Ədəbi dilin üslubları. Bədii üslub


Müəllifin dili (təhkiyə) və tipin dili



Yüklə 23,57 Kb.
səhifə4/6
tarix07.05.2023
ölçüsü23,57 Kb.
#109028
1   2   3   4   5   6
Ədəbi dilin üslubları

Müəllifin dili (təhkiyə) və tipin dili. Bədii üslubda müəllifin dili (təhkiyə) yazıçının öz üslubudur. Müəllifın dilində hadisələrin təsviri əsas yer tutur. Tipin dili dedikdə isə əsərdəki surətlərin danışıq tərzi nəzərdə tutulur. Adətən, tipin dili müəllifin dilindən fərqləndirilir. Bundan əlavə hər tipin özünəməxsus fərqli cəhətləri olur. Məsələn, C. Məmmədquluzadənin «Poçt qutusu» hekayesində Novruzəli ilə xanın danışıq tərzi üslubca bir-birindən fərqlənir.
Eləcə də müəllifin dili tiplərin dilindən seçilir. Tipin dilində bır çox hallarda dialektizmlərə, loru sözlərə, varvarizmlərə (ədəbi dildə işlənməyən başqa dillərə məxsus olan sözlərə), vulqarizmlərə (söyüşlərə) və s. rast gəlmək olur. Məsələn, C. Məmmədquluzadənin "Ölülər" komediyasındakt Şeyx Nəsrullah surətinin dili qəliz ərəb — fars ifadələri ilə (varvarizmlərlə) doludur.

Elmi üslub

Elmi üslub — milli elmi təfəkkürün ifadəsidir. O, müxtəlif elm sahalərinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqilik, dəqiqlik, ardıcıllıq və konkretlikdir. Elmin müxtəlif sahalərinə aid kitab,dərslik və məqalələr elmi üslubda yazılır. Bədii üslubun əsas göstəriciləri olan obrazlılığa, emosionallığa elmi üslubda, demək olar ki, təsadüf edilmir.


Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda ixtisas sözlərinin — terminlərin bol — bol işlənməsidir. Hər bir elm sahəsinin özünəməxsus terminləri vardır ki, onlar yalnız mütəxəssislər üçün tam və dəqiq şəkildə anlaşıqlı olur.
Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər çox işlənir. Elmi üslubda fikrin daha dəqiq və yığcam şəkildə ifadəsi üçün çox vaxt müxtəlif sxem və qrafiklərdən, şərti işarələrdən geniş istifadə edilir. Elmi üslubda söz və ifadələr müəyyən elmi anlayışları birmənalı şəkildə, birbaşa ifadə edir. Buna görə də elmi üslubda fikrin müxtəlif cür anlaşılmasına, mətnaltı mənaya və ya çoxmənalılığa yol verilmir.
Sözün terminoloji funksiyası. Sözün elmi üslubdakı əsas vəzifəsinə onun terminoloji funksiyası deyilir.Mətndə birbaşa terminoloji funksiya daşıyan söz və ya ifadə termin adlanır.
Başqa üslublar üçün səciyyəvi olmayan terminlər elmi üslubun əsas göstəricilərindən biridir. Elmi mətndəki hər hansı bir sözü termin kimi qəbul etmək olmaz. Termin, ilk növbədə, ayrı-ayrı elm sahəsinə aid oları və yalnız həmin elm sahəsində işləyən mütəxəssislər üçün anlaşıqlı olur.Terminin daha bir xüsusiyyəti təkmənalı olması, yəni bir anlamı ifadə etməsi və yığcamlığıdır. Dünyanın bir çox dillərində olduğu kimi, bizim dilimizdə də alınma terminologiya — beynəlmiləl səciyyə daşıyan ixtisas sözləri çoxdur. Elmi terminlərin çoxu bir sıra dünya dillərində eyni olur. Məsələn: fonetika, leksikologiya, sinus, kosinus, qravitasiya, hidrodinamika və s.



Yüklə 23,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin