EKOLOJİ-İQTİSADİ POTENSİAL – ekoloji məhdudiyyət nəzərə
alınmaqla iqtisadi potensial, yəni iqtisadiyyat təbiətdən səmərəli
istifadəyə yönəldilərək ekoloji cəhətdən əsaslandırılmalıdır.
EKOLOJİ-İQTİSADİ SİSTEM – iqtisadiyyatda və təbiətdə gedən
proseslərin qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı. E.i.s. təbii və
antropogen elementlərdən (ehtiyatlardan) və onların arasındakı
əlaqələrdən (axınlardan) ibarətdir. E.i.s.-in əsas elementləri (resipi-
yentləri) aşağıdakı kimi təsnifata ayrılır: 1 – ekoloji komponentlər;
məcmusu ətraf təbii mühiti əmələ gətirir – hava, su, torpaq, bitki örtüyü,
heyvanat aləmi; 2 – mineral (enerji və xammal) resurslar; 3 – istehsalat
fondları, nəqliyyat. Bu sistemdə ikinci və üçüncü qrup təsnifatın
komponentləri birinci qrupa nisbətən eyni mənalı vəziyyət tutur.
EKOLOJİ İMMUNİTET – fərdlərin sıxlığından asılı olaraq
populyasiyanın virus, bakteriya xəstəliklərinə və parazitlərə qarşı
davamlığı. Sıxlıq çox olduqca E.İ. azalır.
EKOLOJİ İNDİQATORLAR, EKOİNDİQATORLAR – ekoloji
rejimi qiymətləndirməyə imkan verən təbii ərazi kompleksinin
komponentləri və elementləri. Aşağıdakı E.İ. ayırd edilir:
topoindiqatorlar (qiymət relyefə görə verilir), litoekoindiqatorlar
(dördüncü dövr çöküntüləri və onun altdakı dağ süxuruna görə),
pedoekoindiaqtor (torpağa görə), fitoekoindiqatorlar (bitkiyə görə),
zooekoindiqatorlar (heyvanat aləminə görə), antropoindiqatorlar (insan
fəaliyyətinin izləri və torpaqdan istifadə xarakterinə görə),
morfoekoindiqatorlar (təbii ərazi kompleksinin morfoloji strukturuna
əsasən), krioindiqatorlar (su hövzəsinin buz rejiminə əsasən),
hiqroindiqatorlar (səthi rütubətliyin paylanması və dinamikasına görə),
xionoindiqatorlar (qar örtüyünün paylanması və dinamikası),
termoindiqatorlar (Yerin və suyun temperaturunun paylanması, onların
termal rejimi) və b. E.İ.-la ekoloji rejimin qiymətləndirilməsi metodu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
136
ekoloji indiqasiya adlanır.
EKOLOJİ İRQ, EKOTİP – eyni coğrafi vilayətdə (lakin müxtəlif
ekoloji şəraitlərdə) məskunlaşan müxtəlif genefonda mənsub olan eyni
növün populyasiyaları.
EKOLOJİ KAĞIZ – Makulaturadan 100% istifadə etməklə kağız
istehsalı.
EKOLOJİ KİMYA – təbii şəraitdə kimyəvi maddələrin davranışı
(hərəkət tərzi) haqqında elm. Bura hidrosferin kimyası, litosferin
kimyası, atmosferin kimyası və biosferin kimyası daxildir.
EKOLOJİ KLİMAKS – bitki örtüyü, torpaq və ekosistemin
inkişafının yüksək pilləsi, onların yerli iqlimlə tam vəhdətdə olub
inkişafının final sabit mərhələsi. Hər coğrafi zona və əyalətin xas olan
öz bitki örtüyü, torpaq və ekosistemi klimaksları mövcuddur. Kli-
makslar bir çox min illər ərzində inkişaf etmişlər. Onlar hazırda yalnız
bitki örtüyünün deyil, həm də torpaq və ekosistemin ən davamlı (sabit)
forması olub yavaş-yavaş dəyişir. Klimaks ekosistemlər zonal şəraitdə,
geniş düzənliklərdə və suayrıclarında yerləşir. Pozulmuş sistemlər
disklimaksa aid edilir. Biosenozların klimaks formasiyaları, onların
ekosistemləri suksessiyaları şəklində tam qanunauyğun dəyişilmələrə
məruz qalır. Klimaks ekosistemə misal olaraq orta dağ meşə qurşağında
fıstıq meşələrini göstərmək olar.
EKOLOJİ KOD – orqanizmlərin münasibətini nizamlayan stabil və
dinamik fərdlərarası əlaqələrin məcmusu. Termin P.P.Leviçə (1977)
aiddir.
EKOLOJİ KOMPONENTLƏR (biogeosenozun) – cansız
(abiotik) komponentlər (qeyri-üzvi maddələr, üzvi birləşmələr, iqlim) və
canlı (biotik) komponentlər (produsentlər, konsumentlər və redusentlər).
EKOLOJİ KOMPONENTLƏRİN BALANSI – ekosistemin sabit
davamlı müvazinətini (tarazlığını) təmin edən ekoloji komponentlərin
kəmiyyət nisbəti.
EKOLOJİ QƏZA – sənaye obyektləri tərəfindən insan və başqa
canlı orqanizmlər üçün təhlükəli sayılan çirkləndirici maddələrin
(kimyəvi, radioaktiv və s.) ətraf mühitə həddindən artıq atılması.
EKOLOJİ QIŞLAMA – orqanizmlərin (əsasən insanın) daimi qarla
örtülü şəraitdə, həmçinin güclü şaxtalarda yaşaması ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
137
məsələlərin öyrənilməsi.
EKOLOJİ QİYMƏT – insan fəaliyyəti (xüsusən təsərrüfatsızlığı)
nəticəsində təbiətə və ətraf mühitə dəyən ziyanın qiyməti.
EKOLOJİ MAKSİMUM – müəyyən ekoloji faktora görə
orqanizmin tolerantlığının yuxarı həddi.
EKOLOJİ MİNİMUM – müəyyən ekoloji faktora görə orqanizmin
tolerantlığının aşağı həddi.
EKOLOJİ MONİTORİNQ – ekosistem, populyasiya və
orqanizmlərdə (insan da daxil olmaqla) olduğu mühitin dəyişməsilə
əlaqədar gedən prosesləri izləmək sistemi. Hazırkı dövrdə E.m.-in əsas
obyektləri atmosfer, su, torpaq, bitki və heyvan populyasiyaların
vəziyyəti, insanın sağlamlığı hesab olunur.
EKOLOJİ MOZAİKA – müxtəlif landşaftların uyğunlaşması
(birləşməsi) və biri-birini əvəz etməsi: meşə və bozqırlar, meşə və
çəmən, su və quru və s., bunların arasında keçid zonaları – ekotonlar
mövcuddur.
EKOLOJİ MÜHARİBƏ – təbii mühitin (ekoloji tarazlığın)
pozulması istiqamətində aparılan hərbi hərəkat üsulu. İlk dəfə bu
istiqamətdə irimiqyaslı hərbi əməliyyatları amerikalılar Vyetnamda,
Kampuçidə və Laosda apararaq, müxtəlif defoliantlar, buldozerlər,
tankların köməyilə geniş ərazilərdə bakirə meşələr, yüksək məhsuldar
manqr cəngəllikləri (meşələri) və s. məhv edilmişdir. 1974-cü ildə
BMT-nin Baş məclisi hərbi məqsədlə təbii mühitin pozulmasının
qadağan edilməsi haqda Beynəlxalq konvensiya qəbul etmişdir.
EKOLOJİ NÖQSANLAR (səhvlər) – təbii ekosistemlərdən və
sərvətlərdən ekoloji cəhətdən əsaslanmış yolla və miqdarda istifadə
edilməsi nəticəsində baş verən ekoloji və iqtisadi ziyanlar. Məsələn,
Xəzər dənizinə çirkab sularının axıdılması, dənizdən ekoloji cəhətdən
əsaslanmamış yolla neftin çıxarılması bütün canlıların, o cümlədən
balıqların məhv olmasına səbəb olur.
EKOLOJİ MÜXTƏLİFLİK – fərdlərin sayının növlərin sayına
nisbəti.
EKOLOJİ OPTİMALLAŞDIRMA – ekoloji komponentləri və
ərazisini (ekosistemin) əlverişli uyğun vəziyyətə salmaqla ən rasional
ekoloji tarazlığa nail olmaq.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
138
EKOLOJİ OPTİMUM – 1) növün ən yaxşı həyatilik şəraiti
(çoxalma qabiliyyəti, abiotik faktorlara uyğunlaşması); 2) Bir qrupun
(bitki) digər qrupa nisbətən üstünlük şəraiti.
EKOLOJİ ÖLÜM, FAKTİKİ ÖLÜM – məlum mühit şəraitində
ölüm (ölüm faizi). E.ö.-ün ölçüsü mühit şəraitindən və populyasiyanın
vəziyyətindən asılı olaraq dəyişir.
EKOLOJİ PARADİQMA – (müasir) – sistem paradiqması –
V.D.Feodrovun (1977) ifadəsi olub, ona əsasən müasir ekologiyanın baş
obyekti ekosistemdir. Fərdlər, populyasiyalar, hətta qruplaşmalar deyil,
məhz ekosistem ekologiyanın spesifik (nadir) obyekti sayılır. Biotop və
orada məskunlaşan orqnizimlər funksional vahid birlik yaradır. A.Tensli
onu ekosistem, V.N. Sukaçev isə biogeosenoz adlandırmışdır.
EKOLOJİ PASPORT – (bitkinin) – kənd təsərrüfatı bitkilərinin hər
bir sortu (çeşidi) üçün hər tərəfli xarakteristikası.
EKOLOJİ
PİRAMİDA
– biosenozda produsentlərin
konsumentlərə, sonra isə redusentlərə keçdikcə onların fərdlərinin sayı,
biokütləsi və enerjisinin miqdarı piramida fiquruna uyğun formada
azalır ki, buna ekoloji piramida deyilir.
EKOLOJİ PLANLAŞDIRMA – sənaye, kənd təsərrüfatı,
urbanizasiya, rekreasiya və s.-in intensiv və ekstensiv inkişaf şəraitində,
ekoloji tarazlığı pozmadan təbii resursların və ərazilərin istifadəsinin
(istimarının) elmi-əsaslanmış normasının hazırlanması.
EKOLOJİ PLASTİKLİK – orqanizm və ya onun qrupunun mühit
amillərinin təsirinə qarşı dözümlülük dərəcəsi (amplitudası).
EKOLOJİ POPULYASİYA – bir biosenoz daxilində məskunlaşan
bir növün fərdlərinin məcmusu.
EKOLOJİ PROQNOZ – müəyyən uzaq gələcəkdə ətraf mühitin,
bu və ya digər ekosistemin dəyişmə mümkünlüyünü, həmçinin kənd
təsərrüfatı, hidrotexniki və sənaye layihələrinin müsbət və mənfi
nəticələrini elmə əsaslanaraq qabaqcadan xəbər vermək.
EKOLOJİ RESURSLAR – təbiətdə ekoloji tarazlığı təmin edən
mühit yaradan komponentlərin məcmusu.
EKOLOJİ RƏQABƏT (vakuum) – müəyyən şəraitdə (adətən
yaxın ekoloji tələbata malik olan populyasiyaların az seyrək sıxlığı
şəraitində) rəqabət olmur və ya o, minimuma enir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
139
EKOLOJİ RİSK ZONASI – Quru və okean səthində insan
fəaliyyətinin təhlükəli ekoloji vəziyyət yarada biləcək yer (məs. sualtı
neft çıxarılan zona, dənizin tankerlərin keçməsi üçün təhlükəli olan
sahəsi və s.).
EKOLOJİ SABİTLİK – ekosistemin mühitin daxili abiotik və
biotik faktorlarına, o cümlədən antropogen təzyiqə qarşı davamlılıq
qabiliyyəti.
EKOLOJİ SƏHRA – düşünülməmiş insan fəaliyyəti nəticəsində
təbii ekosistemlərin yerində dağıdılmış sahə (ərazi).
EKOLOJİ SIRA – ekoklin – ekosistemin məkanca dəyişməsi.
Termini B.A.Keller (1912) təklif etmişdir.
EKOLOJİ SIRALAR EKOKLİNLƏR – senoekosistemin mühit
qradiyenti üzrə tədricən dəyişməsi, bu zaman müxtəlif növlərin
fərdlərinin sayının və yerləşməsinin dəyişilməsi müşahidə olunur; bitmə
şəraitinin hər hansı bir qradiyentinin dəyişməsi ilə, məsələn torpağın
mexaniki və kimyəvi tərkibinin (xüsusilə onun duzluluq dərəcəsinin),
nəmliyinin, mütləq yüksəkliyinin dəyişməsi biosenozların məkanda
(sahədə) dəyişilməsi.
EKOLOJİ SİLAH – bol yağıntı əmələ gətərmək və ya buludları
seyrəltməklə (dağıtmaqla) yağıntının qarşısını süni yollarla almaq,
atmosferin üst qatlarında və ionosferdə (ozon qatının məhv edilməsi)
pozulma yaratmaq, süni zəlzələ yaratmaq, çayların istiqamətini
dəyişmək, vulkan fəaliyyətini stimullaşdırmaq, geniş ərazilərdə bitki
örtüyünün defoliant, herbisid, güclü buldozer və tanklarla məhv
edilməsi.
EKOLOJİ SİSTEM – canlı orqanizmlərin bir-birilə və onların
yaşadığı mühitlə (biosferlə) qarşılıqlı əlaqəsi. Hər bir E.s.-in xüsusi
quruluşu və vəzifəsi var. E.s.-in quruluşu onun fiziki, kimyəvi və bioloji
göstəriciləri ilə müəyyənləşdirilir; başlıca vəzifəsi isə maddələr
mübadiləsində enerji axınını təmin etməkdir. E.s.-də yeganə enerji
mənbəyi Günəşdir. Xarici mühit amillərinin (abiotik və biotik) ayrı-ayrı
növlərlə əlaqəsi və onların kompleks təsirinə növün E.s.-i deyilir.
E.s. – qarşılıqlı əlaqədə olan ətraf mühitin tərkib hissəsini təşkil
edən: flora, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava
və enerji mənbələrinin vəhdətidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
140
EKOLOJİ SİYASƏT – cəmiyyətin təbiətə təsiri ilə bağlı olan
tədbirlər sistemi. Hər bir istehsal üsulu üçün E.S.-in öz prinsipləri
xarakterikdir. E.S. dövlətin sosial-iqtisadi siyasətinin ayrılmaz
hissəsidir.
EKOLOJİ SPEKTR – müəyyən ərazidə və ya biosenozda müxtəlif
sistematik və ekoloji kateqoriyaların (fitofaqlar, yırtıcılar, hər şeylə
qidalananlar) faizlə nisbəti. E.s. adətən taksonomik və ya biosenotik
analizin rəqəmlərinə uyğun olaraq ayrı-ayrı sektorlara bölünmüş
dairədən ibarət olur.
EKOLOJİ STRES – populyasiyanın daxili strukturunun pozulması
və onunla əlaqədar fərdlərin nəsil verməsinin azalması, ölümün
çoxalması və s. Fərdlər arasında əlaqələr (kontakt) çoxaldıqda baş verir.
E.s. ətraf mühitin kəskin dəyişməsinə orqanizm və ya sistemin cavab
reaksiyası hesab olunur.
EKOLOJİ SUKSESSİYA – Bax: Suksessiya
EKOLOJİ TARAZLIQ – (təbiətdə) hər hansı təbii qruplaşmasında
canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının,
sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotik
maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı.
Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi E.t.-ı
pozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur.
Bununla yanaşı orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəverici
təzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olub normal şərait
bərpa olunarkən öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyən
davamlılığa malikdirlər.
Çox vaxt E.t.-ın pozulması dedikdə atmosferin qaz tərkibinin və
hidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başa
düşülür. E.t.-ın mürəkkəb və bir-birilə bağlı mexanizmlərini bilmədən
təbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini və
təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq
mümkün deyildir.
E.t.-ı saxlamaq aktuallığı ekosistemlərin bərpa oluna bilməyən
pozulmasına təsir göstərən vasitələrin yarandığı dövrdə, yəni 20-ci əsrin
2-ci yarısında artdı.
EKOLOJİ TƏDQİQAT – orqanizmlər və onların qruplaşmalarının
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
141
ətraf biotik və abiotik mühitlə qarşılıqlı əlaqəsinin öyrənilməsi.
EKOLOJİ TƏDQİQAT METODLARI:
– Rastlaşma (qarşılaşma) metodu – biosenozda növ fərdlərinin
tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda
təsadüfi təcrübə sahələrində (0,01-1m
2
) növlərin hesaba alınması.
– Dama (kletka) metodu – mal-qara otarılan otlaqlarda
məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və
üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik
sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot)
hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır.
– Klinsekt metodu – yerüstü fitokütlənin quruluşu, kütləsi və
həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların
sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov,
1970) köməyi ilə maili (45
°) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu
ilə öyrənilməsi.
– Tipik sahə (“açar”, test sahəsi) seçmə metodu – hər hansı bir
ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün
xüsusiyyətlərinin tədqiq olunması, adətən belə sahələr xəritələşdirilir.
– Xətti kəsişmə metodu – dartılmış ip və ya məftil boyu düz xətt
üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların
proyektiv örtmə dərəcəsinin təyini.
– Nişanlanmış atomlar metodu – Ekologiyada və geobotanikada
qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin
yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə
fitofaqların axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu
metoddan istifadə edilir.
– Vegetasiya qabları metodu – ciddi nəzarət altında torpaq və su
şəraitində (borulu metal və ya şüşə qablarda) bitkinin yetişdirilməsi.
– Geobotaniki stasionar tədqiqat metodları – Eyni nöqtələrdə
bitki örtüyünün eyni əlamətlərinin hesablanması dəfələrlə təkrar olunma
yolu ilə aparılır. Stasionar tədqiqatlar vaxtına görə müxtəlif ola bilər (bir
neçə gündən 10 illərə qədər). Bu tədqiqatlar bitkilər üzərində vizual
müşahidələr aparmaqla və ya bir sıra mürəkkəb cihazlarla yerinə
yetirilir.
– Goebotaniki marşrut tədqiqat metodu – Marşrut yolu ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
142
tədqiqat bir dəfə yerinə yetirilir. Marşrut tədqiqatlar müxtəlif miqyasda
(kiçik sahəni və geniş əyaləti əhatə edə bilər) və müxtəlif dəqiqliklə
aparıla bilər. Bu zaman tədqiqat bitki qruplaşmasında növün roluna
vizual qiymət vermək yolu ilə və ya dəqiq metodlarla aparılır. Marşrut
tədqiqatı vaxtı xüsusi cihazlarla mühit şəraitini və bitkinin vəziyyətinin
ekoloji-fizioloji parametrlərini bir dəfə və ya qısa müddət ərzində
ölçülməsi işi də aparıla bilər. Marşrut tədqiqatları nəticəsində bitki
örtüyünün təsnifatı, geobotaniki indiqasiya, geobotaniki xəritələşdirmə,
fitosenozların quruluşunun təsviri və s. haqqında məlumatlar toplana
bilər.
– Geobotaniki eksperimental tədqiqat metodları – Müşahidə
aparılan bitki örtüyü və mühitə aktiv təsir göstərmək yolu ilə yerinə
yetirilir. Eksperimental tədqiqatlar sırasında gübrələrin və digər mühit
amillərinin bitki örtüyünə təsirini öyrənmək, süni fitosenozlar yaratmaq,
təbii bitki qruplaşmasına yeni komponentlər daxil etmək (və ya kənar
etmək), rəqabəti zəiflətmək məqsədilə ağacların köklərini kəsmək və s.
daxildir. Eksperimental metodlara həmçinin metodiki eksperimental və
fitosenotik sistemlərin modelləşdirməsini də aid etmək olar.
– Model metodu (ekologiyada) – populyasiya, biogeosenoz,
biosenozun seçilmiş tipik nümunələrində öyrənilməsi. Model olaraq
ayrıca fərd (model ağacı), populyasiya, onun qrupu, biosenoz və ya
onun ayrıca (model) sahəsi, butünlüklə biogeosenoz (ekosistem)
götürülə bilər. Bioloji modelləri laboratoriyada süni yetişdirilən canlı
orqanizmlərlə də yaratmaq olar. Bir çox hadisələr riyazi modellərlə,
yəni təbiətdə tapılan proseslər və qanunauyğunluqlar düsturlar
sisteminin köməyi ilə də tədqiq edilir.
– Ovlama metodu – müxtəlif tələlərlə ovlama yolu ilə heyvanların
sayını müəyyənləşdirmək. Bəzən ovlama bir neçə müddətdə
aparıldıqdan sonra heyvanların sayı müəyyənləşdirilir.
– Plansekt metodu – Bitki örtüyünün yerüstü və yeraltı yaruslarının
və biohorizontların qatlarının quruluşu, onların sıxlığı və biokütləsinin
öyrənilməsi horizontal (hava və torpaq) həcmə görə – plansektlərlə
yerinə yetirilir. Proyeksiyaların cəminə əsasən ümumi (yerüstü və
yeraltı) örtmə dərəcəsi (sıxlıq) təyin olunur. Bu metod əlverişli və əyani
olub yaxşı müqayisəli nəticələr verir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
143
– Ardıcıllıq (sıralar) metodu – rastlaşma (qarşılaşma) metodunun
təkmilləşdirilmişi olub onun köməyi ilə növün dominantlığının
rastlaşma dərəcəsi nəzərə alınır. Bu zaman kiçik sahələrdən istifadə
edilir, müəyyən növün rastlaşması (%-lə, RF) həmçinin onun sahədə
fitokütləyə görə (və ya örtmə dərəcəsinə görə – DF) dominantlıq
etməklə rastlaşması qeydə alınır. Sonra dominantlıq ardıcıllığı (sırası)
təyin olunur: D=100. Hər bir sahə üçün ardıcıllıq təyin edildikdə
dominantlıq edən növlər müəyyənləşdirilir (fitosenozda), bununla da
bitki qruplaşmasının ümumi məhsuldarlığından onun müxtəlif
qiymətlərinin sıxlıq dərəcəsi təyin olunur. Beləliklə, bu metod ən
məhsuldar növlərin ardıcıllığını tədqiq etməyə imkan yaradır.
– Torpaq modeli və monoliti metodu – torpaq kəsimindən
strukturu pozulmamış şəkildə düzbucaqlı (şaquli) paralepiped formalı
torpağın kəsilib götürülməsi və onun laboratoriyada tədqiq edilməsi.
– Torpaq profili metodu – torpağın açılmış profilində (xəndəkdə)
tədqiq edilməsi. Bu zaman torpaq genetik qatlara ayrılır və təsvir olunur,
hər qatdan laboratoriyada analiz etmək üçün nümunələr götürülür.
– Ölçü metodu – fitosenozda bitkinin rastlaşma və paylanmasını
öyrənən üsul. Bir neçə modifikasiyası vardır. Onlardan əsasları
aşağıdakılardır: A-bir-birinə yaxın yerləşən iki bitkinin arasındakı
məsafə ölçülür, bu bitkilərdən biri həmişə təsadüfi seçilir, digəri isə
ondan 180
° bucaqdan kənarda qalmalıdır (təsadüfi seçilən cüt bitki
metodu). B-həmçinin, lakin məsafələr yaxınlıqdakı dörd bitkiyə qədər
ölçülür, hər bitki ayrı kvadratda yerləşir (kvadrantlar kompasla müəyyən
edilir); C-həmçinin təsadüfi seçilən nöqtədən (mərkəz qəbul edilən
nöqtə); Ç-1 kvadrantda (təsadüfi seçilən nöqtədən yaxınlıqdakı bitkiyə
qədər məsafə ölçülür) Yenə də 1 kvadrantda) və i.a. (azan nöqtələr
metodu). Əldə edilən rəqəmlər riyazi hesablanır. Bir növdən olan
bitkilərin orta məsafəsinə görə yalnız onun yayılma xarakterini deyil,
həm də vahid sahədə fərdlərin sayını (miqdarını) müəyyənləşdirmək
olar.
– Qazıntı (qazma) metodu – torpaqda yaşayan və adi gözlə yaxşı
seçilən (görünən) onurğasız heyvanların uçota alınması üsulu.
– Başdan-başa hesablama metodu – biosenozun böyük bir sahədə
tərkibi, quruluşu və məhsuldarlığının tədqiq olunması. Əsasən meşə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
144
biosenologiyasında tətbiq olunur.
– Transekt metodu – bitki qruplaşmasını, onun kompleksini və
sərhədini transektin – uzun düzbucaqlı sahələrin (məs: 1x250 və ya 0,1-
100 m) köməyi ilə öyrənilməsi. Belə sahələrdə bitkinin sayı, yerləşməsi,
proyektiv örtüyü, populyasiyanın məhsuldarlığı, bioloji kütləsi və hər
senozun sərhədində bu parametrlərin dəyişilməsi tədqiq edilir. Bəzən
transektlər bir-birindən aralı yerləşdirilir.
– Biçmə metodu (bitkini) – ot və ya yarımkol bitki qruplaşmasının
məhsuldarlığının təyin edilməsi. Statistik yolla təyin olunması üçün
lazım olan təkrarda qoyulmuş təcrübə sahələrində ot örtüyü biçilir,
təsnifata ayrılır və orta bioloji kütlə hesablanır.
– Fitometr metodu – kompleks bitmə şəraiti amillərinin bitki və ya
bitki qruplaşmasının köməyi ilə (böyüməsi ilə) öyrənilməsi. Bu zaman
bitki digər yerdə və ya vegetativ qablarda basdırılır, yaxud fitosenozun
kiçicik sahəsi (çox vaxt bitki örtüyü çim və torpaqla qarışıq) digər
ekotop şəraitində köçürülür.
– Ekoloji cərgələr (sıralar) metodu – dar uzun transektlərdə (bəzən
bir neçə kilometr uzunluğunda) bitki qruplaşmasının mühit qradiyentləri
üzrə tədricən dəyişilməsi öyrənilir və ya müxtəlif növlərin fərdlərinin
miqdarının dəyişilməsi və yerləşmə xarakteri tədqiq edilir: bitmə
şəraitinin hər hansı bir qradiyentinin (torpağın mexaniki və kimyəvi
tərkibi, xüsusən onun duzluluğu, humusluluq dərəcəsi, rütubətliyi,
həmçinin dəniz səthindən hündürlük) dəyişilməsi ilə əlaqədar
fitosenozların dəyişilməsi öyrənilir.
– Bitki mühafizə metodları – aşağıdakı metodlardan istifadə olunur:
– bioloji metodlar-ziyanverici və xəstəlik törədiciləri, həmçinin alaq
otlarını təmizləyən (yaxud məhv edən) bioloji nizamlayıcılardan istifadə
edilir. Bu məqsədlə digər orqanizmlərdən (entomofaqlardan,
antoqonistlərdən, xəstəlik törədənlərdən) və ya onların hasil etdiyi
bioloji aktiv maddələrdən (antibiotiklər, hormonlar, attraktantlar)
istifadə olunur:
– genetik metodlar – ziyanverici növlərin trofik xassələrinin süni
seçmə yolu ilə dəyişdirilməsi və ya onların erkəklərinin
dölsüzləşdirilməsi;
– kimyəvi metodlar – ziyanlı orqanizmlərə qarşı toksik (zəhərli)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
145
maddələrdən müxtəlif kimyəvi tərkibli pestisid və gerbisidlərdən
istifadə olunması. Bu metoddan istifadə edildikdə ətraf mühitin
çirklənməsi müşahidə olunur, odur ki, ona ciddi nəzarət olunmalıdır;
– aqrotexniki metodlar – məsələn, becərilən bitkinin sayının
optimallaşdırılması, toxumun təmizlənməsi və s.
– inteqral metodlar – bütün mübarizə arsenalından istifadə
olunması: yırtıcı və parazitlərin, həmçinin, ziyanvericilərin özlərində
xəstəlik törədən virus və bakteriyaların tətbiqi, toxumaların kimyəvi və
radiasiya sterilizasiyası, feromonların, az davamlı kimyəvi
insektisidlərin (üzvi və bitki mənşəli fosfor), həmçinin davamlı
bitkilərin seleksiyası, müxtəlif səpin dövriyyəsi, gətirilən
ziyanvericilərin karantininin tətbiqi.
– Heyvanların qidasının tərkibini öyrənmə metodu – bu məqsədlə
birbaşa müşahidə, heyvanların mədələrini yoxlamaqla, nişanlanmış
atomlar metodu və seroloji metoddan istifadə olunur.
– Təcrübə sahəsi metodu – biosenozun miqdarı, rastlaşma dərəcəsi,
yerləşməsi, proyektiv örtüyü, boyu, bitki və heyvanat aləminin kütləsi
bir neçə çoxlu təsadüfi və ya müəyyən sistemlə qoyulmuş təcrübə
sahələrində tədqiq edilir. Təcrübə sahələri əvvəlcədən müəyyən edilmiş
formada (kvadrat, düzbucaqlı, dairəvi) və böyüklükdə (1 dm
2
-dan 100
m
2
-a qədər) ola bilər.
– Bitki örtüyü dinamikasının öyrənilməsi metodları – Bilavasitəli
və vasitəli metodlara bölünür.
Dostları ilə paylaş: |