Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
164
Meşəsizləşdirilmiş sahədə torpaq eroziyası
EROZİYA BAZİSİ – çayların töküldüyü hövzənin səviyyəsi.
Ümumi (yaxud əsas) E.b. okeanın səviyyəsidir. Ümumi E.b.-dən başqa
çay boyu yerli (yaxud müvəqqəti) E.b.-ləri (axar göllər, çay qollarının
əsas çaya töküldüyü yerlər və s.) də var. E.b-nin yüksəkliyinin
dəyişməsi (Yer qabığının əsri hərəkəti, yaxud dəniz səviyyəsinin
tərəddüdü) çay dərələrinin dərinləşməsi, yaxud çöküntülərlə dolması ilə
müşayiət olunur.
EROZİYA MƏNBƏLƏRİ – yer səthinin eroziya təhlükəli sahələri.
Güclü eroziyaya məruz qalan sahələr hər hansı massiv fonunda kəskin
seçilir. (məs. çılpaq qayalıq, uçqun, yarğan və s.).
EROZİYA RELYEFİ – qayalarda, dağətəyi və maili düzənliklərdə
və xüsusilə cavan dağlıq ərazilərdə öz yataqlarını dərinləşdirərək əmələ
gətirdiyi müxtəlif quruluşlu relyef formaları.
EROZİYAŞÜNASLIQ – torpaq eroziyasının baş vermə səbəbləri
və inkişaf qanunauyğunluqlarını, eroziyaya uğramış və eroziya təhlükəsi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
165
olan torpaqları, eroziyadan mühafizə üsullarını və eroziyaya uğramış
torpaqların meliorasiya məsələlərini öyrənir.
E. torpaqşünaslığın müstəqil bir bölməsi kimi son illərdə
formalaşmışdır. E.–in obyekti müxtəlif təbii və təsərüfat şəraitində baş
verən su və külək eroziyası prosesləridir.
Azərbaycan respublikasında E. problemləri ilə bilavasitə Elmi-
tədqiqat Eroziya və Suvarma İnstitutu məşğul olur.
EROZİYANIN EKOLOJİ ZƏRƏRİ
– torpaq eroziyası hesabına
ekoloji mühitə dəyən zərər. Aşağıdakı növləri vardır: a) eroziyadan
aqroekoloji mühitə dəyən zərər; b) nəqliyyat sisteminə və yollara dəyən
zərər; v) hidroqurğulara (su anbarlarına, sutoplayan kanal və kollektor-
drenaj şəbəkəsinə) dəyən zərər; q) balıqçılıq təsərrüfatına və başqa
ekoloji mühitə dəyən zərərlər.
EROZİYAYA QARŞI AQROTEXNİKİ TƏDBİRLƏR –
yamacları torpaq eroziyasından qorumaq üçün kənd təsərrüfatı
bitkilərinin becərilməsində tətbiq edilən torpaqqoruyucu tədbirlər siste-
mi. Onlar aşağıdakılardır: yamacın eni istiqamətində və ya konturla
şumlama, laydırsız kotanla torpaq layını çevirmədən şumlama,
zolaqlarla şumlama, pilləli şum, torpaqdərinləşdiricilərlə şumlama, don-
durma şumunda və herikdə şırımaçma, dərindən yumşaltma, yalaqaçma,
şumda və çoxillik ot əkinində yarıqaçma, oyuqaçma, torpaqqoruyucu
növbəli əkin sisteminin tətbiqi, terrasların çəkilməsi və s.
EROZİYAYA QARŞI BƏNDLƏR – suyun sürətlə axdığı
sahələrdə onun dağıdıcı təsirini azaltmaq məqsədilə düzəldilən qurğular.
Bu bəndləri su axınının xüsusiyyətindən asılı olaraq torpaqdan, ağacdan,
daşdan, betondan, dəmir-betondan və s. hazırlamaq olar.
EROZİYAYA QARŞI BİOLOJİ MÜBARİZƏ TƏDBİRLƏRİ –
su və külək eroziyasına məruz qalmış torpaqlarda eroziya prosesini
zəiflətmək və onun qarşısını almaq məqsədilə ot səpini, meşəsalma və
müvafiq kənd təsərrüfatı bitkiləri yetişdirmək.
EROZİYAYA QARŞI SUVARMA TEXNİKASI – irriqasiya
eroziyasının qarşısını almaq üçün tətbiq edilir. Burada qəbul edilən
suvarma texnikası su sərfi, suvarılan şırımın və ya zolağın uzunluğu,
suvarmanın müddəti elə seçilməlidir ki, suvarma zamanı eroziya prosesi
minimuma ensin və ya tam qarşısı alınsın. Buna görə də E.q.s.t.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
166
hazırlanarkən səthin meylliyi, torpağın tipi, onun mexaniki tərkibi və
suhopdurma qabiliyyəti nəzərə alınmalıdır.
ESTETEİK RESURSLAR – insanın mənəvi zənginliyinə əlverişli
təsir göstərən təbii amillərin xüsusi əlverişli uyğunluğu (ahəngi).
ESTUARİ (lat. aestuarium su basmış mənsəb) – dənizə tərəf geniş
açılmış qıfabənzər çay mənsəbi. E. çayın töküldüyü yerdə dəniz
səviyyəsinin qaxması, çayın gətirdiyi materialları qabarma-çəkilmə və
ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. E.-də delta
əmələ gəlir. E. dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır.
Bununla əlaqədar E. nadir fiziki və bioloji əlamələrilə səciyyələnir. E.-
lər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur
ki, onların daim qorunması və səmərəli istifadəsi tələb olunur.
ETALON QORUQ – təbii komplekslərin inkifaşına heç bir təsir
göstərməyən tam qoruq.
ETİL SPİRTİ (ÇAXIR SPİRTİ), C
2
H
5
OH – farmakoloji
xassələrinə görə narkotik maddələrə aiddir. Lakin E.s.-nin narkoz
yaratdığı doza həyat üçün mühüm mərkəzlərin iflicə uğramasının
başlanğıcı sayılır.
ETOLOGİYA – ekosistem şəraitində orqanizmlərin davranışını
(hərəkət tərzini) öyrənən elm.
EUEDAFON – torpağın dərin qatlarında həyat sürən orqanizmlərin
məcmusu (ibtidailər, soxulcanlar və s.). Onlar bir qayda olaraq yumşaq,
uzun bədənə malik olur.
EUQALİN ORQANİZMLƏR – yalnız duzlu sularda həyat sürən
orqanizmlər. E.o.-rə bir çox dəniz orqanizmləri və duzlu göllərin
məskunları daxildir.
EUQALİN SU HÖVZƏSİ – duzluluğu 30-40% olan dəniz sulu su
hövzəsi.
EUTROFİKASİYA – tarlalardan gübrələrin yuyulması nəticəsində
su hövzələrinin canlanması prosesi (üzvi maddələrlə zənginləşməsi).
EV HEYVANLARI – insanın yetişdirdiyi heyvan növləri.
Heyvanların əhliləşdirilməsinin əhəmiyyəti onlardan alınan iqtisadi
fayda olmuşdur. E.h.-na əsl qaramal, qoyun, keçi, şimal maralı, dəvə,
lama, camış, yak, qayal, at, donuz, it, pişik, adadovşanı, toyuq, ördək,
qaz, hindtoyuğu, göyərçin, bal arısı, tut ipəkqurdu, gölməçə və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
167
akvariumlarda yetişdirilən bəzi balıqlar, “dekorativ” quşlar, laboratoriya
heyvanları aiddir. Bax. əhliləşdirmə.
EVFOTİK ZONA – su hövzəsinin bitkinin fitosintez fəaliyyəti üçün
işıqlanmanın (işığın) kifayət qədər olan üst zonası. Dünya okeanında
E.z.-da su qatının qalınlığı orta hesabla 200m təşkil edir.
EVOLYUSİON, (TƏKAMÜL) EKOLOGİYA – ekologiya
elminin bir bölməsi, xarici mühit amilləri, həmçinin biosenoz və
ekosistemlərin evolyusiyası ilə əlaqədar növlərin evolyusiyasını tədqiq
edir.
EVOLYUSİYANIN (TƏKAMÜLÜN) SÜRƏTİ – vahid zamanda
evolyusiya (təkamül) dəyişməsinin məcmusu. Vaxtın ölçü vahidi kimi
geoloji (yaxud milyon illərlə) və ya bioloji vaxtdan (nəsillərin sayı)
istifadə etmək olar.
EVRİBAT ORQANİZMLƏR (evri...və yun. Bathos - dərinlik) –
geniş diapozonda şaquli yayılmış, yəni müxtəlif dərinliklərdə yaşaya
bilən su heyvanları. E.o.-a dənizin müxtəlif şaquli zona dərinliklərində
yayılmış, həmçinin geniş şaquli miqrasiya edən heyvanlar aiddir.
EVRİBİONTLAR – Ətraf mühitin geniş dəyişilmiş şəraitində
yaşayan heyvan və bitkilər. Məs., dəniz litoralında yaşayanlar suyun
çəkilməsi zamanı müntəzəm qurumaya, yayda yüksək, qışda isə aşağı
temperatura (evriterm heyvanlar); çay estuarilərində yaşayanlar isə
suyun şorluğunun xeyli dəyişilməsinə dözə bilir (evriqalin heyvanlar).
Növün evribiontluğu onun anabioz (bir çox bakteriyalar, bir sıra
bitkilərin spor və toxumaları və s.) və qış yuxusu (bir sıra gəmiricilər)
halında əlverişsiz şəraitə dözmək qabiliyyəti ilə artır.
Parazit ibtidailərin osistləri, bəzi sap qurdların sürfə və yumurtaları
güclü donmaya, qurumaya dözümlü, zəhərlərə davamlıdır; bu onların
yaşamaq qabiliyyətini uzun müddət saxlamağa imkan verir.
EVRİFAQLAR – evritrof orqanizmlər, allofaqlar, hər şey yeyənlər
– geniş spektrli qida obyektli orqanizmlər (məs. bir çox həşəratlar,
onların sürfələri, muflon (vəhşi qoç) və s. 100-200 bitki növü ilə
qidalanırlar. E. az qidalanmağa dözümlü olur, qidalandığı bitkilər geniş
ərazilərdə yayıldığından qida axtarmağa bəzən böyük miqdar enerji
itirir.
EVRİXOR NÖVLƏR (evri və yun. Chora - ərazi) – Yer kürəsində
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
168
geniş yayılmış və müxtəlif biotoplarda yaşayan bitki və heyvanlar.
EVRİXRON ORQANİZMLƏR – bütün ilboyu və ya ilin çox
hissəsi aktiv olan heyvanlar. Mağaralarda, okeanın dərinliklərində
yaşayan heyvanlar və köçəri quşlar E.o. sayılır.
EVRİHİQROBİONT – mühitin rütubətliyinin çox dəyişməsinə
davam gətirən orqanizm.
EVRİQAL ORQANİZMLƏR (evri... və yun. gals - duz) – mühitin
duzluluğunun və kimyəvi tərkibinin çox dəyişməsinə dözən
orqanizmlər.
EVRİİON NÖVLƏR – pH mühitinin çox dəyişməsinə davam
gətirən növlər (bəzi milçəklər, kiçik xərçənglər pH-ın 2-dən 10 arasında
dəyişməsinə davam gətirir).
EVRİOKSİBİONTLAR – suda oksigenin çox dəyişməsinə davam
gətirən orqanizmlər.
EVRİTERM ORQANİZMLƏR, EVRİTERMOBİONTLAR –
müxtəlif temperatur şəraitində yaşamağa uyğunlaşan və temperaturun
böyük tərəddüdünə davam gətirən mikroorqanizmlər, bitkilər və
heyvanlar. E.o.-ə yüksək və mülayim enliklərdə yaşayan bir çox quş
növləri və məməlilər daxildir.
EVRİTERMOFİLLƏR – geniş diapazonlu temperatur faktoru
şəraitində (10... 40
°) yaşamaq qabiliyyətinə malik olan orqanizmlər
(adətən heyvanlar).
EVRİTOP ORQANİZMLƏR – ən müxtəlif yerlərdə yaşayan bitki
və heyvan növləri. E.o.-in arealı, adətən çox genişdir. Ən müxtəlif
substratlarda bitən adi şam ağacı, eldar şamı, qamış, sürünən ayrıq,
heyvanlardan adi dağ siçanı, canavar, tülkü və s. E.o-ə aiddir.
EVTROF GÖL – çox dərin olmayan (10-15 m-ə qədər) yüksək
bioloji məhsuldarlığa malik olan düzənlik gölləri. Yayda bu göllərdə
kütləvi şəkildə fitoplankton (qismən göy-yaşıl yosunlar) inkişaf edir,
uyğun olaraq bakterial, zooplankton və balıq da bol olur. E.g.-ün qruntu
lilli olub, suyu az duru, suyun rəngi yaşıldan qonur-yaşıl rəng arasında
dəyişir.
EVTROF ORQANİZMLƏR – yalnız qida maddələri ilə zəngin
olan torpaq və su hövzəsi şəraitində normal inkişaf edə bilən
orqanizmlər. Məs. palıd, fıstıq, vələs, göyəm, göyrüş humusla və
mineral qida maddələri ilə zəngin olan torpaqlarda yaxşı bitir.
EVTROF SU HÖVZƏSİ – biogen maddələr və planktonla zəngin
olan su hövzəsi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
169
EVTROFİKASİYA (ev... yun. trophe – qida və fikasiya) –
antropogen və ya təbii faktorların təsirilə suda biogen elementlərin
toplanması nəticəsində su obyektlərinin (su hövzələrinin) bioloji
məhsuldarlığının artması. Antropogen E. çirkab sularının, həmçinin
kübrələnən tarlalardan axıdılan səth suların su hövzələrini biogen
maddələrlə zənginləşdirməsi nəticəsində baş verir, bu isə suyun
«çiçəklənməsi»”, çirklənməsi və onun keyfiyyətinin kəskin pisləşməsinə
səbəb olur.
EVTROFİYA – qida maddələri ilə doymuş.
ELEVİUM (ELYUVİ) – əmələ gəldikləri yerdə (ana süxurlar
üzərində) qalan aşınma məhsulları. Bunlar tədricən ana süxurlara keçir.
E. təbəqə (qat) əmələ gətirmir, müxtəlif ölçülü qırıntı dənələrindən
ibarət olur. E. üfüqi və ya azmeylli səthlərdə yığılaraq aşınma qabığı
əmələ gətirir.
ELEKTROFİZİOLOGİYA – fiziologiyanın bölməsi: elektrik
hadisələrini (bioelektrik potensialları) və onların canlı orqanizmlərin
müxtəlif fəaliyyət növündə əhəmiyyətini öyrənir. Hazırda E. eyni
zamanda fiziologiya, psixologiya, həmçinin biofizika və tibb elmlərinin
bir çox bölmələrinin metodiki bazası hesab olunur.
ELEKTROGEN FAKTOR – anadangəlmə eybəcərlik əmələ
gətirən maddə (maddələr qrupu (məs. pestisidlər, ağır metallar,
radionuklidlər).
ELEKTROMAQNİT ÇİRKLƏNMƏSİ – mühitin elektromaqnit
xassələrinin modifikasiyası zamanı baş verən antropogen və ya təbii
fiziki çirklənməsi (yüksək cərəyanlı elektrik ötürən xətlər, bə’zi sənaye
qurğularının işi, təbii hadisələr – maqnit qasırğası və s.-nin tə’sirilə).
E.ç. yerli və qlobal geofiziki anomaliyaya, həm orqanizmin, həm də
təbii və antropogen qrupların daxilində bioloji proseslərdə dəyişkənliklə
nəticələnə bilər.
ELEKTROMAQNİT ŞÜALANMASI – havada uzaq məsafəni
qət edən və maddələrə asan hopan ionlaşmış qamma – şüalanma və ona
yaxın rentgen şüalanması. Qamma – şüalar canlı toxumalara asınlıqla
hopur: onlar orqanizmə girərək ona tə’sir göstərmir və ya öz yolunda
ionlaşma törədə bilir. Onların tə’siri enerjisinin doza və xarakterindən,
həmçinin orqanizmlə şüalanma mənbəyindən olan məsafədən asılıdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
170
Ə
ƏCDAD – çoxlu bitki sortları və heyvan cinsləri yaratmaq üçün ilk
material rolunu oynamış vəhşi heyvan və yabanı bitki növləri.
ƏCZAÇILIQ – dərman maddələrinin tədqiqi, istehsalı, saxlanması,
hazırlanması və buraxılması problemlərini öyrənən kompleks elmi-təcrübi
fənn. Dərman maddələrini hazırlayan elmi-tədqiqat institutları,
laboratoriya və müəsissələr, dərman bitkilərinin toplanması və emalı ilə
məşğul olan idarələr, apteklər və anbarlar, analitik laboratoriyalar Ə.
müəsissələrinə daxildir.
ƏDVİYYAT BİTKİLƏRİ – orqanlarında ətirli və dadlı maddələr
olan bitkilər. Bu orqanlar qidaya kəskinlik, xüsusi dad və ətir vermək,
həmçinin iştahını artırmaq, mədənin fəaliyyətini yaxşılaşdırmaq üçün
ədviyyat kimi işlədilir. Azərbaycanda əsasən, ot formasında olan Ə.b.
bitir və becərilir; ən geniş yayılanı şüyüd, cəfəri, kərəviz, dağkeşnişi,
vəzəri, kəvər, reyhan, bədrənc, nanə, soğan, sarımsaq, zəfəran və s.-dir.
ƏHALİ – Yer kürəsində, yaxud konkret ərazi, qitə, ölkə, rayon,
şəhər və s.-də yaşayan adamların cəmi. Ə.-nin tədqiqi ilə demoqrafiya
elmi məşğul olur.
ƏHALİ COĞRAFİYASI – iqtisadi coğrafiyanın əhalinin tərkibini,
yerləşməsini, məskunlaşmasını və yaşayış məntəqələrini öyrənən sahəsi.
Ə.c. müxtəlif ərazilərdə əhalinin formalaşmasını, strukturunu, sayını,
sıxlığını, yerləşməsini və bir çox başqa məsələlərini tədqiq edir.
Azərbaycan MEA Coğrafiya in-tunda Ə.c. şöbəsi var.
ƏHALİ MİQRASİYASI – insanların yaşayış yerini dəyişməsi ilə
əlaqədar (bir yerdən başqa yerə köçməsi) xarici (qitələrarası və
dövlətlərarası), daxili (rayonlararası) və kənd yerlərindən şəhərlərə
köçmək. Ə.m. iqtisadi səbəblə yanaşı, siyasi hadisələrlə əlaqədar da baş
verə bilər (dövlət sərhədlərinin dəyişməsi, müharibələr).
ƏHALİNİN SANİTARİYA VƏZİYYƏTİ – əhalinin sağlamlığını
səciyyələndirən göstəricilər kompleksi.
ƏHALİNİN SIXLIĞI – konkret ərazinin məskunlaşma dərəcəsi;
vahid sahədə sakinlərin sayı (adətən 1 km
2
-də). Bu düsturla təyin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
171
olunur: Ə.s.=
Q
P
, burada P – ərazidə daim yaşayanların sayı; Q –
ərazinin (daxili su hövzələri müstəsna olmaqla) sahəsi.
ƏHLİLƏŞDİRMƏ – vəhşi heyvanların ələ öyrədilməsi və bunların
ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla
çoxaldır və əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə
edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl
başlanılmışdır, Ə. cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında
mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır.
ƏKİN DÖVRİYYƏSİ – əkinçilik sisteminin mühüm hissəsi olub
tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı
dəyişdirilməsi. Üç cür Ə.d. ayrılır: tarla, yem və xüsusi. Tarla Ə.d.-də
əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq
və s.) tutur. Yem Ə.d.-də özünəməxsus şərait və aqrotexnika tələb edən
bitkilər (tərəvəz, tütün, düyü və s.) becərilir. Su və külək eroziyasına
məruz qalmış rayonlarda torpaqqoruyucu Ə.d. tətbiq edilir. Kənd
təsərrüfatı bitkiləri və herik şumunun nisbətinə görə Ə.d. tipləri
aşağıdakı növlərə bölünür: taxıl-herik, taxıl-herik-cərgəarası becərilən,
taxıl-cərgəarası becərilən, taxıl-ot-cərgəaraları becərilən, ot-cərgəaraları
becərilən, sideral. Ə.d.-də bitkilərin vaxtaşırı dəyişdirilməsi bitkinin
rütubət və qida ilə təmin olunmasına şərait yaradır. Torpağın
münbitliyini artırmaqda çoxillik paxlalı bitkilər xüsusi rol oynayaraq
torpağın fiziki xassələrini yaxşılaşdırır. Çoxillik bitkilərin, taxılın
cərgəaraları becərilən bitkilərlə zolaqlarla becərilməsi eroziya
təhlükəsini azaldır.
Ə.d. alaq otları ilə, kənd təsərrüfatı bitkilərinin ziyanvericilərilə və
xəstəlik törədənlərlə mübarizədə mühüm vasitə hesab olunur.
ƏKİNÇİLİK – 1) kənd təsərrüfatının ərzaq və yem bitkiləri, texniki
bitkilər və s. becərilməsi ilə məşğul olan ən mühüm sahələrindən biri; 2)
aqronomiyanın kənd təsərrüfatı bitkilərinin becərilməsinin ümumi
üsullarını öyrənən və torpaqdan səmərəli istifadə etmək, yüksək və sabit
məhsul almaq üçün torpağın münbitliyini yüksəltmək üsullarını işləyib
hazırlayan bölməsi.
ƏKİNÇİLİK SİSTEMİ – torpağın münbitliyini artırmaq, ondan
səmərəli istifadə etmək məqsədi ilə, yerli təbii-iqtisadi, torpaq-iqlim
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
172
şəraitinə uyğun tətbiq olunan texnoloji, meliorativ və təşkilati tədbirlər
kompleksi.
ƏKS-SƏDA – hər hansı bir maneədən qayıdan və müşahidəçi
tərəfindən qəbul edilən dalğa (akustik, elektromaqnit).
ƏMƏYİN ELMİ TƏŞKİLİ – elm və texnikanın, əməyin
gigiyenasının nailiyyətləri əsasında əməyin təşkilinin yaxşılaşdırılması.
ƏRAZİ EKSPANSİYASI – bəzi növlərin yad ərazilərdə boş
yerlərdə və ya digər növlərin (aborigenlərin) məskunlaşdığı yerlərdə
kütləvi surətdə çoxalması (artması). Məs. çəyirtkələrin, kolorada
böcəyinin, ağ amerika kəpənəyinin, gəmiricilərin, alaq otlarının, göy-
yaşıl yosunların basqını. Ə.e. akklimatizasiya zamanı baş verə bilər,
belə ki, 1859-cu ildə Avropadan Avstraliyaya 24 krolik fərdi gətirildi, o
olduqca qısa vaxt geniş əraziləri tutub bitki örtüyünün (aborigen
növlərin yem bazasının) məhv edilməsinə səbəb oldu. Amerika zooloqu
Ç.Elton (1958) Ə.e.-nı “bioloji bomba” adlandırmışdır.
ƏRAZİNİN MƏNİMSƏNİLMƏSİ – əvvəllər bilavastə istismar
olunmayan sahələrin təsərrüfat məqsədilə, yol tikilməsində, yaşayış
yerlərinin salınmasında istifadəsi. Ə.m.-nin əsas əlaməti, adətən,
əhalinin yerləşməsi sayılır.
ƏRAZİNİN SANİTARİYA MÜHAFİZƏSİ – ölkəyə karantin və
infeksiya xəstəliklərinin keçirilməsi və yayılmasının qarşısını almaq
üzrə tədbirlər kompleksi.
ƏRAZİNİ SUBASMA – təbii (bol yağmur, çayın daşıb aşması,
dənizin qabarması) və antropogen (müxtəlif hidrotexniki qurğuların
tikilməsi, suvarma sistemi, İES, süni nohur və s.) səbəblərdən ərazini
subasması.
ƏSAS İONLAR – təbii sularda kəmiyyətcə üstünlük təşkil edən
ionlar. Bura adətən xlorid, sulfat, hidro-karbonat, kalsium, maqnezium,
natrium, kalium ionları aiddir. Abiotik ekoloji amillər kimi mühüm rol
oynayır.
ƏSAS QİDA – heyvanların mədəsində üstünlük təşkil edən
(toplanan) qida.
ƏSRLİK RİTMİKA, İQLİMİ RİTMİKA – uzun illər ərzində
günəş aktivliyinin dövrü dəyişməsi və iqlimin illik dəyişməsi ilə
əlaqədar bitki qruplaşmasının dəyişməsi. Meşə, çöl və yarımsəhra
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
173
biosenozlarında biokütlənin artımının böyük həcmdə dəyişməsi ilə ifadə
olunur ki, onların məhsuldarlığı orta çoxillikdən 1,5-2,0 dəfə kənara
çıxa bilər. Çəmən qruplaşmalarında əsrlik dəyişmələr o qədər böyük ola
bilər ki, hətta onların digər assosiasiya dərəcəsinə keçməsi haqda
təsəvvür yaranır.
ƏTRAF MÜHİT – orqanizmlərin bitmə şəraiti, maddələr
mübadiləsi və energiyası, onların ətraf aləmlə birliyi. Ayrılır: digər
orqanizmlərin daxilində yaşayan endoparazitlərin mühiti intral (daxili)
mühit; ekzal mühit (digər orqanizmlərin bədəninin xaricində yerləşən
örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit;
biosenotik mühit-biosenozun bütün biotalarında yaranan mühit; xarici
mühit-biosenozların xaricində yerləşən mühit.
– aqressiv m. – təmasda olduğu elementə dağıdıcı təsir göstərən
mühit.
– dispers m. – dispers sistemin fasiləsiz fazası, həcminə görə dispers
faza paylanır.
– turş m. – hidrogen göstəricisi (pH) 7-dən aşağı olan mühit.
– susuz m. – tərkibində su olmayan və ya həlledici komponent kimi
su olan mühit.
– neytral m. – hidrogen göstəricisi (pH) 7-ə bərabər olan mühit.
– qida m-ti – mikroorqanizmlər yetişdirilən maye və ya bərk qarışıq.
– təbii m. – texnoloji fəaliyyətin məhsulu olmayan ətraf mühitin bir
hissəsi.
– qələvi m. – hidrogen göstəricisi (pH) 7-dən artıq olan mühit.
Dostları ilə paylaş: |