BEYNƏLXALQ BİOLOJİ PROQRAM (BBP) – dünya
miqyasında insanların iştirakı ilə yaradılmış, eləcə də təbii bitki və
heyvan qruplaşmalarının bioloji məhsuldarlığını öyrənən proqram.
(1964 ildən həyata keçirilir). BBP üzrə Azərbaycanda da geniş
tədqiqatlar aparılmışdır. Azərb. MEA biologiya bölməsinin nəzdində
BBP-nin respublika komitəsi yaradılmış və 1974-cü ilin sonunadək
fəaliyyət göstərmişdir. Bu komitə Azərb-da qoruqların, dənizlərin və
şirin suların flora və faunasının bioloji məhsuldarlığı, flora və faunanın
qorunması və s. üzrə aparılan elmi-tədqiqat işlərini əlaqələndirirdi. Bu
işlərin nəticəsi iki məcmuədə çap etdirilmişdir. (1970, 1972).
BEYNƏLXALQ HİDROLOJİ PROQRAM (BHP) – 1975-ci ildə
YUNESKO tərəfindən qəbul olunan beynəlxalq elmi əlaqə: məqsədi
milli, regional və qlobal proqramlar üzrə su balansının kompleks
tədqiqi: hidroloji proseslərin öyrənilməsi metodlarının unifikasiyası və
su resurslarından səmərəli istifadə olunması, onların qorunması, insan
fəaliyyətinin hidrosferə təsirinin nəticələrini aşkar etmək və s.
BEYNƏLXALQ TƏBİƏTİN VƏ TƏBİİ RESURSLARIN
MÜHAFİZƏSİ İTTİFAQI – JUGN; MSOP – YUNESKO-nun
(UNESCO) yanında təbii resurslardan səmərəli istifadə olunması üzrə
məsləhət statusu əsasında 1948-ci ildə yaradılmış qeyri dövləti təşkilat.
Bura 130 dövlət, həmçinin 24 Beynəlxalq təşkilatın 502 idarəsi (dövlət,
elmi, milli və s.) daxildir.
YUGN-un əsas fəaliyyət istiqamətləri: elmi-texniki müşavirələrin,
xüsusi konfransların hazırlanması və çağırılması; beynəlxalq proqramın
hazırlanması; Beynəlxalq sazişlərin və təkliflərin hazırlanması. JUGN
digər beynəlxalq təşkilatlarla (BMT-nin ətraf mühit üzrə proqramı),
UNESCO (insan, və biosfer proqramı), yabanı təbiətin ümumdünya
fondu, Roma klubu və s. ilə əməkdaşlıq edir, aylıq bülletenlər çap edir,
elmi-texniki müşavirələrin əsərlərini buraxır.
BEYNƏLXALQ TƏBİİ RESURSLAR – universal ümumbəşər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
44
təbii sərvətləri; bura açıq dənizin (iqtisadi zonanın 200 millik
məsafəsində) canlı və cansız resursları, Antarktidanın təbii sərvətləri
daxildir.
BƏRABƏR YAYILMA – populyasiyada fərdlərin bərabər
paylanması, bütün fərdlər arasındakı məsafə eyni olur. B.y.-a fərdlər
arasında kəskin rəqabət və ya antaqonizm səbəb olur.
BƏRABƏRYARPAQLILAR (Isopoda) – ali xərçənglər dəstəsi;
detrit, su bitkiləri, yarpaq çürüntüləri ilə qidalanaraq su hövzələrini
təmizləyir.
BƏRƏ – 1) ov gözlənilən yer, pusqu, marıq; 2) çıxacaq yer, yol,
aralıq; 3) bağ və bostanların arasındakı cığır, sərhəd, ara, mərz; 4)
əkinləri suvarmaq üçün düzəldilən kiçik arx; 5) Sağım zamanı
qoyunların saxlandığı çəpərlənmiş sahədəki çıxacaq.
BƏRPA OLUNAN NÖV – yaxın keçmişdə sıradan çıxmış, nadir
hesab olunan, hazırda isə fərdlərinin sayı, populyasiyasının müxtəlifliyi
və arealının ölçüsü təhlükəsiz dərəcəyə (məhv olmaq nöqteyi-nəzərincə)
çatan növ. B.o.n. xüsusi qərarla müəyyən vaxt keçdikdən sonra Qırmızı
kitabdan çıxarılır, lakin onun üzərində mükəmməl müşahidələr davam
etdirilir.
BƏRPA OLUNMAYAN TƏBİİ RESURSLAR – istifadə
olunduqdan sonra hazırki dövrdə insan tərəfindən bərpa oluna bilməyən
təbii resurslar (minerallar, su, bəzi bitki və heyvan növü və s.). B.o.t.r.-
larından da istifadə edilməsinə, onların əvəzedicisinin axtarıb
tapılmasına əsaslanmalıdır.
BƏRPA OLUNMAZ TƏBİİ MÜHİT – 1) təbii mühit (bitki örtüyü,
torpaq, heyvanların sayının azalması) bütövlüklə və ya onun hər hansı
bir komponenti dəyişərkən insanın meliorativ müdaxiləsi olmadan və ya
uzun müddət (onillər, yüzillər) təbii proseslər nəticəsində ilkin
vəziyyətinə qayıda bilmir və ilkin bioloji vəziyyətini itirir. Bir sıra
B.O.t.m. insanın təqsiri üzündən (mühitin çirklənməsi, başdan-başa
meşənin yox edilməsi və s.) baş verir. 2) B.o.t.m orqanizmin normal
strukturu və funksiyası kimyəvi maddələrin təsiri nəticəsində yaranır,
bəziləri bərpa olunmur, bəziləri isə bu maddələrin təsiri dayandırıldıqda
inkişaf etməyə başlayır.
BƏZƏK BİTKİLƏRİ – bax: Dekorativ bitkilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
45
BİOAKUMLYASİYA – ətraf mühit tərəfindən və qida ilə
orqanizmin kimyəvi maddələrlə zənginləşməsi.
BİOAKKUMULYASİYA – 1) torpaqda heyvan və bitki
qalıqlarının parçalanması nəticəsində kimyəvi elementlərin, qeyri-üzvi
və üzvi maddələrin toplanması prosesi. B. humusun artmasına, bununla
əlaqədar torpağın zənginləşməsinə şərait yaradır. 2) Orqanizmdə (və ya
ayrı-ayrı üzvlərdə) müəyyən kimyəvi maddələrin artması prosesi.
BİOAKKUMULYASİYA ƏMSALI – ekotoksikologiyada istifadə
olunan ümumiləşdirilmiş göstərici olub canlı orqanizmlərin zərərli
maddələr toplamalı qabiliyyətinin xarakteristikasını göstərir.
Orqanizmdə olan maddələrin konsentrasiyasının ətraf mühitdəki
konsentrasiyana nisbəti ilə ifadə olunur. B.ə. yerüstü bitkilərdə orta
hesabla 0,1, həşəratlarda -03, qurdlarda -70, gəmiricilərdə 100-ə qədər
olduğu müəyyən edilmişdir. B.ə. krevetdə (xırda dəniz xərçəngi) –
1000, istridyedə (dəniz ilbizi) – 10000, balıqlarda 100000-ə qədər ola
bilər.
BİOAKUSTİKA (bio ... və akustikus – eşitmə) – etologiyanın
heyvanlar arasında səs əlaqələrini təsdiq edən hissəsi.
BİOCOĞRAFİ BARYER (MANEƏ, SƏDD) – Bitki və heyvan
populyasiyasının növ və ya qrupunun yayılması yolunda hər hansı
maneə (coğrafi və ya bioloji xarakterli). Məs., 10
° iyul izotermi (orta
hesabla) yüksək dağıq zonada ağac bitkisinin yayılmasını limitləşdirir.
BİOCOĞRAFİ VİLAYƏT – quru, hidrosfer və litosferin
məskunlaşmış hissəsi daxilində biosferin çox iri bölgüsü.
BİOCOĞRAFİYA – Yer kürəsində müxətəlif biosenozların,
həmçinin heyvan, bitki, göbələk və mikroorqanizmlərin (növ, cins və b.
taksonomik kateqoriyaların) yayılması
və paylanması
qanunauyğunluqları haqqında elm. B. biosfer haqqında elmlərdən biri
olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxil
olur.
B-nın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi
problemləri öyrənilir. Belə ki, aeroloji B. müxtəlif növlərin yayılmasını,
areal daxilində onların paylanmasını öyrənərək əldə olunan nəticələrə
əsasən xəritələr tərtib edilir. Regional B. floristik və faunistik
rayonlaşdırma ilə məşğul olur. Ekoloji B. biokütləni, bioloji
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
46
məhsuldarlığı tədqiq edir. B. bitki örtüyü və heyvanat aləminin
mühafizəsi və səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması,
heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri əsası
hesab olunur.
BİOEKOLOJİ SPEKTR – hər hansı bir ərazinin bitki örtüyü
tipinin, formasiyasının faizlə və ya mütləq rəqəmlə tərkibi.
BİOENERGETİKA – biologiyanın bölməsi, bioloji sistemlərdə
enerjinin çevrilməsi prosesini öyrənir.
BİOENERJİ – orqanizmlərin tənəffüs, qlikoliz, fotosintez və s.
zamanı həyat fəaliyyəti nəticəsində enerjinin generasiyası. Əsas
bioenerji prosesləri fotosintez, xemosintez, həmçinin assimlyasiya
(istiliyin toplanması) və dissimlyasiya (istiliyin ayrılması) ilə sıx
bağlıdır. B. canlı sistemin mühüm funksional xarakteristikası olub,
enerji axınının ətraf mühitlə əlaqəsini əks etdirir.
BİOFİLLƏR – ətraf mühitə nisbətən canlı orqanizmlərdə daha
çoxlu miqdarda toplana bilən kimyəvi elementlər və ya maddələr. (sink,
oksigen, fosfor və digər elementlər, həmçinin bir çox pestisidlər). Çox
vaxt B.-in canlı orqanizmlərdə konsentrasiyası (toplanma əmsalı) ətraf
mühitə nisbətən yüz dəfə, min dəfə (yüz min dəfə) çox olur. B.-in
orqanizmdə həddən artıq toplanması toksikozların əmələ gəlməsinə və
ya hətta orqanizmin məhv olmasına səbəb olur.
BİOFİLOTA – müəyyən arealın flora və faunası.
BİOFİLTRATORLAR – öz spesifik üsulu ilə qidalanaraq
(filtrasiya edərək) su mühitinin təmizlənməsində özünəməxsus rol
oynayan su orqanizmləri. Məs. mikroskopik kalapus xərçəngciyi bir
sutka ərzində 2 l suyu təmizləyə bilir.
BİOFİZİKA, BİOLOJİ FİZİKA – elementar bioloji sistemlərin
ultrastrukturu və funksiyalarının fiziki analizi haqqında elm.
BİOGEN AMİL – Canlı orqanizmin hazırda və keçmiş dövrlərdə
bilavasitə, həmçinin vasitəli mühitə təsirilə bağlı olan amillər (faktorlar)
qrupu (bioloji, biotik və biosenotik faktorların cəmi).
BİOGEN DAĞ SÜXURLARI, BİOGENLƏR, ORQANOGEN
DAĞ SÜXURLARI – bitki və heyvanların həyat fəaliyyətilə əmələ
gələn məhsullardan ibarət çökmə süxurlar və ya onların parçalanmış
qalıqları (balıqqulağı süxuru, quano, qazıntı kömürləri, yanar şistlər və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
47
s.).
BİOGEN ELEMENTLƏR – orqanizmlərin tərkibində daim bioloji
əhəmiyyəti olan kimyəvi elementlər. Başlıca B.e. bunlardır: oksigen
(canlı orqanizm kütləsinin 70%), karbon (18%-i), hidrogen (10%-i),
kalsium, azot, kalium, fosfor, maqnezium, kükürd, xlor, natrium, dəmir.
Bu elementlər bütün canlı orqanizmlərdə var, onların əsas kütləsini
təşkil edir və həyat proseslərində mühüm rol oynayır. Zəruri B.e.-dən
hər hansı biri orqanizmdə normadan az olduqda müxtəlif xəstəliklər
(məs. qidada və suda yod çatışmadıqda müxtəlif xəstəliklər) baş verir.
BİOGEN MADDƏLƏRİN REGENERASİYASI – saprofitlərin
həyat fəaliyyəti nəticəsində ölmüş orqanizmlərin toxumalarından suya
və ya torpağa biogen maddələrin qaytarılması prosesi.
BİOGEN RELYEF – biosenozların təsiri nəticəsində yaranan
relyef. Uzun dövr ərzində bitki qruplarının ölü kütləsinin
akkumulyasiyası (fitogen relyef) nəticəsində yaranın mezorelyef (məs.
torfun), uzun dövr ərzində duzların yuyulması nəticəsində bitkilərin
yaratdığı mikrorelyef (səhra və yarımsəhra zonasında), qum və narın
torpaq hissəciklərinin bitkilərin ətrafında akkumulyasiyası (məs. yulğun
kollarının, cilin və s.) nəticəsində yaranan mikro və ya nanorelyef, dağ
yamaclarında eroziya prosesi nəticəsində kolların ətrafında yaranan
təpəciklər və ya bitkisiz sahələrdə əmələ gələn çala-çuxurlar,
heyvanların fəaliyyətilə yaranan (məs. gəmiricilər), cücülərin (qarışqa
koloniyası) və məməlilərin yaratdığı (qabanın eşdiyi sahələr) zoogen
relyeflər.
BİOGEN STİMULYATORLAR, BİOSTİMULYATORLAR,
bioloji mənşəli stimulyatorlar – əlverişsiz şəraitdə heyvan və bitki
toxumalarında əmələ gələn, orqanizmin həyat proseslərini fəallaşdıran
maddələr.
BİOGENETİK TEMPERATUR – həyat prosesləri normal gedən
temperatur səddləri.
BİOGENETİKA – Yer üzərində həyatın yaranmasını öyrənən elm
sahəsi.
BİOGENEZ – Yer üzərində həyatın, canlı varlıqların cansız
materiyadan əmələ gəlməsi nəticəsində yaranmasını inkar edən
nəzəriyyələr.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
48
BİOGEOKİMYA – geokimyanın bir hissəsi. Biosferdə
orqanizmlərin iştirakı ilə gedən geokimyəvi prosesləri öyrənir.
BİOGEOKİMYƏVİ DÖVRAN – bioloji dövranın bir hissəsi olub
kimyəvi maddələrin mübadiləsi dövrəsini təşkil edir; canlı
orqanizmlərin fəal iştirakı ilə təbiətdə kimyəvi elementlərin dövranı.
BİOGEOKİMYƏVİ ƏYALƏT – biri digərindən torpaq, su, bitki
və heyvanat aləminin miqdarı və kimyəvi elementlərin, maddələrin
tərkibi ilə seçilən Yer səthinin ayrıca sahəsi. Termin və konsepsiyanın
əsaslandırılması A.P. Vinoqradova (1949) aiddir.
BİOGEOKİMYƏVİ XƏRİTƏLƏŞDİRMƏ – biogeokimyəvi
rayonlaşdırma xəritə və xəritə-sxemlərinin tərtibi. B.x. biosferin
quruluşunu öyrənmək və biogeokimyəvi rayonlaşdırmada mühüm
metod sayılır. B.x. konsepsiyası V.V.Kovalski (1957) tərəfindən dəqiq
işlənib hazırlanmışdır.
BİOGEOKİMYƏVİ PROSESLƏR – cansız və canlı sistemlərdə
(biosenozlarda) və onların arasında gedən proseslər.
BİOGEOKİMYƏVİ SİKL – kimyəvi maddələrin dövranı (qeyri-
üzvi mühitdən canlı orqanizmlər vasitəsilə yenidən qeyri-üzvi mühitə).
B.s. günəş enerjisi, qismən kimyəvi reaksiyası enerjisindən istifadə
etməklə başa çatır. B.s.-i konsepsiya aspektində ilk dəfə V.İ. Vernadski
öyrənmişdir.
BİOGEOSENOLOGİYA – ekosistem ekologiyasının bir bölməsi
olub biogeosenozları və onların birliyinə yerin biosenotik örtüyünü
öyrənir. B. elminin banisi V.N. Sukaçovdur. B-nın əsas vəzifəsi
müxtəlif biosenozların quruluşunu, xassələrini, bioloji məhsuldarlığını,
sərhədini, dinamikasını, dayanaqlığını, onların maddə və enerji
ehtiyatını, biogeosenozların əmələ gəlməsində təbii təsirlərin və
antropogen amillərin rolunu tədqiq etməkdir. Meşə, kənd və su
təsərrüfatında, həmçinin təbiətin mühafizəsi probleminin həllində B.-nın
böyük əhəmiyyəti vardır.
BİOGEOSENOTİK QABIQ, HƏYAT TƏBƏQƏSİ, BİOFİLM –
Yer səthinin (qurunun) bütün biogeosenozlarının məcmusu. B.q.-ın
qalınlığı 200-300 m təşkil edir. Bax. biosfer.
BİOGEOSENOZ – (Sukaçev, 1942), akosenoz (Kassal, Girgis.
1965), senoekosistem (Bıkov, 1970), geoekosistem (Soçava, 1970),
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
49
geoekobiota (Qerasimov, 1973), bioekos (Nesterov, 1975). V.N.
Sukaçova görə biogeosenoz Yer səthinin oxşar canlı (bitki örtüyü),
heyvanat aləmi, mikroorqanizmlər (komponentlərinin və təbii şərait,
geoloji quruluş və s.) onların qarşılıqlı əlaqələrinin vahid təbii
kompleksidir. B.-ların məcmusu Yerin biosenoloji örtüyünü və ya
biosferi əmələ gətirir, ayrı-ayrı B.-lar isə biosferin elementar (sadə)
vahidi sayılır.
BİOGEOSENOZUN SƏRHƏDİ – keçid zolağı olub, kənarlarında
mühityaradan komponentlərin nisbəti və bununla əlaqədar biosenozun
strukturu dəyişir.
BİOGEOSENOZUN STRUKTURU – biogeosenozun üfüqi və
şaquli hissələrə (bölmələrə) ayrılması (yarus, konsorsi, sinuziya, parsella
və s.)
BİOGEOSFER – Yer kürəsinin canlı varlıqlar toplanan qabığı. B.
Yer qabığının üst qatının hava okeanı ilə təmasda olduğu sərhəddə və su
örtüyünün yuxarı hissəsində yerləşir. B. Yer Kürəsində insanın daim
yaşaya bildiyi və hərtərəfli yeganə təbəqədir. İnsanlar özlərinə lazım
olan resursların demək olar ki, hamısını (suyu, oksigeni, yanacağı,
ərzağı, sənaye və tikinti üçün xammalı və s.ni) B.-dən alırlar.
BİOHİDROKİMYA – su orqanizmlərinin təsirilə su mühitində
gedən fiziki-kimyəvi prosesləri öyrənən elm. Ekologiya, hidrokimya,
hidrobiologiya, okeonologiya və b. elmlərlə sıx əlaqəsi var.
BİOHORİZONTLAR – biosenoz və ya senoekosistemdə qatların
funksional bölgüsü. Biohorizonta meşənin çətrini, torpağın genetik
horizontlarını aid etmək olar. Entomoloqlar B.-a qeobiy (torpağın üst
hissəsindən altda yaşayan xırda heyvanların məskəni), herpetobiy
(torpağın səthində yaşayan və fitobiy (yaşıl bitkilər üzərində yaşayan)aid
edirlər.
BİOXOR (bio və yun. Choros -yer) – hakimlik edən müəyyən
həyatilik formaların müəyyən meteoroloji faktorların birliyinə uy-
ğunlaşan coğrafi mühit;2) həyatın yayıldığı vilayət; 3) oxşar bitmə
şəraiti qrupu; 4) floristik rayonun iqlim sərhədi; Palmana (1933) görə
ekosistemin sinonimi.
BİOİQLİMŞÜNASLIQ – iqlimin canlı orqanizmlərə təsirini
öyrənən təlim. Ekologiya B.-la sıx bağlıdır. B. termini və onun əsası 20-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
50
ci əsrin əvvəlində A.Keppen tərəfindən işlənmişdir.
BİOİQTİSADİYYAT, EKONEKOL – ekologiya və iqisadiyyatın
qovuşduğu yerdə yaranan təlim sahəsi, təbii sərvətlərdən istifadə etdiyi
prosesdə insanın təbiətlə əlaqəsini öyrənir.
BİOİNDİQATORLAR, BİOLOJİ İNDİQATORLAR – öz
varlığı, miqdarı və inkişaf intensivliyi ilə yaşadığı mühit, orada yaşayan
canlılar və gedən proseslər (bəzi maddə və elementlərin olub-
olmamasını və s.) üçün göstərici olan orqanizmlər.
Növ və cinslərdə ətraf mühitin çirklənməsi dərəcəsinə uyğun olaraq
əlamət dəyişgənlikləri. Bəzi bitkilərin əlamətlərinə görə mühitin
xarakterik xüsusiyyətlərini, orada olan faydalı qazıntıların növlərini
müəyyənləşdirmək olur.
BİOKARROZİYA – metalların canlı orqanizmlərin həyat
fəaliyyətinin təsiri nəticəsində zədələnməsi (dağılması) prosesi. B. su və
neft borularında baş verir.
BİOKİMYA, BİOLOJİ KİMYA – canlı orqanizmlərin tərkibini,
onları təşkil edən birləşmələrin quruluşu və xassələrini, əmələgəlmə
yolları və qanunauyğunluqlarını. çevrilmə ardıcıllığı və mexanizmini,
həmin maddələrin bioloji və fizioloji rolunu öyrənən elm. B-nın mühüm
vəzifələrindən biri, bütün canlıların əsas xassəsi olan maddələr mü-
badiləsini öyrənməkdir.
BİOKİMYƏVİ İNDİKATOR – çirklənmə indiqatoru, biokimyəvi
proseslərin dəyişilməsi əsasında əldə edilən göstərici.
BİOKOMPLEKS – kosmik gəmidə həyat üçün əlverişli şəraiti uzun
müddət və etibarlı təmin etmək məqsədilə süni surətdə seçilmiş ibtidai
və ali bitkilər, heyvanlar, mikroorqanizmlər. Uçuşda iştirak edən insanın
özü də B.-ə daxildir.
BİOKOS MADDƏLƏR – orqanizmlər və abiogen proseslərin birgə
fəaliyyəti nəticəsində əmələ gələn maddələr. (su, torpaq, aşınma qabığı,
atmosfer). Termin V.İ.Vernadski (1926) tərəfindən irəli sürülmüşdür.
BİOKÜTLƏ, BİOLOJİ KÜTLƏ – bir növə, eləcə də növlər
qrupuna daxil olan fərdlərin vahid sahədəki (və ya həcmdəki) kütləsi.
Çox mühüm ekoloji terminlərdən biri. B. çox zaman yaş və quru maddə
kütləsi ilə (q/m
2
, q/m
3
, kq-ha, t/ha və s.), yaxud da kütləyə müvafiq
vahidlərlə (məs. orqanizmlərin üzvi maddələrinin karbon və ya azot
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
51
kütləsi və s.) ifadə edilir. Bitki B.-si fitokütlə, heyvan B.-si zookütlə
adlanır.
BİOKÜTLƏ VƏ ÖLÜKÜTLƏNİN EHTİYATI – biosenozda, və
ya senoekosistemdə bitkinin (fitokütlə), heyvanların (zookütlə) və
mikroorqanizmlərin canlı maddəsinin ehtiyatı. Əsasən fotokütlənin
ehtiyatı (t/ha), ölü kütlənin ehtiyatı (töküntü, ağac qabığının ölü hissəsi,
meşə döşənəyi) təyin edilir.
BİOKÜTLƏNİN EHTİYATI – müşahidə vaxtı biosenozun (bitki
və heyvan) bioloji kütləsi. Fitokütlə və ölü kütlə ayrılır.
BİOKÜTLƏNİN TOPLANMASI SÜRƏTİ – biokütlənin artımı;
kütlənin illik məhsula nisbəti ilə ifadə olunur (adətən bitkilər üçün qəbul
olunmuşdur); bir kütlə (q/sm
2
, kq/m
2
)
BİOQAZ – Metan qıcqırma bakteriyalarının iştirakı ilə sellüloz
anaerob orqanizmlərin təsiri nəticəsində tullantıların (peyin, saman və
s.) və ya üzvi məişət tullantılarının anaerob parçalanma prosesi zamanı
əmələ gələn qaz qarışığı (təxminən tərkibi: metan-55-65%, azot,
hidrogen, oksigen və hidrogensulfid qarışığı). Enerji krizisi ilə əlaqədar
nəzəri cəlb etmişdir. Yanacaq kimi istifadə olunur.
BİOQÜTB YAYILMASI – şimal və cənub yarımkürələrinin
mülayim enliklərində eyni növdən (cins, ailə) ibarət orqanizmlərin aralı
yayılması, ancaq onlarda tropik qurşaqda rast gəlinməməsi. Dəniz
orqanizmləri üçün səciyyəvidir.
BİOLİTLƏR, ORQANOLİTLƏR – üzvi aləmin fəaliyyəti
nəticəsində törənən mineral və süxurlar. B.-ə qabıqlı foraminiferli, mər-
canlı əhəngdaşları, diatomit,sponqolit, qazıntı kömür, torf və s. aiddir.
BİOLOGİYA – canlı təbiət haqqında elmlər kompleksi. B. bütün
həyati hadisələri, canlıların quruluş və funksiyalarını, onların təbii
qruplaşmalarını, yayılmasını, mənşəyi və inkişafını, bir-birilə, eləcə də
cansız təbiətlə əlaqəsini öyrənir.
BİOLOJİ AKTİV MADDƏLƏR–Orqanizmlərin fəaliyyətində, o
cümlədən regenerasiyası və böyük artımına təkan verən və ya onu
zəiflədən hər hansı bir maddə. B.a.m.-ə fotohormonlar, hormonlar və bir
sıra digər maddələr: neft boy maddələri, herbisidlər və s. aiddir.
BİOLOJİ AKTİVLİK – orqanizm həyatının aktiv (fəal) fazası.
BİOLOJİ AMİL – Bilavasitə canlı orqanizmin və ya onun istənilən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
52
birliyinin törətdiyi amil. (məs. yırtıcı və onun qurbanının əlaqəsi,
qurbanın sayının azalması faktorudur).
Dostları ilə paylaş: |