Ədəbi dilin üslubları. Bədii üslub


Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: «Azacıq aşım, ağrımaz başım» atalar sözündə a



Yüklə 23,57 Kb.
səhifə2/6
tarix07.05.2023
ölçüsü23,57 Kb.
#109028
1   2   3   4   5   6
Ədəbi dilin üslubları

Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: «Azacıq aşım, ağrımaz başım» atalar sözündə aı saitlərinin təkrarı nitqdə assonans yaradır. Nəsiminin yuxarıdakı beytində də bu saitlərin təkrarı assonansdır.

  • Təkrar dedikdə isə ritmik (fonetik) təkrar nəzərdə tutulur. Məsələn: Ağa Kərəm,paşa Kərəm, xan Kərəm; Alış Kərəm, tutuş Kərəm, yan Kərəm " misralarında Kərəm sözünün təkrarı xüsusi bir ritm yaradır. İntonasiya isə şerin və ya cümlənin xüsusi intonasiya ilə oxunması deməkdir.

    Bədii üslubun leksik səviyyədə göstəriciləri: epitet, təşbeh, istiarə, mübaliğə, kinayə; frazeoloji birləşmələr, omonimlər, sinonimlər, antonimlər və s.
    Bədii üslubun qrammatik səviyyədə göstəriciləri:

    • Söz sırasının qəsdən pozulması (inversiya), qeyri-normativ quruluşlu cümlələr, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı).

    • Bədii üslub — şer dili, nəsr dili və dramaturgiya dili formalarında özünü göstərir.

    • Şer dili — müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və qafıyələnən dildir.

    • Nəsr dili — müəyyən süjetə malik olan təhkiyənin — hekayə, povest, romanın dilidir.

    • Dramaturgiya dili — monoloq və dialoqlardan ibarət olan səhnə əsərinin dilidir.

    Bədii üslub başqa üslublarla müqayisədə daha qədim və daha zəngin sayılır. Başqa üslubların formalaşması, ədəbi dil normalarının müəyyənləşməsində bədii üslub həmişə aparıcı olmuşdur. Ədəbi dildə normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi bədii üslubdan başlanır.
    Sözün poetik funksiyası.Sözün mətndə bədii vəzifə daşımasına, obrazlı şəkildə işlədilməsinə sözün poetik funksiyası deyilir.Mətndə poetik funksiya daşıyan söz və ya ifadə poetizm adlanır.Sözün poetik funksiyası orfun informativ (məlumat səciyyəli) vəzifəsindən fərqlənir. Məsələn: dərin qab, dərin quyu birləşmələrindəki dərin sözü informativ vəzifə daşıyır. Dərin məna, dərin düşüncə birləşmələrindəki dərin sözü isə poetik funksiyalı sözdür. Deməli, poetizm bədii sözdür. Böyük söz ustadı M. Füzuli bədii sözü (poetizmi) «diri söz» adlandırmışdır.
    Bədii söz, əsasən, məcazi mənada işlənir və güclü emosiya, bədii təəssürat yaradrr. Sözün bədii imkanlarınm genişliyi birbaşa söz ustalarının istedadı və yaradıcılıq qabiliyyəti ilə bağlıdır. Bir çox sənətkarlar sözdən məharətlə istifadə yolu ilə güclü poetizmlər yaratmışlar. Zaman keçdikcə ayrı-ayrı poetizmlər hamı tərəfindən mənimsənilir və tədricən inforrnativ səciyyə daşıyır. Məsələn: daş ürək, acı söz, şirin arzu ifadələri gündəlik məişətdə tez-tez işlədilən poetizmlərdir. Frazeoloji birləşmələrin də çoxu bədii imkanlar hesabına yaranmışdır.

    Yüklə 23,57 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin