Direktorun el kitabi A5 21 04 2021. indd


MƏKTƏB KONTEKSTİNDƏ TƏHSİLİN



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə6/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   2   3   4   5   6   7   8   9   ...   66
Direktorun el kitabi A5 21 04 2021

MƏKTƏB KONTEKSTİNDƏ TƏHSİLİN 
İDARƏ OLUNMASI
Təhsil sistemində əsas istehsal prosesi məktəbdə həyata 
keçirildiyi üçün məktəb strateji və əvəzolunmaz mərkəzdir. 
Məktəb, cəmiyyətin təhsil və xidmət anlayışı ilə tanıdığı 
qurum olaraq, şagirdlərin təhsil sisteminin məqsəd və 
prinsiplərinə uyğun bilik, bacarıq və davranışlar əldə et-
dikləri ictimai və açıq bir sistemdir. (Açıkalın, 1997; Bal-
cı, 2010). Bir təşkilat olaraq məktəb, idarəetmə və təhsil 
məqsədlərinə, eləcə də sosial, iqtisadi və siyasi vəzifələrə 
malikdir (Bursalıoğlu, 2010). Bu baxımdan məktəblərin 
ən vacib vəzifəsi fərqli təhsil səviyyələrində fərqli təhsil pro-
qramları həyata keçirərək ölkənin ehtiyac duyduğu ixtisaslı 
işçi qüvvəsini yetişdirməkdir (Açıkalın, 1997). Məktəbin 
davamlılığını səmərəli təmin etmək, ətraf mühitə uyğun-
laşmaq, yəni məktəb təşkilatını özünəməxsus fərqləri 
çərçivəsində hədəflərinə uyğun saxlamaq məktəb kontek-
stində təhsil idarəçilərinin vəzifəsidir.
Effektiv və səmərəli nəticələrin əldə edilə biləcəyi bir 
təlim-tədris mühitinin yaradılmasında bir çox amillərdən 
danışmaq olar. Bununla birlikdə, effektiv təhsilin məlum 
komponentlərindən biri təhsil lideri olaraq məktəb direk-
torlarıdır. Məktəb direktorları ilk növbədə təhsil sistemi-
nin davamlılığına və sistemdə edilmiş dəyişikliklərin həyata 
keçirilməsinə məsuldurlar, eyni zamanda təhsil təşkilatlarını 


19
formalaşdıran və onları öz həyat fəlsəfələri və açıqlığı ilə 
mütənasib şəkildə modernləşdirən insanlardırlar (Dönmez 
ve Bakır, 2016). Odur ki, məktəb şəraitində təhsilin idarə 
olunması məktəbdəki bütün insan və maddi qaynaqlardan 
ən səmərəli şəkildə istifadə edərək məktəbi hədəflərinə 
uyğun olaraq yaşatmaqdır. Bu baxımdan məktəbin imti-
yazlı, təsirli və xüsusi mövqeyi həm də məktəb direktorunu 
ön plana çıxarır.
İfadə edilənlərə əsasən demək olar ki, məktəb konteks-
tində təhsilin idarə olunmasının beş əsas müdaxilə sahəsi 
vardır. Bunlar tədris proqramının idarə olunması, insan 
kapitalının idarə olunması, təhsilalanlarla əlaqəli işlərin 
idarə olunması, məktəb idarəçiliyi və məktəbin ətrafla 
əlaqələrinin idarə olunmasıdır. Məktəblərdə təlim-tədris 
fəaliyyətinin planlanması, tətbiqi və nəzarətinə məsul şəxs 
məktəb direktorudur. Direktorun təlim-tədrislə əlaqəli 
əsas vəzifəsi məktəbin illik tədris planını hazırlamaq, eyni 
zamanda məktəbin gələcəkdə çatmaq istədiyi hədəflərin və 
bu hədəflərə çatmaq üçün həyata keçiriləcək strategiyaların 
müəyyənləşdirilməsi prosesidir (Şişman və Taşdemir, 2008). 
Bu prosesdə direktordan tədris proqramının hədəflərini 
müəyyən etmək, proqramın məzmununu hazırlamaq və 
buna uyğun təşkilatlandırma etmək, vaxt bölgüsü apar-
maq, məktəbi maddi-texniki resurslarla təmin etmək, təftiş 
və son olaraq, işçilərin xidmət daxili təlimlərdə iştirakını 
təmin etmək gözlənilən vəzifələrdir.
Məktəb mühitində direktordan gözlənilən ikinci vəzifə isə 
insan kapitalının idarə olunmasıdır. Direktor məktəbə təyin 


20
olunmuş müəllimləri işə qəbul edir, rəsmi sənədlərlə əlaqəli 
işləri yerinə yetirir. Eyni zamanda, o, məktəbdəki işçilərin 
sağlamlığı, təhlükəsizliyi və digər vacib məsələlərlə bağlı 
işlərin yerinə yetirilməsinə məsul şəxsdir (Taymaz, 2003). 
Beləliklə, direktor məktəbin nizam-intizam qaydalarına 
uyğun olaraq pedaqoji fəaliyyətin vaxtında, müntəzəm və 
lazım olan şəkildə yerinə yetirilməsini təmin etməlidir.
Direktorun məktəbdə təhsilin idarə olunması üzrə üçün-
cü vəzifəsi təhsilalanlarla əlaqəli işlərin icrasıdır. Mək təb 
direktoru təhsilalanı məktəbə qəbul edir, yaş xü su siy yətinə 
görə siniflərə ayırır, davamiyyəti izləyir, imta han ları və yu-
xarı sinfə keçməni təmin edir və onu məzun edir. 
Dördüncü vəzifə məktəb idarəçiliyidir. Məktəbin 
təh lükəsizliyi, tə mizliyi, sağlam öyrənmə mühiti məktəb 
ida rəçiliyi vəzifəsinin sahələridir. Sonuncu vəzifə isə məktəb 
və cəmiyyət əlaqəsinin idarə olunmasıdır. Direktor mək-
təbin ən ya xın ətrafı hesab edilən valideynlərdən başlayaraq 
bütün ətraf mühitlə qarşılıqlı əlaqəni tənzimlə yir və təhsil-
alan ların bilik və bacarıqlarının artırılması üçün on larla 
əməkdaşlıq edir (Özdemir, 2018).
Məktəbi qanun və qaydalara uyğun idarə etməyə mə-
sul olan direktor ilə müəllimlər arasındakı əlaqə məktəbin 
səmərəli idarə olunmasında və uğurlu bir təhsil mühitinin 
yaradılmasında çox vacibdir. Mövcud qaydaları qoruyan, 
bütün səlahiyyətləri toplayan, planlara həddindən artıq 
bağlı olan, müəyyən hədəflərə xidmət edən və nəzarətçi 
idarəetmə stili deyil, müəllimləri məktəbin dəyərləri 
ətrafında toplaya bilən və onlarla hörmət çərçivəsində 


21
ünsiyyət qura biləcək bir idarəetmə tərzinin seçimi məktəb 
daxilindəki bir çox problemin yerindəcə həllinə mühim 
töhfələr verir. Xüsusilə məktəbin bütün maraqlı tərəfləri 
arasında yaxınlaşma və həmrəylik təmin edəcək mühitlər 
təşkil edə bilən, həmrəylik və ehtiyac anında müəllimlərlə 
birlikdə hərəkət edən və bütün işçilərə dəyərli olduqlarını 
hiss etdirən rəhbərliyin fəaliyyətinin daha təsirli olduğunu 
demək olar (Özdemir, 418 :2006).
Məktəb kontekstində idarə olunmaya məktəb daxili
prob lemlərin həlli də aiddir. Çünki problem həlletmə prosesi 
müəyyən mənada qərar qəbuletmə prosesidir. Hər bir şagir-
din məktəbdə öyrənməsi üçün uyğun bir tədris mühiti yarat-
maq və müəllimlərin mənəviyyatını yüksək tutmaq təsirli 
bir məktəb idarəçisinin fərqləndirici keyfiyyətlərindəndir. 
Eynilə problemi düzgün müəyyənləş dir mək və vaxtı effek-
tiv şəkildə dəyərləndirmək zamanı və ziy yətin, şəxsin və di-
rektorun xüsusiyyətlərinə uyğun olaraq qənaətbəxş, inkişaf 
etdirici və rasional qərar qəbuletmə strategiyalarını bilmək 
lazımdır. Qərar qəbul etmə və problem həll etmə müddətin-
də ən yaxşı bir yanaşmanın ola bilməyəcəyini nəzərə alaraq, 
ən yaxşı yanaşmanın vəziyyətə ən uyğun strategiyanı qəbul 
etmək olduğu vurğulanır. Bu mənada direktorun bilik səvi-
yyəsi və idarəetmə təcrübəsi, hadisələri və insanları təhlil 
etmək bacarığı vacibdir (Hoy və Miskel, 2010: 336).
Məktəbin effektivliyini təmin etmək, səmərəli tədrisə 
nail olmaq və problemlərin həlli üçün direktorların gücün-
dən istifadə edilir. Bu güc qaynağına görə beş yerə ayrılır 
(French və Raven, 1959):


22
MƏCBUREDİCİ GÜC:
Əsas olaraq direktorun işçilərinin davranışlarına cəza 
tədbirləri yoluyla təsir etməsidir. Bu gücü çox istifadə et-
mək direktora qarşı mənfi fikirlərin formalaşmasına səbəb 
ola bilər. Məcburetmə gücü səlahiyyətə əsaslanır. 
MÜKAFATLANDIRMA GÜCÜ:
Direktor işçilərinin davranışlarına müxtəlif həvəsləndi-
rici vasitələrlə təsir edir. Mükafatlandırma gücündən çox 
istifadə müəyyən vaxtdan sonra əlaqələrdə qarşılıqlı maraq-
ların ön plana çıxmasına səbəb ola bilər. Mükafatlandırma 
gücü də səlahiyyətə əsaslanır.
QANUNİ GÜC:
Direktorun işçilərinin davranışlarına rəsmi qaydalara 
uyğun olaraq təsir etməsidir. Bu güc hər kəs tərəfindən ali 
olaraq qəbul edilməkdədir. Bu gücdən çox istifadə etmək 
mümkün deyil. Çünki qaydalar əsasında müəyyən edilmiş 
davranışlar hər kəs tərəfindən qəbul edilir və ona uyğun 
davranılır. Qanuni güc də səlahiyyətə əsaslanır. 
PEŞƏKARLIQ GÜCÜ:
Direktorun malik olduğu məlumat və bacarıqları ilə 
işçilərinin davranışlarına təsiretmə gücüdür. Bu gücə ma-
lik olan direktorlar təhsil təşkilatlarındakı vəzifələrin ic-
rası haqqında tam məlumatlı və bacarıqlıdırlar. Xüsusilə 
mühim olan problemlərin həllində rol oynayan direktorlar 
daha çox peşəkarlıq gücünə malikdirlər. Bu gücə malik olan 
direktorlara qarşı işçilərdə sədaqət yaranır. Peşəkarlıq gücü 
şəxsiyyətə əsaslanır.


23
EYNİLƏŞMƏ GÜCÜ:
İşçilərin çox dəyər verdikləri, sevdikləri, sədaqət əsasın-
da direktora bağlı olduqları zaman direktorun əldə etdiyi 
gücdür. İşçilər direktorun təqdirini və qəbulunu qazanmaq 
və bunun davamlı lı ğı üçün onun istədiyini edirlər, ona ox-
şamağa çalışırlar və onun dav ra nış la rını mənimsəyirlər. Bu 
güc direktorun bacarıq və qabiliyyəti ilə qa zandığı gücdür. 
Eyniləşmə gücü də şəxsiyyətə əsaslanır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin