Dininin yaranma və yayılma tarixi



Yüklə 44,15 Kb.
səhifə2/13
tarix14.06.2022
ölçüsü44,15 Kb.
#61449
1   2   3   4   5   6   7   8   9   ...   13
atestasiya

Məhəmməd Peyğəmbər Dovru
Həzrəti Məhəmməd (s.a.v.) 571-ci ildə (bəzi mənbələrdə 569,570, 572-ci illərdə qeyd olunmuşdur) Məkkə şəhərində dünyaya gəlmişdir. Daha çox Əhməd, Məhəmməd, Əbül Qasım, Mustafa kimi isimləri ilə tanınmaqdadır. Dünyaya gəlmədən bir neçə ay öncə atası Abdullah, 6 yaşında olarkən anası Əminəxanım vəfat etmişdir. Bundan sonra onu 8 yaşına qədər babası Əbdül Mütəllib, daha sonra o da vəfat edincə əmisi Əbu Talib böyütmüşdür. 25 yaşında olarkən Xədicə (Xədicət-ül Kübra) xanım ilə ailə qurmuşdur. Bu xanımdan dünyaya gələn ilk oğlunun adı Qasım olduğu üçün peyğəmbərin (s.a.v.) adlarından biri də Əbul Qasım idi (yəni Qasımın babası. Ərəblərdə belə künyə ilə adlandırılmaq adəti olmuşdur). Bu nigahdan 2 oğlan (Qasım, Abdullah (Teyyub)) və 4 qızı (Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm, Fatimə) dünyaya gəlmiş, Fatimə xanımdan başqa digərləri peyğəmbər (s.a.v) həyatda ikən vəfat etmişdirlər. Mariya xanımla olan nigahından İbrahim adlı oğlu dünyaya gəlmişdir. O da çox erkən dövrdə rəhmətə getmişdir. Lakin digər nigahlarından övladı olmamışdır. Peyğəmbərin (s.a.v.) soyu qızı Fatimə ilə əmisi (Əbu Talib) oğlu Əlinin izdivacından dünyaya gələn hz. Həsən və hz. Hüseyn ilə davam etmişdir. Hz Fatimə isə peyğəmbərin (s.a.v.) vəfatından 6 ay sonra dünyasını dəyişmişdir. 40 yaşında olarkən bütün bəşəriyyətə peyğəmbər göndərildiyi bildirilmişdir. Öncə gizli, 3 il sonra isə aşkar olaraq dini təbliğ etmək ilə əmr olunmuşdur. 621-ci ildə 52 yaşında Merac hadisəsi baş vermiş, 622-ci ildə 53 yaşında müşriklərin təzyiqi nəticəsində Məkkədən Mədinəyə hicrət etmişdir. 632-ci ildə 63 yaşında Mədinədə vəfat etmişdir. Həzrəti peyğəmbərə (s.a.v.) ilk vəhy 40 yaşında ramazan ayında (17-ci günü) Hira dağındakı mağarada təfəkkürə çəkildiyi zaman nazil olmuşdur. Bu zaman Cəbrail adlı mələk “Ələq” surəsinin ilk 5 ayəsini gətirmişdi. Vəhyin gəlməsindən sonra ona ilk olaraq hz. Xədicə, hz. Əli, Zeyd ibn Harisə, hz. Ebu Bəkr, hz. Osman və s. iman etdilər. İlk zamanlardaCəbrail (ə) peyğəmbərə (s.a.v.) necə dəstnamaz almağı və namaz qılmağı öyrətdi (ilk vaxtlarda namaz sadəcə sübh və əsr namazları olaraq iki rükətdə qılınırdı). İlk üç il müddətində islam“Və ən yaxın qohumlarını qorxut!” (Şüəra, 214) əmrinə əsasən peyğəmbərin (s.a.v.) yaxınlarına təbliğ edilirdi. Dördüncü ildə “(Ya Rəsulum!) Sənə əmr olunanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! (Hicr 15/94) ayəsi nazil olduqdan sonra peyğəmbər (s.a.v.) dini geniş əhali içərisində açıq-aşkar təbliğ etməyə başlamışdır. Peyğəmbər (s.a.v.) İslam dinini 40 yaşından başlayaraq ömrünün sonuna qədər - 23 il müddətində təbliğ etmişdir. Bu zamanın 13 ilini Məkkə, 10 ilini isə Mədinədə yaşamışdır. Qurani Kərimin ayələri 22 il 2 ay 22 gün müddətində hissə-hissə (ayə-ayə) nazil edilmişdir



Yüklə 44,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin