompüter  sistemi  (fərdi  kompüter  də  ola  bilər) 

ilə  təchiz  olunduqda; 

-

 

elektron  dərsliklərindəki  mətni  sərbəst  oxumaq,  nümayiş  təcrübəsinin  animasiyasını 



müşahidə  etmək  və  laboratoriya  işini  fərdi  icra  etmək  şəraitinə  malik  olduqda; 

-

 



qrupdaxili  öyrənmə  prosesində  şəxsən  iştirak  etdikdə; 

-

 

73 - 



 

-

 



görülən  işlər  və  ideyalar  şagirdlərin  özlərinə  mənsub  olduqda; 

-

 



ideyaların  sınaqdan  çıxarılmasına  nail  olduqda; 

-

 



öz təcrübələrini  planlaşdırdıqda  və hazırladıqda; 

-

 



qrupda görülən  işlər  barəsində  sinif  qarşısında  çıxış  etdikdə,  təqdimat  keçirdikdə; 

-

 



öz fəaliyyətlərini  və digər  qrupların  təqdimatlarını  qiymətləndirdikdə; 

-

 



tədris  problemini  irəli  sürdükdə  və onu  həll  etdikdə; 

-

 



qrupdaxili  məqsədli  müzakirələrdə  aktiv  iştirak  etdikdə  və  yoldaşları  ilə  fəal  ünsiyyət 

yaratdıqda; 

-

 

işlərin  yekununa  və  nəticələrinə  aid  öz  fikirlərini  sərbəst  ifadə  etdikdə  və  şəxsi  ideyalarını 



formalaşdırdıqda; 

-

 



digər  qrup  şagirdlər  üçün  suallar  hazırladıqda  (qruplar  bir-birlərinə  suallar  verir,  cavablar 

qutuya  atılır  və daha sonra  müəllim  tərəfindən  oxunur)  (5). 

Sıralama  metodu  aşağıdakı  ardıcıllıqla  icra  edilir  (3): 

Şagirdlər  ixtiyari  seçimlə  qruplaşdırılır.  Qruplar  kompüter  və  fizikadan  elektron  dərsliklə 

(CD-ROM)  təchiz  edilir,  öyrənilən  mövzu  kompüterdə  açılır,  şagirdlər  qrupda  müəllimin  göstərişi 

əsasında  elektron  dərsliyin  uyğun  paraqrafını  diqqətlə  oxuyur,  diktor  mətni  ilə  müşayiət  olunan 

animasiyaları  başa düşənə  qədər müşahidə  edirlər. 

Müəllim  elektron  dərsliklərində  verilən  tədris  materialının  mətnini  qabaqcadan  hissələrə 

bölür  və  onları  qrupların  kompüterlərinə  göndərir.  Şagirdlər  mətn  hissələrini  düzgün  ardıcıllıqla 

sıralayır  və  müəllimə  qaytarır.  Müəllim  sıralamanın  düzgün  variantını  və  qrupların  cavablarını 

şagirdlərin  diqqətinə  çatdırır.  Şagirdlər  həm  öz  fəaliyyətlərini,  həm  də  digər  qrupların  fəaliyyətlərini 

müqayisə  edir  və qiymətləndirirlər. 

Nümunə  olaraq  X  sinif  fizika  kursundan  “Harmonik  rəqsi  hərəkətin  enerjisi”  mövzusunun 

sıralama  metodu  ilə  tədrisini  nəzərdən  keçirək. 



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin