Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix18.04.2017
ölçüsü5,01 Kb.
#14448
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

ƏDƏBİYYAT 
1.
 
Альбицкий  В,Ю.  c  coaвт.  -  «Penpoдyктивное  здоровья  и  поведение  женщин  Росии». 
Казань. 2001, c. 165-231 

123 
2.
 
Баранов  A.A.  -  «B  большинстве  стран  растет  детская  смертность».  Педиатрия  и 
неанотолгия.
 
2004, Meдковност. c. 2-3 
3.
 
Arnold Christianson-Medical Genetics Develo- pinq Counties. 2005, PP. 230-232 
4.
 
Sheikha  Salim  A1  Arrayed-Epidemiology  of  con-  genital  abnormalities  in  Bahrain,  Eastrain 
Mediterranean health journal. V.l. 1975, PP. 248-252 
5.
 
Krikunova N.İ., Minaicheva  L.İ. et  al  «Epidemioloq  of Congenital  malformations in  Gorno-
Altaisk, Altai Republic, Russia». PMİD, (15523853), 2004, Aug. 40 (8)- PP 1134-44 
6.
 
Nelson C.T., G.L.Demmler (197)- «Sytomeqalovirus infection in the preqnant mot- her, fetus 
and newborn infvnt». Clin Perinatal. 1997, 24 (1) - PP. 151-160 
 
ABSTRACT 
M.Ibrahimov 
Frequency of occurrence of the congenital malformation in the newborns in Nakhchivan 
Autonomous Republic 
It was investigated in the perinatal age with the retrospective (1990 -1999
th
 years) analysis 
and prospective (2000-2009
th
 years) observation way, with the purpose of the detection of the 
frequency, form and risks of occurrence of the congenital malformatio n in the newborns, with 
the  purpose  of  preparation  of  their  prophylactics  scheme  in  Nakhchivan  Autonomous 
Republic during 20 years. 
It has been determined that, the number of the newborns with the congenital malformation 
was  increased  with  age.  All  multiple  forms  of  the  congenital  malformation  with  CM 
30,4±3,4%  are  met.  Though  the  sequestrate,  congenital  malformation  of  the  cardiovascular 
system  –  19,0±2,9%  is  in  the  second  place  for  the  frequency  of  occurrence,  the  sequestrate, 
congenital  malformation  of  the  gastrointestinal  tract  –  17,9±2,8%  and  it  is  possible  to  come 
across  with  the  sequestrate,  congenital  malformation  –  10,3±2,2%  from  the  total  amount  of 
CM.  
РЕЗЮМЕ 
М.Ибрагимов 
Новорожденных в Нахичеванской Автономной Республике 
частота встречаемости врожденных пороков развития у  
детей и выявления влияния факторов риска, разработаны схемы их профилактики в 
Нахичеванской  Автономной  Республике  в  течение  20  лет  путем  ретроспективного 
(1990-1999  гг.)  анализа  и  проспективного  (2000-2009  гг.)  наблюдения  в  перинатальном 
возрасте проведены исследования.  
Установлено,  что  с  годами  увеличивается  число  новорожденных  с  врожденными 
пороками  развития.  Наиболее  часто  встречаются  множественные  формы  врожденных 
пороков развития, которые составляют 30,4±3,4% всех ВПР. На втором месте по частоте 
встречаемости  составляют  изолированные  врожденные  пороки  сердечно  сосудистой 
системы – 19,0±2,9%, на третьем месте встречаются изолированные врожденные пороки 
желудочно-кишечного  тракта  17,9±2,8%  и  центральной  нервной  системы  10,3±2,2%  от 
общего количества ВПР. 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 
 
 
 

124 
     
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
ŞƏHLA QULİYEVA  
NDU-Tibb fakültəsinin rezidenti 
GÜLTƏKİN ƏLİYEVA   
Naxçıvan Dövlət Universiteti,  
Nax Mr Onkoloji Mərkəzi, Nax Mr Doğum  Mərkəzi 
UOT:618 
 
20-55 YAŞLI QADINLAR ARASINDA MASTOPATİYANIN RASTGƏLMƏ TEZLİYİ 
 
  Süd  vəzi  mürəkkəb  hipotalamus-hipofiz-yumurtalıq  sisteminin  hormonal  dəyişikliklərə  
reaksiya  verən  bir  həlqəsidir. Bu  reaksiya  xüsusilə  qadın  cinsiyyət  üzvlərində  hiperplastik  
xəstəliklər – endometrioz, mioma, poliplərə  verilən  reaksiyadır.  Əsas  xüsusiyyəti isə, süd  vəzi  
toxumasının    proleterativ    dəyişməsidir.  Məsələn:  endometrioz    zamanı    süd    vəzi    vəzili-fibroz 
mastopatiya,  mioma    zamanı    fibroz  fibroz-kistoz  –  düyün    əmələ    gəlməyə    meylli,  dayanıqlı  
hiperplaziya    zamanı    isə    süd    vəzində    yağ    komponenti    üstünlük    təşkil    edir  .  Yəni  süd  
vəzilərinin    strukturu,  vəziyyəti    hormonal    sistemdə    baş    verən    dəyişikliklərin    həssas  
göstəricisidir. Süd vəzinin  mastopatiyası  xoş xassəli xəstəlikdir. Bu zaman süd vəzi toxumasında 
patoloji  artım  baş  verir.  Formaları  -  paycıqlı  ,  axarda,  kistoz,  fibroz,  adenoz-vəzili  komponentin 
üstünlüyü  ilə  gedən  diffuz  proses.  Diffuz  fibro-kistoz-fibroz  toxuma  üstünlüyü  ilə,  fibro-kistoz- 
kistoz  toxuma  üstünlüyü  ilə,  qarışıq  forma,  sklerozlaşmış  adenoz,  düyünlü  forma  mastopatiya 
öyrənilir.  Süd  vəzilərindəki  tsiklik  dəyişiklik  hipotalamus-hipofiz-  yumurtalıq  böyrəküstü  vəzi 
sisteminin  bütün  etaplarındakı  neyroendokrin  dəyişikliklərdən  asılıdır.  Məsələn  qadın  cinsiyyət 
üzvlərindəki  hiperplaziya  və  süd  vəzilərindəki  dəyişikliklər  eyni  neyroendokrin  mexanizmlərin 
pozğunluqları ilə baş verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
Mastopatiyanın  təsnifatı  sterogen  və  progesteronun  snerjik  təsiri  ilə  süd  vəzi  epitelial 
hüceyrələr  inkişaf  edir  yəni  bu  hormonlar  mamogenezdə  iştirak  edir.  Süd  vəzin  toxumasında  çox 
miqdarda qonodotrop hormonlara, estrogen, progesterona, insulinə və prolaktinə spesifik reseptorlar 
mövcüddur.  Epitelial  hüceyrələrdə  yerləşən  progesteron  və  prolaktinə  spesifik  reseptorlar  daha 
çoxluq təşkil edir. 
 
Lokal forma 
Mastopatiya 
Fibroadenoma 
Süd vəzi 
kistası 
Diffuz forma 
Kistoz 
Düyünlü  
Süd axarı 
papilloması 
Fibroz 
kistoz 
Fibroz 

125 
 
 
 
Aybaşı  tsikli  normaya  salınandan  dayanıqlı  estrogen-progesteron  tsiklik  ifrazı  alındıqdan 
sonra  süd  vəzinin  morfoloji  strukturu  dəyişir.  Süd  vəzinin  reproduktiv    inkişaf    genezində  
prolaktinin    estrogen    və  progesteronla  birlikdə  funksional  aktivlik  hamiləlik  zamanı    isə    süd  
vəzilərini    laktasiyaya  hazırlayır.  Proqesteronunun    reseptorlarının    estrogen    ekspressiyasını  
azaltmaq  xüsusiyyəti – orqanizmdə  aktiv  estrogenlərin  local  konsentrasiyasını  azaldır. Beləliklə  
də, süd  vəzi  toxumasının  proleteraziyasının  qarşısını  alır. Estrogen  kimi, Proqesteron  da  süd  
vəzi    epitelinin    hüceyrə    proleterasiyasına    səbəb  olur.  Ancaq,  böyümə    faktorunun    təsiri    ilə   
Proqesteron  –(T.B.F.)    transformasiyaedici    və    (E.B.F  )–  epidermal    böyümə    faktorunun  
ekspressiyasını    artırır.Eyni    zamanda  -T.B.F.    və    İnsulinəbənzər    böyümə  faktoru  (İ.B.F.)-nun  
ekspressiyasını  endirir.Yuxarıda  göstərilən  faktorlar  proqesteronun  təsiri  ilə  süd  vəzilərinin  
stromasında    əmələ    gəlir.  Məlumdur  ki,  E.B.F.,  -T.B.F.        və    İ.B.F.    epitelin    proleterasiyasına  
səbəb  olur, ancaq  -T.B.F.  isə  bu  proleterasiyanı  tormozlayır.   Böyümə  faktorları öz  effektlərini  
proqesteron  təyin  olunan  kimi  göstərmir. Daha  gec  zamanda  ləng  göstərir. Bu  zaman  əvvəlcə  
toxumaların  proleferasiyası,  sonar  isə  azalması   baş  verir. Hiperplastik  proseslər  58%  halda  
hiperprolaktinemik    proseslər    zamanı    baş    verir.  Testesteron    və    estrogenin    pre.-    və  
nostmenopauzada  yüksəlməsi  həmişə  abdominal  piylənmə  ilə  assosiasiya  olunur. Abdominal  
piylənmə  isə, demək  olar  ki, həmişə  insulinorezistentlik  və  hiperinsulinemiya  ilə  gedir. Bu  da  
kalorili  qida  qəbulu  və  az  fiziki  aktivliyin  nəticəsidir. Süd vəzilərindəki funksional və orqanik 
dəyişikliklər istər normada istərsə də patologiyalar zamanı aybaşı tsiklindən asılıdır. Eyni zamanda 
uşaqlıq ,uşaqlıq boynu ,yumurtalıq ,uşaqlıq yolu, borularının selikli qışası da aybaşı tsiklinə uyğun 
olaraq  dəyişikliyı  uğrayır.Yəni  ginekoloji  hormonal  xəstəliklərin  hormonal  səbəbi  elə  süd 
vəzilərinin  xəstəliklərinində  əsasında  durur.  Aybaşı  funksiyasının,hormonal  pozğunluğu  aybaşının 
II fazasında progestronun defisiti, 17 
??????estradiolun,ifrazının artıqlığı, hiperprolaktinomiya, süd vəzi 
toxumalarının  estrogen  reseptorlarının  hesabına  həssaslığının  artması,  digər  endokrin  vəzlərin 
xəstəlikləri, süni və öz-özünə abortlar- hamiləliyə uyğun olaraq hormonal yenidənqurmanı  yarıda 
kəsilməsi  uşaqlıq  və  yumurtalıq  kimi  süd  vəzilərində  patoloji  proseslərin  yaranmasına  və  ya  bu 
proseslərə  fon  yarada  biləcək  proseslərə  səbəb  olur.Piylənmə-degenerativ  xəstəliklərə  aid  olan 
xəstəlik kimi insulinə rezistentlik hiperinsulinemiya,şəkərli diabet və hipertoniya xəstəliyi kimi süd 
vəzin hiperplastik xəstəliklərinə səbəb olub  , metabolik sindrom kimi meydana çıxır. Süd vəzilərin  

126 
patologiyalarının əsas risk faktoru  hormonal  disbalans olsa da genetik faktör , ekoloji faktorlar da 
inkar edilə bilməz. Estrogenin qanda yüksəkliyi və ya uzun müddət estrogenin təsiri altında olması 
(menarche  12  yaşdan-tez  menapauza  -50  yuxarı  yaşadan  sonra  baş  verməsi  ).  Kiçik  çanaq 
üzvlərinin iltihabı xəstəlikləri, yumurtalıq polikiztozu. Reproduktiv funksiyanın pozğunluğu , doğuş 
sayının az , 1-2 olması , ilk hamiləliyin 30  yasdan sonra olması. Hamiləliyin  süni  və  öz-özünə 
pozulması əməliyyatı , ana südü ilə uşağı qidalandırmama və ya qısa müddət 3- 5 ay qidalandırma, 
süd  vəzin  travmadan  zədələnməsi.  Sress,  Psixoloji  faktor-neyroendokrin  tənzimləmənin 
pozulmasının səbəbi  olduğu üçün Stress,  psixi   travmalar,   nevroz, depresiya , kontraseptivlərdən 
düzgün  istifadə  etməmək,  uzun  müddət    sonsuzluğa  görə  müalicə,  Ekstrakorporal  mayalanma-
əməliyyatına  dəfələrlə  müraciət  qaraciyərin  xəstəlikləri,  yodyetərsizliyi.  Endokrin  xəstəliklərdən 
qalxanabənzər vəzi xəstəlikləri, II tip şəkərli diabet polikistik yumurtalıq sindromu,  FK xəstəliklər-
yumurtalıqların  polkistozu  sindromunda  2  qadından  birində  rast  gəlinir.  Bir    tərəfdən  burada 
progestron  defisiti  və  insulin  rezistentliyi  süd  vəzilərinin  proliferasiyasına  səbəbdir.  F.K  xəstəlik 
süd  vəzinin  xoşxassəli  xəstəliyi  olub  süd  vəzi  xərçənginə  yüksək  riskli  deyildir.  Ancaq  bəzi 
patolojik hallarda bu riskin 2 dəfə artdığını da unutmaq olmaz. 
 
1.Tədqiqatın  məqsədi:    Bəlli  yaş  qruplarında  qadınlarda  süd  vəzi  mastopatiyasının  rast 
gəlməsinin öyrənilməsi 
   2.Tədqiqatın  obyekti:    NAX  MR  Onkoloji  ve  Doğum  mərkəzinə  müraciət  edən  214 
qadının ambulator kartasi 
   3.Tədqiqatın  aparıldığı  yer:  NDU  –Tibb  fakültəsi  ,  NAX  MR  Doğum    mərkəziİ,  NAX 
MR Onkoloji mərkəzi
 
Süd  vəzi    xəstəliklərinin  diaqnostikası.  Anamnezin  toplanması,  baxış,  əllə  müayinə  ilk 
diaqnostik  məlumat  verir.  Sonra  klinik,    müayinə  USM-doplero  sonoqrafiya,  rentgenoloji 
kompyuter  tomoqrafiya    aparılır.  Mamoqrafiya  yüksək    həssaslıq    spesifiklik  göstərir.  Əllə  hiss 
olunmayan  mikrokalsinatları, kiçik törəmələri aşkarlamaqda yardım edir. USM – gənc  yaşlarda, 40  
yaşdan  yuxarı  isə  mamoqrafiya  effektiv  müayinə  sayılır. Bu  iki   müayinənin  kombinasiyası  
optimal    diaqnostik    metoddur.  Termoqrafiya  –  orqanizmin    infraqırmızı    şüalarının    teleekranda  
qeyd  olunmasıdır. Simmetrik  nöqtələrdə  temperatur  fərqi  patoloji prosesə  şübhə  yaradır.   
Klinika-  süd  vəzilərində  aybaşı  qabağı  ağrılarla  xarakterizə  olunur.  Ağrılar  müxtəlif 
intensivlikdə  və  xarakterdə  olur.  Bəzən  ağrılar,  çiyinə,  qoltuqaltına,  kürəyə  vurur.  FK-
mastopatiyanın diffuz formasında –ağrıları, mastalgiya- mastodiniya süd vəzində şişkinlik baş verir. 
Xəstələrdə depressiya, yuxu pozğunluğu,  kanserofobiya  başlayır. 
  
 
 
XƏSTƏLƏRİN 
YAŞI 
 
MASTOPATİYANIN RASTGƏLMƏSİ   (%lə) 
  20-25 
  2,7% 
  26-30 
  11% 
  31-35 
  24% 
  36-40 
  37% 
  41-45 
  18,4 

127 
  46-50 
  6.1% 
  51-55 
  0,8% 
 
     Bu cədvəldən görünür ki, mastopatiyaya qadınlarda 35-40 yaşlar arasında daha çox rast 
gəlinir. Orta yaşlı qadınlarda mastopatiyanın rastgəlmə tezliyi daha çoxdur.    
 Müşahidələr göstərib ki, abort sayı artdıqca mastopatiyanın rastgəlmə riski artır. 
Xəstələrin yaşı 
 Abort sayı % lə 
  20-25 
  3,7 % 
  26-30 
  21,4% 
  31-35 
  25% 
  36-40 
  26,1% 
  41-45 
  12% 
  46-50 
  9,6% 
  51-55 
  2,2% 
Tədqiqat işinin nəticələrinin müzakirəsi Naxçıvan MR Onkoloji Mərkəzinə 2014-2015-ci il 
ərzində 214 xəstə süd vəzi ilə əlaqəli şikayətlə muraciət etmişdir. Bunlardan 68 nəfərinə süd vəzinin 
bədxassəli  şişi,146  nəfərinə isə mastopatiya diaqnozu qoyulmuşdur. Mastopatiyalı xəstələrin 24-ü 
düyünlü,42-si  fibrokistoz,  80-ni  isə  diffuz  mastopatiyadır.  Bu  xəstələrdən  118-i  evlidir.  Onlardan 
106 nəfərində doğuş olub,qalan 12 nəfərdə isə hamiləlik və doğuş olmamışdir.  Beləliklə ən çox 36-
40  yaşlılarda  mastopatiyanın  rast  gəlmə  tezliyi  37%,  daha  sonra  31-35  yaşlılarda  24%,  41-45 
yaşlılarda isə daha az18,4% olmuşdur. 
Türk  dr-Hamdi  Köçerin  fikrində  qərb  təbabətində  Fibrokistik  döş  strukturu  adlanan 
fibrokistik xəstəliyin əslində xəstəlik deyil fizyolojik proses olduğunu müalicəyə gərək olmadığını 
,xərçəngə  çevrilmə  ehtimalının  olmadığını  iddia  edir.  Fibrokistik  dəyişikliklər  əslində  qadın 
orqanizmindi  estrogen  progestron  ifrazındakı  dəyişikliklərin  fizyolojik  nəticəsi  hesab  edir. 
Mastopatiyanın heç bir zərəri yoxdur və müalicə olunmamalıdır. Həkim Hamdi Koçer orqanizmin 
fizyoloji halı adlandırdığı mastopatiyanın hormonal dəyişikliyinin nəticəsi olduğunu da qeyd edir, 
ancaq  artan  estrogen  hormonunun  zərər  verə  biləcəyini  unudur.  Doğrudur    mastopatiyanın 
təsnifatında  göstərdiyimiz  kimi  uşaqlığın  fibromioması,  endometriyanın  hiperplaziyası  ilə  sinxron 
inkişafı  xərçəngin  etioloji  səbəblərindən  1-  nin  də  qadın  orqanizminin  uzun  müddət-  menarxe 
menapauza arasındakı 45-48 il estrogenlərin təsiri altında olanlarda, tez tez hamiləliyin pozulması 
əməliyyatı  aparılan  qadınların,  klimakterik  dövrdə  əvəzləyici  hormonoterapiya  alan  qadınların 
uşaqlıq  və  süd  vəzi  xərçənginə  tutulduğu    hamıya    məlumdur.  Hələ  kontraseptivlərin  yeni  tətbiq 
olunduğu  illərdə  qadınlarda  qəbul  etdikləri    estrogen  tərkibli  dərman  preparatlarının  süd  vəzi 
xərçənginə  səbəb  olduğu  da  məlumdur.    Əgər  dishormonal    pozğunluq  diqqətə    alınmazsa    buna  
fizyoloji      proses  deyilb  keçilirsə  bu  zaman  bu  yanlışlıq  şərq  deyil,  qərb  təbabətindədir.  Süd 
vəzilərinin  xoşxassəli  xəstəliklərinin  müalicəsində    progesteron  defisiti    zamanı  –  progestron 
tərkibli  projestojel,  dəri  üstü  alikator  kimi  işlədilir.  Nəticədə  epitelial  mitozun  estrogenlə 
stimulyasiyası  azalır.  Projestojel  -100qr.  jeldə  1qr.  progestron  saxlayan  preparatdır,  aybaşının  16-
25-ci günləri arasında  gündə 1 dəfə süd vəzinə az miqdarda 2,5qr sürtülür, 3-4 ay sonrakı klinik ef-
fekti 82-97% olduğu W.Scrocderin  araşdırmalarında qeyd olunur. Düyünlü formada hökmən onko-
loqun  məsləhəti  lazımdır.  Onun məsləhətindən sonra konservativ terapiya tətbiq oluna bilər, yenə 
də üstünlük  projestojelə verilir. FK-xəstəliklər zamanı KOK aşağı dozalı , monofazalı preparatlar, 
tərkibində  zəif  anti  mineralokortikoidlər  olan  hestogen  tərkibli  qestoden,  drospirenon  və  ya 
natriumuretik  effekti olan  dezoqestrel tətbiq olunması məsləhətdir.  Çünki bu  preparatlar  bədənin  
müxtlif    toxumalarında  o  cümlədən  süd  vəzilərində  maye  toplanmasına  mane  olur.  Postmeno-
pazadankı  qadınlarda  hormonla  terapiyadan  seçici  istifadə  olunmalıdır.  Anjelica(estradiol 
+drospirenon),  Femiston  (estradiol+  didrogestron)  və  ya  əvəzləyici  terapiyanın  digər 

128 
nümayəndələrinin  biri  +  projestojel  işlədilir.      Bundan  başqa    mastopatiyanın  müalicəsində 
vitaminoterapiya xüsusi ilə A,E,B qrupu vitaminlər təyin edilir. Vitamin A-antiesterogen,  vitamin 
E  antioksidant  təsirli  olub  progesteronun  təsirini  artırır.    Vitamin  B    prolaktinin  sintezini  azaldır. 
Ürək-damar  sinir  sisteminin  vəziyyətini      normallaşdırır.    Vitamin  E  və  -A-6-12  ay  təyin  edilir. 
Fitoterapiya da geniş tətbiq edilir. Bitkilər ayrıca və kombinasiya şəklində işlədilir. Orqanizmə çox 
tərəfli təsir edir. Məsələn Eleuteronok yaz-payız aylarında asteniya və nevrasteniya zamanı ekzogen 
faktorlara  dözümlülük  yaradır.  Eyni  zamanda  süd  vəzlərindəki  qeyri  sist-patoloji  proseslərin  geri 
sorulmasına  da  təsir  edir.  Fitoterapiya  ilə  süd  vəzinin  ağrıları,  ödemliliyi,  kanserofobiya, 
psixoemosional gərginlik  aradan qalxır, yuxu  normallaşır. Ancaq nəzərə almaq lazımdır ki, dəqiq 
diaqnoz qoyulmadan fitoterapiya  geniş tətbiq  edilməməmlidir.   Hormonal    terapiya son zamanlar  
Burdinə    görə  diffuz  formalı    mastopatiyaların  hamısında  xüsusilə,    əgər  qadının  neyroendokrin 
ginekoloji      problemi  yoxsa  hormonal  müalicə  məqsədə  uyğun  deyil.  Projestoiel  Klimakterik 
mastopatiya,  mastalgiya    zamanı  hipoprogesteronemiya  zamanı    işlədilir.  Livialda  zəif  esterogen 
hestogen  və  androgen  təsiri  ilə  süd  vəzinin  hüceyrələrinin  proliferasiya  sürətinin  azaldır. 
Qonodotropinlərin sekresiyası azalır. Ovulyasiyanın qarşısını alır. Endometriyanın proliferasiyasına 
mane  olur,  2.5mq  fasiləsiz  rejimdə  qəbul  edilir.  Ancaq  hormonal  asılı  şişlərin  olduğu  zaman, 
tromboz  ,  naməlum  etiologiyalı  ginekoloji  qanaxma,  hamiləlik  zamanı  tətbiqi  əks  göstərişdir. 
Antiestrogen  təsirə  malik  tamoksifen  10-20mq  sutkalıq  doza  ilə  3-6ay  təyin  edilir.      2həftə  sonra  
yumurtalıqların  funksiyası  enir-qonodotropinlərin  azalması nəticəsində 10-12həftədə   isə süd vəzi 
toxumasındakı    sərtliklər  azalır.  Antiestrogen  olan  bu  preparat  təkcə  süd  vəzi  xərəcngində  deyil 
həmdə süd vəzinin xoşxassəli törəmələrində də istifadə edilir.      Parlodel  -brokriptin prolaktinin 
sekresiyasını tormozlayır. Hiperprolaktemiya zamanı 1/2 və 1tab (2.5)sutkalıq doza olaraq 3-6-12ay 
verilir.  Danazol-çox faktorlu təsir mexanizminə malikdir və  endometriozlu  xəstələrdə süd vəzinin 
xoşxassəli  patalogiyasında      effektlidir.    Sutkalıq  dozada  400-600mq  dozada  6  ay  təyin  edilir. 
Dekapeptil-depo  zolodeks,  buserilin  -qonodotropin        relizinq    hormonunun  antoqonisti  hipofizi 
blokə  edərək  estrogeni  və    ovuliyasiyanı      tormozlayır.    Mastopatiya    endometriozlu  qadınlarda 
müalicəsi zamanı işlədilir. Hestegonlər mastopatiyanin endometrioz ,endometriyanın hiperplaziyası 
,  aybaşının  II  fazasının  yetərsizliyi  zamanı  utrojestan        şam  şəklində    lütein    fazasında  təyin 
edilir.profilaktika  Süd  vəzi  xəstəlikləri  ilə  qaraciyər  ,  xronik  qəbizlik,  mədə-bağırsaq  xəstəlikləri 
və  s.  arasında  əlqə  olduğu  qeyd  olunur.    Kofe,  çay,  şokalad  ,    kofein,  teofellin  qəbulu  ,  qidada 
liflərin  olmamsı  isə  bu  xəstəliklərin      yaranmasına      şərait  yaradır.  Xəstəliyin  əmələ  gəlməsində 
estrogen  hormonunun  disbalansı-artıqlığı  məlumdur.      Estrogen  hormonlarının  utilizasiyası   
qaraciyərdə getdiyindən   onun sağlamlığında əhəmiyyəti var.  Liflərlə zəngin qidalar ,   gündə 1,5-
2 l maye qəbulu  bu utilizasiya məhsullarının orqanizmdən atılmasına xidmət edir.   Vitamin A-nın  
antiestrogen      effekti  olduğundan  epitel  və  stromanın  proliferasiyasına  mane  olur.  50000  vahid 
gündəlik  doza  6  ay  qəbul  etmək  məsləhət  görülür.    Fenol  birləşmələri-Flavonoid  və  ya 
biollavonidlər  az  və  ya  çox  miqdarda  bütün  bitkilərdə  olur.    İnsan  orqanizmində  sintez 
olunmadığından kəardan bitkilərdən alınır.  Üzüm , gilənar, yabanı  mərsin, alma , sitrus meyvələri 
və bəzi bitkilərdə mövcuddur.     Bioflavonoidlər  müxtəlif    siniflərdə   qruplaşdırılır.   Bunlardan 
ən  əsası  yaşıl  çayın  təkibindəki  katexolaminlərlərdir.    Güclü  antioksidant  olmaqla    bərabər      qan 
dövranını  yaxşılaşdırır,  toxumların    oksidləşmə  prosesini  aktivləşdirir,      ürəyə,  qaraciyərə,  mədə-
bağırsaq sisteminə yaxşı təsir edir. 2000ci ildə antikanserogen şiş əleyhinə aktivliyi də yaşıl çay və 
ondan alınan dərman preparatları süd vəzi xəstəliklərində tətbiq olunmağa başladı.İtlayan alimləri 
isə  yaşıl  çayın  ağız  boşluğu,  qırtlaq  ,  burun  udlaq  ,  qida  borusu  xərçəngindən  qoruduğunu  qeyd 
etdilər.   Eyni zamanda  spazmilitik , ödqovucu, duiretik təsiri ilə yanaşı daxili sekresiya vəzilərinin 
sekresiyasını requlə edir. 
Nəticələr 
1. Süd vəzin xoşxassəli xəstəlikləri olan qadınlarda ginekoloji xəstəliklərin-endometriyanın 
hiperplaziyası, endometrioz, uşaqlıq mioması, aybaşı-reproduktiv funksiyasının hormonal 
pozğunluğunu müalicə etmək vacibdir.   
2.Mastopatiya  və  ya  fibrokistoz  xəstəlik  süd  vəzilərinin  ən  geniş  yayılmış  xəstəliyidir.  Ancaq 
xərçəngə çevrilməmə ehtimalı da yox deyildir. 

129 
3.  Qadın  orqanizminin  uzun  müddət-  menarxe  menapauza  arasındakı  45-48  il  estrogenlərin  təsiri 
altında olanlarda, tez tez hamiləliyin pozulması əməliyyatı aparılan qadınların, klimakterik dövrdə 
əvəzləyici hormonoterapiya alan qadınların uşaqlıq və süd vəzi xərçənginə tutulduğu  məlumdur.  
4.Hələ  kontraseptivlərin  yeni  tətbiq  olunduğu  illərdə  qadınlara  qəbul  etdikləri  estrogen  tərkibli 
dərman preparatlarının süd vəzi xərçənginə səbəb olduğu da məlumdur 
5. Mastopatiyaya qadınlarda 35-40 yaşlar arasında və hamiləliyin pozulması əməliyyatı  sayca çox 
olan qadınlarda  daha çox rast gəlinir. Orta yaşlı qadınlarda  mastopatiyanin  rastgəlmə tezliyi daha 
çoxdur.    
ƏDƏBİYYAT 
 
1. Андреева Е.Н., Леднева Е.В. Доброкачественные заболевания молочных желез у женщин с 
эндокринной патологией. В кн.: Доброкачественные заболевания молочных желез. М.: 
Адамант Ъ, 2006.-С. 4-21 
5. Гилязутдинов И.А., Р.Ш. Хасанов Доброкачественные заболевания молочных желез /. 
Казань. Медлитература. 2007. - 215 с 
6. Зотов А.С., Белик Е.О. Мастопатии и рак молочной железы, краткое руководство. Москва. 
- Медпресс - 2005. - С. 8-19, С. 34-57 
9. Киселев В.И., Ляшенко А.А. Индинол - регулятор пролиферативных процессов в органах 
репродуктивной системы. М., 2005 
10. Коган И.Ю. Гиперпластические процессы в молочных железах у женщин (патогенез, 
диагностика, прогнозирование течения): дис. .. .докт. мед. наук. - С.-Петербург, 2008 
11. Корицкая Л.Н., Ялкут С.И., Тарутинов В.И. и др. Опухоли молочной железы. Киев:, 
Книга плюс 2003;208 
14. Летягин В.П., Высоцкая И.В., Ким Е.А. и др. Фитотерапия диффузной фиброзно-
кистозной болезни. М.: АБВ-пресс, 2008 
15. Манухин И.Б., Высоцкий М.М., Харлова О.Г. Доброкачественные заболевания молочных 
желез. В кн.: Избранные лекции по гинекологии. Под ред. И.Б. Манухина. М. Династия, 
2003. - С. 71-80 
16. Овсянникова Т.В. Дисгормональная патология молочных желез - взгляд гинеколога. В 
кн.:  
19. Сидоренко Л.Н. Мастопатия. С.-Петербург. Гиппократ 2007г 
20. Филиппов О.С. Доброкачественные заболевания молочных желез: руководство по 
диагностике и лечению. М.: Медпресс- информ, 2007 
21. Хамитова Г.В. Комплексное обследование и патогенетическая терапия больных с 
дисгормональными заболеваниями молочных желез: Автореф.дисс. ... канд.мед.наук. - 
Казань, 1997 
22. Шадрин А.К. Психоэмоциональный стресс, вызванный постановкой диагноза «рак 
молочной железы», взаимосвязь нервных и гуморальных проявлений: дис. .. .канд.мед.наук. - 
Краснодар, 2009 
23. Шикина В.Е. Лечебная тактика при фиброзно-кистозной болезни молочных желез дис. 
...канд.мед.наук. - Москва, 2006 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin