Allah Rəsulunun (s.ə. s) Həyat Xronologiyası 545



Yüklə 106,21 Kb.
Pdf görüntüsü
tarix21.04.2017
ölçüsü106,21 Kb.
#15080

 

www.meneviyyat.az 

Sayfa 



Allah Rəsulunun (s.ə.s) Həyat Xronologiyası 

 

 

545 



− Rəsulullahın (s.ə.s) atası Abdullahın doğum tarixi 

 

552 

− Rəsulullahın (s.ə.s) anası Əminənin doğum tarixi 

 

555 

 − Möminlərin anası Hz. Xədicənin (r.anha) doğum tarixi 

 

569 

− Abdullah və Əminənin evlənməsi 

 

571 

− Rəsulullahın (s.ə.s) atası Abdullahın vəfatı 

 

571 

− “Fil” hadisəsi baş verir və Əbrəhənin ordusu Məkkə yaxınlığında darmadağın olur. Həmin il Hz. 

Məhəmməd (s.ə.s.) anadan olur. (12 Rəbiüləvvəl, bazar ertəsi ,“Fil” hadisəsindən 52 gün sonra)   

− Süd anası Həliməyə verilir. 

573  

− Süd anası Peyğəmbərimizi (s.ə.s) anası Əminəyə təhvil vermək üçün Məkkəyə gətirir, ancaq Məkkədəki 

vəba xəstəliyinə yoluxacağı qorxusu ilə təkrar geri qaytarır. 

− Şəqqi−sədr − Rəsulullahın (s.ə.s) köksünün yarılması hadisəsi baş verir.  

 

574 

− Hz. Əbu Bəkir dünyaya gəlir. 



576 

− Süd anası Həlimə Məkkəyə gələrək Rəsulullahı (s.ə.s) anası Əminəyə təslim edir. 

 

577 

 − Hz. Əminə Peyğəmbərimizin (s.ə.s) dayəsi Ümmi Eymənlə birlikdə həm həyat yoldaşı Abdullahın 

məzarını ziyarət etmək, həm də qohumlarına baş çəkmək üçün Yəsribə gedir. (Rəsulullah (s.ə.s) hicrətdən 

sonra Yəsribin adını dəyişdirərək Mədinə qoyur). 

− Hz. Əminə Yəsribdə xəstələnir. 

− Hz. Əminə Məkkəyə qayıdarkən yol üstündə yerləşən Əbvada vəfat edir. (Bu vaxt Hz. Məhəmmədin (s.ə.s) 

6 yaşı vardı). 

− Hz. Məhəmmədin (s.ə.s) dayəsi Ümmü Əymən Onu Məkkəyə gətirərək babası Əbdülmütəllibə təslim edir. 

− Hz. Osman (r.a) dünyaya gəlir. 

579 

− Hz. Məhəmmədin (s.ə.s) (9 yaşı olanda) babası Ədülmətəllib vəfat edir. Ölmədən əvvəl oğlu Əbu Talibə 

Onu himayə edib böyütməyi vəsiyyət edir.  

580 

 − Hz. Məhəmməd (s.ə.s) Məkkədə çobanlıq etməyə başlayır. 

 

582 

− Hz. Məhəmməd (s.ə.s) ticarət həyatına başlayır. 

− Əmisi Zübeyr ilə birlikdə ticarət üçün Yəmənə (indiki Bəhreyn və Omana) gedir. 

  

583 

− Əmisi Əbu Taliblə birlikdə ticarət karvanı ilə Suriyaya gedir. Hz. Məhəmməd (s.ə.s) (12 yaşında) Busrada 

(Suriyanın cənubunda bir şəhər) rahib Bahira ilə görüşür. 

  


 

www.meneviyyat.az 

Sayfa 



584 

− Hz. Ömər (r.a) dünyaya gəlir. 

591 

− Hz. Məhəmməd (s.ə.s) 20 yaşında “Ficar” müharibələrində iştirak edir.  

− Məkkə və ətrafında can və mal təhlükəsizliyinin təmin edilməsi üçün “Hilful−füdul” təşkilatına daxil olur. 

 

596 

− Hz. Xədicənin (r.anha) Şama göndərdiyi ticarət karvanına başçılıq edir. 

− Busrada rahib Nastura ilə qarşılaşır. 

− Hz. Məhəmməd (s.ə.s) Hz. Xədicə (r.anha) ilə evlənir. 

− Hz. Məhəmməd (s.ə.s) Hz. Xədicə (r.anha) ilə birlikdə Mərvə təpəsi yaxınlığında yerləşən yeni alınan 

evlərinə yerləşirlər. 

 

598 

 − Rəsulullahın (s.ə.s) ilk övladı − oğlu Qasım dünyaya gəlir. 

 

600 

 − Qus ibn Səidə ibn Amr, Ukaz yarmarkasında yaxın vaxtlarda zühur edəcək peyğəmbəri müjdələyən xütbə 

oxuyur və Hz. Məhəmməd (s.ə.s) də bu xütbəyi dinləyir. 

− Hz. Əli (r.a) dünyaya gəlir. 

− Hz. Məhəmmədin (s.ə.s) böyük qızı Hz. Zeynəb (r.anha) dünyaya gəlir. 

− Hz. Məhəmmədin (s.ə.s) oğlu Qasım vəfat edir. 



 

603 

 − Hz. Məhəmmədin (s.ə.s) ikinci qızı Hz. Ruqiyyə (r.anha) dünyaya gəlir. 



 

604 

 − Hz. Məhəmmədin (s.ə.s) üçüncü qızı Hz. Ümmü Gülsüm (r.anha) dünyaya gəlir. 



 

605 

− Qüreyş Kəbəni təmir edir, Peyğəmbərimiz də Həcərül−Əsvədin yerinə qoyulması məsələsində hakimlik 

edir. 

− Hz. Məhəmmədin (s.ə.s) dördüncü qızı Hz. Fatimə (r.anha) dünyaya gəlir. 



− Hz. Əbu Bəkrin qızı Hz. Aişə (r.anha) dünyaya gəlir. 

− Rəsulullah (s.ə.s) əmisinin külfəti çox, güzəranı ağır olduğu üçün Hz. Əlini (r.a) himayəsinə götürür. 



 

609 

− Hz. Məhəmmədin (s.ə.s) vəhy gəlmədən əvvəl gördüyü sadiq yuxuların sayı çoxalır. (risalətdən 6 ay öncə) 

 

RİSALƏTİN MƏKKƏ DÖVRÜ 

 

610  

− Nur dağında, Hira mağarasında ikən Hz. Cəbrail (ə.s) Hz. Məhəmmədə (s.ə.s) peyğəmbərlik vəzifəsini 

təbliğ edir və ilk vəhy gəlməyə başlayır − “Ələq” surəsinin ilk beş ayəsi nazil olur. (40 yaşında, 17 Ramazan, 

bazar ertəsi günü, bəzi mənbələrdə Ramazanın 27-si olaraq da keçir). 

− Hz. Xədicə (r.anha), Hz. Əli (r.a), Hz. Əbu Bəkir (r.a), Hz. Zübeyir ibn Əvvam, Hz. Osman (r.a), Hz. Zeyd 

ibn Harisə kimi şəxslər ilk dəfə İslamı qəbul edirlər.  

− Müsəlmanlar Darul-Ərqamda (ilk müsəlmanlardan Ərqam ibn Ərqamın evində) bir yerə toplanaraq ibadət 

edir, İslamı öyrənirlər. 

− Üç il davam edəcək İslama gizli dəvət başlayır. 

 

612  

− Hz. Məhəmmədin (s.ə.s) oğlu Abdullah dünyaya gəlir, ancaq 6 ay sonra vəfat edir. 

 

613 



 

www.meneviyyat.az 

Sayfa 

 − “Müddəsir” surəsi nazil olmağa başlayır. Rəsulullaha (s.ə.s) Allah−Təala tərəfindən açıq dəvət əmr olunur. 



O (s.ə.s) da bu məqsədlə yaxın qohum-əqrəbasını İslama dəvət etməyə başlayır. 

− “Şüəra” surəsi 214 və ya  “Hicr” surəsi 94-cü ayələrin nazil olması ilə artıq hər kəsi İslama dəvət dövrü 

başlayır. (Risalətin 4-cü ili) 

614 

− Müşriklərin zəif müsəlmanlara təzyiq və işgəncələri daha da artır.  

−12 nəfərlik heyət Həbəşistana hicrət edir. Bununla da ilk hicrət gerçəkləşir. (Rəcəb) 

− Həbəşistana hicrət edən qafilə geri qayıdır. (Şəvval) 

 

616 

− Allah Rəsulu (s.ə.s) Hz Əbu Bəkirlə (r.a) Kəbənin önündə açıq−aşkar İslamı təbliğ edir və Məkkə 

müşrikləri tərəfindən bərk döyülürlər. 

− Hz. Həmzə (r.a) müsəlman olur. 

− Ütbə ibn Rabia Hz. Məhəmmədə (s.ə.s) İslamı təbliğ etməkdən əl çəksin deyə çoxlu var−dövlət və vəzifə 

təklif edir.Allah Rəsulu (s.ə.s) isə ona “Fussilət” surəsinin 38−ci ayəsini oxuyur. 

− Hz. Ömər (r.a) müsəlman olur. (Risalətin 6−cı ili, Zilhiccə ayında müsəlman olanda Hz. Ömər 26 yaşında 

idi). 


− Müsəlmanlar Darul−Ərqamdan çıxaraq açıq təbliğə başlayırlar. 

− Həbəşistana ikinci hicrət gerçəkləşir. Cəfər ibn Əbu Talibin başçılığı altında təxminən 106 nəfərlik köç 

karvanı hicrət məqsədi ilə Məkkədən ayrılır. 

− Qüreyş Həbəşistana gedən mühacirləri geri gətirmək üçün heyət göndərir. 

− Şəqqül−Qəmər (ayın iki yerə yarılması) möcüzəsi baş verir. 

− Rum və Sasani imperatorluqları arasında  müharibə baş verir və sasanilər qalib gəlir. Məkkə müşrikləri 

buna sevinir. “Rum” surəsi nazil olur və surədə yaxın zamanda rumların yenidən qələbə çalacağı bildirilir. 

 

617 

 – Qüreyşin Hz. Məhəmmədə (s.ə.s.) təzyiqlərini görən Haşimoğulları və Mütəlliboğulları Onu (s.ə.s.) 

qorumaq və müdafiə etmək məqsədilə Əbu Talibin məhəlləsində toplanırlar. 

− Müşriklər müsəlmanlara qarşı sosial−iqtisadi boykot başladır. (Boykot risalətin 7−ci ili, Məhərrəm ayı 

başlamış və üç il davam etmişdir.) Haşim və Əbdülmütəlliboğulları ilə bütün əlaqələri kəsmək xüsusunda 

müşriklər razılaşır və bu qərarı yazaraq Kəbənin içərisinə asırlar. 

− Peyğəmbərimizin (s.ə.s) duası ilə həmin qətnaməni yazan Mansur ibn İkrimənin əli çolaq qalır. 

− Mədinədə Övs və Xəzrəc arsında baş verən son Buvas müharibəsi başa çatır. 

− Boykot illərində Hz. Xədicə (r.anha) və Əbu Talibin bütün var−dövləti tükənir.  

 

619 

 − Hakim ibn Hizam, Hişam ibn Amr kimi şəxslər vicdanları sızlayaraq Əbu Talib oymağına sığınan 

müsəlmanlara yardım göndərərək boykotun ləğvinə çalışır. 

− Hişam İbn Amr, Züheyr İbn əbi Ümeyyə, Mutim ibn Ədiyy, Əbul−Bəxtəri ibn Hişam və Zəma ibn Əsvəd 

toplanaraq boykotun ləğv edilməsi üçün Məkkə liderlərinə etirazlarını bildirirlər. 

− Qətnamənin yazıldığı dəri ağac qurdu tərəfindən yeyilir. 

− Boykot sona çatır 

620 − “Hüzn ili” 

− Məkkə müşrikləri son dəfə Əbu Talibin yanına danışığa gəlir və Əbu Talib də Peyğəmbərimizə (s.ə.s) 

onların təklifini soruşur. 

− Hz. Xədicə (r.a) vəfat edir. (Ramazan) 

− Peyğəmbərimiz (s.ə.s) Sevda binti Zəma (r.anha) ilə evlənir. (Ramazan). 

− Əbu Talib vəfat edir. (15 Şəvval) 

− Peyğəmbərimiz (s.ə.s) Zeyd ibn Harisə ilə birlikdə Məkkədən ayrılaraq təbliğ üçün Taif şəhərinə gedir. 

(Şəvval ayının sonu) 

− Rəsulullah (s.ə.s) Taifdə yaşayan Səqif qəbiləsini İslama dəvət edir və onlardan rədd cavabı alır. Onların 

zülm və əziyyətlərinə məruz qalır və şəhəri tərk edərək Məkkəyə qayıdır. 

− Rəsulullah (s.ə.s) Mutim ibn Ədiyin himayədarlığında Məkkəyə geri dönür. (23 Zilqədə, çərşənmbə 

axşamı) 


− Cinlərdən olan bir heyət müsəlmanlığı qəbul edir. 

 

www.meneviyyat.az 

Sayfa 

− Həcc vaxtı Mədinənin Xəzrəc qəbiləsindən altı nəfərlik bir heyət Hz. Peyğəmbərlə (s.ə.s.) Əqabə deyilən 



yerdə gizlincə görüşdükdən sonra müsəlman olur. (Zilhiccə) 

− Mədinəli Zəqvan ibn Abdi Qeys müsəlman olur. 



621 

 − İsra və merac hadisəsi baş verir. Beş vaxt namaz fərz olur. (27 Rəcəb). 

− Birinci Əqabə beyəti gerçəkləşir. Hz. Peğəmbər (s.ə.s) Hz. Əbu Bəkir (r.a) və Hz. Əli (r.a) ilə birlikdə 

mədinəlilərin adına 12 nəfərlik heyətdən beyət alır. (Risalətin 11−ci ili, 10 Zilhiccə) 

− Peyğəmbərimiz (s.ə.s.), mədinəlilərin İslamı təbliğ etmək üçün Quran müəllimi istəyinə cavab olaraq 

Musab ibn Ümeyri (r.a) Yəsribə (Mədinəyə) göndərir. (Zilhiccə). 

− Ənsarın liderlərindən olan Üseyd ibn Xudayr (r.a) və Sad ibn Muaz (r.a) müsəlman olur. 

− Əbu Sələmə (r.a) Mədinəyə hicrət edir. (O, Mədinəyə ilk hicrət edən şəxsdir.10 Məhərrəm) 

− Amr ibn Cəmuh (r.a) İslamı qəbul edir. 

− İslam Mədinədə yayılmağa başlayır. 



622 

− İkinci Əqabə beyəti gerçəkləşir. Həcc mövsümündə Rəsulullah (s.ə.s) Əqabə adlı yerdə ikisi qadın olmaqla 

75 mədinəli müsəlmanla görüşərək onlardan beyət alır. Rəsulullah Mədinəyə dəvət olunur.(12 Zilhiccə). 

− Müsəlmanlar ikinci Əqabə beyətindən sonra Mədinəyə hicrət etməyə başlayır.   

− Ənsardan Rəsulullaha (s.ə.s) ilk beyət edən Bəra ibn Marur (r.a) vəfat edir. (Səfər ayı, hicrətdən bir ay 

əvvəl) 


− Məkkə müşrikləri Darün−nədvədə yığıncaq keçirərək Hz. Peyğəmbəri (s.ə.s) öldürmək üçün qərar alırlar. 

(26 Səfər). 

− Peyğəmbərimiz (s.ə.s.) Hz. Əbu Bəkirlə (r.a) birlikdə Məkkədən ayrılaraq Səvr mağarasına sığınır. (26 

Səfər). 


− Səvr mağarasından ayrılaraq Mədinəyə tərəf yola çıxırlar. (1 Rəbiüləvvəl, bazar ertəsi). 

 

MƏDİNƏ DÖVRÜ 



 

1/622 

− Mədinə yaxınlığındakı Quba qəsəbəsinə çatırlar.(8 Rəbiüləvvəl, bazar ertəsi) 

− Hz. Əli (r.a) 3 gün sonra hicrət edərək Qubada Allah Rəsuluna (s.ə.s) çatır. 

− İslam tarixində ilk bünövrəsi qoyulan bina−Quba məscidi inşa edilir. (Rəbiüləvvəl). 

− Rəsulullah (s.ə.s.) Quba qəsəbəsindən ayrılır. Yol üstündə Raunə vadisində ilk Cümə namazını qıldırır. 

Həmin gün Mədinəyə gəlib çatır. Əbu Əyyub Əl−Ənsarinin (r.a) evinə yerləşir.(12 Rəbiüləvvəl). Allah 

Rəsulu (s.ə.s) bu evdə 7 ay qalır. 

− Məscidi−Nəbəvinin (Peyğəmbər məscidinin) və Hücreyi−Səadətin (Rəsulullaha aid məscidə bitişik 

otaqların) inşaatına başlanılır. (Bu inşaat təxminən səkkiz ay davam etmişdir.) 

− Namaza çağırış üçün əzan oxumaq qərarı verilir. 

− Ənsarın öndərlərindən Əsad ibn Zürarə (r.a) vəfat edir. 

− Mühacirlərdən ilk uşaq – Abdullah ibn Zübeyr (r.a) dünyaya gəlir. 

− Muqim olaraq iki rükət qılınan namazlara iki rükət də əlavə olunur. (Beləliklə günorta, ikindi, yatsı 

namazları dörd rükət oldu). 



 

1/623 

− Mühacirlərlə ənsar arasında qardaşlıq bağı qurulur (müahətə). (hicrətdən 5 ay sonra, Rəcəb) 

− İlk konstitutsiya − Mədinə müqaviləsi qəbul edilir. Mədinə şəhər dövlətinin sərhədləri təyin 

edilir.(Ramazan) 

− Lazım gələndə düşmənlə silahlı mübarizə aparmağa icazə verən ayə nazil olur. 

− Hz. Həmzənin (r.a) başçılığı ilə Seyfül−bəhr (İs) səriyyəsi gerçəkləşir.(Ramazan) 

− Məscidi−Nəbəvinin inşası başa çatır. 

− Peyğəmbərimiz (s.ə.s)  Hz. Aişə (r.anha) anamızla evlənir.(Şəvval, cümə axşamı). 

− Mədinədə müsəlmanlar tərəfindən alış−veriş və bazar yeri qurulur. 

− Məscidi−Nəbəvinin içində  Suffə məktəbi təşkil olunur. 

− Übeydə ibn Haris (r.a) başçılığında Rabiğ səriyyəsi gerçəkləşir. (Şəvval) 

− Sad ibn Əbu Vəqqas (r.a) Xərrar səriyyəsinə başçılıq edir. (Zilqədə) 

 

2/623 


 

www.meneviyyat.az 

Sayfa 

– Aşurə orucu tutulur. (10 Məhərrəm) 



− Əbva (Vəddan) qəzvəsi (başlanır 12 səfər, sona çatır 1 rəbiüləvvəl) 

− Buvat qəzvəsi (Rəbiüləvvəl) 

− Birinci Bədir (Səfəvan) qəzvəsi (Rəbiüləvvəl) 

− Üşeyrə (Zül−üşeyrə) qəzvəsi (Cəmadiyələvvəl) 

 

2/624 

− Abdullah ibn Cahşın (r.a) başçılığı ilə Nəxlə səriyyəsi gerçəkləşir. (Rəcəb ayının sonu) 

− Qiblənin dəyişməsi. Qiblə Qüdsdəki Məscidül−Əqsa istiqamətindən Məkkədəki Kəbə istiqamətinə çevrilir. 

(15 Rəcəb) 

− Cüheynə qəzvəsi ( 15 Şaban) 

− Oruc və zəkat fərz olur. (Şaban). 

− Təravih namazı qılınmağa başlanır. (1 Ramazan). 

− Bədir qəzvəsi (17 Ramazan, cümə günü) 

− “Ənfal” surəsi nazil olur. 

− Peyğəmbərimizin qızı Hz. Rüqəyya (r.anha) vəfat edir. (Ramazan, Bədir qəzvəsindən üç gün sonra) 

− Ümeyr ibn Adinin (r.a)Əsma binti Mərvan səriyyəsi (Ramazanın sonuna 5 gün qalmış)

 

− Fitr sədəqəsinin (fitrə) verilməsi əmr edilir. (Ramazan). 



− İlk Ramazan bayramı keçirilir və bayram namazı qılınır. (1 şəvval) 

− Ümeyr ibn Vəhb Rəsulullaha (s.ə.s) sui−qəsd üçün təşəbbüs edir. 

− Qarqaratul−Kudr qəzvəsi (1 Şəvval) 

− Abdullah İbn Qalib əl−Leysinin (r.a) səriyyəsi ( 10−16 Şəvval) 

− Salim ibn Ümeyrin (r.a) Əbu Əfək səriyyəsi (Şəvval) 

− Bəni Qaynuqa Qəzvəsi.Bənu Qaynuqa yəhudiləri Mədinədən sürgün edilir. ( 15 Şəvval− 1 Zilqədə) 

− Hz. Əli (r.a) və Hz. Fatimə (r.anha) evlənir. (Zilqədə−Zilhiccə) 

− Səviq qəzvəsi (5−22 Zilhiccə) 

− İlk Qurban bayramı (10 Zilhiccə). 

− Mühacirlərdən Osman ibn Məzun (r.a.) vəfat edir. (Zilhiccə) 

− Cənnətül−Baqinin ərazisi qəbiristanlıq yeri olaraq təyin edilir. 

 

3/624 

– Məhəmməd ibn Məsləmə (r.a) İslamın amansız düşməni  Kab ibn Əşrəfi, Muhayyəsə ibn Məsud (r.a) isə 

İbn Süneynəni öldürürək Mədinədə alovlanmaq üzrə olan fitnə ocağını söndürürlər. (14, 15 Rəbiüləvvəl) 

− Zu−əmər (Qatafan) qəzvəsi (çıxış: 12 Rəbiüləvvəl, cümə axşamı) Bu səfərdə Dusur ibn Haris Rəsulullaha 

sui−qəsd etmək istəyir, Allahın izni ilə Peyğəmbərimiz (s.ə.s) qurtulur. Dusur müsəlman olur. 

− Buhran (Bəni−Süleym) qəzvəsi (Cəmadiyiləvvəl ) 

− Hz. Osman (r.a.) Peyğəmbərimizin qızı Ümmü Gülsüm (r.anha) ilə evlənir. (Rəbiüləvvəl−Cəmadiyəlaxır) 

− Zeyd İbn Harisənin (r.a) Qaradə səriyyəsi. Qüreyşin karvanına hücum edilir.(Cəmadiyəlaxır) 

− Peyğəmbərimiz (s.ə.s) Hz. Hafsa (r.anha) ilə evlənir. (Şaban) 



 

3/625 

− Allah Rəsulu (s.ə.s) Zeynəb binti Hüzeymə (r.anha) ilə evlənir. (Ramazan) 

− Hz. Həsən (r.a) dünyaya gəlir. (15 Ramazan). 

− Diyet (öldürülən adamın qan bədəli)  hakkındakı hökmlər təyin olunur 

− Uhud qəzvəsi (15 Şəvval, şənbə). 

− Hamraul−Əsəd qəzvəsi (Mədinədən çıxış:16 Şəvval, dönüş: 20Şəvval). 

− Miras haqqında hökmlər nazil olur 

− Çox evlilik qadağan edilir 



4/625 

− Allah Rəsulunun (s.ə.s) təlimatı ilə Zeyd ibn Sabit (r.a) ibrani və süryani dillərini öyrənir. 

− Əbu Sələmənin (r.a) Qatan (Bəni−Əsəd) səriyyəsi (1 Məhərrəm−8 Səfər) 

− Abdullah ibn Üneys əl−Cühəninin (r.a) İbn Nübeyh Səriyyəsi. Müsəlmanlara hücum etməyə hazırlaşan 

Xalid ibn Süfyan öldürülür (5−24 Məhərrəm) 

− Raci faciəsi, Mərsəd ibn Əbu Mərsədin (r.a) başçılıq etdiyi  səriyyə  

− Biri−məunə faciəsi (Münzir ibn Amrın başçılıq etdiyi 70 qurranın/hafizin hamısı şəhid edilir. (Səfər ayının 

axırı) 


 

www.meneviyyat.az 

Sayfa 

− Bəni−Nadir qəzvəsi. Yəhudi qəbilələrindən biri olan Nadir oğulları Mədinədən sürgün edilir.(Mühasirə12 



Rəbiüləvvəl, çərşənmbə axşamı başlayır, 5 Rəbiülaxır qurtarır) 

− İçki qadağan edilir. (Bəni Nadir mühasirəsi zamanı, Rəbiüləvvəl) 

− Hz. Peyğəmbərin (s.ə.s) xanımı Zeynəb binti Hüzeymə (r.ah) vəfat edir (Rəbiülaxır) 

− Hz. Əlinin (r.a.) anası Fatimə binti Əsəd (r.anha) vəfat edir. 

− Rəsulullahın (s.ə.s) nəvəsi Abdullah, Rüqəyyanın (r.anha) oğlu, vəfat edir. (Cəmadiyələvvəl) 

− Mədinəyə ilk hicrət edən Əbu Sələmə (r.a) vəfat edir. (Cəmadiyəlaxırın bitməsinə 3 gün qala) 

 

4/626 

− Hz. Hüseyn (r.anha) anadan olur. (5 Şaban) 

− Rəsulullah (s.ə.s.) həyat yoldaşı vəfat edərək uşaqları yetim qalan Ümmü Sələmə validəmizlə 

evlənir.(Şəvval) 

− Bədrül−Məvid (Kiçik və ya üçüncü Bədir) qəzvəsi (Zilqadə) 

− Yəhudilər Rəsulullahdan (s.ə.s) zina cəzasının hökmünü soruşurlar. (Zilqadə) 

 

5/626 

 − Mədinədə zəlzələ baş verir. 

− Bəni−Əbs heyəti Mədinəyə gələrək müsəlman olur. 

− Zatür−riqa qəzvəsi (çıxış−10 Məhərrəm, şənbə;dönüş−Məhərrəm ayının bitməsinə beş gün qalmış, bazar 

günü.) 

− Qorxu namazına icazə verilir. Düşmən təhlükəsi ilə qarşı−qarşıya qaldıqda necə namaz qılınacağı haqqında 



ayə nazil olur.(Nisa, 101−103) 

− Amr ibn Ümeyyənin(r.a) Rəci faciəsində əsr düşərək şəhid edilən Hübeyb ibn Adiyy (r.a) nəşini qurtarmaq 

üçün səriyyəyə başçılıq edir. (Məhərrəm) 

− Dümətül−cəndəl qəzvəsi (çıxış−Rəbiüləvvəlin qurtarmasına 5 gün qalmış, dönüş−20 Rəbiülaxır) 

− Üyeynə ibn Hısnla Mədinəyə hücm etməyəcəyi ilə əlaqədar sözləşmə imzalanır. (Dümətül−cəndəl qəzvəsi) 

− Ənsarın liderlərindən Sad ibn Übadənin (r.a) anası Amrə binti Məsud (r.anha) vəfat edir. (Rəbiüləvvəl) 

− Mədinə əhalisi Ay tutulmasına şahid olur. Hz. Peyğəmbər (s.ə.s) xüsuf  namazı qıldırır. (Cəmadiyəlaxır) 

− Müsəlman olan 400 nəfərlik Müzeynə heyəti Mədinəyə gəlir. (Rəcəb) 

− Dımam ibn Saləbənin qəbiləsi adına Mədinəyə gəlib İslamı qəbul edir.(Rəcəb) 

 

5/627 

− Bəni−Müstəliq (Müreysi) qəzvəsi (çıxış−2 Şaban, dönüş−1 Ramazan) 

− Təyəmmüm haqqında hökm nazil olur. 

− İfq hadisəsi (Hz. Aişə (r.anha) anamıza münafiqlər tərəfindən iftira atılır). 

− At və dəvə yarışları tərtib olunur. (Bəni Müstəliq qəzvəsindən dönüş) 

− Hz. Peyğəmbər (s.ə.s) Cüveyriyə binti Haris (r.anha) ilə evlənir. 

− Mədinədə əhali siyahıya alınır. (Şəvval). 

− Xəndək (Əhzab) Qəzvəsi (8 Zilqadə, çərşənbə axşamı − 23 Zilqadə, çərşənbə) 

− Peyğəmbərimiz (s.ə.s) Zeynəb binti Cahş (r.anha) ilə evlənir. (Zilqadə) 

− Övladlığa götürməni (təbənni) qadağan edən ayələr (Əhzəb surəsi, 33/4−5) nazil olur. 

− Bəni Qüreyzə qəzvəsi (23 Zilqadə −7 Zilhiccə) 

− Sad ibn Muaz vəfat edir. 

− Qadınların örtünməsini əmr edən “Əhzəb” surəsi 53−59−cu ayələri nazil olur. 

− Abdullah ibn Atikin başçılıq etdiyi Əbu Rafi səriyyəsi. 

− Səllam ibn Əbi Hukayk öldürülür. 

− Quraqlıqdan əziyyət çəkən Məkkə əhalisinə yardım göndərilir. 

 

6/627 

− Məhəmməd ibn  Məsləmənin (r.a) Qurata Səriyyəsi. 

− Sümamə ibn Üsal əsir alınır və daha sonra müsəlman olur. (Məhərrəm) 

− Bəni−Lihyan (Usfan) qəzvəsi (Rəbiüləvvəl) 

− Ğabə (Zu−qarəd) qəzvəsi (4 Rəbiülaxır) 

− Uqqaşə ibn Mihsanın (r.a) Ğamrə səriyyəsi (Rəbiüləvvəl – Rəbiülaxır) 

− Günəş tutulur və Peyğəmbərimiz (s.ə.s)  küsuf namazı qıldırır. 



 

www.meneviyyat.az 

Sayfa 

− Məhəmməd ibn Məsləmə (r.a) 10 nəfərlik dəstə ilə Zül−qassa səriyyəsinə başçılıq edir, səriyyəyə iştirak 



edən səhabələr şəhid olur.(Rəbiülaxır) 

− Əbu Übəydə ibn Cərrah (r.a) 40 nəfərlik heyətlə I Zül−qassa səriyyəsinə başçılıq edir. 

− Əbu Übəydə ibn Cərrahın (r.a) başçılıq etdiyi II Zül−qassa səriyyəsi (Rəbiülaxırın sonundan iki gecə öncə, 

şənbə günü) 

− Zeyd ibn Harisənin Cəmum səriyyəsi (Rəbiülaxırın son günü, bazar günü) 

− Zeyd ibn Harisənin kəşfiyyat məqsədli İs səriyyəsi (Cəmadiyələvvəl) 

− Peyğəmbərimizin kürəkəni Əbul−As müsəlman olur və xanımı Hz. Zəynəb (r.anha) ilə yenidən evlənir. 

− Zeyd ibn Harisənin Tarf (Bəni−sələbə) səriyyəsi (Cəmadiyəlaxır). 

− Zeyd ibn Harisənin Vadil−qura (Bəni Fəzarə) səriyyəsi (Rəcəb) 

 

6/628 

− Əbdürrəhman ibn Avfın Dümətul−Cəndəl səriyyəsi (Şaban) 

− Zeyd ibn Harisənin Mədyən səriyyəsi (Şaban) 

− Hz. Əlinin Fədək səriyyəsi (Orda toplanan Bəni Sadı uzaqlaşdırmaq üçün göndərilir).(Şaban) 

− Mədinədə quraqlıq baş verir. Peyğəmbərimiz (s.ə.s) yağmur duası edir.(Ramazan) 

− Zeyd ibn Harisənin  ikinci Vadul−Qurra/Ümmi Kirfə səriyyəsi. (Ramazan) 

− Abdullah ibn Rəvahanın (r.a) kəşfiyyat məqsədli Xeybər səriyyəsi (Ramazanın axırı) 

− Abdullah ibn Rəvahanın (r.a) Üseyr ibn Razim səriyyəsi (Şəvval) 

− Kürz ibn Cabirin (r.a) Bəni Üreynə səriyyəsi (Şəvval) 

− Hz. Peyğəmbər (s.ə.s) anası Əminənin Əbvadaki qəbrini ziyarət edir. 

− Hüdeybiyyə Ümrəsi (Zilqadə). 

− Hüdeybiyyədə çadır qurulur. Qüreyş elçi olaraq göndərilən Hz. Osmanı (r.a) həbs edir.  

− “Rizvan” beyəti (Zilqadə). 

− Hüdeybiyyə sülh müqaviləsi bağlanır (Zilhiccə). 

− “Fəth” surəsi nazil olur. 

− Bəni−Hüzaa, Bəni−Əsləm və Bəni−Huşəni heyətləri Mədinəyə gələrək müsəlman olur. 

 

7/628 

− İperator və hökmdarlara dəvət məktubları göndərilir.(Məhərrəm) 

Məktubları Bizans imperatoruna Dihya ibn Kəlbi (r.a) 

Sasani (İran) şahına Abdullah ibn Hüzafə (r.a)  

Misir Müqavqisinə Xatib ibn Bəltəa (r.a)  

Qassani hökmdarına Haris ibn Əbi Şimrə  Şüca ibn Vəhb (r.a) 

Yəmamə hökmdarı Həvzə ibn Aliyə Salit ibn Amr (r.a) aparır.  

− Misir Müqavqisi müxtəlif hədiyyələrlə birlikdə Mariyayı Peyğəmbərimizə (s.ə.s.) kəniz olaraq göndərir. 

− Peyğəmbərimiz (s.ə.s) Mariya ilə evlənir 

− Əbu Basir, Əbu Cəndəl Məkkədən qaçaraq yoldaşları ilə Mədinə yaxınlığında (İs) düşərgə qurub güclənir 

və Məkkə müşriklərinin karvanlarına hücum edirlər. 

− Peyğəmbərimiz Həbəşistanda hicrətdə olan, məkkəlilərin lideri Əbu Süfyanın qızı Ümmü Həbibə (r.anha) 

ilə evlənir. 

− Bəni Cüzam heyəti müsəlman olur. 

− Münafiqlər Rəsulullaha (s.ə.s) sehr etmək üçün təşəbbüs edir.(Məhərrəm) 

− Xeybər qəzvəsi. Xeybər fəth olunur. (Məhərrəm−Səfər) 

− Zeynəb binti Haris Hz. Peyğəmbəri (s.ə.s) süi−qəsdə (zəhərləməyə) təşəbbüs edir. 

− Fədək yəhudiləri ilə əhdləşmə bağlanılır. 

− Allah Rəsulu (s.ə.s) Səfiyyə binti Hüyeyy (r.a) ilə evlənir. 

− Cəfər ibn Əbu Talib (r.a) geridə qalan mühacirlər və Yəməndən Əşarilərlə birlikdə Həbəşistandan 

Mədinəyə gəlir.Yolda onlarla birlikdə yola çıxan Nəcaşinin oğlu Ərha və 60 həbəşlinin mindiyi gəmi batır və 

onlar boğulurlar. 

− Əbu Hüreyrənin mənsubu olduğu Devs qəbiləsindən 70 nəfər Mədinəyə hicrət edir. 

− Allah Rəsulu (s.ə.s) qıtlıq yaşayan Məkkəyə yardım göndərir. 

− Zeyd ibn Harisənin (r.a) Hisma səriyyəsi. (Xeybər və Fədəkdə işlər tamamlandıqdan sonra, 

Rəbiüləvvəl−Ramazan ayları arasında) 

− Hz. Peyğəmbərin (s.ə.s.) süd anası Süveybə vefat edir. 

− Bəni Hüşeym ibn Nəmr heyəti Mədinəyə gəlir. 


 

www.meneviyyat.az 

Sayfa 

− İran Sasani imperatoru Xosrov Pərviz oğlu tərəfindən öldürülür. (10 Cəmadiyələvvəl, çərşənmbə axşamı) 



− Yəmən valisi Bazan müsəlman olur 

− Vədil−qura qəzvəsi. Vədil−qura fəth olunur. (Səfər) 

− Teymə yəhudiləri ilə sülh müqaviləsi bağlanır. 

− Hz. Ömərin (r.a) Türəbə səriyyəsi. (Şaban) 

− Hz. Əbu Bəkrin (r.a) Nəcid (Bəni−Fəzarə) səriyyəsi (Şaban ayı) 

− Bəşir ibn Sadın (r.a) Fədək (I Mürrə) Səriyyəsi (Şaban ayı) 

Qalib ibn Abdullah əl−Leysinin (r.a) Meyfaa Səriyyəsi (Ramazan) 

− Bəşir ibn Sadın (r.a) Cinab səriyyəsi (Şəvval) 

− Qəza Ümrəsi (çıxış: 6 Zilqadə − dönüş:Zilhiccə) 

− Peyğəmbərimiz (s.ə.s) Meymunə binti Haris (r.a) ilə evlənir. (Zilqadə) 

− Əhram ibn Əbil−Əvcanın (r.a) Bəni Süleymi İslama dəvət səriyyəsi (Zilhiccə−Səfər) 

 

8/629-630 

− Məscidi−Nəbəvidə minbər düzəldilir. 

− Peyğəmbərimizin (s.ə.s.) qızı Zeynəb (r.anha) vəfat edir. (Məhərrəm) 

− Rəsulullah (s.ə.s) bazar iqtisadiyyatına müdaxilə edərək 

nərh


 qoymağı qadağan edir. 

− Bəni Əbdilqeys heyəti−Xalid  ibn Vəlid, Amr ibn As və Osman ibn Talha Mədinəyə gələrək müsəlman 

olur.(1 Səfər) 

− Qalib ibn Abdullah əl−Leysinin (r.a) Kədid səriyyəsi (Səfər) 

− Qalib ibn Abdillah əl−Leysinin Fədək (r.a)  (II Mürrə) səriyyəsi 

− Əmr ibn Ümeyyənin (r.a) Əbu Süfyan səriyyəsi (Rəbiüləvvəl) 

− Kab ibn Ümeyr əl−Qifarinin (r.a) Zatuatlah səriyyəsi (Rəbiüləvvəl) 

− Şüca ibn Vehb əl−Əsədi (r.a) əs−Siyy səriyyəsi (Rəbiüləvvəl) 

− Mutə döyüşü (Məşhur səhabələr Zeyd ibn Harisə (r.a), Cəfər ibn Əbu Talib (r.a) və Abdullah ibn Rəvaha 

(r.a)  şəhid olur. Xalid ibn Vəlid (r.a) orduya komandanlıq edir.) (Cəmadiyələvvəl) 

− Rəsulullahın Huzaa qəbiləsindən gələnlərlə müqavilə bağlayır. (Cəmadiyəlaxır) 

− Amr ibn As (r.a) Zatus−Səlasil səriyyəsinə başçılıq edir. (Cəmadiyəlaxır) 

− Əbu Übeydə ibn Cərrahın Sifül−bəhr (Habat) səriyyəsi (Rəcəb) 

− Əbu Qətadə ibn Rəbi əl−Ənsarinin (r.a) Hadira və ya Ğabə səriyyəsi (Şaban) 

− Həbəş kralı Nəcaşi Əshamə vəfat edir və Allah Rəsulu (s.ə.s) ona Mədinədə qiyabi cənazə namazı qıldırır. 

− Bəni−Süleym və Bəni Qifar qəbilələri müsəlman olur. 

− Qüreyşli müşriklər Hüdeybiyyə sülh müqaviləsini pozur. 

− Əbu Süfyanın sülh müqaviləsini yenidən bərpa etmə cəhdləri nəticəsiz qalır. 

− Əbu Qətadə ibn Rəbi əl−Ənsarinin (r.a) və ya Abdullah ibn Hadrədin (r.a) başçılıq etdiyi İzam səriyyəsi 

(Ramazan) 

− Məkkə fəthi (10 Rmazan, çərşənbə − 19 Ramazan, cümə) 

− Bəni−Məhzum qəbiləsi müsəlman olur. 

− Xalid ibn Vəlid (r.a) Nəhlədəki Uzza bütünü dağıdır. (Ramazanın bitməsinə 5 gün qalmış) 

− Amr ibn As (r.a) Bəni−Hüzeylin Ruhatdakı Süva  bütünü dağıdır. (Ramazan) 

− Sad ibn Zeyd əl−Əşhəli (r.a) Müşəlləldəki Mənat bütünü dağıdır. (Ramazan) 

− Xalid ibn Səid (r.a) Üreynəyə göndərilir. 

− Hişam ibn Asın(r.a) Yələmləm səriyyəsi 

− Xalid ibn Vəlid (r.a) Bəni Cəziməni İslama dəvət etmək üçün göndərilir.(Şəvval) 

− Hüneyn qəzvəsi (11 Şəvval). 

− Tüfeyl ibn Amr əd−Devsi (r.a) və Amr ibn Hümamə (r.a)  

− Zülkəffeyn bütlərini qırıb−dağıtmaq üçün göndərilir. 

− Taif şəhəri mühasirəyə alınır. (Şəvval) 

− Ciranədə Hüneyn qənimətlərini bölüşdürür. 

− Hz. Peyğəmbər (s.ə.s) uşaq vaxtı ayrıldıqdan bu yana ilk dəfə olaraq süd bacısı Şeyma ilə görüşür. 

− Ümrə ziyarəti (18 Zilqadə) 

− Mühacir ibn Əbu Ümeyyənin (r.a) Səna səriyyəsi (19 Zilqadə) 

− Ziyad ibn Ləbidin (r.a) Hədrəmut səriyyəsi. (19 Zilqadə) 

− Allah Rəsulu Mədinəyə çatır. (24 Zilqadə) 

− Əbu Zeyd əl−Ənsari (r.a) və Amr ibn As (r.a) Oman məlikləri Ceyfər və Abd ibn Cülənda qardaşlarına elçi 

olaraq göndərilir. (Zilqadə) 



 

www.meneviyyat.az 

Sayfa 

− Əla ibn Hədrəmi (r.a) Əbu Hüreyrə (r.a) ilə birlikdə Bəhreyn canişini Münzir ibn Savaya elçi olaraq 



göndərilir. 

− Suda (Qanatə) Səriyyəsi  

− Bəni−Sələbə, Bəni−Suda, Bəni−Baxilə, Bəni−Sümalə, Bəni−Cərm, Əhabiş, Bəni−Ak və Bəni−Hüzeyl 

heyətləri Mədinəyə gəlib müsəlman olur. 

− Peyğəmbərimizin kənizi Mariyadan oğlu İbrahim dünyaya gəlir.(Zilhiccə) 

 

9/ 630−631 



Heyətlər ili (Sənətül−Vüfud) 

− Hz. Peyğəmbər bəzi şəhər və qəbilələrə zəkat 

amilləri

 

(toplamaq üçün)  göndərir. (1 Məhərrəm) 



− Abbad ibn Bişr (r.a) Bəni Süleym və Bəni−Müzeynəyə, Rafi ibn Məkis əl−Cühəni (r.a) Bəni Cüheynəyə, 

Dahhaq ibn Süfyan (r.a) əl−Kilabi Bəni−Kilaba, Büsr ibn Süfyan əl−Kabi (r.a) Bəni−Kaba, İbn Lütbiyyə 

əl−Əzdi (r.a) Bəni−Zübyana, Malik ibn Nüveyrə (r.a) Bəni−Hanzala ibn Malikə, Amr ibn As (r.a) Fəzarə 

oğullarına zəkat toplamaq üçün göndərilir. (Məhərrəm) 

− Üyeynə ibn Hısn Bəni Anbər/ Bəni−Təmim səriyyəsi və Bəni−Təmim qəbiləsi Mədinəyə gələrək 

müsəlman olur. (Məhərrəm) 

− Bəni Müstəliqə göndərilən zəkat məmuru köhnədən qalmış düşmanlığından ötrü yalan məlumat gətirir və 

bunun üzərinə bir xəbər gəlib çatdıqda onu araşdırılmasının vacib olduğunu bildirən “Hücurat” surəsi 6 və 

7−ci ayələri nazil olur.  

− Bəni−Əsəd ibn Hüzeymə qəbiləsindən gələn bir heyət Mədinəyə gələrək müsəlman olur. 

− Bəni Üzrə heyəti 

− Qutbə ibn Amirin (r.a) Təbalə/ Hasam səriyyəsi (Səfər) 

− Taifli Ürvə ibn Məsud əs−Səqafi müsəlman olur. (Rəbiüləvvəl) 

− Bəni Bəli heyəti (Rəbiüləvvəl) 

− Bəni Bəhra heyəti 

− Bəni Kilab heyəti 

− Bəni Bəkkaheyəti 

− Bəni Tucib heyəti 

− Bəni Harisəyə İslama dəvət məktubu göndərilir 

− Dahhaq ibn Süfyan (r.a

) Qurata (Bəni Kilab) səriyyəsi

 (Rəbiüləvvəl) 

− Əlqamə ibn Mücəzziz (r.a) başçılığında Qırmızı dəniz səfəri. İlk dəfə dəniz səfəri təşkil olunur. 

(Rəbiülaxır) 

− Hz. Əli (r.a.) Tay qəbiləsinin bütü Fülsü dağıdır.(Rəbiülaxır) 

− Üqqaşə ibn Mihsanın (r.a) Bəni−Bəli və Bəni−Üzrəyə qarşı Cinab səriyyəsi. (Rəbiülaxır) 

− Əbu Musa əl−Əşari (r.a) və Muaz ibn Cəbəl (r.a) Yəmənə göndərilir. (Rəbiülaxır) 

− Kinanə heyəti 

− Münzir ibn Savaya elçi göndərilir. 

− İla və Təxyir hadisəsi baş verir. 

− Təbük səfəri (Rəcəb) 

− Bizans imperatoruna Dihyə ibn Kəlb (r.a) ilə İslama dəvət məktubu göndərilir. (Təbük səfərində) və 

imperator İrakli Peyğəmbərimizin (s.ə.s) əxlaq və şəmailini araşdırır. 

− Əlqamə ibn Mücəzzizin (r.a) Fələstin səriyyəsi (Təbük səfərində) 

− Xalid ibn Vəlidin (r.a) Dümətül−Cəndəl lideri Uqaydir ibn Əbdülməlikə qarşı səriyyəsi. Hz. Peyğəmbər 

(s.ə.s) Uqaydir ilə müqavilə bağlayır. (Təbuk səfərində) 

− Cərba, Əzruh, Maqna, Eylə (Əqabə) və Təbük əhalisini təmsil edən heyətlər Hz. Peyğəmbərə gəlib sülh 

müqaviləsi bağlayır.  (Təbük səfərində) 

− Münafiqlər Allah Rəsuluna (s.ə.s) qarşı süi−qəsd planı hazırlayır. 

− Dırar məscidi dağıdılır. 

− Təbük səfərindən qayıdan İslam ordusu Mədinəyə daxil olur. (Ramazan) 

− Taif Heyəti (Ramazan) 

− Faiz qadağan edilir. 

− Himyer Məlikləri İslamı qəbul edir. (Ramazan) 

− Bəni Həmdan heyəti (Ramazan) 

− Bəni 


Fəzarə

 

heyəti 



−Bəni Mürrəheyəti 

− Bəni Dar heyəti 



 

www.meneviyyat.az 

Sayfa 

10 


− Allah Rəsulunun (s.ə.s) qızı Ümmü Gülsüm (r.anha) vəfat edir. 

− Münafiqlərin başçısı Abdullah ibn Übey əs−Səlul ölür. (Zilqadə) 

− Hz. Əbu Bəkir (r.a) Həcc amiri təyin edilir. (Zilhiccə) 

− Hz.Əli (r.a) “Tövbə” surəsi ilə nazil olan 

ultimatumu

 

təbliğ etmək üçün Məkkəyə göndərilir. 



− Həcc fərz buyurulur 

− Bəni Hənifə heyəti 

− Nəcran xristianları heyəti 

− Əbu Süfyanla (r.a) Müğirə ibn Şubə (r.a) Lat bütünü qırmağa göndərilir. 

 

10/631−632 

− Bəni Rəha heyəti 

− Rəsulullahın (s.ə.s) oğlu İbrahim vəfat edir (10 Rəbiüləvvəl) 

− Günəş tutulur (eyni gün) 

− Xalid ibn Vəlidin (r.a) Bəni Haris səriyyəsi. Bəni Haris heyəti mədinəyə gəlib müsəlman olur. 

(Rəbiüləvvəl) 

− Tay qəbiləsi heyəti. Ədiy ibn Hatəm ət−Tai müsəlman olur (Şaban) 

− Bəni Zübeyd heyəti 

− Kində heyəti 

− Bəni Abs heyəti 

− Həvlan heyəti (Şaban) 

− Hz. Əli (r.a) Yəmən tərəfinə göndərilir. Həmədan səriyyəsi (Ramazan) 

− Hz. Əlinin (r.a) Yəmən (Məzhic) səriyyəsi (Ramazan) 

− Bəni Bəcilə heyəti (Ramazan) 

− Cərir ibn Abdullah (r.a) Zül

x

aləsə bütünü dağıdır. 



− Qassanilərdə üç nəfər Mədinəyə gələrək müsəlman olur. (Ramazan) 

− Bəni Ğamid heyəti (Ramazan) 

− Rəsulullah (s.ə.s) Qurani−Kərimin 

ərzi−axirəsi

 

və etiqafı (10−30 ramazan) 



− Bəni 

Səlman


 

heyəti (Şəvval) 

− Rəsulullah (s.ə.s) Mədinədən Həcc ziyarəti üçün 25 zilqadədə Mədinədən ayrılır və 4 zilqadə də, bazar 

günü Məkkəyə çatır 

− Ərafatda Vəda Xütbəsini verir. (9 Zilhiccə, Cümə) 

− Məkkədən ayrılış (14 Zilhiccə, çərşənmbə) 

− Qədir Xum xütbəsi.Yəmən səfərində baş verən narazılıqlara son qoyulması üçün Hz. Əlinin (r.a) fəzilətini 

bəyan edir. (18 Zilhiccə, bazar) 

− Sadif  heyəti  

− Bəni Müharib heyəti (Vəda Həccindən sonra) 

− Əsvəd əl−Ansi, Müseyləmə və Tuleyha ibn Xuveylid üsyan edərək peyğəmbərlik iddia edirlər 

 

11/632 

− Yəmənli Nəha heyəti Mədinəyə gəlir. (Bu ən son gələn heyətdir) (15 Məhərrəm) 

− Rəsulullah (s.ə.s) Baqi qəbrisitanlığında dua edir (Səfər) 

− Rəsulullah (s.ə.s) Uhud şəhidlərini ziyarət edir. (Səfər) 

− Üsamə ibn Zeyd (r.a) Suriya səfəri üçün komandir təyin edilir. (26 Səfər) 

− Allah Rəsulu (s.ə.s) xəstələnir (27 Səfər) 

− Rəsulullah (s.ə.s) vəda 

söhbətlərini 

və tövsiyyələrini edir. 

− Əsvəd əl−Ənsi öldürülür (Rəsulullahın (s.ə.s) vəfatından bir gün öncə) 

− Allah Rəsulu (s.ə.s) vəfat edir. (12 Rəbiüləvvəl, bazar ertəsi) 

− Hz. Əbu Bəkir (r.a) Bəni Saidə 

çardağında

 

xəlifə seçilir 



− Allah Rəsulu (s.ə.s) vəfat etdiyi məkanda − Hz. Aişənin (r.anha) otağında dəfn edilir (14 Rəbiüləvvəl, 

çərşənmbə) 

− Əshab ertələnən Suriya səfərinə gedir. (Rəbiüləvvəlin sonu və ya Rəbiülaxırın əvvəli) 

 

 



 

Yüklə 106,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin