FİLLOBİONT (Phyllon - yarpaq) – ağac və koların yarpaqlarında,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
184
çətirlərində yaşayan orqanizmlər.
FİLLOFAQLAR – Yarpaqla qidalanan heyvanlar ( bir çox
həşəratlar, onların sürfələri, qurdlar və s.).
FİLOGENEZ – (yun. phulon –nəsil, genez-mənşə) bitki və
heyvanların tarixi inkişaf prosesi.
FİLLOKLADİLƏR – bitkilərdə yarpaq funksiyasını daşıyan şəklini
dəyişmiş zoğlar. F., əsasən, quraq yerlərdə yayılmış müxtəlif fəsilədən
olan bitkilərdə təsadüf edilir (məs., tikanlı bizotunun, bir çox
kaktusların, danaya kolunun zoğları).
FİLTRATORLAR – xüsusi süzücü ağız apparatının köməyi ilə
sudan aldığı kiçik plankton orqanizmlər və asılı hissəciklərlə (detrit)
qidalanan su heyvanları. F-ra bir çox malyusklar, xənçəngkimilər,
yastıbağırsaqlar, balıqlar və s. aiddir. Onlardan bəzilərinin (məs., midi)
çirklənmiş suyun təmizlənməsində rolu böyükdür.
FİTOBENTOS, dib florası, bitki bentosu – su hövzələrinin dibində
yaşayan bitki orqanizmlərinin məcmusu. F.-un tərkibi (əsasən yosunlar)
suyun axarından, duzluluğundan, temperaturundan və s. faktorlardan
asılıdır.
FİTOBİ (fito və yun. bios - həyat) – xırda heyvanların yaşıl
bitkilərin üzərində yaşadığı yer. F. ekosistemdə müxtəlif biohorizontda
yerləşə bilər: yarpaqlarda (fillobi), çiçəklərdə (antobi), mamırlarda
(bropi) və s. Termini V.A.Doqel (1924) təklif etmişdir.
FİTOBİOLOGİYA – bitki biologiyasını (anatomiya, morfologiya,
sistematika, coğrafi yayılması, ekologiyası və s.) öyrənən kompleks
botanika elmi.
FİTOBİOTİK ORQANİZM – bitkinin üstündə saprofit kimi
yaşayan orqanizmlər.
FİTOCOĞRAFİ VİLAYƏT – coğrafi mənşəyi, inkişafı, yayılması
birliyi nöqteyi nəzərincə iri floristik bölmə.
FİTOCOĞRAFİYA – Bax: bitki coğrafiyası.
FİTOEDAFON –torpaqda yaşayan bitki orqanizmlərinin məcmusu
(birhüceyrəli yosunlar, bakteriyalar, göbələklər).
FİTOFAQLAR – Bitkilərlə qidalanan heyvanlar. Bura əsasən
daxildir: dırnaqlılar, gəmiricilər, çoxlu cücülər, o cümlədən karpofaqlar
(meyvəni yeyir), ksilofaqlar (oduncağı) rizofaqlar (kök sistemini, kö-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
185
kümsovu, soğanağı), mikofaqlar (məs. gənələrin sürfələrini,
göbələklərin qiflərini yeyir). Bitki ilə qidalanan onurğalıların çoxu (məs.
gəmiricilər, dənyeyən quşlar) heyvan mənşəli qidaları, onurğasızları da
yeyirlər.
FİTOFİL GÖBƏLƏKLƏR – ali bitkilər üzərində parazit və ya
saprofit həyat tərzi keçirən göbələklərin böyük bir qrupu.
FİTOFİLLƏR – 1) əsasən bitkilər üzərində yaşayan bitki və heyvan
orqanizmləri. Bitkilər həmin orqanizmlər üçün həm də qorunmaq,
ovlama və qida vəzifəsi daşıyır. 2) Adətən bitki üzərində kürü tökən
(çox vaxt zəif axın olan yerlərdə) balıqlar (çəki balığı, sazan, çapaq
balığı, qırmızı üzgəcli balıq).
FİTOFİZİOLOGİYA – bitki orqanizmində gedən fizioloji
prosesləri öyrənən elm.
FİTOGEN ORQANİZM – bitki mənşəli orqanizm.
FİTOGEN SUKSESSİYA – ekosistemin təbii biogen suksessiya
formalarından biri; bitki örtüyünün dəyişməsi digər səbəblərdən baş
verir (məs., insanın yad bitki növlərini gətirməsilə).
FİTOGENETİKA – bitki genetikası.
FİTOGENEZİS – bitkinin tarixi (təkamül) və ontogenetik inkişafı.
FİTOKİMYA – biokimyanın bölməsi: bitkinin kimyəvi tərkibini
öyrənir.
FİTOKLİMAT (fitoiqlim) – Bitkilər arasında (ot örtüyündə, ağac
çətirlərində) yaranan meteoroloji şərait. Bitki örtüyünün növündən,
yaşından, sıxlığından asılı olaraq işıqlanma dərəcəsi, küləyin gücü,
torpağın, havanın temperaturu və nəmliyi dəyişir. Açıq sahədə bu
göstərilən iqlim elementləri kəskin dəyişir. F. bitki örtüyünün
iqlimdəyişmə xüsusiyyətini, kənd təsərrüfatı bitkilərinin bitmə şəraitinə
və tarlada onları yetişdirmə texnologiyasına əsaslandırmağa qiymət
vermək üçün öyrənilir.
FİTOKÜTLƏ – Bitkilərin canlı üzvi maddələrinin ümumi miqdarı;
quru, yaxud su ərazisi fitosenozunun yerüstü və yeraltı sferasında
toplanır. F.-ni əmələ gətirən yerüstü sferaya birillik (yarpaqlar,
assimilyasiyaedici zoğlar, çiçəklər, meyvələr və s.) və çoxillik orqanlar
(ağacların gövdə və budaqları, yarımkol və sarmaşıqların oduncaqlaşmış
zoğları); yeraltı sferaya kök, kökümsov, kökyumrusu, soğanaq daxildir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
186
F.-nin formalaşmasında ibtidai bitkilərin tallomu və rizoidlər də iştirak
edirlər.
FİTOLOGİYA – bitkinin morfologiyası, anatomiyası, fiziologiyası
və ekologiyasını öyrənən kompleks elm.
FİTOMELİORASİYA – Bitki qruplaşmalarının istifadəsini nizama
salmaq, həmçinin meşə zolaqlarının, ot səpinlərinin yaradılması və s.
yolu ilə təbii şəraitin yaxşılaşdırılması üzrə tədbirlər sisteminin
keçirilməsi. F.-nı aşağıdakı sahələrə ayrılır: humanitar F. (insanın fiziki
və mənəvi vəziyyəti üçün mühitin sağlamlaşdırılması), təbiəti
qorumaqla (biosenozları saxlamaq və yaxşılaşdırmaq), bioməhsuldar
(məhsulun kəmiyyətini artırmaq) və mühəndis (yol və hidrotexniki)
qurğuların istismar şəraitinin yaxşılaşdırılması.
FİTOMÜHİT (fitosenotik mühit)
FİTONOMİYA – botanikanın bölməsi: bitkinin mənşəyi və
inkişafını öyrənir.
FİTONSİDLƏR – Bitkilərin əmələ gətirdiyi, bakteriyaların,
mikroskopik göbələklərin, ibtidailərin böyüməsini və inkişafını saxlayan
bioloji aktiv maddələr. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı
bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir,
bununla da havanı saflaşdırır. Aydın olmuşdur ki, təbiətdə fitonsid
hadisəsi geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər
bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dəniz və göllərin
suyunda da fitonsidli bitkilərə rast gəlinir. Ağaclar daha çox fitonsid
xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə,
tozağacı meşələri xəstəlik törədən virusları, mikrobları aloye, sarımsaq,
soğan və istiotdan da tez məhv edir. Fitonsid buraxan 40-a qədər ağac
və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus
təsiredici xassəsi vardır. Şam ağacının F-i vərəm xəstəliklərinin sağal-
masına kömək edir. Ağ şamın F-i difteriya mikroblarını qırır, qovağın
və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının
F-i difteriya, göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə
öldürücü təsir göstərir. Ağcaqayın, qovaq, tozağacı, sərv F.-i 20-25,
şam, ardıc və dəfnə 15, qoz 18, vələs və saqqız 7-8, palıd və
qaraçöhrənin F-i isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə
qabildir. F. bitkilərdə təbii immunitet amillərindən biridir. Antimikrob
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
187
xassələrinə görə F. – tibbdə, baytarlıqda, bitkilərin mühafizəsində
istifadə olunur. Tibbdə soğan, sarımsaq, qatıqotu və tərkibində F. olan
başqa bitkilərdən alınmış preparatlar irinli yaraların, trofik xoraların və
s. xəstəliklərin müalicəsində istifadə edilir. Tərkibində F. olan bir sıra
bitkilər mədə-bağırsaq traktının, ürək fəaliyyətinin hərəkəti və sekretor
fəallığını stimullaşdırır.
Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq
üçün də fitonsidlərdən istifadə olunur. «Fitonsidli” kağızlara» bükülmüş
alma, armud, limon, naringi və s. meyvələr 1,5-2,5 dəfə az xəstəliyə
tutulur. Bitkilərin fitonsid xassələri konserv istehsalında da kara gəlir.
Bu məqsədlə soğan, sarımsaq, şüyüd, dağ keşnişi, razyana, xardal,
darçın, dəfnə yarpağı, kərəviz, çuğundur, pomidor, qatıqotu kökü və s.
istifadə olunur. Onlar konservləri sterilizasiya edərək mikroblardan
zərərsizləşdirir.
Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəsi maddələri
deyil, onların gövdəsinin, meyvə və giləmeyvələrinin şirələri də güclü
antimikrob, yəni fitonsid xassələrinə malikdir. Aydın olmuşdur ki, tünd
rəngli meyvə və giləmeyvələrin şirələri daha çox antimikrob xassəsi
daşıyır.
FİTONSİD REAKSİYASI – ali bitkilərin fitonsidlərin köməyilə
mikroorqanizmlərə təsiri.
FİTOPLANKTON – su qatının günəş enerjisi olan hissəsində
(dünya okeanında orta hesabla 200 m dərinliyə qədər) yayılan
planktonun bitki hissəsi (evfotik zona). F. su hövzələrində üzvi
maddələrin əsas ilk produsenti olub onun hesabına su heterotrof
orqanizmləri mövcuddur. F.-nun biokütləsinin cəmi zooplanktonun
biokütləsinə nisbətən kiçikdir (uyğun olaraq 1.5 və 21.5 mlrd. t), lakin
tez parçalandığından Dünya okeanında onun məhsulu 550 mlrd. t təşkil
edir (okeanın bütün heyvanat məhsullarından təxminən 10 dəfə artıq).
FİTOPOTOLOGİYA – Bitki xəstəlikləri, onların profilaktikası və
ləğv edilməsi üsullarını öyrənən elm. Ümumi və xüsusi hissəyə
böülünür. Ümumi F. xəstəlik törədiciləri, onların başvermə səbəbini və
şəraitini, inkişaf və yayılma qanunauyğunluqlarını, xəstə orqanizmdə
anatomik, fizioloji dəyişkənlikləri, bitki immuniteti və karantini
məsələlərini öyrənir. F.-ya kənd təsərrüfatı F.-sı, ağac və kolların
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
188
xəstəliklərini öyrənən meşə F.sı, dekorativ bitkilərin F.-sı aiddir.
FİTOPSAMMON – su hövzələrinin qruntunda və ya qumlu
sahilində yaşayan bitkilərin məcmusu (əsasən yosunlar, bakteriyalar).
FİTOSENOGENEZ – bitki qruplaşmalarının fomalaşması və
inkişafı prosesi. Termini V.B.Soçava (1974) təklif etmişdir.
FİTOSENOLOGİYA – Fitosenozlar (bitki qruplaşmaları) haqda
təlim: geobotanika və biosenologiyanın bölməsi.
FİTOSENOTİK MÜHİT, fitomühit – orqanizmlərin birgə təsiri,
onların edasferinin inteqrasiyası ilə yaranan fitosenozun daxili mühiti.
F.m.-in elementlərinə intensivliyi və tərkibi ilə dəyişkən olan işıq və
istilik rejimi, bununla əlaqədar dəyişən havanın rütubətliyi və tərkibi
(fitonsidlərin mövcudluğu, CO
2
-in çox olması), torpaq, onun humusu və
digər üzvi birləşmələri daxildir.
FİTOSENOTİK OPTİMUM – bax: Növün optimumu.
FİTOSENOTİK PROSES – ətraf mühitdən günəş enerjisinin və
qida maddələrinin bitkilər tərəfindən bitki kütləsinə (biokütlə)
çevrilməsi.
FİTOSENOTİK RELİKTLƏR – Bitki qruplaşmaları və
landşaftların keçmiş (qədim) suksessiya mərhələlərindən indiki dövrə
qalmış növlər və ya qruplaşmalar. F.r., sindinamikanı öyrənən
informativ əlamətlərdir. Adətən F.r.-in tutduğu ərazi kiçik olur.
FİTOSENOZ, bitki qruplaşması – Nisbətən oxşar sahədə bir-
birilə, heyvan və ətraf mühitlə mürəkkəb qarşılıqlı əlaqədə olan bitki
orqanizmlərinin məcmusu. Bitki növlərinin müxtəlif qruplarının F.-dakı
rolu eyni deyildir; buna baxmayaraq F.-u yaradan bitkilər öz həyat
fəaliyyəti prosesində mühiti dəyişir. Onlar özləri üçün zəruri olan
ehtiyatlardan (işıq, su və s.) istifadə edir, mübadilə məhsullarını ətraf
mühitə buraxır, əsas fitoiqlimin formalaşmasına kömək edir. F. biosenoz
və biogeosenozun (ekosistemin) bir hissəsidir. Heç bir F. daimi deyil,
gec və ya tez başqa F. ilə əvəz olunur.
FİTOSENOZDA BİTKİLƏRİN ƏLAQƏSİ – Fitosenozu açıq
qruplaşmalardan fərqləndirən keyfiyyət. F.b.ə.-nin səviyyəsi müxtəlif
bitki tiplərində müxtəlif olub yüksək (çətirləri birləşmiş-sıx meşəlik) və
aşağı (səhra) olur. F.b.ə. bir növün fərdləri arasında ola bilər. F.b.ə.-ni
ayırırlar: antoqonizm, rəqiblik, birtərəfli mühit yaratmaq (amenealizm),
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
189
birbaşa fizioloji (parazitizm, yarımparazitlik), mexaniki (bitkilərin bir-
birinə təzyiqi və s.) allelopatiya.
FİTOSENOZUN MOZAİKLİYİ – Relyefin fitogen, zoogen,
ekzogen (bəzi bitki növlərinin yanında qumun toplanması) və
antropogen dəyişilməsilə əlaqədar qruplaşmalarda iki və daha çox
parselin bərabər paylanması nəticəsində müxtəlif tərkibliyin yaranması:
bəzən dövrü dəyişilmələrlə əlaqədar olur (məs. qum qruplaşmalarında).
Hər parsel tipi bəzi torpaq xüsusiyyəti daşıya bilər.
FİTOSENOZUN STABİLLİYİ, biosenozun davamlılığı –
Biosenozu prosenozlardan fərqləndirən xüsusiyyətlər olub yaxşı inkişaf
edən mürəkkəb struktura malikdir (çox miqdarda biohorizontlar var).
Klimaks biosenozlar daha davamlı olur (məs. fıstıq, palıd meşə
ekosistemləri, alp, subalp çəmənləri).
FİTOSENOZUN STRUKTURU – bitki qruplaşmasının əsasən
üfiqi və şaquli hissələrə bölünməsi (qat, yarus).
FİTOSENOZUN ŞAQULİ STRUKTURU (quruluşu) – F.ş.s.-nun
əsas elementi yarus sayılır. Bir qayda olaraq müxtəlif yaruslar müxtəlif
həyatilik formalarından təşkil olunur. Aşağıdakı yaruslar mövcuddur:
ağac yarusu, kol yarusu, ot və ya ot-kolcuq yarusu, mamır-şibyə yarusu.
Yarusdan kənar bitkilər də vardır, məs. sarmaşıqlar, epifitlər və s.
FİTOSENOZUN TƏSVİRİ – Fitosenozun əsas xüsusiyyətlərinin,
əsasən növ tərkibinin bu və ya digər dərəcədə qısa qeydə alınması.
FİTOSFER (fitogeosfer) – Mühit şəraiti əsasən yaşıl bitkilərlə mü-
əyyən edilən – Yer səthindən 150 m hündürlükdə hava qatı, torpaq və
torpaqaltı qat.
FİTOTERAPİYA – Bitki və çiçəklərin ətri ilə aparılan müalicə
üsulu. Orqanizmə təsiri qoxu orqanları vasitəsilə və neyrohumoral
yollardır. Ürək-damar, hipertoniya, ateroskleroz, sinir sisteminin
müxtəlif funksional xəstəliklərində təyin edilir.
FİTOTOKSİNLƏR – bitkiyə toksik təsir göstərən və onun
metabolizmini poza bilən təbii və ya süni mənşəli maddələr.
FOTOTROFLAR – Fotosintezedən orqanizmlər (avtotroflar) –
fototrof bakteriyalar, yosunlar və ali bitkilər.
FİTOZOOFAQLAR – həm bitki, həm də heyvan yemi ilə
qidalanan heyvanlar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
190
FİZİKİ AMİL (yun. physis - təbiət) – bu amilin mənbəyi ətraf
mühitin fiziki vəziyyəti və ya hadisəsi hesab olunur (dalğa, mexaniki və
s.).
FİZİKİ COĞRAFİYA – Yerin coğrafi qatı və onun struktur
hissələri haqqında elm. Əsasən, yerşünaslıq və landşaftşünaslıq
hissələrinə bölünür. Bundan əlavə F.c.-ya paleocoğrafiya da aid edilir.
F.c. elmləri qrupuna təbii mühitin ayrı-ayrı komponentlərini öyrənən
elmlər – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya,
qlyasiologiya, geokriologiya, torpaq coğrafiyası, biocoğrafiya daxildir.
F.c.-nın əsas vəzifələri Yerin qatları arasındakı enerji və kütlə
mübadiləsini, həmin qatların struktur dəyişkənliyini, rütubət dövranını,
bioloji məhsuldarlığını, təbii-ərazi komplekslərini və onlardan səmərəli
istifadə yollarını və s. öyrənməkdən ibarətdir.
FİZİKİ COĞRAFİ QURŞAQLAR, TƏBİİ QURŞAQLAR –
fiziki-coğrafi rayonlaşdırmanın yüksək taksonomik vahidləri; coğrafi
qabığın ən iri bölgüsü. İstilik balansına görə bu və ya digər dərəcədə bir-
birinə yaxın olan bir neçə coğrafi zonadan təşkil olunur.
V.V.Dokuçayevin «Təbii tarixin zonaları»” anlayışına uyğun gəlir.
Aşağıdakı fiziki-coğrafi qurşaqlar ayrılır: arktik, subarktik, mülayim,
subtropik, tropik, ekvator. Ekvator qurşağı istisna olmaqla bütün
qurşaqlar Şimal və Cənub yarımkürələrdə simmetrik olaraq təkrar
olunur.
– Antarktika qurşağı – Yerin ən cənub coğrafi qurşağı olub
Antarktidanı, ona yaxın adalar və akvatoriyaları cəmləşdirir. A.q.-nın
sərhədi ən isti ayın 5
°C izotermindən keçir. Sərt iqlimi, uzun qütb
gecəsi, quruda buz səhralarının üstünlüyü ilə səciyyələnir. A.q-da həyat
olduqca kasatdır, yalnız buzdan azad olan sahələrdə (arktika
oazislərində) bəzən mamır, şibyə və yosunlara təsadüf olunur.
– Arktika qurşağı – Yerin ən şimal coğrafi qurşağı olub Arktikanın
geniş hissəsini tutur. Sərhədi ən isti ayın 5
°C izotermindən keçir. Uzun
qütb gecəsi, okean səthindən aşağı temperaturla səciyyələnir. Quruda
buz və daş arktika səhraları, bəzən arktiki mamırlı-kollu tundra üstünlük
təşkil edir.
– Subarktik qurşaq, subarktika – Şimal yarımkürəsinin qurşağı.
İqlimi soyuq, illik yağmurun miqdarı 310-500 mm. Çoxillik donuşluq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
191
səciyyəvidir. Vegetasiya dövrü 1,5-2 aydır. Okean suları oksigenlə
zəngin olub az duzluluğa malikdir; dəniz məməliləri və digər heyvanat
aləminin zənginliyi planktonun bolluğuna şərait yaradır. S.q. daxilində
tundra yarımzonası və meşə-tundra zonası ayrılır. Qurunun landşaftları
xarici təsirə, xüsusilə antropogen təzyiqə az davamlı olması ilə əlaqədar
onlara qayğı ilə yanaşılmalıdır.
– Subantraktik qurşaq, subantraktika – cənub yarımkürənin
coğrafi qurşağı olub Atlant, Sakit və Hind okeanlarının 58-60
° və 65-
67
° cənub enliyində yerləşən akvatoriyaları və çox olmayan adaları
əhatə edir. Rütubətli soyuq okean iqlimi, güclü küləklər və dumanlı
havalarilə səciyyələnir. Vegetasiya dövrü 1,5-2 aydır. Biokimyəvi
proseslər zəif gedir. okean suları plankton və balıqla zəngindir.
Kitəbənzər heyvanlara da rast gəlinir. Adalar okean çəmənlərilə
səciyyələnir.
– Mülayim qurşaqlar – Yerin coğrafi qurşaqları olub şimal
yarımkürədə subtropik və subarktik (40-65
° .e.d.), cənub yarımkürədə
isə subtropik və subantarktik (42-58
° c.e.d.) qurşaqları arasında yerləşir.
Termik rejimin aydın mövsümlüyü, uzunmüddətli qarlı qışı, bununla
əlaqədar qurunun çox yerində vegetasiya dövrünün qısa olmasilə
səciyyələnir. M.q.-rın landşaftları (adətən şimal yarımkürədə) olduqca
müxtəlifdir (okean çəmənləri, meşə, meşə-çöl, çöl, yarımsəhra, səhra).
Dağlarda yüksəklik qurşaqları inkişaf etmişdir. Dünya okeanı üçün illik
temperaturun, duzluluğun dəyişməsi (digər qurşaqlara nisbətən) və üzvi
həyatın zənginliyi xarakterikdir. M.q.-ın geniş əraziləri əkinçilik altında
istifadə edilmişdir.
– Subtropik qurşaqlar, subtropiklər – Yerin şimal və cənub
yarımkürələrinin təbii qurşaqları; 30-40 ş.e.d. və c.e.d. arasında tropik
və mülayim qurşaqlar arasında yerləşir. Yarımilliklərdə mülayim (qışda)
və tropik (yayda) termik rejimlə səciyyələnir. Bəzən qışda şaxtalar olur.
S.q. daxilində okeanların suyu nisbətən yüksək temperatur və duzluluğa
malikdir. Populyasiyanın miqdarı az olsa da növ müxtəlifliyi boldur.
Quruda aşağıdakı təbii zonalarla səciyyələnir: həmişəyaşıl sübtropik
meşə və kolluqları, qarışıq musson subtropik meşələri, meşə-çöl,
subtropik yarımsəhralar və subtropik səhralar:
– Tropik qurşaqlar – şimal və cənub yarımkürələrində 20
° və 30° ş.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
192
və c.e.d. arasında yerləşən Yerin coğrafi qurşaqları. Havanın
temperaturu daim yüksəkdir. Passat sirkulyasiyası yağıntının az (illik
200-mm-ə qədər) və iqlimin isti olmasını təyin edir. Quruda yarımsəhra
və səhralar üstünlük təşkil edir, rütubətli tropik meşələr və savannalar da
mövcuddur. Dünya okeanının suyu yüksək temperatur (20
°C-ə qədər)
və aşağı duzluluğu, oksigenlə az zəngin, okean həyatı nisbətən kasat
olmasilə səciyyələnir.
– Ekvator qurşağı – Yerin coğrafi qurşağı, ekvator boyu hər iki
tərəfdən 8
° ş.e.-dən 11° c.e. arasında yerləşir. Burada temperatur daim
yüksək (ortaaylıq 24-27
°C), yağıntı bol (adətən illik yağıntı 1500-3000
mm, bəzi yerdə 10000 mm-ə qədər), olub il ərzində bərabər paylanır,
rütubətlənmə həddən artıqdır. Biogeokimyəvi proseslər kifayət qədər
intensiv gedir. Flora və faunanın olduqca zənginliyi və müxtəlifliyi ilə
seçilir. Ekvator meşə landşaftı üstünlük təşkil edir. Dünya okeanının
səth suları yüksək temperatura, aşağı duzluluğa malik olub planktonla
zəngindir.
FİZİKİ-COĞRAFİ ƏYALƏT – fiziki-coğrafi rayonlaşdırma
vahidi; bir fiziki-coğrafi vilayətin bir hissəsi; relyefin morfostrukturu,
iqlim, dağlarda isə yüksəklik qurşaqlığın xarakterinə görə ayrılır.
FİZİKİ-COĞRAFİ PROSESLƏR – coğrafi qabıqda və landşaftda
təbii hadisələrin ardıcıl dəyişməsi; maddələr, enerji və informasiya
mübadiləsi vasitəsilə müşayiət olunur və landşaftın bu və ya digər
vəziyyətinin xarakteristikasının dəyişilməsinə səbəb olur. F.c.p.-rə
geomorfoloji, hidroloji, iqlim, bioloji və landşaft prosesləri aiddir.
F.c.p.-in öyrənilməsi landşaftın dəyişilməsinin mexanizmini və
faktorları aşkar etmək üçün zəmin yaradır.
Dostları ilə paylaş: |