Ədəbi dilin üslubları. Bədii üslub


Bədii təsvir və ifadə vasitələri (məcazlar)



Yüklə 23,57 Kb.
səhifə3/6
tarix07.05.2023
ölçüsü23,57 Kb.
#109028
1   2   3   4   5   6
Ədəbi dilin üslubları

Bədii təsvir və ifadə vasitələri (məcazlar)
Sözün poetik funksiyası ən çox bədii təsvir və ifadə vasitələrində- məcazlarda özünü göstərir. Məcazlar birbaşa deyil, məcazi mənada işlənən söz və ifadələrdir. Məcazların əsas növləri aşağıdakılardır:

  • Epitet (bədii təyin).Əşyanın əvvəlinə artırılır və onun müəyyən bir elemetini bildirir. Epitet adi təyindən fərqli olaraq, məcazi mənada işlənir. Məsələn, «ağ əllər» birləşməsindəki «ağ» sözü adi təyin, «gül əllər» birləşməsindəki «gül» sözü isə bədii təyindir. «Dərin məna», «dəmir iradə», «daş ürək», «soyuq baxış» birləşmələrindəki birinci tərəflər epitetdir: Klassik ədəbiyyatda tez-tez işlədilən «qələm qaşlı dilbər», «sərv boylu gözəl», «dağ gövdəli igid», «ahu baxışh canan» və s. ifadələrindəki birinci tərəflər də epitetdir.

  • Təşbeh (bənzətmə).Bir əşyanın özündən qüvvətli başqa bir əşyaya bənzədilməsinə təşbeh deyilir. Təşbehdə, adətən, dörd ünsür olur: bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti. Məsələn: Alma bal kimi şirindir. Təşbehin bu növü müfəssəl təşbeh adlanır. Son iki ünsürün iştirak etmədiyi təşbeh isə mükəmməl təşbeh adlanır.
    Məsələn: Qaşları kamandır, yanağı lalədir və s. Tebehə aid daha bir neçə nümunə:
    Fərhad çinar kimi ucaboylu igiddir. Əsgər aslan kimi güclüdür. Qələmi qılınc kimi itidir, ağlı dəryadır və s.

  • İstiarə (metafora).Leksik (lüğəvi) mənası «köçürmə» deməkdir. Bir əşyanın əlamətinin başqa əşya üzərinə köçürülməsinə deyilir.
    Bənzətmə əsasında yarandığı üçün istiarəyə gizli təşbeh (bənzətmə) də deyilir. Təşbehdən fərqli olaraq, istiarədə bənzəyən və ya bənzədilən tərəflərdən hər ikisi yox, yalnız biri iştirak edir.Məsələn: Günəş gülümsədi. Buludlar ağladı. Quzum beşikdə mıştl-mışıl yatır. Gülüm niyə kefsizdir və s. Birinci iki cümlədə insana aid əlamət günəşin və buludun üzərinə köçürülmüşdür. Son iki nümunədə isə körpə uşaq quzuya, sevgili isə gülə bənzədilmiş, lakdn onların adı çəkilməmişdir.
    Qeyd: Epitet, təşbeh və istiarə ədəbiyyatşünaslıqda bədii təsvir vasitələrinin növləri kimi öyrənilir. Metonimiya, sinekdoxa, simvol də bura daxildir.

  • Mübaliğə.Əşya və ya hadisənin həddindən artıq şişirdilməsinə deyilir. Məsələn: Qaraca Çobanın atdığı daş yerə düşməzdi. Düşsəydi də, üç il orada bitməzdi. Məcnunun ahından dağlar titrədi. Nərəsindən yer yarıldı. Göz yaşlarından çaylar axdı və s.

Kinayə. Sözün zahirən müsbət mənada deyilib, əslində isə mənfi mənada işlədilməsi kinayə adlamr. Məsələn, zəif adama pəhləvan, qorxaq adama cəsur və ya ağılsız adama alim demək, kinayədir.
Qeyd: Mübaliğə və kinayə ədəbiyyatşünaslıqda bədii ifadə vasitələrinin növləri kimi öyrənilir. Bədii sual, təzad, təkrir, inversiya da bədii ifadə vasılılərinin növləri sayılır.
Mətnaltı məna. Mətnaltı məna sözün üzdə olmayan, dərhal anlaşılmayan «gizli» mənasına deyilir.Mətnaltı məna iki məqsəddən yaranır:
1. Sözü, yaxud fıkri daha maraqlı və təsirli ifadə etmək üçün. M. Füzulinin əksər qəzəlləri buna nümunə ola bilər.Məsələn:
Çəkdi Məcnun ayağın badiyədən, teyk verir
Qanlı güllər ayağından çəkilən xar hənuz.

Beytin birbasa — lüğəvi mənası belədir: Məcnun ayağını səhradan çəkdi, lakin ayağından çəkilən tikanlar halə də qanlı güllər verir.
Beytin mətnaltı mənası isə bu cürdür: Məcnun dünyadan getsə də, bir zamanlar ayaqyalın gəzdiyi çöllərdə indi qırmızı güllər bitir. Bu gülləri onun ayağıdan axan qanlar yetirmişdir. Ona görə də bu güllər belə qanlıdır — qırmızıdır.
2. Sözün və fikrin doğuracağı təhlükədən qorunmaq məqsədi ilə gizlin verilməsi. Məsələn, M. Ə. Sabir «Beynəlmiləl» şerindəki aşağıdakı misralarda "İblis" dedikdə çar Rusiyasını nəzərdə tutmuşdur:
Fitneyi — iblisi — məlun nagəh oldu aşikar,
Gör cəhalətdən nə şəklə düşdü vəzi — ruzigar.


Yüklə 23,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin