EFFEKTİV ATMOSFER ÇÖKÜNTÜLƏRİ – atmosfer
çöküntülərinin torpaqda qalan (axıb getməyən) və bitki tərəfindən
istifadə oluna bilən hissəsi.
EFFEKTİV TEMPERATURUN CƏMİ – bitkilərin vegetasiya
dövrünü başa vurması və ya heyvanların yumurtadan (və ya kürüdən)
yaşlı fərdə çatması üçün həyat siklini keçməyə sərf olunan ümumi istilik
miqdarı.
EFFUZİV SÜXURLAR – lavanın yer səthində soyumasından
əmələ gələn süxurlar. E.s.-ın mineraloji tərkibi üçün vulkan şüşəsinin,
iri kristalların və porfirəbənzər möhtəvilərin olması xarakterikir.
Azərbaycanda E.s. Kiçik Qafqazın mərkəzi və şimal-şərq hissəsində
çoxdur.
EFİRYAĞLI BİTKİLƏR – çiçək, yarpaq, kök və s. orqanlarından
efir yağı almaq üçün becərilən bitkilər. E.b.-in vətəni, əsasən tropik və
subtropik ölkələrdir. Əksəriyyəti birillik və çoxillik otlardır. Həmçinin
yarımkol, kol və ağaclar da var. E.b. ətriyyat, kosmetika və yeyinti
sənayesi üçün lazım olan efir yağlarının alınmasında, həmçinin tibbdə,
baytarlıqda, kulinariyada geniş istifadə olunur. Azərbaycanda 800-dən
çox E.b. məlumdur. 300-ə yaxın növü istifadəyə yararlıdır.
Azərbaycanda sənaye miqyasında Zaqatala efir yağı zavodunda 100 ha
sahədə qızılgül, Abşeronda (Bilgəh) 116 ha sahədə zəfəran əkilir.
EXOLOKASİYA – əşyalardan əks olunan səs dalğalarının və ya
radiodalğaların qeydə alınması, onların yerinin, forma və ölçülərinin
təyin edilməsi. Akustik E., radioekolokasiya və hidroekolokasiya
formaları mövcuddur. Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti,
balina və s.-də canlı E. var. E. heyvanların səmti bilməsi, maneələrdən
qorunması, həmçinin qida axtarması üçün vacibdir. Yarasa və delfinin
exolokatoru ətraflı tədqiq edilmişdir.
E. prinsipi ilə işləyən texniki qurğular, sualtı qayıqların yerini
öyrənməkdə, minalanmış sahələri tapmaqda, dəniz və okean dibi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
127
relyeflərinin tədqiqində geniş tətbiq olunur. Lakin, texniki E. qurğuların
həssaslığına görə canlıların E.-sından geri qalır.
EKİSTİKA (yun. Oikistes – məskun) – insanın yaşayış yerini
kompleks şəkildə öyrənən elmi sahə.
EKOBİOMORFLAR (yun. oikos – ev, morphe - forma) –
ekomorflar – oxşar morfoloji əlamətlərə, bioloji ritmlərə, ekoloji-
fizioloji, o cümlədən mühit əmələ gətirən xüsusiyyətlərə malik olan,
bununla da qruplaşmada oxşar rol oynayan növlərin məcmusu. (məs.
plankton, bentos, neyston hidrobiontları, torpaq yosunları, bəzi
həşəratlar və qurdlar, dünyanın müxtəlif bozqırlarında bitən taxıl otları
və s.). E. terminini Y.M. Lavrenko (1965) “Həyat forması və biomorf
anlayışlarının əvəzinə (yerində) işlətmiş, bununla o, oxşar mühit
şəraitində müəyyən bitki tiplərinin uyğunlaşmasını göstərmişdir.
EKOBİONTLAR – spesifik mühit şəraitinə adaptasiya olunan
orqanizmlər.
EKOCOĞRAFİ QANUN – orqanizmlərin dəyişkənlik
qanunauyğunluqlarının mühit (coğrafi) şəraitindən asılılığı.
EKOFİL NORMA – təbiəti mühafizə norması – təbii mühitin
saxlanmasına yönəldilən əhalinin mədəniyyətinin (etnos) bütün
normaları. E.n. əslində təbiətdən səmərəli istifadə deməkdir.
EKOGENETİK EKSPANSİYA – biosferin təkamül prosesi
nəticəsində yeni landşaft zonalarında orqanizmlərin tarixi yayılması.
Produsentlərin ekspansiyası ilk dəfə konsumentlərdən asılı olmayaraq
keçmişdir. Konsumentlər Yerdə peyda olan zamandan bəri
produsentlərdən asılı olmuşdur. Sonralar biosferin təkamülü
produsentlərlə konsumentlərin asılılığı mərhələsinə qədəm qoymuşdur
(məs. çiçəkli bitkilərlə həşəratlar).
EKOGENETİKA – ekologiya və genetika qovuşuğunda kompleks
elmi fənn. Ekoloji amillər və populyasiyanın genetikası arasındakı
əlaqələri öyrənir.
EKOİQLİM – ekosistemin biotik və abiotik komponentləri.
Həmçinin kosmik, geofiziki və orfoqrafik mühitin qarşılıqlı əlaqələri ilə
kiçik sahələrdə yaranan xüsusi iqlim, pedo, – fito, və zooiqlimin
məcmusudur. Bioiqlim indiqatorları ilə xüsusilə biotopun temperaturu
və rütubətliyindən asılı olaraq bitkinin böyümə xüsusiyyətləri ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
128
səciyyələnir. Bitkinin böyümə xüsusiyyətləri öz növbəsində E.
göstəricisi hesab olunur. Bax: mikroiqlim.
EKOLOGİSLƏR – insanı əhatə edən mühitin qorunması uğrunda
kütləvi ictimai hərəkatın nümayəndələri. AFR, Fransa, İngiltərə və b.
ölkələrdə siyasi “yaşıl partiyanın” üzvləri. E. yalnız təbiəti mühafizə
uğrunda deyil, həm də müharibələrə qarşı (atom müharibələrinə)
mübarizə apararaq beynəlxalq demokratik hərəkatda iştirak edirlər.
EKOLOGİYA – canlı orqanizmlər arasında və onların olduğu
mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji təlim (elm). E.-nın əsas
predmeti daxilində enerji və üzvi maddələrin transformasiya prosesi
gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin
məcmusunu öyrənməkdir. E.-nın əsas vəzifəsi ekosistemdə enerji və
materiyanın qarşılıqlı təsirini öyrənməkdir. Müasir E.-nın diqqət
mərkəzində ekosistemin konsepsiyası – ekoloji paradiqmanın
konstruksiyasının əsası durur. Ayrı-ayrı fərdlər, populyasiyalar, növlər,
qruplaşmalar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi və ekoloji
tədqiqat obyektləri hesab olunur, lakin müstəqil bir elm kimi E. üçün
spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika,
zoologiya, sistematika, genetika, biocoğrafiya və b.) məşğul olur.
E. – yunan sözüdür (oykos – ev, daxma, logiya – elm). E. yunan sözü
olsa da onu ilk dəfə alman bioloqu 1869-cu ildə Ernest-Hekgel
işlətmişdir.
E. – elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin
vəziyyəti bu əsrin 30-cu illərinə qədər ciddi təşviş doğurmurdu. Lakin II
Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə qarşı mənfi
münasibət ilbəil gücləndiyindən E. elmi tamamilə yeni, inkişafı zəruri
sayılan elm sahəsinə çevrildi. Hazırda elmi-texniki tərəqqinin sürətlə
inkişafı ilə əlaqədar və ətraf mühitin mühafizəsi məsələlərinin həlli
müasir tətbiqi E.-ya olan maraq dairəsini özünün qanuni bioloji
sərhədindən çıxarmışdır. Bununla əlaqədar E. elminin xüsusi sahələri
meydana gələrək sürətlə inkişaf etməkdədir: qlobal E, insan E.-sı, sosial
E., mühəndis E.-sı, k.t. E.-sı, memarlıq E.-sı, mədəniyyət E.-sı,
sozologiya, coğrafi E., geokimyəvi E., rekreasiya E.-sı, nəqliyyat E.-sı,
və bir çox başqaları.Bu göstərilən sahələr ümumi E.-nın müstəqil
bölməsi, yaxud nəzəri və tətbiqi E.-ya bölünür. Bir tədris fənni kimi E. 4
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
129
əsas bölməyə ayrılır: 1) autekologiya və ya faktorlar E.-sı (ekoloji
faktorlar haqqında təlim); 2) populyasiya E.-sı yaxud demekologiya ; 3)
ekosistem və qruplaşma E.-sı yaxud biosenologiya (biogeosenologiya);
4) Biosfer haqqında təlim. Hazırda bir çox ölkələrdə, o cümlədən
Azərbaycanda universitetlərin və pedaqoji institutların coğrafiya-
biologiya, biologiya-təbiətşünaslıq, biokimya, coğrafiya, təbiətşünaslıq
və b. fakültələrində E. bir normativ (vacib) fənn kimi tədris olunur.
– Akvatik ekologiya – su orqanizmlərinin ekologiyası. Termin F.-di
Kastriyə (1981) məxsusdur.
– Analitik ekologiya – Ekologiyanın orqanizmlər və onların
populyasiyalarının təbii mühitlə əlaqəsini öyrənən bölməsi.
– Bitki ekologiyası – ekologiya elminin bitki orqanizmlərinin bir-
birilə və olduğu yerin mühiti ilə olan əlaqəsini və təsirini öyrənən
sahəsi.
– Kənd təsərrüfatı ekologiyası – bax: aqroekologiya.
– Qidalanma ekologiyası – bax: Trofekologiya.
– Dinamiki (ekolyusion-dinamiki) ekologiya – orqanizmlər və
onların qruplarının (populyasiyalarının) dinamik – təkamül planında
yaşadığı mühitlə əlaqəsini öyrənən elm sahəsi.
– Təkamül ekologiya – biologiyanın bir sahəsi olub təkamülün
ekoloji aspektlərini tədqiq edir.
– Ekzobiologiya – Yerdən kənar həyat formalarının axtarışına və
tədqiqinə həsr olunmuş eksperimental elm sahəsi. E.-nın əsas
problemləri: ətraf mühitin ekstremal şəraitində quruda yaşayan
orqanizmlərin sağ qalma mexanizmlərinin hüdudlarını müəyyən etmək
və öyrənməkdən; ən mühüm bioüzvi birləşmələrin abiogen sintezi
yollarını və ilkin bioloji təkamül mərhələlərini aydınlaşdırmaqdan; av-
tomatik bioloji laboratoriyaların köməyi ilə başqa planetlərdə həyatın
aşkar edilməsinin avtomatik üsullarını işləyib hazırlamaq və həyat
meyarını müəyyənləşdirməkdən ibarətdir.
– Ekoloji biokimya – kimyəvi ekologiya, fitokimyəvi ekologiya –
bitki və heyvanların qarşılıqlı ələqələrinin biokimyəvi əsasları
istiqamətində tədqiqatlar aparan elm sahəsi.
– Ekoloji energetika – 1) ekologiyanın energetika proseslərinin
(termodinamik qanunlar, energetik piramida, lindeman qanunu və s.)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
130
öyrənən bir bölməsi. 2) ətraf mühit üçün təhlükəsi olmayan (onu
çirkləndirməyən) energetika (enerjinin alternativ mənbəyi), məs.
hirdohelio və külək elektrik stansiyası, dənizin qabarma və çəkilməsinin
geotermik enerjisi, dəniz suyunun temperatur qradiyenti, istilik nüvə
enerjisi və s.-dən istifadə.
– Elektroekologiya – canlı təbiətdə elektrik əlaqələri haqqında elm.
– Ekopedologiya, edafoekologiya – ekologiya və torpaqşünaslıq
ayrıcında (qovuşuğunda) kompleks elmi fənn. Torpağın abiotik
(rütubətliyi, mexaniki-kimyəvi, qaz tərkibi, turşuluğu, temp-ru və s.) və
biotik komponentləri arasında qarşılıqlı əlaqəsini öyrənir. Termini
K.D.Kirise (1974) təklif emişdir.
– Ekotoksikologiya, ekoloji toksikologiya – ekosistemin tərkibinə
daxil olan canlı orqanizmlərə, əsasən populyasiya və biosenozlara
kimyəvi maddələrin toksik effekti ilə bağlı elmi və praktiki fənn. Zərərli
maddələrin ətraf mühitə daxil olan mənbəyini, onların yayılmasını və
ətraf mühitdə çevrilmələrini öyrənir. E.-nın əsas bioloji obyekti insan
sayılır. E. insan ekologiyasının mühüm problemini – ətraf mühitdə
mövcud olan zərərli maddələrin ziyanından insan sağlamlığını qorumağı
həll etməkdir.
– Ekotopologiya – yer qabığının strukturu, funksiyası, elementar
vahidinin təkamülü haqqında kompleks elm (ekologiya və fiziki
coğrafiya qovuşuğunda). E. konsepsiyasını V.B. Soçava (1968, 1972)
işləmişdir.
– Eksperimental ekologiya – İnsanın bilavasitə müdaxiləsi ilə
istifadə olunan metodların köməyi ilə aparılan tədqiqatlar vasitəsilə təbii
və mədəni ekosistemlərin, onların fraqmentlərinin, populyasiyalarının
həyatını öyrənir. Bu obyektlərin bəziləri laboratoriya şəraitində model
metodları ilə tədqiq olunur.
– Epeyrologiya – Yer (quru) ekosistemlərinin ekologiyası.
– Etnik ekologiya – insan ekologiyası ilə etnoqrafiyanın
qovuşuğunda yaranan elmi fənn. Etnik qruplaşmaların ətraf təbii
mühitlə qarşılıqlı təsirini öyrənir. E.e.-nın nəzəri əsasları V.İ.Kozlov
(183) tərfindən işlənmişdir.
– İnsan ekologiyası – ekologiyanın insanın ətraf mühitlə qarşılıqlı
əlaqəsini öyrənən kompleks elm sahəsi (sosial ekologiyanın bir hissəsi).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
131
O, əhalinin inkişaf məsələlərini, onun qorunması və sağlamlığını,
biosferin və onun ayrı-ayrı hissələrinin antroposistemlə qarşılıqlı
əlaqəsini, həmçinin ətraf mühitin müxtəlif faktorlarının insan
orqanizminə təsirini öyrənir. İ.e.-nın mühüm vəzifəsi insanın sosial
fəaliyyətinin elmi-texniki inkişaf şəraitində müxtəlif coğrafi regionların
istehsal-iqtisadi qanunauyğunluqlarını məqsədli mənimsənilməsini və
dəyişdirilməsini (islahat) aşkar etmək, həmçinin belə şəraitdə əhalinin
qorunması
və sağlamlığının yaxşılaşdırılması üzrə
təbii
qanunauyğunluqları öyrənməkdir.
– Kimya ekologiyası – canlı təbiətdə kimyəvi əlaqələrin kompleks
elm sahəsi.
– Kosmik ekologiya – kosmik biologiya və fiziologiya-ekologiyanın
bölməsi, kosmik gəmi və stansiyanın praktiki olaraq tam qapalı
mikroekosistemlərində insanın və digər orqanizmlərin həyat fəaliyyətini
tədqiq edir, uzunmüddətli (planetlər arası) uçuşlarda həyatı təmin etmək
sistemini və mühitin tam regenerasiyalı şəraitini yaratmaq imkanını
(qismən su və qazların regenerasiyası) işləyib hazırlamağı öyrənir.
– Geokimyəvi ekologiya – ekologiyanın orqanizmlər və onların
qruplarının geokimyəvi mühitlə əlaqəsini, həmçinin orqanizmlər və
onların qruplarının özlərinin ekosistem şəraitində geokimyəvi əlaqəsini
öyrənən bölməsi.
– Mədəniyyət ekologiyası – sosioloji ekologiyanın bölməsi;
bəşəriyyətin öz tarixi boyu yaratdığı mədəni və təbii mühitin müxtəlif
elementlərinin saxlanması və bərpası yollarını öyrənir (memarlıq, land-
şaft abidələri və b.).
– Populyasiya ekologiyası – Ekologiyanın bir bölməsi;
populyasiyanı növün sadə mövcudluq forması kimi öyrənir. Əsasən,
populyasiyanın struktur və dinamikasını, heyvan populyasiyasının
cinsiyyət və yaş tərkibini tədqiq edir. P.e. həmçinin populyasiyanın eto-
loji strukturunu öyrənir, bu isə P.e.-nın quruluş xarakterini ifadə edir;
ərazidən və onun ehtiyatlarından istifadəni, qarşılıqlı köməyi,
düşməndən və əlverişsiz şəraitdən müdafiəni və çoxalmanı təmin edən
fərd birliyindən (heyvanlarda ailə, sürü, mikroorqanizm və ibtidai
bitkilər koloniyası, ali bitkilərdə ağac və qruplaşmalar və s.) ibarətdir.
Populyasiyanın etoloji strukturunun formalaşması heyvanlarda məlumat
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
132
ötürmə əsasında (kimyəvi, akustik, optik, mexaniki, elektromaqnit və s.
siqnalların köməyi ilə) gedir. Bu siqnallar reseptorlar vasitəsilə dərk
edilir və orqanizmlərin metabolizminə və davranışına təsir göstərir.
Populyasiya uyğunlaşmasının mühüm xüsusiyyəti mühit şəraitinin
dəyişmə diapozonunu (populyasiyanın dözümlüyünü) genişləndirən
genetik polimorfizmdir.
– Sitekologiya – sitologiya və ekologiya elm sahələri qovuşuğunda
elm sahəsi. Xarici (ekoloji) amillərin canlı orqanizmdə hüceyrələrin
funksiyasına təsirini öyrənir.
– Sosioloji ekologiya – Biosfer ekosistemində insan cəmiyyətinin
səmərəli fəaliyyətinin əsasları haqqında hələ tam formalaşmamış elm.
İnsan fəaliyyətinin və texnologiyanın təsirinin artmasilə əlaqədar S.e.-
nın əhəmiyyəti böyükdür.
– Tarixi ekologiya – ekologiyanın müxtəlif təbii sistemlərin,
insanların onlara təsir etdiyi zaman ərzində tədqiqi ilə məşğul olan
sahəsi.
– Tətbiqi ekologiya – Biosferin insan tərəfindən dağılması
mexanizminin və bu prosesin qarşısının alınması üsullarının
öyrənilməsi, həyat mühitini deqradasiyaya uğratmadan təbii
resurslardan səmərəli istifadə edilməsi prinsiplərinin hazırlanması. T.e.
ekoloji təkliflərin, xüsusilə ətraf mühitin təmizlənməsinin, səhralaşma
prosesi ilə mübarizənin, torpağın rekultavisiyasının, iri sənaye
müəssisələrinin layihələşdirilməsinin bilavasitə həyata keçirilməsi ilə
məşğul olur. T.e. ekologiya və təbiiətdən istifadə qanunları, qaydaları və
prinsiplərinə əsaslanır.
– Ümumi ekologiya – Bitki və heyvanat aləminə xarakterik olan
orqanizm və mühit arasındakı ümumi qanunauyğunluqları öyrənən elm
sahəsi (bir bioloji varlıq kimi insan da daxil olmaqla).
– Fizioloji ekologiya – ekologiyanın bölməsi; orqanizmin (fərdlərin)
adaptasiyası və uyğunlaşma dəyişkənliyi əsasında müəyyən dəyişilmə
qanunauyğunluqlarını öyrənir.
– Heyvan ekologiyası – ekologiyanın heyvanların həyat şəraitinin
onların yaşadığı şəraitlə əlaqəsini, həmçinin heyvan orqanizmin əsas
fəaliyyətində (qidalanma, çoxalma, yaşayış, sayının dəyişməsi və s.)
mühit amillərinin rolunu öyrənən sahəsi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
133
EKOLOGİYA VƏ SOSİAL AMİLLƏR – ətraf mühitin getdikcə
sürətlə artan antropogen dəyişmələri ekologiyanı bir elm kimi irəli sürdü
və onun tədqiqatı bütün bəşəriyyətin marağına səbəb oldu. Planetin bir
sıra regionunun xalqları və təbiəti böhran vəziyyətinə düşdü. Bu
vəziyyətdən çıxış yolu atom silahlarının ləğv edilməsi, ümumi
bəşəriyyət mühitinin çirklənməsinin qarşısının alınması və onun
vəziyyətinə beynəxalq nəzarətin qoyulması vacib sayıldı.
EKOLOJİ AMİLLƏR – iki qrupa bölünür: abiotik və ya fiziki-
coğrafi amillər – iqlim, edafik, oroqrafik, kimyəvi, canlı orqanizmlərlə
əlaqədar olan biotik amillər-fitogen, zoogen, antropogen. Bütün E.a.
biri-birilə sıx əlaqədardır.
EKOLOJİ AMPLİTUDA – növ və ya qrupun (populyasiyanın)
mühitin dəyişilməsi şəraitinə uyğunlaşma həddi (tolerantlıq həddi).
EKOLOJİ ARXİTEKTURA
– arxitektura və
şəhər
planlaşdırılmasında yeni istiqamət olub şəhər əhalisinin ekoloji və
sosial-iqtisadi tələbatı maksimum nəzərə alınır. E.a.-nın vəzifəsi ayrı-
ayrı binaların və yaşayış massivlərinin salınması təbii əraziyə uyğun
aparılır, bu zaman tikinti zamanı tikinti materiallarının kyfiyyəti və
insan üçün təhlükəsizlik dərəcəsi nəzərə alınır.
EKOLOJİ BALANS – bax: ekoloji müvazinət: ekosistemin
məhsuldarlığı ilə onun çıxarı (itkisi) arasında stabillik olması.
EKOLOJİ BİRLİK – bioloji növlərin əsas xarakteristikası
(kriteriyası) hər bir növün ümumi ekoloji şəraitinin olmasıdır. Növün
ayrı-ayrı fərdlərdən (populyasiya) ibarət olmasına baxmayaraq, o, həmin
mühitdə yaşayan digər növlərə bütöv (tam) qarşılıqlı təsir göstərir.
EKOLOJİ BÖHRAN – təbii fəlakətli hadisələr (məs. daşqın, sel,
vulkan püskürməsi, quraqlıq, tufan, zəlzələ, meşə yanğını və s.) və ya
antropogen faktorların təsiri, insan tərəfindən atmosferin, hidrosferin,
torpağın çirklənməsi, təbii ekosistemin, təbii komplekslərin dağılması,
meşə yanğını, meşənin qırılması və s.) nəticəsində ekoloji sistemlərdə
(biogeosenozlarda) müvazinətin pozulması vəziyyəti.
«EKOLOJİ BUMERANQ» – təbii qanunauyğunluqlar, prinsiplər,
ekoloji məhdudiyyətlər və qanunlar nəzərə alınmadan həyata keçirilən
təsərrüfat fəaliyyəti nəticəsində əmələ gələn ekoloji fəlakətlər.
EKOLOJİ DAVAMLILIQ – xarici amillərin təsirilə ekosistemin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
134
öz strukturu və funksional xüsusiyyətlərini saxlmaq qabiliyyəti.
EKOLOJİ DEFORMASİYA – ekoloji tarazlığın pozulması; təbii
fəlakətli hadisələr və ya antropogen faktorların təsiri altında baş verə
bilər.
EKOLOJİ DOMİNANTLAR – ekosistemdə baş verən bütün
proseslərə təsir göstərən orqanizmlər və ya orqanizmlər qrupu. E.d.-ın
məhv olması ekosistemin pozulmasına səbəb olur (məs. meşənin məhv
edilməsi). Bax: dominant.
EKOLOJİ ETİBARLIQ – suksessiya və ya təkamül müddətində
ekosistemin tam nisbi öz-özünü bərpa etməsi və nizamlaması
qabiliyyəti.
EKOLOJİ ETALOGİYA – etalogiyanın bölməsi; heyvanların ətraf
təbii mühitin şəraiti və faktorları ilə sıx əlaqəli davranışını öyrənir.
EKOLOJİ EFFEKTİVLİK – ekoloji göstəcilərə nail olmaq üçün
ekoloji, iqtisadi və sosial problemlərin effektivliyinin
qiymətləndirilməsi.
EKOLOJİ CIĞIR – müxtəlif təbii obyektləri kəsib keçərək edilən
marşrut. Bu marşrutu qət edənlər (gəzintiyə çıxanlar, turistlər və s.),
həmin obyektlər haqqında şifahi və ya yazılı məlumatlar alır. Ekoloji
təfəkkürü və dünya görüşünü tərbiyələndirməyin bir formasıdır.
EKOLOJİ FAZA – ekoloji prosesin inkişafı gedişində (məs.
suksessiya, klimaks) müəyyən dövr. E.f. ekologiyanın xüsusi bölməsi
sayılır. (Zaysev, Polikarpov (1967)).
EKOLOJİ FƏLAKƏT – insanların həyat fəaliyyəti şəraiti və təbii
ətraf mühitin dönməz dəyişiklikləri ilə səciyyələnən fövqəladə ekoloji
vəziyyət.
EKOLOJİ GÖSTƏRİCİLƏR – ekosistem və onun elementlərinin,
mühitin elementləri (su, torpaq, hava və s.) daxil olmaqla vəziyyətini
səciyyələndirən göstəricilər.
EKOLOJİ HESABLAMA SƏHVİ – ətraf mühitin antropogen
dəyişməsinin qabaqcadan görünməyən zərərli nəticələri; planlaşdırılan
faydanın yoxa çıxmasına səbəb olur və ya həll olunan problemdən artıq
problem yaradır.
EKOLOJİ XƏRİTƏLƏŞDİRMƏ – ekologiyanın tədricən inkişaf
edən sahəsi. Hazırki dövrə qədər geobotaniki və torpaq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
135
xəritələşdirilməsi üstünlük təşkil edir. 70-80-ci illərdə orta miqyaslı
fitoekoloji xəritələr də buraxılmışdır (əsasən Fransada). Belə xəritələrdə
bitki və torpaq örtüyü, bitki örtüyünün vəziyyəti, aqrosenozlarda alaq
otlarının kompleksi ətraflı göstərilir, kəsiklərlə həmçinin bioiqlim və
geoloji xəritəsxemlər də verilir. Belə xəritələrə geniş izahedici mətnlər
əlavə olunur.
Dostları ilə paylaş: |