ƏDƏBİYYAT
1.
Ağayev B. A.Cərrahi xəstəliklər , Bakı, 2007. s. 374-394
2.Əliyev Y. Q.,Kurbanov F.S., Suşko A.N.,Panteleyeva B.C., Dobrovolskiy S.R. Öd daşı
xəstəliyinin müalicəsində cərrahi kəsik növünün seçimiə Azərbaycan- Türkiyə Cərrahiyyə və
qastroenterologiya günləri, Bakı, 2014, s.87-88
3. Briskin B.C. Lomidze O. V. Выборы способа операции при остром деструктивном
холецистите Мат. Межрегиональной – практической конференции. Хирургия
деструктивного холецистита. Екатерингбург, 2008, с.19-20
4. Майстренко Н. А. Гепатобилиарная хирургия Санк Петербург 1999. с.113-164
5.Мамедов К. М. Современныйе взглядына улучшение хирургического лечения
осложненных форм острого калкулезного холецистита Здоровье, 2015, № 2 ,s. 95-102
6. Nəsirov M.Y., Əhmədov A. X., Cəfərli D. J. Destruktiv xolesistitli xəstələrdəimmun status
göstəricilərinin öyrənilməsi. Azərbaycan- Türkiyə Cərrahiyə və qastroenterologiya günləri Bakı,
2014. S. 69-70
7. Bove A., Bongarzion G., Serefani F. Metal. Laparoscip chlicystecomy in acute
cholecystilis: predictors of conversion to open cholecystectomy and preliminary rezults // G. Chir,
2004, vol -25, № 3, p. 75-79
8. İsmayılov C.Ə. ‹‹Kəskin kalkulyoz xolesistit ›› Azərbaycan Tibb Jurnalı 1985 № 7. s. 61.
9. ŞCHWARTS Cerrahi nin ilkenleri 2005 s. 1238-1252
10. Галперин Е. И. Дедерер Ю.М. Нестандартные ситуации при операях на печени и
желчных путях. Масква Медицина. 1987. 335 с
113
11. Akhan O, Akinci D, Ozmen MN: Percutaneous cholecystostomy. Eur J Radiol 43:229,
2002
12.Richards C, Edwards J, Culver D, et al: Does uslnga laparoscopic aproach to
cholecystectomy decrease the risk of surgical site infection? Ann Surg 237:358, 2003
13. Strasberg SM: Cholelithisis and acute cholecystitis. Ballieres Clin Gastroenterol
11:643,1997
ABSTRACT
İsmailov C.A.
İsmailov A.C.
Prevalence of gallstone disease and surgical treatment in Nakhchivan Autonomu Republic.
This research covers clinical analysys of 1063 patients which entered with gallstone disease to
the Nakchivan Republic hospital, Nakhchivan Diagnosis and Treatment center and ‹‹ Shafa ››
privte medicl center exposed to the surgical treatment during 2008-2015 years. 886 of patients were
woman and other 177 person were men. Rural populasion were 624 person and city populasion
were 439 person. The age of thy patient vary 7-81 years. Ther is suitable conditions for the
formation of the gallstone disease in our republic. Such as sharply continental climate, fulfill labour
regimes of agricultural works under the scorching sun, sharply disruption of the water-salt
exchange. These all increase probability of the gallstone diseas. Recently gallstone disease increase
progressively among all population in the world. This case manifesting in our Autonomus Republic.
Take into consideration all of these we can cometo this conclusion that gallstone disease asa a
regional pathology prevelance and surgical treatment there is a necessarity carry out scientific
researchs and summarize of prevelance and surgical treatment in our Autonomus Republic.
РЕЗЮМЕ
Исмаилов Дж. А.
Исмаилов А. Дж.
Распространение и хирургическое лечение желчнокаменной болезни в Нахичеванской
Автономной Республике
Исследование охватывающее 2008-2015 г.г. проводилось в Нахичеванской
Республиканской больнице, Нахичеванском Диагностическом центре и в частном
медицинском центре ‹‹ Шефа ›› и охватывает клинический анализ 1063 больных
подвергшихся хирургическому лечению. Из них 886 больных женшины, остальные 177
больных мужчины. 624 больных представители сельской местности, остальные 439 больных
представители городского населения. Возраст больных варировал от 7-81 года.
Способствующими для развития желчекаменной болезни в Нахичеванской АР. факторами
являюшися климатические условия: резкий континентальный климат, проведение
сельскохозяйственных работ под знойными солнечными лучами, способствующие
нарущению
водно-солевого
баланса,
повышают
вереятность
возникновению
желчнокаменной болези. В последние время наблюдается прогрессирующий рост
желчнокаменной болезни в мире. Тоже самое наблюдается в Нахичеванской АР. Учитывая
вышеуказанное можно прийти к выводу,что распространение желчнокаменной болезни и его
хирургическое лечение в аспекте региональной паталогии подлежит дальнейшем
исследованию и изучению путей распространения и методов хирургического лечения.
NDU-nun Elmi Şurasının 26 aprel 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 09)
114
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
MƏTLƏB İBRAHİMOV
Naxçıvan Dövlət Universiteti
UOT:616.007
ANADANGƏLMƏ İNKİŞAF QÜSURLARININ
ƏMƏLƏ GƏLMƏSİNİN SƏBƏBLƏRİ
Məlum olduğu kimi, teratologiyaya görə insan orqanizminin inkişaf etməsi üç:
blastomerin əmələgəlmə, embrional və ya rüşeym və fetal və ya döl mərhələsi ilə keçir. Bu
mərhələlər müəyyən ardıcıllıqla davam edərək hüceyrələr və daxili üzvlər inkişaf edirlər .
Mayalanmış yumurta hüceyrəsində mitoz prosesi çox intensiv davam edərək blastosistə
çevrilir. Embrional inkişafın 3-8 həftə müddətində daxili üzvlər və sistemlər formalaşır. Elə
bu dövrdə rüşeym toksiki maddələrin təsirinə çox həssas reaksiya verir. Anadangəlmə inkişaf
qüsurları da bu dövrdə əmələ gəlir.
Qeyd etmək lazımdır ki, dölün hər bir üzv və sisteminin bətndaxili inkişafı
mərhələsində teratogenlərin kritik təsir etmə dövrü var. Məsələn, ürək qan-damar sistemi,
mərkəzi sinir sistemi, yuxarı və aşağı ətraflar, gözlər, damaq, xarici tənasül üzvləri üçün
teratogenin kritik təsir etmə müddəti hamiləliyin 3-5 həftəsi hesab olunur. elə daxili üzvlərdə
və sistemlərdə anadangəlmə inkişaf qüsurları da hamiləliyin bu dövründə əmələ gəlir.
Hamiləliyin səkkizinci həftəsinə qədər ürəyin qulaqcıqarası, mədəcikarası çəpərinin
inkişaf defekti, aorta və ağ ciyər arteriyasının transpozisiyası, aortanın koarktasiyası, Fallo
triadası, tetradase pentadası kimi bətndaxili inkişaf anomaliyaları baş verərək formalaşmış
olur.
Anadangəlmə inkişaf qüsuru əmələ gələndə bir halda döl hamiləliyin axırına qədər
qalmayaraq düşük baş verir. digər halda əgər uşaq doğularsa da, daxili üzvlər normal fəaliyyət
göstərə bilmədiyi üçün yeni diri doğulmuş uşaq yaşamaq qabiliyyətinə malik olmur. Onlar
çox vaxt neonatal dövrdə ölürlər.
2000-2009-cu illərdə bizim müşahidə etdiyimiz 184 anadangəlmə inkişaf qüsurlu
uşaqların 25 (13,6%) ölü doğulmuşdur. 159 (86,4%) anadangəlmə inkişaf qüsurları ilə diri
doğulmuş uşaqların 48 (30,2%) erkən neonatal dövrdə, yəni doğulanın 4-6 sutkasında, 11-i
(6,9%) gec neonatal dövrdə, yəni doğulanın 7-17 sutkasında ölmüşdür. Biz hesablamaları 159
anadangəlmə inkişaf qüsurları ilə diri yeni doğulmuşlardan aparmışıq.
Cədvəl 1
Naxçıvan MR-də Anadangəlmə inkişaf qüsurları ilə
diri doğulmuşların ölümü (n=159)
Qüsurulu diri
yeni doğulmuş
Erkən neonatal ölüm
4-6 sut
Gec neonatal ölüm
7-27 sut
Şərur
37
11 (29,7%)
3 (8,1%)
Şahbuz
36
11 (30,6%)
3 (8,3%)
Ordubad
44
14 (31,8%)
3 (6,8%)
Naxçıvan şəh.
42
12 (28,6%)
2 (4,8%)
Cəmi
Naxçıvan MR
159
48 (30,2±3,6%)
11 (6,9±2,0%)
115
Muxtar respublikanın əraziləri üzrə təhlil etdikdə cədvəl 4.1-dən göründüyü kimi,
məlum oldu ki, subregionların hamısında anadangəlmə inkişaf qüsuru ilə doğulan uşaqların
miqdar göstəriciləri təxminən eynidir. Bizim müşahidə etdiklərimiz başqa ölkə alimlərinin
məlumatı ilə uzlaşır.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabat məruzəsində ana və uşaq
sağlamlığına xüsusi diqqət yetirilərək göstərilir ki, hər il bütün dünyada ölən 10,6 mln. uşağın
40%-nin ölümü doğulanın birinci ayında baş verir. Özü də ölümün əs as səbəbini
anadangəlmə inkişaf qüsurları təşkil edir. Zanq J., Cai W.W. müaynələrinin nəticələri göstərir
ki, 1000 diri doğulmuşlardan 14,96 ölüm hadisəsi prenatal dövrdə, 5,97 ölüm antenatal, 2,06
intranatal və 6,94 ölüm hadisəsi erkən perinatal yaşda baş vermişdir. S.A.Buxlovanın
məlumatına görə, perinatal yaşda uşaq ölümünün 17,09% anadangəlmə inkişaf qüsuru ilə
doğulmuş uşaqlar təşkil edir. İvanovskaya T.Y. hesab edir ki, anadangəlmə inkişaf qüsurları
bir yaşa qədər uşaq ölümü səbəblərindən ikinci yerdədir. Perinatal dövrdə isə ölümün 21,8%-
nin səbəbini anadangəlmə inkişaf anomaliyaları təşkil edir. Çində perinatal dövrdə ölüm 1000
diri doğulmuşa 22,85 hadisə müşahidə ediblər. Özü də anadangəlmə inkişaf qüsurları
şəhərlərdə kənd yerlərinə nisbətən daha çox təsadüf olunur (Dai L., G.X.Zhu, L.Miao,
Y.P.Wanq, Y.X.Wu, M.Miao, 2004).
Beləliklə, anadangəlmə inkişaf qüsurları perinatal dövrdə uşaq ölümünün əsas
səbəblərindəndir. Ona görə qeyd etmək lazımdır ki, ümumiyyətlə uşaqlar, xüsusi ilə yeni
doğulmuşlar arasında ölümü azaltmaq məqsədi ilə anadangəlmə inkişaf qüsurlarını əmələ
gətirən səbəbləri, risk faktorlarını və onların təsirini hər bir ölkədə aydınlaşdırmaq həyatın
tələbatıdır.
Yeni doğulmuşların ölümünün qarşısını almaq üçün kompleks profilaktik tədbirlər
əsasən hələ uşaq doğulmamışdan çox əvvəl və doğulanın ilk vaxtlarından həyata
keçirilməlidir.
Əvvəlki başlıqlarda göstərildiyi kimi, ümumiyyətlə döldə anadangəlmə qüsurun inkişaf
etməsində bir sıra səbəblər rol oynayır. Buraya ananın yaşadığı ərazinin geo-ekoloji durumu,
xarici şəraitin çirklənmə dərəcəsi, qadının hamiləlikdən əvvəl və hamiləlik dövründə qəbul
etdiyi dərman maddələri, qadının keçirdiyi infeksion xəstəliklər, ata, ananın zərərli adətləri,
sosial ekonomik vəziyyət və s. aiddir.
Bunları nəzərə alaraq müayinə etdiyimiz yeni doğulmuş uşaqları iki qrupa bölərək
təhlillər aparmışıq (cədvəl 2).
Birinci – əsas qrup 158 anadangəlmə inkişaf qüsurlu uşaqlardan ibarət idi. İkinci –
müqayisə (kontrol) qrupunu 318 şərti sağlam, lakin anadangəlmə qüsurla yeni doğulmuşlarla
bir gündə həyata gəlmiş uşaqlar təşkil edirdi.
Bir sıra ədəbiyyat məlumatlarında göstərilir ki, uşağın anadangəlmə inkişaf qüsuru ilə
həyata gəlməsində qadının yaşının müəyyən təsiri var (Şəmsəddinskaya N.M.. Bağırova S.K.)
[20].
Cədvəl 2
Müayinə olunan yenidoğulmuşların qrupları
Q r u r l a r
Anadangəlmə inkişaf qüsurları ilə
doğulanlar (əsas qrup)
Şərti sağlam doğulanlar
(müqayisə-kontrol qrup)
Uşaqların
sayı
159
318
Bizim müşahidə etdiyimiz anaların anketləşməsində onların yaş xüsusiyyətlərini təhlil
etdikdə məlum oldu ki (cədvəl 4.3), əsas qrupdan olan anadan 41 qadın, yəni 25,8±3,5%,
müqayisə qrupundan olan analardan isə 58 qadın (18,2±2,2%) 20-24 yaş radələrində idi, 25-
29 yaşlı analar əsas qrupda 46 nəfər (28,9±3,6%) olmuşdu. Müqayisə qrupunda 121 ana bu
116
yaşda olaraq 38,1±2,7% (χ
2
=20,8; p<0,001) təşkil edirdi. 30-35 yaşlı analar əsas qrupda 42
nəfər olaraq, 26,4±3,5% təsadüf olunduğu halda, müqayisə qrupunda 56 nəfər olaraq
17,6±2,1% təşkil edirdi.
Müayinə qruplarında 40-dan yuxarı yaşı olan analar və atalar da var idi. Əsas qrupda
40-44 yaşlı analar 5,0±1,7% (8 qadın) təşkil edirdi. Müqayisə qrupunda isə bu yaşlı analar iki
dəfə az olaraq 2,2±0,8% təsadüf olundu. 40-44 yaşlı atalar əsas qrupda 17 nəfər (10,7±2,5%)
rast gəldiyi halda, müqayisə qrupunda cəmi 5,0±1,2% (16 nəfər) idi. Əsas qrupdan olan
ataların 1,3±0,9% 40-45 yaşlılar idi. 45-49 yaşında olan atalara əsas qrupda iki nəfərə rast
gəlinərək 1,3±0,9% təşkil edirdi. Kontrol qrupda bu yaşlı atalara heç rast gəlinmədi.
Bu məlumatlar göstərir ki, uşağın anadangəlmə inkişaf qüsuru ilə həyata gəlməsində
ana və atanın yaşının çox olmasının müəyyən rolu var. Belə fikrə C.J.Haines, M.S.Rojers,
D.H.Leunq də gəliblər. Onlar göstərirlər ki, ananın yaşı ilə uşaqda anadangəlmə inki şaf
qüsurunun əmələ gəlməsində birbaşa asılılıq var. Məmmədova L.C. Bakı şəhərində
anadangəlmə inkişaf qüsurlarının əmələgəlmə səbəblərini tədqiq edərkən aydınlaşdırıb ki,
ananın yaşının 35-dən yuxarı, atanın yaşının 40-dan artıq olması uşaqda anadangəlmə inkişaf
qüsurlarının əmələ gəlməsində risk faktorudur, özü də ana xətti anadangəlmə inkişaf
anomaliyasının əmələ gəlməsində daha aktiv rol oynayır.
Cədvəl 3
Valideynlərin yaşı və fəaliyyəti
Vali-
deynlər
Risk faktorları
Müayinə olunmuş uşaqların qrup
χ
2
, p
Əsas qrup
(n=159)
Müqayisə qrupu
(n=318)
Ana
Yaş, illərlə
15-19
11
6,9±2,0%
56
17,6±1,1%
χ
2
=20,8
p<0,001
20-24
41
25,8±3,5%
58
18,2±2,1%
25-29
46
28,9±3,6%
121
38,1±2,7%
30-35
42
26,4±3,5%
56
17,6±2,1%
36-39
11
6,9±2,0%
20
6,3±1,4%
40-44
8
5,0±1,7%
7
2,2±0,8%
İşi
İşləyir
80
50,3±4,0%
238
74,8±2,4%
χ
2
=28,7
p<0,001
İşləmir
79
49,7±4,0%
80
25,2±2,4%
Kimyəvi
maddələrlə (boya,
lak, kleylə) əlaqəsi
Var
6
3,8±1,5%
4
1,3±0,6%
χ
2
=3,27
p>0,05
Yoxdur
153
96,2±1,5%
314
98,7±0,6%
Ata
Yaş, illərlə
15-19
2
1,3±0,9%
7
2,2±0,8%
χ
2
=28,6
p<0,001
20-24
22
14,1±2,8%
41
12,9±1,9%
25-29
43
27,0±3,5%
49
15,4±2,0%
117
30-35
58
36,5±3,8%
127
39,9±2,7%
36-39
15
9,4±2,3%
78
24,5±2,4%
40-44
17
10,7±2,5%
16
5,0±1,2%
45-49
2
1,3±0,9%
0
İşi
İşləyir
113
71,1±3,6%
133
41,8±2,8%
χ
2
=36,3
p<0,001
İşləmir
46
28,9±3,6%
185
58,2±2,8%
Kimyəvi
maddələrlə (boya,
lak, kleylə) əlaqəsi
Var
12
7,5±2,1%
3
0,9±0,5%
χ
2
=13,1
p<0,001
Yoxdur
147
92,5±2,1%
315
99,1±0,5%
Birləşmiş Millətlər Təşkilatının 2000-ci ildəki hesabatında göstərilir ki, 100.000 diri
yeni doğulmuş uşaqlarda kəllə-üz anomaliyaları 4,8% təşkil edirdi. Onların əksəriyyəti (4,2%)
18 yaşa qədər olan analarda müşahidə olunmuşdur. Bu qadınlarda eləcə də mərkəzi sinir
sisteminin (9,8%), gözün (76,8%), qulağın (50%), burunun (69,5%) anadangəlmə inkişaf
qüsurları, dovşandodaqlığın (41,5%) çox rast gəlməsi də hesabatda göstərilir.
Anadangəlmə inkişaf qüsurlarının Ərəb Hesabat və Nəzarət Mərkəzində aparılan
tədqiqatlar zamanı müəyyənləşib ki, hər 1000 əhalidə 20 yaşına qədər olan qadınların da
uşaqlarında anadangəlmə inkişaf qüsurlarının rast gəlməsi 6,9 hadisə təşkil edir. Bu yaşda
olan qadınlardan doğulan uşaqlardan 39,2% mərkəzi sinir sisteminin, 22,3% ürək qan -damar
sisteminin, 13,1% həzm sistemi üzvlərinin qüsurlarına rast gəliblər (M.Carla, A.Alan, 2000).
Türkiyə və ABŞ alimləri anadangəlmə inkişaf qüsuru ilə uşaq həyata gətirən qadınlarda
təsiredici risk amillərini öyrənərkən onlar müşahidə ediblər ki, uşağın anadangəlmə qüsur ilə
doğulması bilavasitə ananın yaşı və yaşadığı mühit şəraitinin təsiri ilə əlaqədardır
(M.Vrijheid, H.Dolk, 2000).
Anadangəlmə inkişaf qüsurlarının inkişafında valideynlərin yaşı, xüsusən ananın
yaşının yuxarı olmasının etioloji rolunu təsdiq edən çoxlu miqdarda dəqiq faktlar əldə
edilmişdir. Lakin ananın yaşının risk amili hesab edilməsi haqqında ədəbiyyat məlumatları
azdır. Bizim aldığımız məlumatlar göstərir ki, atanın yaşının 40-dan, xüsusilə 45-dən yuxarı
olması da risk faktoru hesab oluna bilər. Bu onu göstərir ki, bu haqda daha ətraflı xüsusi
tədqiqatların aparılması tələb olunur.
Bizim müayinə etdiyimiz həm əsas qrupdan, həm də müqayisə qrupundan olan anaların
əksəriyyəti işləmirdi: 96,2±1,5% və 98,7±0,6% müvafiq olaraq (χ
2
=3,27; P>0,05). Əsas
qrupdan olan anaların 6 nəfəri (3,8±1,5%) bərbər işlədiyi üçün saç boyaları, lakları ilə həm
hamiləlikdən əvvəl, həm də hamiləlik vaxtı təmasda olmuşdular.
Analardan fərqli olaraq əsas qrupdan olan ataların əksəriyyəti 113, yəni 71,1±3,6%
işləyirdi (χ
2
=3,27; p<0,001). Onların da 7,5±2,1% (χ
2
=13,1; p<0,001) boyalar. Laklar,
yapışqanlarla işləyirdi.
Əsas qrupda orta təhsilli atalar 71,2%, təhsilsiz 0,5%, ibtidai təhsilli 2,1%, xüsusi orta
təhsilli 11%, ali təhsilli 15,2% idi. Hər iki qrupdan olan ataların yaş həddi bütün ərazilərdə
eyni idi.
Müqayisə qrupundan fərqli olaraq əsas qrupdan olan ataların özündə və qohumlarında
anadangəlmə inkişaf qüsuru ilə doğulan uşaqlar olub (P>0,05).
Hər iki qrupdan müayinə olunan qadınların əvvəlki hamiləliklərinin nəticəsi cədvəl
4.4-də göstərilmişdir. Qadınların anamnestik məlumatlarını təhlil etdikdə aydınlaşdı ki, əsas
qrupdan olan 159 qadından 57 nəfərində, yəni 35,8±3,8%-də birinci hamiləlik patoloji olaraq
118
anadangəlmə inkişaf qüsuru ilə uşaq doğulub. Müqayisə qrupunda isə 318 qadından cəmi 3 2-
nin anamnezində, yəni 10,1±1,7% (χ
2
=46,4; p<0,001) birinci hamiləlik patoloji olub.
Cədvəl 4
Əvvəlki hamiləliklərin nəticələri
Nəticə
Əsas qrup
(n=159)
Müqayisə qrupu
(n=318)
χ
2
; P
Birinci hamiləlik
57
35,8±3,8%
32
10,1±1,7%
χ
2
= 46,4
p< 0,001
Abort
6
3,8±1,5%
11
3,5±1,0%
χ
2
= 0,03
p>0,05
Vaxtından əvvəl doğuş
33
20,8±3,2%
6
1,9±0,8%
χ
2
= 50,3
p< 0,001
Dölün boyunun uzanmasının
ləngiməsi
1
0,6±0,6%
0
–
Vaxtında doğuş
52
32,7±3,7%
244
76,7±2,4%
χ
2
= 87,3
p< 0,001
Hamiləliyin son vaxtlarında
süni pozulması
10
6,3±1,9%
25
7,9±1,5%
χ
2
= 0,39
p>0,05
Anadangəlmə inkişaf qüsuru ilə
uşaq doğulubmu?
Bəli
Xeyr
6 (3,8±1,5%)
153 (96,2±1,5%)
6 (1,9±0,8%)
312 (98,1±0,8%)
χ2 = 1,54
p>0,05
Atanın və qohumlarında AİQ-lə
uşaq doğulubmu?
Bəli
Xeyr
3 (1,8±1,1%)
156 (98,1±1,1%)
0
318 (100%)
χ2 =3,40
p>0,05
Cədvəl 4.4-dən göründüyü kimi, əsas qrupdan olan 33 qadının anamnezində dürüst
olaraq uşaq vaxtından əvvəl yarımçıq doğularaq 20,8±3,2% (χ
2
=50,3; p<0,001) təşkil etmişdi.
Müqayisə qrupunda isə cəmi 6 uşaq vaxtından əvvəl doğularaq 1,9±0,8% təşkil etmişdi.
Müqayisə qrupunda əsas qrupdan fərqlənərək qadınların əksəriyyətində (244) əvvəlki
hamiləliklər vaxtında doğuşla başa çataraq 76,7±2,4% (χ
2
=87,3; p<0,001) olmuşdur. Əsas
qrupun qadınlarının anamnezində cəmi 52 nəfərində hamiləlik vaxtında doğuş ilə
tamamlanmışdı.
Bir sıra müəlliflərin fikrinə görə, ilk plansız hamiləlik də risk amili kimi qəbul edilə
bilər. Burada hamiləlikönü dövrdə ər-arvadın, xüsusən də qadının virus infeksiyalara qarşı
müayinəyə cəlb olunması nəzərdə tutulur.
Dölün normal inkişaf etməsində və gələcək uşağın sağlam həyata gəlməsi üçün ananın
həyat şəraiti, valideynlərin yaş həddi, xarici mühit şərait durumu, ailənin sosial -ekonomik
vəziyyəti ilə bərabər ananın əhval-ruhiyyəsinin, qadının hamilə olmaq arzusunda olmasının,
hamiləliyin anaya və ailəyə münasib vaxt üçün planlaşdırılmasının, hamiləliyin gediş
xüsusiyyətlərinin böyük rolu var. Cədvəl 5-də əsas qrupda və müqayisə olunan qrupdan olan
qadınlarda hazırki hamiləlik və onun gediş xüsusiyyətləri göstərilir.
119
Cədvəl 5
Hazırki hamiləlik və onun gediş xüsusiyyətləri
Nəticə
Əsas qrup (n=159)
Müqayisə qrupu
(n=318)
χ
2
; P
Planlaşdırılmış, arzu olunan
hamiləlik
60 (37,7±3,8%)
242 (76,1±2,4%)
χ
2
= 67,1
p< 0,001
Planlaşdırılmış, lakin arzu
olunmayan hamiləlik
2 (1,3±0,9%)
-
-
Planlaşdırılmamış, lakin arzu
olunan hamiləlik
84 (52,8±4,0%)
76 (23,9±2,4%)
χ
2
= 39,8
p< 0,001
Planlaşdırılmamış və arzu
olunmayan hamiləlik
13 (8,2±2,2%)
-
-
Hamiləliyin
gedişi
Gec toksikoz
23 (14,5±2,8%)
51 (16,0±2,1%)
χ
2
= 0,20
p> 0,05
Düşüyə təhlükə
39 (24,5±3,4%)
20 (6,3±1,4%)
χ
2
= 32,5
p< 0,001
Cədvəl 4.5-dən göründüyü kimi, müqayisə olan qrupdan olan qadınların 242, yəni
76,1±2,4% (χ
2
= 67,1; p<0,001) hazırki hamiləliyi həm arzu etmişdilər, həm də
planlaşdırmışdılar. Əsas qrupdan isə 159 hamilədən cəmi 60 qadın, yəni 37,7±3,8% hamiləliyi
arzu edərək planlaşdırmışdılar. Bu qrupdan olan qadınların 84, yəni 52,8±4,0% (χ
2
=39,8;
p<0,001) hamiləliyi arzu etsələr də, planlaşdırmamışdılar. Müqayisə qrupundan olan 76 qadın
isə, yəni 23,9±2,4% hamiləliyi arzu etsələr də, planına salmamışdılar. Əsas qrupdan olan
qadınların 13, yəni 8,2±2,2% anadangəlmə inkişaf anomaliyaları ilə uşaq doğanların hamısı
əvvəldən hamiləliyi nə planlaşdırmışdılar, nə də arzu etməmişdilər. Kontrol qrupdan olan
qadınların heç biri belə vəziyyətdə olmamışdı.
Hamiləliyin gediş xüsusiyyətini təhlil etdikdə cədvəl 4.5-dən göründüyü kimi, məlum
oldu ki, əsas qrupdan olan qadınların 23-də (14,5±2,8%), müqayisə qrupunda isə 51-də
(16,0±2,1%; χ
2
=0,20; p>0,05) gec toksikoz müşahidə olunmuşdu. Düşüyə təhlükə də isə
qrupda 39 (24,5±3,4%; χ
2
=32,5; p<0,001) qadında olduğu halda, müqayisə qrupunda cəmi
6,3±1,4%, yəni 20 hamilə qadında müşahidə olunmuşdur.
Beləliklə, əldə etdiyimiz məlumatlar əyani şəkildə sübut edir ki, planlaşdırılmamış,
arzu olunmayan hamiləlik, xüsusi ilə birinci hamiləlik, hamiləliyin patoloji gedişi döldə və
nəticədə gələcək yeni doğulmuş uşaqda bu və ya digər anadangəlmə qüsurun inkişaf
etməsində risk amilləri sırasındadır. Eyni zamanda qeyd etmək lazımdır ki, bir sıra hamilə
qadınlarda gec toksikozun olması düşük təhlükəsi olduğu üçün 26,5±3,4% hamilə qadına
müalicə aparılmışdır (χ
2
=32,5; p<0,001). Bu inkişaf qüsuru olan dölün yarımçıq doğulmasına
böyük ehtimal olduğunu göstərir.
Hamiləliyin arzu olunması, onun düzgün planlaşdırılması, hamilə qadınların
məsləhətxanalara, mamalıq mərkəzlərinə və ya elmi-tədqiqat institutuna erkən mərhələdə
müraciət etməsi, müasir və effektiv diaqnostik testlərdən istifadə edilməsi ilə anada və döldə
ağırlaşmaların proqnozlaşdırılmasına, profilaktik və müalicə tədbirlərinin vaxtında
aparılmasına imkan yaradaraq uşağın yaşamaq qabiliyyəti ilə doğulmasına zəmin yaradır.
Son illərin ədəbiyyat xülasəsində öz əksini tapan tədqiqatlarına görə dölün
anadangəlmə inkişaf qüsurlarının formalaşmasında aparıcı yerlərdən biri ananın xəstəliklərinə
məxsusdur. Ananın sağlamlıq durumunun, hamiləlikdən əvvəl və hamiləlik dövründə
keçirdiyi xəstəliklərin dölün inkişafına, ümumiyyətlə onun orqanizminin və üzvlərinin
formalaşması mərhələsində mənfi təsirini və uşağın anadangəlmə inkişaf qüsuru ilə
doğulmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə əsas və kontrol (müqayisə) qrupunu təşkil
edən analar arasında tədqiqatlar aparmışıq, nəticəsi isə cədvəl 6-da göstərilmişdir.
120
Cədvəl 6
Hamiləlik dövründə qadının xəstəlikləri
Xəstəliklər
Əsas qrup
(n=159)
Müqayisə qrupu
(n=318)
χ
2
; P
Qrip
100
62,9±3,8%
94
29,6±2,6%
χ
2
= 48,8
p< 0,001
Xroniki pielonefritin
kəskinləşməsi
36
22,6±3,3%
32
10,1±1,7%
χ
2
= 13,7
p< 0,001
Sifilis
3
1,9±1,1%
-
-
Epilepsiya
1
0,6±0,6%
-
-
Şəkərli diabet
1
0,6±0,6%
-
-
Arterial hipertenziya
3
1,9±1,1%
3
0,9±0,5%
χ
2
= 0,19
p>0,05
Toksiki zob
3
1,9±1,1%
-
-
Ürək-damar patologiyası
4
2,5±1,2%
4
1,3±0,6
χ
2
= 1,02
p>0,05
Brusellyoz
1
0,6±0,6%
-
-
Xroniki hepatit və xolesistit
3
1,9±1,1%
2
0,6±0,4%
χ
2
= 0,63
p>0,05
Sağlam
4
2,5±1,2%
183
57,5±2,8%
χ
2
= 134,7
p< 0,001
Hamiləlikdən əvvəl və hamiləlik vaxtı ananın keçirdiyi xəstəlikləri təhlil etdikdə
maraqlı məlumatlar nəzərə çarpdı. Belə ki, əsas qrupun analarından 100 nəfəri, yəni
62,9±3,8% (χ
2
=48,8; p<0,001) hamiləlik vaxtı qrip və ya qripə bənzər patologiya ilə, xüsusi
ilə hamiləliyin ilk aylarında, xəstələnməsi diqqəti cəlb etdi.
Müqayisə qrupundan olan hamilə qadınlar, yəni anadangəlmə inkişaf qüsursuz sağlam
uşaq doğan analar arasında hamiləlik dövründə göstərilən xəstəliklər az təsadüf olunaraq
29,6±2,6% təşkil etmişdi. Anadangəlmə inkişaf qüsuru ilə həyata uşaq gətirmiş analardan 36-
da, yəni 22,6±3,3% (χ
2
=13,7; p<0,001) xroniki pielonefrit olub, hamiləlik vaxtı isə onun
kəskinləşməsi müşahidə olunmuşdu. Müqayisə qrupundan olan qadınların isə cəmi
10,1±1,7%-də (χ
2
=13,7; p<0,001) hamiləlik dövründə xroniki pielonefritin kəskinləşməsi
təsadüf olunmuşdur. Əsas qrupun analarında hamiləlik vaxtı arterial hipertenziya (1,9±1,1%;
χ
2
=0,19; p<0,001), toksiki zob (1,9±1,1%), xroniki hepatit və xolesistit (1,9±1,1%) ilə xəstə
olduqları üçün elə hamiləliyin əvvəl vaxtlarından başlayaraq müxtəlif dərman maddələrindən
istifadə edərək bütün hamiləlik dövründə ardıcıl olaraq müalicə alıblar.
Cədvəl 6-dan göründüyü kimi, əsas qrupdan olan, hamiləliyi uşağında anadangəlmə
inkişaf qüsurları ilə nəticələnən 159 qadından ancaq 2,5±1,2% sağlam idilər. Kontrol qrupda
isə sağlam qadınlar 57,5±2,8% (χ
2
=134,7; p<0,001) təşkil edirdilər.
İlbəil yeni doğulmuş uşaq ölümünün artması, patoloji hamiləliklərin və doğuşların
çoxalması, yeni doğulmuş uşaqlarda anadangəlmə inkişaf qüsurlarının rastgəlmə tezliyinin
artması ilə bərabər bir sıra qadınlarda reproduktiv sistemin infeksion virus xəstəlikləri ilə
infeksiyalaşması baş verir. Məmmədova L.C. göstərir ki, elə qadın olur ki, onda bir neçə
genital infeksiya müşahidə olunur.
Bizim cədvəl 7-də analarda göstərdiyimiz patoloji proseslərlə yanaşı qüsurlu uşaq
121
doğmuş on beş qadının anamnezində laborator üsulla müəyyənləşmiş toksoplazmoz, herpes,
xlamidioz, sitomeqalovirus və s. genital virus ifeksiyası olmuşdur. Ədəbiyyat
göstəricilərindən məlumdur ki, sitomeqalovirus bütün hamiləlik dövrü dölə mənfi təsir
göstərir. Bu qadınların on nəfəri hamiləliyə qədər mama həkimlərinin kurslarla təyin etdikləri
spesifik müalicə almışdılar. Beş qadında isə spesifik müalicə artıq başlanmış hamiləlik
dövründə davam etdirilmişdir. Deməli, bizim müşahidə etdiklərimizdən elə qadın olub ki. o,
hamiləlik başlayanda həm genital virus infeksiyasından, həm də hər hansı ümumi patoloji
prosesdən əziyyət çəkirmiş. Nəticədə isə anadangəlmə inkişaf qüsuru ilə uşaq doğulub.
Beləliklə, anamnez məlumatları və müşahidələrin nəticələri göstərir ki, qadının
hamiləlikdən əvvəl və hamiləlik dövründə, xüsusi ilə hamiləliyin ilk vaxtlarında, yəni dölün
üzvlərinin formalaşması mərhələsində ananın keçirdiyi xəstəliklər uşağın anadangəlmə inki şaf
qüsuru ilə doğulmasında risk faktorlardan biridir.
Bizim müşahidə etdiklərimiz Q.H.Wanq-ın apardığı statistik məlumatlarla uzlaşır.
Başqa Çin tədqiqatçıları S.Wanq, Li S., Y.Zhoa hesab edirlər ki, səkkiz təhlükəli amillər
sırasında döl üçün ən təhlükəlisi ananın sağlamlıq durumunun qeyri-kafi olması və
hamiləliyin dövrlərində onun orqanizminin müxtəlif patoloji proseslərə məruz qalmasıdır.
Nəzərdən qaçırmamalıyıq ki, respublikamızın bir sıra subregionlarında: Lerik, Masallı,
Siyəzən, Lənkəran, Astara, Zaqatala və s. beta-talassemiya, qlükoza-6-fosfodehidrogenaza
fermentinin çatmamazlığı, anadangəlmə katarakta, bud çıxıqları və başqa irsi xəstəliklər
üstünlük təşkil edir. Bundan başqa, heç də az mühüm olmayan digər bir sıra risk amili
valideynlərin və onların yaxın qohumlarının amanezində anadangəlmə inkişaf qüsuru ilə
uşağın doğulmasıdır.
Hamilə qadın xəstəliyə düçar olarkən bu və ya digər dərman maddələrndən istifadə
etmək məcburiyyətində olur. Özü də müalicə birdəfəlik deyil, ardıcıl olaraq dörd və daha çox
kurslarla kimyəvi dərman maddələrindən istifadə etməklə terapiya aparılır. Belə situasiyada
xəstəliklərin özü ilə bərabər onların müalicəsi üçün işlənilən kimyəvi terapevtik maddələr döl
üçün əlverişli olmur. Döl iki tərəfli – həm patoloji prosesi əmələ gətirən mikrofloranın
intoksikasiyası, həm də kimyəvi dərman maddələrinin zərərli təsirinə məruz qalır. Çox vaxt
kimyəvi dərman maddələrinin dəfələrlə və yüksək dozalarda istifadə edilməsi də sərbəst
surətdə bir sıra patologiyaların inkişaf etməsinə səbəb olur. Deməli, ananın sağlamlıq
durumunun qeyri-kafi olması, onun müxtəlif infeksion xəstəliklərə düçar olması döldə
anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində risk faktoru rolunu oynaya bilər. Ona
görə qadın müalicə olunub sağaldıqdan sonra, ətraflı müayinədən keçdikdən sonra hamilə
olmaq qərarına gəlməlidir ki, hamilə vaxtı döl xoşagəlməz təsirlərə məruz qalmasın.
Qadınların bəziləri hamiləlik vaxtı qusma, baş ağrıları olması və qadının xroniki
xəstəliyinin kəskinləşməsi ilə əlaqədar olması ilə dərman maddələri qəbul etmişdir. Ən çox
işlədilən ağrıkəsicilər, antibiotiklər və s. olub (cədvəl 7).
Cədvəl 7
Hamiləlik dövründə antibiotiklərin işlədilməsi
Antibiotiklər
Əsas qrup
(n=159)
Müqayisə qrupu
(n=318)
χ
2
; P
Pensillin
22
13,8±2,7%
16
5,0±1,2%
χ
2
= 11,2
p< 0,001
Sefalosporinlər
3
1,9±1,1%
-
-
Tetrasiklin
5
3,1±1,4%
-
-
122
Aminoqlikozidlər
3
1,9±1,1%
-
-
Makrolidlər
2
1,3±0,9%
-
-
Levometsin
4
2,5±1,2%
-
-
Cəmi
39
24,5±3,4%
16
5,0±1,2%
χ
2
= 39,5
p< 0,001
Anaların anketləşdirilməsi göstərdi ki, əsas qrupdan olan qadınların 100-ü, yəni
62,9±3,85% (cədvəl 4.6) qrip, qripə bənzər virus infeksiyasını keçirdiyi üçün onların 39
(24,9±1,4%) bu və ya digər antibiotiklər ilə müalicə alıblar. Müqayisə qrupundan 94 qadın
(29,6±2,6%) bu xəstəlikləri keçirdiklərinə baxmayaraq, onların ancaq 16 -sı, yəni 5,0±1,2%
(χ
2
=39,5; p<0,001) antibiotiklər qəbul etməyə cürət ediblər.
Beləliklə, araşdırmalar və iki qrupun qadınları və doğulan uşaqları arasında aparılan
müqayisələr göstərdi ki, kontrol qrupdan, yəni sağlam, anadangəlmə inkişaf qüsursuz uşaq
doğan qadınlardan fərqli olaraq, əsas qrupu təşkil edənlər hamiləlik vaxtı müxtəlif dərman
maddələrindən istifadə ediblər. Bu da onların həyata qüsurlu uşaq gətirməyin bir səbəbidir.
Çünki hamilə qadının kimyəvi dərman maddələrinin qəbul etməsi dölün normal inkişafı üçün
böyük risk faktorudur.
Bunları nəzərə alaraq, alimlərdən Pass R 2001-ci ildə, Orconikidze N.V. 2002-ci ildə,
kulakov V.Y. 2006-cı ildə virus və bakterial infeksiyalara yoluxan qadınların hamiləliyə
qədər və hamiləlik dövründə müayinə və diaqnostikanın alqoritmlər sistemini işləyib
hazırlamışlar. Bununla əlaqədar olaraq, hamilə qadınlarda aşkar olunmuş irnfeksiyaların
müalicəsi hətta hamiləlik zamanı da aparıla bilər. Lakin hamiləliyin gedişinə kimyəvi
terapevtik dərmanlarla müdaxilə imkan dairəsində minimallaşdırılmalıdır.
Ümumiyyətlə, dərman maddələrinin effektivliyi və təhlükəsizliyi perinatologiyada
indiyə qədər çox aktual məsələ olaraq qalmaqdadır. Belə ki, dərman maddəl əri nəinki
hamiləliyin gedişinə, həm də dölün inkişafına mənfi təsir göstərməklə bərabər, döldə gen
mutasiyasına səbəb ola bilər və ya gen anomaliyalarının ötürülməsini stimulyasiya edə bilər.
Bundan başqa, dərman preparatlarının bir çoxu cift baryerini keçdikləri üçün, hamiləlik
dövründə onların tətbiqindən ehtiyatlı olmaq tələb olunmalıdır. Bunun bariz nümunəsi keçən
əsrin ortalarında ABŞ-da, Yaponiyada və s. baş verən və dünyanı sarsıdan «talitamid
faciəsi»dir. Bu dərman preparatının hamilə qadınlar tərəfindən qəbulu nəticəsində altı mindən
çox uşaq yuxarı və aşağı ətrafların olmaması və s. qüsurlarla həyata gəlmişdilər. Digər qusma
əleyhinə, ağrıkəsici, qıcolma əleyhinə preparatlar da bunun kimi dölün inkişafına mənfi təsir
göstərir. Əhali arasında ən çox işlənən aspirinin qəbulu ilə kariotipdə dəyişikliyin əmələ
gəlməsi mövcuddur.
Beləliklə, hamiləlik vaxtı qadına tez-tez təyin olunan və hər dəfə əsaslandırılmayan
dərman maddələri teratogen risk amili rolunu oynayaraq döldə anadangəlmə inkişaf
qüsurlarının əmələ gəlməsinə səbəb olur. Bu barədə bizim aldığımız məlumatlar ədəbiyyat
göstəriciləri ilə uzlaşır. Göstərilənləri nəzərə alaraq həkimlər hamiləliyin ilk müddətlərində
infeksion-virus xəstəliklərinin müalicəsi üçün dərman maddələrinin seçilməsi və ist ifadə
edilməsi təkcə cari müalicəvi effekt deyil, eyni zamanda bətndaxili inkişaf qüsurlarının əmələ
gəlməsinə təsir riskini diqqətdən qaçırmamalıdırlar
Yekunlaşdıraraq qeyd etmək lazımdır ki, hamilə qadının keçirdiyi hər bir infeksion-
iltihabi xəstəlik (hipertermiya nəticəsində intoksikasiya, hipoksiya, hormonal diskorellyasiya
və s.) teratogen faktor rolunu oynaya bilər.
Dostları ilə paylaş: |