Ekspertizasi dərsliK


Robert Parkerin yüzballıq şkalası



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

Robert Parkerin yüzballıq şkalası. Robert Parkerin şkalası 

–  şərabın  qiymətləndirilməsi  üçün  dünyada  ən  populyar  şkala 

hesab olunur. Şkala adından məlum olduğu kimi keçən əsrin 70-ci 

illərində  Amerikalı  şərab  jernalisti  R.Parker  tərəfindən  işlənib 

hazırlanmışdır. 

Şkala əslində yüzballı deyil, əlli ballıdır – demək olar. Belə ki, 

onda minimum qiymət – 50 bal, maksimum 100 baldır. “Parkerə 

görə” reytinq de yuri analitik hesablanır: rəng, ətir, dad və “poten-

sial  ümumi  səciyyə”-yə  görə  qiymətlərin  cəmi  müəyyən  edilir. 

Müəllifə görə şkalada “şərabın ümumi görünüşü və rəngi” 5 bala 

qədər  (əslində  bu  rəngin  bütünlüklə  deyil,  şərabda  qüsurların 

əlamətlərinin baxmaqla müəyyən edilməsidir). Ətrə görə şəraba 15 

bal; dad və dadmadan sonrakı tam üçün (bu Parkerdə birgə təyin 

olunur) – 20 bal verilir. Sonra “keyfiyyətin ümumi səciyyəsi yaxud 

butulkada  inkişaf  üçün  potensial”  10  bal  həddində  qiymətlən-

dirilir. 

100  ballı  sistemin  strukturu  belədir:  istənilən  şəraba  50  bal 

verilir, sonrakılar isə layiq olduqda üzərinə gəlinir. 



223 

Xarici görünüş – 5 

Ətir, buket – 15 

Dad, daddan sonrakı tam – 20 

Ümümi  təəssürat  və  yetişdirilməyə  yararlığı  –  10.  Əgər 

qiymətin dəyişmə ehtimalı olarsa “+” əlavə edilir. 

Rəng 

Ətir 


Dad 

Saxlanma 

yetişdirilməyə 

potensialı 

Cəmi 

1-5 


bal 

1-15 


bal 

1-20 


bal 

1-10 


bal 

 

50-60  –  şərab  ortadan aşağı,  həqiqi  dəyərləndiricinin  diqqə-



tinə layiq olmayan; 

70-79  –  şərab  orta  səviyyəli,  kifayət  qədər  xoşagələn,  lakin 

çox zərif və mənalı olmayan; 

80-84  –  çox  yaxşı  şərab,  şəxsi  kolleksiyaya  daxil  edilməyə 

layiq; 

90-95 – çox gözəl (fövqəladə) şərab; 



96-100 – müstəsna şərab.  

20  və  100  bal  sistemləri  arasındakı  əlaqəni  cədvəl  2.19-da 

verilən qiymətləndirmə özündə əks etdirir. 

Şərabçılıq məhsulları nümunələri dequstasiyaya azı 3 butulka 

miqdarında və hər biri 0,5 dm

3

 olmaqla yaxud 2 butulka 0,75 dm



3

 

tutumunda və daha çox olmaqla verilir. 



Ölkə nümunələri aşağıdakı sənədlərlə müşayət olunur: 

 



Hazırlayıcıdan  analizin  məqsədi  göstərilməklə  müşayət 

edici məktub; 

 

Sınanılacaq məhsula fəaliyyətdə olan normativ sənəd



 

Məsul şəxs tərəfindən imzalanan və nümunənin götürülmə 



tarixini özündə əks etdirən nümunə götürülməsinə dair akt

 



Məhsul  nümunəsi,  yaxud  partiyasının  keyfiyyətinə  dair 

vəsiqə (uyğunluq sertifikatı); 

 

Məhsulun  qısa  əlavə  səciyyəsi  (kupaj  ilə,  texnologiyanın 



xüsusiyyətləri, reseptura və s.). 

224 

Yeni  məhsulların  dequstasiyasında  nümunələrin  miqdarı 

ikiqat  miqdarda  təqdim  edilir  və  ona  aşağıdakı  sənədlər  əlavə 

edilir: 


 

Gigiyena sertifikatı; 



 

Məhsulun xarici tərtibatının eskizləri və qablaşdırılması; 



 

Texnoloji təlimatın layihəsi; 



 

Texniki  şərtin  layihəsi  (əgər  həmin  məhsulun  texniki 



şərtinə  baxılmamışsa,  o  halda  normativ  texniki  sənədləşmə  - 

NTS). 


Cədvəl 2.19 

Komplekslilik 

Balans 

Yetişmə 


dərəcəsi 

20 ballı şkala  100 ballı şkala 

Qapalı  

Kasad  


Təzə 

20 klassika 

95-100 

əla 


sinif 

Yorğun  


Balanslaşma

mış 


Cavan  

19 


ekstrordinar 

90-94 yaddan 

çıxmayan 

Sadə 


Yetişməmiş   Yetişən  

18 yaddan 

şıxmayan 

85-89 çox 

yaxşı 

Birbaşa  



Bərabər 

olmayan 


Yetişmiş  

17 çox yüksək  80-84 yaxşı 

Müəyyən 

olunan 


Birbloklu  

Inkişaf edən 

16 çox yaxşı  75-79 orta 

Çox qat 


Fokuslaşmış   Yandırıcı  

15 yaxşı 

70-74 ortadan 

aşağı 


Nüanslı  

Balanslaşmış  Yorğun  

14 orta 

65-69 bakal 

Mürəkkəb 

Nəcib 


Məhv olmaqda 

olan 


13 ortadan 

aşağı 


12 kasad 

60-64 qəbul 

edilən 

55-59 qüsurlu 



Təzyiqli 

Harmonik  

Ölü  

11 qəbul 



olunmaz 

50-54 qəbul 

edilməz 

 

2.1.8.5. Fiziki-kimy



əvi göstə

ricil

ə

 

Üzüm  şərabları  fiziki-kimyəvi  göstəricilərinə  görə  7208-93 



saylı QOST-un tələblərinə cavab verməlidir (cədvəl 2.20). 

 


225 

Cədvəl 2.20 

Üzüm şərablarının bəzi kondisiya göstəriciləri 

Şərab qrupları 

Etil spirtinin həcmdə 

payı, % 


Şəkərlərin kütlə payı, q/dm

3

 



Natural:  

 

 



Turş  

9-13 


3-dən çox olmamaqla 

Xüsusi turş 

14-16 

3-dən çox olmamaqla 



Kəmturş 

9-13 


5-25 

Kəmşirin 

9-12 

30-80 


Xüsusi: 

 

 



Turş  

14-20 


15-ə qədər 

Tünd 


17-20 

30-120 


Kəmdesert 

14-16 


50-120 

Desert 


15-17 

140-200 


Likor  

12-16 


210-300 

Üzüm şirəsi və ondan alınan şərabların tədqiqatlarla müəyyən 

olunan orta kimyəvi tərkibi verilir (cədvəl 2.21). 

Cədvəl 2.21 

Üzüm şirəsi və şərabının orta kimyəvi tərkibi 

Maddələr 

Şirə 

Turş şərab 



Desert şərab 

ağ  qırmızı  ağ  qırmızı 

Kütlədə %-lə 

Su  


80,3  89,4 

88,4 


70,0 

69,6 


Mineral maddələr 

0,4 


0,2 

0,3 


0,3 

0,4 


Üzvi maddələr 

19,3  10,4 

11,3 

29,7 


30,0 

O cümlədən alkoqol 

izi 

8,8 


9,6 

12,9 


13,0 

Həcmdə %-lə 

Etil spirti 

izi 


11,0 

12,0 


16,0 

16,0 


Kütlə qatılığı, q/dm

Ətir maddələri (400 adda) 



0,15 

1,0 


1,2 

0,6 


0,8 

Ekstrakt maddələri 

200 

20,5 


24,0 

176 


180 

O cümlədən karbihidratlar (20 ada 

qədər) 

194 


2,5 

4,0 


162 

163 


Üzvi turşular (35 adda) 

8,0 


7,0 

6,0 


5,5 

6,0 


Fenol maddələri (60-a qədər adda) 

2,3 


0,3 

1,5 


0,6 

1,5 


Azotlu maddələr (45 adda) 

2,5 


0,8 

1,0 


1,5 

1,7 


Mineral maddələr (20-yə qədər adda) 

4,0 


1,5 

2,5 


3,0 

3,5 


Qliserin və digər çoxatomlu spirtlər 

yox 


8,0 

9,0 


2,8 

3,0 


Şəkərsiz ekstrakt 

26,0  18,6 

22 

15,7 


18,5 

226 

Titrləşən  turşuların  kütlə  payı  (QOST  14 252-73)  3-8  q/dm

3

 

arasında dəyişməlidir.  



Konkret şərab üçün spirt, şəkər və titrləşən turşuların miqdarı 

texnoloji təlimatla müəyyən edilir. 

Etil  spirtinin  həcmdə  payına  görə  konkret  adlı  şərab  üçün 

normadan  ±0,5%,  şəkərin  kütlə  qatılığına  görə  (natural  turş  və 

xüsusi  tir  şərablar  istisna  olunmaqla)  ±5,0  q/dm

3

,  titrləşən 



turşuların qatılığına görə ±1,0 q/dm

3

 kənara çıxmalara yol verilir. 



Əgər konkret adlı şərab üçün etil spirti, şəkər və titrləşən turşuların 

miqdarına  görə  dəyişmə  normaları  müəyyən  olunmuş  olarsa,  o 

halda göstərilən kənara çıxmalara icazə verilmir. 

Sirkə turşusuna çevrilməklə uçucu turşuların miqdarı yüksək 

olmamalıdır, q/dm

3



a) daxili bazarda realizə olunan yetişdirilməmiş cavan şərablar 

üçün: 


1,3 – çəhrayı təbii şərablar üçün; 

1,5 – qırmızı təbii şərablar üçün; 

1,2 – digərləri üçün. 

b)  daxili  bazarda  realizə  edilən  yetişdirilən,  markalı, 

kolleksiya və mənşəyinə görə adlanmasına nəzarət olunan şərablar 

üçün: 


 1,2  –  ağ  və  çəhrayı  turş  natural  və  xüsusi  qırmızı  şərablar 

üçün; 


 1,3 – qırmızı turş təbii şərablar üçün; 

 1,0 – digər bütün şərablar üçün. 

v) ixraca verilən butulka şərablar üçün: 

 1,2 – qırmızı təbii şərablar üçün; 

1,0 – digər bütün şərablar üçün. 

Ümumi sulfit turşusunun miqdarı şərablarda 200 mq/dm

3

-dan, 


o cümlədən sərbəst 20 mq/dm

3

-dan çox olmamalıdır. Bu kəmturş 



və  kəmşirin  şərablar  üçün  uyğun  olaraq  250  və  30  mq/dm

3

 



miqdarında olmalıdır. 

Gətirilmiş ekstraktın kütlə payı az olmamalıdır, q/dm

3



 16 – ağ təbii şərablar üçün; 



227 

 17 – xüsusi turş şərablar üçün; 

 18 – digər bütün şərablar üçün. 

Dəmirin miqdarı cavan şərablarda və yetişdirilməmişlərdə 3-

20  mq/dm

3

  arasında,  yetişdirilmiş,  markalı,  mənşəyinə  görə 



adlanmasına  nəzarət  olunan  şərablarda  və  ixrac  üçün  nəzərdə 

tutulan bütün şərablarda 3-10 mq/dm

3

 arasında dəyişə bilər. 



Misin kütlə payı 5 mq/dm

3

, qurğuşun – 0,3 mq/dm



3

-dan artıq 

olmamalıdır. 

Şipuçi  şərablar  üçün  butulkada  karbon  qazının  təzyiqi  20

0



temperaturda 200 kPa-dan az olmamalıdır. 



2.1.8.6. Doldurma, 

qablaşdırma

 v

ə

 markalanma 

 

Qazlaşdırılmış  və  oynaq  şərablar  istisna  olunmaqla  qalan 

bütün tip üzüm şərabları 10117-91 saylı QOST-a uyğun olaraq I, 

III, IV, Xa tipli şüşə butulkalara və 26586-85 saylı QOST-a uyğun 

VI  və  XII  tipli  butulkalara,  suvenir  butulkalara,  bədii  tərtibatlı 

qablara doldurulur. 

Şərabın  doldurulması  həm  həcmə,  həm  də  səviyyəyə  görə 

aparıla bilər. 

Əgər  şərab  həcmə  görə  doldurularsa,  o  zaman  20±0,5

0



temperaturda nominal tutumdan aşağıdakı həddə kənara çıxmalara 

yol verilir, sm

3



±6,0 tutumu 800 və 1000 sm



3

 olan butulkalar üçün; 

±5,0 tutumu 750 və 700 sm

3

 olan butulkalar üçün; 



±4,0 tutumu 500 sm

3

 olan butulkalar üçün; 



±2,0 tutumu 200 və 250 sm

3

 olan butulkalar üçün; 



±1,0 tutumu 100 sm

3

 olan butulkalar üçün. 



Doldurulmanın  tamlığı  23943-80  saylı  QOST-a  əsasən 

müəyyən olunur. Şərab butulkası 55412-76 saylı QOST-a uyğun 

olaraq mantar tıxacla (markalı, yetişdirilən, mənşəyinə görə adlan-

masına nəzarət olunan, həmçinin butulka pasterizəsini keçən), III 

və  IV  tipli  polietilen  tıxaclarla  (markalı,  yetişdirilən,  həmçinin 

butulka  pasterizəsini  keçmiş  şərablar),  «alka»  tipli  qalpaqla, 



228 

mantar tıxacla bağlana bilər. 

Qutulara yığılmazdan əvvəl kolleksiya şərabları və mənşəyinə 

görə adlanmasına nəzarət olunan şərab butulkaları kağızla yaxud 

sellafonla  tam  bükülərək  bədii  tərtibatlı  suvenir  qutulara  yığılır. 

Onlara  düzgün  saxlanma  və  rəftara  dair  annotasiya  əlavə  edilir. 

Markalı  və  yetişdirilən  şərab  butulkaları  da  kolleksiya  şərabları 

kimi  kağız  yaxud  sellafonla  tamamilə  yaxud  etiketi  örtən  zolaq 

şəklində  bükülür.  Əgər  həmin  şərab  şəhər  çərçivəsində  nəql 

olunursa  və  yaxud  onlar  büzməli  kardon  qutulara  qablanırsa, 

onları kağızla bükməyə icazə verilir. 

Şərab butulkalarını 10131-93 saylı QOST-a uyğun olaraq ağac 

qutulara,  büzməli  kardon  qutulara  (QOST  13516-86  və  QOST 

22702-77),  çoxqat  polimer  qutulara  –  bu halda  butulkalar  şaquli 

vəziyyətdə  düzülür,  həmçinin  11354-93  saylı  QOST-a  əsasən 

çoxqat  ağac  qutulara,  24831-81  saylı  QOST-a  uyğun  olaraq 

konteynerlərə  və  tara-avadanlıqlara  düzülərək  qablanır.  Qapalı 

qutulara  qablanarkən  quru  qablama  (yonqar,  saman  və  s.) 

materialından (ağac kəpəyi istisna olunmaqla) və digər məsaməli 

materiallardan istifadə olunur. 

Qış  dövründə  şəhərlərarası  daşınmalarda  qutuların  daxili 

hissəsi  termoizoləedici  materiallarla  –  voylok,  penoplast  və  s. 

örtülür.  Bağlı  qutular  kəndirlə  sıxılır  və  onun  sonu  plomblanır, 

yaxud  bağlayıcı  polad  lentlə  sarınaraq  sonu  qıfılla  qapanır. 

Büzməli  kardondan  qutular  polad  lentlə  sıxılaraq,  sonda  qıfılla 

bərkidilir yaxud iki zolaqlı kağız lentlə yapşqanlanır. 

Hər  bir  şərab  butulkasına  bədii  tərtibatlı  etiket  yapışdırılır. 

İstehlakı üçün məlumatlara daxil edilməlidir: 

 

Məhsulun adı; 



 

Hazırlayıcının,  qablaşdıranın,  ixracatçının,  idxalçının, 



ölkənin adı və yerləşdiyi yer; 

 



Tutumu, dm

3



 

Hazırlayıcının əmtəəlik nişanı (əgər varsa); 



 

Etil spirtinin həcmdə payı; 



 

Şəkərin  kütlə  payı  (turş  şərablardan  başqa),  şampan 



229 

şərabları üçün şəkərin miqdarına görə adlanır; 

 

Doldurulma yaxud tərtibat tarixi (butulka üsulu ilə alınan 



şampan  üçün)  –  etiketin  əks  yaxud  üz  tərəfində,  digər  qablama 

elementində yaxud birbaşa istehlak tarasında göstərilir; 

 

Üzümün məhsul ili: markalı və kolleksiya şərabları üçün; 



 

Dolduran müəssisənin adı etiketin üz yaxud əks tərəfində 



yaxud butulkanın qalpağının ottiskində göstərilir; 

 



Rəngləyicilər,  aromatizatorlar,  şirinləşdiricilər  istifadə 

olunduqda onların miqdarına dair məlumat; 

 

Məhsulun hazırlandığı və identifikasiya olunduğu norma-



tiv yaxud texniki sənədin adı; 

 



Sertifikatlaşdırmaya dair məlumat. 

Markalı  və  kolleksiya  şərabları  üçün  butulkanın  boğazına 

boyunbağı yapışdırılır (TŞ 10-24-10-89) və orada adı – «markalı», 

«yetişdirilmiş»;  kolleksiya  şərabları  üçün  əlavə  olaraq  «kollek-

siya»  sözü  yazılmış yarlıq, əlavə kimi kolleksiyada  yetişdirildiyi 

ilin  miqdarı,  boyunbağıda  şərab  hazırlanan  üzümün  məhsul  ili 

göstərilir. 

Mənşəyinə  görə  adlanmasına  nəzarət  olunan  şərablar  üçün 

etiketdə  göstərilir:  «mənşəyinə  görə  adlanmasına  nəzarət  olunan 

şərab»,  boyunbağısında  isə  şərab  hazırlandığı  rayonun  sxemi 

üzüm sahələri adlandırılmaqla göstərilir. 

İdxal  olunan  avadanlıqlardan  istifadə  olunduqda  etiketin  üz 

tərəfində doldurulma tarixinin göstərilməsinə icazə verilir. 

Büzməli kardondan olan bağlı qutuların markalanması 14192-

06 saylı QOST-a uyğun aparılır və qutunun üzərində xəbərdaredici 

lövhələr asılır: «sınandır», «ehtiyatlı olun», «yuxarı», «nəmlikdən 

qoruyun». Qutularda əlavə olaraq aşağıdakı yazılar verilir: isteh-

lakçı  ölkənin  dövlət  dilində  şərabın  adı,  butulkanın  sayı,  butul-

kanın tutumu (litr). Hərflərin ölçüləri 40 mm-dən az olmamalıdır. 

Hər  qutuya  qablayıcı  kağız  döşənir  və  orada  şərabın  adı, 

butulkanın miqdarı və onların tutumu, qablayıcının soyadı (yaxud 

sayı) və qablama tarixi əks olunur. 



230 

2.1.8.7. N

ə

ql olunma v

ə

 saxlanma 

 

Şərab  qutularda,  qab-avadanlıqlarda,  konteynerlərdə  A  tipli 

paketlərdə  23285-78  saylı  QOST-a  uyğun  bütün  nəqliyyat  növ-

lərində qapalı nəqliyyat vasitələrində, şəhərdaxili daşınmalarda isə 

hətta açıq nəqliyyat vasitələrindən istifadə edilməklə daşına bilər. 

Şərab kənar iysiz havalanan binalarda aşağıdakı temperaturda 

saxlanmalıdır:  xüsusi  –  5-20

0

C,  təbii  turş  –  5-16



0

C,  kəmturş  və 

kəmşirin mənfi 2-dən müsbət 8

0

C-dək (cədvəl 2.22).  



Daxili bazara verilən şərablar üçün təminatlı saxlanma müd-

dəti onların doldurulma günündən müəyyən olunur, ayla (7208-93 

saylı QOST): 3 – təbii yetişdirilməmiş; 4 – təbii turş yetişdirilmiş 

və markalı, bütün xüsusi yetişdirilməmişlər; 5 – xüsusi yetişdiril-

miş  və  markalı;  6  –  təbii  mənşəyinə  görə  adlanmasına  nəzarət 

olunan; 12 – xüsusi mənşəyinə görə adlanmasına nəzarət olunan. 

İxrac  üçün  butulkalara  qablaşdırılmış  şərabların  təminatlı 

saxlanma müddəti – 1 il aydır. Bu müddət dövlət sərhədini keçmə 

günündən hesablanır. 

Cədvəl 2.22 

Alkoqollu içkilərin saxlanma temperaturu və müddəti 

İçki qruplar 

Saxlanma 

temperaturu, 

Saxlanma 



müddəti, 

ay 






Araq və xüsusi araq 

Mənfi 5 

Müsbət 25 

12 

Likor-araq məmulatları: 



10-20 

 

Tünd likorlar və kremlər 



 

Desert likorlar, nalivkalar, punşlar, acı cövhərlər, 



acı zəif dərəcəli cövhərlər, balzamlar 

 



Şirin, kəmşirin, zəif dərəcəli cövhərlər, apiritivlər, 

likorar, emuliyalı, kokteyllər 

 



 



 

231 

Cədvəl 2.22-nin davamı 







Desert içkilər 

 



Şərab: 



5-20 

 

Xüsusi, tünd orijinal, kəmdesert, desert 



5-16 

 

Natural turş, orijinal turş 



Mənfi 2 

Müsbət 8 

 

Natural kəmturş və kəmşirin, orijinal kəmturş, 



kəmşirin, şirin 

 



Yetişdirilməmiş natural, orjinal turş, kəmturş, 

kəmşirin, şirin 

 



Natural turş yetişdirilmiş və markalı bütün, 



xüsusilə yetişdirilməzsiz, orijinal tünd, kəmdesert, 

desert 


 

Yetişdirilmiş xüsusi və markalı 



 

Natural mənşəyinə görə adlanmasına nəzarət 



xüsusi 

 

12 



Mənşəyinə görə adlanmasına nəzarət xüsusi 

 

 



Oynaq: 

rusiya şampanı 

rusiya kolleksiya şampanı 

5-20 


 

12 



Sovet şampanı 

Xüsusi adda sovet şampanı 

8-16 



12 



Qazlaşdırılmış şərab kokteylləri 

5-16 


Şərab içkiləri: 

 

 

tündlüyü 5-13h% 



tündlüyü 13h% 

0-10 


5-25 



Konyak  

5-dən az 

olmamaqla 

24 


 

 

2.2. Oynaq v



ə

 

qazlaşdırılmış şə

rablar 

2.2.1. Oynaq şərabların təsnifatı

 

 

Oynaq  şərablara  artıq  miqdarda  karbon  qazına  malik  olan 

şərablar aiddir. Onları şirinləşdirilmiş turş və desert şərab mate-

rialını  hermetik  qablarda  qıcqırtmaqla  şampanlaşma  metodu  ilə 



232 

alırlar. Şərabda spirtin miqdarı ən azı 8,5%, şəkər 15,0-85,0q/dm

olur. 


Oynaq şərabların təsnifatının əsasında bir sıra əlamətlər durur; 

hazırlanma texnologiyası, rəng, şəkərin miqdarı, şampanlaşdırma-

dan  sonra  yetişdirmənin  davam  etmə  müddəti.  Oynaq  şərablar 

alınma texnologiyasına görə bölünür: 

 

Ad verilməmiş “Oynaq şərablar” 



 

Ad verilmiş “Oynaq şərablar” 



 

“Mirvari şərablar” 



Ad  verilmiş  oynaq  şərablar  orijinal  orqanaleptik 

xüsusiyyətləri ilə fərqlənir. Mirvari şərablar azaldılmış miqdarda 

karbon qazına malik olmaları ilə seçilir (digər şərablarda olan 350 

kPa əvəzinə onlarda 200 kPa təzyiq olur). 

Rənginə görə şərablar ağ, cəhrayı və qırmızı olmaqla fərqlən-

dirilir.  Ağ  şərabların  rəngi  yaşıl  çalarlarla,  açıq  samanı;  qızılı 

kəhraba;  çəhrayı  -  əsasən  çəhrayı  müxtəlif  çalarlarla;  qrmızı  – 

açıqdan – tünd qırmızıyadək olur.  

Şəkərin  kütlədəki  qatılığından  asılı  olaraq  oynaq  şərablar 

aşağıdakı  markalara  bölünür;  bryut-şəkəri  15  q/dm

3

-dan  çox 



olmayan,  turş  20,0-25,0  q/dm

3

,  kəmturş  35-45  q/dm



3

,  kəmşirin 

55,0-65,0 q/dm

3

, şirin 75-85 q/dm



3

Oynaq  şərablar  qrupunda  təbii  –  yalnız  üzümün  öz  təbii 



şəkərliyindən istifadə edilməklə hazırlanan şərablar fərqləndirilir. 

Şəkər xəstələri üçün şəkər əvəzedicilərindən istifadə edilməklə də 

şərab hazırlanıır.  

Saxlanılıb  yetişirilməsinə  görə  oynaq  şərablar  bölünür: 

Yetişdirilməmiş,  yetişdirilmiş  –  şampanlaşma  başa  çatdıqdan 

sonra ən azı 6 ay; kolleksiya – şərabın şampanlaşma ilindən sonra 

ən azı 2 il butulkalarda yetişdirildikdən sonra realizə olunanlar. 

Şampan şərabları oynaq şərablardan ciddi müəyyən olunmuş 

üzüm sortlarından istifadə olunması və texnologiyasının xüsusiy-

yətləri  ilə  fərqlənir.  Şampan  şərablarına  Sovet  şampanı  aiddir. 

Texnologiyanın xüsusiyyətlərindən asılı olaraq aşağıdakı adlarda 

şampan buraxılır: sovet kolleksiya şampanı, sovet şampanı xüsusi 



233 

adla,  Rusiya  şampanı  ad  verilməmiş  və  Rusiya  şampanı  ad 

verilməklə (şəkil 2.23). 

Rusiya  şampanı  yetişdirilmə  müddətindən  asılı  olaraq  fərq-

ləndirilir: yetişdirilmədən, yetişdirilmiş - ən azı altı ay müddətin-

də;  kolleksiya  -  ən  azı  üç  il  butulkalarda yetişdirilən  və  etiketdə 

şampanlaşdığı il qeyd olunmaqla realizə olunurlar. Rusiya şampa-

nında spirtin həcmdə payı ən azı 10,5% təşkil etməlidir. 

 

 

Şə



kil 2.23. 

Şampan şərablarının təsnifatı

 

 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin