Bilavasitəli metodlar: daimi kvadratlarda aparılan müşahidələr,
müxtəlif illərdə çəkilən geobotaniki xəritələrin və aerofotoşəkillərin
müqayisəsi, arxiv materiallarının öyrənilməsi, spor-toz analizi, qazıntı
qalıqlarının öyrənilməsi;
Vasitəli (dolayı) metodlar: fitosenotik reliktlər və inisial növlər
metodu, populyasiyanın yaş tərkibinin öyrənilməsi, kəsilmş ağacın
oduncağının artım gedişinin öyrənilməsi, torpaq profilinin öyrənilməsi,
mikrorelyefdə reliktlik hadisəsinin öyrənilməsi, riyazi modelləşdirmə,
vasitəli metodun əsas hissəsini təşkil edir. Vasitəli metodların əlverişli
olmasına baxmayaraq onlar bilavasitəli metodlara nisbətən az
məlumatlıdır. Həm bilavasitəli, həm də vasitəli metodlar bitki örtüyünün
suksessiya mərhələlərinin təsnifatına əsaslanır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
146
– Bitki örtüyünün təsnifatı metodları: – bax bitki örtüyünün
təsnifatı.
– Bitki örtüyünün torpaqaltı hissəsini öyrənmə metodları – kök
sisteminin biokütləsinin keyfiyyətcə uçotu və torpaqda kökün yayılması
xarakterinin öyrənilməsi metodları. Bu metodlar olduqca çoxdur, lakin
təbii və süni bitki örtüyünün öyrənilməsində ən çox tranşey metodu
(tranşeyin şaquli divarında kök sisteminin paylanmasının şəklini
çəkmək), horizontal qazma metodu (torpağın üst qatlarını götürmək
yolu ilə kök sistemini tədricən açmaq) və monolit metodundan (ayrı-ayrı
torpaq qatlarında kök sisteminin suda yuyulması) istifadə olunur.
Həmçinin ən mürəkkəb eksperimental metodlardan da istifadə edilir:
nişanlanmış atomlar metodu, şüşə divarların yanında hava və su
mühitində və s. bitkinin becərilməsi.
– Dendroxronometrik metod – Suksessiya vaxtlarının ağacların
yaşına görə təyin edilməsi.
EKOLOJİ TƏHLÜKƏ – insan və cəmiyyətin həyati üçün zəruri
ehtiyaclarına və təbii ətraf mühitə antropogen və təbii təsirlər
nəticəsində təhlükə yaradan vəziyyət.
EKOLOJİ TƏHLÜKƏLİ VƏZİYYƏT – təbii ətraf mühitin
dağılma təhlükəsi vəziyyətində antropogen və təbii təsirlər altında
neqativ dəyişikliklərlə səciyyələnən, həmçinin təbii fəlakətlər və
qəzalarla nəticələnən, bu səbəbdən də insanların və cəmiyyətin həyatına
təhlükə yaradan vəziyyət.
EKOLOJİ TƏHLÜKƏNİN SUBYEKTİ – fəaliyyəti ekoloji
təhlükəli vəziyyət yarada bilən fiziki və ya hüquqi şəxs, o cümlədən
vəzifəli şəxs.
EKOLOJİ TƏHLÜKƏSİZLİK – insanın, cəmiyyətin həyatı üçün
zəruri ehtiyaclarının və ətraf təbii mühitin antropogen, həmçinin təbii
təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi.
EKOLOJİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ – ekoloji
təhlükəli vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması,
onların nəticələrinin və gələcəkdə baş verə biləcək neqativ təsirinin
aradan qaldırılması üzrə fəaliyyət sistemi.
EKOLOJİ TƏHLÜKƏ ZONASI – insanın təsərrüfat və ya digər
fəaliyyəti nəticəsində ətraf mühitin dərin dəyişilməsi baş verən və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
147
insanın həyatı üçün təhlükəli ərazi.
EKOLOJİ TƏKAMÜLÜN DÖNMƏZLİYİ QANUNU – Bu
qanuna görə komponentlərin disbalansı nəticəsində ekosistemdə hər
hansı bir element itərsə, onun ilkin vəziyətinin bərpası mümkünsüzdür.
EKOLOJİ TƏLƏBAT – orqanizm, populyasiya və ya növün
olduğu təbii mühitə tələbatının məcmusu; yaşayış uğrunda mübarizədə
təmin edilir. E.t. ekosistemdə populyasiyanın maksimum sayına,
davamlığına və dominantlığına səbəb olur.
EKOLOJİ TƏRBİYƏ – insanda ətraf mühitə qarşı şüurlu
münasibət, ona ehtiyatla yanaşmağın, zənginliklərinin qorunması, təbii
resurslarından səmərəli (ağılla) istifadə etməyin vacibliyini aşılamaq,
formalaşdırmaq. E.t.-də məbuat, radio,televiziya verişlişləri, “yaşıl”
hərəkatlar və s. böyük rol oynayır. E.t.-nin inkişafına beynəlxalq
əlaqələr (MSOP, YUNESKO, “İnsan və biosfer” YUNEP və s.)
imkanlar açır.
EKOLOJİ TƏSƏRRÜFAT AREALI – insan tərəfindən
mənimsənilən və onun təsərrüfat istifadəsində olan təbii mühit sahəsi.
EKOLOJİ ŞOK – biotik (məs. sıx məskunlaşma) və abiotik (məs.
mühitin çirklənməsi) şəraitin qəflətən dəyişməsi baş verdikdə
populyasiyanın vəziyyətinin kəskin pozulması (ölüm dərəcəsinə qədər).
EKOLOJİ TOLERANTLIQ – ekosistemlərin ətraf mühitin
əlverişsiz təsirinə dözməsi qabiliyyəti. Canlı orqanizm növlərinin sabit
mövcudluğu sahəsi.
EKOLOJİ ÜSUL (YANAŞMA) – müxtəlif təbii və antropogen
qruplaşmaların tədbiqində adekvat ekoloji konsepsiya və metodlarından
istifadə edilməsi.
EKOLOJİ VALENTLİK – müəyyən növün mühitin hər hansı
faktorunun dəyişilməsinə davam gətirmək qabiliyyətinin dərəcəsi (məs.
temperatur). Geniş ekoloji valentliyə malik olan orqanizmlər
evrobiontlar, dar valentliyə malik orqanizmlər isə stenobiontlar adlanır.
EKOLOJİ VALYUTA – ekosistemin (biogeosenozun) ətraf
mühitdən aldığı enerji. E.v. konsepsiyası Y.Odum (1975) tərəfindən
daha dəqiq işlənmişdir.
EKOMORFLAR – bitki və heyvanların xarici mühitlə əlaqədar
yaşayış forması. Yerüstü orqanizmlər üçün bu hər şeydən əvvəl rütubət
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
148
hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit,
mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil
olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və
heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofil,
meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və
halofil, substrata münasibətinə görə litofit və litofil, psammofit və psam-
mofil olur.
EKONİZAMLAYICI PROSESLƏR – bioloji və ekoloji
inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin
həyat fəaliyyətinin sabitliyi, onun sayını və biokütləsini saxlayır və
nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.) həm də biotik
(yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ
müxtəlifliyinin və bosenozun kütləsinin nizamlanmasında bilavasitə və
ya dolayı yolla iştirak edirlər.
EKONOMANSİYA – istehsalın əlavə məhsulları və ya
tulantılarından və təbii resurslarından səmərəli istifadə üsullarını
öyrənən bölməsi.
EKOSFER (EKOLOJİ SFER) – bir-birilə əlaqəsi olan bioloji
sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf
mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə
edilmişdir. Bəzən E. biosfer termininin sinonimi kimi də qəbul edilir.
Termin L. Kol (1958) tərəfindən irəli sürülmüşdür.
EKOSİD – canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti
dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər
vasitələr (əsasən hərbi) Məs. ABŞ-ın Vyetnam, Laos , Kampuçidə
apardığı müharibədə arorosid və herbisidlərdən istifadə edərək ozon
qatında deşik açmaq məqsədi. E. terminini A.Qalston (1970) Hind-
Çindəki hadisələri şəxsən öyrənərək elmə daxil etmişdir.
EKOSİSTEM – E. terminini elmə L.Tensli (1935) daxil etmişdir.
Termin müəyyən sahədə (biotopda) bütün orqanizmlər (yəni biosenoz)
daxil olmaqla istənilən vahidi (olduqca müxtəlif həcmdə və ranqda) və
onun sistem daxilində fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji
axımının müəyyən dəqiq trofik strukturunu, növ müxtəlifliyini və
maddələr dövranını (yaxud biotik və abiotik mühit arasında mübadiləni)
ifadə edir. Sadə desək, biosferdə maddələr mübadiləsi gedən üzvi və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
149
qeyri-üzvi komponentlərin istənilən məcmusu E. adlanır. Biotop və
biosenozun vahid tamı ekosistemi (Tensli, 1935) və ya biogeosenozu
(Sukaçeva görə) yaradır. Bəzi xarici müəlliflərə görə E. istənilən
uzunluqda və ölçüdə (böyüklükdə) – bir damla dəniz suyundan,
akvariumdan okeana, hətta bütün Yer səthi qədər; meşə ekosistemindən
meşədəki tək kötüyə qədər ola bilər. E. biosferin elementar funksional
vahididir. E.-in strukturuna adətən 3 planda baxılır: 1) komponent
(populyasiya və ya növ) tərkibi və müxtəlif növ populyasiyaların, həyati
formaların (biomorf) və başqa struktur elementlərin miqdar nisbəti; 2)
ayrı-ayrı elementlərin ərazidə yayılması; 3) Bütün əlaqələrin, ilk
növbədə qida zənciri və sikllərin, trofik, forik və digər əlaqələrin
məcmusu. Bəzi tədqiqatçılar (Y.Odum, 1975) E. və biogeosenoza eyni
kateqoriya kimi baxır. Digərlərinə (məs. V.N.Sukaçev, 1940) görə onlar
arasında oxşarlıq vardır, lakin identik (eyni) deyildir. Biogeosenozun
bağlılıq faktorları – substraktın təbiəti, relyef tipi və torpaq sayılır, yəni
biogeosenoz Sukaçeva görə xoroloji (fiziki-coğrafi) xarakter daşıyır. E.-
ə əsasən, ərazicə deyil, trofik mövqeyindən baxılır. Beləliklə,
biogeosenoz və E.-in nisbətini belə təsəvvür etmək olar: biogeosenoz
fitosenozun sərhədi daxilində E.-dir. Daha dürüstü E. və biogeosenoz
kateqoriyaları bitki qruplaşması səviyyəsində bir-birinə uyğun gəlir,
ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar.
EKOSİSTEM KOMPLEKSİ – biogenetik kompleks – iki və daha
artıq ekosistemin üfüqi və ya şaquli birləşməsi.
EKOSİSTEMDƏN İSTİFADƏ NORMASI – Ekosistemin davamlı
vəziyyətdə (tərkib və məhsuldarlığının) qalmasını təmin edən
kompensasiya ehtiyatını çıxdıqda ortaillik faydalı məhsulun ölçüsü ilə
təyin edilir. Bu ehtiyat istifadənin intensivliyindən, istiqamətindən və
ekosistemin ümumi vəziyyətindən (qismən əsas populyasiyaların yaş
vəziyyətindən, çoxalmasından) asılıdır.
EKOSİSTEMİN ANTROPOGEN DİNAMİKASI – orqanizm
qruplaşmalarının insan fəaliyyətinin təsiri nəticəsində dəyişilməsi.
Bərpa oluna bilən, çox vaxt isə katastrofik xarakter daşıya bilər.
EKOSİSTEMİN BÖHRANI – fəlakətli təbii (vulkan püskürməsi,
daşqın, sel, zəlzələ, yanğın, eroziya, tufan və s.) və antropogen amillərin
təsirilə yaranan vəziyyət.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
150
EKOSİSTEMİN BUFERLİK TUTUMU – ekosistemin
çirklənməyə müqavimət göstərməsi qabiliyyəti; ekosistemin mənfi
nəticəni nəzərə çarpmadan uda biləcəyi çirkləndiricinin miqdarı.
EKOSİSTEMİN COĞRAFİ MÜXTƏLİFLİYİ – coğrafi
izolyasiya dərəcəsindən, landşaft-coğrafi zonadan asılı olaraq
ekosistemin müxtəlifliyi.
EKOSİSTEMİN DESTRUKSİYASI – katastrofik və texnogen
amillərin təsirilə ekosistemin quruluşunun, sabitliyinin (stabilliyinin) və
fəaliyyətinin pozulması.
EKOSİSTEMİN EKOLOGİYASI, SİNEKOLOGİYA,
BİOGEOSENOLOGİYA – ekologiyanın bir bölməsi olub bitki,
heyvanat aləmi və mikroorqanizmlərin populyasiyalarının mürəkkəb
birliyi sayılan ekosistemləri və onların təsiri altında yaranan biosenotik
mühiti tədqiq edir, həmçinin ekosistemlərin səmərəli istifadəsi və
mühafizəsini öyrənir.
EKOSİSTEMİN ELASTİKLİYİ – ekosistemin müəyyən hədd
daxilində öz dinamiki xassələrini dəyişməsi qabiliyyəti.
EKOSİSTEMİN ENERGETİKASI – ekosistemin energiya ilə
təmin olunması və ondan istifadə. Aşağıdakı proseslər daxildir:
energiyanın əsas iki mənbədən alınması – günəş radiasiyasından
(fotosintez) və qeyri üzvi maddələrin oksidləşməsi reaksiyasından
alınan energiya (xemosintez); biokütlə yaratması və fəaliyyəti üçün
energiyanın orqanizmlər tərəfindən istifadə olunması. Energiya vahidi –
coul (qabaqlar kaloriya) olub energiya axınını və ekosistemin
məhsuldarlığını təyin edən universal ölçü hesab olunur.
EKOSİSTEMİN İQTİSADİ EFFEKTİVLİYİ – ekosistemin
biokütləsi məhsulunun daxil olan enerjiyə nisbəti.
EKOSİSTEMİN HOMEOSTAZI – təbii (ekoloji) sistemin
dinamiki tarazlığı.
EKOSİSTEMİN İYERARXİYASI – ekosistemin müxtəlif dərəcəli
sırasının struktur və funksional tibeçiliyi; biogeosenoz – biogeosenoz
kompleksi – landşaft – biom – təbii qurşaq – biocoğrafi vilayət –
qurunun (okeanın, litosferin) ekosistemi – biosfer.
EKOSİSTEMİN
İNTEQRASİALLIĞI
– biotosenogenez
prosesində ekosistemin müxtəlif hissələrinin qaydaya salınmış, qarşılıqlı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
151
bağlı funksional birliyi. Termini B.A.Bıkov (1983) irəli sürmüşdür.
EKOSİSTEMİN QƏBULETMƏ MÜMKÜNLÜYÜ – ekosistem
üçün yeni olan növü qəbuletmə qabiliyyəti.
EKOSİSTEMİN KOMPONENTLƏRİ
– ekosistemin
(biogeosenozun) fəaliyyətini təmin edən əsas tərkib hissələri. E.k.
abiotik (qeyri üzvi maddələr olub ekosistemdə maddələr dövranını
yaradır. C, O
2
, N, H
2
O, CO
2
və s., həmçinin iqlim rejimi) və biotik olur.
Biotik amillər aşağıdakılara bölünür: avtotroflar produsentlər – sadə
qeyri üzvi birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə
malikdir və heterotroflar: mikrokonsumentlər (faqotroflar) – heterotrof
orqanizmlər olub (əsasən heyvanlar) digər orqanizmlərdə və ya üzvi
maddənin bir hissəsi ilə qidalanır: mikrokonsumentlər və ya redusentlər
(osmotroflar, saprotroflar) – heterotrof orqanizmlər olub (əsasən
göbələklər və bakteriyalar) üzvi birləşmələri parçalayaraq (zülallar,
karbohidratlar və s.) bəzi parçalanan (çürüyən) ərzaqları udur və qeyri
üzvi maddələr yaradır. Bu isə produsentlərin qidalanması üçün
yararlıdır. Heterotrof orqanizmlər həm də bölünür: biofaqlara (digər
canlı orqanizmlərlə qidalanan orqanizmlər) və saprofaqara (ölü üzvi
maddələrlə qidalanan orqanizmlər). Biotik və abiotik E.k. bir-birilə üzvi
maddlərlə bağlı olub biogen E.k-ində birləşir. Biogen E.k.-ə canlı
orqanika (biokütlə adlanır) və ölü orqanika: töküntü – bitki
qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən hissəsinə
deyilir; meşədə torpaq səthində çoxillik toplanan üzvi qalıqlar meşə
döşənəyi adlanır. Ölü üzvi maddələrin birliyinə ölü kütlə deyilir.
EKOSİSTEMİN MƏHSULU – ekosistem tərəfindən yaradılan
biokütlə; Ayrılır: ümumi ilk məhsul (brutto-məhsul) – ekosistemin
bütün avtotrofları tərəfindən fiksə edilən üzvi maddələrin və enerjisinin
ümumi miqdarı; təmiz ilk məhsul (netto-məhsul) – həmin məhsuldan
avtotrofların tənəffüsə sərf etdiyi maddələr çıxdıqda qalan məhsul;
ikinci (əlavə) məhsul – konsumentlər (fitotroflar və zootroflar)
tərəfindən yaradılan üzvi madələrin miqdarı; təmiz ikinci məhsul –
həmin məhsuldan konsumentlərin tənəffüsünə sərf edilən maddələri
çıxdıqda alınan məhsul; məhsulun ehtiyatı – qruplaşmada orqanizmlər
tərəfindən toplanan biokütlə. Təsərrüfat nöqteyi nəzərincə qiymətli üzvi
maddələr şəklində ümumi məhsul, faydalı məhsul və faydalı məhsulun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
152
ehtiyatı ayrılır.
EKOSİSTEMİN MÜHAFİZƏSİ – ekosistemin bütövlüyünü
saxlamaq, ekoloji komponentlərin tükənib yoxa çıxmasının və kəskin
dəyişməsinin qarşısını almaq, biosferin ekoloji tarazlığını saxlamaq üzrə
kompleks təbdirlər.
EKOSİSTEMİN SABİTLİYİ (DAVAMLIĞI) – ona göstərilən
təzyiq gücünün reaksiyasına qarşı davamlılıq qabiliyyəti.
EKOSİSTEMİN SƏHRALAŞMASI – quru iqlim şəraiti ərazisində
səmərəsiz və hədsiz istifadə olunması nəticəsində ekosistemin dağılması
(pozulması). Azərbaycan Respublikasının dağətəyi və düzən
rayonlarında səhralaşma prosesi meşələrin müxtəlif tipli şibləklərə,
bedlendlərə, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara
(qamışlıqlara) çevrilməsi istiqamətində gedir. Bu proses suvarma
kanalarının təşkili və istifadəsinin düzgün aparılmaması, sistemsiz mal-
qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması, texnikadan
düzgün istifadə edilməməsi, plansız yol şəbəkəsinin salınması
nəticəsində baş verir.
EKOSİSTEMİN SİSTEMATİKASI – ekosistemlərin səmərəli
təsnifatının elmi əsasları.
EKOSİSTEMİN STASİONAR VƏZİYYƏTİ – ekosistemin
müxtəlif istiqamətlərdə təsir göstərən ölüm faktorlarının (gücünün) və
növəmələgəlmə faktorlarının (gücünün) müvazinəti (bərabərliyi)
nəticəsində növ müxtəlifliyinin saxlanılması. E.s.v. açıq sistem olub
xaricdən daim maddələrin, enerjinin və informasiyanın daxil olması və
itirilməsi səciyyəvidir. E.s.v.-ni qapalı sistem xarakterizə edən tarazlıqla
qarışdırmaq olmaz.
EKOSİSTEMİN (BİOGEOSENOZUN) STRUKTURU –
ekosistemin yarımsistemlərə parçalanması. E.s. elementləri populyasiya,
sinuziya, yarus, bioxorionlar və s. hesab olunur. E.s.-nə adətən
populyasiya (növ), ərazi (şaquli və üfiqi) və funksional
(populyasiyaarası və ya simfizioloji əlaqə) planında baxılır. E.s. enerji
axınının xüsusiyyəti, maddələr mübadiləsi, populyasiyaarası əlaqədən
asılıdır.
EKOSİSTEMİN YAŞAMA QABİLİYYƏTİ – ekoloji balansın
pozulması və ya intensiv antropogen yük nəticəsində deqradasiya
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
153
prosesi, parçalanma və keyfiyyətcə digər vəziyyət müşahidə edilmədən
ekosistemin davam gətirməsi qabiliyyəti.
EKOSİSTEMİN YETİŞ-GƏNLİYİ – ekosistemin (biogeosenozun)
sabit vəziyyəti, optimal daxili strukturu, onun bütün elementlərinin
normal funksiyası; yüksək bioloji məhsuldarlığı ilə səciyyələnir. E.y.
cavan, az inkişaf etmiş ekosistemlərə nisbətən xarici təsirlərə qarşı
müvəffəqiyyətlə müqavimət göstərə bilir. E.y. əksəriyyət halda mülayim
qurşağın ilkin (toxunulmamış) meşələrində, xüsusən subtropik və
tropiklərdə müşahidə olunur.
EKOSİSTEMLƏRİN COĞRAFİYASI – ekosistemlərin coğrafi
yayılması.
EKOSİSTEMLƏRİN GEOMORFOLOJİ VƏZİYYƏTİ –
Quruda E.g.v. suayrıcı düzənliklər, ovalıqlar, göl və çay vadiləri, dağ
yamacları və şleyflər hesab olunur.
EKOTİP – populyasiya (növ) daxilində müəyyən mühitə uyğunlaşa
bilən biotiplər qrupu.
EKOTOKSİKANTLAR – Ətraf mühiti çirkləndirən və orada olan
orqanizmlərə zəhərləyici təsir göstərən zərərli kimyəvi maddələr. Ətraf
mühitə daxil olan E.-ın əsas mənbələri bunlardır: zərərli qarışıqlardan
təmizləyici vasitələrdən, tullantısız texnologiyadan lazımi səviyyədə
istifadə olunmayan kimya, metallurgiya, neftemaledici və b. sənaye
sahələri, maye, bərk və qazşəkilli yanacaqlarla işləyən avtomobil, hava,
dəniz və digər nəqliyyatlar; kənd təsərrüfatında bitki zərərvericilərinə,
alaqlara qarşı istifadə olunan kimyəvi mübarizə vasitələri (pestisidlər)
və kimyəvi kübrələr; atmosferə karbon qazı, hidrogen-sulfid, azot-
oksidi, ağır qatranlı məhsullar atan (buraxan) elektroistilik xətləri və
digər güclü elektrik qurğuları.
EKOTOKSİKOLOGİYA – kimyəvi birləşmələrin orqanizmlərin
müxtəlif növlərinə, populyasiyalarına və ətraf təbiətə zərərli təsirini
tədqiq etməklə məşğul olan fənn (elm sahəsi).
EKOTON – bitki qruplaşmalarını fizionomik cəhətdən ayıran keçid
zolağı (məs. meşənin kənarı, meşə ilə subalp qurşağı arasındakı zolaq).
EKOTON SUKSESSİYASI – Bitki qruplaşması sərhədində
(ekotonda) bitki örtüyünün dəyişərək bir bitkinin digərinin hesabına
ərazisinin genişləndirilməsi çox vaxt yarusların inkubasiya və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
154
dekumbasiyası ilə müşayiət olunur (nəticələnir).
EKOTOP (eko... və yun. topos - yer) (bitmə yeri və şəraiti) – 1)
Əgər növ ömrü boyu bir yerdə yaşayırsa biotop termininə yaxındır.
Termini Q.N.Vısotski (1915) təklif etmişdir; 2) Coğrafi landşaftın kiçik
parsellası (Trol, 1945); 3) Biotopun bütün tərkib elementlərinin
məcmusu (Sukaçov, 1961). Termin bitmə yeri anlayışına yaxındır.
EKSFOLİASİYA – bitkinin dövrü olaraq yarpağını dəyişməsi
EKSKREMENT – insan və heyvanın bərk və duru ifrazatı.
EKSPERİMENTAL EKOLOGİYA
–
İnsanın bilavasitə
müdaxiləsi ilə istifadə olunan metodların köməyi ilə aparılan tədqiqatlar
vasitəsilə təbii və mədəni ekosistemlərin, onların fraqmentlərinin,
populyasiyalarının həyatını öyrənir. Bu obyektlərin bəziləri laboratoriya
şəraitində model metodları ilə tədqiq olunur.
EKSPLERENTLƏR – aşağı güclülüyə, lakin boş sahələri tez zəbt
etmək qabiliyyətinə malik olan bitkilər (məs. alaq otları). Pioner bitki
növü rolunu oynayır. E.-i bədii olaraq «bitki örtüyünün çaqqalı”»
adlandırılır. Aşağıdakı E. ayırd edilir: yalançı E. (məs. yağış dövründə
cücərən birillik səhra bitkiləri, bozqırların efemerləri, meşələrin
efemeroidləri) və həqiqi E. (pozulmuş sahələrdə uyğunlaşıb
məskunlaşan ruderal bitkilər).
Dostları ilə paylaş: |