Dininin yaranma və yayılma tarixi



Yüklə 44,15 Kb.
səhifə9/13
tarix14.06.2022
ölçüsü44,15 Kb.
#61449
1   ...   5   6   7   8   9   10   11   12   13
atestasiya

Came (Cümə) məscidləri -- əsasən böyük həcmli, minarəli məscidlərə deyilir. Cümə namazını qılmaq üçün əhali came məscidinə toplaşar, müxtəlif dini mərasimlər də orada keçirilərdi.
Məhəmməd (Sınıq qala) məscidi - İçərişəhərin dövrümüzə qədər gəlib çatmış ən qədim məscidi olan bu tikili (471h) 1078/79 - cu illərdə ustad rəis Məhəmməd Аbu Bəkr tərəfindən tikilmişdir. Məscidin ikinci adı “Sınıqqala” dır, məscid bu adı 1723- cü ildə rusların Bakını top atəşinə tutması nəticəsində minarəsinin müəyyən qisminin dağılmasından sonra almışdır. Məscid ölkə əhəmiyyətli abidədir.
Şah məscidi - XV əsr abidəsi olan bu məscid Şirvanşahlar Sarayı Kompleksinin aşağı həyətində yerləşir. Məscid minarəsinin stalaktit кəməri altında son dərəcə nəfis işlənmiş yazıda deyilir: “ Böyük sultan Xəlilullah 845-ci ildə (1441/42) bu minarənin tikilməsini əmr etdi”. Məscid Şirvanşahlar Saray kompleksinə daxildir və dünya əhəmiyyətli abidədir.
Came (Cümə) məscidi – XIV əsrdə qədim məbədin yerində inşa edilmişdir. XIX əsrin sonunda isə qədim minarəsi qorunub saxlanılmaqla məscidin köhnə binası yenisi ilə əvəz olunmuşdur.
Əsasən böyük həcmli, minarəli məscidlərə came məscidləri deyilir. Bu məscidlər gündəlik ibadətlərdən əlavə , həftənin cümə günlərində, bayram namazlarında və dini mərasimlərdə toplaşmaq üçün nəzərdə tutulurdu.Məscid ölkə əhəmiyyətli abidədir.
Bəylər məscid: 1895 - ci ildə tikilmiş Bəylər məscidinin inşasında Məhəmməd Haşim Əl - Bakuinin oğulları Hacı Baba və Hacı Cavad, eləcə də məşhur Bakı milyonçusu Ağa Murtuza Muxtarov, İbrahim Şirvani (xəttat), Mir Əli ən - Nağı, Mir Tağı, Seyid Hüseyn də (usta memar) iştirak etmişdilər. O daha qədim məscidin yerində tikilmiş və mükəmməl minarə ilə tamamlanan əyri xətt şəkilli küçənin planlaşdırılma xüsusiyyətinə uğurla daxil olmuşdur. Məscid yerli əhəmiyyətli abidədir.
Məhəllə məscidləri – “İçəri şəhər” bir necə məhəllədən ibarət olub. Məscidlər adətən məhəllənin imkanlı sakinləri tərəfindən inşa edilirdi. Məhəllə məscidləri birotaqlı, oxşar planlı və günbəzli olurdu. Məscidlərin sayı məhəllənin böyuklüyündən asılı idi. Ona görə də bəzən bir məhəllədə bir neçə məscid yerləşirdi.
Aşur məscidi - 1171-ci ildə Bakılı Nəccar İbrahim oğlu ustad Aşur tərəfindən qədim atəşpərəstlik məbədinin üzərində inşa edilmişdir. Stalaktitlərlə bəzədilmiş zəngin mehrabı, bir otaqlı geniş ibadət zalı və çatma formalı girişi vardır. Ölkə əhəmiyyətli abidədir.
Cin məscidi - XIV əsrdə inşa olunduğu adının isə, Qurani Kərimdəki “cin” surəsindən aldığı ehtimal edilir. Düzbucaq formalı məscidin çatma daş qübbə ilə örtülmüş bir otaqlı ibadət zalı və klassik tipli portal - girişi vardır. Yerli əhəmiyyətli abidədir.

Yüklə 44,15 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin