ALKOLOFİLLƏR – qələvi mühiti üstün tutan (su. torpaq)
orqanizmlər.
ALQOLOGİYA – Botanikanın yosunları öyrənən sahəsi.
ALKOLOİDLƏR – tərkibində azot olan qələvi xassəli, adətən bitki
mənşəli üzvi maddələr. (kofein, efedrin, atropin, kinə və s.) A. fizioloji
aktiv birləşmələrdir. A.-in çoxu qiymətli dərman maddəsidir: bəziləri
güclü zəhərdir.
ALLAXORLAR (allo və yun. – choreo – hərəkət edirəm) – Külək
(anemoxorlar), su (qidroxorlar), heyvan (zooxorlar) və insan
(antropoxorlar) vasitəsilə yayılan bitkilər.
ALLELOPATİYA (yun. allelon - qarşılıqlı) – bitkilərin müxtəlif
maddələr ifraz etməsi nəticəsində bir-birinə təsir göstərmələri. Dörd
qrup belə maddə məlumdur. İki qrupunu mikroorqanizmlər əmələ
gətirir; bunlar başqa mikroorqanizmlərin fəaliyyətini dayandıran
antibiotiklər və ali bitkilərə təsir edən marazminlərdir (soldurucu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
22
maddələr). Digər iki qrupun maddələrini ali bitkilər ifraz edir, bunlar
mikroorqanizmlərin fəaliyyətini boğan fitonsidlər və ali bitkilərin
inkişafını ləngidən kolinlərdir. Kənd təsərrüfatı bitkilərinin
becərilməsində (növbəli əkin, qarışıq əkinlər üçün bitki seçilməsi və s.)
A-nı nəzərə almaq lazımdır.
ALLERGENTLƏR – ətraf mühitdən orqanizmə daxil olub, onda
səciyyəvi antitel əmələ gətirən maddələr.
ALLERGİYA – orqanizmin hər hansı maddəyə qarşı həddən artıq
həssaslığı. Son illərdə ətraf mühitin çirklənməsilə əlaqədar allergiya
genişlənib.
ALLOGEN SUKSESSİYA (yun. allos - başqası) – ekzogen
dəyişilmə, ekzogenez, ekzogenetik suksessiya – fiziki-kimyəvi,
geokimyəvi, geoloji, antropogen və s.-nin xaricdən təsiri nəticəsində
qruplaşmanın inkişaf prosesi. Konsepsiya L.Q.Ramenski (1938),
V.N.Sukaçev (1942, 1954), V.D.Aleksandrovanın (1964) işləri əsasında
T.A.Rabotnov (1983) tərəfindən geniş işlənib hazırlanmışdır.
ALLOXTONLAR – təkamül prosesində müəyyən yerdə əmələ
gəlib sonralar başqa yerlərə yayılmış orqanizmlər.
ALLOPATRİK İZOLYASİYA – bir-birindən sahəcə ayrılan
populyasiyalar arası izolyasiya, mikrotəkamülün aparıcı mexanizmi
hesab olunur.
ALLOTROF GÖL – biogen mineral və üzvi maddələri, əsasən
sutoplayıcı sahədən qəbul edən göl.
ALLÜVİ (yun. alluvio - gətirmə) – daimi və müvəqqəti çayların
çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. A-də bitki
və heyvan qalıqları da olur.
ALLÜVİAL OVALIQLAR (VƏ YA DÜZƏNLİKLƏR) – çay
çöküntülərindən əmələ gəlmiş düzənliklər. Lombardiya, Qanq, Böyük
Çin və Kür-Araz ovalıqları əsas etibarilə allüvial çöküntülərdən əmələ
gəlmişdir.
ALP ZONASI – Dağlıq ölkələrdə hündürlük landşaft zonası olub
meşə və subalp zonalarından yuxarıda yerləşir. A.z.-nın bitki örtüyü
alçaq temperatur, qısa vegetasiya dövrü şəraitində əmələ gəldiyi üçün
gövdəsi qısa, boyu alçaq və yarpaqları xırda olur. Alp bitki örtüyü
Azərbaycanın Böyük və Kiçik Qafqaz dağlarında yayılıb yüksək
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
23
qoruyucu rol oynayır. Alp çəmənliklərindən yay otlaqları kimi istifadə
edilir.
ALTERASİYA – ətraf mühitdə üzvi maddələri (qida, kağız,
oduncaq, dəri və s.) parçalanmaya (çürüməyə) yönələn fiziki, kimyəvi,
bioloji və b. təbii proseslər. A. nəticəsində elementar kimyəvi
birləşmələr (üzvi maddələri təşkil edən) yenidən bioloji dövrana
başlayır.
ALTERNATİV ENERGETİKA – enerjinin ənənəvi (kömür, neft,
qaz) olmayan günəş, külək, qabarma-çəkilmə geotermal və s.
mənbələrdən alınması.
ALVAR – çılpaq və ya yuxa torpaq qatı ilə örtülü əhəngdaşından
ibarət meşəsiz sahə.
AMENSALİZM (lat. mensa – süfrə, masa) – A.-də iki növ birlikdə
yaşadıqda birinin təsirindən digəri zərər çəkir, növün biri isə nə ziyan,
nə də xeyir görür. Belə qarşılıqlı əlaqə forması ən çox bitkilərdə
müşahidə edilir. Məsələn: fıstıq meşəsi altında bitən işıqsevər ot bitkiləri
ağacların güclü kölgəsi altında sıxıntı keçirərək məhv olmağa doğru
gedir, lakin bu «qonşuluğun» fıstıq ağacı üçün fərqi yoxdur.
AMFİBİONTLAR – həm quruda, həm də suda yaşamağa
uyğunlaşan orqanizmlər. Bitkilər arasında (bəzi yosunlar, oxyarpaq, su
qaymaqçiçəyi), heyvanlar arasında (amfibin) A.var.
AMFİBİYALAR – onurğalı heyvanlar sinfi. Suda-quruda
yaşayanlar.
AMFİFİTLƏR (yun. amphi - ətrafında) – su hövzəsinin dibinə
yapışan, yarpaq və çiçəklərinin çoxu suyun üzərində yerləşən su
bitkiləri.
AMFLİKASİYA – orqanizmin ona kənardan olan təsirləri
neytrallaşdırmaq qabiliyyəti.
AMİLOFİL BİTKİLƏR – fotosintez nəticəsində əmələ gələn şəkəri
nişastaya çevirən bitkilər. Bu nişasta bitkinin yarpaq və başqa
hissələrində toplanır. Yaşıl bitkilərin çoxu A. b.-dir.
AMMONİFİKASİYA – tərkibində azot olan üzvi maddələrin (zülal,
nuklein turşuları, sidik cövhəri və s.) mikroorqanizmlər tərəfindən
parçalanıb sərbəst ammoniumun (amonyakın) əmələ gəlməsi prosesi; A.
təbiətdə azotun dövranının mühüm mərhələsi olub torpağı azotun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
24
mənimsənilən forması ilə zənginləşdirir. Orqanizmlərin fəaliyyəti və
məhv olması nəticəsində torpağa və su hövzələrinə çoxlu miqdarda
tərkibində azot olan üzvi maddələr daxil olur. A. prosesi nəticəsində
onlar minerallaşır və yenidən bitki və müxtəlif mikroorqanizmlər tə-
rəfindən mənimsənilə bilir. Yaxşı aerasiyalı neytral, kifayət qədər
rütubətli torpaqlarda A. prosesi müvəffəqiyyətlə keçir.
AMPEL BİTKİLƏRİ – asma vazalarda (ampellərdə), dibçəklərdə
və s. becərilən sallaq və ya sürünən gövdəli, gözəl yarpaqlı bəzək
bitkiləri. A.b. ilə otaqları, eyvanları, ictimai binaları, sütun, tağ və
postamentləri bəzəyirlər.
AMPLİTUDA (yun. amplituda - ölçü) – hava temperaturunun və
atmosfer təzyiqinin gündəlik, aylıq və ya çoxillik ən alçaq və ən yüksək
göstəriciləri arasındakı fərqi ifadə edən kəmiyyət. Məs., Bakıda
yanvarda havanın orta temperaturu 3
°, iyulda isə 25°-dir. Deməli A. -
22-dir.
ANA SÜXUR – bioloji və biokimyəvi proseslər, həmçinin insan
fəaliyyəti nəticəsində torpağın əmələgəlmə prosesində iştirak edən
süxurların üst qatı. Bərk və aşınmış narın süxurlardan ibarət olur.
Kimyəvi xassəsi, həmçinin mineroloji və mexaniki tərkibi onun
üzərində əmələ gələn torpağın xassəsinə və münbitliyinə təcir göstərir.
ANABOLİZM – orqanizmdə mürəkkəb üzvi maddələrin əmələ
gəlməsinə yönələn maddələr mübadiləsi reaksiyasının məcmusu.
ANADROM MİQRASİYA – su heyvanlarının çoxalmaq üçün
dənizdən çaya miqrasiyası (məs., bəzi qızıl balıqlar).
ANAEROBİOZ – sərbəst azotun olmadığı şəraitdə həyat;
orqanizmlər həyat fəaliyyəti üçün lazım olan enerjini A. şəraitində üzvi
və qeyri üzvi birləşmələrin birləşmiş oksidləşmə-reduksiya reaksiyası
hesabına alır. Anaeroblar üçün enerji mənbəyi olan üç anaerob prosesi
tipi ayrılır: qıcqırma, anaerob tənəffüsü və bakterial fotosintez.
ANAEROBLAR, ANAEROB ORQANİZMLƏR – sərbəst
oksigensiz mühitdə yaşayıb inkişaf edən orqanizmlər. İki cür A.
ayırırlar: 1. tamamilə oksigensiz şəraitdə yaxşı inkişaf edən, oksigen
olduqda isə məhv olanlar obliqat A. adlanır, (əsasən bakteriyalar). 2.
Həm oksigenli, həm də oksigensiz mühitdə yaşamağa qadir olanlar
fakultətiv A. adlanır (bakteriyalar, maya, göbələkləri, ibtidailər, irin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
25
törədən köklər, azqıllı qurdlar və s.). Bəzi A. patogen xarakterli olub
heyvan və insanlarda infeksiya xəstəlikləri törədir. (məs. botulizm,
tetanum, qanqrena).
ANALİTİK EKOLOGİYA – ekologiyanın orqanizm və onun
polpulyasalarının təbii mühitlə əlaqəsinin qanunauyğunluqlarını öyrənən
bölməsi.
ANALİTİK KİMYA – kimyanın maddənin keyfiyyətcə və kə-
miyyətcə analiz metodlarını öyrənən istiqaməti.
ANEMOFİLİYA (yun. anemos - külək) – çiçək tozunun külək
vasitəsilə aparılması yolu ilə bitkinin tozlanma qabiliyyəti.
ANALİTİK YANAŞMA – yeni biliklər əldə etmək üçün tədqiqatın
məqsədindən asılı olaraq tama, özünün ayrı-ayrı hissələrinin cəmi kimi
baxmaqla, mürəkkəb olanı sadələşdirməklə, vacib cəhətlərini vacib
olmayanlarından ayırmaqla tədqiq edilən obyekti fikrən hissələrə ayırma
üsulu.
ANEMOXORLAR, ANEMOXOR BİTKİLƏR – meyvə, toxum
və sporları külək vasitəsilə yayılan bitkilər. Buna meyvə və toxumların
xırda, yüngül, tüklü olması və s. kömək edir. Allaxorlar qrupuna
daxildir.
ANODROM MİQRASİYA – kürüləmək üçün balıqların dənizdən
çaya keçməsi (məs. qızıl balıq, nərə balığı).
ANOMALİYA (yun. anomalia) – müəyyən bir məntəqədə me-
teoroloji elementlərin orta gündəlik, aylıq və ya illik kəmiyyətlərinin
həmin məntəqənin çoxillik orta kəmiyyətlərindən meyl etməsi. Bu meyl
mənfi və ya müsbət ola bilər. Məs., Bakının çoxillik yanvar orta
temperaturu 2 + 3
°-dir. 1963-cü ilin orta yanvar temperaturu – 1°
olmuşdur. Deməli, həmin il üçün temperatur (və ya termik) A.-sı 4-dür.
ANTARKTİK ZONA – arktik temperatur zonasının cənub analoqu.
ANTEKOLOGİYA biologiyanın bir bölməsi, bitkinin çiçəkləməsi
və tozlanması məsələlərini, bu prosesə təsir göstərən faktorlar
kompleksinin təsirini nəzərə alaraq öyrənir.
ANTİBİOTİKLƏR (yun. anti - əks) – mikroorqanizmlərin sintez
etdiyi bioloji mənşəli maddələr. Bakteriyaların və s. mikrobların, habelə
virus və hüceyrələrin inkişafını dayandırır. A-in çoxu mikrobları məhv
edə bilir. Hər antibiotik yalnız müəyyən mikrob növlərinə təsir edir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
26
Təbabətdə insan orqanizminə zərər verməyən təqr. 40 antibiotikdən
istifadə edilir. (pensillin, benzilpenisillin; streptomisin, pantomisin,
veomisin və s.)
Bitkiçilikdə müəyyən konsentrasiyada işlədilən A. toxumun cücərmə
qabiliyyətini artırır, bitkinin inkişafını və kök əmələ gətirməsini
sürətləndirir. Bundan ötrü toxum A.-lə dərmanlanır, yaxud bitkilərə
antibiotik məhlullar çilənir, ya da onların gövdəsinə A. yeridilir.
ANTİDOTLAR zəhərlənmə zamanı istifadə edilən dərmanlar.
ANTİOKSİDANTLAR – Orqanizmin qocalmasına şərait yaradan
oksidləşmə prosesini zəiflədən və qarşısını alan kimyəvi maddələr.
(tokoferollar, ionollar və s.).
ANTİSEPTİKLƏR – xəstəliktörədən mikroorqanizmləri məhv
etmək və ya onların çoxalmasının qarşısını almaq üçün kimyəvi
maddələr. Tibbdə A. dəriyə, yaraya və s.-yə infeksiya keçməsinin
qarşısını almaq üçün işlədilir. A-in bir qismindən (karbol turşusu,
krezol, lizol, formalin, xloramin, xlorlu əhəng və s.) binaları
dizinfeksiya etmək üçün istifadə olunur. Tibbdə işlədilən A-ə pantosid,
yodoform, hidrogen-peroksid, kalium- permanqanat, bor turşusu,
natrium-hidrokarbonat, nişatır spirti, gümüş-nitrat, protarqol, Burov
mayesi, spirt, rivanol, bəzi antibiotiklər (qramisidin, mikrosid),
fitonsidlər və s. aiddir.
ANTİtSİKLON – atmosfer havasının yüksək təzyiqə malik olan
sahəsi; A-nun mərkəzindəki ən yüksək təzyiq kənarlara doğru azalır.
Ayrı-ayrı A-nun mövcudluq dövrü bir neçə sutka və ya həftə davam edə
bilər. Şimal yarımkürəsində A-nun sürəti 30 km/saata, cənub
yarımkürəsində isə 40 km/saata çatır.
ANTİSİKLON AXINI – dairəvi dəniz axını: şimal yarımkürəsində
saat əqrəbi istiqamətində, cənub yarımkürəsində isə əksinə olur. A.a.
dünya okeanının bioloji məhsuldarlığına müəyyən təsir göstərir (adətən
burada o, olduqca aşağıdır).
ANTOFİLLƏR (yun. anthos - çiçək) – Bitki çiçəkliyində
məskunlaşaraq, onun ləçəkləri, erkəkcikləri və nektarı (nektarofaqlar)
ilə qidalanan heyvanat aləmi, xüsusilə də həşəratlar.
ANTOFİTLƏR – çiçək əmələ gətirən bitkilər; çiçəkli bitkilər.
ANTOQONİSTLƏR – rəqabət şəraitində yaşayan orqanizmlərdən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
27
bir növün fərdləri digər növün fərdlərinin həyat fəaliyyətini sıxışdırır
(ləngidir).
ANTOQONİZM – orqanizmlərin bir-birilə barışmaz, kəskin
mübarizəsi, bu zaman növün biri digərinin boy və inkişafını zəiflədir və
ya tamamilə dayandırır.
ANTROBİOSENOZ (yun. anthropos - insan) – insanın təsərrüfat
fəaliyyətinin altında olan biosenoz.
ANTROPİK (ANTROPOGEN) AMİLLƏR – təbii mühitə insan
fəaliyyətinin təsiri amilləri. A.a. mənfi və müsbət ola bilər.
ANTROFİLLƏR – insana yaxınlıqda (təmasda) yaşayan heyvanlar.
Məs. ev sərçəsi, ev siçanı və s.
ANTROFİTLƏR – insanın düşünülməmiş və ya şüurlu olaraq təsiri
ilə fitosenozlarda və ya aqrosenozlarda tez-tez rast gəlinən antropofil
bitkilər, həm də insan tərəfindən becərilən bitkilər daxildir. Antrofitlərə:
1) bu və ya digər dərəcədə insan tərəfindən pozulmuş (otarma biçin,
ağacların kəsilməsi nəticəsində) fitosenozlarda və aqrosenozlarda
inkişaf edən yerli alaq otları: 2) insan tərəfindən təbii bitki örtüyünün
məhv edildiyi yerdə, məs. herikdə və zibillikdə qısa müddətli
prosenozlar yaradan yerli ruderal növlər (rudefitlər). 3) yerli becərilən
bitki növləri; 4) pozulmuş fitosenozlara insanın kənardan gətirib
düşünmədən daxil edildiyi növlər; 5) Kənardan gətirilib aqrosenoz kimi
becərilən (introduksiya edilən) növlər (aqrofitlər); 6) yabanılaşmış
mədəni bitkilər (erqaziofitlər); 7) iqlimləşdirməyə uyğunlaşmayan kənar
növlər (efemerofitlər) aiddir.
ANTROPOFOBLAR – hədsiz otarmaya, biçinə və s. tab
gətirməyən bitki və heyvanlar.
ANTROPODİNAMİK DƏYİŞİLMƏLƏR VƏ YA
SUKSESSİYALAR – insanın düşünülməmiş (şüursuz olaraq) və ya şü-
urlu surətdə (hər hansı bir məqsədlə) təsiri ilə biosenozların dəyişilməsi.
Bu dəyişilmə endodinamik (məs. təbii çəmənə gübrə verməklə) xarakter
daşıya bilər. (Sukaçev). İnsan tərəfindən aqrosenozların dəyişilməsi ciddi,
laborogen, texnogen və rekreasiya dəyişilmələri ilə nisbətən zəif nizam-
lanır.
ANTROPOGEN ÇİRKLƏNMƏ – insanın təsərrüfat fəaliyyəti
nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
28
intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məs. hidrotikintilər
aparmaq, yol örtüyü salmaq yolu ilə və s.
ANTROPOGEN DÖVR, KAYNOZEYİN ÜÇÜNCÜ DÖVRÜ –
neogendən sonra başlayıb hazırda da davam edir; pleystosen və holoseni
əhatə edir. A.d. həm də dördüncü dövr adlanır. A.d.-ün uzunluğu
müxtəlif sxemlərə görə 0,6-3,5 mln il təşkil edir. A.d. şüurlu insanın
meydana gəlməsi dövrüdür. Dövrün adı da elə onunla bağlıdır.
ANTROPOGEN EROZİYA – insanların düzgün olmayan
təsərrüfat fəaliyyəti (meylli yamacların başdan-başa şumlanması,
meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması,
müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi.
ANTROPOGEN LANDŞAFT – insan cəmiyyəti fəaliyyətinin
nəticəsində kəskin dəyişilmiş və ya yeniləşdirilmiş landşaft. Təbii
landşaftın aqrosenozlarla, yaşayış məntəqələri ilə, texniki və nəqliyyat
qurğuları ilə əvəz olunması.
ANTROPOGEN MADDƏLƏR – sferi mühitinə insan fəaliyyəti
nəticəsində daxil edilən kimyəvi birləşmələr qrupu.
ANTROPOGEN MÜHİT – canlı orqanizmləri əhatə edən və insan
tərəfindən dəyişdirilən ətraf mühit.
ANTROPOGEN POPULYASİYALAR – insan tərəfindən
introduksiya nəticəsində yaranan populyasiyalar, onların çoxalması,
yayılması.
ANTROPOGEN RELYEF – qurunun insan fəaliyyəti nəticəsində
dəyişilmiş və ya yaradılmış relyefi. İki cür A.r. ayrılır: kortəbii A.r.
(yarğan, uçqun, hərəkət edən qumlar və s.) və istiqamət verilmiş A.r.
(yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.)
ANTROPOGEN SEYRƏLMƏ – Ayrı-ayrı bitki və ya heyvanın
sıxlığının insan fəaliyyəti nəticəsində seyrəlməsi.
ANTROPOGEN SƏHRALAR – insanın təbiətə bilavasitə və
vasitəli təsiri nəticəsində yaranan səhralar. A.s-ın sahəsi getdikcə artır
və 10 mln. km
2
-ə çatmışdır. (qurunun 7%-ni təşkil edir). Dünyanın bü-
tün səhralarının antropogen mənşəli olması haqda fikir yürüdülür.
ANTROPOGEN SİSTEMİ (DÖVR) (yun. anthropos – insan və
genos - doğum) – stratiqrafik şkalanın son sistemi və Yerin geoloji
tarixində indiyədək davam edən axırıncı dövr. 700 min – 1mln. – 2,5 -
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
29
3,5 mln. il bundan əvvəl başlanmışdır. A.s. alt Pleystosen, Orta
Pleystosen, Üst Pleystosen və Holosenə bölünür. Azərbaycan ərazisində
A.s. çöküntüləri Samur və Astara çayları arasındakı (Abşeron y.a. daxil
olmaqla) bütün Xəzəryanı sahədə, Qobustanda, Kür-Araz düzənliyi və
onu əhatə edən sahələrdə, Bakı arxipelaqında geniş yer tutur.
İnsanın əmələ gəlməsi və formalaşması A.s. ilə əlaqədardır.
ANTROPOGEN STRES – 1) İnsan fəaliyyətinin təsiri altında (o
cümlədən narahat etməsi) heyvanlarda baş verən distres. 2) Həyat
mühitinin ümumi fonunun (məs. kəndli üçün şəhər mühiti), başqa
adamın yersiz hərəkətinin (kobudluğu, ədəbsizliyi, yemək vaxtı ağzını
marçıldatmaq və s.), bir yerə həddindən çox adamların toplaşmasının
təsiri altında insanda psixi gərginliyin yaranması.
ANTROPOGEN TƏZYİQ (TƏSİR) – insanın, onu əhatə edən
ətraf mühitə bilavasitə və vasitəli təsiri.
ANTROPOGEN YÜK – insanın və onun təsərrüfatının təbiətə və
onun ayrı-ayrı komponentlərinə bilavasitə və vasitəli təsir dərəcəsi.
ANTROPOXORİYA – insanın özü bilmədən bitki (antropoxor)
toxumunu bir yerdən başqa yerə yayması. Bəzən insanın bilərəkdən
yaydığı mədəni bitkilər də A.-ya aid edilir.
ANTROPOLOGİYA – insan, onun mənşəyi, təkamülü,
morfologiyası, irqi, etnik tərkibi və mühit şəraitinə adaptasiyasını
öyrənən elm.
ANTROPOSENOLOGİYA – insan ekologiyasının bir bölməsi
olub insan cəmiyyətinin ətraf mühit ilə qarşılıqlı əlaqəsini öyrənir.
(adətən dar regional çərçivəsində).
ANTROPOSFER – 1) İnsan yaşayan və ya daxil olan yer sferi; 2)
Yer sferi və yaxınlıqdakı Kosmosun insan tərəfindən bilavasitə və ya
vasitəli keçmişdə dəyişdirilmiş və ya yaxın gələcəkdə dəyişdirilə biləcək
hissəsi. 3) biosferin insan tərəfindən dəyişilmiş halda istifadə olunan
hissəsi. (coğrafi landşaft qabığı). Neosfer sinonimi kimi də işlədilir.
ANŞLAQ (təbiəti mühafizə) – təbiətdə hər hansı bir insan
fəaliyyətini qadağan etmək üçün şifahi və ya yazılı elan (ov, mal-qara-
otarma, hər hansı bir yerdə gəzməyi qadağan etmə və s.).
APOBİOSFER (yun. apo – sız, siz şəkilçisi) – canlı orqanizmin
qalxa bilmədiyi və biogen maddələrin çox cüzi olduğu atmosferin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
30
yüksək qatları (60-80 km-dən yüksəkdə yerləşən).
APOFİTLƏR – şum yerində və ya insanın yaratdığı digər yerlərdə
yayılan yerli bitki növləri. Bu növlər həmin yerlərin alağı hesab edilir.
ARAN – Azərbaycanda tarixi-coğrafi ərazi məfhumudur; yaylanın
və dağlıq ərazilərin əksinə olaraq, ovalıq-düzənlik sahələrə deyilir. Yayı
isti, qışı yumşaq-mülayim iqlimə malikdir. (Azərbaycanın Kür-Araz,
Samur-Dəvəçi, Gəncə-Qazax və Arazboyu düzənlikləri və s.). Mal-qara
üçün təbii qış otlaqları və əsasən pambıq tarlaları A.-dadır.
ARASI KƏSİLƏN (FASİLƏLİ) MÜVAZİNƏT KON-
SEPSİYASI – Amerika bioloqları S.Qolud və N.Eldric (1977)
tərəfindən hazırlanmışdır. Bu konsepsiya əsasən təkamül arası kəsilməz
(fasiləsiz) deyil, sıçrayışla gedərək uzunmüddətli müvazinət dövrləri
biri-birini əvəz edir.
ARAT – Səpindən qabaq su ehtiyatı yaratmaq məqsədilə torpağın
suvarılması. A. torpağın fiziki xassəsini yaxşılaşdarır, torpaqda qışlayan
ziyanvericiləri məhv edir, zərərli duzların yuyulmasına kömək edir, alaq
toxumlarının səpinə qədər cücərməsinə və kultivatorla məhv edilməsinə
şərait yaradır.
Dostları ilə paylaş: |