Direktorun el kitabi A5 21 04 2021. indd


̶ 2 ̶  MƏKTƏBİN İDARƏ OLUNMASI



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə8/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   4   5   6   7   8   9   10   11   ...   66
Direktorun el kitabi A5 21 04 2021

̶ 2 ̶ 
MƏKTƏBİN İDARƏ OLUNMASI
- Dr. Könül Abaslı -
Özünü idarə edə bilsən, 
dünyanı idarə edəcək gücə sahib olarsan.
Platon
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədi oxucuları məktəbin idarə 
olunması anlayışı ilə tanış etmək və məktəbdə 
effektiv idarəetməni formalaşdırmağın yol larını 
on lara izah etməkdir. Bu bölmənin sonunda 
oxu cular:
• Məktəbin idarə olunması anlayışı ilə tanış 
ola caq;
• Məktəbin idarə olunmasında müasir çağırışla-
rı və yanaşmaları öyrənəcək;
• Məktəbin idarə olunmasının nəzəri və prak-
tiki üsullarını anlayacaq və onları öz təcrübələri 
ilə müqayisəli təhlil edəcəklər.
Açar sözlər: Məktəbin idarə olunması, idarəetmə, 
məktəb.


28
NÜMUNƏ HADİSƏ 
Lusi Anney Seneka deyirdi: “Öz üzərindəki 
hakimiyyət – ən ali hakimiyyətdir”. Həyatda qo-
yulmuş məqsədlərə çatmaq, həmçinin başqala-
rını uğurla idarə etmək üçün insan özünü idarə 
etməyi bacarmalıdır. Bu, kifayət qədər çətin, la-
kin yerinə yetirilə bilən tapşırıqdır və müəyyən 
biliklər və praktik məharət, məqsədyönlülük, 
mütəşəkkillik, iradə, etika və vicdanlı əmək tələb 
edir. Özünə tabe ola bilmək bacarığı olmayan 
insanın başqalarının tabe olmasına nail ola bil-
məsi də çətindir. Özünüidarə mədəniyyətinin 
formalaşdırılmasına universal kulturoloji bilik-
lər imkan yaradır. Onlar bizə həyatımızı düzgün 
qurmağa, mənəvi və fiziki sağlamlığımızı qoru-
mağa, həyatda uğurlara və xoşbəxtliyə nail ol-
mağa yardım edir. Biz tez-tez özümüzə insanın 
təyinatı, həyatın mənası, mövcudluğumuzun 
məqsədi haqqında, çətinliklərin və böhranların 
səbəbləri haqqında, həyatımıza nəzarət etmə-
yin zəruriliyi haqqında, düzgün qərarların vax-
tında qəbul edilməsi haqqında suallar veririk. 
Bu və digər həyati vacib suallara düzgün cavab 
almağa, çətinlikləri dəf etməyə və harmonik 
inkişafa nail olmağa “kulturologiya piramidası-
nın” pillələri üzrə şüurumuzun məntiqi ardıcıllığı 
kömək edir. Mahiyyətin, xüsusiyyətlərin, tarixin 
və nailiyyətlərin ardıcıl surətdə dərk edilməsi tə-


29
biətin və cəmiyyətin inkişaf qanunlarını, həmçi-
nin həyatı yaxşılaşdırmağın və daha yaxşı gələ-
cəyi qurmağın kreativ imkanlarını açan həyat 
fəaliyyəti texnologiyalarını başa düşməyə aparır. 
Bu formul yalnız milli və qlobal səviyyəli idarəet-
mə qərarları üçün deyil, şəxsiyyətin özünüidarə 
sisteminin təkmilləşdirilməsi üçün də ədalət-
lidir. Bu universal kulturoloji metodun praktik 
əhəmiyyəti onunla şərtlənir ki, o, konkret situ-
asiyanı düzgün planlaşdırmaq və qiymətləndir-
mək, idarəetmə sisteminin hərəkət vektorunu 
korrektə etmək, gözlənilən nəticələrə nəzarət 
etmək və insanın baza tələbatlarına və dəyişən 
maraqlarına cavab verən şüurlu modellər yarat-
mağa imkan verir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin