Ekspertizasi dərsliK


Su-spirt qarışığının hazırlanma üsulları



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   ...   26   27   28   29   30   31   32   33   34

Su-spirt qarışığının hazırlanma üsulları. Su-spirt qarışıqları 

fasiləli və fasiləsiz üsullarla hazırlanır. 



Fasiləli üsul. Spirt və suyu xüsusi çəndə qarışdırırlar. 

Kupaj hazırlamaq üçün çən-qarışdırıcıya əvvəlcə hesablanmış 

miqdarda  spirt,  sonra  yumşaldılmış  su  əlavə  olunur.  Möhkəm 

qarışdırıldıqdan sonra tündlüyünü təyin etmək məqsədi ilə ondan 

nümunə  götürülür.  Əgər  kupajın  tündlüyü  lazım  olan  səviyyədə 

olmazsa, onu tənzimləyir və ikinci dəfə möhkəm qarışdırırlar. 

Çən-qarışdırıcıya  əvvəlcə  spirt,  sonra  suyun  ardıcıllıqla 

vurulması qarışma prosesini sürətləndirir.  Belə ki, spirtin sıxlığı 

suyun  sıxlığından  az  olduğundan  yuxarıya  qalxır  və  daha  yaxşı 

qarışmanı təmin edir.  

Spirt və suyu çənə eyni vaxtda da vurmaq olar. Bu halda spirt 

çən tam dolduqda su ilə qarışmış olur. Spirtin daha əvvəl vurul-

ması məqsədəuyğundur. Bu üsulla kupajın hazırlanması 1,5 saat 

davam edir. 



Fasiləsiz  üsul.  Bir  sıra  zavodlarda  su-spirt  qarışığını  hazır-

lamaq üçün fasiləsiz işləyən qarışdırıcıdan istifadə olunur. Spirt və 

yumşaldılmış su rezervuardan təzyiq bakına vurulur. Bakda səv-

viyə  nizamlayıcı  qoyulmuşdur.  Spirt  və  suyun  sərfi  rotametrlə 

nizamlanır. Spirt və su 1:(1,38-1,44) nisbətində təzyiq nizamlayıcı 


382 

və  paylayıcıdan  keçərək  axım  tipli  iki  mərhələli  həlqəvi  qarış-

dırıcıya  daxil  olur.  Axımların  belə  nisbəti  kupajın  tündlüyünün 

0,5-1,5  h.%  yüksək  alınmasını  təmin  edir.  Kupaj  qarışdırıcıdan 

çıxışda əlavə olaraq nasosla qarışdırılır. 

Tündlüyün nominaldan yüksəkliyi sonrakı mərhələdə avtomat 

cihazlarla nəzarət olunmaqla vurulan su ilə tənzimlənir. 

Köməkçi  xammal  məhlullarının  vurulması  xüsusi  merniklər 

vasitəsilə dozalaşdırılır. Hazırlanan kupajı qabaqcadan süzülmək 

və fəal kömürlə təmizləmək üçün yönəldirlər. 



Su-spirt  qarışığının  injeksiya  üsulu  ilə  axında  hazırlan-

ması. Poltava likor-araq zovodunun təcrübəsi əsasında araq hazır-

lanma üsuludur. Texniki həll və xidməti baxımından daha sadədir. 

Kupaj  hazırlanmasını  intensivləşdirmək  məqsədilə  injektor 

adlanan cihazdan istifadə olunur. 

Qurğunun işinin əsasında injeksiya prinsipi durur. 

Su spirt qarışığının və arağın süzülməsi. Su-spirt məhlulun-

da həmişə az miqdarda zərif dispres asılqan hissəcikləri olur. Bu 

asılqanlar suyun spirt ilə qarışdırılması zamanı əmələ gələn qalıq 

codluqda  mineral  duzlardır.  Qarışığın  fəal  kömürlə  işlənməsi 

zamanı kömür tədricən parçalanır, kolloid ölçülərdə əmələ gələn 

xırda  hissəciklər  məhlula  keçir.  Başlanğıc  kupajda  olan  asılqan 

hissəciklər kömürün məsamələrini tutur və onun fəallığını azaldır. 

Bu  yolla  işlənən  su-spirt  qarışığı  (araq)  isə  tamamilə  şəffaf 

olmalıdır.  Süzülmə  iki  dəfə-kömürlə  işlənmədən  əvvəl  və  sonra 

aparılır. 



Süzgəcdən  keçirmə  -  mayenin  məsaməli  təbəqədən  keçiri-

lərək,  bərk  hissəciklərin  onun  üzərində  saxlanılması  və  süzün-

tünün keçirilməsidir.  

Kupajın və arağın süzülməsi fasiləli və fasiləsiz işləyən qumlu 

süzgəclərdə aparılır. Süzücü material kimi müxtəlif səviyyələrdə 

dənəvərləşdirilmiş kvars qumundan, təsadüfi hallarda isə (arağın 

süzülməsində)  yüksək  məsaməli  keramik  təbəqələrdən  istifadə 

olunur. 


383 

Zavoda daxil olan kvars qumu dənələrinin iriliyinə görə sort-

laşdırılır,  su  ilə  yuyulur  və  2-3%-li  xlorid  turşusu  məhlulu  ilə 

işlənir. 

Qumun  dənələrinin  yaratdığı  süzücü  kanalların  ölçüləri  asıl-

qan  hissəciklərin  əsas  kütləsinin  ölçülərindən  kiçikdir.  Odur  ki, 

sonuncu  qum  təbəqəsinin  səthində  toplanaraq,  çöküntünün  zərif 

məsaməli təbəqəsini yaratmış olur. Süzülmənin başlanğıcında hə-

min təbəqə yaranmadığından süzgəcdən xırda çöküntü hissəcikləri 

də  keçir  və  ilk  süzüntü  bulanıq  alınır.  Sonra  süzücü  materialda 

asılqan hissəciklərin təbəqəsi formalaşır və ondan süzülən su-spirt 

məhlulu tam şəffaflığa qədər durulur. 

Süzcəgdən qumu su-spirt məhlulunun və arağın əks axımını 

yaratmaqla təmizləmək mümkündür. 

Bəzi zavodlarda süzgəcdən keçirmək üçün əsasında məsaməli 

keramik  təbəqələr  olan,  diametri  175  mm  və  qalınlığı  20  mm 

təbəqələrdən istifadə olunur. Təbəqələr şamot (75%) və bentonit 

(25%) qarışığının 1300

0

C temperaturda yandırılmasından (bişiril-



məsindən) alınır. Məsamələrin diametri 40 mm-dir. 

Süzgəcin məhsuldarlığı saatda 30 dal-a yaxındır. 

Süzgəcləri  tez-tez  (ən  azı  həftədə  1  dəfə)  təmizləmək  üçün 

dayandırırlar. Ona görə də onları paralel yerləşdirirlər. Təbəqələri 

15-20 dəqiqə müddətində su ilə yumaqla bərpa edirlər. Sonra axar 

suda  korpusu  yuyurlar.  Bu  halda  suyun  təzyiqi  0,1  Mpa-dan  az 

olmamalıdır. 20 dəqiqədən sonra təbəqələr 5%-li xlorid turşusunda 

10-15 dəqiqə saxlanır. Sonra təbəqələr yenidən yerinə yerləşdirilir, 

10 dəqiqə axar suda yuyulur, quruducu şkafda 105-110

0

C tempe-



aturda 2 saat qurudulur və mufel peçində 500-600

0

C temperaturda 



30 dəqiqə saxlanır. Təbəqələr peçlə birgə soyudulur (otaq tempe-

raturuna  qədər).  Hər  təbəqə  10-15  dəfə  bərpa  oluna  bilər.  Sonra 

onlarda çatlar əmələ gəlir və onlar istifadəyə yararsız olurlar.  

Keramik  süzgəclər  arağı,  qum  süzgəclərinə  nisbətən  pis 

duruldur. Belə ki, təbəqələrin məsamələri qeyri-bərabər ölçülərdə 

olduğundan,  zərif  dispres  asılqan  hissəciklərin  ondan  keçməsi 

mümkün olur. 


384 

Süzülmüş  araq  hazır  məhsul  çəninə  keçirilir.  Burada  onu 

qarışdırır və tündlüyünü yoxlayırlar. Əgər tündlük standarta uyğun 

gəlməzsə  onu  nizamlayır  və  çəni  yenidən  qarışdırırlar.  Arağı  bu 

çəndən dolurmaya göndərirlər. 

Su-spirt  qarışığının  işlənməsi.  Su-spirt  qarışığı  adından 

məlum  olduğu  kimi  su  ilə  spirtin  qarışdırılmasından  alınır  və 

istehsalın  aralıq  məhsuludur.  Yalnız  fəal  kömürlə  işləndikdən 

sonra, o, araq üçün səciyyəvi olan dad və ətir qazanmış olur. 



Sortlaşmanın  fəal  kömürlə  işlənmə  üsulları.  Likor-araq 

zavodlarında  uzun  müddət  müxtəlif  sadələşdirilmiş  fasiləli 

işlənmə üsullarından istifadə edilirdi ki, bu halda kömür su-spirt 

qarışığı ilə qarışdırılırdı. Proses ya təzyiq çənində qarışdırılmaqla 

və  ya  təzyiq  çəninə  qoyulmuş  fəal  kömürlü  patrondan  (şamdan) 

məhlulu  keçirməklə  aparılırdı.  Bu  metodların  əsas  çatışmazlığı 

prosesin fasiləliyi, aşağı məhsuldarlığı, kömürdən istifadənin cüzi 

səmərəliliyi,  kömürün  ayrılması  və  bərpası  ilə  bağlı  əməliyyatın 

ağır zəhmətli olmasıdır. 

Hazırda  sortlaşmanın  kömürlə  işlənməsi  fasiləsiz  iki  üsulla 

həyata keçirilir: dinamik və kömürün asılqan təbəqəsində. 

Dinamik üsulda qarışıq ardıcıl birləşdirilmiş bir, iki yaxud üç 

kömür kolonkasından buraxılır. 

Müxtəlif xırdalanma dərəcəli fəal kömür yüksəkliyi 4,2 m və 

diametri  0,7  m  olan  kalonkanın  daxilinə  doldurulur  və  ondan 

keçməklə aşağıdan yuxarıya su-spirt məhlulu buraxılır. 

Sortlaşmanın  fəal  kömürlə  işlənməsi  üçün  qurğu  iki  qum-

forfiltrdən,  bir-biri  ilə  ardıcıllıqla  birləşmiş  bir,  iki,  yaxud  üç 

kömür kolonkasından və bundan sonra arağı sonuncu dəfə süzən 

iki keramik süzgəcdən ibarətdir. 

Su-spirt  qarışığının  təmizlənməsi  aşağıdakı  qaydada  gedir. 

Qarışıq  təzyiq  çənindən  özbaşına axımla ilkin  süzülməyə  (qum-

forfiltr)  daxil  olur.  Bu  işdə  məqsəd  su  ilə  və  təzyiq  bakından 

mexaniki  şəkidə  su-spirt  qarışığına  düşən  kənar  qarışıqlarla 

kömürün  çirklənməsinin  qarışısını  almaqdır.  For  süzgəci  keçən 

qarışıq kömür kolonkasına qalxır. Sonra isə sonuncu süzülmə üçün 



385 

keramik  yaxud  qum  süzgəcinə  daxil  olur.  Sonuncu  süzülmə 

(kömürlə təmizlənmədən sonra) kömürün xırda dispers hissəciklə-

rini tutub saxlamağa xidmət edir.  

Su-spirt qarışığının süzülmə qurğusuna verilmə sürəti arağın 

növündən və kömürün keyfiyyətindən asılıdır. Sortlaşmanın təzə 

kömürlü bir kömür kolonkasına vurulma sürəti yüksək keyfiyyətli 

araqlar üçün saatda 30 dal, ordinar araqlar üçün isə 60 dal-dır. 

Süzülmə  prosesində  kömürün  fəallığı  aşağı  düşdüyündən, 

süzülmənin sürəti də azaldılmalıdır. Yüksək keyfiyyətlilər üçün bu 

azalma minimum 5 dal/saat, ordinarlar üçün-10 dal/saatdır. 

Su-spirt məhlulunun işlənmə prosesində fəal kömür tədricən 

özünün  təmizləyici  xüsusiyyətlərini  itirir.  Kömürün  fəallıq 

xüsusiyyətinin qaytarılması bərpaetmə adlanır. 

Bərpa  olunmadan  kömür  kolonkasında  işin  davametmə 

müddəti  geniş  intervalda  yəni  15-100  min  dal  arasında  dəyişir. 

Adətən bərpa olunma ildə 3-4 dəfə aparılır. 1000 dal sortlaşmaya 

kömür sərfi 1,6 kq-dır. 

Bərpa  etmə  birbaşa  kolonkada  aparılmaqla,  kömürə  110-

115


0

C  temperaturu  olan  doymuş  su  buxarları  ilə  0,07  MPa 

təzyiqdə  təsir  göstərilir.  Kömürün  buxarla  bərpa  edilməsi  onun 

fəallığını  az  artırır.  Ona  görə  də  belə  kömürdən  maksimum 

süzülmə  sürəti  yüksək  keyfiyyətli  araqlar  üçün  20  dal/saat, 

ordinarlar üçün - 40 dal/saat təşkil edir.  

Sortlaşmanın  şəkli  dəyişdirilmiş  (modifikasiya  olunmuş) 

nişasta ilə işlənməsi. Şəkli dəyişdirilmiş nişasta zavodda birbaşa 

sortlaşdırıcı çənə vurulmazdan əvvəl hazırlanır. Sortlaşmanın bu 

işlənmə metodu az məhsuldar müəssisələrdə tətbiq olunur. 

Modifikasiya olunmuş nişasta hazırlamaq üçün modifikatora 

3 kq quru nişasta tökülür və 2-2,5%-li məhlul almaq üçün su ilə 

qarışdırılır  və  320  sm

3

  buzlu  sirkə  turşusu  (nişasta  və  turşunun 



miqdarı 1000/dal sortlaşmaya görə hesablanır) əlavə olunur. Su, 

nişasta və sirkə turşusunun qarışığı daimi qarışdırılmaqla 68-70

0



temperaturda  1  saat  termostatda  saxlanır.  Sonra  nişasta  kütləsi 



386 

20

0



C-yə qədər soyudulur və sortlaşma çəninə keçirilir. Modifika-

siya olunmuş nişasta aşağıdakı tələblərə cavab verməlidir: qatılığı 

2,5-5,0%; pH 6,5-6,7. Xarici görünüşcə kütlə eynicinsli quruluşlu 

yapışqanvaridir.  

Sortlaşma çəninə lazım olan miqdarda spirt yumşaldılmış su 

vurulduqdan sonra qarışdırılmaqla 60-120 dm

3

 hesabı ilə modifi-



kasiya olunmuş nişasta əlavə olunur. Bu isə 1000 dal sortlaşmaya 

2,5-5%,  yaxud  quru  nişastaya  çevirməklə  0,03%  modifikasiya 

olunmuş nişastaya uyğundur.  

Su, spirt və modifikasiya olunmuş nişasta qarışığı 30 dəqiqə 

qarışdırılır və sonra təzyiq çəninə vurulur. Təzyiq çənində sortlaş-

ma 2 saat yetişdirilir. Sonra süzülməyə göndərilir. Əvvəlcə kobud 

qarışıqları ayıran süzgəcə, sonra zərif süzgəcə verilməklə süzülmə 

aparıla bilər. 

İşlənmiş nişasta süzgəcdən suyun əks axımı ilə yuyulur, qabda 

toplanır və etiket yapışdırmaq üçün lazım olan yapışqan hazırlan-

masında istifadə edilir.  

Araq süzülmədən sonra tamamlama çəninə vurulur və üzərinə 

reseptə uyğun bütün lazım olan inqredientlər əlavə olunmaqla araq 

tündlüyünə  çatdırılır.  Tamamlama  çənindən  araq  doldurulmaya 

verilir. 

 

4.2.2. Eynil



əşdirmə

 v

ə

 ekspertiza 

4.2.2.1. M

ə

hsulun q

əbulu, nümunənin götürülmə

si 

v

ə

 

sına

q met

odları

 

 

Məhsullar orqanoleptik qiymətləndirmə, fiziki-kimyəvi təhlil, 



keyfiyyət və təhlükəsizliyin gigiyenik göstəriciləri, həmçinin mü-

şayətedici sənədlərin, qablama və markalanmanın eyniləşdirilməsi 

və ekspertizası da daxil olmaqla bütün yoxlamaları keçməlidir.  

Qəbul, nümunə götürülməsi və məhsulun sınağı 5363-93 saylı 

QOST-a uyğun həyata keçirilir.  

Araq partiyalarla qəbul edilir. Partiya adı altında eyni ada və 



387 

doldurulma tarixinə malik keyfiyyətinə dair vahid sənədlə rəsmi-

ləşdirilən məhsul başa düşülür. Keyfiyyətə aid sənəd kimi keyfiy-

yətə  dair  vəsiqə,  yaxud  lazimi  informasiyalarla  təmin  olunmuş 

məhsulun sertifikatı əks olunmuş müşayiətedici sənəd ola bilər.  

Məhsul  qəbul  olunarkən  etiketin  əyriləri,  qırış  və  deforma-

siyalar, asılqan hissəciklər, bağlanmaya və s. diqqət yetirilir.  

Nümunə  üçün  məhsul  hissəciklərinin  götürülməsi  normativ 

sənədlərin tələblərinə uyğun qaydada təsadüfi götürülmə metodu 

ilə aparılır (cədvəl 4.11). 

Cədvəl 4.11 

Nümunə hissəciklərinin və əsas nümunənin təşkili 

Araq partiyasının 

miqdarı. butulka 

Nümunənin 

miqdarı, butulka 

Qəbul edilən ədəd, 

butulka 


501-1200 

20 


1201-10.000 

32 



10001-35000 



50 

35001-500000 



80 

500000-dən çox 



125 

10 


 

 Əgər  qüsurlar  göstərilməklə  nümunədə  butulkaların  sayı 

qəbul  edilən  ədəddən  az  yaxud  ona  bərabərdirsə  partiya  qəbul 

edilir, başqa cür olduqda çıxdaş edilir. 

Fiziki-kimyəvi  və  orqanoleptik  sınaq  aparmaq  üçün  təsadüfi 

seçmələr  əsasında  araq  partiyasından  dörd  butulka  miqdarında 

nümunə götürülür.  

Nümunə  götürülməsinə  dair  müəyyən  olunmuş  formada  akt 

tərtib edilir və nümunə ilə birlikdə sınaq laboratoriyasına verirlər. 

İki  butulka  fiziki-kimyəvi  və  orqanoleptik  göstəricilərin  uy-

ğunluğuna görə sınaqdan keçirilir, başqa ikisi isə ay müddətində 

təsadüfi fikir müxtəlifliyi ehtimalına görə saxlanır.  

Sınaq  üçün  götürülmüş  butulkaların  boğazını  parça  qırığı, 

yaxud kağızla sarıyaraq iplə dolayır və ipin ucları plomblanır və 

ya surquç möhürlə möhürlənir. Şnurlanmış etiketlə kardon yaxud 

ağac  birka  bərkidilərək  üzərində  aşağıdakı  məlumatlar  əks 

etdirilir. 


388 

 



Arağın adı; 

 



Hazırlayıcı-müəssisənin və tabe olduğu təşkilatın (şirkətin) 

adı; 


 

Doldurulma tarixi; 



 

Nümunə götürülən araq partiyasında olan arağın sayı; 



 

Partiyanın keyfiyyətinə dair sənədin nömrəsi (sayı); 



 

Götürülmə tarixi; 



 

Nümunə götürən şəxsin soyadı və imzası.  



Heç olmasa bir göstəricisinə görə qeyri-kafi nəticə alınan araq 

partiyası çıxdaş edilir. 

Məhsulun  sınağı  aşağıdakı  təhlillərin  aparılmasını  nəzərdə 

tutur.  


Doldurulma  tamlığı  –  ölçülü  laborator  qablarından  istifadə 

edilməklə arağın butulkadakı həcmi müəyyən olunur.  

Orqanoleptik göstəricilər (rəng, şəffaflıq, iy və dad) – rəng və 

şəffaflıq  işıq  qarşısında  tədqiq  olunan  maye  ilə  destillə  edilmiş 

suyun  baxaraq  gözlə  müqayisə  edilməsi  ilə,  dad  və  iy  isə 

orqanoleptik yolla müəyyən olunur.  

Tündlük – arağın əvvəlcədən destillə edilməsi ilə alınan su-

spirt məhlulunda etil spirtinin qatılığının areomertlə ölçülməsi ilə 

təyin edilir.  

Qələvilik – (0,1 mol/dm

qatılıqda xlorid turşusunun 100 sm



3

 

arağın  titrlənməsinə  sərf  olunan  miqdarı)  –  kimyəvi  metodla 



müəyyən  olunur.  Yəni  0,1  mol/dm

3

  qatılıqda  xlorid  turşusunun 



100 sm

3

 arağın titrlənməsinə sərf olunan miqdarı ilə təyin edilir. 



Eyni zamanda patensiometrik üsul da tətbiq oluna bilər. Bu halda 

zəif  xlorid  turşusu  məhlulundan  istifadə olunmaqla  təhlil  olunan 

arağın neytrallaşma nöqtəsi müəyyən olunur.  

Aldehidlərin kütlə qatılığı – fuksinsulfit reaktivi reaksiyası ilə 

təyin olunur.  

Sivuş yağlarının kütlə qatılığı sulfat turşulu şəraitdə ali spirt-

lərin salisil aldehidi iştirakı ilə reaksiyasında müəyyən olunur.  

Mürəkkəb efirlərin kütlə qatılığı. Mürəkkəb efirlər araqda olan 



389 

turşuların  əvvəlcədən  neytrallaşdırılması  sonra  qələvi  ilə  yuyul-

ması ilə titrometrik yolla müəyyən edilir.  

Metil  spirtinin  həcmdə  payı.  Analiz  metil  spirtinin  kalium 

permanqanat  və  sulfat  turşusu  ilə  formaldehid  əmələ  gəlməsinə 

səbəb olan oksidləşmə reaksiyasına  və fuksinsulfit  II reaktivi ilə 

qarşılıqlı təsirindən rənglənməsinə əsaslanır. 

Hazırda  toksiki  mikroqarışıqların  -  aldehidlər,  sivuş  yağları, 

mürəkkəb efirlər və metil spirtinin təyinində qazoxromatoqrafiya 

metodundan istifadə olunur (QOST 30536-97).  

Turşuların kütlə qatılığı limon turşusuna çevrilməklə Dövlət 

Standartına görə təyin olunur.  

 

4.2.2.2. Orqanoleptik t

ə

hlil 

 

Orqanoleptik qiymətləndirmə 10 bal sistemində həyata keçi-

rilir. Arağın ümumi qiymətləndirmə sistemi cədvəl 4.12-də verilir. 

Dequstasiyanın  əvvəlində  içkilər  otaq  temperaturu  şəraitinə 

gətirilməlidir. “Ekstra” tipli araqlar (“Ekstra spirtindən”) soyudul-

muş şəkildə dequstasiya ounmurlar.  

İçkilər  dequstasiya  qədəhinə  onun  həcminin  təqribən  1/3-i 

(40-50  sm

3

)  qədər  tökülür.  Qədəh  ayağından  tutularaq  qaldırılır, 



çalxalanır və işıqda baxılmaqla şəffaflıq və rəngi təyin edilir.  

Rəngdən  və  şəffaflıqdan  müxtəlif  kənara  çıxmaları  arağın 

destillə  edilmiş  su  ilə  müqayisəsi  ilə  təyin  edirlər.  Bu  məqsədlə 

onlardan eyni sınaq şüşələrinə 10 sm

3

 miqdarında tökərək işıqda 



baxırlar. 

Sonra  iy  və  ətir  qiymətləndirilir.  Bunun  üçün  qədəhin  altı 

ovucun içində saxlanaraq, qədəh üfüqi müstəvi üzrə fırladılır ki, 

ətirli maddələrin buxarlanması daha yaxşı getsin. 

Ətirdən sonra dad təyin edilir. Ağıza bir qədər içki alınaraq 

ağızın ön hissəsində saxlanır. Sonra başı yüngülcə arxaya qaldırır, 

dilin bütün üstü yaxalanır, daddakı kənara çıxmalar aşkar edilir. 

 

 



390 

Cədvəl 4.12 

Arağın balla qiymətləndirilməsi  

Göstərici 

Orqanoleptiki səciyyə 

Qiymət, balla 

Şəffaflıq və 

rəng 


Rəngsiz, şəffaf parlaqlıqla kənar 

qarışıqsız və çöküntüsüz maye 

2,0 («əla», 

«yaxşı») 

Rəngsiz, şəffaf, yalnız parlaq 

olmayan maye 

1,5 («kafi») 

Bulanlıq yaxud rənglənmiş maye 

1,5-dən az («qeyri-

kafi») 


Ətir 

Parlaq tərənnüm olunmuş kənar 

ətirsiz, həmin növ üçün səviyyəvi 

3,6-4,0 («əla») 

Həmin növ üçün səviyyəvi, yaxşı 

3,0-3,5 («yaxşı») 

Həmin növ üçün səviyyəvi, zəif 

ifadə olunmuş 

2,5-2,9 («kafi») 

Həmin növ üçün səviyyəvi olmayan, 

kənar kobud ətirli 

2,5-dən az («qeyri-

kafi») 

Dad 


Həmin növ üçün səviyyəvi, təmiz, 

yumşaq, kənar tamsız 

3,6-4,0 («əla») 

Həmin növ üçün səviyyəvi, yalnız 

bir qədər kəskin təhər 

3,0-3,5 («yaxşı») 

Növə xas səciyyəvi, yalnız kəskin, 

yandırıcı 

2,5-2,9 («kafi») 

Növə xas olmayan, kobud kənar 

tamlarla 

2,5-dən az («qeyri-

kafi») 

 

Dad və ətir harmonik, xoşagələn spirtin, yandırıcı dad və iy 



olmadan,  kənar  tam  və  rezin,  kerosin  iyi,  metal  tamı,  arağın  pis 

emal  olunan  avadanlıqlarda  istehsalı  nəticəsində  yaranan  kənar 

dad və iysiz olmalıdır. 

Arağın ümümi qiymətləndirmə balları cədvəldə verilir (cədvəl 

4.13). 

Arağın  eyni  vaxtda  beşdən  çox  olmamaqla  nümunəsini 



dequstasiya  etməyə  icazə  verilir.  Bu  halda  əvvəlcə  daha  yaxşı 

keyfiyyətli hesab olunan nümunələr təhlil olunur. Hər nümunənin 

qiymətləndirilməsindən sonra fasilə edilir. 

 

 



391 

Cədvəl 4.13 

Arağın keyfiyyətinin ümumi qiymətləndirmə balları 

Qiymət 


Ümumi bal 

Məmulatın bu qiymətialmasını 

təmin edən şərtlər 

«əla» 


9,2-10,0 (ixrac 

olunanaraq üçün 

ən azı 9,5) 

Bütün göstəricilərinə görə «əla» 

qiymətə malikdir 

«yaxşı» 


8,0-9,1 

«yaxşı» və «əla» 

göstəricilərəmalikolur 

«kafi» 


6,5-7,9 

«kafi», «yaxşı» və «əla» 

göstəricilərə malik olur 

«qeyri-


kafi» 

6,5-dən az 

Heç olmasa bir göstəricisinə görə 

«qeyri-kafi» qiymət almış olur 

 

Etalonlar olarsa araqların müqayisəli dequstasiyası məsləhət 



görülür. Dequstasiya vərəqinin forması aşağıda verilir (şəkil 4.5).  

 

 



 

 

392 

4.2.2.3. Fiziki-kimy

ə

vi keyfiyy

ət göstə

ricil

ə

ri 

 

Fiziki-kimyəvi göstəriciləra aşağıdakı cədvəl 4.14-də verilən 

tələblərə uyğun olmalıdır. 

 

Cədvəl 4.14 



Arağın fiziki-kimyəvi göstəriciləri  

Göstərici 

Spirtdən araq üçün 

norma 


Xüsusi araq üçün spirt 

norması 


Əla tə-

miz-


likdə 

«Eks-


tra» 

«Lüks» 


Əla tə-

miz-


likdə 

«Eks-


tra» 

«Lüks» 


Tündlüyü, % 

40,0-45,0; 50,0; 56,0; 40,0-45,0 

Qələvilik - 0,1 mol/dm

3

qa-



tılıqda xlorid turşusunun 

100 sm


arağın titrlənməsinə 

sərf olunan həcmi, sm

3

 



3,0 

2,5 


2,0 

3,0 


2,5 

2,0 


1 dm

susuz spirtdə alde-



hidlərin kütlə payı, mq 

8,0 


4,0 

3,0 


8,0 

5,0 


4,0 

1 dm


susuz spirtdə sivuş 

yağlarının kütlədə qatılığı, 

mq 


8,0 

6,0 


6,0 

8,0 


6,0 

6,0 


1 dm

spirtsiz mürəkkəb 



efirlərin kütlə payı, mq 

15,0 


10,0 

5,0 


20,0 

15,0 


10,0 

Susuz spirtə çevirməklə 

metil spirtinin həcmdə payı, 

0,03 



0,2 

0,02 


0,03 

0,02 


0,02 

 

İstehsalçı  müəssisədə  yoxlama  apararkən  araq  və  xüsusi 



araqda müəyyən olunmuş tündlükdən ±0,2%, bəzi butulkalarda isə 

±0,1% (20 butulka üzrə) kənara çıxmalara yol verilir. Qeyd olunan 

göstəricilərdən  başqa  araq  və  xüsusi  araqda  limon  turşusuna 

çevrməklə  400mq/100dm

3

  miqdarında  turşuların  olmasına  yol 



verilir.  

İxrac  üçün  araqların  fiziki-kimyəvi  tərkib  göstəricilərinə 

müəyyən tələblər verilir (cədvəl 4.15). Dövlət Standartında başqa 


393 

orqanoleptik  və  fiziki-kimyəvi  göstəricilərə  malik  araqlar  hazır-

lanmasına  da  yol  verilir.  Xüsusilə  də  sifarişçi  və  xarici-iqtisadi 

təşkilatların tələbləri bu işdə əsas rol oynayır.  

 

Cədvəl 4.15  



İxrac olunan araqlara tələblər 

Göstəricilər 

Spirtdən alınan araq üçün 

norma 


“Ekstra” 

“Lüks” 


Tündlük, % 

38-56 


40 

Qələvilik-100sm

3

 arağın titrləşdirilməsinə 



sərf olunan 0,1mol/dm

3

 qatılıqda xlorid 



turşusunun həcmi, sm

3

 



1,5 

1,5 


1dm

3

 susuz spirtdə izamil və izobutil spirti 



qarşığına (3:1) çevrilməklə aldehidlərin 

kütlə qatılığı, mq 

3,0 

3,0 


1dm

3

 susuz spirtdə izoamil və izobutil spirti 



qarşığına çevirməklə sivuş yağlarının kütlə 

qatılığı, mq 

3,0 

3,0 


1dm

susuz spirtdə sirkə etil efirinə 



çevrilməklə efirlərin kütlə qatılığı, mq 

25 


18 

Susuz spirtə çevriməklə metil spirtinin 

həcmdə payı, % 

0,03 


0.03 

 

Arağın standart nümunələrinin attestasiya tərkibi və ondan yol 



verilən  kənara  çıxmalar  (bəzi  araq  nümunələrinin  timsalında) 

cədvəldə verilir (cədvəl 4.16). 

Göründüyü  kimi,  arağın  keyfiyyətini  onun  tərkibində  olan 

mikroqarışıqlar  müəyyən  edir.  Bunlar  –  asetaldehid,  mürəkkəb 

efirlər  (metilasetat,  etilasetat),  sivuş  yağları  (propil,  izopropil, 

butil,  izobutil,  izoamil)  və  metil  spirtidir.  Əgər  mikroqarışıqlar 

(QOST P 51355-99) standarta uyğun miqdardadırsa, yəni «Lüks» 

spirtindən  hazırlanan  araq  üçün  mikroqarışıqlar:  asetaldehid  –  3 

mq/l; mürəkkəb efirlər – 5 mq/l; sivuş yağları – 6 mq/l; metil spirti 

– 0,02 h.% olarsa, arağın ətri və dadı səciyyəvi və xoşagələn olub, 

yandırıcı olmur. 

 


394 

Cədvəl 4.16 

Standart nümunələrində (SN) araq tərkibinin attestasiya nəticələri 

s/s 


Attestasiya səciyyəsi 

Ölçmə 


vahidi 

Arağın SN-nin attestasiya 

qiyməti 

SN attestasiya qiy-

mətindən mütləq 

yanlışlıq 0,95 etibarlılıq 

ehtimalında 

“Sibir 


paytaxtı” 

“Yubiley” 

“Sibir 

paytaxtı” 



“Yubiley” 

1.  Etil spirtinin həcmdə payı 

(tübdlüyü 

39,9 



40,0 

0,1 


0,1 

2.  Qələvilik – 0,1 dm

3

 arağın 


titrlənməsinə sərf olunan 

xlorid turşusunun miqdarı 

Sm

3

 



0,39 

0,37 


0,02 

0,02 


3.  Şəkərin kütlə payı 

mq/dm


1580 


1020 

75 


64 

4.  SS-də sirkə aldehidinə 

çevrilməklə aldehidlərin 

kütlə payı 

mq/dm

3

 



1,52 

1,28 


0,09 

0,07 


5.  SS-də izoamil və izobutil 

spirtləri qarışığında (3:1) 

çevrilməklə sivuş 

yağlarının kütlə payı 

mq/dm

3

 



0,84 

0,73 


0,07 

0,06 


6.  SS-də sirkə turşusunun etil 

efirinə çevirməklə efirlərin 

kütlə payı 

mq/dm


3

 

2,85 



2.72 

0,16 


0,15 

7.  SS-də çevrilməklə metil 

spirtinin həcmdə payı 

0,0209 



0,0176 

0,0012 


0,0010 

8.  SS-ə çevrilməklə 

asetaldehidin KP 

mq/dm


3

 

1,49 



1,25 

0,31 


0.23 

9.  SS-ə çevrilməklə 

etilasetatin KP 

mq/dm


3

 

2,25 



2,43 

0.45 


0.45 

10.  SS-ə çevrilməklə 

metilasetatın KP 

mq/dm


3

 

0,35 



0,30 

0,08 


0,08 

11.  SS-ə çevrilməklə 

etilformiatın KP 

mq/dm


3

 

1,47 



1.28 

0,28 


0,27 

12.  SS-ə çevrilməklə 

metilformiatın KP 

mq/dm


3

 

0,16 



0,12 

0,05 


0,03 

13.  SS-ə çevrilməklə 

izoamilolun KP 

mq/dm


3

 

0,17 



0,14 

0,04 


0.03 

14.  SS-ə çevrilməklə H-

butanolun kütlə payı  

mq/dm


3

 

0,20 



0,17 

0,06 


0,04 

15.  SS-ə çevrilməklə 

izobutanolun KP 

mq/dm


3

 

0,31 



0,30 

0,09 


0,08 

16.  SS-ə çevrilməklə H-

propanolun KP 

mq/dm


3

 

0,14 



0,13 

0,04 


0,03 

17.  SS-ə çevrilməklə 

izopropanolun KP 

mq/dm


3

 

0,21 



0,18 

0,07 


0,05 

 

 



395 

Mikroqarışıqlar  standartda  yol  verilən  miqdardan  yüksək 

olarsa,  arağın  dad  və  keyfiyyəti  pisləşir.  Məsələn,  asetaldehidin 

miqdarı  çox  olduqda  araq  kəskin  tama  və  acılığa  malik  olur; 

mürəkkəb  efirlərin  çox  olmayan  miqdarında  arağın  dad  və  ətri 

yaxşılaşır,  lakin  onun  miqdarının  yüksəlməsi  ilə  araq  spesifik  – 

əsasən dadın çox hissəsində xoşagəlməyən çalarlar meydana çıxır; 

sivuş yağlarının miqdarının artıqlığı isə kəskin iy və yandırıcı dad 

əmələ gətirir. Belə ki, propil spirtinin 4 mq/l-dən artıqlığı arağın 

qeyri  yeyinti  xammalından  alındığını  göstərir;  metil  spirtinin  az 

miqdarında  (yəni,  0,02  h.%)  arağın  ətir  və  dadı  dəyişmir,  onun 

miqdarı  artdıqda  isə  metil  spirtinin  yüksək  toksikliyinə  görə 

təhlükəli olur. 

Arağın keyfiyyəti yalnız mikroqarışıqların miqdarından deyil, 

həm  də  tərkibindən  asılıdır.  Araq  o  vaxt  təhlükəli  olur  ki,  ya 

hazırlanmasında  texnologiya  pozulur,  ya  da  keyfiyyəti  olmayan 

xammaldan  (spirt,  su)  hazırlanmış  olur.  Su  düzgün  hazırlanma-

dıqda  onun  tərkibində  toksik  qarışıqlar  (ağır  metalların  duzları) 

arağa da keçir. 

Suda ionların qatılığının artması ilə tam yaxud iy əmələ gəlir. 

İy  eyni  zamanda  suyun  temperaturunun  dəyişməsinin  nəticəsi 

olaraq da əmələ gəlir. Kimyəvi təmiz su – destillə edilmiş su olub, 

dad  və  iyə  malik  olmur.  Suda  tam  və  iy  o  borulardan  hərəkət 

edəndə su hazırlayıcılarda, yaxud təbii suda ilk mənbədən yaran-

mış olur. Mütəxəssislər onlarla tipdə iylər fərqləndirirlər. Onlar-

dan: çürüntülü (bataqlıq, balıq) iyi və tamı - yosunlar və s. Çürü-

dükdə və s.; duzlu yaxud duzluvari tamı suda həll olan xörək duzu 

yaradır;  metalın  kəskin  tamı  manqan,  dəmir,  mis,  sinkin  korro-

ziyası nəticəsində; xlor iyi artıq xlorlaşdırmada meydana gəlir.  

Su hardasa qaldıqda yaxud qızdırıldıqda mikroorqanizmlərin 

(kiflər,  göbələklər)  çoxalması  baş  verir  və  bu  halda  çürümüş 

torpaq tamı və iyi əmələ gəlir. Aptek iyi (dərman, kimyəvi) axıntı 

sularda təsadüf olunur. Turş dad mineral sular; acı dad maqnezium 

sulfat;  qələvi  –  potaş,  soda,  qələvi  ilə  əlaqədardır.  Adətən  xoşa-

gəlməz iylərin kənar olunmasına onları əmələ gətirən birləşmələri 


396 

filtrləmə ilə, suya fəal kömür əlavə olunmaqla və alınan birləşmə-

lərin çökdürülməsi ilə nail olunur. Suyun tamının dəyişmə səbəbi-

ni  bilmək  üçün  suda  olan  qarışıqlar  laboratoriyada  təhlil 

olunmalıdır. 

Sulfatlar yaxud suyun balanslaşmamış duz tərkibi suya güclü 

acılıq verə bilir.  

Suda  dəmirin  yüksək  miqdarı  ona  büzüşdürücü  dad  verir. 

Texniki məqsədli su istifadə üçün az yararlı olur. Dəmirin yüksək 

miqdarı həmçinin borunun daxili səthində dəmir bakteriyalarının 

inkişafı  nəticəsində  olur  və  bu  da  korroziya  proseslərini 

sürətləndirmiş olur. Su rəng alır və bulanlıq olur. 

Filtrlər  dəmirin  miqdarından  asılı  olaraq  konkret  suya  görə 

seçilir. 

 

4.2.2.4. 

Qablaşdırma və

 markalanma 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin