Direktorun el kitabi A5 21 04 2021. indd


MARAQ ÜZRƏ KURS MƏŞĞƏLƏLƏRİNİN JURNALI



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə16/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   12   13   14   15   16   17   18   19   ...   66
Direktorun el kitabi A5 21 04 2021

3. MARAQ ÜZRƏ KURS MƏŞĞƏLƏLƏRİNİN JURNALI
Maraq üzrə kurs məşğələlərinin uçotunun əsas sənədidir
hər bir qrup üçün ayrılıqda və sinif jurnalının aparılmasına 
verilən tələblərə uyğun aparılır. Saxlanma müddəti 5 ildir.
4. GÜNÜUZADILMIŞ QRUPUN JURNALI
Günüuzadılmış qrupu olan bütün məktəblərdə aparılır. 
Günüuzadılmış qrupun jurnalı bir dərs ili üçündür. Gün-
dəlik göstərilən mövzular, saatların miqdarı, şagirdlərlə işin 
qısa məzmunu, həmçinin qrupa gəlməyən, yaxud geçikən 
uşaqlar haqqında qeydlər aparmaq hər bir tərbiyəçi və dər-
nək rəhbəri üçün məcburidir.
Məktəbin direktoru və direktorun təlim-tərbiyə işləri üzrə 
müavini günüuzadılmış qrupun jurnalının aparılmasının 
düzgünlüyünə müntəzəm surətdə nəzarət edir. Məktəbdə 
bir neçə qrup olarsa, hər bir qrup üçün ayrıca jurnal aparılır.


50
Jurnalda yalnız məktəb direktorunun əmri ilə qrupa 
qəbul olunmuş şagirdlərin soyadları yazılır. Əgər şagirdin 
günüuzadılmış qrupa davamiyyəti kəsilmişsə və onun çıx-
ması məktəb direktorunun əmri ilə rəsmiləşdirilmişdirsə, 
onun çıxması jurnalda qeyd edilir. İl ərzində qrupa qəbul 
edilmiş uşaqların soyadları jurnala siyahının sonunda yazı-
lır. Məktəbdə 3 il saxlanılır.
5. ORTA TƏHSİL HAQQINDA ATTESTAT 
BLANKLARININ UÇOTU VƏ VERİLMƏSİ KİTABI
Hər bir orta məktəbdə aparılır. Kitabın birinci hissəsində 
alınmış və verilmiş orta təhsil haqqında adi və fərqlənmə 
attestatları blanklarının nömrələri göstərilməklə miqdarı 
qeyd olunur. Təmiz attestat blanklarının qalıqları, habelə 
xarab olmuş blanklar, onların nömrələri göstərilməklə ra-
yon (şəhər) TŞ-yə təhvil verilir. Doldurulmuş və hər hansı 
bir səbəbə görə məzunlara verilməmiş orta təhsil haqqında 
attestat blankları yeni dərs ilinin əvvəlinə qədər məktəbdə 
saxlanılır və sonra rayon (şəhər) TŞ-yə qaytarılır.
Məktəb tərəfindən blankların təhvil verilməsi haqqında 
kitabda müvafiq qeyd edilir və rayon (şəhər) TŞ müdiri və 
ya məktəb tərəfindən qol çəkilir.
Ekstern yolu ilə imtahan vermiş və ya dublikat almış 
məzunların orta təhsil haqqında attestat blanklarının sağ 
küncündə “Ekstren” və ya “Dublikat” sözləri yazılır.
Orta təhsil haqqında attestatları vermək üçün əsas pe-
daqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi ki-
taba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol 


51
çəkir. Fərqlənmə attestatı barədə müvafiq qrafada qeydiy-
yat aparılır.
Orta təhsil haqqında attestat blanklarının uçotu və ve-
rilməsi kitabına yazılan şəxslərin siyahısının sonunda mək-
təb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavini və 
verilmiş attestatlara qol çəkimiş azı üç nəfər müəllim imza 
edirlər. Orta təhsil haqqında attestat blanklarının uçotu və 
verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə 
yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxs-
lərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, rayon (şəhər) 
TŞ-nin müdiri tərəfindən imzalanır, şöbənin möhürü ilə 
möhürlənir. Saxlanma müddəti daimidir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin