Ədəbi dilin üslubları. Bədii üslub



Yüklə 23,57 Kb.
səhifə1/6
tarix07.05.2023
ölçüsü23,57 Kb.
#109028
  1   2   3   4   5   6
Ədəbi dilin üslubları


Ədəbi dilin üslubları. Bədii üslub

Üslub — dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat (stilistika) adlanır.


Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan üzünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəklcürün müxtəlif sahalərini əhətə edir, buna görə də bir neçə növə böiünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir.
Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s.Fərdi üslub bədii üsiubda daha qabarıq şəkildə özünü göstərir. Fərdi üslub ayrı-ayrı sənətkarların ümumi dünyagörüşü, təfəkkürü ilə sıx bağlıdır. Ədəbi dilimizin tarixində Nəsimi üslubu, Füzuli uslubu, Sabir üslubu səciyyəvi xüsusiyyətləri ilə daha çox məşhur olan fərdi üslublardır. Fərdi üslub bəzən bir qrup şair və ya yazıçıya da aid ola bilir. Məsələn: Molla Nəsrəddinçilər üslubu. Fərdi üslubu ictimai -tarixi şərait yetişdirir.
Azərbaycan ədəbi dilinin funksional üslubları
Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir; bədii üslub, ehni üslub, publisistik üslub, məişət üslubu, rəsmi — işgüzar üslub. Bu üslubların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqa üslubdan fərqləndirir. Məsələn, bədii üslub obrazlılığı, bədii ifadə vasitələrinin bolluğu ilə seçildiyi kimi, elmi üslubun da əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üstünlük verilməsidir. Bu üslublar bir — birindən nə qədər fərqlənsə də, onların hamısı ədəbi dilin üslublarıdır. Buna görə də bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və qrammatik nornıalarına tabe olur.
Bədii üslub
Bədii üşlub — milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimzin tərkibində həmişə aparıcı olmıışdur.Funksional imkanlarının genişliyinə görə bədii üsluba ədəbi — bədii dil də deyilir. Bədii üslubun ən vacib şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir.
Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, assonans, təkrar və intonasiyadır. Birinci üç göstərici nitqdə ritm yaradan əsas vasitələrdir.

  1. Alliterasiya eyni samit səslərin təkrarına deyilir.Məsələn: «Yaxşılığa yaxşüıq hər kişinin işidi, yamanlığa yaxsılıq ər kişinin işidi» atalar sözündə təkrar olunan y və ş samitləri nitqdə alliterasiya yaradır. Nəsiminin: «Al ilə ala gözlərin aldadı aldı könlümü; Alına bax nə al edar, kimsə irişməz alına » beytində isə 1 samitinin təkrarı alliterasiyadır.


  2. Yüklə 23,57 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin