Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə15/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
Direktorun el kitabi A5 21 04 2021

 2. SİNİF JURNALI
Dövlət sənədidir və onun aparılması hər bir müəllim 
və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü 
müəyyən edilir: I-IV siniflər və V-XI siniflər üçün.
Məktəbin direktoru və onun təlim-tərbiyə işi üzrə müa-
vini sinif jurnallarının saxlanmasını təmin edir və onun 
aparılmasının üzərində müntəzəm nəza rəti həyata keçirir.
Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutlur və Azərbay-
can Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş 
forma üzrə hər sinif üçün ayrıca aparılır.
Paralel siniflərin jurnalları literlərlə nömrələnir. Məsələn, 
1A sinif, 1B sinfi və s.
Direktorun təlim-təbiyə işi üzrə müavini (məktəbin di-
rektoru) tədris planında hər bir fənn üçün ayrılmış saatların 
miqdarına uyğun olaraq, şagirdlərin il ərzində müvəffəqiy-
yət və davamiyyətinin cari uçotu üçün jurnalda ayrılmış sə-
hifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə göstə-
riş verir (həftədə 1 saat üçün 2 səhifə, 2 saat üçün 4 səhifə, 


48
3 saat üçün 5 səhifə, 4 saat üçün 7 səhifə, 5 saat üçün 8 
səhifə, 6 saat üçün 9 səhifə).
Müəllim şagirdin biliyini yoxlayıb qiymətləndirərək, jur-
nalda qiymət yazır, habelə davamiyyəti mütləq qeyd edir. 
Jurnalın cari səhifəsində dərsdə öyrədilən mövzunu və ev 
tapşırığını yazır. Sol tərəfdə dərsin tarixini yazır, gəlməyən-
ləri “q” hərfi ilə qeyd edir.
İkiləşmiş dərslər aparıldıqda hər bir dərsin tarixi və möv-
zusu ayrılıqda qeyd olunur. Yazı işlərinin qiyməti həmin 
işin aparıldığı günün qrafasında qeyd olunur. Aparılmış 
praktik və laboratoriya işlərinin, ekskursiyaların, yoxlama 
yazı işlərinin, habelə təkrar dərsləri mövzuları və onlara sərf 
olunana saatların miqdarı dəqiq göstərilir. Sinif iki qrupa 
bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.
Hər bir tədris rübü (yarımil) üçün qiymət rübdə (yarı-
mildə) həmin fənn üzrə sonuncu dərsin tarixindən sonra 
qoyulur. Bununla bir vaxtda rüblük (yarımillik) qiymtə si-
nif rəhbəri tərəfindən “şagirdlərin müvəffəqiyyəti haqqında 
yekun məlumat” səhifəsinə köçürülür.
Hər ay sinif rəhbəri tərəfindən “Şagirdlər tərəfindən bu-
raxılmış dərs və günlərin miqdarı haqqında məlumat” böl-
məsində şagirdlərin buraxdıqları gün və dərslərin miqdarı 
yazılır. Hər bir şagird və sinif tərəfindən buraxılan gün və 
dərslərin miqdarı bütünlükdə rüb (yarımil) və dərs ili üçün 
yekunlaşdırlır.
Şagird uzun müddət xəstə olduqda onunla məşğələ evdə 
(sanatoriya, xəstəxanada) aparılır. Keçirilmiş məşğələlər ba-
rədə jurnalda xüsusi yapışdırlmış vərəqdə müəllimlər tərə-


49
findən qeyd aparılır, yaxud məşğələlər haqqında arayışa 
əsasən qeyd olunur. “Şagirdlərin fiziki hazırlılğının göstə-
riciləri” və ƏMH kompleksi nişanı ilə mükafatlandırma 
haqqında məlumat səhifələri bədən tərbiyəsi müəllimi tərə-
findən doldurulur.
“Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi 
təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direk-
toru tərfindən doldurulur. Sinif jurnalı şagirdlər məktəbi 
bitirdikdən 5 il müddətinə saxlanılır, sonra şagirdlərin mü-
vəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və 
daimi saxlanılmaq üçün arxivə verlir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin