ÇİÇƏK – çiçəkli bitkilərin cinsi çoxalma orqanı. Vəzifəsi mikro və
meqasporogenez vasitəsilə tozlanma aparmaq, mayalanmaq və rüşeymin
əmələ gəlməsini təmin etməklə meyvə adlanan orqanı yetişdirməkdir.
ÇİÇƏKLİ BİTKİLƏR – bax: örtülütoxumlular.
ÇİM, ÇİM QATI – Canlı və cansız köklərdə, çoxillik ot bitkilərinin
zoğları və kökümsov hissələri ilə torpağın üst qatının sıx birləşməsi.
Azərbaycan Respublikasında çim qatına malik torpaqlar Kür-Araz
ovalığının subasar düzənliklərində, həm də dağ-çəmən zonasında geniş
yayılmışdır. Ç.-ləşmə torpaqəmələgəlmə prosesində yaranmaqla
torpaqda çoxlu humus, kül elementləri və s. əmələ gətirir, nəticədə
möhkəm topavarı, yaxud dənəvər torpaq strukturu yaranır. Ç.-in
yaratdığı nazik keçəyə bənzər formalı çim qatı yağmurların toplanması
və torpaqda saxlanmasına kömək edir. Dağ yamaclarında çim qatı səthi
su axımının qarşısını alaraq torpağı eroziyadan qoruyur.
ÇİNAR FƏSİLƏSİ (Platanaceae) – Bu fəsiləyə bir cins daxildir.
Çinar cinsi (Platanus). Asiya, Şimali Amerika və Aralıq dənizi
sahillərində 8 növünə rast gəlinir. Azərbaycanda təbii halda bir növü –
Şərq çinarı (P.orientalis) Bəsitçay vadisində 120 ha sahədə meşəliyi
qoruq elan edilmişdir. Bundan başqa ona respublikanın düzən və
dağətəyi ərazilərində tək-tək və qrup halında çoxyaşlı, nəhəng gövdəli
çinar ağacları vardır. Yaşıllaşdırma işlərində geniş istifadə olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
87
Mincivan çinarı
ÇİRKAB SULARI – Sənaye müəssisələrində, kommunal və şəhər
təsərrüfatında işlənib çirklənən (çirkab) sular. Buna uyğun olaraq Ç.s.
sənaye, məişət və suvarma (bura həmçinin yaşayış məntəqələrində
küçələrdən və arxlardan axan sular da aid edilir) sularına ayrılır. Çirkab
sularının əmələ gəlməsində ən böyük mənbələrdən biri ətraf mühitin
çirklənməsi sayılır.
ÇİRKAB SULARININ İSTİFADƏSİ – Məişət, leysan və sənaye
çirkab sularının tərkibində olan qiymətli komponentlərin (həll olan və
ya asılı) istifadəsi və ya təmizləndikdən sonra bu sularla tarlaların və
meşə əkinlərinin suvarılması.
ÇİRKAB SULARININ TƏMİZLƏNMƏSİ – Təbiətin və ətraf
mühitin çirklənmədən mühafizə edilməsi işində mühüm tədbirlərdən
biri, kanalizasiya sistemlərində çirkli suların su hövzələrinə
buraxılmazdan əvvəl təmizlənməsi. Mexaniki, fiziki-kimyəvi, kimyəvi,
biokimyəvi, bioloji və termik təmizlənmə üsullarından istifadə olunur.
Mexaniki üsula çökdürmə və süzmə prosesləri daxildir. Bu zaman suyun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
88
içərisindəki bərk asılqan maddələr kənar edilir. Fiziki-kimyəvi üsulda
kütlə mübadiləsi proseslərindən – adsorbsiyadan və ekstraksiyadan
istifadə olunur. Kimyəvi üsulda çirkab, əsasən, kimyəvi reagentlər
vasitəsilə emal olunur. Bu zaman neytrallaşdırma, oksidləşmə,
reduksiya reaksiyaları nəticəsində zəhərli maddələr qeyri-toksik
məhsula çevrilir, yaxud da çöküntü halında ayrılır. Biokimyəvi üsulda
su aerotenklərə verilir. Yuxarıda göstərilən üsullarla təmizlənmiş suyun
tərkibindəki xəstəliktörədən bakteriyaları məhv etmək üçün suyu
xlorlayır və bundan sonra hövzələrə buraxırlar. Bioloji üsul – çirkab
sularının təmizlənməsində ən geniş yayılmış üsullardan biri olub, bu
zaman üzvi maddələrin mikroorqanizmlərlə – saprobiontlarla
minerallaşması gedir. Bu məqsədlə kiçik gölməçələrdən və digər su
hövzələrində biofiltrlər və ya aerotenklərdən istifadə edilir. Termik
üsul baha başa gəlsə də daha effektivdir. Bu üsulda sudan qeyri-toksik
qazvari yanma məhsulu və bərk çöküntü alınır. Çirkabın tərkibində üzvi
maddələr çox olarsa bu üsuldan istifadə etmək sərfəlidir.
ÇİRKLƏNDİRİCİLƏRİN SİNERGİZMİ – ilk çirkləndiricilərin
qarşılıqlı təsiri nəticəsində canlı orqanizmlər üçün daha təhlükəli törəmə
çirkləndirici əmələ
gəlir. Məs., azot-oksidi və avtomobil
mühərriklərindən çıxan karbon qazı günəş işığının iştirakı ilə birləşərək
“fotokimyəvi smoq” adlı yeni, daha zəhərli maddələr əmələ gətirir;
misin iştirakı ilə suda ftorun zəhərlilik dərəcəsi artır; kükürd-oksidi
(SO
2
) atmosferdə sənaye tozu olduqda zərərliliyi 2-3 dəfə artır.
ÇİRKLƏNMƏ – təbii və ya bilavasitə antropogen mühitə adətən,
həmin mühit üçün xarakterik olmayan yeni fiziki, kimyəvi və ya bioloji
maddələrin, agentlərin daxil olaraq insan, flora və faunaya zərər
verməsi. Çirklənmə növləri çox müxtəlifdir: su mühitinə hər cür
istehsalat və kommunal-məişət tullantılarının, neft məhsullarının
atılması; atmosferə kimyəvi birləşmələrin və qarışıqların atılması;
landşaftın zibillə çirklənməsi; çöl, çəmən, meşə və su anbarlarının
pestisid, mineral gübrələrlə çirklənməsi; Ç. insan cəmiyyətinin,
həmçinin təbiət hadisələrinin (təbii proseslərin) müxtəlif təsiri
nəticəsində baş verir. Aşağıdakı Ç. növləri ayrılır: antropogen, təbii,
mexaniki, fiziki, bioloji, kimyəvi, səs, radioaktiv, elektromaqnit. Ç.
insanın sağlamlığı və ətraf mühitin vəziyyəti üçün təhlükə yaradır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
89
20000-dən artıq biosferi çirkləndirən maddə məlumdur. Onlardan ən
çox yayılanı karbon qazı (SO
2
), dəm qazı (CO), azot oksidi (NO
2
),
kükürd oksidi (SO
2
) və ammonyakı (NH
3
) göstərmək olar.
ÇİRKLƏNMƏ
DƏRƏCƏSİ
–
ətraf mühitin müxtəlif
çirkləndiricilərlə doyma dərəcəsi.
ÇİRKLƏNMƏ İNDİQATORU – ətraf mühitdə çirkləndiricilərin
toplanmasını (kumlasiya), miqdar və keyfiyyət tərkibinin dəyişməsini
siqnal verən (xəbərdarlıq edən) indiqator (fiziki, kimyəvi və ya bioloji).
ÇİRKLƏNMƏ İNTENSİVLİYİ – çirklərdiricilərin ümumi tərkib
səviyyəsi və mühitə daxil olması.
ÇİRKLƏNMƏ KVOTASI – müəyyən müəssisə və ya ölkə üçün
çirklənmənin yol verilən qanunverici norması.
ÇİRKLƏNMƏ MƏNBƏYİ – təbii mühitin bilavasitə çirklənmə
səbəbi; çirklənmə obyekti.
ÇİRKLƏNMƏ SƏVİYYƏSİ – mühitdə çirkləndirici maddələrin
miqdarı; hər hansı bir mühitin çirklənmə dərəcəsi.
ÇİRKLƏNMİŞ SU – sənayedə istifadəsi üçün mütləq işlənməsi
(təmizlənməsi) tələb olunan su. Balıqçılıqda tərkibində fenolun, yağların
və s.-nin miqdarının tədqiqindən sonra belə sudan istifadə etmək olar.
ÇOXALMA – Canlıların özünəoxşar nəsil verməklə, həyatı ardıcıl
və varislik yolu ilə təmin etmək xüsusiyyəti. Heyvan və bitki
orqanizmlərində vegetativ və reproduktiv orqanlar var. Bitki və heyvan
orqanizmlərində Ç.-nın iki tipi ayırd edilir: cinsiyyətsiz və cinsiyyətli.
Cinsiyyətsiz Ç. üç formada olur: sadə bölünməklə, sporlarda və müxtəlif
vegetativ orqanlarla çoxalma. Heyvanlarda vegetativ Ç. az yayılmışdır.
Belə Ç. ancaq ibtidai hüceyrəlilərdə təsadüf edilir. Məs., hidralarda,
süngərlərdə ana fərdin üzərində tumurcuqlar əmələ gəlir, onlar tədricən
böyüyür və yetkin fərdə çevrilirlər. Cinsiyyətli çoxalmada cinsi
hüceyrələr (qametlər) birləşir və yeni hüceyrə (ziqota) əmələ gəlir. Bu
yeni orqanizmin başlanğıcını verir.
ÇOVĞUN, BORAN – düzənliklərdə qar yağa-yağa güclü külək
əsməsi, küləyin qarı Yerin səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır.
ÇOXDUZLU GÖL – suyunun tərkibində 47%
0
-dən artıq duz olan
göl.
ÇOXİLLİK BİTKİLƏR – iki ildən çox qışlayan ot və yarımkollar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
90
Ç.b.-in bəzisi bir neçə il, digərləri 20-30, hətta 100 ilədək yaşayır. Bəzən
ağac və kolları da Ç.b. adlandırırlar.
ÇOXYARUSLU (ÇOXMƏRTƏBƏLİ) SENOZLAR – bir neçə
yarusdan ibarət olan senozlar.
ÇÖKMƏ SÜXURLAR – quru səthində və ya müxtəlif su
hövzələrində əvvəl mövcud olmuş süxurların (çökmə, maqmatik,
metamorfik) və orqanizm qalıqlarının pozulma məhsullarının
toplanması nəticəsində əmələ gəlmiş süxurlar. Ç.s. Yer qabığı kütləsinin
təqr. 10%-ini təşkil edir və Yer səthinin 75%-ini örtür. Faydalı
qazıntıların 75%-indən çoxu (kömür, neft, duzlar, dəmir, manqan,
alüminium filizləri, qızıl və platin səpintiləri, tikinti materialları və s.)
Ç.s.-dan hasil edilir.
ÇÖL (BOZQIR) – Çöl zonası Avraziyada çöl (bozqır), Şimali
Amerikada preriya, Cənubi Amerikada pampas, Yeni Zelandiyada isə
tussok adlı bitki qruplarından təşkil olunmuşdur. Bu ərazilər mülayim
qurşağa daxil olub qismən kserofit bitkilərlə örtülüdür.
Heyvanat aləminin yaşayış tərzi nöqteyi nəzərincə çöl zonası yaxşı
görünüşü, bitki qidasının bolluğu, nisbətən quru yay dövrünün olması,
yay dövründə yarım dinclik və ya tam dincliyin mövcudluğu ilə
səciyyələnir. Bu baxımdan, çöl zonasının qrupları meşə zonasından
kəskin fərqlənir. Çölün canlı bitki örtüyünün əsas forması çim əmələ
gətirən taxıl otları hesab olunur.
Çöl şəraiti üçün səciyyəvi kollar qrupla, bəzən isə tək-tək bitir.
Bunların respublikamızdakı çöllərdə topulqanı, qarağanı, Pallas
murdarçasını, badamı, iydəyarpaq armudu, dağdağanı, ardıcın bəzi
növlərini göstərmək olar. Alimlərin fikrincə (Qrossheym, Qulisaşvili)
Cənubi Qafqazda , o cümlədən Azərbaycanda ilkin çöl yoxdur. Çöl
burada meşə məhv edilən yerlərdə əmələ gəlib törəmə tiplidir.
Respublikamızda belə çöllər Böyük Qafqazda Bozqır yayla ərazisində
və Kiçik Qafqazın dağətəyi və orta dağ-meşə qurşağında yayılmışdır.
Hazırda hədsiz mal-qara otarma nəticəsində çöllərdə səhralaşma prosesi
gedərək yarımsəhraya çevrilir.
ÇÖL TƏDQİQATLARI – çöl (ekspedisiya) şəraitində tədqiqatlar.
ÇÜRÜMƏ – tərkibində azot (zülallar) olan üzvi maddələrin
mikroorqanizmlərin təsiri ilə çürümə prosesi. Çürümə zamanı mürəkəb
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
91
üzvi maddələrdən sadə mineral maddələr (NH
3
, H
2
S, CO
2
, H
3
PO
4
və b.)
alınır, sonralar onlar digər üzvi maddələr sintez etmək üçün canlı
orqanizmlər tərəfindən istifadə olunur. Ç. təbiətin mühüm prosesi olub
ümumi bioloji əhəmiyyət kəsb edir. Praktikada Ç. ilə mübarizə böyük
əhəmiyyət daşıyır: yeyinti sənayesində – ərzaqların saxlanılmasında,
tibbdə – yaraların müalicəsində istifadə olunur. Çox halda Ç. müsbət rol
oynayır. Məs; dəri sənayesində dərinin işlənməsində, kənd
təsərrüfatında – çürüntünün əmələ gəlməsində və s.
ÇÜRÜNTÜ – bax: humus.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
92
D
DAĞ-DƏRƏ KÜLƏKLƏRİ – gündüz dərələrdən dağlara, (dərə
küləkləri) gecə isə əksinə-dağlardan dərələrə (dağ küləkləri) əsən
küləklər. Yerli hava dövranı sistemində dağ yamacları və dərələr
üzərində yaranan müxtəlif temperatur və təzyiq fərqi nəticəsində əmələ
gəlir. D.d.k. buludluq və yağıntının gündəlik gedişinə də təsir göstərir,
gündüzlər buludların əmələ gəlməsinə, gecələr isə buludların
çəkilməsinə şərait yaradır. Azərbaycanda D.d.k. bütün dağlıq rayonları,
xüsusilə Böyük və Kiçik Qafqaz üçün xarakterikdir.
DAĞ GÖLÜ – əsasən tektonik və buzlaq mənşəli olur. Tektonik
göllər dağəmələgəlmə prosesləri nəticəsində Yer qabığının qırışması və
sınması ilə əlaqədar olaraq əmələ gəlir, bu cür göllər ən böyük və dərin
göllərdir. Məs., Xəzər gölü (sahəsi 371 min km
2
), Baykal gölü (dərinliyi
1620 m). Dağlıq yerlərdə dərə gölləri dağ uçqunu zamanı süxurların çay
dərəsini doldurması nəticəsində əmələ gəlmişdir. 1139-cu ildə şiddətli
zəlzələ zamanı Kəpəz dağının bir hissəsi uçub Ağsu çayının dərəsini
doldurmuş və nəticədə dərinliyi 100 m çatan gözəl Göygöl meydana
gəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
93
Tufan gölü (avqust ayında)
DAĞ KSEROFİTLƏRİ – əsasən kontinental iqlim zonasının quru
daşlı dağ yamacları üçün səciyyəvidir. Qafqaz, Orta Asiya və Ön
Asiyanın alçaq dağlıq hissəsində yayılmışdır. Azərbaycanda Kiçik
Qafqazın dağətəyi hissəsində, Bozqır yaylada və Naxçıvanın orta və
aşağı dağ qurşağında rast gəlinir. Çox vaxt meşə yox edilən yerdə
antropogen mənşəlidir.
DAĞ MEŞƏLƏRİ – dünyada bir-birindən çox aralıda yerləşən ayrı-
ayrı dağ sistemlərində yayılmışdır. Ural, Altay, Sayan, Alatau dağları
yamaclarını örtən dağ-tundra meşələrində iynəyarpaqlı ağac növləri(adi
şam, Sibir sidri, Avropa və Sibir küknarı) üstünlük təşkil edir. Uzaq
Şərqin dağlarında ayan küknarı, ağqabıq ağşam, Sibir sidri, enliyarpaq
ağac cinsləri ilə qarışıq meşələr yaradır. Orta Asiyanın Pamir-Alay,
Zərəvşan, Tyanşan, Çatqal və başqa dağ sistemlərində quru iqlim
şəraitində arid tipli meşələr yayılmışdır. Buranın aşağı dağ qurşağında
saqqız ağacı, orta dağ qurşağında isə müxtəlif ardıc növləri bitir. Krım
və Qafqaz dağlarında iberiya və şərq palıdı, şabalıd, fıstıq, şərq küknarı,
Qafqaz ağ şamı meşələri yayılmışdır.
Respublikamızın meşələrinin 90 faizə qədəri dağ yamaclarında bitir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
94
və bu meşələr özünəməxsus xüsusiyyətlərə məxsusdur. Böyük və Kiçik
Qafqaz dağlarının aşağı qurşağında iberiya palıdı, orta dağ-meşə
qurşağında fıstıq və vələs, yuxarı dağ qurşağında isə şərq palıdı meşələri
üstünlük təşkil edir.
Fıstıq, palıd və vələs meşələrindən başqa dağlarımızda kiçik
sahələrdə 8 növ ağcaqayın, 3 növ cökə, 4 növ tozağacı, titrəkyarpaq qo-
vaq, qoz, şabalıd, Qafqaz xurması, 6 ardıc növü, saqqızağacı meşələrinə
də rast gəlinir. Talışın dağlıq meşələri dünyada müstəsnalıq təşkil edir.
Burada aşağı dağ qurşağında şabalıdyarpaq palıd və dəmirağacı, orta
dağ qurşağında şabalıdyarpaq palıd və fıstıq meşələri yayılmışdır. Bu
meşələrdə relikt ağaclarından azatağacı, məxməri ağcaqayın, Lənkəran
(ipək) akasiyası və yalanqoza da rast gəlinir.
Fıstıq meşələri respublikamızın meşə fondunun 32 faizini təşkil edir
(243 min hektar). Bu meşələrin ümumi oduncaq ehtiyatı 49 milyon
kubmetrə bərabərdir. Böyük və Kiçik Qafqazdakı fıstıq meşələri dəniz
səviyyəsindən 800-2000 m, Talış dağlarında isə 300-1800 m
yüksəklikdə yayılmışdır. Kiçik Qafqazın cənub yamaclarında (Laçın,
Zəngilan və Naxçıvanda) fıstıq meşələrinə rast gəlinmir.
Sahəsinin böyüklüyünə görə fıstıqdan sonra palıd meşələri gəlir.
Respublikamızda palıd meşələrinin sahəsi 232 min hektardır, onlar meşə
ilə örtülü ərazinin 30 faizini təşkil edir.
Vələs meşələri sahəsinə görə respublikamızda 3-cü yeri tutur. Onun
ümumi sahəsi 185 min hektar olub, respublikamızın meşəlik ərazisinin
25 faizə qədərini təşkil edir, ümumi oduncaq ehtiyatı 23 milyon
kubmetrdir.
Hazırda dağ meşələrinin qeyri qənaətəbəxş vəziyyəti təşviş doğurur.
Burada bütün meşələr qoruyucu əhəmiyyətə malikdir. Burada aparılacaq
hər bir tədbir mövcud meşələrin qoruyucu funksiyasını yüksəltməyə
doğru yönəldilməlidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
95
Böyük Qafqazın aşağı dağ-meşə qurşağı
DAĞ TEXNİKİ REKULTİVASİYA – texniki rekultivasiyanın
növlərindən biri. Faydalı qazıntıların çıxarılması və emalı zamanı
pozulmuş torpaqların rekultivasiya mərhələsidir. D.t.r.-nin optimal həlli
dağ işlərinin bir hissəsi olub, əsasən istismar texnikası vasitəsi ilə yerinə
yetirilir.
DAĞDAĞAN FƏSİLƏSİ – (Celtidaceae). Fəsiləyə 9 cins və 80
növ daxildir. Qafqazda və Azərbaycanda təbii halda 3 növü bitir.
Qafqaz dağdağanı (C.caucasica). Respublikamızda Böyük və Kiçik
Qafqazda, Qobustanda və Lənkəran ovalığında, əsasən qayalıqlarda bi-
tir.
Hamar dağdağan (C.glabrata). Azərbaycanda, Böyük və Kiçik
Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliyə qədər meşələrin
tərkibində, Naxçıvanda, Lənkəran ovalığında bitir.
Turnefor dağdağanı (C.tournefortii) respublikamızda Naxçıvanda
dağlıq, qayalıq və quraqlıq yerlərdə bitir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
96
Qafqaz dağdağanı
DAĞLAR – 1) dağlıq ölkələr, dağ sistemləri – yer səthində ətraf dü-
zənliklərdən yüksəkdə olan, daxilində hündürlükləri xeyli və kəskin
fərqlənən sahələr. Mənşəyinə görə D. vulkanik, erozion və tektonik olur.
2) Yer səthində təcrid olunmuş zirvələr və silsilələr formasında olan
qalxmalar da (dəniz səviyyəsindən hündürlüyü 200 m-dən çox olan) D.
adlanır.
Böyük
Qafqazda
Tufan dağı
(avqust
ayında)
DAXİLİ SU HÖVZƏSİ: bax kontinental su hövzəsi.
DAİMİ DONUŞLUQ (ÇOXİLLİK) – Arktik səhra zonasında,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
97
həmçinin tundra və tayqa zonalarında dağ süxurlarının üst qatının uzun
müddətdə (əsr, min illər) sıfıra və mənfi temperaturadək soyuması.
DAİMİ POPULYASİYA – İlboyu müəyyən arealda məskunlaşmış
populyasiya. D.p. öz arealından seyrək hallarda çıxır.
DALĞA, SAY DALĞASI (həyati, populyasiya d-sı) – bütün
növlərə aid olub populyasiyaya təsir göstərən abiotik və biotik amillərin
təsiri nəticəsində dövri və qeyri-dövri olaraq fərdlərin sayının
dəyişməsi. Say dalğası az saylı populyasiyaların qalması üçün təhlükəli
hesab olunur.
DANADİŞİLƏR (Gryllotalpidqe) – düzqanadlılar dəstəsindən
həşəratlar fəsiləsi. D.-in 45-dək növü məlumdur. Azərbaycanda 2 növü
yayılmışdır. Rütubətli torpaqda yaşayır. Gündüzlər torpağın altında
qalır, axşamlar üzə çıxır. Bitkilərin yeraltı hissəsi, soxulcan və həşəratla
qidalanır. Suvarılan torpaqlarda bitkilərin yeraltı hissəsini zədələməklə
bağ və bostanlara böyük zərər verir.
DAŞ KÖMÜR – bitki mənşəli bərk çökmə süxuru. Bitki kütləsinin
tədrici kimyəvi və fiziki-kimyəvi çevrilmələrə məruz qalması yolu ilə
daş kömürün əmələ gəlməsi prosesi aşağıdakı mərhələləri keçirir: torf-
qonur kömür – daş kömür – antrasit. Daş kömürün əmələ gəlməsi
nəticəsində çöküntüdə karbonun miqdarı artır, oksigen isə azalır. Daş
kömürün yaşı 350-250 milyon ilə bərabərdir. Onlardan ən qədimi
antrasit sayılır, o, özündə 95%-dən artıq karbon saxlayır, tərkibində
hidrogen azdır, yandırdıqda demək olar ki, uçucu məhsul vermir.
DAŞ QUTU QƏBİRLƏRİ – dağ və dağətəyi r-nlar üçün xarakterik
dəfn abidələri. Tunc dövründə daha geniş yayılmışdı. D.q.q. düzbucaqlı
formada olur, hər tərəfinə və üstünə sal daşlar qoyulurdu. Bəzən üstündə
kurqanlar ucaldılırdı. Azərbaycanın çox yerində (Daşkəsən, Gədəbəy,
Dağlıq Qarabağ və s.). D.q.q. e.ə. 2-ci minilliyin ortalarından eramızın
6-7 əsrlərinədək mövcud olmuşdur.
DAŞQIN – çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və
buzların əridiyi, yağışın ən çox yağdığı vaxtda olur. Çayların suyunun
artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması,
bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axamının 60-
80%-ə qədəri D. dövrünə düşür.
DAŞLAŞMIŞ QALIQLAR – keçmiş geoloji dövrlərin çöküntü
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
98
süxurlarında qorunub qalmış heyvan və bitki qalıqları. Daşlaşma prosesi
suda həll olunmuş karbonatlar, sulfatlar, fosfatlar, sulfid birləşmələri
çürümə nəticəsində heyvan qalığında əmələ gəlmiş boşluqlara dolur,
skelet və ya onun hissələri tədricən qeyri-üzvi maddələrlə əvəz olunur.
Nəticədə heyvanın skeleti, yaxud onun bir hissəsi get-gedə daşlaşır və
D.q. əmələ gəlir.
Dostları ilə paylaş: |