53
Attestasiya komissiyasının qərarının
tarixi və nömrəsi
göstərilməklə müəllimlərin attestasiyasının nəticələri və
orada edilən dəyişikliklər ən geci 1
ay müddətində pedaqoji
işçilərin şəxsi heyətinin uçotu kitabında qeyd olnur.
Şəxsi heyətin uçotu kitabı nömrələnməli, qaytanlanmalı,
direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilməlidir.
Xidmətedici heyət haqqında bu kitabda qeyd aparılmır.
Saxlanma müddəti daimidir.
8. MƏKTƏBİN PEDAQOJİ ŞURASININ
PROTOKOLU KİTABI
Ümumtəhsil məktəblərində pedaqoji şura protokolla-
rı nın kitabı aparılır. Kitabda
pedaqoji şuraya verilmiş mə-
sələlərin müzakirəsinin gedişi, şura üzvlərinin çıxışları, tək-
lif və qeydləri yazılır. Məktəbin rüb,
yarlmil və ya dərs ili
üçün təlim-tərbiyə prosesinin ayrı-ayrı məsələləri üzrə işi-
nin yekunları, bu barədə qəbul edilmiş qərarları protokolda
rəs miləşdirilir. Hər bir protokol pedaqoji şuranın
sədri və
katibi tərəfindən imzalanır.
Pedaqoji şuranın protokolu kitabı nömrələnir, qaytanla-
nır, direktorun imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Daimi saxlanılır.
9. MƏKTƏBİN ŞURASININ PROTOKOLU KİTABI
Kitabda məktəb şurasında
qoyulan məsələlərin müza-
kirəsinin gedişi, şura üzvlərinin çıxışları, təklif və qeydləri
yazılır. Müzakirə edilən məsələlər
üzrə qəbul edilmiş qə-
rarlar protokolda rəsmiləşdirilir. Hər bir protokol məktəb
şurasının sədri və katibi tərəfindən imzalanır.
54
Kitabı nömrələnir, qaytanlanır, məktəb şurasının səd-
rinin imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Daimi
saxlanılır.
Dostları ilə paylaş: