Tələbə: Ülkər Feyzullayeva Qrup: 137. 20 Fakültə: Geoloji Kəşfiyyat



Yüklə 0,65 Mb.
tarix22.04.2023
ölçüsü0,65 Mb.
#101553
ulker.səthidalğalar


Tələbə: Ülkər Feyzullayeva
Qrup: 137.20
Fakültə: Geoloji Kəşfiyyat
Fənn: Seysmik Kəşfiyyatı
Müəllim: Əhmədov Tofiq
MÖVZU:
Səthi Dalğalar
MÖVZU:
Səthi Dalğalar
PLAN
Lyav dalğası
Stounli dalğası
Boru dalğası
Releyin səthi dalğası
Səthi dalğalar anlayışı
Yer səthi və buna yaxın olan səth boyunca yayılan
dalğalara səthi dalğalar deyilir. Bu dalğalar seymik
kəşfiyyatda maneedici dalğalar qrupuna aid edilir və
adətən partlayışdan sonra, yer səthi boyunca yayılırlar
Səthi dalğalar anlayışı
Seysmologiyada isə bu dalğalar əsasən faydalı
dalğalar hesab olunur. Səthi dalğalar həm həcmi, həm
də forma (sürüşmə) deformasiyaları nəticəsində
yaranır. Bu dalğalar partlayışdan sonra yer səthi
boyunca yayılırlar və laya nüfuz etmirlər. Torpaq
hissəcikləri elllipsvari trayektoriya ilə titrəyir və bu
titrəyiş səth boyunca digər hissəciklərə ötürülür. Bu
dalğaların sürəti eninə dalğaların sürətindən kiçikdir:
sərhədsiz elastiki mühitdə yalnız uzununa və eninə dalğalar mövcud ola bilərlər. Zaman keçdikcə, onlar mənbədən bütün istiqamətlərdə böyük məsafələrə yayılırlar və mənbəni əhatə edən mühitin ixtiyari bir nöqtəsində müşahidə oluna bilərlər. Belə dalğalara həcmi dalğalar deyirlər. Əgər müxtəlif elastiki xassələrə malik mühitləri ayıran sərhəd varsa, həcmi dalğalardan başqa digər dalğaların – səthi dalğaların da yaranmasına şərait yaranır. Bu dalğaların əsas xüsusiyyəti burasındadır ki, yalnız onları doğuran səth (sərhəd) yaxınlığında müşahidə olunurlar.

Seysmik kəşfiyyat üçün ən maraqlı səthi dalğa Reley dalğalarıdır
ki, onlar bərk mühitin sərbəst səthi üzrə yayılırlar. «Sərbəst» səth anlayışı
vakuumla təması nəzərdə tutmasına baxmayaraq, havanın elastiklik sabitləri
və sıxlığı süxurların müvafiq parametrlərindən o qədər kiçikdir ki, Yer
səthini təqribən sərbəst səth hesab etmək olar. Seysmik kəşfiyyat
materiallarını (yazılışlarını) mürəkkəbləşdirən səthi manedicilər əsasən
Reley dalğalarından ibarətdirlər
X oxunu Yer səthində yerləşdirib, Z oxunu şaquli istiqamətdə aşağıya doğru yönəldək. X oxu boyunca yayılan müstəvi Reley dalğası üçün müvafiq yerdəyişmə potensialları bərabərdir:
Reley dalğalarının sürəti eninə dalğaların sürətindən də kiçikdir.
  • Reley dalğasının sürəti Vr tezlikdən asılı deyildir, bircins mühitin
  • Reley dalğaları dispersiyaya uğramırlar.

Reley dalğaları kiçik sürətlərə və aşağı tezliklərə malkdirlər, onların spektrlərində iti zirvələr yoxdur, deməli, dalğa uzunluqlarının geniş intervalı ilə xarakterizə olunurlar. Reley dalğalarının nüfuz etmə dərinliyi (şək.2.16,c) müxtəlif tezlik təşkilediciləri üçün geniş hüdudlarda dəyişir və enerjinin ən böyük hissəsi bir-iki dalğa uzunluğuna bərabər dərinlikdə müşahidə olunur. Yer səthinə yaxın, xüsusən KSZ-nin dabanında, elastiklik modulları böyük dəyişikliklərə uğrayırlar, ona görə də Reley dalğalarının sürəti dalğa uzunluğundan asılı olaraq dəyişir, dalğa dispersiya edir və dalğa qatarının forması da dəyişir.

LYAV DALĞASI
Zəlzələlərin seysmoqramlarında bəzən Lyav dalğaları müşahidə
olunurlar; bu dalğalar Yer səthinə paralel, SH tipli eninə sürüşmələrlə
xarakterizə olunurlar. Seysmik kəşfiyyatda tətbiq olunan dalğa mənbələri
adətən güclü Lyav dalğaları həyəcanlandırmırlar və buna görə də onlar, bir
qayda olaraq, seysmik kəşfiyyatda mühüm rol oynamırlar. Uzununa
dalğalarla aparılan seysmik kəşfiyyatda tətbiq olunan yalnız şaquli
hərəkətlərin qeydiyyatını aparan qəbuledicilər təbii ki, Lyav dalğalarına
reaksiya verməyəcəklər. Bütün bunlara baxmayaraq bəzi hallarda onlar
maraq doğururlar (SH dalğalarla kəşfiyyat zamanı manedicilərin
formalaşmasında iştirak edirlər).
STOUNLİ DALĞASI
Stounli dalğaları ümumiləşdirilmiş elə Reley dalğalarına deyirlər
ki, onlar iki mühiti ayıran sərhəd boyunca yalnız müəyyən sürətlər daxilində
yayılırlar. Stounli dalğası bərk və maye mühitlərin sərhədində həmişə yarana
bilər və onun sürəti Reley dalğasının bərk mühitin sərbəst səthindəki
sürətindən kiçikdir. Əgər qalınlığı h olan bərk səthi təbəqə digər bərk
yarımfəzanı örtürsə, Stounli dalğası yalnız aşağıdakı şərtlər ödənildikdə
yarana bilərlər:
BORU DALĞALARI
Maye ilə dolu quyunun oxu boyunca yayılan dalğalar (boru dalğaları) sürətlərin dərin quyularda öyrənilməsi və həmçinin quyuətrafı süxurların elastiklik xassələri haqqında informaıiya daşıya bilməsi ilə əlaqədar maraq doğururlar.
mayenin sıxlığı Ro və həcmi modulu k
məlumdursa, boru dalğalarının sürətlərini təyin edib quyuətrafı süxurlar üçün myu-nü hesablamaq olar.
ƏDƏBİYYAT:
ƏDƏBİYYAT:
  • Məmmədov P.Z., Əhmədov T.R., Yusubov N.P. Seysmik kəşfiyyat, Bakı, ELM, 2005.

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM
Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin