BİOSFER EKOSİSTEMİ, EKOSFER, YERİN
METAEKOSİSTEMİ (Dedyu, 1988) – biosfer Yerin ekosistemi kimi:
B.e.-nin xüsusiyyətlərini planetin canlı, biokimyəvi aktiv maddələri
(biokütlə), o cümlədən insanın daim artmaqda olan populyasiya sayı
təyin edir. B.e.-in tərkib hissələri həmçinin aşağıdakılardar: ölü biotanın
üzvi maddələri; biokos (orqanogen) dağ süxurları (qazıntı halında
kömür, əhəngdaşların bəzi növləri, tabaşir, diatomitlər, balıqqulağılar,
riflər və b.); atmosfer (ozon qatına qədər); hidrosfer (maksimal dərinliyə
qədər). B.e.-nin fəaliyyəti günəş enerjisinin avtotrof orqanizmlər tə-
rəfindən mənimsənilməsi sayəsində gedir. Müasir B.e. Yerdə həyat
yaranandan sonra (təxm. 4 mlrd. il əvvəl) başlayaraq uzun təkamülün
nəticəsidir. B.e. termini B.A.Bıkova (1988) məxsusdur.
BİOSFER QORUQLARI – dünyanın müxtəlif coğrafi
vilayətlərində biosferin daha xarakterik, etalon qorunan sahələri. B.q.
müəyyən biocoğrafi vilayətlərin təbii ekosistemlərini və onların
genofondunun təbii halında qorunub saxlanması, onların vəziyyəti və
müxtəlif təbii proseslərin gedişi üzərində hərtərəfli müşahidələr
aparmaq məqsədilə yaradılır. B.q.-ın prinsipial sxemi belədir: nüvəsi,
yaxud mütləq qorunan ərazisi; nüvənin ətrafında təsərrüfatda ciddi
səmərəli istifadə olunan ərazi. Bütün dünyada müxtəlif xarakterik
biocoğrafi provinsiyalarda 33-dən çox (1988) B.q. yaradılmışdır. Nəzəri
cəhətdən B.q. özününizamlayan təbii sistemdir, ona görə onların sahəsi
kifayət qədər böyük olmaqla, qonşu ekosistemlərdən ekoloji cəhətdən
ayrılmış halda (təcrid olunmuş) olmalıdır.
BİOSFER TƏZAHÜRÜNÜN ÖLÇÜSÜ – kəmiyyət
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
60
göstəricilərinin dəyişkənliyinin yol verilən intervalı, bu zaman o özünün
başlanğıc keyfiyyət müəyyənliyini saxlayır.
BİOSFERƏ ANTROPOGEN TƏSİR – texnoloji məhsullara,
radioaktiv maddəllərlə çirklənmə nəticəsində, atmosferin, çay, dəniz və
okeanların tərkibi və rejiminin dəyişilməsi, onların bir çoxunun, o
cümlədən ən məhsuldar tropik meşələrin tamamilə yox edilməsi.
Təkamül məhsullarının – bir sıra heyvan və bitki növlərinin, onların
birgə yaşayan mürəkkəb sisteminin, yəni biosenozların məhv edilməsi.
Bir çox regionlarda, o cümlədən Azərbaycanda (Xəzər dənizi, Sumqayıt
şəhəri, tuqay meşələri və s.) bu hadisələr təbii fəlakət xarakteri daşıyır.
BİOSFERİN ANTROPOGEN REDUKSİYASI – insanın dağıdıcı
fəaliyyəti (mühitin çirklənməsi, meşələrin məhv edilməsi, bozqırların
şumlanması, sənaye heyvanlarının həddən artıq ovlanması, təşkil
olunmamış turizm, urbanizasiya, qida və dərman bitkilərinin nəzarətsiz
yığılması və s.) nəticəsində biosferin növmüxtəlifliyinin durmadan
(bərpa olunmadan) azalması prosesi. B.a.r.-nın qarşısının alınması üçün
planetin heyvanat və bitki aləminin genetik fondunun qorunması üzrə
qlobal proqram hazırlanmalı, biosfer qoruqlarının, milli parkların,
botaniki bağların, zooloji parkların şəbəkəsi genişləndirilməlidir.
BİOSFERİN BƏRPA OLUNMASI QANUNU – P.Dajero (1957)
tərəfindən irəli sürülmüş bu qanuna əsasən biosferin komponentlərinə
antropogen təsir dayandırıldıqdan sonra o, hökmən öz “itirilmiş
mövqeinə” qayıtmağa cəhd edir, yəni özünün ekoloji tarazlığını və
davamlığını saxlaya (bərpa edə) bilər. Belə ki, meşəsizləşdirilmiş
sahələrdə meşə örtüyü yenidən tədricən bərpa olunmağa başlayır.
BİOSFERİN BUFERLİYİ – biosferin antropogen çirkləndiricilərə
müqavimət göstərməsi (neytrallaşdırması) qabiliyyəti.
BİOSFERİN DƏYİŞMƏ HƏDDİ – biosferin funksiyasını onu
təşkil edən yarımsistemlərin və mühit əmələgətirən komplekslərini
əhəmiyyətli dərəcədə, lakin dönən dəyişmələrə məruz qalan təsir
qüvvəsi.
BİOSFERİN TƏKAMÜLÜ – a) canlı maddələrin xarakterinin
(növlərinin yaranması, inkişafı və məhv olması, biotik qrupların
formalaşması və dağılması); b) bu maddələrdən yaranmış Yer qabığı
kimi biosferin xassələrinin; c) ekosferin xassələrinin; ç) ekosferin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
61
(planetin) fasiləsiz, eyni zamanda və qarşılıqlı dəyişilmə prosesi.
BİOSFERİN MƏHSULDARLIĞI – Bir il ərzində onun
biokütləsinin ümumi artımı. Son hesablamalara görə (Uitteker, 1980)
illik (ilk) bitki məhsulu (quru kütlə) 170
⋅ 10
9
t olub 300-500
⋅ 10
2
C
ener. ibarətdir. Bu miqdarın quru fitosenozlarının payına 117
⋅ 10
9
t
düşür. Onun böyük hissəsi (74
⋅ 10
9
) meşələr (xüsusilə tropik zonanın)
verir. Heyvanların illik məhsulu(ikinci) quruda 909
⋅ 10
6
t, cəmi 3934
⋅
10
6
t təşkil edir.
BİOSFERİN SABİTLİYİ – biosferin xarici (kosmik) və daxili
təsirlərə, o cümlədən antropogen təzyiqinə qarşı müqavimət göstərə
bilməsi.
BİOSFERİN STABİLLİYİ – biosferin bufer həcmi – biosferin
xarici (kosmik) və daxili, o cümlədən antropogen təsirlərə qarşı
davamlığı. Elmi-texniki inqilab dövründə B.s. güclü pozulmağa məruz
qalır və ekoloji fəlakətlə üzləşə bilər, onun qarşısı yalnız bütün
bəşəriyyətin ümumi gücü ilə alına bilər.
BİOSESTON – suda asılı vəziyyətdə olan canlı orqanizmlərin
(bakteriyalar, birhüceyrəli yosunlar, ibtidailər və s.) cəmi.
BİOSİD – 1) Bütün varlığı (canlıları) məhv edə bilən maddə; 2)
Geniş ərazilərdə canlıları məhv etmək (məs., hərbi məqsədlə).
BİOSİKL – 1) biosferin ən iri ekoloji hissəsi. Aşağıdakı B.-lər
ayrılır; dəniz, estuari (liman) və daxili su hövzələri. Hər bir B. tərki-
bində çoxlu miqdarda biotoplar olan bioxorlara bölünür. Məs., qum, gil
və daşlı səhralar biotopları səhra bioxorunda birləşir, onlar da meşə, çöl
və s. bioxorları ilə birlikdə qurunun B.-ni təşkil edir. 2) orqanizm
inkişafının faza və mərhələlərinin dəyişilməsi qanunauyğunluqları.
BİOSİSTEMİN
İNFORMASİYASI
– bioloji sistemin
müxtəlifliyinin göstəricisi. Məs. populyasiyaların mürəkkəb cins, yaş,
sahə-etoloji, ölçü və s. strukturu olur; ekosistemlər çox saylı müxtəlif
mikroorqanizm növlərinin populyasiyalarından ibarətdir. Beləliklə,
biosistemin informasiya mənbəyi onun mütəşəkkilliyi sayılır.
BİOSPELEOLOGİYA, SPELEOBİOLOGİYA – mağaralarda
həyatı öyrənən elm. B-nın əsası ruminiya bioloqu E.Rakovise (1907)
tərəfindən qoyulmuşdur. O, mağaraların ekoloji şəraitinin
xüsusiyyətlərini və onların canlı orqanizmlərə təsiri, yeraltı biotaların
təkamül qanunauyğunluqlarını, mağara sakinlərinin çoxalması və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
62
coğrafi yayılması və s. tədqiq etmişdir.
BİOSTANSİYA – stasionar bioloji müşahidə yeri.
BİOSÜZGƏC – çirkabı bioloji təmizləyən qurğu. Dairəvi, yaxud
dördbucaqlı çən şəklində olur. Dibi ikiqatdır və qatların arasında azı 0.4
m məsafə qoyulur: içərisinə posa, qranit qırıntıları, çınqıl, keramzit və s.
süzgəc materialı tökülür. Süzgəc təbəqəsinin hünd. 1,5-2 m, dənələrinin
ölçüləri 30-40 mm, alt döşənək təbəqəsi dənələrinin ölçüləri isə 60-100
mm-dir. Çirkab süzgəc materiallarından keçərkən onun üzərində
bakteriya və göbələklərdən ibarət bioloji təbəqə əmələ gəlir. Həmin
təbəqə çirkabın üzvi maddələrini oksidləşdirmək və minerallaşdırmaq
yolu ilə təmizləyir.
BİOTA (yun. biote -həyat) – biosenozun, assosiasiyanın, həmçinin
daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora
və fauna). B.-nın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik,
mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. B. termini ən çox
biocoğrafiyada istifadə olunur.
BİOTAKSİYA, SİSTEMATİKA, TAKSONOMİYA – canlı
orqanizmlərin təsnifatı ilə məşğul olan elmi fənn.
BİOTEXNİYA – faydalı heyvanların sayını artırmaq və
məhsuldarlıq xassələrini yaxşılaşdırmaq məqsədi ilə tətbiq olunan
tədbirlər kompleksi.
BİOTEXNOLOGİYA – bioloji proseslərin, obyektlərin və
materialların sənayedə istifadə olunması. B. – perspektiv sahə olub ətraf
mühitə mənfi təsiri minimuma endirir.
BİOTERMOGENEZ – Kimyəvi energiyanın istiliyə çevrilməsi
biofiziki prosesi. B. proses zamanı hər orqanizm üçün xarakterik olan
temperatur realizə olunur.
BİOTİK AMİLLƏR – orqanizmlərə digər orqanizmlərin təsiri
(bitki və heyvanın bir-birilə və birinin digəri ilə əlaqəsi, yırtıcıların və
parazitlərin təsiri, yemlə təmin etmə və i.a.).
BİOTİK DÖVRAN – bax bioloji dövran.
BİOTİK ƏLAQƏ – biosenozda orqanizmlərin bir-birilərilə
əlaqələrinin müxtəlif formaları.
BİOTİK FAKTORLAR – orqanizmə təsir göstərən canlı təbii
faktorların məcmusu (məs. qida, sıxlıq, parazitlər).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
63
BİOTİK MÜHİT – canlı orqanizmlərin (heyvan, bitki,
mikroorqanizmlər) mühiti və onların təsiri (qarşılıqlı və abiotik mühitə).
BİOTİK POTENSİAL – növ populyasiyasının nəzəri maksimal
artması sürəti.
BİOTOKSİN – canlı orqanizmlərin ifraz etdiyi toksin.
BİOTOP, EKOTOP – eyni relyef, iqlim və digər abiotik amillərə
malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən
saldığı sahə. Aşağıdakı B.-ları ayırmaq olar: polipedon, yəni torpaq
sudibi məskəni, klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və
hidrotop, su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq
müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. B.
termini adətən ekoloqlar tərəfindən işlədilir.
BİOTROFLAR – digər orqanizmlərin bioloji kütləsi ilə qidalanan
orqanizmlər (yırtıcılar, parazitlər, simbiontlar).
BİRƏBÖCƏKLƏR – (Chrysomelidae) – yarpaqyeyən böcəklər
fəsiləsi. 5000-ə yaxın növü var. Azərbaycanda zolaqlı taxıl birəsi, qara
xaççiçək birə, cənub çuğundur birəsi, böyük taxıl birəsi və s. növləri
var. Əksər növləri taxıla, kartofa, bostan-tərəvəz bitkilərinə və s. zərər
verir. Mübarizə tədbirləri: alaqlar məhv edilir, kimyəvi maddələr
(metafos, heksaxloran, xlorofos və s.) tətbiq olunur.
BİRƏLƏR (Aphaniptera) – parazit həşərat dəstəsi. 1000-ə yaxın
növü məlumdur. Azərbaycanda 58 növü qeydə alınmışdır: insan birəsi,
it birəsi, pişik birəsi, cənub siçan birəsi və s. daha çox yayılmışdır.
İnsan, at və pişik birəsi, taun və bir çox yoluxucu xəstəliyin keçirisidir.
Mübarizə tədbirləri: binalar təmiz saxlanmalı, döşəmə 2-5%-li sabun-
karbol məhlulu ilə yuyulmalı və s.
BİRİLLİK BİTKİLƏR – həyatını bir vegetasiya dövründə (adətən
2-5 aya) başa vuran bitkilər. B.b.-in toxumu yazda və ya yayda cücərir,
bitki payızda toxum verib, məhv olur. B.b.-ə kətan, qarabaşaq, yazlıq
buğda, yulafca, əkin qərənfili və s. daxildir. Öz inkişafını daha tez (1-2,5
aya) başa vuran B.b. efemerlər (erkən baharotu, şərq bozağı, xırda
qarayonca və s.) adlanır. Əlverişsiz şəraitdə öz həyatını bir il ərzində
tamamlaya bilməyən bəzi B.b. çoxilliklərə çevrilir. (məs., Arktikada və
yüksək dağ şəraitində bitən qırtıc bitkisi).
BİRLƏPƏLİLƏR (Monocotyledones) – örtülütoxumlular şöbəsinin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
64
bir sinfi. Toxumunda bir ləpənin olması ilə xarakterizə edilir. 65 mindən
artıq növü məlumdur. Keçmiş SSRİ-də 2600-dən çox növü yayılmışdır.
Əksəriyyəti ot bitkiləridir. Subtropik və tropik ölkələrdə ağac
formalarına da təsadüf edilir. Ərzaq (buğda, çovdar, çəltik, qırtıc və s.)
dekorativ (zanbaq, sünbülçiçək və s.), lifli, dərman və s. bitkilərin
əksəriyyəti birləpəlidir.
BİSSİNOZ – pambıq tozu ilə uzun müddət nəfəs aldıqda insanın ağ
ciyər xəstəliyinə tutulması.
BİTKİ ANATOMİYASI – botanikanın bitki orqan və
toxumalarının daxili quruluşunu öyrənən elm bölməsi.
BİTKİ BAKTERİOZLARI – bakteriyaların törətdiyi bitki
xəstəlikləri. B.b-nın törədiciləri bitkiyə zədələnmiş yerlərdən, yarpaq
ağızcıqlarından, çiçək nektarisindən və b. məsamələrdən keçir. Onlar
xəstə toxum və bitki qalığı, habelə həşərat, molyusk, nematod və s. ilə
ətrafa yayılır. B.b. pambıq, pomidor, kələm, kartof, alma, armud, qoz,
fındıq və s. bitkilərə böyük zərər vurur.
BİTKİ COĞRAFİYASI (FİTOCOĞRAFİYA) – yer səthində bitki
növləri və onların digər taksonomik kateqoriyalarının yayılması
qanunauyğunluqlarını öyrənən elmi sahə. Floristik, ekoloji və tarixi B.c.
sahələrinə bölünür.
BİTKİ DOMİNANTLARI
– bitki qruplaşmalarında
(fitosenozlarda) və ya biosenozların əsas qatlarında üstünlük, yəni
dominantlıq edən bitki növləri. Aşağı qatlarda üstünlük təşkil edən
növlər subdominantlar, əsas qatda (üst yarusda) nisbətən üstünlük təşkil
edən növlər isə kondominantlar adlanır. Bir çox bitki qruplaşmalarında
(o cümlədən meşədə) əsas yarusda mütləq üstünlük təşkil edən
dominantı ayırmaq çətin olur. Belə fitosenozlar polidominant fitosenoz
adlanır. Bir növ üstünlük təşkil edən isə monodominant fitosenoz
adlanır. Fitosenozların təsnifatı dominantlara görə verilir.
BİTKİ FORMASİYASI – Eyni bitki növündən təşkil olunmuş
hakim yarusdakı assosiasiyların məcmusu. B.f.-na genetik və ekoloji
cəhətdən müxtəlif assosiasiyalar daxil ola bilər.
BİTKİ GENEFONDUNUN QORUNMASI – bitkinin
növmüxtəlifliyini saxlamaq üzrə təbdirlər kompleksi. B.g.q. üçün
qoruqlar, təbii parklar, botaniki və kompleks yasaqlıqlar, rezervatlar və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
65
digər qorunan obyektlər təşkil olunur; botanika bağlarında və təcrübə
stansiyalarında yerli və introduksiya olunmuş növlərin genefondunun
bankı yaradılır; qiymətli bitkilərin mədəni yetişdirilməsi metodları
işlənib hazırlanır; introduksiya, reintroduksiya və repatriasiya üzrə işlər
genişləndirilir; bitkinin bitmə mühitinə ümumi bioloji və ekoloji qiymət
və onun gələcəkdə dəyişməsi proqnozlaşdırılır, qırmızı kitab burxılır və
s. B.g.q. təbiəti mühafizənin tərkib hissəsidir.
BİTKİ XƏSTƏLİKLƏRİ – xəstəlik törədiciləri və əlverişsiz mühit
şəraiti kimi müxtəlif təsirli səbəblərin nəticəsində baş verən pataloji hal.
B.x. bitkilərin quruluşunun, funksiyalarının (fotosintez, tənəffüs, su
cərəyanı, qida maddələri) pozulması zamanı baş verir və orqanizmin
vaxtından əvvəl məhvinə və ya onun ayrı-ayrı orqanlarının
zədələnməsinə səbəb olur. 30 mindən çox müxtəlif B.x. məlumdur. B.x.
kənd və meşə təsərrüfatına böyük zərər vurur. B.x. məhsulun
keyfiyyətini, toxumun cücərmə qabiliyyətini aşağı salır və s. B.x-ni
öyrənən və onlara qarşı mübarizə tədbirləri hazırlayan elm
fitopatologiya adlanır.
BİTKİ QRUPLAŞMASI – bir-biri ilə, eləcə də mühitin biotik və
abiotik komponentləri ilə mürəkkəb qarşılıqlı əlaqədə olan avtotrof və
heterotrof bitkilərin məcmusu (müəyyən sahədə).
BİTKİ MORFOLOGİYASI, FİTOMORFOLOGİYA – bitkilərin
xarici və daxili quruluşunu, fərdi (ontogenez) və təkamül-tarixi
(filogenez) inkişafında forma əmələ gəlməsi qanunauyğunluqlarını
öyrənən elm. B.m. taksonomiyanın tərkibində və seleksiyada istifadə
edilir. O, bitkiçilik, bağçılıq, üzümçülük və s. elmi-təcrübi sahələrdə də
tətbiq olunur.
BİTKİ MÜHAFİZƏSİ – müxtəlif kənd təsərrüfatı və meşə
ziyanvericilərinə qarşı yönəldilən kompleks (aqrotexniki, bioloji və
kimyəvi xarakterli, məs. pestisidlərdən istifadə) tədbirlər kompleksi.
BİTKİ ÖRTÜYÜ, BİTKİLİK – Yer kürəsində, yaxud onun
müəyyən hissəsində (qitədə, ölkədə, rayonda və s.) yayılmış bitki
qruplaşmalarının (fitosenozların) məcmusu. Bitki növlərinin yayılmasını
tədqiq edən floradan fərqli olaraq B.ö. bitkilərin müəyyən sahədə örtük
yaratması ilə səciyyələnir. Yer kürəsində zonallıq qanununa uyğun
olaraq, ekvatordan qütblərə doğru iqlim, torpaq və s. amillərin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
66
dəyişilməsinə müvafiq olaraq B.ö. də dəyişir. (tundra, tayqa, meşə-çöl,
səhra). Dağlıq zonada B.ö. tiplərinin yayılması şaquli zonallıq qanununa
tabedir. Müxtəlif təsnifatlarda su, mezofit, kserofit, qalofit bitki örtüyü,
ağac, ot, kol bitki örtüyü ayrılır.
BİTKİ ÖRTÜYÜ TİPİ – mənşə etibarilə müxtəlif bitki örtüyü
qruplaşmalarını yüksək ranqda birləşdirmək. (formasiya və onun
sinifləri).
BİTKİ ÖRTÜYÜNÜN ARİDLƏŞMƏSİ – bitki örtüyünün
tərkibində kserofil növlərin sayının çoxalması, sıxlığının və bioloji
məhsuldarlığının azalması.
BİTKİ ÖRTÜYÜNÜN BƏRPASI – pozulmuş bitki örtüyünün
həmin yer üçün ilkin bitki örtüyünün bərpası istiqamətində dəyişməsi
(suksessiya).
BİTKİ ÖRTÜYÜNÜN TƏSNİFATI (KLASSİFİKASİYASI) –
mühüm əlamətlərinə görə oxşar fitosenozların daha iri qruplarda
birləşdirilməsi olub bitki örtüyünü öyrənən metodlardan biri. Bitki
qruplaşmaların quruluşunun əlamətləri əsasında morfoloji təsnifat,
dominantlıq edən bitkinin ekologiyasına əsasən ekoloji təsnifat,
dominantların biologiyası və ekologiyasına əsasən bioekoloji təsnifat,
floranın tərkibinə əsasən floristik təsnifat, təkamülünün müddətinə görə
aşağıdakı şöbələrə bölünür: (bakterial qayalığın nitrifikasiya
bakteriyaları), yosun, şibyə, çılpaqtoxumlular və örtülütoxumlular.
Axırıncı şöbə iki yarımşöbəyə – çəmən-meşə və savanna-səhra – çöl
bitki örtüyünə bölünür. Şöbələr bitki örtüyü tiplərinə ayrılır (məs.
yarpağı tökülən meşə, mezofil kolluqlar, çəmən, bataqlıq və su
bitkiləri).
BİTKİ VƏ HEYVANIN YAŞI – onların fərdlərinin yaşama
müddəti. Bitkilərdə xüsusi, ümumi,orta və həd yaş ayrılır. Cücərmə
dövründən indiyə kimi olan yaş xüsusi yaş adlanır. Vegetativ yolla artan
bitkilərdə ümumi yaş təyin olunur. O, ana bitkinin və pöhrənin xüsusi
yaşının cəminə bərabər olur. Ağac və kol bitkilərinin yaşı onların kötük
kəsimlərində olan illik həlqələrinin sayı ilə hesablanır. Otların yaşı
onların uzun müddət böyüməsini müşahidə etməklə təyin edilir.
Qaraçöhrə, çinar ağacları 1000 ildən artıq ömür sürür. Heyvanlarda
xüsusi, orta və həd yaş ayrılır. Növün sistematik vəziyyəti və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
67
morfologiyasından asılı olaraq olduqca çoxlu üsullardan istifadə olunur.
Nərə və keçəl kərkəs balıqları 100 ildən artıq, fil tısbağası 150 ildən
artıq, naqqa balığı isə 300 ildən artıq yaşayır.
BİTKİ VƏ ONUN ORQANLARININ SƏTHİ – bitki
qruplaşmalarını və populyasiyalarını səciyyələndirən mühüm göstərici.
Birhüceyrəli orqanizmlərdə bitki ilə mühit arasında maddələr
mübadiləsi aparan fəaliyyətdə olan səthlərin-assimilyasiya (yarpaq və
yaşıl budaqların) və adsorbsiya (köklərin fəaliyyətdə olan hissəsi)
səthlərin təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Yaruslarda
yarpaqla örtülmə faizinin təyin edilməsi də müəyyən əhəmiyyətə
malikdir.
BİTKİ ZƏRƏRVERİCİLƏRİ – bitkiləri zədələyən və ya onları
məhv edən heyvanlar. Kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran
gəmiricilər və həşəratlardan kəpənəkləri (payız sovkası, kələm kəpənəyi
və s.) və böcəkləri göstərmək olar. Bitkiyeyən gənələr, sap qurdlar,
qarınayaqlı molyuskalar və bəzi quşlar da kənd təsərrüfatı bitkilərinə
zərər verir.
BİTKİLƏR – günəş enerjisindən istifadə etməklə avtotrof qidalanan
və hüceyrələri bir qayda olaraq sellülozdan ibarət sıx qılaflı canlı
orqanizmlər. Yer Kürəsində 500 min növ bitki yayılmışdır ki, bunun
200-250 min növü çiçəkli B.-dir.
B. ibtidai və ali B.-ə bölünür. İbtidai bitkilər bədənlərində vəzifə
bölgüsü getməmiş orqanizmlərdir. Ali bitkilərdə isə toxuma və
hüceyrələr arasında vəzifə bölgüsü getmişdir. Ali B. kök, gövdə və
yarpaqlardan ibarətdir. İbtidai B. bakteriyalar, yosunlar, göbələklər,
şibyələr, ali B. isə mamırkimilər, qıjıkimilər, çılpaqtoxumlular,
örtülütoxumlular tipinə (şöbəsinə) ayrılır.
BİTKİLƏRİN HƏRƏKƏTİ – onun hərəkət tərzi forması, boşluqda
bitkinin və ya onun üzvlərinin vəziyyətinin dəyişməsi. Bir hüceyrəli
yosunların və miksomisetlərin hərəkəti avtonom hərəkət olub
amyobşəkilli və ya çox qamçıların köməyilə yerinə yetirilir. Bitkinin
aktiv hərəkəti onun böyüməsilə bağlıdır. Bitkinin passiv hərəkəti bəzi
toxumların kalloid hüceyrələrində suyun miqdarının dəyişməsi ilə
əlaqədardır (məs. xınagülü və quduz xiyar bitkisində toxumun sıçraması).
BİTKİLƏRİN HƏYAT FORMASI – bitkilərin ətraf mühitə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
68
uyğunlaşmasını əks etdirən xarici görkəmi (habitus).
Dostları ilə paylaş: |