Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə19/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   15   16   17   18   19   20   21   22   ...   66
Direktorun el kitabi A5 21 04 2021

10. MƏKTƏB ÜZRƏ ƏMR KİTABI
Üç nəfərdən az işçisi olmayan məktəblərdə əmr kitabı 
aparılır. Həmin kitabda aşağıdakılar rəsmiləşdirlir: təlim- 
tərbiyə prosesinin məsələləri üzrə göstəriş və sərəncamlar, 
Azərbaycan Respublikasının Qanunvericiliyinə və Təhsil 
Nazirliyinin sisteminin ümumtəhsil məktəbləri işçiləri üçün 
daxili əmək intizamı qaydalarına uyğun olaraq müəllimlə-
rin və məktəbin digər işçilərinin işə qəbulu və azad olunma-
sı, onların məzuniyyətə çıxması, ezamiyyətə, ixtisasartırma 
kurslarına göndərilməsi, dərs ilinin əvvəlində şagirdlərin si-
niflər üzrə sayca tərkibi, şagirdlərin məktəbə qəbul edilməsi 
(yeni qəbul edilənləin adlı siyahısı) və getməsi, dərs saatla-
rının, sinif rəhbərliyinin müəllimlər arasında bölgüsü, fənn 
kabinetlərinin tapşırılması, həvəsləndirmə və tənbehlər.
Məktəb üzrə əmrdə pedaqoji şuranın şagirdlərin imta-
hana buraxılması, IX və XI(XII) sinifləri bitirmsəi və s. 
qərarları rəsmiləşdirilir. Bu vaxt şagirdlərin siyahısı (siniflər 
üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və 
s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi 
nə ticələr göstərlir.
Əmr kitabı səhifə-səhifə nömrələnir, qaytanlanır, direk-
torun imzası, məktəbin möhürü ilə təsdiq edilir.
Məktəb üzrə vahid əmr kitabı aparılır. Daimi saxlanılır.


55
III. BURAXILAN VƏ ƏVƏZ EDİLƏN DƏRSLƏRİN 
UÇOTU KİTABI
Hər bir məktəbdə direktorun təlim-tərbiyə işi üzrə 
müavini tərəfindən aparılır. Oraya buraxılan və əvəz edilən 
dərslər haqqında məlumatlar yazılır. Qeydlər yalnız lazımi 
qaydada rəsmiləşdirilmiş sənədlər əsasında aparılır (məktəb 
üzrə əmrlər, xəstəlik vərəqəsi, sinif jurnalında qeydlər və s.). 
Əvəzetmə yolu ilə dərs deyən müəllim bu barədə kitabda 
imza edir. Kitabdakı qeydlər iş vaxtından istifadə uçotu və 
əmək haqqı hesablama tabelindəki qeydlərə uyğun olma-
lıdır. Daimi saxlanılır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin