Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   ...   26   27   28   29   30   31   32   33   34

Spirt çıxımı. Xammalda olan karbohidratların (nişasta, şəkər) 

nişastaya  çevirməklə  1  tonunun  qıcqırdılmasından  alınan  spirtin 

dekalitrlərlə  miqdarıdır.  Spirtin  nəzəri  çıxımı  spirt  qıcqırması 

bərabərliyinə  görə  hesablanır  və  1  ton  şərti  nişastadan  71,98  dal 

təşkil  edir.  Qıcqıran  şəkərlərin  və  qıcqırma  zamanı  əmələ  gələn 

spirtin bir hissəsi itdiyinə görə parktiki spirt çıxımı nəzəridən az 

olur.  Praktik  spirt  çıxımı  tətbiq  olunan  texnologiyadan  və 

avadanlıqlardan  asılı  olaraq  nəzəri  miqdarın  81,5-93%  arasında 

tərəddüd edir. 

 

5.3. Eynil



əşdirmə

 v

ə

 ekspertiza 

5.3.1. Q

əbul qaydası, nümunənin götürülmə

si v

ə

 

m

əhsulun sınağı

 

 

Eyniləşdirmə və ekspertiza dedikdə normativ sənədlərin tələ-

bələrinə  uyğun  qaydada  orqonoleptik  və  fiziki-kimyəvi  sınaqlar 

aparılması, saxtalaşdırılmanın aşkar edilməsi başa düşülür. 

Qəbul qaydası, nümunə götürülməsi və məhsulun sınağı bütün 

spirt məhsul növlərinə xam spirt, rektifikasiya olunmuş və içilən 

spirtlərə şamil edilir.  

Spirt  partiya  şəklində  qəbul  olunur.  Partiya  adı  altında  bir 

adda, eyni  doldurulma  tarixli, məhsulun keyfiyyətini  əks  etdirən 


424 

eyni sənədlə rəsmiləşdirilən spirtin miqdarı başa düşülür. 

Spirt  sisternlərlə  nəql  olunduqda  hər  sistern  ayrıca  partiya 

kimi qəbul olunur. Məhsulun keyfiyyəti haqqında sənəd aşağıdakı 

əsas məlumatları əks etdirilməlidir: 

 



İstehsal edən müəssisənin adı və yerləşdiyi yer; 

 



Spirtin adı, ilkin xammalın tərkibi; 

 



Spirtin partiyada miqdarı, dal (1 dal=10 litr); 

 



Sənədin verilmə tarixi

 



Keyfiyyət göstəricilərinin sınaq nəticələri; 

 



Normativ sənədlərin spirtə görə adlanması. 

Məhsul qəbul olunarkən hər balon, çəllək, biton və sisternin 

normativ  sənədlərin  tələblərinə  uyğun  qaydada  doldurulma  və 

markanlanmaya  uyğunluğu  yoxlanır.  Dövlət  ehtiyatı  sistemində 

saxlanmaq üçün olan sisterndəki spirt orqoqnoleptik göstəricilərə 

və  etanolun  qatılığına  görə  yoxlanılmalıdır.  Heç  olmasa  bir 

göstəriciyə  görə  qeyri-qənaətbəxş  nəticə  alındığı  halda  həmin 

partiyadan götürülən ikinci nümünədə təkrar sınaq aparılır. 

 

Nümunənin  götürülməsi  balon,  çəllək  və  bidon  partiyasının 



10%-i  miqdarında  3-dən  az  olmamaqla  aparılır.  Butulkaya 

doldurulmuş spirtdən nümünə götürülməsi 5363-93 saylı QOST-a 

uyğun yerinə yetirilir (bax: Arağın ekspertizası). Növbəti mərhələ 

ayrı-ayrı nöqtələrdən nümunə hissəciklərinin götürülməsi və əsas 

nümunənin  təşkilidir.  Balon,  bidon  və  çəlləklərdən  götürülən 

nümunə  hissəciklərinin  miqdarı  ən  azı  0,2dm

3

  təşkil  etməlidir. 



Sisterndən nümunələr xüsusi nümunə götürənlə onun yuxarı, orta 

və  aşağı  qatlarından  götürülür.  Nümunə  hissəcikləri  əvvəlcədən 

hazırlanmış  şüşə  qaba  azı  1.5  dm

3

  miqdarında  götürülür, 



qarışdırılır,  tutumu  0,5  dm

3

  olan  butulkalara  doldurulur,  tıxacla 



ağzı möhkəm bağlanır.  

Hər butulkanın boğazı parça yaxud sellofan qırığı ilə bükülür, 

sonu plomb yaxud surquc möhürlə bərkidilir, kardon yaxud ağac 

birka bağlanır və orada aşağıdakılar əks olunur:  

 

Hazırlayıcı - müəssisənin adı və yerləşdiyi yer; 



 

Spirtin adı və ilkin xammalın tərkibi; 



425 

 



Nümunə götürülən spirt partiyasında spirtin miqdarı, dal; 

 



Sisternin nömrəsi; 

 



Spirtin keyfiyyəti haqqında sənədin nömrəsi; 

 



Göndərilmə aktının nömrəsi; 

 



Nümunənin götürülmə tarixi; 

 



Nümunə götürən şəxsin soyadı və imzası. 

Spirt  sınağa  göndərildikdə  müəyyən  olunmuş  qaydada 

nümunənin götürülməsinə dair akt tərtib olunur.  

5964-93  saylı  QOST-a  uyğun  olaraq  məhsulun  sınağında 

aşağıdakı analizlər yerinə yetirilir. 

Doldurmanın tamlığı. Butulkaya doldurulan içməli spirt üçün 

nəzərdə tutulur (QOST 5363).  

Orqanoleptik göstəricilər: rəng və şəffaflıq (təhlil olunan spirt 

keçən  işıqda  gözlə  baxılmaqla  destillə  edilmiş  su  ilə  müqayisə 

olunur); dad və iy (orqanoleptik qiymətləndirmə).  

Etil  spirtinin  qatılığı  –  standarta  uyğun  (QOST  3639)  təyin 

edilir.  



Spirtin  təmizliyi.  Metodun  əsasında  spirtdə  olan  kənar 

qarışıqlarla qatı sulfat turşusunun reaksiyaya girməsi durur.  



Furfurolun  mövcudluğu.  Təyin  olunan  furfurolun  anilinlə 

qarşılıqlı təsirindən rəngli məhlun əmələ gəlməsinə əsaslanır.  



Oksidləşmə. Metod spirtdəki kənar üzvi qarışıqların, kalium 

permanqanatla  oksidləşmə  reaksiyasına  və  sonra  fotoelektro-

kolorometrdə rəng intensivliyinin müəyyən olunmasına əsaslanır.  

Standartda  həmçinin  etalon  məhluldan  istifadə  edilməklə 

digər metod da nəzərdə tutulur ki, bu halda kalium permanqanatla 

reaksiyadan  sonra  alınan  məhlulun  rəng  intensivliyi  enalonla 

müqayisə edilir.  

Aldehidlərin  kütlə  qatılığı.  Təyin  olunmanın  əsasında 

aldehidlərin fuksinsulfid reaktivi ilə reaksiyası durur.  

Sivuş yağlarının kütlə qatılığı. Analiz sulfat turşusu iştirakı ilə 

ali spirtlərin salisil aldehidi ilə reaksiyasına əsaslanır.  

Turşuların  kütlə  payı.  Turşuların  titrlənməsinə  sərf  olunan 

natrium hidroksid məhlulunun miqdarı ilə müəyyən olunur.  



426 

Doymuş  efirlərin  kütlə  payı.  Metodun  əsasında  doymuş 

efirlərin  natrium  hidroksid  məhlulu  ilə  yuyulduqdan  sonra 

titrometrik metodla təyininə əsaslanır.  



Metil spirtinin həcm payı. Tədqiqat etalon məhlulun rəngi ilə 

metil-spirtinin  kalium  permanqanat  və  sulfat  turşusu  ilə 

oksidləşmə  reaksiyasında  əmələ  gələn  tədqiq  edilən  məhlulla 

müqayisəsi yolu ilə yerinə yetirilir.  

Etil  spirtinin  və  arağın  tərkibində  toksiki  mikroqarışıqları  – 

aldehidlər,  sivuş  yağları  mürəkkəb  efirlər  və  metil  spirtini  təyin 

etmək  üçün  qazxromatoqrafiya  analiz  metodunun  tətbiqinə 

əsaslanan 30536-97 saylı QOST-dan istifadə olunur.  

Spirtin  uçucu  qarşıqları  arasında  70-dən  çox  müxtəlif 

birləşmələr  tapılmışdır.  Kimyəvi  tərkibinə  görə  eyniləşdirmədə 

onlar  ali  spirtlər,  aldehidlər,  efirlər,  turşulara  bölünür.  Son 

zamanlar  həmçinin  spirtin  dad  və  ətrinə  əsaslı  şəkildə  təsir 

göstərən  azotlu  və  kükürdlü  birləşmələr  tapılmışdır.  Sivuş  yağı 

spirtləri  qıcqırma  prosesinin  əlavə  məhsulları  kimi  əmələ  gəlir. 

Onlara etil spirtinə nisbətən daha çox sayda karbon atomuna malik 

biratomlu spirtlər aiddir. Burada həm normal quruluşlu n – propil, 

n – butil, n – amil və s. olmaqla nonanola qədər, həm də zəncirvari 

quruluşlu  –  izopropil,  ikili  propil,  izobutil,  izoamil  və  b. 

tapılmışdır. Spirt istehsalatında ikidən çox karbon atomuna malik 

spirtləri  adətən  ali  spirtlər  adlandırırlar  ki,  bu  da  sırf  kimya 

nöqteyi-nəzərindən tam dəqiq sayıla bilməz. 

Sivuş  yağlarında  miqdarı  üstünlüyə  optik  fəal  və  qeyri-fəal 

izoamil spirtləri; nisbətən az n - amil spirti olur. Az miqdarda isə 

butil, propil və digər spirtlər olur. 

Aldehid  və  ketonlar  qıcqırmada  əmələ  gəlsə  də,  onların 

miqdarı  braqorektifikasiya  prosesində  spirtlərin  oksidləşməsi 

hesabına arta bilir. İsti işlənmədə dən və kartofda furfurol yaxud 

oksimetilfurfurol əmələ gələ bilir. 

Əgər qüsurlu xammalda (texnologiya buna yol verir) istifadə 

olunursa, o zaman əsas sirkə aldehidindən başqa formaldehid, yağ, 

propion,  izovalerian,  diasetil  və  b.  toplanır.  Braqa  kənar 


427 

mikroorqanizmlərlə  yoluxduqda,  həmçinin  melassadan  alınan 

spirtdə aldehidlərin nisbi miqdarı yüksəlir. 

Mürəkkəb efirlər qıcqıran şirədəki spirtlər və turşuların qarşı-

lıqlı  kimyəvi  çevrilmələrinin  məhsuludur.  Onların  toplanması 

həmçinin  braqorektifikasiya  mərhələsində  də  mümkündür.  Daha 

çox miqdarda sirkə etil efiri, az miqdarda propion, qarışqa, yağ və 

digər turşuların efirləri tapılır. 

Uçucu  turşular  mayaların  və  braqanı  yoluxduran  kənar 

mikroorqanizmlərin həyat fəaliyyəti məhsuludur. Daha çox sirkə 

turşusu rast gəlsə də, az miqdarda olsa da propion, yağ, izovalerian 

turşuları (xüsusilə də melassadan alınan spirtdə) təsadüf edilir. 

Azotlu  maddələrdən  daha  çox  səciyyəvi  olanları  ammonyak 

və aminlərdir. Onlar melassadan alınan spirtdə daha çox miqdarda 

tapılır.  Kükürdlü  birləşmələr  (kükürd  di  oksid,  hidrogen  sulfid, 

merkaptan) əsasən melassadan alınan spirtdə əmələ gəlirlər. 

Melassadan  alınan  spirti  polad  rezervuarlarda  uzun  müddət 

saxladıqda onda sulfoturşular və sulfat turşusu tapılır. Sonuncu iki 

qrup  birləşmə  spirtin  analizində  normalaşdırılmır  və  yalnız 

orqanoleptik göstəricilərə təsir göstərir. 

Bir sıra qarışıqlar müəyyən növ xammaldan alınan spirt üçün 

səciyyəvidir.  Məsələn,  terpenlər  yalnız  dənlilər  və  kartof 

xammalından  alınan  spirtdə  tapılır.  Bu  spirtlərdə  həm  də  çoxlu 

metil  spirti  toplanır.  Melassadan  alınan  spirt  üçün  ammonyak, 

sulfitli birləşmələr, dietil efiri səciyyəvidir. 

Spirtin hətta az qatılıqda qarışığı belə bu və ya digər dərəcədə 

spirtin  və  ondan  alınan  arağın  orqanoleptik  göstəricilərinə  təsir 

etməyə kifayət edir. 

Metil və propil spirtləri az miqdarda dadda hiss olunmasa da, 

onlar  etil  spirtindən  xeyli  zəhərli  olub,  insan  orqanizmində 

toplanaraq ciddi zəhərlənmələr törədə bilir. 

Furfurol çovdar çörəyinin xoşagələn iyinə malik olsa da, o da 

həmçinin toksiki və kansorogendir. Digər aldehidlər kəskin tam və 

yandırıcılıq  verir.  Xüsusilə  xoşagəlməyən  iyi  və  yandırıcı  dadı 

akrolein və kroton aldehidi verir. 


428 

Bütün  ali  spirtlər  istənilən  duruldulmada  yandırıcı  dad  və 

kəskin sivuş iyini saxlamış olur. Heksil spirti sivuş yağının iy və 

tamını verir. 

Üzvi  turşular  spirtin  orqanoleptik  keyfiyyətinə  əks  təsir 

göstərir: qarışqa turşusu ona kəskin tam, propion yandırıcılıq; yağ, 

valerian  -  xoşagəlməz  iy  və  yandırıcılıq  verir.  Sirkə  turşusu 

istisnalıq təşkil edib, spirtin dadını yumşaldır. Çoxlu sayda karbon 

atomlu  efirlər  spirtə  ona  xas  olmayan  çiçək  -  meyvə  tamı  və  iyi 

verir.  Az  miqdarda  dietil  efiri  spirtin  iyini  gücləndirir,  bilinən 

qatılıqda isə şirintəhər tamla hiss olunan qalıq yandırıcılığı verir. 

Qarışqa və sirkəetil efiri spirtin dadını yumşaldır, ümumən efirlər 

spirtə ona xas olmayan meyvə-çiçək dadı və ətri verir. Aminlər və 

sulfidli  birləşmələr  spirtin  dad  və  iyini  pisləşdirir.  Belə  ki, 

trimetilamin  balıq  yağı  iyinə  malik  olur.  Spirtə  terpenlər  və 

terpenhidratlar yandırıcı dad verir. 

Bir  sıra  qarışıqlar  az  miqdarda  spirtin  dadını  yaxşılaşdırır, 

yumşaldır. Məsələn, butilenqlikol, diasetil, asetoin, ammonnyakı 

qeyd etmək olar. 

Qarışıqların  spirtin  orqanoleptiki  göstəricilərinə  təsiri  yalnız 

onların qatılığı ilə deyil, həm də onların təbiəti ilə müəyyən olunur. 

Məsələn,  propil  spirti  nisbətən  az  qatılıqda  (susuz  spirtdə  4 

mq/dm

3

-a  qədər  miqdarda)  spirtin  orqanoleptik  xüsusiyyətlərinə 



mənfi təsir göstərir. İzoamil spirtinin isə həmin qatılıqda miqdarı 

müsbət qiymətləndirilir. 

Bəzi  qarışıqlar  analitik  yolla  təyin  olunmur,  lakin  onlar 

oksidləşmə göstəricisinə təsir göstərir. 

 

5.3.2. Orqanoleptik t

ə

hlil 

 

Orqanoleptik  təhlil  dequstasiya  komissiyası  tərəfindən  apa-

rılır. Dequstasiya qiymətinin ümumi vəziyyəti təlimatla müəyyən 

olunur.  Orqanoleptik  göstəricilərinə  görə  bütün  növ  spirtlər 

cədvəldə (cədvəl 5.1) göstərilən tələblərə uyğun olmalıdır.  

 

 



429 

Cədvəl 5.1  

Göstərici 

Səciyyəsi 

Xarici görünüşü 

Kənar hissəciklərsiz şəffaf maye 

Rəngi 

Rəngsiz maye 



Dad və iyi 

Uyğun xammaldan emal olunan hər bir spirt 

üçün səciyyəvi, tamsız və kanar maddələrin iyi 

olmadan 


 

Spirtin  orqanoleptik  qiymətləndirilməsi  araq  və  likor-araq 

məmulatlarında  olduğu  kimi  10  ballıq  şkala  ilə  aparılır:  rəng  və 

şəffaflıq- 2 bal, ətir-4, dad-4.  

10  bal  yüksək  qiymətlə  aşağıdakı  göstəriciləri  olan  spirtlər 

qiymətləndirilir: rəngsiz və şəffaf - 2 bal, normal, təmiz spirt ətirli, 

hər  hansı  kənar  iy  olmadan  -  4  bal,  spirtin  normal  dadı,  kəskin 

yangırıcılıq olmadan, şirintəhər tamla - 4 bal. 

Rəng  və  şəffaflıq  işıq  qarşısında  gözlə  baxmaqla  müəyyən 

olunur. Bu məqsədlə böyüklüyünə və şüşənin bircinsliliyinə görə 

eyni  olan  sınaq  şüşələri  götürülür.  Onların  birinə  10  sm

3

  analiz 



olunan  spirt,  digərinə  eyni  miqdar  destillə  edilmiş  su  tökülərək 

rəngdən  kənara  çıxmalar  və  mexaniki  qarışıqların  mövcudluğu 

müəyyənləşdirilir. 

Dad və iy. Tədqiq olunan spirt  əvvəlcədən  yumşaldılmış su 

ilə  20


0

C-də  40  h.%-ə  qədər  duruldulur  və  tutumu  500  sm

3

  olan 


qaba yerləşdirilir, qarışdırılır və dequstasiya qədəhlərinə paylanır. 

İyə  və  ətrə  görə  spirtin  keyfiyyətinin  yoxlanmasında 

qədəhlərdə  nümunələrin  yoxlanması  ilə  yanaşı  digər  üsuldan  da 

istifadə  edilə  bilir.  Bu  məqsədlə  ovucun  içinə  bir  qədər  spirt 

tökülür, əli bir-birinə sürtərək isidir və əmələ gələn buğ iylənir. 

Spirtin iy və ətri təyin olunduqdan sonra dadı yoxlanır. Belə 

ki,  spirtin  emal  olunduğu  ilkin  xammalın  növündən  və  keyfiy-

yətindən  asılı  olaraq  spirtin  normal  yandırıcı  spirt  dadı,  yaxud 

kəskin yandırıcı acıtəhər və ya şirintəhər olduğu müəyyən edilir. 

Yeyinti  xammalından  alınan  etil  spirtinin  bal  qiymətləri 

aşağıdakı cədvəllərdə verilir (cədvəl 5.2, 5.3).  


430 

 

Cədvəl 5.2  



Göstərici 

Orqanoleptik səciyyə 

Balla qiymətləndirmə 

Xarici görünüş (rəng 

və şəffaflıq) 

Rəngsiz şəffaf maye 

Rəngsiz maye yüngül 

lopalarla (keçən işıqda 

görünən zəif bulanıqlıq) 

Qeyri şəffaf, bulanıq 

maye 

2,0 (əla, yaxşı) 



 

1,5 (kafi) 

1,5-dən az (qeyri kafi) 

İy 


 

Emal olunduğu xammala 

uyğun spirt növü üçün 

səciyyəvi, kənar iysiz 

Emal olunduğu xammala 

uyğun spirt növü üçün sə-

ciyyəvi, lakin kifayət 

qədər ifadə olunmayan 

Həmin növə uyğun 

səciyyəvi, lakin zəif ifadə 

olunan 

Kənar, qeyri səciyyəvi 



iylə 

 

3,6-4,0 (əla) 



 

 

3,0-3.5 (yaxşı) 



 

2,5-2.9 (kafi) 

2,5-dən az (qeyri-kafi) 

Dad 


Həmin növ üçün 

səciyyəvi, yumşaq 

Həmin növ üçün 

səciyyəvi, lakin bir qədər 

kəskin 

Həmin növ üçün 



səciyyəvi, lakin kəskin 

yandırıcı 

Həmin növ üçün 

səciyyəvi olmayan, 

kobud, uyğun olmayan 

tamla 


3,6-4,0 (əla) 

 

3,0-3,5 (yaxşı) 



 

2,5-2,9 (kafi) 

 

2,5-dən az (qeyri-kafi) 



 

Sulfat  turşusu  ilə  sınaq  nümunəsində,  məsələn  kroton 

aldehidinin  və  akroleimin  iştirakı  ilə  0,0005%  miqdarda  spirti 

qeyri-standart  edir  və  sulfat  turşusu  ilə  nümunədə  oksidləşmə 

sınağını aşağı salır. Diasetil isə sulfitli birləşmələrdə özünü oxşar 

aparır. 1 kq canlı çəkiyə letal doza təşkil edir: furfurol  - 0,19 q, 



431 

amil spirti - 0,63, sirkə aldehidi - 0,14, izobutil spirti - 1,45, propil 

spirti - 3,4 q. Göründüyü kimi etanol onu çirkləndirən qarışıqlara 

nəzərən daha az toksikidir. Lakin alkoqollu içkilərin qeyri mötədil 

istifadəsində  kəskin  alkoqolin  toksikasiyası  etanolun  yüksək 

miqdarında müşahidə edilir. 

Cədvəl 5.3 

Qiymət 


Ümumi 

bal 


Məmulatın həmin qiyməti aldığı şərtlər 

“əla” 


9,2-10,0 

Bütün göstəricilərinə görə “əla” 

qiymətlidir. 

“yaxşı” 


8,0-9,1 

“Yaxşı” və “əla” göstəricilərə malikdir. 

“kafi” 

6,5-7,9 


“Kafi”, “yaxşi” və “əla” göstəricilərə 

malikdir. 

“qeyri-

kafi” 


6,5-dən az 

Heç olmasa bir göstəricisinə görə “qeyri-

kafi” qiymətə malikdir. 

 

5.3.3. Fiziki-kimy



ə

vi keyfiyy

ət göstə

ricil

ə

ri 

 

Xammal  və  xüsusilə  hazırlanma  texnologiyasının  xüsusiy-

yətləri  nəzərə  alınmaqla  ayrı-ayrı  spirt  növlərinin  fiziki-kimyəvi 

keyfiyyət göstəriciləri bir qədər fərqlənir. 



Xam  etil  spirti.  131-67  saylı  QOST-a  görə  xam  etil  spirti 

xammaldan asılı olaraq emal olunur: dənlilərdən, kartof yaxud dən 

və  kartofdan;  dən,  kartof,  şəkər  çuğunduru  və  melassa  qarışı-

ğından,  xam  şəkərdən,  müxtəlif  nisbətlərdə  digər  karbohidratlı 

yeyinti  xammalından,  melassadan.  Bu  məqsədlə  paxlalılardan 

istifadə olunmur.  

Fiziki-kimyəvi göstəricilərinə görə etil xam-spirti cədvəl 5.4-

də göstərilən tələblərə cavab verməlidir. 

Rektifikasiya olunmuş etil spirti «Lüks» və «Ekstra» spirtləri 

müxtəlif  növ  dənlilərdən,  dən  və  kartof  qarışığından,  paxlalılar 

istisna olunmaqla emal olunur. «Lüks» spirti istehsalında qarışıq-

da  kartofun  miqdarı  35%-dən,  «Ekstra»da  60%-dən  çox 

olmamalıdır. 


432 

Yüksək  təmizlikdə  1-ci  sort  spirt  hazırlanır:  dənlilərdən, 

kartof, şəkər çuğunduru və melassa, xam-şəkər, müxtəlif nisbət-

lərdə digər karbonlu yeyinti xammal qarşığından, melassadan.  

Cədvəl 5.4  

Etil xam-spirtin fiziki-kimyəvi göstəricilərinə qoyulan tələblər 

Göstərici 

Spirt üçün norma 

Dəndən, 

kartofdan 

yaxud dən 

və 


kartofdan 

Dənlilər, kartof, şəkər 

çuğunduru, melassa, 

xam-şəkər və digər 

şəkər və nişastalı 

yeyinti xammalı 

qarışığından 

Melas-


sadan 

Etil spirtinin həcmdə 

payı, % 

88 


88 

88 


Susuz spirtdə sirkə 

aldehidinə çevrilməklə 

aldehidlərin kütlədə 

payı, mq/dm

3

 

300 



300 

300 


Susuz spirtdə sirkə etil 

efirinə çevrilməklə 

efirlərin kütlədə payı, 

mq/dm


3

 

500 



500 

500 


Susuz spirtə 

çevrilməklə metil 

spirtinin həcmdə payı 

0,13 


0,13 

Susuz spirtdə izoamil 



və izobutil spirtləri 

qarışığına (3:1) çevril-

məklə sivuş yağlarının 

kütlədə qatılığı 

5000 

5000 


5000 

 

Rektifikasiya olunmuş etil spirti fiziki-kimyəvi göstəricilərinə 



görə 5.5 saylı cədvəldə göstərilən tələblərə cavab verməlidir. 

95%-li  içilən  etil  spirti.  5963-67  saylı  QOST-a  görə 

hazırlanması üçün dən, kartof, yaxud dən və kartofdan; 2874 saylı 

QOST-a  uyğun  olaraq  codluğu  1  mq  ekv/dm

3

-dan  çox  olmayan 



433 

yumşaldılmamış təbii su və 0,36 mq ekv/dm

3

-a olan yumşaldılmaq 



üçün sudan emal olunan yüksək təmizlikdə rektifikasiya olunmuş 

etil spirtindən istifadə olunur.  

Cədvəl 5.5  

Rektifikasiya olunmuş etil spirtinin fiziki-kimyəvi göstəriciləri  

Göstərici 

Spirt üçün norma 

«Lüks»  «Ekstra» 

Əla 


təmizlikdə 

Birinci 


sort 

Etil spirtinin həcmdə payı, % 

96,3 

96,5 


96,2 

96,0 


Sulfat turşusu ilə təmizlik sınağı 

D a v a m l ı d ı r 

20

0

-də oksidləşmə sınağı 



22 

20 


15 

10 


Susuz spirtdə sirkə aldehidinə 

çevrilməklə aldehidlərin kütlədə 

payı, mq/dm

3

 





10 

Susuz spirtdə izoamil və izobutil 

spirtlərinin qarışığına (3:1) çevril-

məklə sivuş yağlarının kütlədə 

qatılığı, mq/dm

3

 





15 

Susuz spirtdə sirkə etil efirinə çev-

rilməklə efirlərin kütlədə payı, 

mq/dm


3

 

18 



25 

30 


50 

Susuz spirtə çevrilməklə metil 

spirtinin həcmdə payı, %-lə 

0,03 


0,03 

0,05 


0,05 

Susuz spirtdə sərbəst turşuların 

(CO

2

 olmadan) kütlədə qatılığı, 



mq/dm

3

 



12 


15 

20 


Furfurolun miqdarı 

Yol verilmir 

 

Fiziki-kimyəvi  göstəricilərinə  görə  95%-li  içilən  etil  spirtli 



cədvəl 5.6-da göstərilən tələblərə cavab verməlidir. 

Qeyd  olunan  fiziki-kimyəvi  göstəricilərin  bəziləri  Dövlət 

Standartları ilə tənzimlənir və yuxarıda göstərildiyi kimi hər spirt 

növü  üçün  onun  təsnifatından  irəli  gəlir.  Standart  nümunələrlə 

(SN) müqayisədə spirt tərkibinin əsas göstəricilərindən yol verilən 

kənara çıxmalar cədvəl 5.7-də verilir. 

 

 


434 

Cədvəl 5.6 

95%-li içilən rektifikasiya olunmuş etil spirtinin keyfiyyət 

göstəriciləri 

Göstərici 

Norma 


Etil spirtinin həcmdə payı, %-lə 

95,0±0,2 

Susuz spirtdə sirkə aldehidinə çevrilməklə 

aldehidlərin kütlədə payı, mq/dm

3

 



Susuz spirtdə izoamil və izobutil spirtlərinin 

qarışığına (3:1) çevrilməklə sivuş yağlarının kütlədə 

qatılığı, mq/dm

3

 



Susuz spirtdə sirkə etil efirinə çevrilməklə efirlərin 

kütlədə qatılığı, mq/dm

3

 



30 

Fuksin sulfit turşusu ilə metil spirtinə sınağı 

Davamlı 

Furfurolun miqdarı 

Yol verilmir 

Susuz spirtdə sərbəst turşuların (CO

2

 olmadan) 



kütlədə qatılığı, mq/dm

3

 



15 

 

Cədvəl 5.7 



Standart nümunələrdə (SN) spirt tərkibinin attestasiya nəticələri 

s/s 


Attestasiya səciyyəsi 

Ölçmə vahidi 

SN attestasiya qiyməti 

SN attestasiya 

qiymətindən mütləq 

yanlışlıq 0,95 

etibarlılıqla 

“Ekstra” 

spirt 

Əla 


təmizlikdə 

spirt 


“Ekstra” 

spirt 


Əla 

təmizlikdə 

spirt 













1.  Etil spirtinin həcmdə payı 

96,7 


96,4 

0,1 


0,1 

2.  20


0

C-də oksidləşmə 

sınağı 

dəq 


25,0 

18,0 


0,7 

0,5 


3.  Sərbəst turşuların kütlə 

payı (KP) 

mq/dm



6,93 



12,2 

0,25 


0,3 

4.  Susuz spirtdə (SS) 

aldehidlərin KP sirkə 

aldehidinə çevirməklə 

mq/dm

3

 



1,69 

2,83 


0,12 

0,14 


5.  Sivuş yağlarınınn kütlə 

payı, izoamil 4,78və 

izobutul spirtləri 

qarışığına (3:1) 

çevrilməklə 

mq/dm


3

 

1,64 



2,95 

0,12 


0,12 

 


435 

Cədvəl 5.7-nin davamı 

 













6.  SS-də sirkə etil efirinə 

çevirməklə efirlərin KP 

4,78 



5,74 

0,25 


0.32 

7.  SS-də çevrilməklə metil 

spirtinin həcmdə payı 

(hP) 


SS-ə 

çevrilməklə 

KP mq/dm

3

 



0,021 

0,044 


0,002 

0.003 


8.  Asetaldehid 

SS-ə 


çevrilməklə 

KP mq/dm


3

 

1,62 



2,44 

0,10 


0,2 

9.  Etilasetat 

SS-ə 

çevrilməklə 



KP mq/dm

3

 



3,97 

4,82 


0.24 

0.21 


10.  Etilformiat 

SS-ə 


çevrilməklə 

KP mq/dm


3

 

1,53 



1,69 

0,12 


0,09 

11.  Metanol 

SS-ə 

çevrilməklə 



KP mq/dm

3

 



1,82 

372 


11 

15 


12.  Izoamilol 

SS-ə 


çevrilməklə 

KP mq/dm


3

 

0,35 



0,60 

0,04 


0,06 

13.  Izobutanol 

SS-ə 

çevrilməklə 



KP mq/dm

3

 



0,59 

1,22 


0,05 

0,08 


14.  H-propanol 

SS-ə 


çevrilməklə 

KP mq/dm


3

 

0,30 



0,45 

0,04 


0,05 

15.  Izopropanol 

SS-ə 

çevrilməklə 



KP mq/dm

3

 



0,40 

0,52 


0,04 

0,05 


 

 

Spirtli  içkilər  üçün  təhlükəsizlik  meyarları  aşağıdakı 



cədvəl 5.8-də öz əksini tapır (cədvəl 5.8). 

 

 



 

 

 



 

 

 



 

436 

Cədvəl 5.8 

Spirtli içkilərin təhlükəsizlik meyarları 

Məhsul 


qrupları 

Göstərici 

Yol verilən 

səviyyə, 

mq/kq 

Qeyd 


Pivə, şərab və 

digər spirtli 

içkilər 

Toksiki elementlər 

Qurğuşun 

Arsen 


Kadmium 

Civə 


Metanol 

 

 



N-nitrozoaminlər: 

Nitrozo dimetilamin 

və 

nitrozodietilaminin 



cəmi 

Radionuklidlər: 

Sezium-137 

Stroksium 

 

0,3 


0,2 

0,03 


0,005 

0,05 


 

0,1 


 

 

0,003 



 

 

70 



100 

 

 



 

 

 



Araq, alkoqol %-

dən asılı olaraq 

Konyak, həcmdə 

payı, % 


 

Xammala görə 

nəzarət 

Pivə 


 

Bk/dm


3

 

həmçinin 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin