Dininin yaranma və yayılma tarixi


Osmanlı imperiyası DÖVRÜ



Yüklə 44,15 Kb.
səhifə6/13
tarix14.06.2022
ölçüsü44,15 Kb.
#61449
1   2   3   4   5   6   7   8   9   ...   13
atestasiya

Osmanlı imperiyası

DÖVRÜ


Osmanlı dövləti və ya Osmanlı imperiyası[2] (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye,[3] türk. Osmanlı Devleti və ya Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət.
Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır.
Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edir. 623 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdır. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür. Onu da qeyd etmək lazımdır ki, dövlət Afrikada 395 il (1517–1912), Avropada 561 il (1363–1912;1913–1922), Asiyada bütün hakimiyyəti boyu (623 il) qalmışdır. Osmanlı türk imperiyasının əsasi 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söğütlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanbəy 12 il lik mübarizədən sonra Bursa şəhərini tutdu. Bəzi tarixçilərə görə, Osmanlı dövlətinin qurucusu Osman Bəyin atası Ərtuğrul Qazidir. Türkiyənin "TRT 1" kanalından yayımlanan "Diriliş Ərtuğrul" filmi məhz buna əsaslanır. Digər mənbələrdə onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alp bəyliyin əsasını qoymuş şəxslər kimi tanınır. Bu adlı-şanlı ailə Oğuz türklərinin 24 boyunun ən nüfuzlularından olan QAYİ tayfa ittifaqının başçısı idi. Osman bəyin atası Ərtuğrul Qazi, Səlcuq sultanı Ələddin tərəfindən Bizans sərhəddinə "uc bəyi" olaraq təyin edilmişdi. Ərtuğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik vilayətlərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söyüdlü qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlcuqlu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhədini qorumaq və xristianlara qarşı müharibə etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtoğrul Qazi 1281 (1282)-ci ildə vəfat edib. Yerinə isə ailənin ən kiçik oğlu olmasına baxmayaraq, çox üstün keyfiyyətlərə malik Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Ağıllı siyasət Osman Ağaya yeni ərazilər qazandırdı. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də tutdu. Yarhisar və Qaracahisar hakimlari ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Qaracahisarı ələ keçirdi. Osman bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299-cu ildə Osmanlı dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Sonra isə bu şəhəri aldı. Osman bəy, Bursanı tutduyi ildə, 1326-cı ildə vəfat etdi.
Osman Qazi 1326-cı ildə vəfatı nəticəsində yerinə oğlu Orxan Qazi keçdi. Bundan istifadə edən Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. 1329-cu ildə paytaxt Bursa şəhərinə köçürüldü. Bursada ilk Osmanlı sikkələri kəsildi. Orxan qazi bizansları Anadoludan qovdu. Maltəpə döyüşündə Bizans ordusu məğlub oldu. 1356-cı ildə hakimyətə Sultan I Murad gəldi.



Yüklə 44,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin