Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix18.04.2017
ölçüsü5,01 Kb.
#14448
  1   2   3   4   5   6   7   8   9   ...   23

 
 
 


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
BİOLOGİYA 
                                                                             SALEH MƏHƏRRƏMOV  
                                                                              AMEA-nın müxbir üzvü                                                                                                                                                                
                                                                                Naxçıvan Dövlət Universiteti    
                                                                                  salehmaharramov@mail.ru     
UOT: 581.6 
 
ÇAŞIR-ACILIQ BİTKİLƏRİNİN HEYVANLARIN BƏDƏN TEMPERATURUNA TƏSİRİ 
 
Açar sözlər: çaşır, acılıq, bədən temperaturu, antihelmint təsir, otlaq bitkiləri 
Key words: ferula, bitterness, body temperature, antihelmint affect, plants 
Ключевые  слова:  ферула,  хвойник,  температур  тело,  антигельминтая  действия, 
пастбищные растения 
 
  Yüksək  müalicə  təsirinə  malik  dərman  preparatları  ilə  zəhərlənmələr  zamanı  heyvanların 
ürək-damar, tənəffüs, həzm, sinir sistemində, maddələr mübadiləsində, humoral sistemdə disfunk-
siyalar  əmələ  gəlməklə,  temperatur  aşağı  düşür,  ümumi  halsızlıq  yaranır,  immunitet  zəifləyir,  diri 
çəkiləri azalır. Bu vəziyyətdə olan heyvanların qanını analiz etdikdə formalı elementlərin sayında, 
leykositlər formulunda, qanın fiziki-kimyəvi xassələrində normadan kənara çıxmalar müşahidə edi-
lir. Sidiyin fiziki-kimyəvi xassələri dəyişilərək tərkibindəki üzvü və qeyri-üzvü maddələrin miqdarı 
artır, hətta normada olmayan maddələrin ixracına təsadüf edilir.  
Otlaqlarda yayılan bəzi zəhərli bitkilər həm də müalicəvi əhəmiyyətə malikdir. Buna görə də 
hətta yüksək səmərəliliyə malik bitkilər praktik olaraq tətbiq edilməmişdən əvvəl toksiki cəhətdən 
qiymətləndirilməlidir.  Müalicəvi  əhəmiyyətə  malik  bitkilərin  toksiki  təsir  göstərməsi  onun 
dozasından  da  asılıdır.  Az  miqdarda  müalicə  səmərəsi  göstərən  bitkilər  heyvan  tərəfindən  artıq 
yeyildikdə  toksiki  təsir  yaradır.  Otlaq  sahələrində  yayılan  və  insanlar  tərəfindən  becərilən  bəzi 
bitkilər helmintosid təsirə malik olmalarına baxmayaraq artıq miqdarda qəbul edildikdə funksional 
sistemə mənfi təsir göstərir.  
Zəhərli  bitkilər  toksiki  maddələri  həyat  fəaliyyətləri  dövründə  hazırlayaraq  yarpaqlarında, 
köklərində və b. vegetativ, generativ orqanlarında saxlayırlar. Bitkilərin tərkibindəki alkaloidlərin, 
qlikozidlərin,  efir  yağlarının,  fitonsidlərin,  fotosensibilizasiya  edici  maddələrin  müalicəvi  əhəmiy-
yətə malik olmaları ilə yanaşı zərərli təsirləri də qeydə alınır. 
Tərkibində  zəhərli  maddələr  olan  belə  bitkilərin  heyvan  orqanizminə  təsirinin  öyrənilməsi 
istiqamətində  bir  çox  tədqiqat  işləri  aparılıb.  Yüksək  dərəcədə  antihelmint  səmərəyə  malik 
baldırğanın ağ siçanlar üzərində çiçəkləmə və meyvələrin  yetişmə fazasında iti toksiki parametrin 
maksimal keçid həddi müvafiq olaraq 5200 mq/kq, 5050 mq/kq, orta öldürücü dozası hər iki fazada 
7390 mq/kq, 100% öldürücü dozası isə 10030 və 10050 mq/kq həddində olmuşdur. Onun çiçəkləmə 
və meyvələrin  yetişmə mərhələsindən hazırlanan preparat verilən qrupda ölən ağ siçanların sayını 
nəzarətdə olan qrupda ölən heyvanların sayı ilə müqayisə etdikdə baldırğanın uzun müddət verilmə-
sinə baxmayaraq heyvan orqanizmində toplanmadığına görə kumulyativ təsir alınmamışdır. Baldır-
ğanın boğaz siçovullara müalicə, müalicə dozasının 3, 5 dəfə artırılmış miqdarları verilən tədqiqat-
larda  embrion  materiallarının  xarici  və  daxili  orqanlarında  anomaliyalar  görünməməklə,  skelet 
sümüklərinin ölçüləri normal həddə olmuşdur [6, 8].  
Baldırğanın müalicə (0,9 q/kq), müalicə dozasının 3 və 5 dəfə artırılmış miqdarları yedizdiril-
miş heyvanların bədən temperaturu normal həddə olmuş, hərəkət koordinasiyasında, davranışında, 
selikli  qişaların  rəngində  patoloji  dəyişikliklər  görünməmiş,  ürək  vurğularının  taxikardiya  və 


bradikardiyasına,  tənəffüs  hərəkətlərinin,  işgənbənin  peristaltikasının  sayında  tezləşmə  və  seyrək-
ləşmə hallarına təsadüf edilməmişdir. Təcrübədə olan heyvanların qanında eritrositlərin, leykositlə-
rin, trombositlərin sayı, hemoqlobinin miqdarı, eritrositlərin hemoqlobinlə doyma dərəcəsi normal 
ölçüdə olmuşdur. Həmin heyvanlardan götürülən sidiyin fiziki-kimyəvi xassələrində patoloji dəyi-
şiklik əmələ gəlmir. Baldırğan qəbul edən heyvanların ürək, dalaq, qara ciyər və böyrəklərindən gö-
türülən nümunələrin mikroskopiyasında histopatoloji dəyişiklik görünmədi. Buna görə də baldırğan 
praktiki olaraq həzm sistemi strongilyatlarına qarşı yüksək antihelmint səmərəyə malik, lakin  tok-
siki təsiri olmayan bitki kimi qəbul edilməlidir [5, 7]. 
Helmintosid  təsirə  malik  və  toksiki  xassələri  öyrənilən  su  baldırğanında  zəhərli  maddələr 
əsasən kökümsovunda toplanır. Təzə kökümsovun qaramal üçün öldürücü dozası 200-250 q, qoyun-
lar üçün isə 60-80 q-dır. Heyvanlar zəhərləndikdə narahatçılıq, titrəmə, qıcolmalar, tez-tez sidik və 
kal ixracı, ağız suyu ifrazı əmələ gəlir. Ölmüş heyvanların şirdan və bağırsaqlarında selikli hipere-
miya,  endo,  epikard  altında,  dərialtı  toxumada,  tənəffüs  yollarında,  böyrəklərdə  və  sidik  kisəsində 
qansızmalar qeydə alınır. Ölmüş heyvanların işgənbəsindən götürülən kökümsovdan hazırlanan efir 
ekstraktı qurbağanın dərialtına 1,0 ml inyeksiya edildikdə qıcolma başlayaraq heyvan ölür [1].   
Apardığımız  təcrübələrdə  yüksək  səviyyədə  antihelmint  səmərəyə  malik  çaşır  və  acılıq 
bitkilərinin qoyunların bədən temperaturuna təsirini araşdırdıq. 
Çaşır  (Prangos  acaulis  L.)  [9]  gövdəsiz  çoxillik  ot  bitkisi  olmaqla,  yarpaqları  iynəvari 
formadadır,  əsasən  muxtar  respublikanın  dağlıq  ərazilərində  bitir.  Kökündə  20%  qatran    və  efir 
yağları olur. Qatran tərkibli maddədən qvayanolid, badxozin və b. maddələr ayrılır. Çaşırdan alınan 
preparatlardan  dəridə  olan  yaralanmalar  zamanı  iltihab  əleyhi  və  yanıqların  müalicəsində  istifadə 
edilir [2, s. 126]. 
Tədqiqatlarımızda istifadə etdiyimiz acılıq (Ephedra procera Fisch et C.A.Mey) [10, s. 423] 
ikievli kol bitkisi olub, yarpaqları reduksiya etməklə zoğların buğumlarında pulcuq şəklindədir. Bir 
cinsli  çiçəkləri  sünbülcüklərdə  toplanır.  Meyvələri  kürə  şəkilli  olmaqla  1  toxumludur,  toxumları 
uzunsov ovalvari formadadır. Bitkinin yaşıl hissələrində alkaloidlər, aşı maddələr (7-10%), efedrin, 
P vitamini, meyvələrində 60 mq% C vitamini olur. Acılıqdan alınan alkaloid efedrin α və β adre-
noreseptorları stimulə edir, periferik qan damarlarını daraldır, ürəyin  fəaliyyətini  gücləndirir, arte-
rial təzyiqi yüksəldir, bronxların, mədə-bağırsaq traktının saya əzələlərinin tonusunu, bağırsaqların 
perilstaltikasını zəiflədir, bəbəkləri genişləndirir. Efedrin bunlardan başqa mərkəzi sinir sisteminin 
yuxarı şöbələrini oyadır, tənəffüs mərkəzinin oyanıcılığını artırır, narkotik və  yuxugətirici  maddə-
lərlə zəhərlənmələrdə oyadıcı təsir göstərir. Efedrin iltihab və allergik əleyhi vasitə kimi də istifadə 
edilir [2, s. 163-165].  
Çaşır-acılıq  bitkilərinin  bərabər  miqdarlarından  hazırladığımız  qarışıq  yüksək  antihelmint 
səmərə  verdiyindən  onların  toksikoloji  xüsusiyyətlərinin  də  həmin  formada  araşdırılmasını  zəruri 
hesab etdik. İki bitki qarışığının verilməsi sinergizm zamanı bir-birinin təsirini qüvvətləndirir. 
Bitkilərin  tərkibindəki  maddələrin  antaqonist  olması  onların  helmintosid  təsirini  azaltmaqla 
yanaşı heyvan orqanizmində də toksiki əlamətlərin yaranmasına səbəb olur.  
Təcrübə  heyvanlarını  seçib  qrupları  müəyyənləşdirərkən  onlarda  ümumi  müayinələr  aparıb 
qoyunların  davranışına,  yunun  vəziyyətinə  nəzarət  edib,  selikli  qişaları  (gözün,  dodaqların, 
cinsiyyət orqanlarının) gözlə müayinədən keçirdirdik.  
Təcrübədə olan qoyunlara preparatın müalicə dozasını (6 q/kq), müalicə dozasının 3 və 5 dəfə 
artırılmış miqdarlarını qüvvəli yemlə qarışdırılmış formada verməklə heyvan orqanizminə  - bədən 
temperaturuna təsirini öyrəndik. Bitki qarışıqlarının heyvanlara su ilə qarışdırılmış şəkildə verilmə 
təcrübəsi  də  var.  Lakin  belə  vermə  metodu  əlavə  çətinlik  törətdiyindən  onları  qüvvəli  yemlə 
verməyi üstün tutduq. 
Tədqiqatları hər qrupda 10 baş olmaqla 4 qrupa ayrılmış 40 heyvan üzərində apardıq. Təcrübə 
üçün seçilən hevanları  yaşına, cinsinə və çəkisinə əsasən qruplaşdırırdıq. Bu məqsədlə heyvanları 
seçməmişdən 3 gün əvvəl onların davranışları, yemə münasibəti, yunun vəziyyəti izlənilib sağlam-
ları ayıraraq qruplaşdırdıq.  I qrup heyvanlara 2 gün çaşır və acılıq qarışığının müalicə dozasını (6 
q/kq), II qrupa 3 dəfə artırılmış (18 q/kq), III qrupa isə müalicə dozasının 5 dəfə artırılmış (30 q/kq) 
miqdarını  verməklə  bitkilərin  bədən  temperaturuna  təsirini  öyrəndik.  Bütün  qruplarda  olan  hey-


vanları  eyni  şəraitdə  saxladıq.  IV  qrupdakı  heyvanlar  nəzarətdə  olmaqla  adi  yemləmə  şəraitində 
saxlanıldı.  
Tədqiqat müddətində orta nəticəni almaq üçün 3 dəfə bitki verilməmişdən əvvəl, 3 dəfə veri-
lən müddətdə, 3 dəfə isə verildikdən sonra həm təcrübə, həm də nəzarət qrupunda olan heyvanların 
bədən temperaturunu ölçürdük.  
Bədən  temperaturu  heyvanın  yaşından,  cinsindən,  günün  vaxtından  və  orqanizmin  fizioloji 
vəziyyətindən asılıdır. Cavan, həmçinin  erkək heyvanların bədən temperaturu  yaşlılara və dişilərə 
nisbətən  yüksək olur. Eyni  zamanda axşam heyvanların  temperaturu  gündüzə nisbətən aşağı  olur. 
Heyvanlar nisbətən uzun müddət ac qaldıqda onların temperaturu aşağı enir. Bütün bunları nəzərə 
alaraq  heyvanları  qruplaşdırarkən  onların  cinsiyyət  və  yaşını  nəzərə  alırdıq.  Qoyunların  
temperaturunu  hər  gün  eyni  vaxtlarda  ölçürdük.  Heyvanların  temperaturu  kimyəvi  və  fiziki 
tənzimlənmə  hesabına  daim  sabit  qalır.  Kimyəvi  tənzimlənmə  istilik  tənzimlənmə  mərkəzinin 
fəaliyyəti  hesabına  əzələ,  qara  ciyər,  həzm  traktında  və  s.  orqanlarda  mübadilə  prosesi  hesabına 
istiliyin əmələ gəlməsinin orqanizmin fəaliyyətinə uyğunlaşmasıdır. Fiziki tənzimlənmə isə ayrılan 
istiliyin  heyvanı  əhatə  edən  mühitin  temperaturasından  asılı  olaraq  xaricə  verilməsidir  [3,  s.  358-
363], [4, s. 230-240]. Toksiki təsirə malik preparatlar istilik tənzimi mərkəzinə, istilik  yaradan or-
qanlara təsir edərək istiliyin əmələ gəlməsini zəiflədir. Eyni zamanda kapillyar qan damarlarına tə-
sir  edərək  onların  genişlənməsinə,  bununla  da  istilik  verilməsini  artıraraq,  bədən  temperaturunun 
aşağı düşməsinə səbəb olur. Bu məqsədlə antihelmint təsirə malik bitkilərin orqanizmə təsirini öyrə-
nərkən heyvanların bədən temperaturunun dəyişilməsinin öyrənilməsi zəruridir. Bədən temperaturu-
nu ümumi metodikaya əsasən civəli termometri düz bağırsaqda 10-15 dəqiqə saxlamaqla ölçürdük. 
Aparılan tədqiqatların nəticəsi göstərir ki, çaşırla acılığın birlikdə müalicə, müalicə dozasının 
3 və 5 dəfə artırılmış miqdarları heyvanların temperatur nizamlama fəaliyyətinə mənfi təsir etmir. 
Bitkinin verilmə müddətində müalicə dozasını almış heyvanların temperaturu orta hesabla 39,85
0
C, 
müalicə dozasının 3 dəfə artırılmış miqdarını alan qrupun 39,38
0
C, 5 dəfə artırılmış dozanı alanların 
38,76
0
C,  nəzarət  qrupunun  isə  39,14
0
C  olmuşdur.  Preparatın  verilməsi  qurtardıqdan  sonra  həmin 
göstəricilər  orta  hesabla  müvafiq  olaraq  39,58
0
C,  39,22
0
C,  38,72
0
C  və  39,08
0
C  həddində  qeydə 
alınmışdır. 
Hər iki bitkidən ibarət qarışığın təcrübədə verilən müalicə, onun 3 və 5 dəfə artırılmış dozaları 
heyvanların  ümumi  vəziyyətinə  toksiki  təsir  etməyərək  onların  davranışı,  hərəkət  koordinasiyası, 
yunun vəziyyəti normal olmaqla, selikli qişalarında qan durğunluğuna təsadüf edilmədi. Davranışın, 
hərəkət  koordinasiyasının  normal  olması  qarışığın  mərkəzi  sinir  sisteminə,  əzələ  tonusuna  toksiki 
təsir  etmədiyini  göstərir.  Yunun  normal  rəngdə,  formada  olması  qarışığın  təsirindən  qoyunların 
dərisində,  maddələr  mübadiləsində  patoloji  vəziyyətin  yaranmadığını  sübut  edir.  Qan  dövranında 
durğunluq,  damarların  keçiriciliyində  qeyri  normal  vəziyyət  yarandıqda  qanın  formalı  elementləri 
selikli qişalarda damar ətrafı nahiyələrə sızaraq ləkələrin yaranmasına, hətta qan azlığına səbəb olur.  
Apardığımız təcrübələrin nəticələri yüksək antihelmint səmərəyə malik çaşır-acılıq qarışığının 
müalicə dozasının, onun 3 və 5 dəfə artırılmış miqdarlarının heyvanlarda maddələr mübadiləsinə və 
onun hesabına nizamlanan bədən temperaturuna mənfi təsir etmədiyini göstərir. 
  
ƏDƏBİYYAT 
 
1.  Абрамов  И.  Патологическая  анатомия:  Отравления.  17  март,  2004. 
http://www.vetmedical.ru/ bible/articles/show?id=47 
2.  Дамиров  И.А.,  Прилипко  Л.И.,  Шукюров  Д.З.,  Керимов  Ю.Б.  Лекарственные 
растения Азербайджана. Баку: Маариф, 1988, 304 с.  
3. 
Елисеев  А.П.,  Сафонов  Н.А.,  Бойко  В.И.  Анатомия  и  физиология 
сельскохозяственных животных. М.: Агропомиздат, 1991, 479 с 
4.  Костин  А.П.,  Мещеряков  Ф.А.,  Сысоев  А.А.  Физиология  сельскохозяйственных 
животных. М.: Колос, 1983, 473 с 
5. Магеррамов С.Г. Влияние лекарственного антигельминтного растения борщевика на 
общее  клиническое  состояние  и  физико-химические  свойства  мочи  овец  /  Материалы 


конференции  Роль  науки  в  интенсификации  сельского  хозяйства.  Новосибирск,  Сибирское 
отделение ВАСХНИЛ, 1990, ст. 51-52  
6.  Магеррамов  С.Г.  Токсикологическая  оценка  лекарственного  растения    борщевика  // 
Бюл. ВИГИС, 1990, № 54, с. 96  
7.  Магеррамов  С.Г.  Гистологические  изменения  внутренних  органов  овец  под 
влиянием  борщевика  //  Актуальные  вопросы  профилактики  и  ликвидации  заразных  и 
незаразных болезней животных. Тематический сборник трудов АзНИВИ, 1991, s. 168-171 
8.  Магеррамов  С.Г.  Гельминтоцидные  пастбищные  растения  и  токсиколо  гическая 
оценка борщевика: Автореф. дис…канд. вет. наук. М., 1991, 26 с 
9. Флора Азербайджана. Баку: Академии Наук Азербайджанской ССР, 1955, т. 6, 540 с. 
10.  Черепанов  С.К.  Сосудистые  растения  России  и  сопредельных  государств  (в 
пределах бывшего СССР). Санкт – Петербург: Мир и семья – 95, 1995, 990 с 
 
ABSTRACT 
 
The effect of ferula-bitterness plants on the body temperature of animals 
            In  our  experiments  we  studied  that  the  effect  of  ferula-bitterness  mixture  of  antihelmint 
affect  on body temperature of animals.  We fed the animals  with  the treatment and treatment  dose 
(6g/kg) of mixture increased by 3 and 5 times within high calorie food for two days  and took  the 
body temperature of animals before experiment, during experiment and after experiment. We found 
out that the body temperature of animals in experiments was not out of norm during the term when 
treatment and treatment  dose of mixture increased for several times  was given to the animals. At 
the  end  it  turned  out  that  the  average  body  temperature  of  the  group  of  animals  which  ate  6g/kg 
ferula was 39,58°C , which ate 18g/kg ferula was 39,22°C , which ate 30g/kg ferula was 39,08°C. It 
shows that the plants do not have toxical effect. 
 
РЕЗЮМЕ 
 
Влияние смеси ферулы-хвойника на температуру  
тела животных 
 
В  опытах  были  исследованы  влияние  на  температу  тела  животных  смеси  ферулы-
хвойника,  имеющей  антигельмитным  действием.  Животных  кормили  терапевтической 
(6г/кг) трех и кратной увеличенной дозой смеси с комбикормом в течение 2 дней и измеряли 
температуру  тела  до,  во  время  и  после  кормления.  При  введении  терапевтической  смеси  и 
несколько  увеличенной  дозы  температура  тела  не  отклонилась  от  нормы.  После 
прекращения кормления растений в группе, получившая 6 г/кг дозы температура тела была 
39,58  0С,  получившая  18  г/кг  –  39,22  0С,  30  г/кг  –  39,08  0С.  Полученные  эти  показатели 
доказывают,  что  смеси  ферулы-хвойника  отрицательно  не  действуют  на  обмен  вещества  – 
температуру тела.  
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
 
 
 
 
 
 
 
 
 
 


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
                                                                       
 
ƏLİYAR İBRAHİMOV 
e-mail: aliyaribragimov@mail.ru  
                                                                     FATMAXANIM NƏBİYEVA 
AMEA Naxçıvan Bölməsi 
UOT:581.6 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SUBALP BİTKİLƏRİ 
(MONOCOTYLEDONAE) VƏ ONLARIN İQTİSADİ ƏHƏMİYYƏTİ 
 
Açar sözlərsubalp qurşağıflora, bitkilik,  hündürotluq, otlaq,  biçənək, bioehtiyat, dərman 
Key  words:  subalpine  zone,  flora,  vegetation,  high-grass,  pasture,  hayfield,  bioresource,               
silage, medicinal 
Ключевые слова: субальпийское пояс, флора, растительность, высокотравье,  
пастбища, сенокосы, биоресурсы, силос, лекарственный 
 
Naxçıvan  Muxtar  Respublikası  malik  olduğu  flora  və  bitkiliyin  zənginliyi  ilə  fərqlənir. 
Regionun  ərazisində  yayılmış  müxtəlif  həyat  formalı,  təsərrüfat  əhəmiyyətli  və  nadir  bitkiləri 
hündürlük qurşaqları üzrə şaquli zonallıq qanunauyğunluğuna müvafiq olaraq paylanmışdır. Hər bir 
hündürlük  qurşağının  bitkiləri  buradakı  torpaq-iqlim  xüsusiyyətlərinə,  yaşayış  məskənlərinin 
ekoloji  şəraitinə  tam  uyğunlaşaraq  normal  inkişaf  etmək  və  öz  arealını  genişləndirmək  imkanına 
malikdirlər.  Digər  hündürlük  qurşaqlarından,  qonşu  dövlətlərin  ərazisindən  müxtəlif  yollarla  bura 
düşmüş  kosmopolit,  adventiv,  sinantrop  bitkilər  həmin  hündürlük  qurşaqlarının  komponentləri 
sayılır.  Onlar  mövcud  səraitə  uyğunlaşaraq  yaşayış  uğrunda  mübarizədə  qalib  gələrək  yaşayır, 
yaxud  uyğunlaşmayıb  məhv  olurlar.  Təbii  ekosistemlərin  florasını,  bitkilik  tiplərini  formalaşdıran 
aborigen  növlər  fitosenozların  məhsuldarlığının  artırılmasında,  maddələr  və  enerji  mübadiləsində, 
həmçinin başqa iqtisadi yönümlü problemlərdə mühüm rol oynayırlar.   
Bu  baxımdan  bioloji  ehtiyatlarla  daha  zəngin  olan,  heyvandarlığın  əsas  yem  bazasını  təşkil 
edən  subalp  hündürlük  qurşağında  yayılmış  bitkilərin  növ  sayının  dəqiqləşdirilməsi,  qlobal  iqlim 
dəyişiklikləri şəraitində müasir vəziyyətinin tədqiqi, muxtar respublikanın iqtisadi həyatında yeri və 
rolunun qiymətləndirilməsi günün tələblərinə cavab verən həlli vacib problem məsələlərdən biridir. 
Ədəbiyyat mənbələrinin [1, s. 173-175; 3; 6, .81 p.; 8, s. 17.374; 9, s. 13-317], “Herbari fondu”nun 
araşdırılması  və  toplanılmış  faktik  materiallar  əsasında  muxtar  respublikanın  subalp  qurşağında 
yayılmış  ali bitkilərin birləpəlilər  sinfinə aid  olan bitkilərinin  aşağıdakı növ sayı  müəyyən edilmiş 
və taksonomik spektri tərtib olunmuşdur.     
               1. Fam.: Aspleniaceae  Newm. -  Qamçılıcakimilər 
Asplenium septentrionale (L.) Hoffm. -  Şimal q. 
Ceterach. officinarum Willd.  -  Dərman seteraxtı 
                         2. Fam.: Vudsiyakimilər – Woodsiaceae (Diels) Herter     
Woodsia alpine (Bolt.) S.F. Gray. – Alp vudsiyası 
Athyrium distentifolium Tausch ex Opiz. - Sərilənyarpaq q.                         
Cystopteris fragilis (L.) Bernh. - Kövrək qovuqluca 
                         3. Fam.: Dryopteridaceae R.- C.Ching –  Ayıdöşəyikimilər 
Dryopteris  filix - mas (L.) Schott - Erkək ayıdöşəyi 
Polystichum lonchitis (L.)Roth  - Nizəvari cərgəvər   
                         4. Fam.:  Ophioglossaceae (R.Br.) Agardh. –  İlanotukimilər                                  
Botrychium lunaria (L.) Swartz in Schrad., Jorun – Yarımay salxımotu. 
                          5. Fam.: Pinaceae  Adans.  -  Şamkimilər  
Pinus kochiana Klotzsch ex C.Koch- Kox şamı 
                           6. Fam.: Equisetaceae Michx. ex  DC. –  Qatırquyruğukimilər 


Equisetum arvense L.(E.boreale Bong.) - Çöl qatırquyruğu 
E. palustre L. - Bataqlıq q. 
E. pratense Ehrh.  - Çəmən q. 
E. ramosissimum Desf. - Budaqlı q. 
                  7. Fam.: Cupressaceae  S.F. Gray – Sərvkimilər                         
Juniperus communis L. - Adi  ardıc      
J. excelsa Bieb. - Hündür a.   
J. foetidissima Willd. - Ağıriyli a.  
J. sabina L. - Qazax a. 
                   8. Fam.: Ephedraceae Dumort. – Acılıqkimilər 
Ephedra procera Fisch et  C.A. Mey.  - Boylu acılıq                      
                    9. Fam.: Sparganiaceae F. Rudolphi – Qurbağaotukimilər 
Sparganium neglectum Beeby - Etinalı qurbağaotu 
S.  emersum Rehm. (S. simplex Huds.) -  Adi q. 
S. simplex Huds. -  Kirpibaş  q.             
                      10. Fam.: Typhaceae L. - Ciyənkimilər 
Typha latifolia L. - Enliyarpaq  ciyən 
T. angustifolia L. - Daryarpaq  c.              
                        11. Fam.: Poaceae Barnhart – Qırtıckimilər (Taxıllar) 
Phalarioides arundinacea (L.) Rauschert - 
Anthxanthum odoratum L. - Ətirli sarıçiçək 
A. alpinum A.et D. Löve – Alp ətitli sarıçiçəyi 
Stipa tirsa Stev. - Nazikyarpaq şiyav      
S.pulcherrima C. Koch. - Gözəl ş. 
S.zalesskii Wiltnskyi subsp.canescens (P.A.Smirn.) Tzvel. – Zalesski şiyavı 
S. holosericea Trin.et Rupr. - İpəkvari şiyav 
S.capillata L.-Tüklü şiyav 
Piptatherum virescens (Trin.) G.Beck. – Göyümtül düyüsov 
P.holciforme (Bieb.) Roem. et Schult – Buxarı düyüsov  
Milium schmidtianum C. Koch.- Şmidt quşdarısı 
Phleum alpinum L.- Alp pişikquyruğu  
Alopecurus dasyanthus Laguroides Bal.- Dovşanquyruq tüiküquyruğu 
A.textilis Boiss. - Lifli t. 
A.tiflisensis (G.Westb.) Grossh. – Tiflis t. 
A. aucheri Boiss. – Oşe t. 
A.armenus (C. Koch.) Grossh.- Erməni t. 
A.arundinaceus Poir. - Qamışvari t. 
Calamagrostis epigeios (L.) Roth.- Yer yumşaqsüpürgəsi 
C.arundinaceae (L.) Roth.- Qamışvari yumşaqsüpürgə 
Agrostis olimpica (Boiss,) Bor.- Olimpiya tarlaotu 
Deschampsia caespitosa (L.) Beauv.- Çimli çəmənlicə 
Trisetum flavescens (l.) Beauv. – Bənövşəyi üçqıllı 
T. rigidum (Bieb.) Roem. et Schult – Bərk üçqıllı 
Avenula armenia (Schischk.) Holub. -.Erməni avenulası 
Sesleria phleoides Stev.ex Roem. et Schult.  
Phragmites australis (Cav.) Trin. Ex Steud. 
Koeleria  albovii Domin. – Albov nazikbaldırı      
K.cristata (L.) Pers. – Daraqlı nazikbaldır  
K. kurdica Ujheli – Kürd nazikbaldırı 
K. bitczenachica (Tzvel.) Tzvel. – Biçənək n. 
Catabrosa aquatica (L.) Beauv. - Su çayotu 
Melica ianaequiglumis  Boiss. -Tənzarlı kalışvər   


M.taurica C. Koch.- Krım kalışvəri 
Briza media L. - Kiçil titrək 
K.elatior Sibbth. et Smith. – Hündür titrək 
Dactylis glomerata L. - Adi çobantoxmağı 
Poa bulbosa L.- Soğanaqlı qırtıc 
P.densa- Troitzky – Sıx q. 
P.iberica Fisch. et C.A. Mey. 
P.logifolia Trin – Uzunyarpqa q. 
P.pratensis L. – Çəmən q. 
P.nemoralis L. –Meşə q. 
P. araratica Trautv.- Ararat q. 
P.alpina L.- Alp q. 
Bellardiochloa polychroa – Çoxcərgəli bellardiaxloa 
Catabrosella fibrosa (Trautv.) Tzvel. - Lifli katabrosella 
Catabrosella variegata (B0iss.) Tzvel.- Ala katabrosella 
Colpodium versicolor (Stev.) Schmalh. - Bəzəkli kolpodium 
Glyceriaarundinacea Kunth. – Qamışvari şirintum 
Festuca airoides Lam. (F. ovina ) – Qoyun topalı         mən vermişəm 
F.rupicola Heuff. F. ovina var. Sulcata Hack.- Rupikola topalı 
F.  chalcophaea  V. Krecz. et Bobr. – Bənövşəyi topal   
F.woronowii Hack .- Voronov topalı 
F.brunnescens (Tzvel.) Galushko -     yeni əlavə 
Schedonorus giganteus (L.) Soreng. et Terrel – Nəhəng şedonorusu  
Schedonorus pratensis (Huds.) Beauv.- Çəmən şedonorusu 
Schedonorus arundinaceus (Cshred.) Dumort. – Qamışvari şedonorusu  
Bromopsis benekenii  (Lange) Holub. – Beneken tonqalotu  
B.inermis (Leyss.) Holub. – Qılçıqsız tonqalotu 
B.villosula (steud.) Hoiub. - Tüklü tonqalotu 
B.variegata (Bieb.) Holub. – Ala tonqalotu 
Anisantha tectorum C. Koch –Qeyri-bərabər çiçək anizanta      - 
Bromus brizaeformis Fisch.et C.A. Mey. – Titrəkvarı dəlicəotu 
B.japonicus Thunb. – Yapon dəlicəotu  
Nardus stricta L. – Uzanan ağbığ 
Lolium persicum Boiss. et Hohen. – İran quramiti 
L.perenne L.- Çoxillik quramit 
Elytrigia repens (L.) Nevski.  – Sürünən ayrıq 
Agropyron puberulum (Boiss.ex Steud,) Grossh. 
Secale montanum Guss. - Dağ çovdarı 
Hordeum violaceum Boiss. et Huet. 
H. bulbosum L .- Soğanaqlı arpa 
              12. Fam.: Alismataceae Vent. – Baqəvərkimilər 
Alisma lanceolatum With. - Lansetvari baqəvər 
A. plantago - aquatica L. - Bağayarpaqvari b. 
A. gramineum Lej. - Taxılvari b.      
                13..Fam.: Potamogetonaceae Dumort. – Suçiçəyikimilər                  
Potamogeton natans L. - Üzən suçiçəyi 
P. nodosus Poir. - Buğumlu s. 
P. lucens L. - Parlaq s.                   
P. perfoliatus L. - Gövdəni qucaqlayan s. 
P. pusillus L. - Balaca s. 
P. trichoides Cham. et Schlecht. - Tükvarı s. 
P.  crispus L. - Qumral s. 

10 
P. pectinatus L.(P. filiformis Pers.) - Daraqvari s. 
                  14. Fam.: Ruppiaceae Horan. ex Hutch. – Ruppiyakimilər   
Ruppia maritima L. - Dəniz ruppiyası 
            15. Fam.: Zannichelliaceae Dumort. –  Zannichelliakimilər 
Zannichellia palustris L. - Bataqlıq zannixelliyası 
           
                  16. Fam.: Colchicaceae  DC. – Vaxtsızotukimilər 
Colchicum speciosum Stev. - Gözəl vaxtsızot   
C. szovitsii Fisch. et C. A. Mey. - Soviç v. 
C. zangezurum Grossh. - Zəngəzur v. 
Merandera raddeana Regel -  Radde  danaqıranı 
                      17. Fam.: Liliaceae Juss. – Zanbaqkimilər 
Gagea bulbifera (Pall.) Salisb. - Soğanaqlı  qaz soğanı 
G. chlorantha (Bieb.) Schult. & Schult.f. -  Yaşılımtıl- sarı q.s.       
G. confusa A. Terracc - Məchul  q.s. 
G. caroli- kochii Grossh. - Kox q.s. 
G. grlacialis  C. Koch - Buzlaq  q.s. 
G. liotaardii (Sternb.) Schult.et Schult.f. ( G.anisanthos C. Koch) – Liotardi qaz soğanı 
Fritillaria kurdica Boiss. Nöe (F. grossheimiana Losinsk.) - Kürd  laləvəri 
F.caucasica Adams. – Qafqaz laləvəri 
Tulipa florenskyi Woronow - Florenski tülpanı 
T. julia C.Koch - Yuliya t.                                                           
T. gesneriana L. (T.schrenkii Regel) - Qesner t. 
T. eichler Regel - Eixler t. 
T. schmidtii Fomin - Şmidt  t. 
                   18. Fam.: Orchidaceae Juss.  –  Səhləbkimilər 
Dactylorhiza salina (Turcz. ex Lindl.) Soo - Sanasunit s.       
D. urvilleana (Steud.) H.Baumann & Kuenkele  - Kütyarpaq s. 
D. flavescens (C.Koch) Holub - Sarımtıl s.                                                               
Orchis coriophora L.- Bədbuy səhləb 
O. mascula (L.) L. -  Erkək s. 
O. palustris  Jacq. (O. laxiflora auct. non Lam.) -  Bataqlıq s. 
O. punctulata Stev. ex Lindl. - Nöqtəli s. 
                         19. Fam.: İridaceae Juss. –  Süsənkimilər  
Crocus artvinensis (G. Philippow) Grossh.  - Artvin z. 
C. speciosus Bieb. - Gözəl z. 
İris caucasica Stev.- Qafqaz süsəni 
İ. pseudocaucasica Grossh. -  Yalançı Qafqaz  s. 
I. reticulata Bieb. - Torlu s. 
İ. demetri Achv. et  Mirzoeva ( İ.prilipkoana Kem. - Nath.) -  Dimitri s. 
İ. imbricata Lindl. (İ. sulphurea C. Koch) - Kirəmitvari s. 
İ. lycotis Woronow -  Qurdqulağı s. 
İ. grossheimii Woronow ex Grossh. - Qrossheym s. 
Gladiolus kotschyanus Boiss. – Koçi qarğa soğanı 
Gladiolus atroviolaceus Boiss.  - Tündbənövşəyi q.s. 
 
               20. Fam.: İxioliriaceae Nakai  – İksiolirionkimilər 
İxiolirion tataricum (Pall.) Herb.( İ. montanum (Labill.) Herb. - Tatar i. 
                21. Fam.: Hemerocallidaceae  R.Br.- Günotukimilər 
Eremurus spectabilis Bieb.- Görkəmli  çiriş                      
                22. Fam.: Hyacinthaceae Batsch – Hiasintkimilər 
Ornithogalum balansae Boiss.( O. schmalhausenii Albov) - Baldaççi quşsüdü (Xıncalaus)  
O. sigmoideum  Freyn  et  Sint.- Qıvrım quşsüdü  

11 
O. arcuatum Stev. aggr. (= O. Schelkovnikovii Qrossh.)  - Şelkovnikov quşsüdü  
Scilla  mischtschenkoana Grossh. - Mişenko  zümrüdçiçəyi 
S. armena Grossh. - Ermənistan zümrüdçiçəyi  
Puschkinia scilloides  Adams - Zömrödçiçəyi  ələyəz 
    
Bellevalia montana (C.Koch) Boiss. - Dağ bellevaliyası 
Muscari tenuiflorum Tausch. - Nazikçiçək ilansoğanı 
M. caucasicum (Griseb.) Baker - Qafqaz ilansoğanı 
M. armeniacum Leichtlin ex Baker (M. szovitsianum Baker) - Soviç ilansoğanı 
                      23.Fam.: Alliaceae J.Agardh. – Soğankimilər 
Allium schoenoprasum  L. - Skorda soğanı 
A. szovitsii Regel -  Soviç s. 
A. vineale L. - Üzümlük s. 
A. kunthianum Vved. - Kunt s. 
A. woronovii Miscz.  ex Grossh. aggr. - Voronov s. 
Nectaroscordum tripedale (Trautv.) Grossh. -  Üçfutlu nektaroskordum  
                        24. Fam.: Convallariaceae Horan. – İnciçiçəyikimilər 
Polygonatum orientale  Desf. - Şərq  güyənəsi  
P. verticillatum (L.) All. - Topa g. 
                       25. Fam. Juncaceae Juss. – Cığkimilər 
Juncus bufonius L. aggr. - Qurbağa  cığı 
J. inflexus L. - Əyilən cığ 
J. effusus L. - Dağınıq  cığ 
J. filiformis L. - Sapvari cığ 
J. articulatus L.(J.lampocarpus Ehrh. ex Hoffm.) - İşıldaqmeyvəli cığ   
J. alpigenus  C. Koch - Alp cığı 
Luzula spicata (L.) DC. - Sünbüllü  işıqotu   
                     26. Fam.:  Cyperaceae Juss. – Cilkimilər 
Blysmus  compressus (L.) Panz. ex Link. - Sıx blismus 
Eliocharis austriaca Hayek - Cənub b. 
E. palustris (L.) Roem. et  Schult. - Bataqlıq b. 
Kobresia schonoides (C.A.Mey.) Steud -  Sxenusvari kobreziya 
K. macrolepis Meinsh. - İripulcuqlu k. 
Carex tristis Bieb. - Qəmgin cil 
C. melanostachya Bieb. ex Willd. - Qarasünbül c. 
C. huetiana Boiss. - Huyet  c. 
C. diandra Schrank  -  İkierkəkcikli   c. 
C. leporina L. - Dovşan c. 
C. canescens L. (C. cinerea Pollich) - Bozumtul c. 
C. oreophila C.A.Mey. - Dağsevən c. 
C.dacica Heuff.- Dakiya      
C. acuta L.- İti c. 
C. kotschiana Boiss. et Hohen – Koçi c. 
C. medwedewii Leskov – Medvedev c. 
                  27. Fam.: Juncaginaceae Rich. – Üçdişkimilər 
Triglochin palustre L. - Bataqlıq üçdişi 
                    28. Fam.: Lemnaceae  S.F. Gray – Sugülükimilər  
Lemna minor L. - Balaca sugülü 
L. trisulca L. - Borulu sugülü              
 
 
                                        
 

12 
                                                                                                                          Cədvəl 
Naxçıvan MR ərazisinin subalp qurşağında yayılmış ali bitkilərinin  
taksonomik tərkibi (birləpəlilər sinifi) 
 
№ 
            Fəsilə 
Cins 
%-lə 
Növ 
%-lə 
1.
 
 
Aspleniaceae  Newm. -  Qamçılıcakimilər 

2,45 

1,05 
2.
 
 
Woodsiaceae   - Vudsiyakimilər   

3,70 

1,58 
3.
 
 
Dryopteridaceae R.-C.Ching -       
Ayıdöşəyikimilər 

2,45 

1,05 
4.
 
 
Ophyoglossaceae R.Br.- İlanotukimilər  

1,23 

0,53 
5.
 
 
Pinaceae  Adans.  - Şamkimilər  

1,23 

0,53 
6.
 
 
Equisetaceae Michx. ex  DC. –  
Qatırquyruğuki 

1,23 

2,11 
7.
 
 
Cupressaceae  S.F.Gray - Sərvkimilər                         1 
1,23 

2,11 
8.
 
 
Ephedraceae Dumort. - Acılıqkimilər 

1,23 

0,53 
9.
 
 
Sparganiaceae F. Rudolphi  -   
Qurbağaotukimilər 

1,23 

1,58 
10.
 
 
Typhaceae L. - Ciyənkimilər 

1.23 

1,05 
11.
 
 
Poaceae Barnhart - Qırtıckimilər (Taxıllar) 
35  43,21 
73  38,42 
12.
 
 
Alismataceae Vent. - Baqəvərkimilər 

1,23 

1,58 
13.
 
 
Potamogetonaceae Dumort. –  
Suçiçəyikimilər   

1,23 

4,21 
14.
 
 
Ruppiaceae Horan. ex Hutch. –  
Ruppiyakimilər  

1,23 

0,53 
15.
 
 
Zannichelliaceae Dumort. –  
Zannixelliakimilər 

1,23 

0,53 
16.
 
 
Colchicaceae  DC. - Vaxtsızotukimilər 

2,45 

2,11 
17.
 
 
Liliaceae Juss. - Zanbaqkimilər 

3,70 
13  6,84 
18.
 
 
Orchidaceae Juss. - Səhləbkimilər 

2,45 

3,68 
19.
 
 
İridaceae Juss. - Süsənkimilər  

3,70 
11  5,79 
20.
 
 
İxioliriaceae Nakai  - İksiolirionkimilər 

1,23 

0,53 
21.
 
 
Hemerocallidaceae  R.Br. - Günotukimilər 

1,23 

0,53 
22.
 
 
Hyacinthaceae Batsch - Hiasintkimilər 

6,17 
10  5,26 
23.
 
 
Alliaceae J.Agardh. - Soğankimilər 

2,45 

3,16 
24.
 
 
Convallariaceae Horan. - İnciçiçəyikimilər 

1,23 

1,05 
25.
 
 
Juncaceae Juss. - Cığkimilər 

2,45 

3,68 
26.
 
 
Cyperaceae Juss. - Cilkimilər 

4,94 
16  8,42 
27.
 
 
Juncaginaceae Rich. - Üçdişkimilər 

1,23 

0,53 
28.
 
 
Lemnaceae  S.F. Gray - Sugülükimilər  

1,23 

1,05 
 
Cəmi: 
81  100 
190 
100 
 
  Aparılan  araşdırmalar  nəticəsində  müəyyən  edilmişdir  ki,  Naxçıvan  MR  ərazisində  ali 
bitkilərin  birləpəlilər  sinfinə  mənsub  olan  28  fəsilənin  birləşdirdiyi  81  cins  və  190  növ  vardır. 
Fəsilələrdə  cins  və  növlər    qeyri-bərabər  paylanmışdır.  Belə  ki,  Poaceae  Barnhart  -  Qırtıckimilər 
(Taxıllar)  fəsiləsi  35  cins  (43,21%),  73  növlə  (38,42%)  birinci,  Hyacinthaceae  Batsch- 
Hiasintkimilər fəsiləsi 5 cins (6,17%), 10 növlə (5,26%)  və Cyperaceae Juss. - Cilkimilər fəsiləsi 4 
cins (4,94%), 16 növlə (8,42%) ikinci, Liliaceae Juss. - Zanbaqkimilər fəsiləsi 3 cins (3,70%), 13 
növlə (6,84%), İridaceae Juss. - Süsənkimilər fəsiləsi 3 cins (3,70%), 11 növlə (5,79%) üçüncü yeri 
tuturlar.  Qalan  23  fəsilə  isə  31  cins  (38,27%)  və  123  növlə  (64,74%)  sonrakı  yerdə  qərarlaşırlar. 
Son  ədəbiyyat  məmbələrində  İlanotukimilər  -  Ophyoglossaceae  R.Br.  fəsiləsinə    aid  olan: 
Botrichium  lunaria  (L.)  Swartz  in  Schrad.,  Jorun  -  Yarımay  salxımotu  növünün  Naxçıvan  MR 

13 
ərazisində olduğu göstərilir (4, s. 53-56). Woodsiaceae (Diels) Herter - Vudsiyakimilər  fəsiləsinin 
bir  növünün  -  Woodsia  alpine  (Bolt.)  S.F.  Gray.  -  Alp  vudsiyasının  Ordubad  rayonu  ərazisində 
Zəngəzur dağ silsiləsində yayıldığı ehtimal edilir  (2, s. 88-92; 7, s. 227-242; 8, s. 18-50; 10, p. 170-
171).  
  Subalp  qurşağında  birləpəlilər  sinfinə  daxil  olan  28  fəsilə  arasında  Poaceae  Barnhart  - 
Qırtıckimilər  (Taxıllar)  fəsiləsi  daha  artıq  iqtisadi  əhəmiyyəti  ilə  fərqlənir.  Onlar  ot  durumunun 
əsasını  təşkil  etməklə  otlaq  və  biçənəklərin  məhsuldarlığının,  yemin  kəmiyyət  və  keyfiyyətinin  
yüksək  olmasını  təmin  edirlər.  Su  mühitində  yayılmış  qırtıclar  nutriya  və  ondatralar  tərəfindən 
yeyilir,  toxumları  su  quşlarının  yemini  təşkil  edir.  Bu  qrup  qırtıclara:  adi  qamış,  sürünən  ayrıq, 
dəniz  lığvəri,  göl  qamışı,  soğanaqlı  qırtıc,  yer  süpürgəsi  və  b.  misal  ola  bilər.  Bir  çox  qırtıc 
növlərini:  sərtyarpaq  topal,  adi  çobantoppuzu,  çəmən  pişikquyruğu,  çoxillik  quramit,  yer 
yumşaqsüpürgəsi, orta titrək, bənövşəyi arpa, soğanaqlı arpa və b.  kulturada sınaqdan keçirmək və 
istehsalata  tətbiq  etmək  olar.  Subalp  qurşağının  yay  otlaqlarının  məhsuldarlığını  artırmaq  üçün 
əlavə  yem  bitkilərinin  əkilməsində  də  perspektiv  qırtıc  növlərindən  istifadə  olunması  iqtisadi 
baxımdan  çox  sərfəlidir.  Məsələn,  süni  biçənək  yaradılmasında  yonca  +  çobantoppuzu  + 
pişikquyruğu ot qarışığından istifadə olunarsa 350 ha/sent., yonca + pişikquyruğu + çəmən yulafı ot 
qarışığından isə 360 ha/sent. yaşıl yem kütləsi götürmək olar.  
Typhaceae L. - Ciyənkimilər, Sparganiaceae F. Rudolphi - Qurbağaotukimilər, Alismataceae 
Vent.  -  Baqəvərkimilər,  Potamogetonaceae  Dumort.  -  Suçiçəyikimilər,  Cyperaceae  Juss.  - 
Cilkimilər,  Lemnaceae  S.F.  Gray  -  Sugülükimilər  fəsilələrinin  növləri  əsasən  su,  bataqlıq,  su-
bataqlıq və sahil bitkilərini təmsil edirlər. Yem, qida, dərman və s. əhəmiyyətlidirlər. Xüsusilə ci-
yən, qamış, cil cəngəlliklərinin bol təbii ehtiyatı vardır. Hesablanmışdır ki, qamış cəngəlliyinin hər 
kv.m sahəsindən 2,04 kq, ensizyarpaq ciyənin 2,9 kq quru kütləsini əldə etmək olar. Subalp qurşağı-
nın  bu  zəngin  bitki  sərvətlərindən  dolğun  və  səmərəli    istifadə  olunması  iqtisadi  yönümlü  vacib 
problem məsələdir.   

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin