Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə9/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
Direktorun el kitabi A5 21 04 2021

Fuad Məmmədov 
İdarəetmə mədəniyyəti. Bakı, 2013.


30
GİRİŞ
Ümumiyyətlə sistem anlayışı, ilk dəfə elmi şəkildə avst-
raliyalı bioloq Bertalanffy tərəfindən tədqiq olunmuşdur. 
Sistemlər açıq və qapalı olmaq üzrə iki qrupda təsnif olu-
nur. Bertalanffy yaşayan orqanizmləri xüsusiyyət olaraq 
açıq sistemlər şəklində ifadə etmişdir. Əgər sistemlərə 
maddə girişi və çıxışı yoxdursa, o sistemlər qapalı sistemlər 
olaraq qeyd edilir. Sistemə giriş və çıxış varsa, həmçinin 
bir dəyişmə müşahidə olunursa, bu sistemlər açıq sistem-
lər olaraq qiymətləndirilir. Bu baxımdan yaşayan sistem-
lər açıq sistemlər olaraq qəbul edilir (Bertalanffy, 1971). 
Sistem anlayışı bir-birinə müntəzəm şəkildə təsir edən və 
bir-birinə əsaslanan elementlərdən ibarət bir bütöv şəklində 
izah edilir. Təşkilat baxımından sistem anlayışı isə ətraf mü-
hitdəki sistemlərdən girişlər alan və onlara çıxışlar verərək 
xidmət edən, bir-birindən asılı olan daha kiçik alt sistem-
lərdən formalaşan bir bütün olaraq ifadə edilir (Başaran, 
1982). Təhsil təşkilatları olaraq məktəblər, iki və ya daha 
çox şəxsin ortaq hədəflərə nail olmaq üçün koordinasiyalı 
şəkildə birlikdə çalışdıqları sosial sistemlər şəklində ifadə 
edilir (Norlin, 2009). Açıq sistem düşüncəsinə əsasən mək-
təblərin mütəmadi olaraq ətraf mühit ilə qarşılıqlı əlaqədə 
olduğu qeyd edilə bilər.


31
Açıq sistemlər bir neçə ünsürü əhatə edir (Scott, 2008). 
Bunlar aşağıdakılardır: girişlər, transformasiya prosesi, çı-
xış və ya nəticə, əks əlaqə və ətraf mühit
Məktəb açıq bir sistem kimi çevrəsindən girişlər alır və 
bunların üzətrində işləyərək çevrəyə geri verir. Məktəb kimi 
sistemlər ətraf mühitdən 4 formada giriş və ya resurs alırlar. 
Bunlar
 insan resursları, maliyyə resursları, fiziki resurslar və 
məlumat resurslarıdır. İnsan resursları təşkilatın daxilindəki 
idarəçilərin və personalın qabiliyyətlərini, iş qabiliyyəti və 
bənzər faktorları əhatə edir. Maliyyə resursları məktəbin və 
ya məktəb bölgəsinin həm davam edən, həm də uzunmüd-
dətli əməliyyatlarını maliyyələşdirmək üçün istifadə etdi-
yi sərmayədir. Fiziki resurslar isə təchizatları, materialları, 
xidmətlər kimi müxtəlif vasitələri əhatə edir. Son olaraq, 
informasiya və ya məlumat resursları kimi təsnif edilən ka-
teqoriyaya isə məktəb/məktəb bölgəsi tərəfindən istifadə 
edilən informasiyaları və kurikulum kimi digər məlumatları 
əhatə edir (Lunenburg, 2010).
Açıq sistemləri digərlərindən fərqləndirən təməl xüsu-
siyyət transformasiya prosesidir. Transformasiya prosesi 
“xam maddələrin”, yəni girişlərin “məhsullara”, yəni çıxış-
lara çevrilməsi prosesidir. Təhsil anlayışı çərçivəsində, daha 
spesifik olaraq məktəbdə giriş şagirdlər olaraq qiymətlən-
dirilir. Sistem resursları mütəmadi olaraq çevrədən alır və 
daha sonra onları çevrənin ehtiyaclarına uyğun bir şəkildə 
transformasiya edir. Rəy bildirmə və ya əks əlaqə olaraq bi-
linən bu prosesin keyfiyyəti haqqındakı məlumat, sistemin 
özünü düzəltməsinə və təkmilləşdirməsinə şərait yaradır 


32
(Bozkuş, 2014). Transformasiya prosesinin əsas element-
ləri insanlar (müəllim, digər personal, direktor müavinləri
direktorlar və s.), struktur (sinif səviyyələri, bölmələr, təşki-
lati iyerarxiya və s.), idarəçilik (idarəçilik vəzifələri, proses-
lər, əməliyyatlar və s.), təlim-tədris prosesi, fiziki struktur 
və texnologiya (binalar, siniflər, laboratoriyalar, emalatxa-
nalar, idman zalları, kitabxanalar, kompüterlər və s.) olaraq 
qeyd edilir.
Çıxış isə təhsilini bitirmiş məzunları ifadə edir. Açıq 
sistem olaraq məktəb giriş-transformasiya-çıxış xəttindən 
sonra çıxışlar və ya nəticələr üçün informasiyaya ehtiyac 
duyur. Bunu isə əks əlaqə yolu ilə alır. Əks əlaqə ilə məktəb 
bir çox informasiyaları ala bilir. Bunlara nümunə olaraq, 
məzunların məşğulluq vəziyyəti, iş tapıb-tapmadığı, işə-
götürənin məzundan nə qədər razı qalmasını ifadə edən 
dərəcə, məzunun təhsilini artırmaq üçün bir üst müəssisəyə 
gedib-getməməsi, əmək bazarında hansı keyfiyyətdə və 
sayda insana ehtiyac duyulduğu və s. göstərilə bilər (Yal-
çınkaya, 2002).
Qeyd olunanlardan göründüyü kimi, məktəb açıq bir 
sistem olaraq qəbul edilir. Xüsusilə, qloballaşma ilə bəra-
bər yaşanan dəyişikliklər və inkişaf sistemlərin açıq olma 
zərurətini meydana gətirmişdir. XXI əsrin ilk 25 ilinin ya-
şandığı indiki zamanda məktəblərin açıq bir sistem olaraq 
fəaliyyət göstərməsi zəruridir. Məktəblər, fəaliyyət göstərdi-
yi mühitdə baş verən dəyişikliklərdən xəbərdar olmalı, baş 
verən dəyişikliklərin məktəbə hansı müsbət və ya mənfi tə-
sirinin olacağını təhlil etməli, çevrənin tələb etdiyi dəyişik-


33
liklərlə ayaqlaşmalıdırlar. Əks halda, dövrün tələbi ilə uz-
laşa bilməyən məktəblərin fəaliyyətlərində neqativ halların 
ortaya çıxma ehtimalı yüksəkdir. Məktəb direktorları qeyd 
olunan məsələlərin həllində məsul olan şəxslərdir. Rəhbərlik 
etdikləri təhsil müəssisələrində açıq sistem yanaşmasını mə-
nimsəyən məktəb direktorları əvvlcə məktəb-çevrə əlaqə-
sini anlamalı və qəbul etməlidirlər. Bunun reallaşdığı təq-
dirdə həm məktəbin fəaliyyət göstərdiyi çevrədəki statusu 
haqqında müsbət rəyin formalaşacağı, həm də məqsədlərə 
nail olma ehtimallarının yüksələcəyi təxmin edilir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin