ATMOSFERİN SİRKULYASİYASI
– atmosferdə hava
axınlarının, o cümlədən tsiklon, antitsiklon, musson və passatların
ümumi sistemi.
ATMOSFERİN ŞƏFFAFLIĞI – atmosferin radiasiya, o cümlədən
görünən işığı buraxma qabiliyyəti. Atmosferin antropogen çirklənməsi
(toz hissəciklərilə, karbon qazı, kükürd, azot, aerozollarla) A.ş. azaldır.
A.ş.-nın pozulmasının ən qlobal nəticəsi parnik effekti hesab olunur.
ATOLL (ing. atoll) – tropik qurşaqda mərcan riflərinin əmələ
gətirdiyi daxili laqunları qapayan qövsvari ada.
ATOM BOMBASI – atom nüvəsinin parçalanma reaksiyası
nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin
ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. İlk
A. b. İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. A.b.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
38
havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi
dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ A. b-nı sınaqdan
çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki
(avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına
ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam
ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha
35 min adam ölmüşdür.
ATOM ELEKTRİK STANSİYASI (AES) – nüvə yanacağını
«yandırmaq» hesabına enerji əldə edən elektrik stansiyası. AES –
radioaktiv çirklənmə nəticəsində ətraf mühitə təsir göstərir, qəza vaxtı
daha təhlükəli təzadlar baş verir. AES, həm də güclü istilik çirklənmə
faktorudur.
ATOM ENERJİSİ ÜZRƏ BEYNƏLXALQ AGENTLİK Atom
enerjisindən dinc sahədə beynəlxalq əməkdaşlağın inkişafı məqsədilə
1957-ci ildə yaradılmışdır. (10-dan çox dövləti birləşdirir).
ATTRAKTANTLAR (yun. attraho – özümə çəkirəm) – Öz iyi ilə
zərərli həşərat, gəmirici və b. orqanizmləri özünə cəlb edən təbii və
sintetik (kimyəvi) maddələr. Son vaxtlar A.-dan bitkinin
zərərvericilərdən mühafizəsində istifadə edilir.
AUTEKOLOGİYA – ekologiyanın bir bölməsi; bitki, göbələk və
heyvanat aləminin yaşadığı mühitlə olan qarşılıqlı əlaqəsini, onların
ekoloji amillərlə olan davamlılığını, orqanizmin fizioloji və morfoloji
adaptasiya prosesini tədqiq edir. A.-nın xüsusi bölməsi antekologiya
adlanır.
AUTVELLİNQ (ing. aut – kənar, well – sel kimi axmaq) –
estuarilərdən dənizə biogen maddələrlə zəngin olan suyun axması.
AZ YARARLI SÜXURLAR
–
bitkinin inkişafı üçün əlverişsiz
fiziki və kimyəvi xassələrə malik olan süxurlar. Belə süxurlarda bioloji
rekultivasiyanın aparılmasını təmin etmək üçün kimyəvi, aqrokimyəvi
və meliorativ araşdırmaların aparılması tələb olunur.
AZALAN NÖV – fərdləri və populyasiya müxtəlifliyi nəzərə
çarpacaq dərəcədə durmadan azalmağa doğru gedən növ.
AZDUZLU (ŞORTƏHƏR) SU – Duzun qatılığı 10q/l-rə qədər
olan su.
AZOY MÜHİT – canlı orqanizmlərdən mərhum olan mühit
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
39
(vulkanın krateri, hiperqalin su və s.).
AZONAL BİTKİ ÖRTÜYÜ, İNTROZONAL BİTKİ ÖRTÜYÜ
– heç bir yerdə müstəqil zona əmələ gətirməyən, lakin müxtəlif
zonalarda rast gəlinən bitki örtüyü. A.b.ö. müxtəlif litoloji çılpaq
süxurlar üzərində, müəyyən zona üçün xas olmayan izafi rütubətli və ya
əksinə çox az rütubətli sahələrdə, şoran və s. yerlərdə inkişaf edir.
A.b.ö.-nə bataqlıq, çay gətirmələri, duzlu su hövzələri bitkiləri də
daxildir.
AZOT BAKTERİYALARI – havadan azotu fiksasiya etmə
qabiliyyəti olan aerob bakteriyalar qrupu.
AZOT GÜBRƏLƏRİ – bitkilərin azot qidasının mənbəyi kimi
istifadə edilən üzvi və mineral maddələr.
Azot, mineral A. g.-nin tərkibində ammonyak (NH
3
), nitrat (NO
3
),
ammonyak - nitrat (NH
3
və NO
3
) və amid (NH
2
) şəklində olur.
Ammonyaklı gübrələrə ammonium-sulfat, ammonium-xlorid,
ammonium-bikarbonat və maye azot gübrələri aiddir.
Ammonyaklı-nitratlı gübrələrə ammonium şorası və ammonium
sulfonitrat aiddir.
Nitratlı gübrələrə natrium şorası, kalsium şorası (kalsium-nitrat),
kalium şorası (kalium-nitrat) aiddir.
Amidli gübrələrə karbamid (sidik cövhəri), kalsium-sianamid və
karbalid-formaldehid aiddir.
AZOT FİKSASİYASI – molekulyar atmosfer azotunun (N
2
)
kimyəvi birləşmə şəklinə salınması və azotlu maddələrə çevrilməsi
prosesi. Azotfiksə edən mikroorqanizmlər, o cumlədən yumrucuq
bakteriyaları torpaqda, şirin su hövzələrində, dəniz və okeanlarda
yaşayan mikroorqanizmlər A.f.-na səbəb olur. A.f. azotun təbiətdə dövr
etməsində böyük rol oynayan, torpaq və su hövzələrini azotlu
birləşmələrlə zənginləşdirən ən mühüm bioloji prosesdir.
AZOT FİKSƏ EDƏN MİKROORQANİZMLƏR, AZOT
FİKSATORLARI – havanın molekulyar azotunu mənimsəyərək onu
üzvi birləşmələrə çevirir. A.f.m.-ə paxlalı bitkilərlə (noxud, yonca və s.)
simbioz (müştərək)) həyat tərzi keçirən Phisobium cinsindən olan və
sərbəst yaşayan bakteriyalar aiddir. Köklərində yumrucuqlar əmələ
gələn paxlalı bitkilər əkilmiş 1 ha torpaqda il ərzində 100-250 kq-dan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
40
çox molekulyar atmosfer azotlu maddələrə çevrilir. Bə’zi aktinomisetlər
və paxlasız bitkilərin (qızılağac, akasiya, iydə və s.) köklərində
yumrucuq əmələ gətirən mikroorqanizmlər də A.f. m.-dir. Bir çox göy-
yaşıl yosun növləri, bə’zi qırmızı və yaşıl yosun növləri, bə’zi qırmızı
və yaşıl kükürd bakteriyaları da fəal azot fiksatorlarıdır.
AZOTOFİL ORQANİZM – yalnız azotla zəngin olan torpaqda
yaşayan bitkilər (kəndalaş, gicitkən, sirkən və s.).
AZOTUN DÖVRANI – bu proses yağıntı vasitəsi ilə azot
birləşmələrinin ekosistemə daxil olması ilə başlanır, torpaq
mikroorqanizmləri ilə azot fiksə olunur və bitki tərəfindən mənimsənilir,
sonra ekosistemin trofik kanalları vasitəsilə hərəkət edərək redusentə
çatdırılır. Burada nitritlər və nitratlar əmələ gəlir. Ekosistem azotunun
əsas hissəsi torpaqda toplanır. Buradan azot yenidən bitki orqanizminə,
sonra isə dövranın daxili kanallarına daxil olur. Azotun bir hissəsi isə
denitrifikasiya prosesindən sonra atmosferə daxil olur.
AZTULLANTILI İSTEHSAL – az miqdar tullantılı optimal
sənaye istehsalı. A.İ. ətraf mühitin çirklənmədən mühafizəsinin ən
effektiv və perspektiv formasıdır.
AYSBERQ – qütb ölkələrində buzlaqdan qopub dənizlərdə üzən iri
buz parçaları. Ən iri A. Antarktida və Qrenlandiya buzlaqlarından əmələ
gəlir. A. gəmilər üçün böyük təhlükə yaradır.
AVİOYEMLƏMƏ – Təyyarə və ya vertolyotdan mineral və
mikrobioloji gübrələrin səpilməsi (verilməsi).
AVİTAMİNOZ – uzun müddət vitaminsiz və ya az vitaminli
yeməklə qidalanma nəticəsində baş verən xəstəlik. Qidada S, V, D və
RR vitaminlərinin çatışmazlığı skorbut, beri-beri, raxit, pellara
xəstəliklərinə səbəb olur. Polivitaminoz (eyni vaxtda bir neçə vitaminin
çatışmazlığı) və hipovitaminoz (qidada vitaminin normadan az olması)
daha çox təsadüf edilir.
AVİFAUNA – bax Ornitofauna.
AVTOQAMİYA – 1) – öz-özünə tozlanma – eyni bir çiçəyin
tozcuğunun həmin çiçəyin dişiciyi ağızcığına düşməsi; 2) öz-özünə
mayalanma – bir hüceyrə daxilində əmələ gələn ilk nüvənin birləşməsi.
AVTOGEMOREYA – bə’zi həşəratların xüsusi qorxuducu maye
ifraz edərək özünü düşməndən qoruması (qarışqalar, parəbüzən və s.).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
41
AVTOMEXANOXORİYA – toxumların yayılma üsullarından
biri: meyvələrin açılması ilə əmələ gələn təzyiq nəticəsində toxumların
meyvədən ətrafa yayılması.
AVTORADİOQRAFİYA, AUTORADİOQRAFİYA,
RADİOAVTOQRAFİYA – təsdiq olunan obyektin üzərinə radioaktiv
şüalanmaya həssas fotoemulsiya qatı çəkməklə həmin obyektdə
radioaktiv maddələrin paylanmasını öyrənən üsul. Bu zaman obyektin
daxilindəki radioaktiv maddələr sanki özü öz şəklini çəkir. A-dan izotop
indikatorların tətbiq olunduğu bütün sahələrdə (fizika, texnika,
biologiya, təbabət və s.) geniş istifadə olunur. A. ilə bitki və heyvan
orqanizmlərinin toxumalarında təbii radioaktiv elementlərin paylanması
öyrənilir və s.
AVTOTROFLAR, AVTOTROF ORQANİZMLƏR – həyat
fəaliyyəti üçün lazım olan üzvü birləşmələrin fotosintez və hemosintez
nəticəsində qeyri-üzvi birləşmələrindən sintez edən orqanizmlər. A. ali
bitkilərə (parazit və saprofitlərdən başqa, yosunlar və fototrof
bakteriyalar) aiddir. Xlorofilli ali bitki və yosunlar üzvi maddəni günəş
enerjisi hesabına karbon qazı və sudan, avtotrof bakteriyalar isə bə’zi
kimyəvi reaksiyaların enerjisi hesabına mineral birləşmələrdən sintez
edir. Təbiətdə maddələr dövranında A.-rın rolu olduqca böyükdür.
AVTOFERTİL BİTKİLƏR – öz-özünə tozlanma nəticəsində
normal toxum verən özümeyvəli bitkilər. Buğda, arpa, vələmir, darı,
şaftalı, heyva, pomidor və s. bitkilər.
AVTOXORLAR, AVTOXOR NÖVLƏR – yayılması toxum və
meyvələrinin hər hansı bir təbii agenti vasitəsilə deyil, öz ağırlıq
qüvvəsilə düşərək və ya qəflətən açılan meyvənin toxumlarının
müəyyən məsafəyə (20 m radius) sıçraması ilə (məs. paxlalılar,
ətirşahlar, bə’zi bənövşə növləri) yayılan bitkilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
42
B
BAĞQORUYUCU MEŞƏ ZOLAĞI – bağların, üzümlüklərin, çay
və sitrus plantasiyalarının kənarında və daxilində torpağı və kənd
təsərrüfatı bitkilərini zərərli təbii və antropogen amillərdən qorumaq
məqsədilə salınmış qoruyucu meşə zolağı. Belə zolaqlar küləyin təsirini
zəiflədir, qarın sovrulmasının qarşısını alır, bağların məhsuldarlığını
artırır. B.m.z. bağlar salınmazdan 2-3 əvvəl yaşlı ağaclardan salınır.
BAKİRƏ MEŞƏ – bax: ilkin bitki örtüyü.
BAKTERİAL KAĞIZ – gümüş nitratla hopdurulmuş kağız.
BAKTERİAL TOKSİNLƏR – bakteriyaların ətraf mühitə
buraxdığı (eksotoksinlər) və ya mikrob hüceyrələrdə saxladığı
(endotoksinlər) zəhərli maddələr.
BAKTERİBENTOS – bentosun tərkibinə daxil olan mikroorqanizm
populyasiyasının məcmusu.
BAKTERİOFAQLAR – bakteriyaları və digər mikroorqanizmləri
dağıdan bakterial viruslar, faqlar. Onlar bakteriya və s. hüceyrələrin
daxilində yaşayıb hüceyrəni əridir.
BAKTERİOLOGİYA – mikrobiologiyanın bakteriyaları tədqiq
edən sahəsi.
BAKTEROLOJİ SİLAH, BİOLOJİ SİLAH – bakteriyaların
fəaliyyətinə əsaslanan kütləvi qırım silahı; insan, heyvan və bitkiləri
kütləvi surətdə yoluxdurmaq və məhv etmək vasitələrindən biri. B.s.
təhlükəli yoluxucu xəstəliklər (vəba, taun, qarayara və s.) törədən
bakteriya, virus və bəzi mikrobların törətdiyi zəhərlə (toksinlərlə) təsir
edir.
BAKTERİOTROFİZM – bitki kökləri və bakteriyalar arasında
qarşılıqlı faydalı əlaqə. Bakteriyalar bitkilər tərəfindən mənimsənilən
müxtəlif qida maddələri, vitaminlər sintez edir (məs. kökyumrulu
bitkilərdə, paxlalılarda).
BAKTERİSİDLƏR – mikroorqanizmlərlə mübarizə aparmaq
məqsədilə işlədilən kimyəvi maddələr (etil spirti, formalin, bəzi anti-
biotiklər). Bir çox xəstəliklərin müalicəsində, sterilizəsində istifadə
olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
39
BAKTERİOZ – bakteriyaların törətdiyi bitki xəstəlikləri.
BAKTERİOZLAR – Bakteriyalar vasitəsilə bitki, heyvan və in-
sanda yayılan infeksiya xəstəlikləri. (məs. vərəm xəstəliyi insan və
heyvanda koxa basillası vasitəsilə yayılır). İndiyə qədər 300-ə qədər
xəstəlik törədici B. təsvir olunmuşdur. Təbiətdə B. heyvan və bitki
növlərinin populyasiyalarının sayını nizamlama rolunu oynayır. Lakin
onların bəziləri ev heyvanlarına, həmçinin insanın sağlamlığına böyük
ziyan vurur.
BAKTERİYA KOLONİYASI – böyümə və çoxalma prosesində
mikroorqanizmlərin qida məhsullarının torpaq səthində toplanması.
BAKTERİYALAR (yun. Bakterion - çöp) – tərkibində çoxlu
miqdarda dezoksiribonuklein turşusu (DNT) olan birhüceyrəli
mikroorqanizmlər qrupu (tipi) əksəriyyəti xlorofil və plastisidlərdən,
aydın seçilən xromosomlardan və s. törəmələrdən məhrum olan primitiv
nüvəli orqanizmlərdir. B. torpaq, hava, su hövzələri və s.-də yayılmışdır.
Onlar aerob (oksigenli) və anaerob (oksigensiz) şəraitdə yaşayırlar.
BAKTERİYALI GÜBRƏLƏR – tərkibində kənd təsərrüfatı
bitkiləri üçün faydalı torpaq mikroorqanizmləri olan preparatlar. B.g.
torpaqda biokimyəvi prosesləri gücləndirir və bitkilərin köklə
qidalanmasını yaxşılaşdırır. B.g.-dən nitragin, azotbakterin və
fosforobakterin işlədilir.
BALIQÇILIQ, BALIQYETİŞDİRMƏ – təbii su hövzələrində
balıq ehtiyatını artıran, balıqların keyfiyyətini yaxşılaşdıran və süni
göllərdə balıq çoxaldan təsərrüfat sahəsi. Azərbaycanda bir çox balıq-
yetişdirmə müəssisəsi (Çaykənd, Çuxurqəbələ, Əli-Bayramlı, Kürağzı
balıqyetişdirmə zavodları və s.) var. Bu müəssisələrdə hər il çoxlu
qızılbalıq, nərə balığı, çəki balığı, çapaq, suf, xəşəm, şamayı və s. balıq
körpələri yetişdirilib Kür çayına buraxılır.
BALIQYETİŞDİRMƏ
PİTOMNİKİ
– Balıq kürüsünü
mayalandıran, inkubasiya edən və körpə balıq yetişdirərək, sonradan
onu satlıq həcminə qədər yetişdirmək üçün balıqçılıq göllərinə və ya
təbii su hövzələrinə buraxan müəssisə. məs.. Xanlar rayonunun Çaykənd
və Qəbələ rayonunun Çuxurqəbələ zavodlarında süni surətdə çoxaldılan
qızılbalıq körpələri Kür çayına buraxılır.
BALL – təbii hadisələrin (zəlzələ, külək, buludluq və s.) gərginlik və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
40
qüvvə dərəcəsinin göstəricisi. məs., küləyin gücü 9
b
, zəlzələ 6
b
və s.
BALNEOLOGİYA – mineral suların mənşəyini, fiziki-kimyəvi
xassələrini, onlardan müalicə profilaktika məqsədi ilə istifadə etmək
üsullarını, habelə onların orqanizmə təsirini öyrənən elm.
BALVERƏN BİTKİLƏR – örtülütoxumlu bitkilərin böyük bir
qrupu. Arıçılığın yem bazasıdır. Bu bitkilərdən bal arısı nektar (şirə) və
tozcuq yığır. Azərbaycanda 4000-dən artıq balverən bitki növü vardır.
Bunların ən əhəmiyyətlisi cökə, kəkotu, dalamaz, sarı yonca, üçyarpaq
yonca, xaşa, günəbaxan, yemişan, armud, alma, alça, ərik, dağnanəsi,
yarpız, xiyar, qarpız, pambıq və s.-dir. Arılar başdan-başa belə bitkilər
əkilmiş sahənin hər ha-ından 100 kq-a qədər bal toplaya bilər.
BARXANLAR – qum səhralarında küləyin təsiri ilə relyefin hərəkət
edən formaları. B. küləyin rejimindən asılı olaraq tirə və təpə
formasında olur. Qum ekosistemlərində B. şirin suların akkumlyatorları
hesab olunur.
BARİFOBLAR – aşağı təzyiqli yerlərdə yaşayan orqanizmlər
(bitkilər, heyvanlar), yüksək dağlıq zonanın orqanizmləri. Dəniz
səviyyəsindən yüksəkliyə qalxdıqca bitki və heyvan növlərinin sayı
tədricən azalır.
BAROXORLAR – toxumları öz ağırlıq qüvvəsilə düşərək yayılan
bitkilər.
BAROMETR – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı və
metal (aneroid) B.-lər olur. Hipsotermometrlər də B.-lərə aiddir. Mayeli
B.-lərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə
sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir.
BATAQLIQ – yer səthinin izafi rütubətlənərək çürüməmiş üzvi
maddələrin toplandığı sahəsinə deyilir. B. müxtəlif yolla-sututarlarda
suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay
daşqınlarının quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə
yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi (anaerob) gedir.
Azərbaycanda özünəməxsus qamış B.-larına Kürçayı boyu, Lənkəran və
Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast
gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni
basması nəticəsində yeni B.-ların əmələ gəlməsi müşahidə olunur.
BATAQLIQ LANDŞAFTI – izafi rütubətli landşaft, bura
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
41
bataqlıqlar və onunla təmasda olan bataqlaşmış ərazilər daxildir.
Əsasən tayqa, tundra, qarışıq meşələr zonasında və ekvatorial
qurşaqlarda (Cunqli, ekvator meşələri) yayılmışdır.
BATAQLIQ TORPAQLAR – çoxlu miqdarda çürüməmiş və
yarıçürümüş bitki qalığı (torf) olan, həddindən artıq rütubətli torpaqlar.
B.t. adətən, turş, neytral, qələvi, həmçinin şoranlı, şorakətli, karbonatlı
və qleyli torpaqlara bölünür. Qurutduqdan və müvafiq aqromeliorasiya
tədbirləri görüldükdən sonra bu torpaqlardan bol məhsul yetişdirmək
üçün istifadə edilir. B.t. respublikamızın ərazisinin 0,38% -ni tutur.
Lənkəran, Astara və Masallı rayonlarının düzən hissələrində, Kürboyu
çökəkliklərində (Qarasuda) və Dəvəçi rayonunun Ağzıbirçala gölü
hövzəsində var.
BATİAL ORQANİZM, DƏRİN SU ORQANİZMİ – (yun. bathus
– dərin) göl, dəniz və okeanın daha dərinliklərində yaşayan orqanizm.
BATİRPLANKTON – okeanın dərin sularındakı plankton, əsasən
bakteriya populyasiyalarından, infuzorlardan, xərçəngkimilərdən, balıq
sürfələrindən ibarət olub abissal və ultraabissalın asudə (dinc) yırtıcıları
üçün yem hesab olunur.
BATİSFER – litosferdən sonra gələn Yerin daxili qabığı.
BATOMETR – laboratoriya tədqiqat məqsədi ilə dəniz və s. su
hövzələrindən istənilən dərinlikdən su nümunələri götürmək üçün cihaz.
Dəniz B.-i, üzərində xüsusi termometr bərkidilən silindr formalı bürünc
qabdır.
BAYQUŞLAR (Sirigiformes) – quşlar sinfinin bir dəstəsi. Əsasən
siçan, həmçinin xırda onurğalı heyvan və həşərat yeyir. 134 növü mə-
lumdur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu,
qulaqlı bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşə
bayquşu, kənd təsərrüfatı və meşə ziyanvericilərini məhv etdiklərinə
görə xeyir verən quşlardır; yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan
vurur.
BAZA MONİTORİNQİ – regional antropogen təsir alınmadan
ümumi biosferin, əsasən təbii hadisələrin vəziyyətinə və mümkün dəyiş-
məsinin proqnozlaşdırılmasına nəzarət.
BAZİFİLLƏR – qələvi reaksiyalı torpaqlara üstünlük verən
heyvanlar məs. urobakteriyalar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
42
BAZİFİTLƏR – Qələvi reaksiyaya malik olan (pH 7-dən çox olan)
torpaqlara üstünlük verən bitkilər. Məs. ağ akasiya, sarağan və digər
kalsefil bitkilər.
BAZOFİL BİTKİLƏR – bitkilərin bozqır, səhra və yarımsəhralarda
qələvi torpaqlarda bitməsi.
BEDLEND (ingiliscə pis torpaqlar) – alçaq dağlıq ərazidə kəskin və
mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur.
Respublikamızda Bozqır yayla ərazisində daha çox rast gəlinir.
III dövr yaylasında bedlend ərazi
BENTOFAQ – Su hövzələri dibində yaşayan orqanizmlərlə
qidalanan heyvanlar, özləri yalnız qida axtarmaq üçün hövzənin dibinə
enir.
BENTOS (yun. benthos -dərinlik) – Su ekosistemlərinin dib
biohorizonlarında yerləşən orqanizmlərin cəmi. B. avtotrof
orqanizmlərdən (yosunlar, qismən ali bitkilər), əsasən az hərəkətli
heterotrof orqanizmlərdən (protoza, qurdlar, zəli, malyusk,
xərçəngkimilər) ibarətdir.
BERİ-BERİ – Qidada B vitaminin çatışmamasından irəli gəlir.
Uzun müddət qidada təmizlənmiş şəkər, çox təmizlənmiş taxıl dənəsi (o
cümlədən düyü) istifadə etdikdə B-b. xəstəliyi baş verir.
BEYNƏLXALQ COĞRAFİYA İTTİFAQI (BCİ) – dünya
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
43
coğrafiyaşünaslarının beynəlxalq elmi təşkilatı. 1922-ci ildə
yaradılmışdır. BCİ coğrafiyaya aid problemlərin öyrənilməsinə yardım
göstərir, beynəlxalq əməkdaşlıq şəraitində aparılmalı tədqiqatların
təşkili və mərkəzləşdirilməsi ilə məşğul olur, beynəlxalq coğrafiya
konqreslərini çağırır və s.
Dostları ilə paylaş: |