Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

 

30 ballı qiymətləndirmə. 30 ballı qiymətləndirmə sisteminin 

“Sernadjitto-İŞB”  (İtaliya  Şərabçılar  Birliyi)  yaratmış  və  hal-

hazırda istifadə edir. Bu şkala aşağıdakı kimidir (cədvəl 2.15). 







ətri 


1,2 

Təmiz, şərab, harmonik, sortuna və tipinə tam uyğun  

Təmiz,  şərab,  bir  qədər  az  harmonik,  sort  və  tipinə 

uyğundur 

Tam təmiz deyil, zəif şərab, azharmonik, zəif şərablı-

süd tonu, sulfit turşusu hiss olunur, sort və tipinə uyğun 

deyil 

Zəif şərab, harmonik deyil, təmiz deyil, sort və tipinə 



uyğun deyil 

Kobuddur, təmiz deyil, xəstədir 

Xarab olmuşdur 

 



 





Dadı 

2,0 


Tam, harmonik, təmiz, yetişmiş, sort və tipinə uyğun 

Təmiz, şərab, nisbətən harmonik, sort və tipinə uyğun 

Zəif şərab, azətirli, harmonik deyil, tam təmiz deyil. 

Az şərab, təmiz deyil, boş, acıtəhər, tipinə və sortuna 

uyğun deyil 

Kobud, təmiz deyil, xəstə 

Xarab olmuşdur 



 





210 

Cədvəl 2.15 

30 ballı iymətləndirmə sistemi 

Keyfiyyət 

elementləri 

Xarakteristika balı 

Çəki 

əmsalı 


Göstəricinin 

qiyməti 


bal 


bal 


bal 


bal 


bal 


Xarici görünüşu 

1,0 


5,0 

Şəffaflığı 

Axıcılığı 

Rəngi 


Intensivliyi 

 

 



 

 

 



0,25 

0,25 


0,25 

0,25 


1,25 

1,25 


1,25 

1,25 


Buket  

1,0 


5,0 

Zərif 


Intensiv 

Harmonik 

Təmiz 

 

 



 

 

 



0,25 

0,25 


0,25 

0,25 


1,25 

1,25 


1,25 

1,25 


Dadı  

1,0 


5,0 

Ekstraktiv  

Spirtlilik 

Harmoniklik 

Intensivlik  

 

 



 

 

 



0,25 

0,25 


0,25 

0,25 


1,25 

1,25 


1,25 

1,25 


Dadmadan 

sonrakı tam 

 

 

 



 

 

1,0 



5,0 

Tipiklik 

 

 

 



 

 

1,0 



5,0 

Ümumi 


təəsürat 

 

 



 

 

 



1,0 

5,0 


 

Şərab xarici görünüşünə, buketinə, dadına, dadmadan sonrakı 

tamına,  tipik  olmasına,  ümumi  təəsürata  görə  yəni,  altı  əsas 

keyfiyyət elementi üzrə qiymətləndirilir. Birinci üç elementin özü 

də  dörd  yarım  elementlərə  bölünür.  Ümumiyyətlə,  götürüldükdə 

İtalyan sistemində 15 keyfiyyət göstəricisi qiymətləndirilir. 

Hər bir göstəricinin təkmillik dərəcəsi hedoni şkala əsasında 

əla  (5),  yaxşı  (4),  qəbuledilən  (3),  kafi  (2),  qeyriqənaətbəxş  (1) 

qiymətləndirilir.  

 

 



 

211 

35 ballı qiymətləndirmə. Fransada müxtəlif ballı şkalalardan 

istifadə edilir ki, onlardan biri də 35 ballı qiymətlədirmə şkalasıdır. 

Bu  şkalada  şərab  şəffaflığına,  rənginə,  buketinə  və  dadına  görə 

dörd  əsas  keyfiyyət  göstəricisi  ilə  qiymətləndirilir.  Bu  sistemdə 

müsbət və mənfi əlamətlər təsvir edilir. Bununla birlikdə şərabın 

buket və dad göstəricilərinin xarakteristikası tam detallarına qədər 

verilmişdir. Bu sistemin çatışmayan cəhəti təsviri qiymətləndirmə 

ilə  balla  qiymətləndirmə  arasında  determinant  əlaqənin  olma-

masıdır (cədvəl 2.16). 

Cədvəl 2.16 

35 ballı qiymətləndirmə sistemi 

Keyfiyyət elementləri 

Balla qiymətləndirmə 

Şəffaflıq 

0-3 bal 

Rəng 


0-2 bal 

Buket ilkin təəsürat 

 Xarakteristika 

 Buket, ümumi keyfiyyət 

 Dominantlıq əlaməti 

0-10 bal 

Dad ağızda dad 

 yetişkənlik 

 doğunluq 

 şirinlik 

 turşuluq 

 harmonik 

 dadmadan sonra tam 

0-20 bal 

 

 100 ballı qiymətləndirmə. Markalı şərabların keyfiyyəti və 



konkret  istehlak  dəyərini  rəqəmlərlə  obyektiv  qiymətləndirmək 

üçün fransa-italiya şərabçılıq komissiyası 100 ballı - hedoni sistem 

işləyib hazırlamşdır (cədvəl 2.17). Hedoni şkala (yunanca hedone 

– ləzzət almaq) “xoşagələnlə-xoşagəlməyən” arasındakı vəziyyət-

ləri əks etdirir. 

Sistem şərabın dörd əsas keyfiyyət göstəricilərinin qiymətlən-

dirilməsini nəzərdə tutur. Bunlar xarici görünüş, ətir-buket, dad və 

tipiklikdir.  

 


212 

Cədvəl 2.17 

100 ballı hedoni sistem  

Keyfiyyət elementləri 

Çəki 

əmsalı 


Qiymət 

Çox 


yaxşı 

yaxşı 


Qəbul 

edilən 


sıradan 

Qəbul 


edilməz 

Xarici  görünüş  (rəng 

şəffaflıq) 





Ətir-buket (məcmusu, 

intensivliyi) 





Dadı 


(məcmusu, 

intensivliyi) 







Tipikliyi 

(sortun 


səciyyəsi, mənşəyi) 





 

Ayrı-ayrı qiymətlərin çəki əmsallarına vurulması ilə ümumi 



bal təyin edilir. Məsələn, bu aşağıdakı qaydada həyata keçirilir: 

Xarici görünüş  

çox yaxşı  

4x4=16 


Ətir   

  

yaxşı    



6x3=18 

Dad    


  

çox yaxşı  

9x4=36 

Tipiklik  



  

çox yaxşı  

6x4=24 

Ümumi bal 



 

 

  



=94 

“Qəbul  edilən”  qiyməti  şərabın  həmin  qrupa,  kateqoriyaya 

uyğun olması meyarıdır. “Sıradan” qiyməti şərabda çatışmazlıq-

ların olduğunu göstərir və bunları texnoloji işlənmələrin köməyilə 

aradan  qaldırmaq  olar.  “Qəbul  edilməyən”  qiymət  isə  şərabdakı 

qüsurların  düzəldilmə  imkanlarının  olmadığını  göstərir.  Görün-

düyü  kimi  bu  sistemdə  rəngindən,  yaşından,  karbon  qazı  ilə 

doymasından və mənşəyindən asılı olmayaraq istənilən kateqoriya 

və sinif şərablar qiymətləndirilir. 

Sakit  şərablar,  həmçinin  oynaq  və  qazlı  şərablar  üçün 

dequstasiya  vərəqlərinin  formaları  2  və  3-cü  şəkillərdə  verilir. 

Göründüyü kimi birinci halda 10, ikincidə 11 keyfiyyət elementi 4 

keyfiyyət  göstəricisində  qruplaşmışdır.  Hər  2  formada  keyfiyyət 

elementləri  fərqlənsə  də,  keyfiyyət  göstəriciləri  eynidir.  Bunlar 

xarici görünüş, buket, dad və harmoniklikdir. 

 


213 

Keyfiyyət elementləri üzrə balların paylanması formalarında 

əksini tapmışdır (şəkil 2.20, 2.21). 

Hər bir şərab, yaxud konyak nümunəsi üçün ekspertlərə ayrıca 

dequstasiya vərəqi verilir ki, orada dequstasiya balları şkalası əks 

olunmuş olur. 

Dequstasiya vərəqində əks olunan bal qiymətləndirmə sistemi 

1993-cü  ildə  BÜ  və  ŞT  (OİV)  tərəfindən  işlənilmişdir.  Ümumi 

balların  cəmindən  asılı  olaraq  hər  kateqoriya  üzrə  şərabçılıq 

məhsullarının keyfiyyəti aşağıdakı kimi qiymətləndirilir: 

-

 

Çox yüksək (əla) – 100 bal; 



-

 

Çox yaxşı – 86 bal, 86-99 arasında; 



-

 

Yaxşı – 72 bal, 85-71 bal arasında; 



-

 

Kafi – 56 bal, 70-56 bal arasında; 



-

 

Qeyri-kafi – 40 bal, 55-40 bal arasında. 



Şərabçılıq məhsulları nümunələrinin orqanoleptik qiymətlən-

dirilməsi  zamanı  ekspert-dequstator  yalnız  seçilən  4  keyfiyyət 

göstəricisi üzrə yuvalaq işarələr qoyur. Dequstasiyanın katibliyin-

də  dequstasiya  ballarına  yekun  vurulur.  Xüsusi  komputer  proq-

ramının  köməyilə  100  ballı  qiymətləndirmə  sistemində  dequs-

tatorların obyektivliyinə qiymət vermək mümkün olur və onların 

səhvləri müəyyən edilir. 

Beynəlxalq müsabiqələrdə şərabçılıq məhsullarının mükafat-

landırılma meyarları müəyyən olunmuşdur (cədvəl 2.18).  

Şərabların  100  balla  qiymətləndirmə  sistemi  aşağıdakı 

təhlilləri əhatə edir: 

 



Vizual (baxmaqla) təhlil; 

 



Duyğu üzvləri ilə təhlil; 

 



Dad – duyğu üzvləri ilə təhlil; 

 



Yekun təhlil. 

 

 



 

214 

 


215 

 


216 

Cədvəl 2.18 

Şərab və konyakların müasir bəynəlxalq 100 ballı sistemə 

uyğun mükafatlandırma meyarları 

Mükafatlar 

Sakit şərablar, 

ordinar və 

qazlaşdırılmış 

şərab 

Sakit 


şərablar, 

markalı və 

oynaq 

şərablar 



Kolleksiya 

şərabları 

Qran pri 

>97 



>98 

Qızıl medal 

>88 

92-96 


96-97 

Gümüş medal 

82-87 

86-91 


93-95 

Bürünc medal 

75-80 

79-85 


90-92 

Iştirakçı medal 

70-74 

75-78 


85-89 

Mükafatlar 

Konyaklar 10 

ilədək, brendi və 

araq 

Konyaklar 



10-20 illik 

>20 il 


Qran pri 



>98 

Qızıl medal 

>87 

>93 


96-97 

Gümüş medal 

80-86 

87-92 


92-93 

Bürünc medal 

70-79 

80-86 


90-92 

Iştirakçı 

diplomu 

65-69 


75-79 

85-89 


 

Vizual təhlil. Dequstatorun ilk qiymətləndirdiyi şərabın rəngi 

və  xarici  görünüşüdür.  Düzgün  «görmək»  üçün  bəzi  qaydalara 

əməl olunmalıdır: birinci - qədəh düzgün forma və ölçüdə olmalı; 

ikinci  –  qədəh  qoyulan  stolüstü  örtük ağ  olmalıdır  –  bu,  şərabın 

rəngi  və  fon  arasında  əks  olunmanı  gücləndirir  və  içkinin  xarici 

əlamətlərini düzgün qiymətləndirməyə imkan verir. 

Qırmızı,  ağ,  çəhrayı,  şampan  və  s.  şərablarin  dequstasiya 

edilməsindən  asılı  olmayaraq  qiymətləndirmə  üçün  birinci 

şəffaflıq,  ikinci  rəng,  üçüncü  konsistensiya  və  dördüncü 

«oynaqlıq» (yalnız oynaq şərablarda) müəyyən edilir. 

Şəffaflıq – şərab təmiz və şəffaf, asılqansız, çöküntüsüz (əgər 

o  həmin  şərab  üçün  yol  verilən  deyilsə),  sakit  qırmızı  yaxud 



217 

yetişdirilmiş  ağ  şərablarda  qalıq  oynaqlıqsız  olmalıdır.  Qeyri 

şəffaf,  mötədil  şəffaf,  şəffaf  (qırmızı  şərablar  üçün  əsas 

kateqoriya), kristal (ağ şərablar üçün parlaq işıqla), parlaq (oynaq 

şərablar üçün) kateqoriyalar fərqləndirilir. 

Rəng – qırmızı şərablar üçün rəng qamması genişdir: purpur – 

qırmızıdan demək olar ki, bənövşəyi – cavan şərablara xas, qızılı-

qırmızı, nar-qırmızıya və narıncı-qırmızı köhnələrdə olur. 

Beləliklə,  rənginə  görə  şərabın  yaşı  müəyyən  oluna  bilir. 

Çəhrayı  şərablar  açıq-çəhrayı,  albalı  və  tünd-çəhrayı  olmaqla 

fərqlənir. Hər şey istehsal bölgəsindən, üzüm sortundan və istehsal 

metodlarından asılıdır. Lakin yadda saxlamaq lazımdır ki, çəhrayı 

şərabların ömrü uzun olmur. 

Ağ şərablara gəldikdə qeyd olunmalıdır ki, ilk nəzərə çarpan 

odur  ki,  onlar  heç  vaxt  «ağ»  olmur.  Zəif  yaşılvari-sarı  çalarlar 

yaxud  demək  olar  ki,  rəngsizlik  həmin  şərabın  cavan  olduğunu 

göstərir.  Samanı-sarı  rəng  çox  olmayan  yaşı,  yaxud  şərabın 

yetişdirilməsində  palıd  taxtasının  iştirakını  göstərir.  Qızılı-sarı 

rəng  ağ  şərabların  hiss  olunan  yaşını  yaxud  şirinliyini  göstərir. 

Kəhraba çalarları köhnə şərablara yaxud nəcib şirinlərə xasdır. 

Konsistensiya – əgər şərabın konsistensiyasından danışılırsa, 

burada  onun  özülülüyü,  axıcılığı,  qliserin,  spirti  və  şəkərinin 

miqdarı nəzərdə tutulur. Şərabın axımlılığı fərqli ola bilər. Əgər 

şərabı  fırlatdıqda  qədəhin  divarlarında  ləngimə  olarsa  və  yavaş 

axırsa  peşəkarlar  onu  «göz  yaşları»  effekti  (Marqoni  effekti) 

adlandırırlar.  Konsistensiyasına  görə  şərablar  maye,  zəif,  orta, 

yağlıvari və qatı kimi fərqləndirilir. 

Oynaqlıq (perlyaj) – şampan, oynaq və köpüklənən şərabların 

dequstasiyasında əsas – qabarcıqlar və onların özünü aparmasıdır. 

Burada- qabarcıqların ölçüsü – iri, orta yaxud xırda; qabarcıqların 

miqdarı – çox olmayan, orta yaxud iri; davamediciliyi (oynaqlıq) 

kiçik, orta yaxud böyük olmaqla müşahidə edilir. 



Duyğu  üzvləri  ilə  təhlil.  Ətir  və  dad  –  bu  şərabın 

dequstasiyasında qiymətləndirilən əsas göstəricidir. Şərab qədəhə 

töküldükdən sonra iylənir və nə hiss olunduğu çəkinmədən qeyd 


218 

edilir. Öz hisslərinizi bir nöqtədə cəmləyin və anlamağa çalışın ki, 

onun ətri sizə nəyi xatırladır. Osmiya – iy haqda elmdir (osmiey – 

yunanca iy deməkdir). 

Dequstasiya prosesində üç növ ətir fərqləndirilir: ilkin – şərab 

hazırlanan  üzümün  ətrinə  xasdır.  Bu  ətri  hətta  içkini  qədəhə 

süzmədən  –  butulkanı  açan  kimi  qiymətləndirmək  mümkündür. 

İkinci  ətir  -  haqqında  danışanda  içkinin  qıcqırması  zamanı 

meydana  gələn  ətir  nəzərdə  tutulur.  Üçüncü  ətir  –  şərabın 

yetişdirilməsi  fazasına  aiddir.  Onlar  birinci  və  ikinci  əsasında 

olmaqla, yetişdirmə prosesində dəyişirlər. Şərab qədəhə tökülür, 

yüngül fırladılır və bir qədər saxlandıqdan sonra ətri iylənir. 

İntensivlik  –  ətrin  parlaqlığı,  təzyiqi  və  dərinliyi  ilə 

səciyyələnir.  Kifayət  qədər  intensiv  olmayan,  yüngül  intensiv, 

mötədil intensiv, intensiv və çox intensiv olmaqla fərqləndirilir. 

Komplekslilik  –  burada  o  nəzərdə  tutulur  ki,  bir  şərabda 

çoxtərəfli müxtəlif ətirlər ailəsi, məsələn, meyvə, çiçək, ədviyyə 

və  mineral  ətir  olur.  Aşağıdakı  növləri  fərqləndirilir  –  kifayət 

qədər  kompleks  olmayan,  zəif,  mötədil,  kompleks  yaxud  böyük 

kompleksli. 

Ətrin  keyfiyyəti  –  burada  məhsul  ilinin  xarakterizəsi 

şərabçının  peşəkarlığı  və  şərabın  saxlanma  şəraiti  haqda  söhbət 

gedə  bilər.  Kobud,  kobudvari,  orta  keyfiyyətli,  yaxşı,  əla 

keyfiyyətli kimi fərqləndirilir. 

Tərkibi: burnunuzu qədəhin dərinliyinə salın və birinci nə hiss 

etdiyinizi  deyin.  Bu  bütün  ətri  hiss  etməyin  ən  etibarlı  yoludur. 

Milyon ətir mövcuddur: 

 



Meyvə - banan, alma, moruq, şaftalı, ərik, favalı və s.; 

 



Çiçək –qızılğül, tütün, bənövşə, jasmine və s.; 

 



Bitki – təzə ot, çay, nəm yaxud quru yarpaq, saman və s.; 

 



Şərab – qıcqırma ətri; 

 



Ədviyyə - darçın, bibər, lavanda, reyhan, vanil və s. qeyd 

etmək olar. 



Dad  –  duyğu  üzvləri  ilə  təhlil.  Şərabı  yoxlayaraq  biz  ilk 

olaraq  onun  dadını  bilirik.  Sonra  onun  ağırlığı  və  yüngüllüyü 



219 

bilinir.  Üçüncüdə  isə  onun  dayanıqlığı  müəyyən  olunur.  Dad 

hissiyyatı dildə cəmlənir. 

Şərab ağıza düşdükdən 2-3 saniyə sonra şirinlik hiss olunur. 

Buna “hücum faza”sı deyilir. İkinci faza  – “ağızda  gəzdirmə” – 

birincidən bir qədər artıq davam edir və biz yandırıcılıq hiss edirik. 

Bu içkinin turşuluğu yaxud duzluluğudur (mineralıllığı). Üçüncü 

və son faza – “son təəsürat”dır.  

Bütün  bu  fazaları  düzgün  keçmək  və  anlamaq  üçün  kiçik 

qurtum  ağızda  bir  qədər  saxlanılır.  Sonra  ağızda  çeynənmə 

hərəkəti kimi edilir, dodaqlar qapanaraq şərabla qarışdırılmaqla bir 

qədər  nəfəs  alınır.  Şərab  bir  daha  ağızda  fırlandırılaraq  sonra 

tədricən az-az udulur. Bu sadə əməliyyat bir neçə saniyə vaxt alır. 

Şərabın  dadı  yumşaqlıq  (şəkər,  spirt,  bütövlük)  və  codluq 

(turşular,  taninlər  və  mineral  maddələr)  göstəriciləri  arasındakı 

tarazlıqdan ortaya çıxır.  

Şəkər  –  dərhal  turş,  kəmturş,  kəmşirin,  şirin  şərabı 

daddığımıza dair anlayış verir.  

Spirt  –  bu  ilk  növbədə  ağızda  istilik  və  quruluq  hissi  ilə 

müşayət  olunur.  Onu  yüngül,  zəif  yandırıcı,  mötədil  yandırıcı, 

yandırıcı yаxud spirtli kimi fərqləndirirlər.  

Bütövlük  –  bu,  yumşaqlıq,  təzəlik  hissiyatı  olub,  qurtum 

alındıqdan  dərhal  sonra  bilinir.  Bucaqlı,  zəif  dairəvi,  mötədil 

dairəvi, zəif dəyirmi, parçalanmış olmaqla fərqləndirilir. 

Turşular – təzəlik hissi yaradır. Yüngül təzə, mötədil təzə, təzə 

və turşulu kateqoriyaları fərqləndirilir.  

Taninlər  –  bu,  özülülük  və  büzüşdürücülük  hissiyyatı 

verməklə,  ağızda  quruluq  yaradır.  Zəif,  artıq  taninli,  mötədil 

taninli, taninli yaxud büzüşdürücü kateqoriyaları fərqləndirilir. 

Mineral  maddələr  –  mineral  suları  içən  zaman  əmələ  gələn 

hissiyyat  (duzluluq,  soda  notları)  yaranır.  Dadsız,  az  minerallı, 

mötədil minerallı, minerallı yaxud parlaq minerallı kateqoriyaları 

fərqləndirilir.  

Balans  –  yumşaqlıq  və  codluq  göstəriciləri  arasındakı 

tarazlığa  əsasən  şərabın  balanslaşması  müəyyən  olunur.  Az 


220 

balanslaşmış, mötədil balanslaşmış və balanslaşmış kateqoriyaları 

fərqləndirilir. 

Dad  intensivliyi  –  dad  hisslərinin  parlaqlığı  ilə  xarakterizə 

olunur.  Kifayət  qədər  intensiv  olmayan,  az  intensiv,  mötədil 

intensiv yaxud çox intensiv dad kateqoriyaları fərqləndirilir.  

Dadın  davam  etməsi  –  qurtum  alındıqdan  sonra  dad 

hissiyyatının uzunluğu ilə xarakterizə olunur. Kaudalla ölçülür (1 

Kaudal  –  1  saniyəyə  bərabərdir).  Qısa,  zəif  davamedən, mötədil 

davamedən yaxud uzun kateqoriyaları fərqləndirilir.  

Keyfiyyət  –  dadda  qüsurların  olması  yaxud  olmaması  ilə 

xarakterizə olunur. Aşağı, mötədil, mötədil yaxşı, yaxşı yaxud əla 

kateqoriyaları fərqləndirilir. 

Struktur  –  yumşaqlıq  və  codluq  göstəricilərinin  ümumi 

təəssüratı  ilə  xarakterizə  olunur.  Kasıb,  zəif,  iri  yaxud  ağır 

kateqoriyaları fərqləndirilir. 



Yekun təhlil. İnkişaf vəziyyəti – burada şərabın real vəziyyəti 

və onun yetişdirilməyə qoyula bilməsi potensialı müəyyən olunur. 

Yetişməmiş,  cavan,  hazır,  yetişmiş  yaxud  köhnə  kateqoriyaları 

fərqləndirilir. 

Harmoniklik  –  zəif  harmonik,  mötədil  harmonik  yaxud 

harmonik kateqoriyaları fərqləndirilir.  

Azərbaycan  2013-cü  ildə  Beynəlxalq  Üzüm  və  Şərab 

Təşkilatına  (OİV)  45-ci  üzv  kimi  qəbul  olunmuşdur. 

Azərbaycanda  şərab  festivallarının  keçirilməsi  artıq  ənənə  halını 

almış,  2012-2014-cü  illərdə  ölkəmizin  Gəncə  şəhərində  üç 

Beynəlxalq  Şərab  Festivalı  keçirilmişdir.  30  sentyabr-1  oktyabr 

2014-cü  il  tarixlərində  Gəncə  şəhərində  keçirilən  Üçüncü 

Beynəlxalq Şərab Festivalı çərçivəsində təşkil olunmuş “I salxım” 

Beynəlxalq  Dequstasiya  komissiyası  tərəfindən  Azərbaycan 

Dövlət  Aqrar  Universitetinin  «Qida  məhsulları  mühəndisliyi  və 

ekspertiza»  kafedrasında  şərabların  dequstasiyası  keçirildi  (şəkil 

2.22). Komissiyaya Azərbaycan, İtaliya, Rusiya və b. ölkələrdən 

18 nəfər peşəkar dequstator daxil edilmişdi.  



221 

 

Şə



kil 2.22

. “I salxım” Gə

nc

ə

 Beyn

əlxalq şə

rab 

dequstasiyasından görünüş

 

 

Dequstasiyaya  ölkənin  ən  aparıcı  şərabçılıq  müəssisəsindən 



34  nümunə  təqdim  olunmuşdu.  Dequstasiyada  qiymətləndirmə 

Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) 1993-cü ildə işlə-

yib hazırladığı meyarlara uyğun qaydada 100 bal sistemi ilə apa-

rıldı. Qeyd etmək yerinə düşər ki, uzun illər SSRİ-də və hazırda 

MDB ölkələrində 10 ballı dequstasiya sistemindən istifadə olunsa 

da,  Qərb  ölkələrində  və  Beynəlxalq  müsabiqələrdə  100  ballıq 

sistem  tətbiq  olunmaqdadır.  Ölkəmizdə  artıq  bu  sistem  qəbul 

olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda belə dequs-

tasiyanın keçirilməsi ilk dəfədir və bu sahədə tarixi hadisədir. Bu 

tədbir xarici ölkə iştirakçılarına Azərbaycanın qədim üzümçülük-

şərabçılıq ənənələrinə malik olduğunu bir daha göstərmiş oldu. 

Azərbaycanın  şərab  nümunələrini  dequstasiya  edən  Fransa, 

İtaliya, Moldova, Gürcüstan və b. ölkələrin nümayəndələrinin yek-

dil rəyi ondan ibarət oldu ki, indi Azərbaycan şərablarının keyfiy-

yəti  xeyli  yüksəlmişdir.  Məsələnin  ən  əhəmiyyətli  məqamı  isə 

Azərbaycan şərablarının məhz qərb bazarlarında yüksək qiymət-

ləndirilən şərab çeşidlərinə aid olması idi. Bu şərablar istehsalında 

kənardan spirt və şəkər əlavə olunmasına icazə verilmir. Ona görə 

də həmin şərablar natural şərablar adlandırılır. 

Bir  faktı  xatırlatmaq  yerinə  düşər  ki,  keçmiş  Sovetlər  birli-

yində Azərbaycanda əsasən spirtləşdirilmiş şərablar istehsal olun-


222 

maqla,  natural  şərabların  ümumi  istehsalda  payı  3-5%-lə  məh-

dudlaşırdı. İndi isə bu nisbətin əksinə dəyişməsi müşahidə olunur 

ki, bu da tamamilə qərb istehlakçılarının tələblərinə cavab vermək-

dədir. Dequstasiyanın sonunda yerli istehsalçılar assosiasiyasının 

yaradılmasına  dair  ilkin  razılıq  əldə  olunması  da  əsaslı 

nəticələrdəndir. 

“I  salxım”  Beynəlxalq  dequstasiyasının  nətisələrinə  əsasən 

Qəbələ  rayonunun  “ASPİ-Aqro  Savalan”  müəssisəsinin  istehsal 

etdiyi Viognier şərab ən yüksək mükafat – Qran Pri; Az-Granata 

MMC-nin “Rübai”, Abşeronun Fireland Vineyards müəssisəsinin 

“Yallı”, Şərq Ulduzu MMC-nin “Rkasiteli”, Göygöl Şərab ASC-

nin “Azərbaycan” Gəncə Şərab-2  ASC-nin  «Sevgilim» şərabları 

qızıl  medalla  təltif  olundu.  Eyni  zamanda  Cəlilabad,  İsmayıllı, 

Qəbələ  rayonunun  “Aqroinvest”  müəssisələrinin  məhsullarından 

da  medallarla  təltif  edilənlər  oldu.  İstehsalçılara  diplom  və 

medalların təqdimatı xarici qonaqların iştirakı ilə yerinə yetirildi. 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin