Ədəbi dilin üslubları. Bədii üslub



Yüklə 23,57 Kb.
səhifə5/6
tarix07.05.2023
ölçüsü23,57 Kb.
#109028
1   2   3   4   5   6
Ədəbi dilin üslubları

Publisistik üslub

Publisistik üslub — milli ictimai təfəkkürün ifadəsidir. Bu üslub mətbuatın (qəzetlərin, bədii — siyasi və ictimai jurnalların, elmi-kütləvi kitabların və s.), radio — televiziyanın dilidir. Publisistik üsluba bəzən «mətbuat dili» də deyilir. «Qəzet dili», «radio dili», «televiziya dili» anlayışları da bu mənada işlənir. Radio və televiziya dili publisistik üslubun şifahi forması, qəzet və jurnalların dili isə onun yazı formasıdır. Bu iki forma arasında elə bir kəskin fərq yoxdur. Publisistik üslubun hər iki formasının əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır. Publisistik üslubda yazan müəllif ilk növbədə çalışır ki, toxunduğu məsələ mümkün qədər kütləvi şəkildə hamıya çatsın və oxucularda müsbət reaksiya doğursun.


Məhz buna görə də publisistik üslubda əksəriyyət tərəfindən anlaşıları ümumişlək sözlərdən daha çox istifadə olunur. Publisistik üslub kütləvi nitq foması olduğu üçün bütün dil göstəricilərinə görə adi danışıq dilinə çox yaxın olur. Mətbuat dilində gedən proseslər (yeni yaranan sözlər və s.) ümumxalq danışıq dilinə də təsir göstərir. Publisistik üslubda başqa üslubların da xüsusiyyətləri özünü göstərir. Bu baxımdan publisistik üslubun, əsasən, iki növü var: bədii-publisistik üslub, elmi-publisistik üslub.
Bədii publisistik üslub qəzet dilidir. Bu üslub növündə publisistik üslubun əsas xüsusiyyətləri gözlənilməklə yanaşı, yeri gəldikcə obrazlılığa, bədiiliyə də yer verilir.
Elmi — publisistik üslub dedikdə isə elmi — kütləvi jurnal və kitabların dili nəzərdə tutulur.
Publisistik üslub XIX əsrin II yarısında milli qəzetlərin nəşrə başlaması ilə formalaşmışdır.

Epistolyar üslub. Məktublaşma

Bu söz latın sözü olub “məktub” deməkdir. Epistolyar üslubda korrespandent(yazan), adresat(alan) tərəflər olur. Buna görə də təkcə məktublar deyil, nəsihətnamələr, öyüdnamələr, dəvətnamələr, çağırış tipli yazıları da epistolyar üsluba aid edirlər.


Məktub-yazışmanın ən qədim növlərindəndir. Məktubun yazanı və alanı olur. Habelə onun yazılma vaxtı və yeri olur. Məktub monoloji daxili, yazılı nitq formasında olur. Məktubun 3 və ya 4 növünü qeyd edirlər:

  1. Məişət məktubları;

  2. ədəbi məktublar;

  3. Rəsmi işgüzar məktublar;

  4. Açıq məktublar.

Məişət məktubu deyəndə ən səmimi, ən dərin, ən istəkli məktublar nəzərdə tutulur. Bu tipli məktublarda təntənəli söz və ifadələr olmur. Cümlələr sadə olub,üzvləri də xalq danışıq dilində olduğu kimi düzülür.
Ədəbi məktublar-sosial mahiyyətli olur. tarixdə bu cür məktublar şair və yazıçılar arasında olub. Ədəbi məktubun dili onu yazanda asılıdır. Əgər şair və yazıçı belə məktub yazırsa bədiilik burada aparıcı oıacaq. Ədəbi məktublar sırasında Q. B. Zakirin M. F. Axundova , S. Rüstəmin, B. Vahabzadənin M. Şəhriyara yazdığı məktubları misal göstərmək olar.
Rəsmi işgüzar məktublar-əsasən ölkə başçıları arasında əlaqə yaradır. Belə məktubda diplomatik üsluba xas olan fikri dolayı yolla və ehtiyatla ifadə etmək əsas şərtdir. Rəsmi məktublarda dəqiq rəqəmlər, diplomatik terminlər geniş istifadə olunur.
Açıq məktublar-ictimai-siyasi məzmunda olub daha çox mətbuatda çap olunur. Açıq məktubu yazan adresatın “müsbət” və “mənfi” hərəkətləri. Cəmiyyət üçün faydalı və ziyanlı fəaliyyəti haqqında öz mövqeyini açıqlayır.


Yüklə 23,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin