Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix18.04.2017
ölçüsü5,01 Kb.
#14448
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

ABSTRACT 
Guliyeva Shahla 
Aliyeva Gultekin  
The prevalence of mastopathy in women aged 20 to 50 years 
The main aim of our study is to evaluate the structure of mammary gland diseases in female 
patients  aged  twenty  to  fifty  years  old  in  Nakhchivan  Autonomic  Republic.    Therefore,  the 
ambulatory  cards  of  214  patients,  who  were  referred  at  Oncology  Centre  with  different  kind  of 
mammary  gland diseases, were taken as  a sample data for our  research.  68 of these females were 
diagnosed with breast cancer, however, remaining 146 patients` diagnose was mastopathy.  16.43% 

130 
of  them  were  nodular  type  (N=24),  28.76%  (N=42)  was  fibrocystic  type  and  finally,  54.79% 
(N=80)  of  patients  have  been  diagnosed  with  diffuse  type  mastopathy.  118  women  were  married. 
106  out  of  these  married  patients  were  faced  with  unterminated  pregnancy  and  unsuccessful 
delivery. Another 12 women were not pregnant, also have not given birth. 
Result: As we can see, it is clear that prevalence rate of mastopathy was 24% among women 
aged 31-35 and 37% in women aged 36-40 years.  Prevalence of disruption of pregnancy one or two 
times in females aged 26 to 40 years:  21.4% among 26-30 years old, 25% between 31 and 35 years 
and 26.1% among patients 36-40 years old.  
Conclusion:  As  a  consequence  we  can  say  that  widespread  presence  of  mastopathy  was  in 
females aged 31-40 years who referred to Nakhchivan Autonomic Republic Oncology Centre with 
different symptoms of breast disorders during the period of 2014-2015.  
 
РЕЗЮМЕ 
  Шахла Гулиева  
Гюльтекин Алиева  
 
Частота встречаемости мастопатии среди женщин 20-50 лет 
 В  статьи:  Цель  определить  стуруктуру  заболеваний  малочных  желез  среди  женщин  20-50 
лет  Нахичеванской  АР.  Для  этого  разбирали  амбулаторные  карты  214  женщин 
обрашившиеся  в  онкологический  центр  жалобами  на  малочную  железу.Поставлен  диагноз 
рака  малочной  железы  у  68  женщин,а  у  146  женщин  диагноз  мастопатии.Опредилили  у  24 
женщин узловатую, у 42 женщин фиброкистозную, у 80 женщин диффузную мастопатию. Из 
214  женщин  118  замужем.106  из  этих  женщин  переносили  беременности,роды,операцию 
прерывание  беременности.  У  12  женщин  не  были  беременности  и  роды.Из  разбиравшихся 
выяснилось  что,частота  встречаемости  мастопатии  среди  женщин  31-35  лет  24,1%,  среди 
женщин  36-40  лет  37%-  часто  встречается.  Среди  женщин  26-40  лет  в  анамнезе  есть 
прерывание беременность 2-3 раза из этих женщин 26-30 лет 21,4%, 31-35 лет 25%,36-40 лет 
26,1%.    В 2014-2015-ых годах самый высокий показатель мастопатии среди женщин 31-40 
лет  обратившихся  в  онкоцентр    Нахичеван  АР  по  поводу  заболеваний  малочной  железы,у 
которых в анамнезе операции прерывание беременности. 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

131 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
     
 BƏXTİYAR HÜSEYNOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:616.61 
 
XRONİKİ BÖYRƏK XƏSTƏLİYİ  ZAMANI ANESTEZİOLOJİ METODLAR 
 
                               
      Açar sözlər: Xroniki böyrək çatmazlığı, əməliyyatönü dəyərləndirmə, anestezioloji metodlar                                
Key WordsChronic renal disease, Preoperative evaluation, Anesthetic management             
Ключевые слова: Хроническая  почечная  недостаточность, Предоперационная оценка, 
Методы анестезии 
                                                           
                                                           Giriş: 
Dünya əhalisində qocaların sayı  getdikcə artmaqdadır.Böyrəklərin ehtiyatı və yumaqcıqların 
filtirasiyasının  sürəti  yasla  əlaqədar  azaldığı  üçün  XBX  dünya  və  ölkəmizdə  sürətlə  artan  bir 
sağlamlıq problemi halına gəlmişdir. 
Xroniki  böyrək  xəstəliyi  olan  xəstələrdə    lazım  olan  cərrahi  əməliyyatlar  və  ya  sadə  təcili 
cərrahi  proseduralar  zamanı    anestezioloqlar   tez-tez  çətin  vəziyyətlərlə  rastlaşırlar.Gah  xəstəliyin 
təbii  gedişi  ilə,gah  da  etiologiyasında  iştirak  edən  digər  xəstəliklərə  görə    əməliyyatönü  və 
əməliyyatdan sonrakı dövrlərdə  anesteziloqlar  üçün çətin bir vəziyyət yaranır. XBX tək halda olsa 
belə  əməliyyatdan  sonrakı  dövrdə  ağırlaşmalar  (kəskin  böyrək  çatışmazlığı,ürək  qan-damar 
sistemində ağırlaşmalar )çox vaxt qaçınilmaz olur.Ölüm göstəricisi yüksəkdir. 
Xroniki böyrək xəstəliyini tanımaq və böyrək funksiyalarının qiymətləndirilməsi. 
Xroniki  böyrək  xəstələrinin  əksəriyyətində  ,  xüsusilə  xəstəliyin  ilkin  dövrlərində  əlamətlər 
asimptomatik olur .Xəstələrin  anamnezinə və ilkin analizlərə  görə əvvəlcədən bu xəstəlik barədə 
düşünmək  olar  .Bu  vəziyyət  xüsusilə  planlı  əməliyyat  olan    xəstələr    üçün  çox  vacibdir.Böyrək 
xəstəliyin ilkin dövrdə olsa belə  əməliyyatdan sonrakı dövrdə  onlarda  ölum riski çoxdur.Məsələn 
serum kreatin göstəricisində  44mmol/l artması xəstənin xəstəxanada 3 gün daha artıq yatması ilə 
nəticələnir.  Əməliyyatönü  dövrdə  yüngül  formada  olan  bir  böyrək  xəstəsi  vurulan  anestetiklərin 
təsirindən,    arterial  təzyiq  göstəricilərindəki  dəyişilmələr,cərrahi  streslə  bağlı  qanda  şəkərin 
dəyişilmələri  ,hal  hazırda    xroniki  anemiyası  ,  idarə  olunmayan  qanaxma  kimi  bir  çox  səbəblərə 
görə    əməliyyatdan  sonra  evə  yola  salınanda  artıq  böyrək  çatışmazlığın  son  fazasında(BÇSF)  ola 
bilər.Xroniki  böyrək  xəstəliyi  əməliyyatönü  və  əməliyyatdan  sonrakı    dövründə    kəskin  böyrək 
çatışmazlığınin  yaranmasi  üçün  əhəmiyyətli  bir  risk  faktorudur.  Əməliyyatönü  anesteziyanın  
dəyərləndirilməsi zamanı  xəstələrin anemnezdə XBX-nin etiologiyasında  əhəmiyyətli rol oynayan  
hipertenziya  ,diyabet    xəstəliyi    və  nisbətən  yaşlı  olması  tələb  edirki,anestezioloq  həmin xəstənin 
böyrək  funksiyalarını hər tərəfli yoxlasın və lazımi tədbirlər görsün.  
 XBX-də    diaqnozu  qoymaq  və  hansi  fazada  olduğunu  bilmək  məqsədilə  yumaqcıqların 
fıltirasiya  sürəti    yoxlanılır.Xəstəxanada    yumaqcıqların  filtirasiya  sürətini  (YFS)  ölçmək  üçün 
kreatin  klirensidən    istifadə  olunur.  Bu  məqsədlə  24  saat      ərzindəki  sidik    toplanmalıdır.  Bu 
müayinə xəstələr üçün əziyyətlidir və  bəzən səhv  edirlər.Sidik kateteri olan xəstələrdə isə daha az 
vaxta (2-4 saat) sidik toplamaq olar.  
Serum  kreatin  qatılığına    yaş,cins,  əzələ  kütləsi    və    şəkər  təsiri  etdiyi  üçün    böyrək 
funkiyalarının  dəyərləndiriməsi  tək  bir  dəfə  kreatinin  yoxlanması  kifayət      deyil.  Çünki  yüksək 
filtirasiya sürətinin 50% nisbətində azalması zamanı  belə  serum kreatini norma daxılındə ola bilər 
 
 

132 
Xroniki Böyrək xəstəliyin diaqnozu və sinifləndirilməsi.  
a)YFS  üç aydan cox zaman ərzində  <60 ml dəq 1,73 m
2
 olması 
b)Patoloji  və  laborator  (  proteinuriya,hematuriya,mikroalbuminuriya)  analizlərdə    və  ya 
radioloji  görüntülərdə  üç  aydan  çox  davam  edən  böyrək  zədələnməsi  əlamətlərinin  olması 
(proteinuriya,hematuriya,mikroalbuminuriya). 
XBX yumaqcıqların filtirasiya sürətində meydana gələn  azalmaya görə beş yerə bölünür. 
 
1-ci 
dərəcə 
Normal YFS 
YFS     90ml dəq.-1.73m
2
 
2-ci 
dərəcə 
Yüngül dərəcəli pozulma 
YFS  60-89ml dəq.1.73m

3-cü 
dərəcə 
Orta dərəcəli pozulma 
YFS  30-59 ml dəq.-1.73

4-cü 
dərəcə 
Ağır dərəcəli pozulma 
YFS  15-29 ml dəq.-1.73m

5-ci 
dərəcə 
Son  dərəcə  ağır    böyrək 
çatmazlığı 
YFS    15 ml dəq.-1.73 m

 
Bəzən    böyrək    çatmazlığı  olan  xəstələrdə  böyrəklər  müəyyən  nisbətdə  işlərini  görür  .  24 
saatda sidik  xaric olması >100 ml isə böyrək qalan funksiyasını yerinə yetirə bilməsini göstərir.  Bu 
qalan funksiya nə qədər aşağıdırsa  ölüm nisbəti , iki diyaliz arasındakı  ağırlıq bir o qədər artar və 
hemodiyaliz  edilən xəstələrdə əriyən maddə klirensi ( solüt klirens) o qədər pis olar. 
Xroniki Böyrək xəstəliyinin etiologiyası və yayılması 
Diabetik  nefropatiya  ,hipertenziv  skleroz  ,qlomerulanefrit  birinci  olmaqla  interstisyal 
xəstəliklər  ,  böyrəyin  damar  dəyisiklikləri    və  qalıcı  bəzi  böyrək  xəstəlikləri    xroniki  böyrək 
xəstəliyinin əsas etiologiyasıdir. 
Araşdirmalara  görə  XBX    yayılması  Türkiyədə  15.7%  ,  ABŞ  13.1%    ,Norveç    10.2  %  
Azərbaycanda 9,8% , Naxçıvanda 9,2% dir. 
    Əməliyyat önü  anestezioloji metodlar 
Xroniki böyrək  xəstəliyi  olan xəstələrdə tez-tez hipertoniya ,səkərli diabet,  periferik damar 
xəstəliyi  və  kardioloji  ağırlaşmalarla    birlikdə  rast  gəlinə  bilir.Bu  xəstələrdə  anestezioloqun 
əməliyyat önü dövrdəki əsas məqsədi xəstəliyin dövrlərinə görə dəyişiklikləri öyrənməkdir  .Yüngül 
və  orta  dərəcəli  böyrək  xəstəliyində    məqsəd  xəstələrin  əməliyyatönü    dövrdə    cərrahi 
stresə,qanaxma nəticəsində əmələ gələn  hipovalemiya və yanaşı  xəstəliklərə  anestetik dərmanların 
təsiri  nəticəsində  əmələ  gələn  ağırlaşmaların  qarşısını  almaqdır.  Ola  biləcək  ağırlaşmaların  təsiri 
nəticəsində isə , xüsusilə əməliyyatdan  sonrakı  dövrdə ortaya çıxan böyrək çatmazlığından  ölüm 
faizi  50-60%  artır.Böyrəklərin  okigenlə  təchiz  olunmasının  azalması    böyrəyin  işemiyası  ilə 
nəticələnir.Qanaxma isə hipovalemiya ,hipotoniya və  anemiyanın əmələ gəlməsinə səbəb olur.  
Son  dövrlərdə  böyrək  çatışmazlığının  ağırlaşmasının  qarşısını  almaq  üçün  həmin  xəstələri 
əməliyyatönü dövrdə dializ olunmasına çalışırlar .Böyrək çatışmazlığı təkcə  hemostazı,  bədəndə 
maye-elektrod tarazlığını pozmur ,həm də bütün orqanların fəaliyyətinin dəyişməsinə səbəb olur.  
Kiçik  əməliyyatlar üçün standart anesteziya monitor göstəriciləri  kifayət edir, ancaq böyük 
cərrahi  əməliyyatlar  zamanı  mütləq  invazif  arterial  monitor  göstəriciləri  lazımdır.Bu  xəstələrdə 
vena  yolu  mütləq  tapılmalıdır.Xroniki  böyrək  xəstəliyinin  hər  dövründə  xəstələr  potensial  bir 
hemodializ  xəstəsi  kimi  görülməlidir.Bu  səbəblə  anesteziya  dərmanları  verilən  damar  yolu  da 
diqqətlə  seçilməlidir.Bu  xəstələrdə  ilkin  seçim  distal  periferik  damarlardır  .Xüsusilədə  əlin 
üzərindəki damarlar  seçilməlidir və sağlam vena mütləq qorunmalıdır.Əsasən oliquriya və anuriyalı 
xəstələrdə maye köçürülməsi niyyətilə mərkəzi venaların xüsusi ilə sağ vidaci venanın ağırlaşmaları 
nəsbətən  çox  az  olduğuna  görə  ilk  seçilməlidir.Son  vaxtlar  böyrək  çatışmazlığı  olan  xəstələrdə 
planlı  cərrahi  əməliyyatdan  bir  gün  əvvəl  diyaliz  edilməsi  məsləhət  bilinir.Bunu  etdikdən  sonra 
elektrolit  ,metabolik  və  maye  göstəriciləri  norma  daxilində    ola  bilər.Bu  xəstə  qrupunda  kiçik 
əməliyyatlar  ərəfəsində  intravenoz  maye  istifadə  olunması  azaldılmalıdır.Böyük    cərrahi 
əməliyyatlarda  isə  ürəyin  əvvəlki  yükünü  saxlayaraq    hipotoniyaya  ,qanaxma  və  total  maye 

133 
itkilərinə  yaxından  diqqət  edilərək  vurulmalıdır.Böyrək  çatışmazlığının  axırıncı  fazasında  olan 
xəstələrdə  uremik  ensefalopatiya  olur  .Bu  xəstələrdə      təcili  əməliyyata  göstəriş  olduğu    zaman 
diyaliz edilməyə vaxt olmadığı üçün, bu xəstələrdə havayolunu qorumaq məqsədi ilə endotraxeyal 
intubasiya  edilməlidir.Bu  xəstələrdə  nevroloji  əlamətlər  (konfizyon  ve  yuxululuq  kimi  )  ön 
sıradadır.Həmin  xəstələrdə  əməliyyatönü    dövrdə  maye  çox  köçürülməsi  ağciyər  ödeminin  əmələ 
gətirməsinə  səbəb  olacağını  yaddan  çıxarmaq  olmaz.XBX-yi  xəstələrdə    metabolik    asidoz  da 
yanaşı  getdiyi  üçün  əməliyyatdan  sonrakı    dövrdə  dializə  başlayan  zaman  tənəffüs  çatmazlığı 
yarana bilər,buna görə süni tənəffüs aparatı  hazır vəziyyətdə olmalıdır.  
Eritropoetin  azlığına görə böyrək xəstələrində  anemiya da olur.Trombositlərin disfunksiyası  
və  Von  Willebrand    faktoru  səviyyələrinin  azalması  ilə  əlaqədər    qanaxma  riski  artır.Uremiyada 
trombositlərin  aqreqasiyası  və  yapışqanlığı  pozulur.Bu  səbəblə  uremiyaya  şübhə  varsa    mütləq 
əməliyyatönü  dövrdə  xəstə  dializ  olunmalıdır.Vazopressinin  analoqu  olan  desmopressin  (Von 
Willebrand  faktoru  və    faktor  7-nin  səviyyəsini  artırdığı  üçün  )  uremık  koaquliyopatiyanın 
müalicəsində istifadə olunur. 
Əməliyyat  önü  dövrdə    anesteziyaya  hazırlıq  zamanı      əsas  problemlərdən  biri  də    bu 
xəstələrdə  tez-tez  rast  gəlinən  elektrolit  dəyişikliyidir.  (hiperkalemiya,  hipokalsemiya, 
hiperfosfotomiya kimi ). Bu səbəbdən xüsusi ilə  böyük cərrahi əməliyyatlarda tez-tez arterial qan 
qazı  yoxlanılmalıdır.  Əsasən  də  sürətli  qan  transfuziyası    olunan  xəstələrin    kəskin  dövrdə  
hiperkalemiya  tez-tez  rast  gəlinir  və  mütləq  müalicə  lazımdır.İntravenoz  insulin-dekstroz  
məhlulları    və  sidik  də  kalium  xaric  olmasına  səbəb  olan  diuretiklərlə  müalicə  edilməlidir. 
Hiperkalemiyaya  meyilli olan xəstələrdə  qan transfuziya edilməsi məsləhət bilinərkən çox zaman 
intiravenoz kristalloid məhlul olaraq  kalium  olmayan 0.9% natrii xlorid məhlulları seçilir. Lakin 
bu zaman xlor  hiperxloremik metabolik  asidoza səbəb olduğu üçün, natrii xlor vurulan xəstələrdə 
hiperkalemiya    daha  yüksək  olur.Qaraciyər  funksiyalar  normal  ,lakin  böyrək  çatışmazlığı    olan  
xəstələrdə intravenoz kristalloid məhlul olaraq Ringer Laktat seçilməlidir. 
Böyrək  çatışmazlığı  olan  xəstələrdə  regionar  anesteziya(  spinal,epidural)  edildikdə 
əməliyyatönü dövrdə maye köçürülməsi hipotoniyanin qarşısını almaq üçün lazımdır.Bu xəstələrdə   
qan təzyiqinin aşağı düşməsi zamanı onu korreksiya etmək digər  normal  xəstədəkinə nisbətə  çətin 
olur .Uremik neyropatiya  yaranan xəstələrdə isə   paresteziya əlamətləri olduğu  üçün bu bloklarin 
yerinin təyini  hal-hazırda mübahisə mövzusudur. 
Xroniki Böyrək xəstəliyi olanlarda farmokoloji dəyisikliklər. 
Dərmanlarin  əksəriyyəti,  bədəndən  böyrəklər  vasitəsi  ilə  xaric  olunur.Suda  həll  olan 
maddələrin  çoxu    dəyişilmədən  ,yağda  həll  olunan  maddələr  isə    suda  həll  olunan  metabolitlərə 
çevrildikdən   sonra sidik vasitəsilə xaric olunur.XBX olanlarda dərmanların həzm edilmə  vaxtının  
və intestinal sorulmanın uzanması  , xüsusilə  iki dializ seans arasında  yayılma həcminin diqqətə 
çarpan  dərəcədə  dəyişməsi  səbəb  ilə  onların  farmakokinetikası  da  dəyişilir.Bu  vəziyyətdə  qanda 
dərmanların  özü  ilə  bərabər  onun  metabolitləri  də  toplana  bilər.XBX  olan  xəstələrdə  anesteziya 
metodu seçilərkən,  böyrək çatışmazlığının ciddiyətini və istifadə olunan dərmanların xüsusiyyətləri 
bilmək anestezioloq üçün həyati dərəcədə vacibdir. 
          Lokal anestetiklər 
Metabolik  asidoz  olduqda  lokal  anesteziklərin  sərbəst  miqdarı  artar.Eyni  zamanda  mərkəzi 
sinir  sisteminin    lokal  anesteziklərin  toksiki  təsirlərə  qarşı  dözüm  dozası  aşağı  düşür  .Bu  hal 
xüsusən  bupivakain  istifadə  edilməsi  zamanı  daha  tez-  tez  rast  gəlinir.Bu  səbəblə  asidozlu 
xəstələrdə ümumi  istifadə olunan lokal anesteziklərin dozası 25% azaldılmalıdır. 
Anestezioloji dərmanlar                                                                                             
Propofol-  vena  daxili  istifadə  olunan  dərmandir.Reanmasiyada  ,əməliyyatlarda  və  əməliyyat  
xarici    anesteziya  məqsədilə  tez-tez  istifade  olunur.  Diyaliz  olan  xəstələrədə  dərmanın  dozasında 
dəyişikliklərə ehtiyac yoxdur. 
TİOPENTAL  –venadaxili  istifadə  olunan  anestetikdir.Böyrək    çatışmazlığında  yayılma  
həcmi  artır  və  plazma    birləşməsi  nisbətən  azalır.Bu  zaman  beyin  daha  yüksək  dozada  sərbəst 
dərman  konsantrasyonuna  məruz  qalır.  Bu  səbəblə  dializ    olan  xəstələrə  dozalar 
uyğunlaşdırılmalıdır. 

134 
 SEVOFLURAN  ən    çox  istifadə  olunan  ınhalyasiyon  anestetikdir.Metabolizma  nəticəsində  
florid  ortaya  çıxir.Serum  floridin  səviyyəsi  >50  mmol/  L  olması  artıq  böyrək  çatmazlığı  riski  ilə 
əlaqədardır.Sevofluran  CO
2
  adsorbentləri  ilə    reaksiyaya  girərək  ‘’Bileşik  A’’adında  qüvvətli  bir 
neyrotoksinin    yaranmasına  səbəb  olur.  Bir  çox  araşdırmalara  görə    XBX-də      plazmada  olan 
floridini, sidiklə  xaric olunanı ilə  müqayisə etdikdə hec bir dəyişiklik olmadığı aşkarlanmışdır.  Bu 
səbəbə görə XBX də uyğun bir anestetik olduğu fikirləşilir. 
DESFLURAN  ve  İZFLURAN  böyrəyə  toksiki  təsiri  olmadığı  üçün  XBX-  də  rahatlıqla 
istifadə oluna bilər. 
                         MİORELAKSANTLAR 
XBX –lərində uyğun miorelaksant seçilməsində əsas məsələ böyrəklərdən həmin dərmanların 
xaric olmasi  ,təkrar  olaraq həmin dərmandan istifadə edildikdə dərmanın  toxumalarda toplanması,  
yəni kumulyasiyasi və aktiv metabolitlərin olub olmamasını bilməkdir. Xroniki böyrək xəstələrində 
miorelaksantların  yayılma  həcmi  geniş  olduğu  üçün  ,  ilkin  dozanı  artırmaq  lazımdır,    sonrakı  
dozalara isə  cox vaxt ehtiyac olmur ya da aşağı dozalarda işlətmək lazımdır. 
ATRAKÜRYUM  və  Cis-ATRAKÜRYUM    Hoffman  göstəricisi  yeni  dərmanlarin  xaric 
olmasi  göstəricisi  qeyri-spesfik  esterazlarla  parçalandıqlarına  görə  böyrək  funksiylarındakı 
dəyişikliklər bunlara təsir etmir. 
VEKÜRONYUM  isə  30  %  nisbətində  böyrəklərdən  xaric  olur.Qaraciyərdə  isə    aktiv  bir 
metabolit  olan    3-hidroksi  veküronyuma  çevrilir.  Böyrək  çatışmazlığı  olan  xəstələrə  bu  relaksant 
təkrar verildikdə onun  təsir müddəti uzanır.ROKÜRONYUM əsas öd yolları ilə xaric olur, ancaq 
33  %  i  24  saat  ərzində  sidiklə  xaric  olur.Böyrək  çatışmazlığında  klirensi  39%  nisbətində 
azalır.Əzələ  boşalması  aradan  qaldırmaq  üçün  asetilxolin  esteraza  ingibitoru  olan  neostiqmin 
klirensidə  XBX  olan  xəstələrdə  azalır.Bu  hal  parasimpatik  təsirin  artması  ilə 
nəticələnir.Bradikardiya  və  AV  blok  təsirini  qarşısını  almaq  məqsədilə  eyni  zamanda  atropin  də 
istifadə olunmalıdır. 
SUGAMMADEKS  modifikasiya  olunan  bir  siklodekstrin  həlqədir  və  steroid  tərkibli  
miorelaksantlardan 
olan 
vekuronyum 
və 
roküronyuma 
birbaşa 
bağlanaraq 
təsir 
göstərir.Sugammadeks  –veküronium/roküronium  birləşməsi  suda  həll  olur  və  böyrəklərdən  xaric 
olur.Araşdırmalarda  Sugammadeks  sidiklə  dəyişmədən  xaric  olduğu    və  bundan  sonra    əzələlərin 
relaksasiya  təsiri tam aradan qalxdığı  üçün, böyrək funksiyalarına təsir etmədiyi deyilir və diyaliz 
xəstələrində qorxmadan istifadə edilə bilər. 
                               Opioid Analgetiklər. 
Remifentanil    potent  bir  reseptor  aqonistidir.Təsir  müddəti  çox  qısadır.İnfuzyon  şəklində 
istifadə  olunsada,  dərmanin  kumulyativ  təsiri  yoxdur.  Diyaliz  xəstələrində    bunun  təsir  müddəti 
uzansada və klirensi azalsada, bu vəziyyətin klinikaya təsiri çox azdır. 
Fentanil  qaraciyərdə  dəyişikliyə  məruz  qalır  və  aktiv  metaboliti  yoxdur.  7%  i  dəyişmədən 
sidiklə  xaric  olur.  XBX  də  klirensi  azalmır  ancaq  cox  diqqətə  carpan  dərəcədə    klinikaya  təsir 
göstərmir. 
Morfin  qaraciyərdə  dəyişikliyə  məruz  qalır  və  70  %  i  morfin-3-lukronid  olan  metabolitlərə 
çevrilir.Morfinin  xaric  olması  böyrəyin  funksiyalari  ilə  əlaqədardır.Böyrək  xəstəliyinin    son 
dövrlərində  təsir  muddəti  2  saatdan  27  saata  qədər  uzana  bilər.Bu  səbəblə  XBX  olan  xəstələrdə 
morfinin  dozası  azaldılaraq  istifadə  olunmalı  və  əməliyyatdan  sonrakı    dövrdə  həyati  vacib 
orqanların fəliyyətinə daha uzun müddət nəzarət olunmalıdır. 
                                      Nəticə. 
Xroniki  böyrək  xəstəliyi  olan  xəstələrin    əməliyyat  önü  və  sonrakı  dövrlərdə  ölüm  faizinin 
yüksək olması  ilə xarakterizə olunur.Bu səbəblə  həmin xəstələr əməliyyat  önü dövrdə  hər tərəfli 
yoxlanilmalı  və  dəyərləndirməlidir.Müvafiq tam hazırlıqlardan sonra  təcili olmayan əməliyyatlara 
başlamaq  olar.Əməliyyat  önü  dövrdə  böyrək  funksiyalarının  yüksəltdirilməsi  anestezioloq  və 
cərrahın  ilk  hədəfi  olmalıdır.Əməliyyat  önü  dövrdə  əsas  məqsəd  xəstələri  böyrəklərində  qan 
dövranını    qorumaq,    arterial  tezyiqi  stabilləşdirmək  ,  şəkər  göstəricilərinin    norma  daxilində 
saxlanması və hal hazırda var olan xəstəliyin daha da kəskinləşməsinin qarşısını almaqdadır. 
 

135 
ƏDƏBİYYAT 
1.Golden 
D,Corbett 

,Forni 
LG 
.Peri-operativ 
renal 
dysfunction:prevention 
and 
management.Anaesthesia 2016 ;71 Suppl 1:51-57 
2.Walsh  M,Devereaux  PJ,  Garg  AX  ,et  al.Relationship  between  intraoperative  mean  arterial 
pressure  and  clinicial  outcomes  after  noncardiac  surgery  :toward  an  empirical  definition  of 
hypotension. Anesthesiology 2013;119(3): 507-515 
3.Eilers  H,Liu  KD,Gruber  A,Niemann  CU.Chronic  kidney  disease:implications  for  the 
perioperative period .Minerva Anestesiol 2010 ;76(9) :725-736 
4.Suleymanlar  G,Utas  C,Arinsoy  T  et  al.  A  population-based  survey  of  Chronic  Renal  Disease  In 
Turkey—the CREDIT study.Nephrol Dial Transplant 2011;26(6) :1862-1871 
5.Coresh  J,Selvin  E,Stevens  LA,et  al.Prevalence  of  chronic  kidney  disrase  in  the  United  States 
.JAMA 2007;298(17):2038-2047 
6.Craig  RG,  Hunter  JM  Recent  developments  in  the  perioperative  management    of  adult  patients 
with chronic kidney disease .Br J Anaesth 2008;101(3):296-310 
7.  Wagener  G,Brentjens  TE  .Anesthetic  concerns  in  patients  presenting  with  renal  failure. 
Anesthesiol Clin 2010 ;28(1): 39-54 
8. Anestezi Dergisi 2016 ;24(1):2-7 
9.Kliniki  Anesteziyoloji:  G.Edward  Morgan  Jr  ,Maged  S.Mikhail,    Michael  J  .Murray    2010. 
Dördüncü baskı 
10.Yoğun Bakım. Prof.A. Haydar Şahinoğlu. 2003 
11.Lobaz  S,Sammut  M,Damodaran  A.Sugammadex  rescue  following  prolonged  rocuronium 
neuromuscular  blockade  with  recuraristion  in  s  patient  with  severe  renal  failure  .BMJ  C  ase  Rep 
2013 :7:2013 
12.Naguib  M.Sugammadex  :another  milestone  in  clinical  neuromuscular  pharmacology  .  Anesth 
Analg 2007;104(3):575-581                                    
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin