43
xəbərdar idi. Bütün xəstələr Luzun xətrini çox
istəyirdi. Luza qarşı daha dərin hisslər bəsləyən
bu yaralı əsgər isə dəhliz boyu geri qayıdarkən
onu öz yatağında xəyal edirdi.
Cəbhəyə qayıtmazdan əvvəl onlar Duomaya
gedib dua etdilər. Sakit və alaqaranlıq bu mə-
kanda insanlar dua etməklə, sanki özlərini Tan-
rıya daha yaxın hiss edirdilər. Evlənmək üçün
buraya gəlmiş bu cütlüyün isə nə sənədləşmə
üçün vaxtları, nə də doğum haqqında şəhadət-
namələri var idi. Onsuz da, heç bir sənəd olma-
dan da onlar özlərini evli hiss edirdilər, ancaq
bəzən bir kağız parçası sevgini heç qorxmadan
bütün dünyaya car çəkməyə güc, sanki heç vaxt
onu itirməyəcəyinə zəmanət verir.
Dostları ilə paylaş: